İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Nur təfsiri (2-ci cild)

    Nur təfsiri (2-ci cild)
    Nöqtələr
    Ayədə Ühüd döyüşündə meydandan qaçan bəzi müsəlmanlar haqqında danışılır. Təfsirlərdə bildirildiyi kimi, Ühüd döyüşündə beş nəfəri mühacir, səkkiz nəfəri ənsar olan 13 nəfərdən savay hamı qaçdı. Bu 13 nəfərin kimliyi (Əlidən (ə) savay) ixtilaflıdır.
    Ühüd döyüşündə müsəlmanlar dörd dəstəyə bölündülər: şəhidlər, səbir edənlər, qaçıb sonradan bağışlananlar, münafiqlər.
    Bildirişlər
    1. Döyüş meydanından qaçmağın səbəblərindən biri günahdır.
    2. Günah döyüş meydanında şeytani vəsvəsələrə, tərəddüdlərə yol açır.
    3. Xatakarı birdəfəlik rədd etmək və onu cəzalandırmağa tələsmək olmaz.
    4. Allah günahkarı bağışlayır. Belə isə siz də daha onları danlamayın.
    156. يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
    "Ey iman gətirənlər! O kəslərdən olmayın ki, küfr etdilər və səfərə, ya döyüşə gedən qardaşları haqqında belə dedilər: "Əgər yanımızda qalsaydılar, nə ölərdilər, nə də öldürülərdilər.” (Cəbhəyə həvəslə gedin ki,) Allah onu (sizin şücaətinizi) kafirlərin qəlbində bir həsrətə çevirsin. Allah dirildir və öldürür. Allah etdiyiniz işləri görəndir.”
    Bildirişlər
    1. Döyüş başa çatdıqdan sonra düşmən şayiələrə əl atmaqla həvəsdən salmağa çalışır. Deyirlər ki, əgər mücahidlər yanımızda qalsaydı, öldürülməzdilər.
    2. Düşmən canıyananlıq libası geyib cəmiyyəti zəhərləyir.
    3. Maddi rifah eşqi ilə yaşayanlar ölüm və şəhadəti zərər sayırlar.
    4. Münafiqlər kafirdirlər. Çünki uyğun sözləri münafiqlər danışsa da, Quran onları kafir kimi yad edir.
    5. Ölüm və həyat Allahın müqəddəratındandır. Döyüş və səfər insan həyatını qıra bilməz.
    6. İlahi müqəddərata iman insan qəlbindəki qorxunu aradan götürür. Məbada sağ qalmaq xatirinə cihad vəzifəsindən boyun qaçırasınız. Nə çox insanlar döyüşdə olduqları halda diri qalmışlar. Amma bir çoxları döyüşə getmədikləri halda gənc yaşlarında dünyalarını dəyişmişlər.
    7. Allah görən və agahdır. Öz halınıza, düşüncələrinizə və əməllərinizə diqqətli olun.
    157. وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
    "Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz (ziyan etməmisiniz, çünki) Allahın bağışlaması və rəhməti (ömür boyu) topladıqlarınızdan daha yaxşıdır.”
    Nöqtələr
    Allah iki nöqtəni bəyan etməklə münafiqlərin əvvəlki ayədə haqqında danışılan süstləşdirici şayiələrinə cavab verir:
    a) Ölüm və həyat Allahın əlindədir. Cəbhəyə getmək uzun ömrü qısaltmır.
    b) Allah yolunda qədəm götürən insan ölsə də, şəhid olsa da xeyir tapmışdır. Çünki o öz ömrünü verib Allahın bağışlama və rəhmətini almışdır. Demək, heç nə uduzulmamışdır.
    Hər kəs cəbhəyə, təhsil almağa, həccə və ziyarətə, təbliğə və digər müqəddəs hədəflər ardınca gedərkən dünyasını dəyişsə, Allahın rəhmət və bağışlamasını əldə edər.
    Bildirişlər
    1. İlahi dünyagörüşündə Allah yolunda ölüm və şəhadət bütün dünya və onda olanlardan üstündür.
    2. Əsas məsələ Allah yolunda olmaqdır. Bu yolun şəhadət və ya ölümlə başa çatmasının fərqi yoxdur.
    3. Əvvəlcə bağışlanmaq, sonra ilahi rəhməti əldə etmək lazımdır. Ayədə bağışlanma sözü rəhmət sözündən əvvəl gəlmişdir.
    4. Bağışlanma və rəhmətin nəticəsi əbədidir. Dünya malının ömrü isə müvəqqəti olur.
    158. وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ
    "Əgər ölsəniz və ya öldürülsəniz, hökmən Allaha doğru gətirilərsiniz.”
