İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    SƏRXOŞLUQ AYƏSİNİN NƏSXİ
    Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın). (4\43).
    Alimilərin bir çoxununu fikrincə bu ayə nəsx olunmuşdur. Lakin onun hansı ayə ilə nəsx olunduğu haqda müxtəlif fikirlər irəli sürülmüşdür.
    Qətadə, Mucahid və Həsən Bəsri ayənin, şərabın haram hökmünü verən ayə ilə nəsx olunduğuna istinad etmişlər. İbni Abbasdan nəql olunmuş rəvayətdə isə Maidə surəsinin 6-cı ayəsi ilə nəsx olunduğu göstərilir.
    (İza əqimtumussəlati fəğsilu vucuhəkum və əydikum iləl mərafiqi – Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər [və ya dirsəklərinizdən daxil olmaqla yuyun.])
    İrəli sürülmüş hər iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim nəzərimizcə onların hər ikisi batil və əsassızdır.
    1. Sərxoşluq ayəsi ilə nəsx olunması:
    Deyilir: sərxoşluq və şərabın haramlığı yalnız aiddir. Lakin şərabın haramlığı haqda nazil olmuş ayə bu hökmü nəsx etmiş, sərxoşluq və şərabın tək namaz üçün deyil, bütün hallarda haram olduğunu bəyan edən hökm ilə əvəz etmişdir.
    Cavab:
    Əvvəla bu ayə heç də namazdan qeyri hallarda şərabın içilməsinə dəlalət etməyir ta şərabı haram edən ayə ilə nəsx olunmuş olsun. Digər tərəfdən isə bu ayə nazil olmazdan əvvəl şərabın haramlığı haqda qəti hökm verilmişdir. Belə olduğu bir halda necə belə bir qənaətə gəlmək olar ki, bu ayə şərabın [namazdan qeyri hallarda] içilməsinə icazə vermiş və [sonralar] başqa bir ayə ilə nəsx olunmuşdur.
    Bu məzmunda dediklərimizi təsdiq edəcək bir neçə mötəbər rəvayət nəql olmuşdur və biz onlardan bir neçəsinə işarə edirik.
    Abdullah ibni Ömər deyir: Şərabın haram olunmasına dair üç ayə nazil olmuşdur. Nazil olmuş ilk ayə Bəqərə surəsinin 219-cu ayəsi olmuşdur. Orada deyilir:
    (Yəsəlunəkə ənil xəmri vəl məysiri qul fihima ismun kəbirun və mənafiu linnasi və isməhuma əkbərumin nəfiha – [Ya Məhəmməd] Səndən içki və qumar [meysir] haqqında sual edənlərə söylə: Onlardan həm böyük günah, həm də insanlar üçün mənfəət [dünya mənfəəti] vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!)
    Abdulla deyir: Bu ayə nazil olduqdan sonra [əshbadan] bəziləri dedilər: Şərab haram olundu [və bununla kifayətləndilər]. Digərləri Peyğəmbərin (s) yanına gəlib dedilər: Ya Rəsulullah! Bizə icazə ver şərabın dünyəvi mənfəətlərindən bəhrələnək! Peyğəmbər (s), onların bu istəklərinin müqabilində bi şey söyləməyib sükut etdi və sonra bu ayə nazil oldu:
    Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın) (4/43).
    Bu məzmunda Əbu Hüreyrədən də başqa bir rəvayət nəql olmuşdur.
    Əbu Səid nəql etdiyi rəvayətdə deyir: Şərabı haram edən ayə nazil olduqdan sonra Ömər ibni Xəttab dedi: İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et! Sonra bu ayə nazil oldu.
    [Ya Məhəmməd!] Səndən içki və qumar [meysir] haqqında sual edənlərə söylə: Onlarda həm böyük günah...) (2/219).
    Bu ayə Ömərə oxundu, lakin o bundan qane olmayıb dedi: İlahi! Şərabın haramlığını bizlərə daha da aşkar et! Sonra bu ayə nazil oldu.
