İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    SƏKKİZİNCİ FƏSİL
    QURANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA İRƏLİ SÜRÜLMÜŞ NƏZƏR VƏ MÜLAHİZƏLƏR
    1. Təhrifin məna və növləri;
    2. Müsəlmanlar Quranın təhrif olunub-olunmaması haqda hansı əqidəyə əsaslanırlar;
    3. Quranda qiraətin nəsx (ləğv) olunması;
    4. Quranın təhrif olunmamadığına dəlalət edən dəlillər;
    ***
    1. Quranın təhrifə olan baxışı;
    2. Sünnə və hədislərin təhrifə olan baxışları;
    3. Quran surələrinin namazda oxunması;
    4. Quran xəlifələr tərəfindən təhrif olunmamışdır;
    5. Quranın Osmanın xilafəti dövründə təhrif olunmaması;
    6. Quran dörd xəlifənin xilafəti dövründən sonra təhrif olunmamışdır;
    ***
    5. Quranın təhrif olma nəzəriyyəsinin tərəfdarlarının gətirdikləri dəlillər və onlara verilən cavablar;
    ***
    1. Tövrat və İncilin təhrifə məruz qalması;
    2. Əlinin (ə) yığdığı Quran nüsxəsi;
    3. Təhrifə dəlalət edən rəvayətlər;
    4. Quranın orjinal nüsxəsi necə yığıldı?
    TƏHRİFİN MƏNA VƏ NÖVLƏRİ
    TƏHRİF NƏDİR?
    Təhrif – lüğətdə bir neçə məna daşıyır. Bu mənaların bəzilərinə Quranda da rast gəlirik.
    1. Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında deyil, digər mənalarda işlənilərsə təhrif olunmuş hesab olunur; Nisa surəsinin 46-cı ayəsində bu haqda deyilir:
    «Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»
    Biz təhrifə Qurana verilən təfsirlərdə daha çox rast gəlirik. Bir çox bidətçi və batil əqidələrin sadiq davamçıları öz əqidələrini sübuta yetirmək üçün, Quran ayələrinin təfsirində təhrifə yol verərək, öz batil əqidələrini onun üzərində tətbiq etməyə çalışmışlar. İmamlar və onların davamçıları bu məsələyə ciddi yanaşmış, Quranda təhrifə yol verməyi qətiyyətlə qadağan etmişlər. Məsələn, imam Baqirin (ə) Səd Xəyrə yazdığı məktubda deyilir: «Onlar Qurandan üz çevirib ayələrin mənalarını təhrif edirlər. Gecə-gündüz Quran oxuyar, lakin onun göstərişlərinə əməl etməzlər. Dar düşüncəli şəxslər Quranı üzündən oxumaqla zövq alar, alimlər isə ona əməl olunmadığını görəndə kədərlənərlər.» (Vafi «Namaz» fəslinin sonu, 5-ci cild, 284-cü səh.).
    2. Hərf və hərəkələrdəki təhriflər;
    Əgər kəlmələrdən bəzilərinin hərf və ya hərəkəsi dəyişilərsə, mənada heç bir dəyişiklik baş verməsə də təhrifə yol vermiş oluruq.
    On qiraət üsulu haqda söhbət açarkən biz bu mətləbə işarə etdik. Müxtəlif səbəblər üzündən meydana gəlmiş on qiraət üsullarında bu kimi dəyişikliklərin dəfələrlə şahidi oluruq. Bu səbəbdən də onlardan yalnız birini Quranın orjinal nüsxəsi ilə tətbiq etmək mümkündür.
    3. Kəlmələrdəki təhriflər;
    Əgər Quranın kəlmələrindən bəzilərini oradan çıxarsaq və ya ayrı bir kəlməni oraya əlavə etsək, mənasında heç bir dəyişiklik baş verməsə, yenə də təhrifə yol vermiş oluruq.
    Bu kimi təhriflər, hətta Peyğəmbərin (s) zamanında belə Qurana yol tapa bilmişdir.