    Nöqtələr
    Bu ayədə "fi səbilillah”, yəni "Allahın yolunda” ifadəsi işlədilməmişdir. Söhbət istənilən bir yolda öldürülənlərin və ya ölənlərin Allaha doğru gətiriləcəyindən gedir. Bir halda ki, ölüm hamı üçün qətidir və qiyamət günü hamı Allahın qarşısında duracaq, nə üçün ən gözəl yolu seçməyək? Əgər ölüm və şəhadət Allaha doğru qayıdışdırsa, nə üçün şəhadətdən qorxaq? İmam Hüseyn (ə) buyurmuşdur:
    Ölümə gedirsə bütün bu tənlər,
    Haqq yolda şəhadət ən gözəl əsər.("Bihar” , c. 44, səh. 374)
    159. فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
    "(Ey peyğəmbər:) Allah tərəfindən olan rəhmətə xatir xalqla mehriban keçinirsən. Əgər sərt və daşürəkli olsaydın, (xalq) sənin ətrafından dağılardı. Beləsə, onların təqsirini bağışla, onlar üçün bağışlanma dilə, işlərdə onlarla məsləhətləş. Qərara gəldiyin zaman Allaha təvəkkül et. Həqiqətən, Allah təvəkkül edənləri sevir.”
    Nöqtələr
    Ayənin məzmunu ümumi göstərişlərdən ibarət olsa da, o, Ühüd döyüşü haqqındadır. Çünki Ühüd döyüşündə məğlub olub qaçanlar peşmançılıq odunda yanırdılar. Onlar peyğəmbəri əhatəyə alıb üzr istəyirdilər. Allah da bu ayə ilə ümumi əfv göstərişi verdi.
    "Şuvr” sözü əslində arının güldən şirə çəkməsini bildirir. İnsan da məşvərət yolu ilə ən üstün nəzəriyyələri əldə edir. Mövləvi deyir:
    Çıraq tək nur saçır hər bir düşüncə,
    İyirmi çıraqda baxasan gücə.
    Bildirişlər
    1. Xalqla xoş rəftar ilahi bir hədiyyədir.
    2. Sərt və qaraqabaq adamlar xalqa rəhbərlik edə bilməz.
    3. İslam hökumətinin nizamı məhəbbət və xalqa bağlılığa əsaslanır.
    4. Düzgün rəhbərlik və müdiriyyət əfv və mərhəmətlə yanaşıdır.
    5. Peşman olmuş xatakarları və xəcalət çəkən günahkarları qəbul edin və özünüzdən kənarlaşdırmayın.
    6. Məşvərətin dəyərini mövsümi, ötəri nakamlıqlara görə nəzərdən qaçırmayın. Ühüd döyüşündə məşvərət nəticəsində şəhərdən bayırda döyüş aparılması uğursuzluqla sona çatsa da, bu o demək deyil ki, məşvərət faydasızdır.
    7. Peyğəmbərin məşvərətində qüvvələrin cəzbi, istedadların çiçəklənməsi, dost-düşmənin seçilməsi, ən yaxşı rəyin aşkara çıxması, məhəbbət və bağlılıq yaranması, eləcə də başqaları üçün əməli bir dərs nəzərdə tutulmuşdur.
    8. Sənə edilən zülmü bağışla. Allaha qarşı yol verdikləri günahlara görə bağışlanma dilə.
    9. Peyğəmbər Allah əmri əsasında ümməti üçün bağışlanma diləyir. Demək, bu dua qəbuldur.
    10. Məşvərət vahid və qəti hakimiyyət prinsipinə zidd deyil.
    11. Düşüncə və məşvərətlə yanaşı Allaha təvəkkül də unudulmamalıdır.
    12. Əvvəlcə məşvərət, sonra təvəkkül düzgün yoldur. Nəticəyə çatıb-çatmamaq isə başqa bir məsələdir.
    160. إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
    "Əgər Allah yardım göstərsə, heç kim sizə qalib gəlməyəcək. Əgər sizi zəlil etsə, bundan sonra sizə yardım göstərə biləcək kimdir?! (Buna görə də) möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
    Nöqtələr
    Əvvəlki ayədə təvəkkülə sifariş olundu. Bu ayədə Allaha təvəkül edilməsinin dəlili kimi izzət və zillətin yalnız Onun əlində olması göstərilir.
