İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    On ikinci fəsil
    Namazın tərtibi və tərcüməsi
    Bu fəsildə namazın necə yerinə yetirilməsindən və onun mətninin tərcüməsindən danışacağıq. Namaz aşağıdakı ardıcıllıqla qılınır:
    1. Namaz qılan şəxs dəstəmaz aldıqda, libası, namaz yeri ilə bağlı şərtləri yerinə yetirdikdən, üzü qibləyə dayandıqdan sonra namaz üçün niyyət edir. Məsələn, Allaha yaxınlaşmaq məqsədi ilə sübh namazı qılmağa qərar verir.
    2. Bədən aram, hərəkətsiz dayandığı halda təkbirətul-ehram, yəni "Əllahu-Əkbər” söylənilir.
    3. Təkbirətul-ehramdan sonra Həmd surəsinin qiraətinə başlanılır:
    -"Bismillahir-rəhmanir-rəhim”-Bağışlayan və mehriban Allahın adı ilə
    -"Əlhəmdulillahi rəbbil aləmin”-Həmd və sitayiş bütün yaranmışların Rəbbi olan Allaha məxsusdur;
    -"Ər rəhmanir rəhim”-O kəs ki, bağışlayan və mehribandır;
    -"Maliki yəvmiddin”-Qiyamət günü ixtiyar sahibidir;
    -"İyyakə nəbudu və iyyakə nəstəin”-Yalnız Sənə pərəstiş edir və yalnız Səndən kömək istəyirik;
    -"İhdinəs siratəl mustəqim”-Pərvərdigara, bizi doğru yola hidayət et;
    -"Siratəlləzinə ən əmtə ələyhim ğəyril məğzubi ələyhim vələz zalin”-O kəslərin yoluna ki, onlara nemət vermisən, o kəslərin yoluna yox ki, onlara qəzəblənmisən; azmışların yoluna yox;
    4. Sonra vacib ehtiyata əsasən, Quranın vacib səcdəsi olmayan surələrindən biri tam oxunmalıdır.
    Namaz qılan şəxsin gün uzunu qıldığı namazlarda tövhid surəsini tərk etməsi məkruhdur. Eyni zamanda 1-ci və 2-ci rəkətlərdə eyni bir surəni oxumağın kərahəti var. Yalnız Tövhid surəsini hər iki rəkətdə oxumaq məkruh deyil.
    İndi Tövhid surəsini nəzərdən keçirək:
    -"Bismillahir-rəhmanir-rəhim”-Bağışlayan və mehriban Allahın adı ilə;
    -"Qul huvəllahu əhəd”-De ki, Odur yeganə Allah;
    -"Əllahus səməd”-O Allah ki, bütün yaranmışlardan ehtiyacsızdır;
    -"Ləm yəlid və ləm yuləd”-Övladı yoxdur və kimsənin övladı deyil;
    -"Və ləm yəkun ləhu kufuvən əhəd”-Kimsə Onun misli və oxşarı deyil.
    5. Ayaq üstə bədən aramlaşdıqdan sonra rükuya getmək, rüku vəziyyətində bədən aramlaşdıqdan sonra rükunun zikrini söyləmək lazımdır. Məsələn, deyilir: "subhanə rəbbiyəl əzimi və bihəmdih”, yəni mənim böyük Rəbbim hər bir eyb və nöqsandan pak-pakizədir, mən Ona sitayişdəyəm. Rükuda vacib ehtiyata əsasən ən azı üç dəfə "subhanəllah” deyilməlidir. Subhanəllah, yəni Allah istənilən bir eyb və nöqsandan pak-pakizədir.
    6. Rükudan qalxdıqdan və bədən aramlaşdıqdan sonra "Səmiəllahu limən həmidəh” söyləmək müstəhəbdir. Bu zikrin mənası: "Allah ona sitayiş edən şəxsin həmd-sənasını eşidir və qəbul edir.”
    7. Sonra səcdəyə gedilir. Səcdə vəziyyətində bədən aramlaşdıqdan sonra səcdənin zikri söylənilir. Vacib ehtiyata əsasən səcdədə üç dəfə "subhanəllah” deyilməlidir. Başqa zikr də söyləmək olar. Məsələn: "Subhanə rəbbiyəl əla və bihəmdih”, yəni mənim üstün Rəbbim hər bir eyb və nöqsandan pak-pakizədir, mən ona sitayişə məşğulam.
    Sonra 1-ci səcdədən qalxmaq və bədən aramlaşdıqdan sonra 2-ci dəfə səcdəyə getmək lazımdır. 1-ci səcdədən qalxdıqdan sonra "Əllahu əkbər” söyləmək müstəhəbdir. 2-ci səcdədə zikr deyildikdən sonra qalxıb əyləşmək lazımdır.
    8. Namazın 2-ci rəkətini yerinə yetirmək üçün ayağa qalxmaq lazımdır. Ayağa qalxarkən "bihəvlillahi və qüvvətihi əqumu və əqud” söyləmək müstəhəbdir. Bu zikrin mənası: "Allahın yardımı və qüvvəsi ilə qalxıb əyləşirəm.
