İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Nur təfsiri (1-ci cild)

    Nur təfsiri (1-ci cild)
    Nöqtələr
    İblis və mələklər hər biri bir cəhətdən özünü Adəmdən üstün bilirdilər. İblis xilqət baxımından, mələklər isə ibadət baxımından özlərini Adəmdən üstün sayırdılar. Amma İblis Allahın insana səcdə əmri qarşısında itaətsizlik göstərdi. Mələklər isə həqiqəti bildiklərindən üzr istəyib, cəhalətlərini etiraf etdilər. ("Sübhanəkə la ilmə ləna”)
    Bildirişlər
    1. Elmsiz suala görə üzr istəmək bir dəyərdir. ("Sübhanəkə”)
    2. Üstünlük istəyi və özünü böyük bilmək tənzimlənməlidir. ("Nusəbbihu və nuqəddisu”) deyənlər "la ilmə ləna” söylədilər.)
    3. Öz cəhalətimizi etiraf edək. ("La ilmə məna”) Mələklər ən ali ədəbi nümayişə qoydular. "Sübhanəkə”, "la ilmə ləna”, "əlləmtəna”, "innəkə”, "əntəl-əlimul-həkim” sözləri ədəb nişanəsidir.
    4. Mələklərin elmi məhduddur. ("La ilmə ləna”)
    5. Allahın elmi zatidir. (Sonradan əldə olunmuş deyil.) ("İnnəkə əntəl-əlim”) Başqalarının elmi isə "iktisabi”, yəni qazanılmış elmdir. ("Əlləmtəna”)
    6. Aləmdəki işləri təsadüfi bilməyək. ("Əntəl-əlimul-həkim”)
    33. قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ
    "Allah buyurdu: "Ey Adəm, mələklərə onların adlarını xəbər ver.” Adəm mələklərə onların adlarını bildirdikdə Allah buyurdu: "Sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söyləmədimmi?”
    Bildirişlər
    1. Layiqli istedadlara çiçəklənmə fürsəti verin. ("Ənbihum biəsmaihim”)
    2. Allahın keçirdiyi elmi sorğuda Adəm mələklərdən üstün oldu. ("Fələmma ənbəəhum biəsmaihim.”)
    3. Mələklər bəzi sözləri desələr də, bəzi məsələləri gizlədilər. ("Kuntum təktumun”)
    34. وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ
    "Mələklərə "Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlük göstərdi və kafirlərdən oldu.”
    Nöqtələr
    Quranın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. ("Kanə minəl-cin”)("Kəhf” 50. )
    Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. ("Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!
    İblis iki azğınlığa yol verdi:
    a) Etiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.("Zümər”, 72. )
    b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.("Ə`raf”, 11. )
    Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: "Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə "Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.("Təfsiri-safi”. ) İmam Səccad (ə) buyurmuşdur: "Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.("Fussilət”, 29. )
    Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. "Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.("Hicr”, 29. )
    Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.("Saffat”, 146. )
    Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.
    Bildirişlər
    1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. ("Uscudu li Adəmə”)
    2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. ("Uscudu li Adəmə”)
    3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. ("Əba vəstəkbər”)
    4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. ("Kanə minəl kafirin ")
    35. وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ
    "Dedik: Ey Adəm! Sən öz zövcənlə bu bağda sakin ol və hər ikiniz istədiyiniz kimi oradakı meyvələrdən bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olacaqsınız.”
    Nöqtələr
    Quran dilində "Şəcər” təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Quranda belə bir ayə var: "Üstündə iki yarpaqlı bir buta bitirdik.”("Ali-İmran”, 142. ) Əgər rəvayətlərdə və təfsirlərdə bu ayədə "şəcər” sözünün buğdaya işarə olduğunu oxusanız, etiraz etməyə yer yoxdur.
    "Cənnət” dünya bağlarına da deyilir. "Qələm” surəsinin on yeddinci ayəsində oxuyuruq: "Biz cənnət (bağ) sahiblərini imtahana çəkdik. Quranın digər ayələrindən və rəvayətlərindən məlum olur ki, Adəmin sakin olduğu cənnət vəd olunmuş cənnət olmamışdır. Çünki:
    1. Vəd olunmuş cənnət mükafatdır. Adəm bir iş görməmişdi ki, ona mükafat veriləydi.("Hicr”, 48. )
    2. Behiştə daxil olan kəs bir daha oradan çıxmır.("Təfsiri-Nurus-səqəleyn”, c. 1. s. 50. )
    3. Həmin behiştdə qadağa, vəzifə yoxdur. Halbuki Adəmə hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Bundan əlavə, Əhli-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt vəd olunmuş behişt olmamışdır.
    Adəmə edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi.