    Hədisdə deyilir ki, həzrət Peyğəmbər (s) Cəbraildən soruşdu: "Allaha təvəkkül nədir?” Cəbrail dedi: "Biləsən ki, xalq sənə heç bir fayda və ya zərər verə bilməz və Allahdan qeyrilərindən ümidini tam üzəsən. Əgər insan bu dərəcəyə çatıb yalnız Allah üçün iş görsə, Allahdan qeyrisindən qorxmasa, yalnız Allaha ümidli olsa, bu, əsil təvəkküldür.”("Bihar” , c. 18, s.138. )
    İmam Sadiq (ə) buyurmuşdur: "Əgər insanla günah arasında maneə olmasa və insan günaha batsa, bu ilahi yardımdan məhrumiyyət nəticəsidir.("Təfsire-bürhan”, c. 1, səh. 323. )
    Bildirişlər
    1. Təbii qələbələr digər amillərin təsiri altındadır. İlahi yardımlar isə amillərə tabe deyil.
    2. İstər qələbə, istərsə də məğlubiyyət Allahın iradəsindən asılıdır.
    3. İman Allaha təvəkküldən ayrı deyil.
    161. وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ
    "Heç bir peyğəmbərə yaraşmaz ki, xəyanət etsin. Hər kəs xəyanət etsə, xəyanət etdiyi şey qiyamət günü onunla gələr. Sonra hər kəsə qazandığının kamil qarşılığı verilər və onlar sitəm görməzlər.”
    Nöqtələr
    Bəlkə də bu ayə qənimət toplamaq üçün Ühüddəki mövqeyini buraxanlara cavabdır. Onlar qənimətdən məhrum qalacaqlarından qorxaraq komandanın göstərişindən çıxdılar. Halbuki onlara "payınız saxlanılacaq, peyğəmbərin nəzərindən kənarda qalmayacaqsınız” deyilmişdi. Bu ayədə buyurulur: Peyğəmbər sizin qənimət payınıza xəyanət etməyəcək. Əmin olun və vəzifənizə əməl edin...
    İmam Baqir (ə) buyurmuşdur: "Oğurlanmış mal cəhənnəmdə oğrunun gözü qarşısında mücəssəm olar və ona deyilər: Oda daxil ol və onu çıxart!("Təfsire-Nurus-səqəleyn”. )
    Qatqıçılıq, saxtakarlıq, qəsb və xəyanət ayədəki "ğill” nümunələrindəndir. Zəkat yığmaq tapşırılmış bir şəxs həzrət Peyğəmbərin (s) xidmətinə gəlib dedi: "Topladığım bu hissə zəkatdır və sizə çatacaq. Bu biri hissə isə xalqın mənə verdiyi hədiyyələrdir.” Həzrət minbərə qalxıb buyurdu: "Əgər bir şəxs evində otursaydı, ona hədiyyə verilərdimi?! And olsun Allaha, həmin şəxs o haram malla qiyamət günü məhşur olacaq.”("Təfsire-Fürqan”. )
    Peyğəmbərlərə qarşı bədbinlik olan yerdə özünüzə qarşı hansı münasibət gözləyə bilərsiniz?! İmam Sadiqin (ə) belə buyurduğu nəql olunmuşdur: "Xalqın razılığını qazanmaq olmaz, onların dilinə nəzarət etmək mümkünsüzdür.”("Təfsire-Nurus-səqəleyn”. )
    Bildirişlər
    1.Təckə İslam peyğəmbəri yox, bütün peyğəmbərlər əmin, əmanətdardırlar. Peyğəmbərlik xəyanətlə uyuşmur. Əmin insan tərbiyə etmək istəyən şəxs özü xəyanətə yol verməməlidir. Gördüyünüz kimi, qeyri-ilahi rəhbərlər arasında xəyanət əhli çoxdur.
    2. Hətta peyğəmbərlər də xalqın bədbin münasibətindən amanda qalmamışlar. (Bir tərəfdən zəif iman, digər bir tərəfdən dünya məhəbbəti insanı peyğəmbərlərə qarşı bədbinliyə aparır.)
    3. Allahın övliyalarını və pak insanları müdafiə edin.
    4. Qiyamətə haram mal gətirmək cəzanın bir növüdür. Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və bütün xalqın gözü qarşısında insanın xəyanət etdiyi malla gətirilməsi necə də pisdir!
    5. Qiyamətin yada salınması insanı xəyanətdən çəkindirir.
    6. Xəyanət xəyanətdir və onun qədəri mühüm deyil. "Yəti bima ğəllə” cümləsindəki "ma” hissəsi həm az, həm də çoxa xəyanəti bildirir.
