İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    İyirmi üçüncü fəsil
    Əyləncə və istirahət insanın fiziki və mənəvi ehtiyacıdır
    İnsan ömrü sürətlə ötüb keçir. Vaxt ötdükcə insanın fiziki və intellektual gücü azalır, maddi və mənəvi enerjisi tənəzzül edir. İnsan vücudunda yalnız müəyyən müddət üçün fəaliyyət istedadı və gücü olur. Həmin müddət başa çatdıqdan sonra insan fəaliyyətdən düşür. Bəli, insan böyük sərmayə sahibidir. O istəsə də, istəməsə də hər gün həmin sərmayədən xərcləyir. İnsanın ən böyük sərmayəsi olan ömür eynən buz tək əriyib əldən çıxır. Çəkilən hər nəfəs, qəlbin hər döyüntüsü insanı ömrünün son anına yaxınlaşdırır. Həzrət Əli (ə) buyurur: "İnsanın hər nəfəsi onun ölümə doğru atdığı bir addımdır.”("Gülüstan”, 7-ci bab, tərbiyənin tə`siri, s. 235, 236, hekayət 8)
    Demək, hər anın qədrini bilmək, ömürdən imkan həddində səmərəli istifadə etmək lazımdır. Loğman oğluna nəsihətində deyir: "Ey oğlum! Bil ki, qiyamət günü Allahın hüzurunda dayandığın vaxt səndən dörd şey haqqında soruşular. Gəncliyini hansı yolda sərf etdin? Ömrünü hansı yolda xərclədin? Var-dövlətini hansı yolla qazandın? Qazancını hansı yolda xərclədin? Çalış, elə indidən bu suallara cavab verməyə hazır ol!”(Həmin mənbə, 1-ci bab, padşahların xarakteri, s. 53, hekayət 4)
    Hər bir fərd günün saatlarını ehtiyacları əsasında düzgün bölməlidir. Hər iş üçün ayrıca vaxt ayrılmalıdır. Məsələn, yuxu, yemək, ibadət vaxtını müəyyənləşdirmək lazımdır. Təhsil, iş istirahət üçün konkret vaxt müəyyənləşdirməlidir. İnsanın cismi və ruhu əyləncə və istirahətə ehtiyaclıdır. Əyləncə və istirahət insanın yorğunluğunu aradan qaldırır, ona təravət gətirir.
    Həzrət Əli (ə) oğlu imam Həsənə (ə) tövsiyəsində buyurur: "Oğlum! Mömin şəxsin vaxtı üç qismə bölünür: Bir saat Allahla minacat, bir saat insanın özü ilə hesabı, bir saat halal ləzzətlərdən istifadə üçün ayrılır. Mömin şəxs öz qüvvəsini üç iş üçün səfərbər etməlidir: gündəlik işlərin idarə olunması, qiyamətə doğru bir addım, haram olmayan ləzzətlərdən istifadə.”(Surə 25, "Fürqan”, ayələr 28, 29)
    Bəzi əyləncələr haqqında
    Asudə vaxtlarda dostlar və qohumlarla görüşmək, ev işlərində ailəyə kömək etmək, bəzi ictimai tədbirlərdə iştirak etmək, elmi və dini yığıncaqlara qatılmaq, faydalı kitablar oxumaq, İslam tarixi ilə tanış olmaq, şer və ədəbiyyat mütaliə etmək, ümumi məlumatlara yiyələnmək olar. Bütün bunlardan əlavə aşağıdakı seçimləri apara bilərsiniz:
    1. Üzgüçülük, qaçış, avarçəkmə, futbol kimi idman növləri üzrə müsabiqələr təşkili; bu qəbil müsabiqələr İslam baxımından nəinki caizdir, hətta fiziki və mənəvi sağlamlıq üçün bəyənilmiş bir işdir. Bir şərtlə ki, bu işlərdə harama yol verilməsin. Qeyd etməliyik ki, cıdır və oxatma yarışlarında şərt kəsmək, qalibləri mükafatlandırmaq olar. Bu işi həm iştirakçılar, həm də təşkilatçılar görə bilər.