    Bildirişlər
    1. Məskəndə qadın kişiyə tabedir. ("Əntə və zəvcukə”)
    2. Bir şəxsi pis işdən çəkindirmək istədikdə tərbiyə şivəsində əvvəlcə doğru yola çağırın, sonra qadağa qoyun. Bu ayədə də əvvəlcə cənnətdə qalmaq çağırışı, sonra isə qadağa bəyan olunur.
    3. Günaha yaxınlaşmaq günahın qucağına düşmək səbəbidir. ("La təqrəba... fətəkuna”)
    4. İlahi yoldan çıxmaq insanın özünə zülmüdür. ("Fətəkuna minəzzalimin”) Adəm və onun zövcəsi tövbə üçün dedilər: "Özümüzə zülm etdik.” Peyğəmbərlərin ismət sahibi, günahsız olması bunugöstərir ki, bu məqamda zikr olunan zülm günah yox, "tərke-övla”, yəni yaxşı bir işin tərki idi.
    36. فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُواْ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ
    "Beləcə şeytan o iki nəfəri büdrədib, nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Biz də dedik: "Bir-birinizə düşmən kəsilərək buradan kənar olub, yer üzünə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”.
    Nöqtələr
    Əvvəlcə haqqında danışdığımız ("İnni cailun fil-ərzi xəlifətən”) ayəsindən məlum olur ki, Adəmin yaranışında əsas məqsəd onun yer üzündə yaşayışı olmuşdur. Amma yer üzündə yaşayış üçün bəzi hazırlıqlar olmalı idi. Adəm bilməli idi ki:
    1. Mütləq azad deyil. Onun həyatında əmr və qadağa, vəzifə mövcuddur.
    2. İblis onun düşmənidir və öz andları, yalan vədləri ilə onu aldadasıdır.
    3. Şeytana itaət süqut amilidir.
    4. Tövbə səhvləri aradan qaldırmaq vasitəsidir.
    İmam Riza (ə) buyurmuşdur: "Adəmin büdrəmə macərası, o, peyğəmbərlik məqamına çatmamış baş vermişdi. Bununla belə, onun büdrəməsi bağışlanılması kiçik bir səhv idi.”(Bax: "Ə`raf”, 21. )
    Şeytan Adəmi büdrətmək üçün bütün psixoloji və təbliğati üsullardan istifadə etdi. O cümlədən:
    a) Adəm və Həvva üçün and içdi(Bax: "Ə`raf”, 21.).
    b) Xeyirxahlıq libası geyib dedi: "Mən sizin xeyirxahınızam(Bax: "Taha”, 120. )
    v) Onlara əbədilik vəd etdi və dedi ki, əgər bundan yesəniz, həyatınız və hakimiyyətiniz əbədi olacaq.("Ə`raf”, 20. )
    q) Yalan danışdı və haqqın zatına böhtan atdı. Bildirdi ki, Allah sizin mələk olmağınızdan və əbədi yaşayacağınızdan qorxduğu üçün belə qadağan qoyub.("Təfsiri-dürrül-mənsur”, c. 1, s. 60.)
    Bildirişlər
    1. Böyüklər üçün də şeytan təhlükəlidir. O, Adəm və Həvvanın sorağına gəldi. ("Fəəzəlləhuma”)
    2. Şeytan bəşər nəslinin qədim düşmənidir. Çünki ilk yaranış günündən ata-anamızın görüşünə getdi. ("Fəəzəlləhuma”)
    3. İnsan öz-özlüyündə xətaya yol verən və şübhəyə düşəndir. ("Fəəzəlləhuməşşəytan”)
    4. Hər bir insan öz istedad və ləyaqətlərinə görə behiştlikdir. Amma yol verdiyi azğınlıqlar onu süquta uğradır. ("Fəəxrəcəhuma”)
    5. Allaha itaətəsizliyin, İblisin vəsvəsələrinin acı aqibətindən ibrət götürün. Şeytanın nüfuzu altına düşmək ilahi məqamlardan xaric olmaq və məhrumiyyətdir. ("Fəəzəlləhuməşşəytan... fəəxrəcəhuma”)
    6. Dünya həyatı müvəqqətidir. ("İla hin”)
    37. فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ
    "Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Belə ki, Allah Öz lütfünü ona doğru döndərdi. Həqiqətən, O, tövbələri qəbul edən və mehribandır.”
    Nöqtələr
    Adəm qadağan olunmuş şeydən daddığı üçün bütün nemətlərdən və rifahdan məhrum oldu. O öz səhvini anladı və peşmanlığı səbəbindən Allahdan bəzi sözlər öyrəndi. Bu sözlər vasitəsi ilə tövbə etdi. ("Tövbə” geri dönməkdir.)
