İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Bildirişlər
    1. İlahi nemətlərin xatırladılması ibadətə dəvətin ən üstün yollarındandır. ("Ubudu Rəbbəkum... əlləzi cəələ ləkum”)
    2. Allahşünaslığın ən üstün yollarından biri imkan çatan nemətlərdən istifadə etməkdir. ("Cəələ ləkumul-ərzə firaşən vəs-səmaə binaən”)
    3. Yaranış nizamında kamil bir uyğunluq müşahidə olunur. Necə ki, yer, səma, yağış, bitki örtüyü, meyvələr və insan arasında uyğunluqlar var. ("Nəzm dəlili”) ("Cəələ, ənzələ, əxrəcə”)
    4. Bütün yaranmışlar hansısa məqsədlə xəlq olunmuşlar. ("Rizqən ləkum”) Yağış meyvələrin inkişafı və səmərəsi üçün ("fəəxrəcə bihi”), meyvələr insana ruzi üçündür. ("Rizqən ləkum”)
    5. Torpaq və yağış bir vasitədir. Otların və meyvələrin cücərməsi Allahın əlindədir. ("Fəəxrəcə”)
    6. Yaranış aləmindəki nəzm və uyğunluq tövhid nişanəsidir. Siz də təkallahçı olun: ("Fəla təcəlu lillahi əndadən”)
    7. Bütün xalqın fitrət və vicdanında allahpərəstliyin kökü vardır. ("Və əntum tələmun”)
    8. Yerin, səmanın, yağışın, meyvələrin, insanın ruzisinin yaranışı Allahın xaliqliyindən (Rübubiyyət) bir görünüşdür. ("Ubudu Rəbbəkum. əlləzi cəələ ləkum...)
    9. Bütün insanların yer üzündə bəhrələnmək və istifadə haqları var. (Ayədə "ləkum” təkrarlanmışdır)
    10. İbadətin vacib olma dəlili yeri, səmanı, yağışı, otları sizin üçün ruzi yaratmış Allahın lütfüdür. ("Ubudu Rəbbəkum.. əlləzi cəələ ləkum...”)
    11. Allah təbiət vasitələrinə hakimdir. ("Cəələ, ənzələ, əxrəcə”)
    12. Allahın şəriki olduğunu güman etmək cəhalətdəndir. ("La təcəlu lillahi əndadən və əntum tələmun”)
    23. وَإِن كُنتُمْ فِي رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُواْ بِسُورَةٍ مِّن مِّثْلِهِ وَادْعُواْ شُهَدَاءكُم مِّن دُونِ اللّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ
    "Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər sizin iddianız doğrudursa, Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın.”
    Nöqtələr
    Bu ayə Quranın möcüzə olduğunu göstərir. Peyğəmbərlərin dəvəti Allaha doğru hidayətdir. Onlar bu işi dəlillərlə, moizələrlə, yaxşı tərzdə mübahisələrlə yerinə yetirirlər. Onların iddiası yalnız budur ki, Allah tərəfindən xalqın hidayəti üçün gəlmişlər. Bu məqsədlə möcüzə də gətirirlər. Demək, möcüzə peyğəmbərlərin dəvətinin yox, iddialarının isbatı üçündür. (Bilməliyik ki, möcüzə varlıq aləmindəki qanunlardan kənar bir iş deyil. Onun da səbəbi var. Sadəcə, bu səbəb ya Allahın iradəsidir, ya da xalq üçün məxfi qalmış bir səbəbdir.)
    Allah Quranda İslam müxaliflərini dəfələrlə mübarizəyə dəvət etmişdir. Onlara xitabən buyurulur ki, əgər bu kitabın Allah tərəfindən gəldiyini qəbul etmirlərsə, bütün bu müharibələr və mübarizələr əvəzinə Quran kimi bir kitab hazırlayıb, İslamın səsini boğsunlar!
    Allah öz peyğəmbəri və kitabının haqq olduğunu isbat etmək üçün bir tərəfdən müxalifləri təhrik edir, digər bir tərəfdən sakitləşdirir. Bir yerdə buyurulur: "Quran kimi bir kitab gətirin.”("Hud”, 13. ) Digər bir yerdə isə belə buyurulur: "Quran surələri kimi on surə gətirin.”("Yunus”, 38. ) Başqa bir yerdə isə belə buyurulur: "Bu işdə (Quranın mislini gətirməkdə) bütün qüdrətlərdən, yaxınlardan, həmfikirlərdən kömək istəyə bilərsiniz.”("Ənbiya”, 98.)