    (Ya əyyuhəlləzinə amənu la təqrəbussəlatə və əntum sukara – Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər namaza yaxınlaşmayın) (4/43).
    Əbu Məsirə deyir: Bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) müəzzini azan verdikdən sonra uca səslə hamıya elan etdi: Bundan sonra kimsə sərxoş ikən namaza yaxınlaşmasın [gəlməsin]! Ömərə oxunan bu ayəni o üçüncü dəfə təkrar etdi: İlahi! Şərabın haramlığını bizlər üçün daha da aşkar et: Maidə surəsinin 91-ci ayəsi nazil oldu:
    Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər! Artıq bu işə son qoyacaqsınızmı!?) (Ayənin sonundakı «fəhəl əntum muntəhun – artıq bu işə son qoyacaqsınız!?) cümləsinə çatdıqda Ömər lərzəyə gələrək uca səslə dedi: (İntəhəyna! İntəhəyna – Əl çəkdik! Əl çəkdik!)(Musnәd 6-cı cild 485-ci sәh.)
    «Bəli! Hökmü cani-dildən qəbul etdik və şərabdan əl çəkdik».
    Bir qədər fərqli olaraq bu rəvayəti Nəsaidə öz kitabında nəql etmişdir. Rəvayətdən belə nəticəyə gəlmək olur ki, ayə nazil olmazdan əvvəl şərabın haramlığına dair qəti hökm verilmişdir və bu ayə hökm verildikdən sonra nazil olmuşdur. Bütün bunlar şərabın haramlığına dair nazil olmuş ayənin bu ayə ilə nəsx olunmasının tamamilə əsassız olduğunu bir daha sübuta yetirir.
    2) Hökmün dəstəmaz ayəsi ilə nəsxi:
    Haqqında söhbət açdığımız ayənin nəsx olunmasına dair irəli sürülmüş iki nəzəriyyə hökmün [ayənin] dəstəmaz ayəsi ilə nəsx olmasıdır. Çünki, bu ayə yalnız namaz halında məst olmamağı əsas şərt hesab edir. Dəstəmaz ayəsi nazil olmaqla namaz üçün dəstəmazın əsas şərt olduğu göstərilir və beləliklə əvvəlki hökm öz qüvvəsini itirərək nəsx olunur.
    Cavab:
    Namaz istər dəstəmaz, istərsə də dəstəmazsız məst halında qılınmamalıdır.
    Demək haqqında söhbət açdığımız ayənin, dəstəmaz ayəsi ilə heç bir əlaqəsi yoxdur. O ki, qaldı dəstəmaz ayəsinə, buradan ən başlıca məqsəd namaz üçün dəstəmazın əsas şərt olduğunu bəyan etməkdir.
    Belə bir açıqlama ilə bəlli olur ki, bu iki ayə arasında heç bir ziddiyyət yoxdur və bu halda onların birinin digərini nəsx etməsi də təbii ki, qeyri-mümkündür.
    FƏRZİYYƏ VƏ CAVAB
    Nəsx nəzəriyyəsinin tərəfdarları belə təsəvvür edə bilərlər ki, sərxoşluq deyildikdə, yüngül və namazın qılınmasına azacıq da olsun xələl gətirməyən [yəni insan özünü idarə edə biləcək həddə] sərxoşluğun yüngül mərhələsi nəzərdə tutulur. Çünki belə olduğu bir halda onun üzərinə heç bir məsuliyyət düşməyəcək Allah da onu namaz qılmağa qadağan etmiş olsun. Demək sərxoşluq deyildikdə insanın öhdəsinə düşən məsuliyyətlərdən çəkindirməyəcək [nəzərdə tutduğu işləri həyata keçirməkdə mane olmayacaq] məstlik və sərxoşluq nəzərdə tutulur. Nisa surəsinin 43-cü ayəsində isə insana bu halda namaz qılmaq yasaq olunur. Bir halda ki, alimlərin bəzilərinin fikrincə bu şəxs namazdan uzaqlaşmamalı, əksinə üzərinə düşən bu dini [şəri] məsuliyyəti yerinə yetirməlidir. Bu səbəbdən də həmin dəstəmaz hökmü [ayəsi] ilə nəsx olunmuş və namazın ən başlıca şərti sərxoş olmamaq deyil, dəstəmazlı olduğu göstərilmişdir.
