İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    70
    İmam Əli əleyhis-salam (başçı və rəhbərlər barəsində) buyur¬muşdur:
    Özünü xalqın rəhbəri etmiş şəxs başqasına öyrətməkdən qabaq, öncə öz nəfsinin təliminə başlamalıdır.(Çünki danışığı ilə davranışı eyni olan adamın sözünün kəsəri daha çoxdur və belə olanda xalq ona qarşı çıxmağa çalışmır. ) O, baş¬qasını dil ilə ədəbləndirərək zinətləndirməmişdən qabaq, gə¬¬rək onu öz əməli ilə ədəbləndirərək gözəlləşdirsin. (Mə¬sələn, başqasına «namaz qıl ki, nicat tapasan» deməmişdən, qabaq gərək özü namaz qılsın.) Öz nəfsini öyrədən və ədəbləndirən, xalqı öyrədərək ədəbləndirəndən təzim və ehtirama daha layiqdir. (Çünki o, nəfsi istəklərinə tabe deyil.)
    71
    İmam Əli əleyhis-salam (ölümün yaxın olması barəsində) buyur¬muşdur:
    İnsanın aldığı nəfəs ölümə tərəf atdığı addımdır.(Çünki addım atmaq insanı məqsədə çatdırdığı kimi hər bir nəfəs də onun ömrünü azaldır və onu ölümə yaxınlaşdırır. )
    72
    İmam Əli əleyhis-salam (yersiz sevinmək və kədərlənmək barə¬sində) buyurmuşdur:
    (Sevinc və kədər, xeyir və ziyan, sağlamlıq və xəstəlik kimi) saya gələn (sonu olan) hər bir şey qurtarandır (məhv olub aradan gedəndir). Çatmalı olan hər bir şey (təqdir edilmiş xeyir və ya şər) çatacaqdır. (Buna görə də ağıllı adam bu cür şeylərə görə sevinməz və ya qəmlənməz.)
    73
    İmam Əli əleyhis-salam (işin sonunu fikirləşmək barəsində) buyurmuşdur:
    İşlər şübhəli olanda (onların sonunun yaxşı və ya pis olması bilinməyəndə) onların yerinə yetirilməsi başlanğıcları ilə müqayisə edilir, tutuşdurulur (ölçülür). (Beləliklə, başlanğıcı yaxşı və ya pis olsa, sonu da yaxşı, yaxud pis olacaq. Çünki «gözəl il baharından məlum olar».)
    74
    (İmam Əli əleyhis-salamın ən yaxın və yaxşı səhabələrindən olmuş) Zərar ibn Zəmrə Zibabinin nəql etdiyi rəvayətdə deyilir ki, o, Müaviyənin yanına gələn zaman və Müavi¬yə ondan Əmirəl-möminin barəsində soruşanda belə de¬yib: Mən onun, gecə öz zülmət pərdələrini sərəndə bəzi yerlərdə ibadət etməsini görməyimə şəhadət verirəm. O Həzrət ibadət mehrabında dayanıb saqqalını əli ilə tutub ilan çalmış adam kimi qıvrılır, qəm-qüssəyə düçar olmuş şəxs kimi göz yaşı tökür və (dünya barəsində belə) bu¬yu¬rurdu:
    Ey dünya, ey dünya, məndən gözünü çək! (Aldatmaq qəsdi ilə) özünü mənə təqdim edir, göstərirsən? Yoxsa mənə meyl salıb məni istəyirsən? Yaxınlaşmasın sənin (aldatma) vaxtın! Sənin arzun nə qədər də uzaqdır! Başqasını aldat ki, mə¬nim sənə ehtiyacım yoxdur. Sənin talağını üç dəfə ver¬mi¬şəm (sənə göz yummuşam) ki, onda qayıdış yoxdur. Beləliklə, sə¬nin həyatın qısa, əhəmiyyətin az, arzun isə alçaqdır. Əf¬sus ki, azuqə (ibadət və bəndəlik) az, yol uzun, səfər (axirət səfəri) uzaq və daxil olunacaq yer (qəbr, Bərzəx və qiyamət) isə çətindir.(Bundan sonra Müaviyə ağlayaraq belə dedi: Allah Əbəlhəsənə rəhmət etsin, belə idi. Ey Zərar sənin o Həzrət barəsindəki kədərin necədir? Dedi: Övladının başı yanında kəsilmiş ananın kədəri kimi. )