    Quranın bölünməsi və hər bir surənin adlandırılması peyğəmbər dövründə Allah tərəfindən müəyyənləşdirilmişdir. ("Fətu bisurətin”)
    Quran peyğəmbərlərin haqqında danışarkən onların adından ya qabaq, ya da sonra "əbd”, "qul” sözünü işlədir. ("Əbdina Əyyub”, İbrahim.. kullun min əbdina”) Yalnız İslam peyğəmbəri haqqında danışılarkən onun adını çəkmədən "əbd” sözü işlədilmişdir. Bununla da həzrət Məhəmmədin (s) "mütləq əbd" olduğu nəzərə çatdırılır.
    Bildirişlər
    1. İnsanların düşüncəsindən və qəlbindən şəkki çıxarmaq lazımdır. Xüsusilə etiqadi məsələlərdə şəkkin qarşısı alınmalıdır. ("İn kuntum fi rəybin”)
    2. Vəhyin qəbul şərti Allaha bəndəlikdir. ("Nəzzəlna əla əbdina”)
    3. Quran dəlil və sübut kitabıdır. Bu kitab heç bir şəkk-şübhəyə yer qoymur. ("Fətu bisurətin”)
    4. Peyğəmbərlərin möcüzəsi olmalıdır. İslam peyğəmbərinin möcüzəsi Qurandır. ("Fətu bisurətin min mislihi”)
    5.Əbədi dinin əbədi möcüzəsi olmalıdır ki, bütün insanlar tarixin istənilən bir dönəmində və istənilən bir məkanda şəkkə düşdükdə çıxış yolu tapsınlar. ("Fətu bisurətin min mislihi”)
    6. Quranın haqq olmasına o qədər əminik ki, müxaliflər hətta Quranın bir surəsi mislində surə gətirsələr də, onu bütün Quranın yerinə qəbul edərik. ("Bisurətin”)
    7. Ən üstün qazi və hakim vicdandır. Allah müxaliflərin vicdanını onlara hakim qərar vermişdir. ("Vədu şuhədaəkum”)
    24. فَإِن لَّمْ تَفْعَلُواْ وَلَن تَفْعَلُواْ فَاتَّقُواْ النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ
    "Əgər belə bir işi bacarmazsınızsa və heç vaxt da bacarmazsınız, onda kafirlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan çəkinin.”
    Nöqtələr
    "Ənbiya” surəsində oxuyuruq: "Siz və Allahdan savay pərəstiş etdiklərinizin hamısı cəhənnəm yanacağısınız.”("Rəd”, 13. ) Bəlkə də ayədə "daş” deyilərkən hər hansı daş yox, pərəstiş edilən bütlər nəzərdə tutulmuşdur. (Tarix boyu yalnız Həcərül-əsvədə sitayiş olunmamışdır və bu daş heç vaxt cəhənnəm odu olmayacaq. Bəli! Həcərül-əsvəd Allahın yer üzündə əli, bəşər fitrətinin etirafı üçün şahiddir.) Onlar öz gözləri ilə görməlidirlər ki, bütlərin əlindən bir iş gəlməyib və gəlmir. Eləcə də, bu daşlar qiyamət günü qatilin qanlı bıçağı tək günahın dəlil əşyasıdır.
    Sual: Əgər söz bəşərin ixtirasıdırsa, nə üçün Quranın mislini gətirə bilmirlər?
    Cavab: Əlifbanın hərfləri bəşərdəndir. Amma onların düzümü və uca məfhumlarının bəyanı elm və hünərdən qaynaqlanır. Quran Allahın sonsuz elm və hikmətinə əsaslanır. Amma istənilən bir şəxsin yazdığı istənilən bir kitab bəşəriyyətin məhdud elmi əsasında tərtib olunur. Ona görə də bəşər heç vaxt Quran mislində kitab hazırlaya bilməyəcək.
    Bildirişlər
    1. Yol və məqsədin haqq olmasına yəqinlik rəhbərlik üsullarından biridir. ("Və lən təfəlu”)
    2. İndi ki, acizlik və zəiflik hiss etdiniz, haqqa təslim olun. ("Və lən təfəlu fəttəqu”)
    3. Çaşqın və kafir insan daşla bir sırada dayanır. ("Ənnasu vəl-hicarə”)
    4. Günahkar insanın iç xəbislikləri qiyamət günü təcəssüm olub, oda bürünər. ("Vəquduhənnasu”)
    5. Küfr və inadkarlıq Allahın xəlifəsi olmağa layiq insanı cəhənnəm yanacağına döndərər. ("Vəquduhənnasu”)
    6. Cəhənnəm odundan qurtuluş Qurana iman və İslam peyğəmbərinin təsdiqi girovundadır. ("Fə in lən təfəlu və ləm təfəlu fəttəqunnar... Uiddət lil-kafirin”)
    25. وَبَشِّرِ الَّذِين آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ كُلَّمَا رُزِقُواْ مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقاً قَالُواْ هَـذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ وَأُتُواْ بِهِ مُتَشَابِهاً وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ
    "İman gətirib saleh işlər görənlərə müjdə ver ki, onlar üçün ayaqları altda çaylar axan bağlar var. Onlara onun meyvələrindən veriləndə deyərlər: "Bu həminkidir ki, əvvəl də bizim ruzimiz olub. Və o nemətlərin oxşarları onlara verilər. Onlar üçün behiştdə pak-pakizə zövcələr var və orada əbədi qalarlar.”
