İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    YEDDİNCİ FƏSİL
    1. «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
    2. «Yeddi hərf» və «yeddi oxunuş» üslubunun məna və məfhumu.
    «Yeddi hərf» və «yeddi oxunuş» haqda nazil olmuş rəvayətlərin araşdırılması;
    «YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ARAŞDIRILMASI
    HƏDİSLƏRİN MƏTNİ
    Əhli sünnə alimləri öz kitablarında Quranın «yeddi hərf» və «yeddi oxunuş»u haqda bir çox hədis və rəvayətlər nəql etmişlər. Burada onlardan bir neçəsini araşdırmağı məqsədəuyğun görürük.
    1. Təbəri, Yunus və Əbi Kəribdən, onlar da İbni Şəhabdan, o da İbni Abbasdan və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:
    Peyğəmbər (s) buyurur: «Cəbrail Quranı mənə yalnız bir səbkidə oxudu. Mən də onu bir müddət həmən səbkidə oxuyurdum. Sonra mən ondan bunun sayını artırmasını xahiş etdim. O da, qiraətlərin sayını artırıb yeddiyə çatdırdı.»
    Bu hədisi Müslim öz kitabında Hərmələdən, o da İbni Vəhəbdən və o da Yunusdan nəql etmişdir. (Səhih Müslüm. 2-ci cild, 202-ci səh).
    2. Buxari, Əbi Kəribdən, o da Əbdürrəhman ibni Əbi Leyladan, o da babası Ubeyy ibni Kəbdən nəql edərək yazır: «Məsciddə idim, bir şəxs daxil olub namaz qılmağa başladı. Qiraəti xoşuma gəlmədiyi üçün ona bir neçə irad tutdum. Sonra başqa birisi daxil olub tam başqa bir qiraətlə namaz qılmağa başladı. Mən onun da qiraətinə irad tutdum. Yaranmış anlaşılmamazlığı aradan qaldırmaq üçün hər üçümüz Peyğəmbərin (s) yanına getdik. O həzrəti gördükdə dedim: Bu iki nəfər məsciddə qiraətləri bir-birindən fərqli namaz qılırdılar və mən hələ bu vaxta qədər onların qiraətinə bənzər qiraət eşitməmişdim. Peyğəmbər (s) onların qiraətlərini dinləyib hər ikisini alqışladı. Bu əhvalat məndə şübhə hissi yaratdı, lakin bu hiss, cahiliyyət dövründəki hisslərimdən fərqli idi. Peyğəmbər (s) mənim nigaran qaldığımı görüb əlini ahəstəcə sinəmə qoydu. Xəcalət hissi bütün vücudumu bürüdü. O həzrət buyurdu: Ey Ubeyy! Mənə, Quranın yalnız bir səbkidə oxunması əmr olundu. Lakin mən, bunun ümmətim üçün bir qədər asan olmasını istədim. İkinci dəfə əmr olundu və mən yenə də öz xahişimi təkrar etdim. Bu əhvalat üç dəfə təkrar olundu və mən öz xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Quranın yeddi səbkidə oxunması əmr olundu. Sonra mənə dedilər: İstəklərin təxirə düşdüyü üçün onların hər birinin müqabilində bir şey istəyə bilərsən. Belə olduqda mən ikinci istək olaraq, Allah-taaladan ümmətin bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının mənə ehtiyacı olacağı günə saxlamışam.»
    Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql etmişdir. Təbəri də digər ravilərə istinad edərək bu rəvayəti bir qədər fərqli şəkildə öz kitabında gətirmişdir.
    3. Təbəri, Əbi Kəribdən, o da Süleyman ibni Sərddən və o da Ubeyy ibni Kəbdən nəql edərək deyir: «Günlərin bir günündə məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz qılanların qiraətini dinləməyə başladım. Lakin, onlardan birinin qiraəti məni lap təəccübləndirdi. Ondan bu qiraəti kimdən öyrəndiyini soruşdum. O, «Peyğəmbərdən (s)»-deyərək cavab verdi. Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini dinləməsini xahiş etdim. Peyğəmbər (s) onu dinlədikdən sonra öz razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz qiraət bu şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu: «Həm onun, həm də sənin qiraətin tamamilə düzgündür.» Dedim: Ya Rəsuləllah! Həm mənə, həm də ona afərin deyirsiniz?!
    Sonra əlini sinəmə vurub bu duanı etdi. İlahi! Ubeyin qəlbindəki şəkk-şübhəni ondan uzaq et!
    Ubeyy deyir: Qorxu hissi büs-bütün vücudumu bürüdü. Sonra Peyğəmbər (s) buyurdu: «Günlərin bir günündə yanıma iki mələk gəldi. Onlardan biri Quranı yalnız bir səbkidə oxumağımı əmr etdi, ikinci mələk isə dedi: Bir qədər də əlavə et! Dedim: Bu xahişi mən də ondan etdim. Dedi: Elə isə iki səbkidə oxu! Biz bu xahişi bir neçə dəfə təkrar etdik. Səbkilərin sayı yeddiyə çatdıqda daha ondan heç bir şey istəmədik.»