    Bunu sübuta yetirəcək bir neçə tarixi dəlillər vardır:
    1. Osman öz xilafəti dövründə ətraf məntəqələrin valilərinin hər birinə yeni yazılmış Quranın bir nüsxəsini göndərməklə, bu nüsxənin artırılmasını və mövcud olan bütün nüsxələrin yandırılmasını əmr edir. Buradan belə məlum olur ki, Osmanın xilafəti dövründə Quranın yazılış baxımından bir-birindən fərqli nüsxələri olmuş və xəlifə qiraətdə yaranmış ixtilafları nəzərə alaraq bu nüsxələrin yandırılmasını əmr etmişdir.
    2. Əbu Davud Sicistani özünün təlif etdiyi «Sünən ibni Davud» adlı kitabında, o dövrün Quran nüsxələrində mövcud olmuş ixtilafları müəyyən etmişdir.
    Birincisi, Osmanın xilafəti dövründə mövcud olmuş Quran nüsxələrində, kəlmələrin oxunuş və yazılış formasında nəzərə çarpacaq dərəcədə fərq və ixtilaflar olmuşdur. Onlardan yalnız biri, Quranın Peyğəmbərə (s) nazil olmuş nüsxəsi ilə hər cəhətdən uyğun idi və xəlifə Osmanın tətbiq etdiyi Quranlar məhz bu nüsxədən köçürülmüşdür.
    İkincisi, hər bir saf düşüncəli müsəlman belə bir əqidəyə əsaslanır ki, hal-hazırda hamı tərəfindən mütəvatir olaraq tilavət olunan Quran nüsxəsi, Osmanın xilafəti dövrünədək müxtəlif nüsxələrdə mövcud olmuş və bir-birindən fərqli üsullarla qiraət edilmişdir. Xəlifə Osman, bütün nüsxələrin yandırılmasını və yalnız Quranın orjinal nüsxəsinin saxlanılmasını əmr edir.
    Lakin, yalnız Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran nüsxələrinin mütəvatir və sonralar yazılmış nüsxələri təhrif olunmuş hesab edən şəxslər, hətta hal-hazırda mövcud olan Quran nüsxələrini belə mütəvatir olaraq qəbul etmirlər.
    Çünki, Təbəri və bu kimi əqidəyə əsaslanan bəzi müfəssirlər öz kitablarında Quranın yeddi səbkidə nazil olduğunu və Ömərin xilafəti dövründə bir yerə yığıldığını qeyd etmişlər.
    4. Ayələrdəki təhriflər;
    Əgər hər hansı bir ayə və ya surəni Qurana əlavə etsək, yaxud oradan çıxarsaq, məna baxımından heç bir dəyişiklik baş verməsə, həmçinin insanda həqiqi səmavi kitab olduğuna dair şəkk-şübhə yaratmasa belə, təhrifə yol vermiş olarıq. Biz bu kimi təhriflərin də Qurana yol tapdığının şahidi oluruq. Məsələn, «Bismillahir-rəhmanir-rəhim» ayəsi peyğəmbər və müsəlmanların əksəriyyəti tərəfindən Tövbə surəsi istisna olmaqla, bütün surələrin əvvəlində oxunmasına baxmayaraq, bu ayənin, Quranın bütün surələrinin bir hissəsini təşkil edib-etməməsinə dair ixtilaf meydana gəlmişdir.
    Belə ki, əhli sünnə alimlərinin bir qismi «Bismillah» ayəsini Quran ayələrinin bir hissəsi hesab etmir. Hətta Maliki məzhəbinin davamçıları bir neçə yer istisna olmaqla, bu ayənin gündəlik vacib namazlarda «həmd» surəsindən qabaq oxunmasını məkruh hesab edirlər. Başqaları isə bu ayəni həmin surənin tərkib hissəsi hesab edirlər. Diqqət yetirmək lazımdır ki, bu ixtilaf yalnız əhli sünnə alimləri tərəfindən meydana gəlmişdir. Şiə alimləri isə hamılıqla, «Bismillah» ayəsini Tövbə surəsi istisna olmaqla, Quranın bütün surələrinin tərkib hissəsi hesab edirlər. Həmd surəsinin təfsirində bu barədə ətraflı söhbət açacağıq.