    Nöqtələr
    "Mütəşabihən” sözünün işlədilməsində məqsəd bu ola bilər ki, behişt əhli ilk baxımda meyvələri dünyəvi meyvələr kimi görərlər və deyərlər: "Bunlar dünyada yediklərimizin oxşarıdır.” Amma yedikdən sonra anlayarlar ki, bu meyvələrin yeni bir tamı və ləzzəti var. Başqa bir ləzzət bu ola bilər ki, onlara verilmiş meyvələrin hamısı yaxşılıq, gözəllik və ətir baxımından eyni cür olarlar. Daha dünyadakı meyvələr kimi biri yaxşı, digəri pis olmaz.
    Quranda iman və saleh əməl, adətən, yanaşı bəyan olunmuşdur. Amma iman saleh əməldən öndə gəlir. Bəli, əgər otaq daxildən işıqlanarsa, işıq şüaları onun pəncərələrindən bayıra düşər. İman insan batinini nurlandırır və nurani qəlb insanın bütün əməllərinə işıq saçır. İman və saleh əməlin bərəkəti çoxdur. Quran ayələrində bu bərəkətə işarə olunmuşdur.
    Behişt zövcələri iki növdür:
    a) Lölö (qiymətli daş) kimi bakirə hurul-eyn həmin aləmdə yaradılmış bir varlıqdır.
    b) Dünyadakı mömin zövcələr də gözəl çöhrə ilə öz yoldaşlarının yanında olarlar.("Təfsiri-Rahnüma”, "Dürrül-mənsur”. )
    İmam Sadiqdən (ə) pak zövcələr haqqında soruşulduqda həzrət buyurmuşdur: "Behişt zövcələrində heyz və ifrazat olmur.”("Rum”, 58ö )
    Bildirişlər
    1. Xatırlatma və xəbərdarlıqla yanaşı müjdə vermək tərbiyə üsullarından biridir. ("Fəttəqun-nar... və bəşşirilləzinə amənu”)
    2. Qəlb imanı saleh əməllə birgə olmalıdır. ("Amənu və əmilussalihat”)
    3. Saleh işlərdən bəzisini yox, hamısını yerinə yetirmək faydalı olur. ("Əmilussalihat”)
    4. Yaxşı və saleh işlər o zaman dəyərli olur ki, imandan qaynaqlanmış olsun. Şəxsi meyillərə, ictimai cazibələrə əsaslanan saleh iş dəyərsizdir. Əvvəlcə, "amənu”, sonra isə "əmilussalihat”.
    5. Dünyada halal-haramı gözlədiyi üçün müəyyən şeylərdən məhrum olan mömin axirətdə onların əvəzini alır. ("ruziqu”)
    6. Biz dünyada nemətləri əldən verməkdən qorxuruq. Axirətdə isə belə bir nigarançılıq yoxdur. ("Və hum fiha xalidun”)
    7. Nemətlərin keçmişi ilə tanışlıq kam alma ləzzətini artırır. ("Ruziqna min qəbl”)
    8. Behişt zövcələri də pakizədirlər. ("Əzvacun mütəhhərə”)
    26. إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي أَن يَضْرِبَ مَثَلاً مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا فَأَمَّا الَّذِينَ آمَنُواْ فَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَأَمَّا الَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَـذَا مَثَلاً يُضِلُّ بِهِ كَثِيراً وَيَهْدِي بِهِ كَثِيراً وَمَا يُضِلُّ بِهِ إِلاَّ الْفَاسِقِينَ
    "Həqiqətən, Allah ağcaqanadı və ya ondan da böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun Rəbbləri tərəfindən bir həqiqət olduğunu bilirlər. Kafirlər isə deyirlər: "Allah bu məsəllə nə demək istəyir? Allah bu məsəllə bir çoxlarını yoldan azdırır, bir çoxlarını isə doğru yola hidayət edir. Allah günahkar fərdlərdən başqasını azdırmaz.”