    75
    İmam Əli əleyhis-salamın bir şamlı kişi ondan (Siffeyn müharibəsindən qayıdandan sonra) «bizim Şama (ora əhli ilə müharibəyə) getməyimiz Allahın qəzavü-qədəri ilə idi?» soruşanda (qəzavü-qədər barəsində) buyurduğu kəlam¬la¬rın¬dandır.(İmam əleyhis-salam onun sualının cavabında buyurdu: Toxumu torpağın altında cücərdən və insanı yaradan Allaha and olsun ki, qədəm basdığımız hər bir yer və endiyimiz hər bir dərə qəzavü-qədər ilə olub. Şamlı kişi dedi: Belə isə onda bizim bu səfərdə çəkdiyimiz əziyyətlərin savabı yoxdur, «çünki o bizim öz ixtiyarımızla olmayıb». İmam əleyhis-salam buyurdu: Ey qoca, Allah sizin getmək və gəlmək savabınızı böyük edib və siz heç bir halda məcbur olmamısınız. Qoca dedi: Bizi qəzavü-qədər idarə edirsə, bu necə ola bilər? İmam əleyhis-salam buradakıları buyurdu) (İmam) uzun söhbətdən sonra bizim seçdiyimiz bu kəlamları buyurdu:
    Vay olsun sənə! (Allah sənə rəhm etsin.) Deyəsən, sən (mütləq yerinə yetirilməli olan) qəti və labüd qəzavü-qədəri güman edirsən (nəzərdə tutursan)? Əgər belə olsaydı, savab və cəza düz olmaz və xe¬yir və yaxşılığa (cənnətə) müjdə vermək və şər və pislikdən (cəhən¬nəmdən) qorxutmaq əbəs olardı.(Və Allah tərəfindən günahkar üçün cəza və itaətkar üçün savab müəyyənləşməzdi. Həmçinin yaxşı əməl sahibi tərifə, pis əməl sahibi isə məzəmmətə layiq olmazdı. Bu söz bütpərəstlərin, şeytanın davamçılarının, yalançı şahidlərin və düz və haqq yola qarşı kor olanların sözləridir və onlar «Qədəriyyə» və bu ümmətin atəşpərəstləridirlər. Qeyd etmək lazımdır ki, bizim hədislərdə «qədəri» kəlməsi həm cəbr əqidəsi tərəfdarlarına, həm də azadlıq əqidəsi tərəfdarlarına deyilir. Amma burda məqsəd cəbr əqidəsi tərəfdarlarıdırlar ki, belə deyirlər: Hər bir bəndənin gördüyü hər bir iş onun öz ixtiyar və iradəsi ilə deyil, Allahın təqdir və istəyi ilədir və o, məcburdur. Bunun müqabilində Allah-təalanın qüdrətini inkar edən azadlıq əqidəsi durur və onun tərəfdarları belə deyirlər: Allah bəndəsinə bəzi şeyləri əmr, bəzilərini isə qadağan edib və onu özbaşına buraxıb. Onların hər hansı birini etmək və ya etməməkdə bəndə müstəqildir. ) (İmam əleyhis-salam söh¬bə¬ti¬nin davamında belə buyurdu:) Nöqsan sifətlərdən pak və uzaq olan Allah bəndələrinə ixtiyar verməklə əmr edib və (əzab¬dan) qorxutmaqla qadağan edib, çəkindirib. Boyunlarına asan vəzifələr qoyub (ki, rəğbətlə yerinə yetirsinlər). (Yerinə yetirmək üçün) çətin göstəriş verməyib (ki, onların icrasında məcbur ol¬ma¬sın¬lar). Az əmələ çox savab və əvəz əta edib (ki, bunun özü ixtiyarın ol¬ma¬sını tələb edir). Ona itaətsizlik edilməsinin səbəbi Onun məğ¬¬lub