    5. Əlavələr nəticəsində meydana gəlmiş təhriflər;
    Əgər Qurana hər hansı kəlməni əlavə edəriksə, bu əlavə Quranın məna və mahiyyətinə xələl gətirərsə, və nəhayət onun əlavə olunduğu açıq-aşkar bəlli olarsa, təhrifə yol vermiş olarıq. Bu kimi təhriflər Qurana yol tapmamışdır və bu, hər bir müsəlmanın zəruri hesab etdiyi məsələlərdən biri kimi qəbul olunur.
    6. Əskiltmələr nəticəsində meydana gəlmiş təhriflər.
    Təhrifə səbəb olan məsələlərdən biri də, Quranın ayə və ya kəlmələrini ixtisara salmaq və ya əskiltməkdir. Belə ki, bəziləri belə bir iddia irəli sürmüşlər ki, Quran ayələri zaman keçdikcə müxtəlif amillər üzündən bəzən ixtisara düşmüş və nəticədə Quran öz orjinallığını itirmişdir.
    Biz isə bu əsassız iddianı qətiyyətlə rədd edir və Quranın Peyğəmbərə (s) nazil olduğu surətdə qorunub saxlanıldığına etiqad bəsləyirik.
    MÜSƏLMANLAR QURANIN TƏHRİF OLUNUB-OLUNMAMASI HAQDA HANSI ƏQİDƏYƏ ƏSASLANIRLAR
    Məlum oldu ki, müsəlmanların əksəriyyəti Qurani-kərimdə istər əlavələr, istərsə də ixtisar yolu ilə təhrifə yol verildiyinə istinad etməmişlər.
    Belə ki, görkəmli şəxsiyyətlərindən biri olmuş mərhum Şeyx Səduq (r.ə.) Quranın təhrif olunmamasını imamiyyə məzhəbinin ən başlıca əqidələrindən biri kimi qələmə vermişdir. Şeyxut-taifə Əbu Cəfər Tusi, özünün «Tibyan» adlı təfsirində bu mətləbə toxunmuş və bunu ustadı Seyyid Murtəza Ələmul Hudadan nəql etdiyini vurğulamışdır.
    Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş digər məşhur müfəssirlərdən biri də «Məcməul-bəyan» təfsirinin müəllifi Təbərsidir. O, kitabının müqəddiməsində bu haqda ətraflı məlumat vermişdir.
    Həmçinin Şeyxul-füqəha təxəllüsünü almış «Kaşiful-ğitanın» müəllifi Şeyx Cəfər, «Urvətul-vüsqa»nın müəllifi Əllamə Şəhşəhani Quranın təhrif olunmadığı haqda əsaslı fikir və mülahizələr irəli sürmüşlər. «Vafi» və «Elmul-yəqin» kitabının müəllifi mərhum molla Möhsin Feyz, «Alurrəhman» təfsirinin müəllifi Şeyx Məhəmməd Cavad da bu mətləbə böyük əhəmiyyət vermişlər.
    Adları çəkilən nəzər sahibləri ilə yanaşı, Quranın təhrif olunmaması haqda fikir irəli sürmüş şəxslərə gəldikdə, Şeyx Mufidin, bütün islam elmlərinin və eləcə də bir çox dəqiq və humanitar sahələrin mütəxəssisi mərhum Şeyx Bəhaəddin Amili və Qazi Nurullah Şuştərinin adlarını xüsusilə qeyd etmək lazımdır. Şiə alimlərinin imamət barəsində təlif etdikləri əsərlərə nəzər saldıqda, Quranın təhrif olunması haqda heç bir mətləbə rast gəlmirik. Bu isə bir daha üçüncü xəlifənin dövründən sonra Quran nüsxələrində mövcud olmuş təhriflərə birdəfəlik son qoyulduğunu sübuta yetirir.