    Cavab:
    Ayə haqda belə bir təsəvvür olduqca əsassızdır. Çünki, ayənin özündə (Hətta tələmu ma təqulun – nə dediyini anlamayana qədər...) cümləsi ilə insanın heç nəyi dərk edə bilmədiyi sərxoşluq nəzərdə tutulur.
    Ayədə sərxoş şəxslərin üzərinə düşən məsuliyyətin əql və şüursuzluqla heç bir ziddiyyəti yoxdur, çünki sərxoş halda insan namaz qılmağa qadir olmasa da, insan öz əməli ilə əql və şüurunu itirdiyi üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Yəni əvvəlcədən əqli çatışmamazlığa düçar olan şəxslərin üzərinə heç bir məsuliyyət düşməyir, insan özü buna səbəb olduqda isə məsuliyyətlər onun üzərindən götürülməyir.
    Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ayədə sərxoşluq deyildikdə, insanın öz əməli ilə əql və şüurunu itirib belə bir hala düşməsi nəzərdə tutulur. İnsan öz əməlləri ilə belə bir şəraitin yaranmasına səbəb olmamalı və belə bir qeyri-ixtiyari hala düşdükdə namaz qılmaqdan çəkinməlidir. Bu, Quranın sabit və nəsx olunmayan hökmlərindəndir. Allaha iman gətirmiş hər bir şəxs şərtsiz olaraq buna iman gətirmiş və əməli olaraq bunu həyata keçirməlidir.
    KAFİRLƏRİN TOXUNULMAZLIĞI HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
    Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.) (4/90).
    Deyirlər:
    Bu ayə müşriklərlə bağlanılan əhd-peyman və onların toxunulmazlığı haqda nazil olmuşdur, lakin sonralar cihad hökmü [ayəsi] ilə nəsx olunmuşdur.
    Bu nəzəriyyəyə əsasən bu ayədə iki hökm nəsx olmuşdur.
    1. Müşriklərlə bağlanılan əhd-peymanın qorunması;
    2. Onlara qarşı cihad hökmünün verilməsi.
    Cavab:
    Ayə müşriklər haqda deyil, münafiqlər barədə nazil olmuşdur və ayənin müşriklərlə əlaqələndirilməyə heç bir əsası yoxdur. Belə ki, münafiqlər iman gətirdikdən sonra biri daha küfr edərək dindən çıxmış və bu ayə məhz onlar haqda nazil olmuşdur. Ayənin özünün və əvvəlki iki ayənin məhz ümumi məzmunu da buna dəlalət edir.
    Siz nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki, Allah onları gördükləri əməllərinə görə əvvəlki hallarına [kafirliyə] qaytarmışdır. Siz Allahın [öz istəyi, öz iradəsi ilə küfr edəcəyini əzəldən bildiyi üçün] azdırıcı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.
    Onlar özləri kafir olduqdarı kimi, sizin də kafir olub özlərinə bərabər olmanızı istərlər. Onlar Allah yolunda [Məkkədən] hicrət etməyənə qədər onlardan [özünüzə] dost tutmayın. Əgər [tövhiddən və hicrət etməkdən] üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!
    Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır.)(4/88-90).
    Göründüyü kimi hər üç ayənin ümumi məzmunu islamı qəbul etmiş və sonralar yenidən küfr edərək dindən çıxmış münafiqlərə dəlalət edir. Fiqhi termin olaraq onlar «mürtəd» adlandırılırlar. Şəri nöqteyi-nəzərdən onlar iki hal istisna olmaqla qətlə yetirilməlidirlər:
    1. Onlar, müsəlmanlarla toxunulmamazlıq və təhlükəsizlik sazişi bağlamış hər hansı bir qrupa qoşulduqda; belə ki, müsəlmanlar tərəfindən onlara [mürtədlərə] toxunulmazlıq hüququ verilmiş olsun. Belə olduqda mürtədlər müsəlmanlarla saziş [əhd-peyman] bağlayan şəxslər tərəfindən toxunulmazlıq hüququ verdikləri üçün qətlə yetirilmirlər.
