İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Pakedicilər
    Murdarlanmış əşyaları paklaya bilən şeylər "mutəhhərat”, yəni pakedicilər adlanır. Onlardan bəzilərini nəzərdən keçirək:
    a) Su:
    Su ümumi şəkildə "mütləq” və ya "müzaf” ola bilər. Müzaf su dedikdə ya meyvə suyu kimi bir şeydən alınmış su, və ya torpaqla bulaşmış kimi bir şey qatılmış su. Demək, müzaf su dedikdə qatışıq su mənası anlaşılır. Su öz təbii saf halından çıxmışsa, ona qatışıq su deyirlər. İnsanların su adlandırdığı təbii vəziyyətdə olan sular isə mütləq su sayılır. Mütləq su ilə dəstəmaz və qüsl yerinə yetirmək, onunla murdarı təmizləmək olar. Qatışıq (muzaf) su isə murdarı paklamır. Muzaf su hətta kürr həddində olarsa bir zərrə murdar şey həmin suyu murdarlayır və onunla dəstəmaz və qüsl yerinə yetirmək olmaz. Su dörd şərt ödəndikdə murdarı paklaya bilər:
    1. Su müzaf yox, mütləq olsun;
    2. Su pak olsun, murdar olmasın;
    3. Murdar şeyi yuyarkən su bulaşmasın, onun rəngi, qoxusu və dadı dəyişməsin.
    4. Murdar şeyi suya çəkdikdən sonra suda murdarın eyni, özündən bir şey qalmasın.
    Mütləq su özü də beş qisimdir:
    1. Kürr su: Kürr su dedikdə ehtiyata əsasən tilləri 3 qarış yarım olan kub həcmində su nəzərdə tutulur. Əgər insanın ixtiyarında olan su belə bir həcimli qabı doldurarsa, bu kür sayılır. Həmin qabın tilləri 3 qarış da ola bilər.
    Əgər qan, sidik və ya spirtli içki kimi murdarlardan biri, eləcə də bu murdarlarla murdarlanmış bir əşya (məsələn, murdar qab) kürr suya düşərsə, əgər kürr suyun rəngi, qoxusu və dadı dəyişməzsə, kürr su murdarlanmamışdır.
    2. Axar su: Axar su dedikdə yerdən qaynayıb çıxan və hərəkətdə olan su nəzərdə tutulur. Bulaq suyu buna misal göstərilə bilər.
    Hətta kür sudan az həddə olan axar su murdarlanarsa, qoxusu, rəngi və dadı dəyişməzsə, pakdır.
    3. Yağış suyu: Yağış suyu murdar əşyanı o vaxt paklayır ki, insanlar onu yağış adlandırsın və həmin yağış bərk yerə yağdıqda onun üzəri ilə yağsın.
    4. Quyu suyu: Quyu suyu da bulaq suyu kimi kürr miqdarından az olarsa da, murdar vasitəsi ilə qoxusu, rəngi və dadı dəyişməyən halda pakdır.
    5. Az su: Kürr miqdarına çatmamış su az su adlanır. Kürr miqdarından az su tutan istənilən qabdakı su misal göstərilə bilər. Az su murdara toxunmaqla murdarlanır. Əlbəttə ki, az su qab vasitəsi ilə yuxarıdan aşağıya təzyiqlə axıdılarsa, onun yalnız murdar şeyə çatan hissəsi murdarlanar. Həmin suyun yuxarıda qalan hissəsi, eləcə də qabda qalmış hissəsi pakdır.
    Məsələ 1. Əgər murdarlanmış müzaf su kürr suya qatışarsa və ona müzaf su deməzlərsə, o pakdır.
    Məsələ 2. Bəzi gölməçələrin suyu duz qatqılıdır. Mədən suları və mikrob öldürmək üçün xlor qatılmış sular nə qədər ki, saf halından çıxmayıb mütləq sayılır.
    Məsələ 3. Öncə pak olmuş su və ya başqa bir şeyin sonradan murdarlandığını bilmiriksə, onu pak saymalıyıq. Öncə mütləq olmuş bir suya bir şey qatıldıqdan sonra onun mütləq qalıb-qalmadığına şübhə ediriksə, həmin su mütləq qəbul olunmalıdır.
    Məsələ 4. Öncə murdar olmuş su və ya istənilən bir şeyin sonradan paklanıb-paklanmadığını bilmiriksə onu murdar saymalıyıq. Öncə müzaf olmuş və halının dəyişməsinə şübhə etdiyimiz suyu müzaf qəbul etməliyik.
    b) Torpaq:
    Murdarlanmış ayaq və ya ayaqqabının altını torpaqa sürtmək və ya yol getməklə təmizləmək mümkündür. Bunun aşağıdakı şərtləri var:
    1. Yer pak və quru olsun;
    2. Ayağın və ya ayaqqabının altı murdar yerə toxunmaqla murdarlanmış olsun; əgər insanın ayağı qanamışsa və ayaqqabısının içi murdarlanmışsa, yol getməklə təmizlənməz.