    2. Müxtəlif oyunlar; İslam baxımından müəyyən şərtlər daxilində oyunların təşkilinə icazə verilir. Bu oyunlarda qumar alətlərindən istifadə etmək, insana fiziki və mənəvi zərəri olan hallara yol vermək, udub-uduzmaqla bağlı şərt kəsmək, israfçılıq, kiminsə malının məhvi, səmərəsiz əyləncələr, insanların təhqiri yol verilməzdir. Bu yollar insanların fiziki və mənəvi sağlamlığına faydalı olarsa, onları düşmənlə mübarizəyə hazırlayarsa daha yaxşıdır.
    Bir şəxs ov dalınca qaçırdı. Amma onun məqsədi həmin heyvanı ovlamaq yox, hərkət etməklə sağlam olmaq idi. İmam Cavaddan (ə) həmin şəxs haqqında soruşdular. Həzrət buyurdu: "Əgər boş yerə, əyləncə üçün belə etmirsə eybi yoxdur.”("Gülüstan”, 1-ci bab, padşahların xarakteri, s. 70, hekayət 16)
    Bir qrup rəvayətdən belə məlum olur ki, həzrət Peyğəmbər (s) çaparlar arasında müsabiqə keçirər, qalibləri mükafatlandırarmış.("Vəsailuş-şiə”, c. 12, s. 25, hədis 2)
    Bəzən həzrət özü də at və dəvə müsabiqələrində iştirak edərmiş. İmam Sadiq (ə) buyurur: "Bir bədəvi həzrət Peyğəmbərin (s) yanına gəlib onunla dəvə müsabiqəsi keçirmək istəyini bildirdi. Həzrət onunla razılaşdı. Bu müsabiqədə bədəvi ərəb həzrət Peyğəmbəri (s) ötüb keçdi. Peyğəmbər (s) səhabələri və yaxınlarına üz tutub buyurdu: ”Siz mənim dəvəmi tərifləyib çox yuxarı qaldırdınız. Allah istədi ki, onu aşağı endirsin.”("Gülüstan”, 2-ci bab, dərvişlərin əxlaqı, s. 101, hekayət 4)
    3. Audio və video cihazlardan istifadə; peyk anteni, internet, televiziya, radio, teatrda nümayiş etdirilən faydalı proqramlara baxmaq olar. Sadəcə həmin proqramlar düşüncə və əxlaqa mənfi təsir göstərməməli, dini müqəddəsliklərə qarşı yönəlməməlidir. İnsan bütün gününü bu proqramlara sərf edə bilməz. İşi gücü mavi ekran qarşısında əyləşmək olan şəxs öz mühüm və vacib vəzifələrini yerinə yetirə bilməz. Bu sahədə böyüklərin uşaqlara nəzarət etməsi zəruridir.
    4. Təbiət mənzərələri və tarixi məkanların seyri; səhraya çıxmaq, dağa qalxmaq, gözəl şəlalələri seyr etmək, sıx meşələri dolaşmaq, göz işlədikcə uzanan dənizlərə baxmaq, quşların gözəl nəğmələrini dinləmək, səmaya göz gəzdirmək, ulduzlara baxmaq insanın ruhunu oxşayır, Allahın qüdrət və əzəmətindən danışır. Allah-taala buyurur: "De ki, yer üzərində gəzsinlər və Allahın varlıq aləmini necə yaratdığını görsünlər.”("Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 268, s. 410)
    İstənilən bir ölkədə və şəhərdə tarixi abidələr mövcuddur. Bu tarixi abidələrin, viran qalmış sarayların və şəhərlərin seyri insanı qəflət yuxusundan oyadır, ona Allahın qüdrətini xatırladır. Bəzən bu səhnələrdən birinə baxmaq bütöv bir kitab oxumaqdan təsirli olur. Allah-taala buyurur: "De ki, yer üzünü gəzsinlər, günahkar insanların hansı aqibətə düçar olduğunu görsünlər.”(("Gülüstan”, 8-ci bab, söhbət qaydaları, s. 259, say 10))
    Musiqi və avaz
    Müəyyən şərtlərə malik olan musiqi və avazı oxumaq və dinləmək olar:
    a) Avazın mətnində batil və şərab və açıq saçıqlığın vəsfi kimi əxlaqa zidd sözlər olmasın; qadın gözəlliyini təsvir edən aşiqanə şerlər olmasın;
    b) Musiqi insanın şəhvətini oyatmamalı, onun düşüncəsini kütləşdirməməlidir; oxunan və ya dinlənilən musiqi şərab, narkotik maddələr, cinsi fəsadlara həvəsləndirməməli, pozğun mühitə münasib olmamalıdır;
    c) Dinlənilən musiqi xalqın nəzərində işrət məclislərinə xas musiqi kimi tanınmamalıdır.
