İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Dördüncü fəsil
    Ayaqyolunun hökmləri
    İnsan da əksər heyvanlar kimi bədənindəki qalıq maddələri ifraz etməyə məcburdur. Bu ifrazat sidik və nəcis şəklində orqanizmdən çıxır. Onların təxirə salınması insanın sağlamlığına zərərlidir. Bu səbəbdən də bir sıra rəvayətlərdə göstəriş verilir ki, sidik insana əziyyət verdiyi vaxt insan özünü sıxıb saxlayarsa sidik kisəsi xəstəliyə düçar olar.(Sə`di, "Bustan”, kitabın müqəddiməsi, s. 33)
    İnsan bəzi rəvayətlərdə qeyd olunduğu kimi, öz sidik və nəcisini, azca əvvəl xoş görüntülü qidaları ikrah doğuracaq halda müşahidə etdiyi vaxt iki məsələ barədə düşünür:
    1. Onun əziyyətlə qazandığı, bəzən halal-harama fikir vermədən ardınca qaçdığı qidalar ikrah doğuracaq bir vəziyyətdə ondan ayrılır, amma haram yeməyin günahları yerinə qalır.
    2. Aydın olur ki, insan yalnız təxəyyülə qapılıb özünü çəkir, təkəbbür göstərir. Əslində o əvvəli murdar bir damla, sonu hamının çəkindiyi cənazədir. Bu arada isə insan öz canında sidik və nəcis daşıyan varlıqdan başqa bir şey deyil. İslamda ayaqyolu, onunla bağlı qaydalar dəqiqliklə açıqlanmışdır. Bəli, insan həyatının heç bir kəsiyi nəzərdən qaçırılmamışdır. İndi o uyğun hökmləri xülasə şəkildə nəzərdən keçirək. Bu hökmlər üç qisimdir: vaciblər, müstəhəblər və məkruhlar.
    Ayaqyolu ilə bağlı vacib əməllər
    Ayaqyoluna gedərkən müəyyən şərtlərə əməl etmək lazımdır:
    1. Yetkinlik həddinə çatmış insanın öz ayıb yerlərini yetkin insanlardan və yaxşını pisdən seçən uşaqlardan örtməsi vacibdir. Həmin şəxslər məhrəm olsa belə örtünmək lazımdır.
    2. Ayaqyolunda insanın bədəninin ön hissəsi, sinəsi və ayıb yeri üzüqibləyə və ya arxası qibləyə olmamalıdır.
    3. Möminlərin məzarı üzərinə bayıra getmək onlara və dini müqəddəsliklərə qarşı hörmətsizlikdir. Sahibindən icazə almamış bir torpaq və ya mülkdə də bayıra getmək olmaz.
    4. İnsan sidik və ya nəcislə bayıra getdikdən sonra onların ixrac olduğu yeri paklamalıdır. Rəvayətlərdə bildirilir ki, ayaqyolundan sonra özünü paklamayanlar mələklər tərəfindən əzaba məruz qalır, onların qiyamət səhnəsindəki vəziyyəti hətta əzaba düşənlərə əziyyət verir. İmam Baqirdən (ə) nəql olunmuş rəvayətə əsasən, Lut qövmünün əzaba düşməsinin səbəblərindən biri də ayaqyolundan sonra özlərini paklamamaları olub.(Hürr Amili, "Vəsailuş-şiə”, Alul-beyt çapı, c. 17, s. 331, hədis 14)
    Sidik çıxacağını hökmən su ilə təmizləmək lazımdır. Əgər su axar və ya kürr sudursa, sidik yerini bir dəfə yumaq bəs edər. Əgər su aftafa suyu kimi az sudursa, vacib ehtiyata əsasən sidik yerini iki dəfə yumaq lazımdır. Nəcis çıxacağını parça, kağız, kəsək, və ya daşla paklamaq olar. Vacib ehtiyata əsasən bu əşyalarla ən azı üç dəfə paklamaq lazımdır. Amma müəyyən hallarda nəcisin çıxacağı yalnız su ilə paklanır:
    1. Əgər nəcislə birlikdə qan kimi başqa bir murdar şey xaric olmuşsa;
    2. Əgər kənardan bir murdarlıq toxunmuşsa; məsələn, insan qanlı əli ilə nəcis çıxacağını murdarlamışdır.
    3. Əgər nəcisin çıxacağı həddindən artıq bulaşmışsa.
    Qeyd etməliyik ki, bütün hallarda nəcis çıxacağının su ilə paklanması daha yaxşıdır. Su ilə yuyarkən nəcis çıxacağında nəcis zərrələrinin qalmadığına yəqinlik varsa bəs edər. Nəcis çıxacağında qoxunun qalmasının eybi yoxdur. Bir dəfə yumaqla nəcis zərrəsi qalmazsa ikinci dəfə yumağa ehtiyac yoxdur.