    3. Yol getmək və ya ayağı yerə sürtməklə ayaqdakı və ya ayaqqabının altındakı murdarın özü təmizlənmiş olsun;
    4. Üzəri ilə hərəkət olunan yer ya torpaq, ya daş, ya kərpic, ya ot, ya asfalt, ya da bu kimi başqa bir şey olsun.
    Sual: Xalı və ya həsirin üzəri ilə yeriməklə ayağın və ya ayaqqabının altında olan murdar paklanarmı?
    Cavab: Xeyir, paklanmaz.
    Sual: Əgər ayaqqabı və ya ayağı yerə sürtməklə onun murdarı gedərsə yol getməyə ehtiyac qalırmı?
    Cavab: Bir qədər yol getmək və ayağı yerə sürtməklə murdar təmizlənirsə də, ən azı 15 addım atmaq yaxşıdır.
    Sual: Ayaqın və ya ayaqqabının altı hərəkət zamanı yaş olmalıdırmı?
    Cavab: Xeyir.
    Sual: Süni ayağın altı, əsa, avtomobil təkəri murdarlanarsa deyilən hökm öz gücündə qalırmı?
    Cavab: Bəli, yol getmək vasitəsi ilə murdar paklanır.
    b) Günəş:
    Günəş torpağı, binanı, qapı və pəncərə kimi hissələri, hətta binadan sayılan mıxları müəyyən şərtlər ödənməklə paklaya bilər. Həmin şərtlərdən bəzilərini nəzərdən keçirək:
    1. Murdar şey elə bir həddə yaş olmalıdır ki, başqa bir şey ona toxunduqda islansın. Əgər murdar şey qurudursa, onu islatmaq lazımdır.
    2. Murdar şey qan və nəcis kimi murdarların özündən təmizləndikdən sonra günəş onları paklayır.
    3. Günəş şüalarının murdar şeyin üstünə saçmasına bir şey mane olmamalıdır. Məsələn, günəşin nuru ilə murdar şey arasında pərdə varsa, həmin şey paklanmaz.
    4. Murdar şey yalnız günəşin hərarəti ilə qurumalıdır. Əgər murdar şeyin qurumasında günəşlə birgə güclü külək rol oynayırsa, həmin şey paklanmaz.
    Sual: Ot, ağac və meyvə murdarlanarsa və nəm olarsa günəş nuru ilə paklanırmı?
    Cavab: Bəli.
    v) İstihalə:
    Əgər murdar şey tamamilə dəyişsə, başqa bir şeyə çevrilsə, ikinci şey pak olar. Məsələn, murdarlanmış ağac yanıb külə çevrilərsə, daş duzlaqda duza, şərab da sirkəyə çevrilərsə, paklanar. Amma murdarlanmış şey tam dəyişməyincə paklanmaz. Məsələn, murdarlanmış buğda un şəklinə düşüb çörəyə çevrilərsə paklanmaz.
    Sual: Murdarlanmış ağac kömürə çevrilərsə paklanarmı?
    Cavab: Xeyir.
    q) İntiqal (nəqlolma):
    İnsan və ya atıcı qanı olan heyvanın qanı ağcaqanad kimi həşəratın bədəninə keçdikdən sonra onun öz qanı sayılır və murdar deyil.
    Sual: Zəlinin bədəndən çəkdiyi qan paklanırmı?
    Cavab: Xeyir. Çünki bu qan insanın qanı sayılır, həmin heyvana aid edilmir.
    d) Təbəiyyət (tabeçilik)
    Təbəiyyət dedikdə murdar bir şeyin başqa bir murdar şeyin paklanması ilə əlaqəli paka çıxması nəzərdə tutulur. Məsələn, şərab sirkəyə çevrilib paklandığı vaxt onun yerləşdiyi qab da paklanır. Şərab sirkəyə çevrilərkən qabın harasına toxunarsa paklanar.
    Sual: Kafir ata-ananın həddi-büluğ olmamış övladları ata-analarının İslamı qəbul etməsi ilə müsəlman olurmu?
    Cavab: Bəli. Amma nə qədər ki, ata və ya anadan biri İslamı qəbul etməyib, övladlar kafir hökmündədir. Amma uşaqlar yaxşını pisdən ayıracaq bir yaşa çatıb İslamı qəbul etsələr paklanarlar.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 927 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024