    Əgər hər hansı musiqidə yuxarıda sadalanan üç xüsusiyyətdən biri olarsa, həmin musiqini dinləmək, oxumaq, öyrənmək, öyrətmək caiz deyil. Həzrət Peyğəmbər (s) buyurur: "İlk dəfə nəğmə oxuyan İblis oldu.”(Mövlana, "Məsnəviye-mə`nəvi”, 4-cü dəfər) İmam Sadiq (ə) buyurur: "Nəğmə oxunan evdə qəfil ölümlər baş verər, dualar qəbul olmaz, mələklər oraya enməz.”("Biharul-ənvar”, c. 75, s. 12, hədis 70)
    Haram musiqinin mənfi təsirləri
    Haram musiqinin bir sıra zərərləri vardır:
    a) Bu musiqilər insanı təqva halından uzaqlaşdırır, ona şəhvət və fəsad səhnələrini xatırladır; rəvayətlərdə deyilir: "Nəğmə nifaq yaradır, yoxsulluğa səbəb olur, pərişanlıq gətirir.”("Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 295, s. 415, 416) Nifaq özü fəsada bulaşma, təqvadan uzaqlıq ruhiyyəsi yaradır.
    Bəzən oğlanlar və qızlar məclisdə bir-birlərinə qatılır, həmin məclislərdə oxudulan musiqinin təsirindən bütün həya pərdələri yırtılır, fəsadlar baş verir. Bu səbəbdən də hədisdə bildirilir ki, musiqi həya-iffəti, namus-qeyrəti insanın əlindən alır, insan danışdığı sözün, onun haqqında deyilənlərin fərqinə varmır.”(("Gülüstan”, 8-ci bab, söhbət qaydaları, s. 261, say 13))
    b) Haram musiqi insanı vecsizləşdirir, Allahı yaddan çıxarır; "Loğman” surəsinin 6-cı ayəsində buyurulur ki, insanlardan bəziləri boş və mənasız sözləri satın alırlar. Rəvayətlərə əsasən, bu ayədə həmin haram musiqi nəzərdə tutulmuşdur.("Biharul-ənvar”, c. 49, s. 273, hədis 20)
    c) Haram musiqi insanın psixologiyasına mənfi təsir göstərir, onun əsəblərini zəifləşdirir; informasiya vasitələrində bildirilir ki, musiqiyə ifrat aludə olan insanların psixikası korlanır, düşüncə qüvvələri zəifləyir. Belələri hətta beyin iflicinə düçar olurlar.
    ç) Haram musiqi insanın diqqətini kütləşdirir, onu ətrafda baş verən hadisələrdən qəflətdə saxlayır; illətlərin, xüsusi ilə gənc nəslin ayıqlığı dünya imperialistlərini daim qorxuya salmışdır. Onlar bütün vasitələrlə insanları biganələşdirməyə, ictimai-siyasi hadisələrdən kənarda saxlamağa çalışırlar. Onlar bu yolla millətlərin və məmləkətlərin var-dövlətini asanlıqla qarət edə bilirlər. Narkotik maddələrin, əxlaqsız filimlərin, haram musiqilərin yayılması həmin azğın qüvvələrin maraqlarına xidmət edir. Düşünməyin ki, kozinolar və gecə klubları yalnız qazanc üçün açılır. Bu fəaliyyətlərdə əsas məqsəd insanların siyasi düşüncəsini kütləşdirməkdir.