    Nöqtələr
    "Bəuz” sözü ağcaqanad mənasındadır. Bu sözün kökü "bəz”dir və ağcaqanad öz cüssəsinin kiçikliyinə görə belə adlandırılmışdır.
    Quranın məsəlləri bütün xalq üçündür. Quranda hər növ məsəl çəkilmişdir. ("Ənkəbut”, 43. ) Əlbəttə, bu məsəlləri əhəmiyyətsiz saymaq olmaz. Çünki onların əsasını alimlər dərk edirlər. Quranda oxuyuruq: "Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar.”("Rəd”, 27. ) Məsəllərdə xatırlatma, anlatma, təlim, bəyan, həqiqətlərin açıqlanması gerçəkləşir. Tövrat və İncil kimi əvvəlki səmavi kitablarda da, həzrət Peyğəmbər (s) və onun məsum Əhli-beytinin (ə) buyruqlarında da məsəllərdən geniş şəkildə istifadə olunur. Tövratda "Süleymanın məsəlləri” adı altında hissə vardır.
    Bəzi İslam müxalifləri Quranın məntiqi və çəkdiyi məsəllər qarşısında aciz qaldılar. Onlar Quranın məsəllərini bəhanə edərək dedilər: "Allahın şəni milçək və ya hörümçək kimi bir canlını məsəl çəkməkdən daha ucadır.” Onlar elə düşünürdülər ki, bu məsəllər Allahın uca məqamına uyğun deyil. Ona görə də Quran ayələrinə şübhə edirdilər. Allah bu ayəni göndərməklə onların bəhanələrinə son qoyur.
    Sual: Nə üçün Allah bir qrupu Quran və ondakı məsəllərlə azdırır?
    Cavab: Allah kimsəni azdırmır. Sadəcə, Quran həqiqətlərinə qarşı çıxan hər bir insan özü azır. Bu mənada Quran kiminsə azğınlıq səbəbi sayıla bilər. Çünki ayənin sonunda buyurulur: "İnsanların günahı onların azğınlığına səbəb olur.” Axı necə ola bilər ki, Allah xalqı imana çağırdığı halda Özü onları azdırsın? Axı bir bu qədər peyğəmbər və səmavi kitab göndərən Rəbbimiz xalqı azdırmaq istəyərmi?” Necə ola bilər ki, Allah insanları azdırdığı üçün İblisi məzəmmət etsin, Özü isə Öz bəndələrini azdırsın?!
    Bu ayədə həm hidayət, həm də azdırmaq ümumi şəkildə Allaha aid edilsə də, digər ayələrdə məsələ açıqlanılır. Məsələn, bir ayədə oxuyuruq: "Allah Ona doğru hərəkət edənləri hidayət edir.”("Maidə”, 16. ) Başqa bir ayədə göstəriş verilir ki, insanlar Allahın razılığı ardınca getsinlər.("Ənkəbut”, 69.) Başqa bir ayədə oxuyuruq: "O kəslər ki, Allah yolunda cihad edər.”("Əhzab”, 7.) Əksinə öz istəyi ilə əyri yolu tutanları Allah özbaşına buraxır. Allahın azdırması da elə özbaşına buraxmaq mənasındadır. Çünki, kafirlər, zalımlar, günahkarlar və israfçılar haqqında "la yəhdi” sözü işlədilmişdir. Sədinin təbirincə:
    Var yol, quyu, görən göz, işıq,
    Aydınlıq içində yolunu azan.
    Burax qoy yıxılsın olsun peşiman.
    İnsan yola baxıb olmalı ayıq.
    Bildirişlər
    1. İş şəri, əqli və ürfi cəhətdən məzəmmətli olduqda həya etmək lazımdır. Amma həqiqətin bəyanında utanmaq bəyənilməmişdir. ("La yəstəhyi”)
    2. Uca və mühüm həqiqətləri sadə dildə, misallarla bəyan etmək olar. ("Ən yəzribə məsələn”)
    3. Mömin Allah kəlamına inanır və bu göstərişlərə mütidir. ("Yələmunə ənnəhul-həqq”)
    4. Quran məsəlləri tərbiyə və inkişaf vasitəsidir. ("Fəyələmu ənnəhul həqqu min rəbbihim”)
    5. Quran məsəlləri haqdır və həqiqətləri bəyan edir. ("Ənnəhul həqqu”)
    6. Haqqı axtaran kəs hər bir nurla yolu tapır. Bəhanəçi insan isə heç bir işığı bəyənmir. ("Maza əradəllahu bihaza məsələn.”)