    Müstəhəb əməllər
    1. Namazdan öncə, yatmazdan öncə, möhtəlim olduqdan (insandan məni xaric olduqdan) sonra sidiyə getmək müstəhəbdir.
    2. Sidiyə gedərkən kimsənin görmədiyi yerdə oturmaq; imam Sadiq (ə) buyurur: "Loğmanın xasiyyətlərindən biri bu idi ki, kimsə onu ayaqyolunda görməmişdi.”(Surə 6, "Ən`am”, ayə 50)
    3. Tualetə daxil olarkən sol ayaqla daxil olmaq, çıxarkən sağ ayaqla çıxmaq;
    4. Bayıra çıxarkən başın örtülü olması;
    5. Bayıra çıxarkən bədənin ağırlığının sol ayağa salınması;
    6. Kişilərin sidikdən sonra istibra etməsi. İstibra dedikdə xüsusi bir qayda ilə sidik kanalının təmizlənməsi nəzərdə tutulur. İstibra belə yerinə yetirilir: sidik kəsildikdən sonra əgər nəcis çıxacağı murdardırsa öncə onu paklamaq lazımdır. Sonra sol əlin orta barmağı ilə nəcis çıxacağından cinsi alətin kökünədək üç dəfə sığal çəkilir. Sonra baş barmaq alətin üzərinə, ona yanaşı barmaq alətin altına qoyulur və üç dəfə sünnət yerinədək sığal çəkilir. Bundan sonra alətin başı üç dəfə sıxılır. Bu müstəhəb əməli yerinə yetirənlər əgər sonradan sidik kanalında rütubət hiss edərlərsə, o rütubətin murdar olmadığını qəbul etməlidirlər. Bu halda onların ayaqyolundan sonra aldıqları dəstəmaz batil olmur. Amma bir şəxs istibra etməyibsə, ayaqyolundan sonra yaranan rütubətin murdar olub-olmadığı bilinməyən halda sidik xaric olan yeri ikinci dəfə yumağı, ayaqyolundan sonra aldığı dəstəmazı təzələməlidir.
    Məkruhlar
    1. Ayaqyolunda üzü günəşə və aya oturmaq məkruhdur. Amma ayıb yer örtülərsə eybi yoxdur.
    2. Üzü küləyə, yola, küçəyə, gəliş-gediş yerinə, evin qapısına oturub bayıra çıxmaq məkruhdur. Meyvə verən ağacın altına bayıra çıxmağın da kərahəti var.
    3. Bayıra çıxarkən danışmaq, bir şey yemək, ayaqyolunda yubanmaq, sağ əllə özünü yumaq məkruhdur.
    4. Ayaq üstə sidiyə getmək, bərk yerə sidiyə getmək, heyvanların yuvasına və suya sidiyə getmək, xüsusi ilə dayanmış suya sidiyə getmək məkruhdur.
    5. İnsana zərər verməyəcəyi halda belə sidiyi və nəcisi saxlamaq məkruhdur. Bu iş insana zərərli olduqda caiz sayılmır.
    Hədisdə bildirilir ki, sünnə əhli alimlərindən olan Əbu Hənifə imam Sadiqin (ə) görüşündən çıxdığı vaxt onun oğlu həzrət Kazimi (ə) gördü. Ondan şəhər əhlindən olmayan bir qəribin harada bayıra çıxa biləcəyi haqqında soruşdu. Həzrət Kazim (ə) buyurdu: "Bu iş üçün məscidin həyətindən, çaylardan su götürülən yerdən, ağac meyvələrinin töküldüyü yerdən, müsafirlərin düşdüyü yerdən çəkin. Üzünü qibləyə tutma, bayıra çıxarkən libasının bulanmaması üçün onu qaldır. Başqa hər yerdə bayıra çıxa bilərsən.”(Məclisi, "Biharul-ənvar”, Beyrut çapı, c. 1, s. 215, hədis 19)
    Sual: İstibra, sidik və nəcis yolunun paklanması zamanı üzü qibləyə və ya arxası qibləyə oturmaq olarmı?
    Cavab: Bunun eybi yoxdur. Amma yaxşı olar ki, bu iş görülməsin.
    Sual: Çarəsizlikdən, məsələn, naməhrəm görməsin deyə bayıra çıxarkən üzüqibləyə və ya arxasıqibləyə oturmaq olarmı?
    Cavab: Əgər ayaqyolunda yubanmaq insan üçün zərərlidirsə, bu halda eybi yoxdur və istənilən bir tərəfə otura bilər. Əgər üzüqibləyə və ya arxasıqibləyə oturmaqdan başqa çarə yoxdursa, arxası qibləyə oturmaq ehtiyatlı addımdır.
    Sual: Əgər bir uşaq ayaqyolunda üzüqibləyə oturmuşsa, bunu görənin vəzifəsi nədir?
    Cavab: Uşaq özü belə oturmuşsa, bu işə mane olmaq vacib deyil. Amma müstəhəb ehtiyata görə böyüklər uşaqları üzüqibləyə və ya arxasıqibləyə oturtmamalıdırlar.
    Sual: Əgər insan sidik və ya nəcis yerini paklayıb-paklamaması ilə bağlı şəkkə düşmüşsə, vəzifəsi nədir?
    Cavab: Əgər ayaqyolunda dərhal özünü təmizləmək adətidirsə belə, şəkkə düşdüyü vaxt özünü dərhal təmizləməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 901 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024