    İndinin özündə də hökm qüvvədə qaldığı üçün deyə bilərik ki, sabit qalaraq nəsx olunmamışdır. Çünki ayənin özündə deyildiyi kimi: «Mürtədlərlə [və ya onların əhd-peyman bağlğadığı şəxslərlə] saziş bağlandıqda onların toxunulmazlığı tam şəkildə bərpa olunur. Lakin onların toxunulmazlıq sazişi qüvvədə olduğu müddət ərzində bərpa olunur və müddət başa çatdıqda toxunulmazlıq öz əhəmiyyətini itirir. Belə olduqda müsəlmanlar yenidən mürtədlərə hücum edərək onları qətlə yetirə bilərlər. Lakin diqqət yetirmək lazımdır ki, mövzunun aradan qalxması ilə hər hansı bir hökmün qüvvədən düşməsi heç də onun nəsx olunmasına dəlalət etməyir və bu kimi dəyişikliklər nəsx adlandırılmayır. Burada da mürtədlərə dair verilmiş hökm bu dəyişikliyə aiddir. Çünki, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peyman Tövbə surəsi nazil olmaqla ləğv olunmuş və onlara dörd ay müddətində ya islamı qəbul etmək və ya müsəlmanların yaşadıqları əraziləri tərk etmək möhləti verilmişdir.
    Beləliklə cihad hökmü verilməklə yenidən mövcud olan şərait dəyişilir və mürtədlərin toxunulmazlığı haqda yazılmış saziş və əhd-peyman öz qüvvəsini itirmiş olur. Nəticədə onların qətli şəri nöqteyi-nəzərdən hər bir müsəlmana vacib olur.
    2) Mürtədlərin toxunulmazlığının ikinci şərti onların müsəlmanlarla sülh və əmin-amanlıq şəraitində yaşamalarına və onlarla sülh və dostluq əlaqələrinin bərqərar olunmasına meyl etmələridir. Bir şərtlə ki, onlar [yenidən] islamı qəbul etməli, Allahın birliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətinə etiraf etməlidirlər. Nisa surəsinin 94-cü ayəsində bu haqda deyilir:
    Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahlanmaqla «Sən mömin deyilsən!» deməyin!)
    Demək mürtəd tövbə etdikdən sonra əfv olunmalı və qətl hökmü onun üzərindən götürülməlidir. Bunu da qeyd edək ki, Qurani-kərimdə hökmü nəsx edəcək mürtədlərin [tövbə etdikdən sonra] qətlə yetirilmələrinə dair qəti hökm verilməmişdir.
    Nəsx nəzəriyyəsinin tərəfdarları: Bəzən kafirlərə qarşı müharibə və onların qətlə yetirilməsinə şamil olmayan bu ayənin nəsx olunmasını cihad hökmünü verən ayəyə istinad edirlər.
    Cavab:
    Hökmə yalnız o zaman istinad etmək olar ki, mürtədlər tövbə etmədən küfr edərək öz batil əqidələrində qalmış olsunlar. Tövbə etdikdə isə onların toxunulmazlığı bərqərar olunur və qətl hökmü götürülür. Və belə olduqda ayənin nəsx olunmasını tamamilə əsassız hesab etmək olar. Lakin əhli sünnə mənbələrində nəql olunmuş bəzi rəvayətlərdə mürtədlərin hətta tövbə etdikdən sonra belə qətlə yetirilmələrinin vacibliyi göstərilir. Bəlkə bu barədə Əhməd ibni Hənbəl, Termizi, Nəsai, Əbu Davud, İbni Macə öz kitablarında İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad etmişlər. Hədisdə deyilir: «Dinini başqa dinlərlə dəyişənləri qətlə yetirin.»(Әnnәsx vәl Mәnsux Nәhhas 133-134-cü sәh.)