    7. Küfr və inadkarlıq bəhanə amilidir.
    8. Günah azğınlığa səbəb olur və həqiqətləri tanımağa maneçilik törədir. ("Ma yuzillu bihi illəl-fasiqin.”)
    9. Quran məsəlləri hidayət və ya zəlalət vasitəsidir. ("Yuzillu bihi, yəhdi bihi”)
    10. Allah əhdini pozanı günahkar, günahkarı isə azğın edir. ("Və ma yuzillu bihi illəl fasiqin.”)
    27. الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللَّهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُولَـئِكَ هُمُ الْخَاسِرُونَ
    "O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz elələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!”
    Nöqtələr
    Bu ayədə bəyan olunmuş ilahi peymanlar, əhdlər çoxdur: Allah peyğəmbərlərdən vəd almışdır ki, ilahi ayələri xalqa çatdırsınlar.("Ali-İmran”, 187.) Kitab əhlindən vəd alınmışdı ki, haqqı gizlətməsinlər, Tövrat və İncilin İslam peyğəmbəri haqqındakı bəşarətlərinə əməl etsinlər.("Ə`raf”, 176. )Bütün xalqdan əhd alınmışdır ki, Allahın göstərişinə əməl edib, şeytan yolundan uzaqlaşsınlar.("Bihar”, c. 72, s. 198.)
    İslamda əhdə vəfa etmək vacibdir. Kafirlərə münasibətdə də belədir. Əhdini pozan kəs münafiq kimi tanıtdırılmışdır. Hətta namaz qılan olsa da belədir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əhdinə sadiq olmayan insanın dindən faydası yoxdur.”("Tövbə”, 111. )
    Allah bu ayədə göstəriş vermişdir ki, qruplarla rabitə saxlanılsın. ("Əmərəllahu bihi ən yusələ”) Rəvayətlərdə bu qruplar belə tanıtdırılır: səmavi rəhbərlər, alimlər, qohumlar, möminlər, qonşular, müəllimlər. Hər kəs bu fərdlərlə rabitəni qırsa, özü zərər görər. Çünki o bu rabitələr sayəsində əldə edəcəyi təkamülün qarşısını almışdır.
    Əhdə vəfa kamillikdir və Allah özünü bu sifətlə mədh edir.("Tövbə”, 4. )Əhdinə Allahdan yaxşı vəfa edən kimdir? Hətta müşriklərlə də əhdə vəfa etmək lazımdır. Quranda oxuyuruq: "Müqavilə müddətinin sonunadək müşriklərlə bağladığınız əhdə vəfalı olun.”("Rəd”, 25. ) Eləcə də Quranda əhdini pozanlar lənətlənmişdir.("Bəqərə”, 124. )
    Əhd iki cürdür: Xalqın bir-biri ilə bağladığı əhd. Bu əhdə vəfa etmək lazımdır. İkinci əhd Allahın cəmiyyətə rəhbərlik üçün peyğəmbər və imamlarla etdiyi əhddir.("Nəhcül-bəlağə”, c. 1.)
    Həmin ilahi əhdin bu ayədə təkid olunan hissəsi Allahın hər bir fərdin fitrətində qoyduğu əhdlərdir. Necə ki, Həzrət Əli (ə) fitri əhdin çiçəklənməsini peyğəmbərlik fəlsəfəsi kimi tanıtdırmışdır.(Bihar”, c. 71, s. 8. )
    Sual: Allahın əhdi nədir?
    Cavab: Səmavi rəhbərlik Allahın əhdidir. Rəvayətlərdən məlum olur ki, namaz da Allahın əhdidir. İnsan və Allah arasında olan hər bir əhd ilahi əhddir. Əqli qanunlar və ilahi hökmlər də ilahi əhdin numunələridir.
    Əllamə Məclisi ("Yəqtəunə ma əmərəllahu bihi ən yusələ”) ayəsinin ardınca sileyi-rəhmin (yaxınları yoxlamağın) əhəmiyyəti haqqında yüz on hədis nəql etmişdir.("Bəqərə”, 258. ) İndi həmin rəvayətdəki bəzi cəlbedici nöqtələri nəzərdən keçiririk:
    –Hətta su içməklə də olsa, yaxınlarınızla görüşün;
    –Sileyi-rəhm ömrü uzadır, yoxsulluğu aradan qaldırır;
    – Sileyi-rəhm vasitəsi ilə ruzi artır;
    –Ən üstün qədəm o qədəmdir ki, sileyi-rəhm, qohumların görüşü üçün götürülmüş olsun;
    28. كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَكُنتُمْ أَمْوَاتاً فَأَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
    "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.”