    Ümumiyyətlə, Quranın təhrif olunmaması şiə alimlərinin bir çoxu, əhli sünnə alimlərinin isə bir qismi tərəfindən qəbul olunmuşdur. Bu mətləbi inkar edən varsa, onların sayı çox az və irəli sürdükləri nəzəriyyələr isə əsassızdır. Rafei bu barədə deyir: «Şəxsi nəzəri olmayan bəzi kəlam alimləri heç bir dəlil və əsasları olmadan keçmiş və eyni zamanda batil nəzəriyyəyə əsaslanaraq, Quranın təhrif olunduğuna dair heç bir məntiqə əsaslanmayan mülahizələr irəli sürmüşlər.» (Ecazul Quran 41-ci səh.).
    Mərhum Təbərsi «Məcməul-bəyan» təfsirində, Quranın təhrifi haqqındakı nəzəriyyənin Həşviyyə və onun kimi heç bir məlumatı olmayan şəxslər tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.
    QURANDA TİLAVƏTİN NƏSX OLUNMASI
    Əhli sünnə alimlərinin bir çoxu «Peyğəmbər (s) dövründə mövcud olan Quran bir qədər fərqli idi» rəvayətinə istinad edərək, bəzi ayələrin müxtəlif səbəblər üzündən Quranda yazılmadığını iddia etmişlər. Bunu nəzərə alaraq bu məzmunda nəql olunmuş bütün rəvayətləri nəzərdən keçirir və onların irəli sürdükləri bu nəzəriyyənin nə dərəcədə düzgün olub-olmadığını araşdırmaq istəyirik. Belə ki, ayələrin bəzilərinin ixtisara salınması onun təhrif olunmasına səbəb ola bilər.
    BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
    İbni Abbas deyir: «Ömər minbərə çıxıb dedi: Allah-taala, Məhəmmədi (s) haqq olaraq peyğəmbərliyə təyin etdi. Ona «Daşqalaq» ayəsini (zinakarların daşqalaq olunmasını) nazil etdi. Biz onu oxuyub başa düşdük və ona əməl etdik. Amma qorxuram elə bir zaman gəlib çatsın ki, müsəlmanlardan birisi «Quranda daşqalaq barəsində bir şey deyilməmişdir» deyib zəlalətə (günaha) düçar olmuş olsun.»
    Ömər sözünü davam etdirib dedi:
    «Bəli, Allah-taala öz kitabında zinakarlıq edən evli kişi və qadınların daşqalaq olunmasını açıq-aşkar bəyan etmişdir. Quranda oxuduğumuz ayələrdən biri də bu idi:
    «Ata-babalarınızdan üz çevirməyin. Onlardan üz çevirərsinizsə küfrə düçar olmuş olarsınız» və ya belə olmalı idi:
    «Ata-babalarınızdan üz çevirərsinizsə küfr etmiş olarsınız.» (Səhih Buxari 8-ci cild, 26-cı səh.).
    Süyuti deyir: İbni Əştə özünün «Əl-musahif» adlı kitabında Leys ibni Səddən nəql edərək deyir: Quranı ilk dəfə bir yerə yığan şəxs Əbu Bəkr olmuşdur. Zeyd ona belə bir məktub yazır: Ömər də «Daşqalaq» ayəsini Qurana əlavə etmək istəmişdir. Lakin, onun Quran ayəsi olduğunu təsdiq edəcək ikinci bir şəxs olmadığı üçün Quran nüsxəsinə daxil edilməmişdir. (İtqan 2-ci cild, 101-ci səh.).
    Müəllif: Ömərin Qurana əlavə etmək istədiyi daşqalaq ayəsi və onun bu təklifinin qəbul olunmaması hadisəsi müxtəlif şəkillərdə fərqli olaraq nəql olmuşdur.
    «Əgər qoca kişi və qoca qadın zina edərlərsə, onları daşqalaq edin. Bu ilahi bir hökmdür. O Allah ki, yenilməz qüvvət və hikmət sahibidir.»
    «Əşşəynu vəşşəyxətu fərcumu huma əlbəttətən bima qəzəya minəlləzzəti.»
    «İnnəşşəynə vəşşəyxətə iza zənəya fərəcumuhuma əlbəttətən.»