edilməsi deyil. (Çünki O, bəndələrinə qalib və üstündür.) Həm¬¬çinin itaət edilməsinin səbəbi məcbur etməsi deyil. (Əksinə, hamıya ixtiyar verib və hər bir işə lazım olan şəraiti hazırlayıb.) Pey¬ğəmbərləri oyun üçün göndərməyib (bəlkə, əksinə, onları gön¬dərib ki, itaət edənlərə cənnət müjdəsi versinlər və itaətsizlik edənləri cə¬hən¬nəm ilə qorxutsunlar). (Tövrat, İncil və Qur'an kimi) kitabları bən¬də¬lər üçün boş yerə göndərməyib (bəlkə onları göndərib ki, bəndə¬lə¬ri Allahın göstərişləri ilə tanış olsunlar). Həmçinin göyləri, yeri və on¬larda olanları əbəs yerə yaratmayıb. (Onların hamı¬sı¬nı hikmət əsa¬sında yaradıb. Buna görə də bütün işləri düz olan hikmət sa¬hi¬bi¬nin kimisə məc¬bur etməsi necə ola bilər?! Qur’ani-Kərimin Sad surəsinin 27-ci ayəsində be¬lə buyurulur:) «ذَلِكَ ظَنُّ الَّذِينَ كَفَرُوا فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِنَ النَّارِ» «Bu, (iman gətirməyib) kafir olanların zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin ha¬lı¬na!» (Sonra həmin qoca dedi: Qəzavü-qədər nədir ki, biz ancaq onun səbəbindən getmişik? İmam buyurdu: O, Allahın hökm və göstərişidir. Sonra bu ayəni - İsra surəsinin 23-cü ayəsini - oxudu: «وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ» «Rəbbin yalnız Ona ibadət etməyi hökm etmişdir.» Sonra həmin qoca sevincək yerindən qalxıb belə dedi:
    أَنْتَ الْإِمامُ الَّذِى نَرْجُو بِطاعَتِهِ يَوْمَ النُّشُورِ مِنَ الرَّحْمنِ رِضْواناً
    أَوْضَحْتَ مِنْ دِينِنا ما كانَ مُلْتَبَساً جَزاكَ رَبُّكَ عَنّا فِيهِ إِحْساناً
    Yəni: «Sən elə bir imam və rəhbərsən ki, biz sənə tabe olmaqla qiyamət günü bağışlayan Allahın razılığını əldə edəcəyimizə ümidvarıq. Sən dinimizdən bizə məchul olan şeyi aşkar etdin. Rəbbin bizim tərəfimizdən sənə bu xidmətinə görə gözəl savab əta etsin.»)
    76
    İmam Əli əleyhis-salam (hikmət barəsində) buyurmuşdur:
    Hikməti (düz və haqqa uyğun sözü) harda olsa əldə edin (istər yaxşı əməl sahibindən olsun, istərsə də pis əməllidən). Çünki hikmət münafiq və ikiüzlünün sinəsində də var və (onun dilindən) xaric olub öz sahibi olan möminin sinəsində məs¬kən salıncaya qədər orada (hikmətin saxlanılmasına layiq olmayan yerdə) iztirab və sıxıntıdadır.
    77
    İmam Əli əleyhis-salam (yenə də hikmət barəsində) həmin kəlama bənzər bir açıqlamada buyurmuşdur:
    Hikmət möminin itiyidir (həmişə gərək onun arxasınca olsun). Buna görə də hətta ikiüzlülərdən olsa belə, onu əldə et.
    78
    İmam Əli əleyhis-salam (peşə barəsində) buyurmuşdur:
    Hər bir insanın dəyəri (onun xalq yanındakı məqamı) yaxşı (edə) bildiyi şeydir (peşədir, yaxşı bildiyi peşə miqdarındadır. Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu sözə qiymət təyin etmək, hər hansı bir hikmət və nəsihəti onunla müqayisə etmək və hansısa bir sözü ona tay tutmaq mümkün deyil.