    Nöqtələr
    Allahı tanımağın (allahşünaslığın) ən yaxşı yolu özümüz və aləmin yaranışı haqqında düşünməyimizdir. Həzrət İbrahim Allahın varlığını sübut edərkən buyurmuşdur: "Mənim Allahım bir kəsdir ki, dirildir və öldürür.”("İbrahim”, 24. ) Həyatın yaranması və ölüm haqqında düşüncələr həyatın başqa bir varlıq tərəfindən yaradıldığını onun nəzərinə çatdırır. Əgər həyatı insan özü yaratmış olsaydı, onu əbədi edərdi. İnsan düşünür: "Nə üçün nə vaxtsa olmayıb, sonra olub, daha sonra isə yenidən olmayacaq?” Allah buyurur: "İndi ki, cansız ikən cana gəldiyinizi gördünüz, bilin ki, qiyamət günü də dirilməyiniz eyni cürdür.”
    Həyat məsələsinin mahiyyəti məchul olsa da, onun əsərləri insanın vücudunda görünməkdədir. Həyatın xaliqinin də mahiyyəti dərk olunası deyil. Amma Onun da əsərləri hər şeydə aşkardır.
    Bildirişlər
    1. Əql və fitrətdən sorğu təbliğ və hidayət üsullarından biridir. ("Kəyfə təkfurunə...”)
    2. Həyat və ölüm haqqında düşüncə Allahın varlığının isbatının ən üstün dəlilidir. ("Kuntum əmvatən”) Özünütanıma allahşünaslığın müqəddiməsidir.
    3. İlahi dünyagörüşündə, həyat və ölümdə məqsəd təkamül və kamal mənbəyinə dönüşdür. ("Summə iləyi turcəun”) Mövləvi öz "Məsnəvi”sinin üçüncü dəftərində deyir:
    Torpaq ikən ölüb cücərti oldum,
    Bir də ölüb heyvan yerində qaldım.
    Heyvan ikən ölüb döndüm insana,
    Ucalıq verirmiş ölüm bu cana.
    Kaş bir daha dadım onun tamını,
    Bilinməz məqamda alım kamımı.
    29. هُوَ الَّذِي خَلَقَ لَكُم مَّا فِي الأَرْضِ جَمِيعاً ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
    "Yerdə olanları bütünlüklə sizin üçün yaradan, sonra səmanı yaratmağa başlayıb, oları yeddi səma şəklində möhkəmlədən Odur. O hər şeydən agahdır.”
    Nöqtələr
    "Səma” sözü ərəb dilində yüksəkliyi bildirir. Bəzən, yerdən bir neçə metr hündürdə olan ağac budaqları haqqında da "səmaya ucalmış” ifadəsini işlədirlər.(Qaf”, 9. ) Bəzən yağış yağdıran buludların da yüksəkliyi haqqında səma kəlməsi işlədilir.("Ə`raf”, 179. ) "Ənbiya” surəsinin 32-ci ayəsində isə belə buyurulur: "Səmanı hifz edilən tavan qərar verdik”.)
    Bildirişlər
    1. Qadir, bağışlayan, ehtiyacları aradan qaldıran Allaha qarşı küfr təəccüb doğurur. ("Kəyfə təkfurunə”)
    2. Varlıq aləmi insan üçün xəlq olunmuşdur. ("Xələqə ləkum”)
    3. Varlıq nizamında bir məqsəd vardır. Dünyanın yaranışı tədbir və hikmətli plan əsasında baş tutmuşdur. ("Xələqə ləkum”)
    4. Təbiətdə heç bir varlıq əbəs yaradılmamışdır. Sadəcə biz onlardan istifadə yolunu bilmirik. ("Xələqə ləkum”)
    5. Əsas odur ki, xüsusi bir dəlillə qadağan olunmayan hər bir şey insan üçün mübahdır. ("Xələqə ləkum ma fil-ərzi cəmia”)
    6. Dünya insan üçündür, insan dünya üçün yox! ("Xələqə ləkum”)
    7. İnsan elmi baxımdan elə bir məqama çata bilər ki, bütün təbiətin ətalarından istifadə edər, varlıq aləminin sirlərini açıb, onu özünə ram edər. ("Ləkum”)
    8. Yerin ətaları hamının istifadəsi üçündür. ("Xələqə ləkum ma fil-ərzi”)
    9. Dünyanın yeddi qat səmasında tarazlıq var və heç bir uyğunsuzluğa təsadüf olunmur. ("Fəsəvvahunnə səbə səmavat”)
    10. Səmanın və yerin yaradılışı bütünlüklə ilahi elmə əsaslanır. ("Xələqə ləkum... əlim”)
    11. Yerin və yeddi qat göyün yaranışı Allahın ölüləri diriltməyə qadir olmasının dəlilidir. Əvvəlki ayədə buyurmuşdur: "Summə yuhyikum... huvəlləzi” .