    Lakin hal-hazırda mövcud olan Quran nüsxələrində biz daşqalaq hökmünə dəlalət edən bu kimi ayələrlə qarşılaşmırıq. Əgər bu rəvayəti mötəbər hesab edəriksə, ayənin Quranın orjinal nüsxəsindən ixtisara salındığını qəbul etməliyik.
    2. Təbərani, mötəbərliyinə istinad etdiyi Ömər ibni Xəttabdan nəql edərək deyir: «Quranda bir milyon iyirmi yeddi hərf vardır.» (İtqan 1-ci cild, 101-ci səh.).
    Bir haldakı mövcud olan Quran nüsxələrində hərflərin sayı bu rəqəmin heç üç də birini də təşkil etmir. Bu rəvayətə əsaslansaq, onda Quranın üçdə ikisinin ixtisara salındığını qəbul etməliyik.
    3. Yenə də İbni Abbas, Ömər ibni Xəttabdan nəql edərək deyir: «Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə təyin edib, ona kitab [Quranı] göndərdi. Orada bir çox ilahi hökmlərlə yanaşı zinakarlara dair daşqalaq hökmü də verilmişdir. Biz bu ayələri oxuyar və lazım olduqda ona əməl edərik. Sonra əlavə edərək dedi: Biz Quranda bu ayələri oxuyardıq:
    «Ata-babalarınızdan üz çevirməyin...»
    «Ata-babalarınızdan üz çevirsəniz...» (Məsnəd Əhməd. 1-ci cild, 47-ci səh.).
    4. Nafe, İbni Ömərdən nəql edərək deyir: «Mütləq sizlərdən biriniz özünü öyərək, mən Quranı bütünlüklə hifz etdim deyəcəkdir. Lakin o haradan bilsin ki, Quranın böyük bir hissəsi ixtisara salınaraq aradan getmişdir. Yaxşı olar ki, o, «mən Quranın mövcud olan hissəsini hifz etdim» desin.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
    5. Urvət ibni Zubeyr, Ayişədən nəql edərək deyir: «Peyğəmbərin (s) zamanında Əhzab surəsi iki yüz ayədən ibarət idi. Osmanın xilafəti dövründə Quran vahid nüsxə halına salındıqdan sonra orada, hal-hazırkı nüsxələrdə mövcud olan ayələr qaldı.» (İtqan 2-ci cild, 40-41-ci səh.).
    6. Əbu Yunusun qızı Həmidə nəql edərək deyir: «Atamın səksən yaşı olarkən mənim üçün Ayişənin yazdığı səhifələrdən bu ayəni oxudu:
    «Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat göndərir [xeyir-dua verirlər]. Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın [Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd: Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuhu – deyin!] (İtqan 2-ci cild, 100-cü səh.).
    Həmidə deyir: «Bu əhvalat, xəlifə Osman Quranı yığmazdan əvvəl baş vermişdir.»
    7. Əbu Hərb ibni Əsvəd atasından deyir: «Əbu Musa Əşəri, Bəsrənin üç yüz nəfər görkəmli qarilərini yığıb onlar üçün ziyafət təşkil etdi. Sonra üzünü onlara tutub dedi: «Siz əməli-saleh insanlar, Bəsrənin ən yaxşı qarilərindən hesab olunursunuz. Dünya malına bel bağlayıb hər şeyi arzu etməyin. Əgər belə edərsinizsə qəlblərinizi qəsavət bağlayar və sizi həqiqətdən uzaq salar. Keçmiş ümmətlər xam xəyallarla yaşamış və tükənməyən arzular onların qəlblərinə qəsavət möhrü vurmuşdur.»
    Sonra sözlərinə əlavə edərək dedi:
    Əvvəllər Quranda həcm və qafiyə baxımından Bəraət surəsinə bənzər bir surə oxuyardıq. Lakin həmən surədən mənim yadımda qalan yalnız bu ayə olmuşdur.
    «Əgər Adəm övladı var-dövlət ilə dolu iki səhraya malik olarsa, üçüncü arzunu da edəcəkdir. [Axırda isə] Adəm övladının qarnını torpaqdan başqa heç bir şey doyuzdurmayacaqdır.»
