İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Yeddinci fəsil
    Təyəmmüm təvazö və təslim olmaq nişanəsidir
    Bütün ilahi hökmlərin müştərək bir ruhiyyəsi var. İlahi göstərişlərin nöqtəsi insanda bəndəlik, itaət və təvazö ruhiyyəsi yaratmaqdır. Bu ruhiyyə sözün əsil mənasında təyəmmümdə özünü göstərir. Təyəmmüm edən insan əlini torpağa vurub öz vücudunun ən şərəfli üzvü olan alnına çəkir. Bu yolla Allah qarşısında öz təvazösünü bildirir, hal dili ilə deyir ki, mənim alnım da əllərim kimi Sənin hüzurunda son nöqtəyədək kiçilir.
    Qurani-məcid təyəmmüm torpağının "səidən təyyiba” adlandırır.(Ceyhun” çay adıdır; Mövlana Rumi, "Məsnəviye-mə`nəvi”, 6-cı dəftər, külliyat) "Təyyib” sözü pak, "səid” sözü ("süud” sözündən götürüldükdə) yer səthini örtən şeylər mənasını bildirir. Torpaq, qum və daşlar buna misal ola bilər. Torpağa küləklər əsir, günəş parlayır, yağış yağır. Belə bir halda torpağın təmizlik baxımından zərərli olduğunu demək olmaz. Məsum imamlardan nəql olunmuş rəvayətlərdə bildirilir: "Allah torpağı da su kimi pakedici qərar vermişdir.”(Cami, "həft urəng”, "Sobhətul-əbrar”, dördüncü əqd, say 23)
    Buna görə də insan dəstəmaz alıb qüsl verə bilmədikdə əminliklə torpaqdan istifadə etməlidir. Kimsə deyə bilməz ki, mən hökmən dəstəmaz almalı və ya qüsl verməliyəm. Bu məqamda Allahın göstərişlərinə tabe olmalıyıq. Bir hədisdə nəql olunur ki, bədənində yara olan bir şəxs cünub olmuşdu. O ətrafdakıların təkidi ilə cənabət qüslü verdi və nəticədə xəstələnib öldü. Peyğəmbər (s) buyurdu: "Onu bu işə vadar edənləri Allah öldürsün! Həqiqətən, nadanlığın dərmanı sorğu-sualdır.”("Biharul-ənvar”, c. 18, s. 202, hədis, 32)
    İnsan nə vaxt təyəmmüm etməlidir?
    Yeddi halda insan dəstəmaz və ya qüsl əvəzinə təyəmmüm etməlidir:
    1. Dəstəmaz və ya qüsl üçün lazım olan qədər su əldə etmək mümkün deyilsə;
    2. Su olduğu halda insan qocalıq, yırtıcı və ya oğrudan qorxduğu və ya su çəkməyə vasitə tapmadığı üçün su əldə edə bilmirsə;
    3. İnsan sudan istifadəni özünə zərərli bilirsə, qorxursa ki, sudan istifadə etdiyi halda xəstələnə bilər, onda bir eyb yaranar və ya xəstəliyi uzanar; xəstəliyin ağırlaşması və müalicənin çətinləşməsi ehtimalı varsa;
    4. İnsan qorxursa ki, ixtiyarında olan suyu dəstəmaz və qüslə sərf edərsə, özü, yoldaşları və ya öhdəsində olan heyvanlar susuzluqdan məhv olar; insanın özünün və yoldaşlarının xəstələnə biləcəyi və ya mövcud susuzluğa dözə bilməyəcəyi gözlənilirsə;
    5. Əgər insan murdarlanmış bədənini və ya libasını paklamağa məcburdursa; əgər təyəmmüm etmək mümkündürsə, vacib ehtiyata əsasən təyəmmüm edilməlidir;
    6. Su və ya suyun olduğu qab halal deyilsə;
    7. Əgər çox azsa, dəstəmaz alınacağı və ya qüsl veriləcəyi təqdirdə namazın bir rəkəti vaxtında qılınacaq, o biri rəkətləri qəza olacaq.
    Nələrə təyəmmüm etmək olar?
    Torpağa, quma, kəsəyə, gəc daşına, əhəng daşına, mərmərə və digər daşlara təyəmmüm etmək olar. Amma əqiq və firuzə kimi cəvahirat sayılan daşlara təyəmmüm batildir. Bu səbəbdən də vacib ehtiyata əsasən, torpaq, qum və daş olan yerdə bişmiş gəcə, əhəngə və gilə təyəmmüm etmək düzgün deyil.
    Təyəmmüm ediləcək şey murdar və qəsbi olmamalıdır.
    Təyəmmümün qaydaları
    İnsan təyəmmüm etmək üçün aşağıdakı əməlləri yerinə yetirməlidir:
    1. Niyyət edir ki, Allahın əmrini yerinə yetirmək üçün dəstəmaz və ya filan qüsl əvəzinə təyəmmüm edir;
    2. Əllərinin içini təyəmmüm olunası şeyə vurur;
    3. Hər iki əlini başının tük bitən yerindən qaşlarınadək bütün alnına və onun iki tərəfinə çəkir. Demək, əllərin içi bütün alına, vacib ehtiyata əsasən, qaşların üzərinə çəkilməlidir;
    4. Vacib ehtiyata əsasən növbəti dəfə əllərinin içini torpağa vurur;
    5. Sol əlinin içini əl topuğundan barmaqların ucunadək sağ əlinin üstünə, sağ əlinin içini əl topuğundan barmaqlarının ucunadək sol əlin üstünə çəkir.
    Sual: Dəstəmaz üçün təyəmmüm qüsl üçün təyəmmümdən fərqlənirmi?
    Cavab: Xeyir. Bu iki təyəmmüm forma baxımından eynidir. Onların yalnız niyyətindən fərq var.
    Sual: Duzlu torpağa təyəmmüm etmək olarmı?
    Cavab: Müstəhəb ehtiyata əsasən təmiz torpaq olan yerdə duzlu torpağa təyəmmüm edilməməlidir.
    Sual: Hansı məqamlarda təyəmmüm etmək məkruh sayılır?
    Cavab: Çala, yol, duzu üzə çıxmamış torpağa təyəmmüm etmək məkruhdur. Əgər duz torpağın üzərini örtərsə ona edilən təyəmmüm batildir.
    Sual: Təyəmmümdə alına və əllərin üzərinə yuxarıdan aşağıyamı əl çəkilməlidir?
    Cavab: Bəli.
    Sual: İnsanın əlində üzük olarsa təyəmmüm üçün onu çıxarmalıdırmı?
    Cavab: Bəli. Əgər alında, əllərin içində və ya arxasında maneə varsa, təmizlənməlidir.
    Sual: Təyəmmümü nələr batil edir?
    Cavab: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.
    Sual: Əgər bir insan bir neçə qüsl verməlidirsə (məsələn, cənabət və meyitə toxunma qüslü) qüsl əvəzinə təyəmmüm edərkən bir təyəmmüm bəs edirmi?
    Cavab: Vacib ehtiyata əsasən hər qüsl əvəzinə bir təyəmmüm edilməlidir.
    Sual: Üzürlü səbəbdən cənabət qüslü əvəzinə təyəmmüm edilməlidirsə, namaz üçün dəstəmaz almaq lazımdırmı?
    Cavab: Xeyir. Amma başqa qüsllər əvəzinə təyəmmüm edilmişsə, vacib ehtiyata əsasən namaz üçün dəstəmaz alınmalıdır. Dəstəmaz üçün də üzrü varsa, bir təyəmmüm də dəstəmaz əvəzinə edilir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 632 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024