    Bizim fikrimizcə mürtədlərin qətlə yetirilməsinin əsas şərti onların tövbə etməməsidir. Lakin ixtilafa səbəb olan məsələlərdən biri də mürtədlərin tövbə etməyə sövq etməyin vacib və ya müstəhəb olub-olmamasıdır. Onlar hansı müddət ərzində tövbə etməli və bu müddət başa çatdıqda onlar qətlə yetirilməlidirlərmi? Şiə alimləri belə bir fikirdədirlər ki, mürtədlərə tövbə etdirmək hər bir müsəlmana vacibdir və bunun üçün müəyyən vaxt təyin etməlidir. Müddət o vaxta qədər təyin olunmalıdır ki, onların tövbə etmələri əqli baxımdan mümkün olsun. Lakin şiə alimlərinin bəzilərinin fikrincə mürtədlərə tövbə etmək üçün verilən möhlət üç gün olmalıdır. Sünni alimlərinin bir çoxu, o cümlədən Əbu Hənifə və Əbu Yusif də məhz bu fikirdə olmuşlar.
    Lakin Əli ibni Əbu Bəkr Mərcinani bu barədə başqa bir fikir irəli sürərək deyir: «Mürtədlər möhlət verilmədən qətlə yetirilməlidirlər.» Şafei və İbni Munzir İbni Həmmamdan nəql edərək deyirlər: «Mürtəd dindən çıxdıqdan sonra dərhal tövbə etməsə qətlə yetirilməlidir.»(Vafi 13-cü cild 8-ci sәh. Vәsiyyәtә şahid olmaq fәsli.)
    Şiə və sünni mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, mürtədlər tövbə etdikdən sonra toxunulmazlıqları təmin olunur. Demək, mürtədlərin toxunulmazlığına – bəzi hallarda təmin etsə belə, şamil olan ayə başqa bir ayə ilə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.
    MÜHAKİMƏ AYƏSİNİN NƏSXİ
    Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!)(5/42).
    Ayənin nəsx olunub-olunmaması haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
    Alimlərin bəziləri, şiə alimləri daxil olmaqla ayənin nəsx olunmadığına istinad edirlər.
    Bu səbəbdən də əgər kitab əhli öz şikayətlərini müsəlmanların qazisinə təqdim edərsə, qazi islam mühakimə qanunlarına əsasən onların [müsəlmanlarla kitab əhlinin] arasında hökm çıxara bilər.
    Şeyx Tusi mötəbər mənbəyə istinad edərək imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Əgər yəhudi və məsihilər öz şikayətlərini müsəlman qazisinə təqdim edərlərsə, həmin qazi onların arasında hökm çıxarmaq və ya bundan boyun qaçırmaqda tam ixtiyara malikdir.(Tәfsir Burhan 1-ci cild 338-ci sәh.)
    Əhli sünnə və şiə alimləri, o cümlədən İbrahim Nəxəi, Əta və Malik ibni Ənəs də bu fikirdə olmuşlar.
    Lakin əhli sünnə alimlərinin bəziləri ayənin növbəti 48-ci ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşlər.
    Sən Allahın nazil etdiyi [Quran] ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istəyinə uyma.) (5/8).
    Mucahiddən nəql olmuş rəvayətdə bu nəzəriyyənin tam əksinə birinci ayənin ikinci ayəni nəsx etdiyi göstərilir.
    Müəllif:
    Ayənin nəsx olunduğu müşahidə olunmayır. Çünki ikinci ayədə Allah-taala qaziyə [Peyğəmbərə (s)] ona nazil olan [Quranla] kitab əhli arasında hökm etməyə əmr edir. Lakin birinci ayədə qazinin hökm çıxarıb-çıxarmamaqda tam ixtiyara malik olduğuna işarə olunur. Yəni əgər hökm çıxarmaq istəyərsə öz istəyi ilə deyil, İlahi qanunlar əsasında ədalətlə hökm çıxarmalıdır.