    Şiə və sünni rəvayətlərindən məlum olur ki, Adəmin tövbə üçün istifadə etdiyi kəlmələr Allahın ən üstün yaranmışları olan həzrət Məhəmməd (s) və onun Əhli-beytinə (ə) təvəssüldən ibarət idi. "Təfsiri-dürrül-mənsur” kitabında İbn-Abbasdan nəql olunmuşdur ki, Adəm öz tövbəsinin qəbul olunması üçün Allahı Məhəmməd (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) adlarına and verdi.("Ə`raf”, 23. ) Bəziləri də belə düşünürlər ki, Adəmin dediyi sözlər "Əraf” surəsində bəyan olunmuş sözlərdir: "Pərvərdigara! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamasan və Öz rəhmətində qərar verməsən, hökmən ziyankarlardan olacağıq.("Bəqərə”, 124)
    Bildirişlər
    1. Tövbə tövfiqi (yardımı) Allahdan olduğu üçün, tövbə yolunu da Allahdan öyrənmək lazımdır. ("Min rəbbihi kəlimatin”)
    2. Tövbənin qəbulu, onun gerçəkləşmə yolu Allahın tərbiyə və rübubiyyət sifətlərindəndir. ("Min rəbbih”)
    3. Bütün lütflər və tövbənin qəbulu yalnız Allahın işidir. ("Huvə”)
    4. Əgər tövbə həqiqi tövbə olsa, Allah onu qəbul edər. ("Huvət təvvab”)
    5. Tövbəni pozduğumuz zaman yenidən tövbəni qəbul edən Allahdır ("Huvət təvvab”)
    6. Allahın üzrü qəbul etməsi danlaq və məzəmmətlə yox, onun mərhəməti ilə müşayiət olunur. ("Əttəvvabur rəhim”)
    38. قُلْنَا اهْبِطُواْ مِنْهَا جَمِيعاً فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّي هُدًى فَمَن تَبِعَ هُدَايَ فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Dedik: "Hamınız oradan (bağdan yerə) enin. Mənim tərəfimdən sizin üçün bir hidayət gəldiyi zaman, kim Mənim hidayətimə tabe olsa, onlar üçün nə bir qorxu var, nə də qəmgin olacaqlar.”
    39. وَالَّذِينَ كَفَرواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُولَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
    "Amma o kəslər ki, kafir oldular və Mənim ayələrimi təkzib etdilər, onlardır cəhənnəm əhli və daim orada qalacaqlar.”
    Nöqtələr
    Adəmin öz xətasını etiraf etməsi və tövbə qılması onun Allah tərəfindən bağışlanmasına səbəb olsa da, o, tövbədən sonra behiştə qayıtmadı. Çünki büdrəmənin əsərləri başqadır, ilahi əfv başqa! Bir neçə ayə qabaq eniş əmri həm də qəhrin bir növü idi. Amma bu ayə Adəmin tövbəsindən sonra nazil olduğu üçün adi şəkildə bəyan olunmuşdur. Həmçinin ümidvar edir ki, əgər ilahi hidayətə tabe olsalar, hüzn və qəmləri olmayacaq.
    Bildirişlər
    1. Bəzən bir hərəkətin müsbət və mənfi təsir dairəsi bütün əsrləri və nəsilləri əhatə edir.
    2. Bir büdrəmə və xəta ilə kimsəni rədd etmək olmaz. Çünki insan düzəlmək və hidayət olmaq xüsusiyyətinə malikdir.
    3. Bəşərin hidayəti, doğru yola yönəldilməsi üçün peyğəmbərlərin gəlişi qətidir.
    4. Gerçək hidayət yalnız Allah tərəfindəndir.
    5. Gerçək əmniyyət və aramlıq dinə və ilahi göstərişlərə tabeçilik sayəsində hasil olur.
    40. يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَوْفُواْ بِعَهْدِي أُوفِ بِعَهْدِكُمْ وَإِيَّايَ فَارْهَبُونِ
    "Ey İsrail övladları! Sizə ruzi etdiyim nemətləri yadınıza salın və əhdimə vəfa edin ki, Mən (də) sizin əhdinizə vəfa edim. Yalnız Məndən qorxun!”
    Nöqtələr
    "İsrail” həzrət Yaqubun digər bir adıdır. Bu söz "bəndə” və "Tanrı” sözlərindən yaranmışdır. Belə ki, "İsrail” sözünün lüğət mənası "Allah bəndəsi” olur.
    Bəni-İsrailin tarixi, onların fironçular tərəfindən əsarəti, bu qövmün həzrət Musa tərəfindən xilası, onların bəhanəçiliyi və dindən dönməsi bir tabe və xüsusi bir tarix vücuda gətirmişdir. Bu tarix müsəlmanlar üçün də ibrətverici və nəsihətamizdir. Əgər müsəlmanlar diqqətli olmasalar, rəvayətlərin bildirdiyinə görə, eyni taleyə düçar olacaqlar.