    Sual: Bugünki döyüş vasitələri, tank, təyyarə ilə müsabiqə keçirib şərt bağlamaq olarmı?
    Cavab: Bəli. Bu kimi sahələrdə udmaq üçün şərt bağlamaq caiz sayıla bilər.
    Sual: Üzgüçülük, qaçış, güləş, futbol kimi yarışlarda şərt bağlamaq, insanların məlumatlılıq səviyyəsini artırmaq üçün şərt bağlayıb Quran müsabiqələri, elmi müsabiqələr keçirmək olarmı?
    Cavab: Bu kimi sahələrdə şərt bağlamaq olmaz. Amma həmin müsabiqələrdə iştirak etməyən bir şəxs və ya müəssisə müsabiqədə qalib gələnlərə hədiyyə verə bilər.
    Sual: Şahmat, kart və nərd kimi əslində qumar üçün düzəldilmiş vasitələrin müsabiqəsini keçirmək, şərt bağlamadan onlardan istifadə etmək olarmı?
    Cavab: Vacib ehtiyata əsasən, hətta əyləncə məqsədi ilə şərt bağlamadan bu vasitələrlə oynamaq caiz deyil. Amma ola bilər ki, bir vaxt qumar aləti sayılan şey sonradan həmin adla tanınmasın. Bu halda şərt bağalamadan həmin alətlərdən istifadə etmək olar.
    Sual: Sehr-cadu öyrənmək və onu tətbiq etmək olarmı?
    Cavab: Bu iş haramdır. Amma layiqli insanlar sehri batil etmək, onu gücdən salmaq üçün müəyyən həddə öyrənə bilər.
    Sual: Gipnoz, gözbağlayıcılıq caizdirmi?
    Cavab: Əyləncə xatirinə bu işləri görməyin eybi yoxdur. Amma bu işdə məqsəd haqqı batil, batili haqq göstərməkdirsə, ona icazə verilmir.
    Sual: Süni yuxunun (hipnozun) hökmü nədir?
    Cavab: Əgər bu iş insanın həyatı üçün təhlükə törətməsə və ya müəyyən xəstəliklərin müalicəsində səmərəli olsa, onu haram saymağa əsas qalmır.
    Sual: Qadının qız toyunda, qadınlar arasında oxumasının hökmü nədir?
    Cavab: Əgər oxuduğu batil deyilsə və naməhrəm kişi onun səsini eşitmirsə, eybi yoxdur. Amma vacib ehtiyata əsasən, bu hökm yalnız qız toylarına aiddir və başqa məclislərə şamil olunmur.
    Sual: Narkotik maddələr istifadə edilən, əxlaqsız filmlər nümayiş olunan, rəqs və günah məclislərində iştirak etməyin hökmü nədir?
    Cavab: İstənilən bir günah məclisində iştirak etmək haramdır. Yalnız məclisdəkiləri günahdan uzaqlaşdırmaq üçün həmin məclisə qatılmaq olar. Əgər çox böyük günah ehtimalı varsa, bu günahın qarşısını almaq üçün uyğun məclisdə iştirak etmək mümkündür. Əgər bir insan məclisin günah məclisi olduğunu bilməyib ona qatılarsa və sonradan məlum olarsa ki, məclis günah məclisi imiş, bu işin qarşısını ala bilmədiyi təqdirdə oranı tərk etməlidir.
    Sual: Qeyri-İslami məmləkətlərə müsafirət, orada qalmaq caizdirmi?
    Cavab: Əgər insan əmin olsa ki, orada onun əqidə və əməli üçün təhlükə yoxdur, qala bilər. Qeyri-İslami məmləkətdə ailə-övladlarının azacağından qorxan şəxs imkan olan kimi etibarlı olan bir yerə köçməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 984 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024