    30. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ
    "Rəbbin mələklərə deyəndə ki, Mən yer üzündə bir xəlifə yaradacağam, mələklər dedilər: "Yoxsa yer üzündə fəsad törədib qan tökəcək bir kəsmi yaratmaq istəyirsən? Halbuki biz Sənə həmd və sitayişlə tərif deyir, Səni müqəddəs tuturuq.” Allah buyurdu ki, həqiqətən, Mən sizin bilmədiyinizi bilirəm.”
    Nöqtələr
    Əvvəlki ayədə oxuduq ki, Allah yer üzünün bütün nemətlərini insan üçün yaratmışdır. Bu və sonrakı ayələrdə insanın yer üzündəki xəlifəliyindən danışılır və bəşəriyyətin fəsadı ilə bağlı mələklərin nigarançılığı bildirilir. Sonra Allahın izahatı və mələklərin ilk insan qarşısındakı səcdəsindən danışılır.
    Mələklər ya ilahi xəbərlər vasitəsi ilə, ya Adəmdən əvvəlki insanları gördüklərindən, ya maddi insanın təbii zəhmətlərini öncədən bildiklərindən, onun qan töküb, fəsad törədəcəyindən danışırdılar.
    Bütün insanlarda xəlifə olmaq istedadı olsa da, hamı xəlifə ola bilmir. Çünki onlardan bəziləri öz rəftarı ilə heyvandan da alçaq bir məqama süqut edir. Necə ki, Quranda buyurulur: "Onlar heyvan kimidirlər, bəlkə daha çox zəlalətdədirlər.”("Nəcm”, 9. )
    Bu xəlifənin qərargahı yer üzüdür. Onun ləyaqəti isə çox-çox yüksəyə çatır.("Tin”, 4. )
    Başqalarına sual vermək icazəsi verin. Allah Öz mələklərinə belə bir izn verdi. Mələklər Onun icazəsi olmadan danışmırlar. Mələklər bilirdilər ki, hər bir yaranışda ali bir hədəf var.
    Sual: Nə üçün Allah insanın yaranışında məsələni mələklərə açıqladı?
    Cavab: İnsan maddi quruluşu çox möhkəm yaradılmış xüsusi bir məxluqdur.("Mu`minun”, 14. ) Ona ilahi ruh üfürülmüşdür. Allah onu yaratdıqdan sonra Özünə təbrik demişdir.("Yunus”, 3; "Naziat”, 5)
    Sual: Daim hazır, görən və qəyyum Allahın canişin və xəlifəyə nə ehtiyacı vardı?
    Cavab: Əvvəla, insanın canişinliyi kiminsə ehtiyacını ödəmək üçün deyil. İnsanın canişinlik məqamı onun kəramət və fəzilət rütbəsidir. İkincisi, yaranış nizamı vasitələrə, səbəblərə əsaslanır. Allah bütün işləri müstəqil şəkildə yerinə yetirməyə qadir olsa da, işlərin icrası üçün vasitələr qərar vermişdir. Bu vasitələrdən bəzilərini qeyd edək:
    –Əsl idarə edən Allah Özü olsa da, varlıq aləminə mələkləri idarə edən qərar vermişdir.("Şüəra”, 80; "Nəhl”, 69. )
    –Şəfa Allahın əlində olsa da, Allah məsələn, balda şəfa qərar vermişdir.("Yunus”, 20; "Cinn”, 27. )
    –Qeyb elmi Allaha məxsus olsa da, Allah bu elmdən bir hissəsini saleh bəndələri üçün açıqlamışdır.("Nisa”, 18. )
    Demək, insan Allahın canişini ola bilər və bu canişinə itaət Allaha itaət sayılar.(Fəth”, 10. ) Bu canişinə beyət Allaha beyət kimi sayılar.("Camei kəbirə” ziyarəti. ) Eləcə də, Allahın canişininə məhəbbət Allaha məhəbbət kimi qəbul edilər.("Bəqərə”, 124. )
    Mövcudlar haqqında mühakimə üçün bütün xeyirli və zərərli mövcudları yanaşı qoymaq lazımdır. Bu mühakimədə tələsmək olmaz. Mələklərə elə gəlirdi ki, onların Allaha həmd-sənası insanın həmd-sənasından çoxdur. İblis də özü haqqında belə düşünür və deyirdi: "Mən oddanam, Adəm isə torpaqdan.” Bu iddia ilə insana səcdə etmək istəmirdi. Allah isə hər şeyi bildiyindən insanın daha üstün olduğunu buyururdu: ("İnni ələmu mala tələmun”)
    Bildirişlər
    1. Allah ən öncə yaşayış vasitələrini hazırlayıb, sonra insanı xəlq etdi ("Nəhcül-bəlağənin 91-ci xütbəsində həzrət Əli (ə) də bu məsələyə toxunmuşdur.”)