    Yadımdadır, Musəbbihat surəsinə oxşar başqa bir surə də oxuyardıq. Amma təəssüflər olsun ki, ondan da yalnız bu ayə yadımda qalmışdır.
    «Ey iman gətirənlər! Etməyincə bir şeyi niyə deyirsiniz? Bilin ki, bu kimi sözlər sizin əməl dəftərlərinizdə yazılacaq və qiyamət günü sorğu-sual olunacaqsınız.» (Səhihi Müslüm. 3-cü cild, 100-cü səh.).
    8. Zərr deyir: Günlərin bir günündə Ubeyy ibni Kəb məndən soruşdu: Ey Zərr! Əhzab surəsi neçə ayədən ibarətdir? Dedim: Yetmiş üç ayədən. Sözümü kəsərək dərhal dedi: Əhzab surəsi həcm baxımından Bəqərə surəsi kimi, bəlkə ondan da böyükdür. (Musnəd Əhməd 2-ci cild, 43-cü səh.).
    9. İbni Əbi Davud və İbni Ənbar Şəhabdan nəql edərək deyir: Bizə bəlli olmuşdur ki, (Osmanın xilafəti dövrünədək) mövcud olmuş Quranlar həcm baxımından hal-hazırkı Quran nüsxələrindən daha böyük olmuşdur. Lakin, Yəmamə döyüşündə Quran hafizlərinin həlak olması nəticəsində Quranın böyük bir hissəsi aradan getmişdir. (Musnəd Əhməd ibni Hənbəl 2-ci cild, 50-ci səh.).
    10. Ömər Ayişədən nəql edərək deyir: Əvvəllər «[Uşaq anadan] on dəfə [və ya on dəfədən artıq] süd əmərsə [ananın] digər uşaqları məhrəm olmuş olur» ayəsi Quran nüsxələrində mövcud olmuş lakin, «Xəmsu məlumatin – beş dəfə əmərsə...» ayəsi nazil olmaqla, əvvəlki hökm öz qüvvəsini itirmişdir. Hər iki ayə, hətta Peyğəmbərin (s) vəfatından sonra digər ayələrlə yanaşı qiraət olunardı. (Səhihi Buxari 4-cü cild, 167-ci səh.).
    11. Musəvvər ibni Muxrəmə nəql edərək deyir: Ömər ibni Əbdürrəhman ibni Ovf deyərdi: Sən də «Əgər döyüşərsinizsə, əvvəl döyüşdüyünüz kimi döyüşün» ayəsini Quranda tapa bilmirsən?! Əbdürrəhman cavabında dedi: Digər ayələr kimi bu ayə də aradan getmişdir. (İtqan 2-ci cild, 42-ci səh.).
    12. Əbu Süfyan Kəlai deyir: Günlərin bir günündə Muslimət ibni Muxlid Ənsari bizə dedi: Əvvəllər Quranın bir hissəsini təşkil edən, lakin sonradan ixtisara salınmış iki ayə haqda nə deyə bilərsiniz?
    Onlardan heç biri, hətta Əbu Kənud Səhd ibni Malik belə onun hansı ayəni nəzərdə tutduğunu xatırlaya bilmədi. Sonra İbni Muslimə özü bu iki ayəni oxudu:
    «İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər [Mühacirlər!] Müjdələr olsun ki, nicat tapanlardan oldunuz!
    Onlara [möminlərə] sığınacaq verən, [çətinliklərdə] köməklik edən və Allahın qəzəbinə gəlmiş şəxslərin qarşısında onları müdafiə edən şəxslər, kimsənin təsəvvür etmədiyi nemətlərlə mükafatlandırılarlar. Bütün bunlar onlara gördükləri xeyirli işlərin müqabilində bəxş olunar.»
    Bütün bunlarla yanaşı İbni Abbasın və Ubeyy ibni Kəbin yazdıqları səhifələrdə Xələ və Həfəd adlı surələrə də rast gəlmək olar. Surələrin hər birindən bir ayəni sizin nəzərinizə çatdırırıq.