    Başqa sözlə desək, hər iki ayə eyni məna daşıyır. Lakin birinci ayə əslində ikinci ayənin verdiyi hökmü bəyan edir və müsəlman qazisi kitab əhli arasında hökm çıxardığı zaman İlahi qanunlara əsaslanaraq ədalətlə hökm çıxarmalıdır.
    Bununla yanaşı bu məzmuna dəlalət edəcək digər rəvayətlər də nəql olunmuşdur və bütün bu rəvayətlərdən belə qənaətə gəlmək olur ki, Maidə surəsi bütünlüklə Peyğəmbərə (s) səfər zamanı nazil olmuşdur. Demək, hər iki ayə həmən surəyə aiddir, eyni zamanda nazil olmuşdur və onlardan birinin digərini nəsx etməsi təsəvvür olunası deyildir.
    Bu səbəbdən də deməliyik ki, ayələr arasında nəsx müşahidə olunmayır. Mətləbin daha açıqlanması üçün bir neçə rəvayətə işarə edirik:
    1) İsa ibni Abdulla atasından, o da öz atasından və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surələrdəndir. Surə Peyğəmbərə (s) səfər zamanı qatırın üzərində olarkən nazil olmuşdur. Belə ki, vəhyin ağırlığından «Şəhbanın» (qatırın) ayaqları yerə batmışdır.(Lisanul Mizan 3-cü cild 218-219-cu sәh.)
    2) Yəzidin qızı Əsmadan nəql olmuş rəvayətdə deyilir: «Peyğəmbərin (s) dəvəsinin «Ğəzbanın» adlı yüyənini tutmuşdum. Bu zaman Maidə surəsi bütünlüklə ona nazil oldu. Belə ki, az qaldı dəvənin dizləri yerə batsın.»(Qürtәbinin tәfsiri 16-cı cild 227-228-ci sәh)
    3) Əsmadan nəql olmuş başqa bir rəvayətdə deyilir: «Maidə surəsi Peyğəmbərə (s) bütünlüklə nazil oldu və surə nazil olarkən oturduğu dəvənin beli az qaldı sınsın.»(Tәfsir Tibyan 9-cu cild 291-ci sәh.)
    4) Cubeyr ibni Nəfir nəql etdiyi rəvayətdə deyir: «Həcc ziyarəti zamanı Aişənin yanına getdim. Aişə məni görcək soruşdu: Cubeyr! Maidə sursini oxuyursanmı?
    Dedim: Bəli.
    Dedi: Bilin ki, Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surə olmuşdur. Onun halalını halal, haramını da özünüzə haram bilin.
    5) Əbu Ubəyd, Zəmrət ibni Həbib və Ətiyyət ibni Qeys nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Maidə, Quranın nazil olmuş son surəsidir. Onun halal etdiyini özünüzə halal, haram etdiyini də haram edin.»(Mәqsud, Cihad fәsli, kafirlәrin xüsusiyyәtlәri vә onların nеcә qәtlә yеtirilmәlәri.)
    Digər bir rəvayət də vardır ki, Maidə surəsinin kamil surətdə və sonuncu surə olaraq nazil olduğunu çatdırır.
    Əziz oxucular, əlimizdə belə hədislər olduğu halda necə iddia etmək olar ki, bu surənin bir ayəsi digər bir ayəni nəsx edir və bu nəsx də əməl vaxtı çatmamış həyata keçirilir. Belə bir halda nəsx olunmuş ayənin hökmünün qanuniləşdirilməsi faydasız olacaqdır və məhz buna görə də bu iddianı qəbul etmək mümkün deyildir.
    Bundan əlavə, həmin hədisdən bizim qeyd etdiyimiz məsələni təsdiq edən digər bir mətləb də başa düşülür. O da bu surənin heç bir ayəsinin nəsx olunmamasıdır.
    ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ
    (Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən [müsəlman] olmayan iki nəfəri şahid tutun). (5/106).