    7. Qiyamət səhnəsinə yaxşılar öz xeyir işləri ilə("Ənam”, 160. ), xainlər isə öz xəyanətləri ilə çıxarlar.
    8. Allah adildir. Həm cəzanı kamil surətdə verir, həm də zərrəcə ifrata varmır.
    162. أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخَطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ
    «Allahın razılığı sorağında olan kəs, Allahın qəzəbinə düçar olmuş və yeri cəhənnəm olan kəs kimidirmi? Necə də pis dönüş yeridir.»
    163. هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
    "Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.”
    Nöqtələr
    Bu ayənin nüzul şəni haqqında deyilir ki, həzrət Peyğəmbər (s) Ühüdə doğru hərəkət göstərişi verdiyi vaxt münafiqlər müxtəlif bəhanələrlə Mədinədə qaldılar. Bir qrup zəif imanlı müsəlman da onlara qoşulub cəbhəyə getmədi.
    155-ci ayədə oxuduq ki, Allah cəbhədən qaçıb sonradan peşman olanları bağışlayır. Bu ayədə isə buyurulur: Bəhanəçi rahattələblər və münafiqlər bağışlanmaz.
    Quranın bir çox ayələrində möminlərin dərəcələri haqqında danışılır.("Ənfal”. 4; "Taha”, 75. )Bu ayədə isə möminlərin özü dərəcə kimi tanıtdırılır. Necə ki, pak insanlar əvvəlcə Əli ibn Əbi-Talib (ə) kimi hərəkət edir, sonradan özləri ölçü olurlar. Əvvəlcə hansısa mehvər ətrafında dolanır, sonradan özləri xalq mehvəri olurlar.
    Bildirişlər
    1. Həqiqi mücahidlərin məqsədi ilahi razılığı əldə etməkdir. Onları qələbə, qənimət, şan-şöhrət maraqlandırmır.
    2. İslam cəmiyyətində mücahidlərlə rahatlıq axtaranlara eyni gözlə baxılmamalıdır.
    3. Cəbhədən qaçmaq Allahın qəzəbinə üz tutmaqdır.
    4. Müsəlman üçün yeganə əməl meyarı Allahın razılığı və ya qəzəbi olmalıdır.
    164. لَقَدْ مَنَّ اللّهُ عَلَى الْمُؤمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولاً مِّنْ أَنفُسِهِمْ يَتْلُوا عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُواْ مِن قَبْلُ لَفِي ضَلالٍ مُّبِينٍ
    "Həqiqətən, Allah möminlərə minnət qoyub onların öz aralarından bir peyğəmbər seçdi ki, ayələrini onlara oxusun, onları paklaşdırıb inkişaf etdirsin, onlara kitab və hikmət öyrətsin. Halbuki bundan qabaq aşkar azğınlıqda idilər.”
    Nöqtələr
    "Mənn” sözü əşyanın çəkisini təyin etmək üçün işlədilən daş mənasını bildirir. Hər bir ağır və dəyərli nemətin əta olunması "minnət” adlanır. Amma dəyərsiz nemətləri dəyərli, ağır göstərmək bəyənilməmiş bir işdir. Ona görə də böyük nemətləri bağışlamaq yaxşı, kiçik neməti böyük göstərmək isə bəyənilməmiş işdir.("Təfsire-nümunə”. )
    Xalqın arasından peyğəmbər seçilməsinin bir çox bərəkətləri var:
    a) Xalq onun keçmişini tanıyır və etimad göstərir.
    b) Onlar ilahi göstərişlərin icrasında xalqa nümunə olur.
    v) Onlar xalqın dərdlərinə şərikdirlər və bu dərdlərdən xəbərdardırlar.
    q) Xalqın yanındadırlar.
    Həzrət Əlinin (ə) "Nəhcül-bəlağə”dəki buyruqlarından məlum olur ki, cahiliyyət dövründə xalqın nə sağlam mədəniyyəti, nə də fiziki sağlamlığı vardı. Həzrətin qardaşı Cəfəre-Təyyar Həbəşistana hicrət zamanı cahiliyyət dövrünü Nəcaşi üçün belə təsvir edir: "Biz bütpərəst idik. Həmin dövrdə ölü heyvan əti yeyir, fitnə-fəsad içində yaşayırdıq. Qohumlarımızdan uzaqlaşmışdıq. Qonşularımızla pis rəftar edirdik. Bizim varlılarımız zəiflərin haqlarını ayaq altına alırdılar. Nəhayət, Allah Öz peyğəmbərini məbus etdi...”("Kamilut-tarix”, c. 2, səh. 80. )
    Category: Nur təfsiri (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 483 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019