    Səmavi kitabların hökmlərinə şamil olan ilahi əhdlər və Allahın hamıdan aldığı fitri əhdlər gerçəkləşəsidir. Quranda imamət məsələsi əhd adlanmışdır: "Mənim əhdim (imamət məqamı) zalım fərdlərə çatmaz.”("Vəsail”, c. 1, s. 110. ) Demək, əhd səmavi imam və rəhbərə vəfa, ona itaətdir. Yeri gəlmişkən, rəvayətlərdə oxuyuruq: "Namaz ilahi əhddir.”("Nəhcül-bəlağə”, k. 49. )
    Bildirişlər
    1. İlahi nemətlərin xatırlanması Allaha məhəbbət və itaət səbəbidir.
    Allaha doğru dəvət edərkən Onun lütflərini xatırlayın ki, qəbul üçün zəmin yaransın.
    2. Nemətləri yada salıb zikr etmək vacibdir.
    3. Ata-babalara verilmiş nemətlər insanın özünə verilmiş nemətlər yerindədir. Nemətlər yəhudilərin babalarına peyğəmbər dövründə verilmiş olsa da, Allah onların nəslindən olanlara bunu unutmamağı tapşırır.
    4. İlahi əhdlərə vəfa vacibdir.
    5. Allahın lütfündən bəhrələnməyin şərti ilahi vəzifələr yolunda qədəm götürməkdir. Bəli, biz müti olduqda Allah da dualarımızı qəbul edəcək.
    6. İlahi vəzifələrimizi yerinə yetirərkən heç bir gücdən qorxmayaq və başqalarının münasibətini əsas götürməyək.
    Düşmənin mənfi təbliğatı, danlaqları, hədələri, qurğuları mühüm deyil. Allahın qəhri və qəzəbi hər şeydən mühümdür.
    41. وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ
    "(Quranda) nazil etdiyimə iman gətirin ki, sizinlə olanı (Tövratı) təsdiq edir. Ona ilkin kafir olmayın. Mənim ayələrimi heç nəyə satmayın və təkcə Məndən qorxun.”
    Nöqtələr
    Ayə yəhudi alimlərinə xitab edərkən buyurur: "Quran sizin Tövratda olan müjdələrlə uyğundur. (Söhbət bütün hökmlərdəki uyğunluqdan yox, ümumi və icmali bir həmahənglikdən gedir.) Bir zaman İslamın zühurunu təbliğ edib, yolunu gözləyirdiniz. İndi küfrdə qabağa düşməyin ki, sizə baxaraq başqa yəhudilər də İslamdan boyun qaçırsınlar. İlahi ayələri ucuz dünya rəyasətinə satmayın və Allahdan qorxun.
    Bildirişlər
    1. Xalqın düzgün etiqadlarını qəbul edək ki, onlar da bizim sözlərimizi qəbul etsinlər.
    2. Tövrat və İncilin bəzi hissələrindəki təhriflər onların digər hissələrinin qəbuluna mane olmasın.
    3. Alimlərin azğınlığı başqalarının da azğınlığına səbəb olur.
    4. Alimlərin susmasının və haqqı gizlətməsinin rəmzi onların maddiyyata bağlılıqlarıdır.
    5. Dünya nemətlərinin azlığını nəzərə alsaq, bütün dünya nemətlərinə çatmaq bir an azğınlığa dəyməz.
    6. Var-dövlət və məqamı itirməkdən nigaran olmaq əvəzinə, Allahın qəhr və qəzəbindən qorxmaq lazımdır.
    42. وَلاَ تَلْبِسُواْ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُواْ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
    "Haqqı batillə pərdələməyin və həqiqəti bildiyiniz halda onu gizlətməyin.”
    Nöqtələr
    "Lubs” sözü "örtmək” və "ləbs” sözü "şəkk-şübhə” deməkdir.
    İnsanın başqa varlıqlardan üstünlüyü onun xəbərdarlığı, mərifəti və agahlığıdır. Şəkk-şübhə, vəsvəsə yaratmaqla haqqı xalqdan gizlədənlər, əslində onların yeganə imtiyazını əlindən alırlar. Bu ən böyük zülmdür.
    Həzrət Əli (ə) buyurur: "Əgər batil xalis şəkildə (olduğu kimi) bəyan olunsa, nigarançılıq yoxdur. (Bu halda xalq həqiqəti bilər və batili tərk edər.) Həqiqət də xalis şəkildə bəyan olunsa, müxalifin dili bağlanar. Amma təhlükə oradadır ki, haqq və batil bir-birinə qarışdırılıb və birindən bir hissəsi elə göstərilir ki, şeytanın öz havadarlarına, hakimiyyətinə zəmin yaransın.”(Nümunə”, c. 1, s. 214. )

    Category: Nur təfsiri (1-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-07-25)
    Views: 804 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024