    «İlahi! Biz səndən kömək diləyir və bağışlanmağımızı istəyirik. Şəninə şükr və səna deyir və sənə şərik qoşmayırıq. İtaətindən çıxıb günahkar şəxsləri özümüzdən uzaq edirik. İlahi! Yalnız sənin üçün ibadət edir, qarşında namaz qılıb səcdəyə qapanırıq. Hər zaman sənə pənah gətirib bütün işlərimizi sənə xatir görürük. Əzabından qorxur, rəhmətinə ümid edirik. Çünki, əzabın yalnız kafirlərə şamil olar.»
    Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin biz, bunlarla kifayətlənib verilən cavabları nəzərdən keçirməyə daha çox əhəmiyyət veririk.
    Cavab: Quranın bəzi ayələrini tilavət, bəzilərini də ixtisara salınaraq onun orjinal nüsxəsindən çıxarılması təhrifdən savayı bir şey deyildir. Bir sözlə Quranın təhrif olunduğuna dair irəli sürülmüş nəzəriyyə heç bir məntiqə əsaslanmadığı kimi orada bəzi ayələrin ixtisara salınması da tamamilə batil və əsassız nəzəriyyədir. Çünki, bu kimi dəyişikliklər ya Peyğəmbərin (s) özü, ya da ondan sonra xilafəti idarə edən şəxslər tərəfindən həyata keçirilməli idi.
    Birinci nəzər:
    Quran ayələrinin Peyğəmbər (s) tərəfindən ixtisara salınmasını (və ya əvəz olunmasını) sübuta yetirmək üçün əsaslı dəlillərə istinad etmək lazımdır. Bu kimi məntiqsiz rəvayətlərlə belə bir əhəmiyyətli mətləbin sübuta yetirilməsi qeyri-mümkündür. Çünki, alimlərin fikrincə Quranın vahid xəbər ilə əvəz olunması və ya ixtisara salınması qeyri-mümkündür. Belə ki, onlardan bəziləri öz kitablarında bu mətləbə xüsusi diqqət yetirmişlər.
    Şafei və onun davamçıları Quranın zahiri mənasına istinad edərək, Quranın sünnət və mötəbər rəvayətlərlə nəsx olunmasını (əvəz olunmasını və ya ixtisara salınmasını) tamamilə əsassız hesab edirlər. Əhməd ibni Hənbəl də bu əqidəyə əsaslanmışdır. Bəziləri Quranın nəsx olunmasını mütəvatir rəvayətlərlə düzgün hesab etməsələr də, belə bir prosesin həyata keçməsini qeyri-mümkün hesab edirlər. Bütün bu rəvayətlərin vahid xəbər formasında nəql olunduğunu nəzərə alaraq, Quranın nəsx olunmasını Peyğəmbərə (s) aid etmək olarmı? Qeyd etmək lazımdır ki, bu rəvayətlərin məzmununda da bir sıra ziddiyyətlər nəzərə çarpır. Belə ki, onlardan bəzilərində nəsxin Peyğəmbərin (s) özü tərəfindən, bəzilərində isə onun vəfatından sonra baş verdiyinə işarə olunur.
    İkinci nəzər:
    Quranın Peyğəmbərdən (s) sonra iqtidarda olmuş xəlifələr dövründə təhrif olunmasına gəldikdə isə, bunu deyə bilərik ki, belə bir nəzəriyyəni qəbul etmək, Quranın təhrif olunmasını qəbul etmək deməkdir. Belə bir nəzəriyyəyə əsaslanaraq deyə bilərik ki, Quran tilavətində nəsxə yol verildiyinə etiqadı olan əhli sünnə alimlərinin bir çoxu, Quranın özündə də təhrifə yol verildiyinə istinad edirlər. Çünki, onlar Quran ayələrinin tilavətinin nəsx olunmasına əsaslanırlar. Hətta əhli sünnə alimlərinin bəziləri, bu ayələrlə bağlılığı olan şəri məsələlərdə bir sıra çətinliklərlə qarşılaşmışlar. Məsələn, boynuna cənabət qüslü gəlmiş şəxs, tilavəti nəsx olmuş ayələri oxuya bilərmi? Və ya dəstəmazı olmayan şəxslər bu ayələrə toxuna bilərmi?