    4. Təbəri, Əbu Kəribdən, o da atasına istinad edərək Əbdürrəhman ibni Bəkrədən və o da Peyğəmbərdən (s) nəql edərək deyir: «Cəbrail nazil olub dedi: Quranı yalnız bir səbkidə oxu! Mikayıl (mələk), ondan əlavə etməsinə xahiş etməyimi məsləhət gördü. Mən də ondan əlavə etməsini xahiş etdim. Cəbrail dedi: Elə isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana qədər ondan xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri məna baxımından rəhmət (bağışlama) və rəhmət ayələri əzab ayələrinə çevrilməsin.»
    5. Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən, o da atasından nəql edərək deyir: «Günlərin bir günündə bir şəxs Ömər ibni Xəttabın qarşısında Quran oxuyur. Ömər bu qiraətə qane olmayıb ona etiraz edir. Həmən şəxs deyir: Peyğəmbər (s) mənim qiraətimi dinləmiş və düzgünlüyünü təsdiq etmişdir. Ömər bu sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır. Həmən şəxs dedi: Ya Rəsuləllah! Məgər mən hüzurunuzda Quran oxuduqdan sonra siz qiraətimin düzgünlüyünü təsdiq etmədinizmi? Peyğəmbər (s) buyurdu: «Bəli!» Ömər bu əhvalatdan çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir və əlini sinəsinə qoyub üç dəfə bu sözləri təkrar etdi: Şeytanı özündən uzaq et!» Sonra buyurdu: «Ömər, bu qiraətlərin hamısı tamamilə düzdür. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri məna baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələrinə çevrilməsin.»
    Təbəri buna oxşar başqa bir əhvalatı, Ömər ibni Xəttab və Hişam ibni Həkəm arasında baş verdiyini də Yunus ibni Əbdül Əladan nəql etmişdir.
    Bu əhvalatı Buxari, Müslüm, Termizi də öz kitablarında gətirmişlər.
    6. Təbəri, Məhəmməd ibni Musənnadan, o da İbni Əbi Leyladan, o da Ubeyy ibni Kəbdən nəql edərək deyir: «Peyğəmbər (s) Ğəffar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir və deyir: «Ya Rəsuləllah! Allahın sənə Quranı öz davamçılarına yalnız bir səbkidə öyrətməyini və onların bu səbkidə oxumalarını əmr edir. Peyğəmbər (s) buyurur: «Allahın bizə rəhm etməsini istəyirəm. Çünki, mənə iman gətirmiş şəxslər belə bir ağır hökmü icra etməyə qadir deyillər.» Ubeyy deyir: Cəbrail ikinci dəfə yerə enərkən ona bu xəbəri çatdırır:Allahın sənə Quranı iki səbkidə oxumağını əmr edir. Peyğəmbər bir daha həmən xahişi təkrar edir. Bu əhvalat bir neçə dəfə təkrar olur və nəhayət Cəbrail dördüncü dəfə nazil olduqda Peyğəmbərə (s) Quranı yeddi səbkidə oxumaq icazəsini verir. Bu qiraətlərin hər birindən istifadə edən şəxs, onların tamamilə düzgün olmasına əmin olmalıdır. (Səhihi Müslüm. 2-ci cild, 203-cü səh.).
    7. Təbəri, Əbi Kəribdən, o da Zərrdən, o da Ubeydən nəql edərək deyir: «Peyğəmbər (s) Məra-əhcar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir. Peyğəmbər (s) ona deyir: «Mən heç bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq göndərilmişəm.» Cəbrail onun nə demək istədiyini başa düşüb deyir: «Elə isə Quranı yeddi səbkidə qiraət edin.» (Səhihi Termizi. 11-ci cild, 64-cü səh.).
    8. Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Quran yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı əzab ayələri məna baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.»
    9. Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da Əbu Hüreyrədən nəql edərək deyir: «Peyğəmbər (s) buyurur: «Quran yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim, Ğəfur, Rəhmi kimi ifadələr bir-birinin yerində işlənmişdir.»
    10. Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məsuddan nəql edərək deyir: «Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə daxil olduqda, Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə haqdasa söhbət etdiyini gördük. Mətləbi açıqladıqda qəzəbdən Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu: «Keçmiş ümmətlər bu kimi mənasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan getmişlər.» Bizdən ayrılıb Əliyə (ə) təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu: «Allahın peyğəmbəri Quranı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.» (Təfsiri Təbəri. 1-ci cild, 9-15-ci səh).
    11. Qurtəbi, Əbu Davuddan, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Mənə Quranın bir və ya iki səbkidə oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif olundu. Mələk yenə də yanıma gəlib üç səbkidə oxumağı tövsiyə etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Quranın oxunma səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən "Əliymən”, istərsən "Səliymən”, istərsən "Əziyzən”, istərsən də "Həkiymən” oxu. Lakin əzab ayələrini rəhmət ayələri ilə əvəz etmə.»
    Quranın müxtəlif səbkilərdə oxunmasına dair nəql olunmuş rəvayətlərin xülasəsini nəzərinizə çatdırdıq. Gələcək fəsillərdə bu rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.
    RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ
    Quranın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli sünnə mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.
    1. Bu rəvayətlər Zürarənin imam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir: «Quran birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.» (Üsuli-kafi, Nəvadir fəsli, 12-ci rəvayət).
    Fəzl ibni Yəsar imam Sadiqdən (ə) Quranın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə) cavabında deyir: «Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Quran bir olan Allah tərəfindən yalnız bir səbkidə nazil olmuşdur.» (Üsuli-kafi, Nəvadir fəsli, 13-cü rəvayət).
    Quran və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən mötəbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir. Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.
    Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir əhəmiyyət kəsb etməməlidir.
    2. Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz etibarını itirməsinə səbəb olur.
    1) Məsələn, rəvayətlərdən birində deyilir: «Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Quranı bir səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.
    2. Rəvayətdən birində deyilir: Ubey məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.
    3. Bəzən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbni Məsudun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.
    4. Quranın yeddi müxtəlif səbkilərdə nazil olması məna və məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Quranın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də ziddiyyətli mənalar verməsinə səbəb ola bilər. Quranın ən başlıca hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.
    YEDDİ OXUNUŞ SƏBKİNİN MƏNA VƏ MƏFHUMU
    Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bəzilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.
    1. SİNONİM KƏLMƏLƏR
    Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mənalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.
    Məsələn, «əccil», «əsri» və «isə» kəlmələrinin hər üçü «tələsmək» mənasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Quranı, eyni məna daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni məna daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Quran nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Quranın orjinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtəbi və İbni Əbdulbərr Quranın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.
    NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR
    Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.
    1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Səd ibni Museyyib deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Quranı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və «əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: «Elə yazdıqların düzdür.» Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bəzən bunu özünə böyük fəxr bilib deyərdi: «Peyğəmbər (s) ayələrdə istifadə olunan bəzi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.»
    2. Ənəsin dediklərinə istinad edərək deyir:
    O, «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Quran oxumaq, dua etmək] daha münasibdir!» ayəsindəki «əqvəm» kəlməsini «əsvəb» kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə «əsvəb» deyil, «əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni məna daşıyır.»
    3. İbni Məsudun qiraətinə istinad edərək deyir:
    «[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu» ayəsində «səyhətən vahidətən» birləşməsini «zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə» eyni mənalı sözlər olub, dəhşətli və tükürpədici səs mənasını daşıyır.
    4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda«Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir» ayəsində «təamul əsim» birləşməsini «təamul yətim» kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mənasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki «facir» və «əsim» kəlmələri eyni məna daşıyır.
    5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Quran, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mənalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.
    Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
    1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Quranın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mənalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!
    2) Quran öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi möcüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mənalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?
    Məlum məsələdir ki, sonuncu səmavi kitab olan Quran Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mötəbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs kitabın orjinallıq və toxunulmazlıq məsələsidir. Əgər Quranda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu kitab nə orjinal sayılar və nə də onun möcüzə olmasından danışmağa dəyməz. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin» surəsinin bir neçə ayəsini məhz Quranın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.
    Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai əla təriqin səviyy. İnzalil həmidil kərim. Lətəxəvvəfə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.
    Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs kitabda belə dəyşikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Quranın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.
    Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.
    Allah-taala öz peyğəmbərinə xitabən buyurur:
    «Onlara de ki: Mən onu öz başına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram».
    Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!
    Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: «Və nəbiyyukəlləzi ərsəltə». Bərra burada «nəbi» kəlməsini «rəsul» sözü ilə əvəz edir. Bu sözlər məna baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan 58-ci səh.).
    Şəxsən özü təlim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına vədə verilən Quran ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Quranı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qurani-kərimdə bu haqda deyilir:
    «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırıb azalmadan] qoruyub saxlayacağıq.» (Hicr-9).
    2. Rəvayətlərdən belə məlum olur ki, Quranın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bəziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Quranın orjinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.
    Buradan bir neçə nəticəyə gələ bilərik.
    1. Quranın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.
    Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mötəbərliyinə istinad edə bilmərik. Bir haldakı bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bəzi hallarda qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti nəzərdən keçirdik, növbəti fəsillərdəbu mövzuya bir daha qayıdacağıq.
    2. Müsəlmanların Quranı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki, islamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb olmuş və Quranın orjinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin islamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.
    3. Rəvayətlərdən belə məlum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Quran oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük nemət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.
    Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?..
    Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu etiraf etmişlər. (Tibyan 61-ci səh).
    Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.
    İkinci nəzər: Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məsuddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Quran isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Quranın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.
    Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.
    1. Rəvayətlərin zahiri mənasından məlum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;
    2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məsud rəvayəti nəql edərək deyir: Allah-taala Quranı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;
    3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki, zəcr və haram sözləri eyni məna daşıyır. Demək, Qurandakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.
    Əlavə olaraq qeyd etmək lazımdır ki, Quranda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, məad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mənaları aşkar olduğu üçün bütün mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Quranı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki, Qurani-kərimdə bəyan olunan mövzular məna baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).
    Üçüncü nəzər: Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Quran ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Quran yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 683 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024