    9. Namaz qılan şəxs 2-ci rəkətdə də 1-ci rəkətdə olduğu kimi Həmd-surə oxuyur.
    10. 2-ci rəkətdə rükuya getməzdən öncə qunut oxumaq müstəhəbdir. Qunut üçün vacib ehtiyata əsasən əllər qaldırılır və savab ümidi ilə iki əlin içi üz bərabərində üzü səmaya tutulur. Baş barmaqdan savayı bütün barmaqlar bir-birinə yapışdırılır. Qunut tutan şəxs öz ovucuna baxır. Bu halda istənilən bir duanı oxumaq, zikri söyləmək olar. Üç dəfə "Subhanəllah” söyləmək kifayətdir. Müstəhəbdir ki, qunutun zikri ucadan deyilsin. Yalnız cəmiyyət namazında imam eşidəcəyi təqdirdə qunutu ucadan oxumaq müstəhəb olmur.
    11. Qunut başa çatdıqdan sonra rükuya getmək və rükudan sonra iki səcdəni yerinə yetirmək lazımdır.
    12. Namaz qılan şəxs 2-ci rəkətdə iki səcdəni yerinə yetirdikdən sonra oturaq vəziyyətdə təşəhhüd oxuyur:
    -"Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh”, yəni şəhadət verirəm ki, yalnız yeganə Allah pərəstişə layiqdir və Onun şəriki yoxdur;
    -"Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh”, yəni şəhadət verirəm ki, Məhəmməd Allahın bəndəsi və elçisidir;
    -"Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”, yəni Pərvərdigara, Məhəmməd (s) və onun Əhli-beytinə (ə) salam və rəhəmət göndər.
    Təşəhhüd halında namaz qılan şəxsin sol budu üzərində əyləşib sağ pəncəsini sol ayağının içinə qoyması müstəhəbdir. Eləcə də, əl barmaqlarını bir-birinə birləşdirib budların üzərinə qoymaq və ətəyə baxmaq yaxşıdır. Təşəhhüdə başlamazdan öncə "Əlhəmdulillah” və ya "Bismillahi və billahi vəlhəmdulillahi və xəyril əsmau llahi” söyləmək yaxşıdır. Təşəhhüd başa çatdıqdan sonra "və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh” deyilsə savabı var. Bu zikrin mənası: Pərvərdigara, Peyğəmbərin (s) bizim haqqımızdakı şəfaətini qəbul et, Öz yanında həzrətin dərəcəsini ucalt.”
    13. Əgər namaz ikirəkətli namazdırsa, namaz qılan şəxs oturaq vəziyyətdə bədəni aramlaşdıqdan sonra aşağıdakı qaydada salam verib namazı bitirir:
    "Əssəlamu ələykə əyyhuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” söyləmək müstəhəbdir. Zikrin mənası: "Salam olsun sənə ey peyğəmbər! Allahın bərəkət və rəhməti olsun sənə!”
    "Əssəlamu ələynə və əla ibadilahis-salihin” söyləmək vacibdir. Zikrin mənası: "Salam olsun biz namazqılanlara və Allahın bütün saleh bəndələrinə.” "Əssəlamu ələykum” da söyləmək olar. Yəni Allahın salamı olsun sizə. Müstəhəb ehtiyat budur ki, "Əssəlamu ələykum” ifadəsinə "və rəhmətullahi və bərəkatuh” cümləsi də artırılsın.
    Vacib ehtiyat budur ki, 2-ci salam deyildikdən sonra 3-cü salam söylənilsin.
    14. Əgər namaz üçrəkətli və ya dördrəkətli olarsa, qılınmış iki rəkətin təşəhhüdünü söylədikdən sonra salam verməmiş ayağa qalxmaq və növbəti rəkətləri yerinə yetirmək lazımdır. Üçüncü və dördüncü rəkətlərdə ya Həmd surəsi oxunur, ya təsbihati ərbəə söylənilir. Təsbihati ərbəənin mətni: "Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər” - pak-pakizədir Allah; həmd-sitayiş ona məxsusdur; Ondan savayı pərəstişə layiq olan yoxdur; O vəsfə gələsi hər şeydən böyükdür. Ötən fəsildə qeyd edildiyi kimi, bu zikrin ən azı üç dəfə deyilməsi müstəhəb ehtiyatdır.
    15. Daha sonra rüku və səcdələr yerinə yetirilir. Rüku və səcdələrin yerinə yetirilmə qaydası öncə açıqlandı. Namaz üçrəkətlidirsə, 3-cü rəkətin səcdələrindən sonra təşəhhüd və salam deyilir və namaz başa çatdırılır. Namaz dördrəkətlidirsə, 3-cü rəkətin 2-ci səcdəsindən sonra ayağa qalxmaq və 4-cü rəkəti yerinə yetirmək lazımdır. 4-cü rəkət də 3-cü rəkət kimi qılınır. 4-cü rəkətin rüku və səcdələrindən sonra təşəhhüd oxunur, salam verməklə namaz başa vurulur.
    Namazın təqibatı
    Təqibat dedikdə namaz başa çatdıqdan sonra namaz qılan şəxsin dua oxuması, raz-niyaz etməsi nəzərdə tutulur. Namazdan sonra şükr səcdəsi yerinə yetirmək müstəhəbdir. Şükür səcdəsi üçün alın möhürə qoyulur. Səcdə halında zikr deməmək də olar. Amma bu halda 100 və ya 3 dəfə, ən azı 1 dəfə "şukrən lillah”, "şukrən”, ya da "əfvən” demək müstəhəbdir. Namazdan sonra bir qədər Quran oxumaq, dua etmək yaxşıdır. Təqibat üçün daha çox tövsiyə olunmuş zikrlərdən biri xanım Fatimənin (s. ə.) təsbihatı adlanan zikrdir. Bu təsbihatda 34 dəfə "Əllahu əkbər”, 33 dəfə "əlhəmdulillah”, 33 dəfə "Subhanəllah” söylənilir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 886 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024