    79
    İmam Əli əleyhis-salam (nəsihət verərək) buyurmuşdur:
    Sizə beş şey vəsiyyət edirəm ki, onları əldə etmək üçün (dabanlarınızla) dəvələrin qarnının altına vurmağınıza (sür¬ət¬lə gedərək əzab-əziyyəti özünüzə rəva bilməyinizə) dəyər: (Birin¬ci:) Heç biriniz öz Rəbbindən başqa birisinə ümidvar ol¬ma¬ma¬lı¬dır.(Çünki ümidi Ona bağlayaraq diqqəti Ona yönəltmək əməldə niyyətin saflaşması və ibadət və bəndəliyin davamlılığına səbəb olur.) (İkinci:) Öz günahından başqa bir şeydən qorx¬¬ma¬ma¬lı¬dır.(Çünki qorxuların ən böyüyü Allahın əzab və cəzasından olan qorxudur və bu, bəndəyə ancaq günah nəticəsində verilə bilər. )(Üçüncü:) Ondan bilmədiyi şey soruşulan¬da «bilmirəm» deməkdən utanmamalıdır.(Ona görə ki, əgər utansa bilmədiyi şeyi deyər və başqasını düz yoldan azdırar. Bu da məhv və həlakətə səbəb olar.) (Dör¬dün¬cü:) Bil¬mədiyi şeyi öyrənməkdən utanmamalıdır. (Çünki utansa cə¬halət və nadanlıqda qalar və bədbəxt olar. Beşinci:) Səbrli və təm¬kinli olun. Çünki (səbr fəzilət və kamilliklərin hamısında möv¬cuddur və) səbrin imana nisbəti, başın bədənə nisbəti kimidir. Başsız bədəndə, eləcə də səbrsiz imanda xeyir yoxdur.
    80
    İmam Əli əleyhis-salam, o Həzrətə əqidəsi olmadan onu tərifləməkdə ifrata varan bir kişiyə (təvazökarlıq üsulunu öyrədərək) buyurmuşdur:
    Mən sənin dediklərindən (Allah və Peyğəmbərə layiq olan mədh və sənadan) aşağı, fikrində keçirdiklərindən (mənim fəzilət və üstünlüklərimə etiqad və inamının olmamasından) isə üs¬tü¬nəm.
    81
    İmam Əli əleyhis-salam (yaxşı insanların nəsl və övladlarının qalması barəsində) buyurmuşdur:
    Qılıncdan qalanlar (şərafət döyüşündə öldürülməyənlər) sayca daha qalarlı və övladca daha çoxdurlar. (Məsələn, şəhidlərin ağa və başçısı imam Hüseyn əleyhis-salam və onun tərəfdarlarının övladları çox, qalarlı və möhkəmdirlər. Bunun müqabilində onun nanəcib düşmənlərinin çox olmalarına baxmayaraq, indi onlardan heç bir əsər-əlamət qalmayıb.)
    82
    İmam Əli əleyhis-salam («bilmirəm» deməməyin ziyanı barə¬sində) buyurmuşdur:
    (Bilmədiyi bir şey soruşulanda) «bilmirəm» deməyən şəxsin ölüm yeri (həlak olacağı yer) ona çatacaq (o, rüsvay və məhv olacaq).
    83
    İmam Əli əleyhis-salam (qoca adamın nəzəri barəsində) buyur¬muşdur:
    Mən (müharibə və digər bütün işlərdə) qoca adamın nəzərini, gəncin bacarıq və cəsurluğundan çox sevirəm. (Çünki gənc təcrübəsinin azlığı ucbatından məğrur olaraq özünü və dostlarını məhvə düçar edə bilər.)
    Bəzi rəvayətlərdə («مِنْ جَلَدِ الْغُلامِ» «gəncin cəsurluğu»nun yerinə) «مِنْ مَشْهَدِ الْغُلامِ» «gəncin iştirakı» nəql edilib (yəni, qocanın fikir və nəzərini gəncin iştirakından çox sevirəm).
    84
    İmam Əli əleyhis-salam (istiğfar - bağışlanma istəmək barəsində) buyur¬muşdur:
    (Günahları üçün) istiğfar və bağışlanma istəmək imkanının olmasına baxmayaraq, (Allahın onu bağışlamasından) naümid olan kəsə təəccüb edirəm. (Amma istiğfar, İmam əleyhis-salamın kitabın sonundakı 409-cu kəlamında buyurduğu şərtlərlə olmalıdır.)