    Şiə alimlərinin fikrincə ayənin verdiyi hökm sabit və nəsx olunmamışdır. Bu səbəbdən də (min ğəyrikum – özünüzdən olmayan) cümləsini nəzərə alaraq deyə bilərik ki, kitab əhlinin səfər zamanı müsəlmanlara vəsiyyət etməsi tamamilə düzgün və etibarlıdır. Abdulla ibni Qeys, İbni Abbas, Şurəyh, Səid ibni Musəyb, Səid ibni Cubəyr, Ubəydə, Məhəmməd ibni Siyrin, Şəbi, Yəhya ibni Yəmar kimi tanınmış əshab və tabeinlər və əhli-sünnə fiqhinin banilərindən olan Süfyan Suri və Əbu Ubeyd kimi görkəmli şəxsiyyətlər bu nəzəriyyəni qəbul etmişlər.
    Lakin Zeyd ibni Əsləm, Malik ibni Ənəs, Şafei və Əbu Hənifə ayənin nəsx olunduğunu demişlər. Kafirlərin şəhadət verməsi hansı şəraitdə olursa-olsun etibarlı sayılmır.(Qurtәbinin tәfsiri 16-cı cild 217-ci sәh.)
    AYƏNİN NƏSX OLUNMADIĞINI SÜBUTA YETİRƏN DƏLİLLƏR
    Ayənin nəsx olunmadığını aşağıdakı dəlillərlə sübuta yetirmək olar.
    1. Əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, kitab əhlinin müsəlmanlara verdikləri şəhadət yalnız o zaman qəbul oluna bilər ki, müsəlmanın verdiyi şəhadəti qəbul etmək mümkün olmasın. Belə ki, Koleyni, Hişam ibni Həkəmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan «və axərani min ğəyrikum» – özündən olmayan iki nəfəri şahid tut — ayəsinin anlamını soruşdum. İmam (ə) buyurdu: Əgər bir şəxs qürbətdə [səfərdə] olarsa və vəsiyyət etməyə müsəlman tapmazsa qeyri-müsəlmanın verdiyi şəhadəti etibarlı hesab etmək olar.(Vafi 6-cı cild 52-ci sәh. «Müәyyәn haqq fәsli».) Şəbi nəql etdiyi rəvayətdə deyir: Dəquqa adlı məntəqədə müsəlmanlardan biri vəfat edir. Vəsiyyət etməyə müsəlman tapa bilmədiyi üçün kitab əhlindən vəsiyyətinə şəhadət verəcək iki nəfər şahid tutur. Onlar Kufəyə gəlib əhvalatı Əbu Musa Əşəriyə danışdıqdan sonra həmən şəxsin verdiyi əmanətləri ona təhvil verirlər. Əbu Musa onları diqqətlə dinlədikdən sonra dedi: Peyğəmbərdən (s) sonra belə bir əhvalat baş verməmişdir.
    Sonra onlara and içdirdi ki, həmən şəxsin pul və var-dövlətinə xəyanət etməmiş və etdiyi vəsiyyətdə dəyişikliklər aparmamışlar. Onlar da əmanətə xəyanət etmədiklərinə və vəsiyyətdə heç bir dəyişikliklər aparmadıqlarına and içidilər. Beləliklə Əbu Musa kitab əhlindən olan iki nəfər şəxsin verdikləri şəhadəti bir müsəlmanın verdiyi şəhadətlə bərabər tutaraq şəhadəti qəbul etdi.
    2. Əvvəlki fəsildə Maidə surəsinin nazil olması haqda nəql olmuş rəvayəti ayənin nəsx olunmamasına dair ikinci əsaslı dəlil hesab etmək olar. Çünki rəvayətdən belə nəticəyə gəlmək olur ki, Maidə surəsi, Quranın nazil olmuş son surəsidir və onun ayələri nəsx olunmadan qüvvədə qalmaqdadır.
    3. Ayənin nəsx olunmasını sübuta yetirəcək əsaslı dəlillər olmalıdır. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri dəlillər isə bunu sübuta yetirməyə qadir deyildir.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 745 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024