    2. Mələklər insandan əvvəl xəlq olunmuşlar. Ona görə də Allah insanın yaradılışını onlara xəbər verir.
    3. İlahi xəlifənin, canişinin və hakimin seçimi Allahın əlindədir ("İnni cailun fil-ərzi xəlifətən”)
    4. İnsan Allahın yer üzündə daimi canişinidir. ("Cailun”) (İsme-fail olan "Cail” sözü davam rəmzidir.)
    5. İnsan məxluqların əşrəfidir və Allah xəlifəliyi məqamına layiq ola bilər. (Əlbəttə ki, zalımlar bu məqamdan məhrumdurlar.("Kəhf” 50. )
    6. Mələklər elə bilirdilər ki, insan daim fəsad törədib qan tökəcək. ("Yufsidu... və yəsfiku”)
    7. İlahi xəlifə və hakim ədalətli olmalıdır. Allah canişini günahkar ola bilməz. Xəlifə "yer üzündə fəsad törədən” olmamalıdır.
    8. İnsanın öz ləyaqətini qorumasının səbəbi həsəd deyilsə, belə qorunmanın eybi yoxdur. ("Və nəhnu nusəbbihu bihəmdikə və nuqəddisu ləkə”)
    9. Aram bir fəzada ibadət və təsbih ləyaqət üçün lazım olan yeganə meyar deyil.("Nəhnu nusəbbihu”)
    10. Bir qrup adamın çaşqınlığı və fəsadına görə başqalarının təkamülünün qarşısını almaq olmaz. Allah bilirdi ki, insanlardan bir qrupu fəsad törədəcək. Amma O, yaranma nemətindən başqalarını məhrum etmədi.
    11. Şübhəni aradan qaldırmaq üçün sual vermək itaətsizlik deyil. ("Ətəcəlu fiha”)
    12. Allah insanın fəsad törədib qan tökəcəyini rədd etmədi. Amma mühüm bir məsləhət və insanın ləyaqətini bəyan etdi. ("İnni ələmu ma la tələmun”)
    13. Sözlərinizin hamı tərəfindən qeyd-şərtsiz qəbul olunacağını gözləməyin. Çünki mələklər də Allahdan sual etdilər. ("Qalu ətəcəlu fiha”)
    14. Mələklərin elm və məlumatı məhduddur. ("Ma la tələmun”)
    31. وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ
    "Allah bütün adları Adəmə öyrətdi. Sonra onları mələklərə təqdim edərək buyurdu: "Əgər doğru deyirsinizsə onların adlarını Mənə xəbər verin.”
    Nöqtələr
    Allah-təala varlıq aləminin sirlərini, övliyalardan tutmuş cansız cisimlərədək hər şeyin adını Adəmə öyrətdi. "Məcməül-bəyan” təfsirində nəql olunmuş rəvayətdə İmam Sadiqin (ə) təbirincə, bütün torpaqlar, dağlar, dərələr, çay yataqları, hətta ayağımızın altındakı döşənəcək də Adəmə tanıtdırıldı.
    Bildirişlər
    1. Həqiqi müəllim Allahdır. Qələm, bəyan, müəllim və kitab təlim vasitələridir. ("Əlləmə”)
    2. İnsan öz elmi ilə mələklərdən üstündür. ("Və əlləmə Adəmə...”)
    3. İnsan bütün elmləri əxz etmək üçün istedad və ləyaqətə malikdir. ("Kulləha”)
    4. Mələklərin ibadəti, Adəmin isə elmi daha çox idi. Xilafət məqamı ibadətdən çox elmlə bağlıdır. ("Əlləmə Adəməl əsma”)
    5. Başqalarını məlumatlandırmaq üçün ən yaxşı yol imtahan keçirilməsi və fərdlərin ləyaqətlərinin nümayişə qoyulmasıdır. ("Əlləmə... summə ərəzəhum... fəqalə ənbiuni”)
    6. Mələklər Allahın xəlifəliyi məqamına özlərini daha layiq sayırdılar. ("İn kuntum sadiqin”)
    32. قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ
    "Mələklər dedilər: "Pərvərdigara! Sən pak və münəzzəhsən. Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Həqiqətən, Sən həkim (hikmət sahibi) və bilənsən.”
    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 1143 | Rating: 4.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024