    85
    Həzrət Əbu Cə’fər (imam) Məhəmməd Baqir ibn Əli (ibn Hüseyn) əleyhimus-salam nəql edib ki, İmam Əli əleyhis-salam (istiğfar etməyə həvəsləndirərək) buyurmuşdur:
    Yer üzündə Allahın cəzasından pənah aparıb rahatlanmaq üçün iki sığınacaq var idi. Onlardan biri əldən çıxdı. Digəri isə sizin yanınızdadır. Buna görə də ondan yapışın (onu qoruyun). Əldən çıxmış sığınacaq, Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) idi (ki, sizin aranızdan köçdü). Qalan sığınacaq isə istiğfar və (günahlar üçün) bağışlanma istəməkdir. Allah-təala (Qur’ani-Kərimdə Ənfal surəsinin 33-cü ayəsində) buyurur: «وَمَا كَانَ اللّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ وَمَا كَانَ اللّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ» «Nə qədər ki, sən onların ara¬sın¬dasan Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab ver¬məz!» (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu bəyan (Qur’ani-Kərimdən şahid gətirmək) gözəl sözlər və həqiqətləri dərk etmək istiqamətindəki incəliklərdəndir (ki, İmam əleyhis-salam onu açıqlayaraq anladıb).
    86
    İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) buyur¬muşdur:
    Kim özü ilə Allah arasında olanları düzəltsə (Allahın gös¬tərişlərinə əməl etsə) Allah onunla xalq arasında olanları dü¬zəldər (ona çətinliklərdən nicat verər). Kim axirət işini dü¬zəlt¬sə (qiyamət əzabından qurtulacaq iş görsə və bütün səy və təla¬şı¬nı dünya işinə sərf etməsə), Allah onun dünya işini düzəldər.(Onu həyat işlərində məəttəl qoymaz, necə ki, Qur’ani-Kərimin Talaq surəsinin 2-3-cü ayələrində buyurur: «وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ » «Kim Allahdan qorxub pərhizkar olsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər.» ) Kimin özündən, bir nəsihətçisi olsa (düşüncə ilə nəfsini günahlardan saxlasa və cəhənnəm əzabından qorxutsa), Allah tərəfindən onun gözətçisi olar (ki, onu hər bir bəla və çətinlikdən qorusun.)
    87
    İmam Əli əleyhis-salam (təbliğ üsulu barəsində) buyur¬muşdur:
    Dərrakəli və zirək alim o kəsdir ki, xalqı Allahın mərhəmət və bağışlamasından məyus etməsin, onları Allah tərəfindən olan rahatlıq və asayişə naümid etməsin və həmçinin onları Allahın cəza və intiqamından xatircəm və asudə etməsin.
    88
    İmam Əli əleyhis-salam (kənarında əməl olmayan elmin məzəm¬mətində) buyurmuşdur:
    Elmin ən dəyərsizi, dildə yerləşən (insanın ona əməl etmədiyi) elmdir. Elmin ən üstünü bütün bədəndə zahir olan elmdir. (O elmdir ki, insan ona əməl edir. Bu elmin axirətdə xeyiri vardır.)
    89
    İmam Əli əleyhis-salam (elm və bilikdən təngə gəlməmək, yorulmamaq barəsində) buyurmuşdur:
    Bədən və cisimlər (bir növ yemək yeməkdən və bir cür iş görməkdən) təngə gələrək yorulduğu kimi, bu qəlblər də (tər¬kib hissəsi bir-biri ilə eyni olduğu üçün bir mövzu ətrafında düşünərək fikirləşməkdən) bezərək yorulurlar. Buna görə də həmin qəlblər (onların yorğunluqlarını çıxarmaq) üçün (ləzzət alaraq rahatlandıqları) yeni və maraqlı hikmət və elmlər (din başçıları və alimlərin müxtəlif sözləri kimi şeylər) axtarın (ki, hikmət kəsb edilməsi və elm əldə edilməsində çalışasınız və yorulmayasınız).
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 702 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024