    Bəziləri bu barədə qəti hökm verərək, boynuna cənabət qüslü gəlmiş və həmçinin dəstəmazı olmayan şəxslərə, nəsx olmuş ayələrin oxunmasını və onlara toxunmasını qadağan etmişdir. Bu da əhli sünnənin Quran ayələrinin nəsx olunduğuna dair olan etiqadlarını bir daha sübuta yetirir. Əhli sünnə məzhəbinin bir hissəsini təşkil edən mötəzilə məzhəbinin davamçıları isə bu nəzəriyyəni qətiyyətlə rədd edirlər.
    Lakin təəccüb doğuran budur ki, əhli sünnə alimlərinin bəziləri əhli sünnə davamçılarının belə bir etiqada əsaslanmadığını inkar və təkzib etmişlər. Hətta Alusi, Mərhum Təbərsinin təhrifin Həşfiyyəyə aid etdiyini təkzib edərək deyir: Əhli sünnə alimlərinin heç biri Quranın təhrif olunmasına dair fikir irəli sürməmişdir.
    Daha təəccüblüsü budur ki, o, şiə alimlərini təhrif nəzəriyyəsini qəbul etməkdə ittiham etmişdir. Alusi bu haqda deyir: Şiə alimlərinin irəli sürdükləri fərziyyələr, onların «Quranın təhrif olma nəzəriyyəsini» qəbul etmələrini bir daha sübuta yetirir. Belə ki, Təbərsi onların belə bir batil və yanlış əqidələrinin üstünü örtmək üçün bir sıra dəlillərə istinad etməyə cəhd göstərmişdir. (Ruhul Məani. 1-ci cild, 24-cü səh.).
    Bu iradların əksinə olaraq, ötən fəsillərdə şiə alimlərinin «təhrif nəzəriyyəsini» qətiyyətlə rədd etdiklərini və onların bu barədə heç bir fikir irəli sürmədikləri haqda ətraflı izahatlar verdik. Hətta Təbərsi öz kitabında Seyyid Mürtəzanın «təhrif nəzəriyyəsinin» batil olduğuna dair gətirdiyi əsaslı dəlillərə işarə etmişdir. (Məcməul-bəyan. 1-ci cil, 15-ci səh.).
    QURANIN TƏHRİFƏ OLAN BAXIŞI
    QURANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR
    Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.
    Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.
    Birinci ayə:
    «Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən – artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).
    Buradan belə məlum olur ki, Quran nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.
    Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mənalarda təfsir etməyə çalışmışlar:
    1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Quran deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.
    «Allah sizin üçün Quranı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.»
    Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.
    Yəni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə təyin etdikdən sonra, bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.
    Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki, ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mənalarını daşıyır. Demək «zikr» deyildikdə, hər iki ayədə Peyğəmbər (s) deyil, Quran nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.
    Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.
    «[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən kəs! Axı sən divanəsən!» (Hicr-6).
    Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur.
    2. Deyirlər: Quranın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.
    Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Quranı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, Quran hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.
    Yox, əgər onlar Quranın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Quran nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və məfhumu ilə heç bir əlaqəsi yoxdur.
    Əvvəla ona görə ki, Quran əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.
    Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.
    3. Deyirlər: Doğrudur, ayədə Quranın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Quran nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Quran nəzərdə tutula bilər. Çünki ayənin zahiri mənasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.
    Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki, Quranın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki qaldı zəmanənin imamında olan Qurana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan Quran kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.
    Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Quranlar deyil, yalnız bir Quranı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan Quran nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə məruz qalmayacaqdır.
    4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mötəbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.
    İkinci ayə:
    «Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər [mütləq cəzalarına çatacaqlar] o [Quran], şübhəsiz ki, çox dəyərli, qiymətli bir kitabdır.
    Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə, tərifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir.» (Fussilət 41-42).
    Ayənin məzmunundan belə məlum olur ki, Quran bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.
    «Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Quranın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu rəvayəti nəql edir: «Quran, nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»
    Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Quranda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»
    Cavab: Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı. Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması bildirilir.
    Quranın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qurana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq, onda Quranın tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 1134 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024