İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    130
    İmam Əli əleyhis-salam (dua, tövbə, istiğfar və şükr barəsində) buyurmuşdur:
    Dörd şey verilmiş şəxs, dörd şeydən məhrum olmayıb: dua etməyə əmr olunmuş kəsi, istəyini rəva etməkdən məhrum etməzlər; tövbə etməsi göstərişi verilmiş kəsi (tövbəsini) qəbul etməkdən naümid etməzlər; istiğfar etməyə məcbur olunmuş şəxsi bağışlanmaqdan naümid etməzlər; şükr öyrədilmiş kəsi (nemətlərin) çoxalmasından məhrum etməzlər. (Seyyid Rəzi - rəhiməhullah - deyir:)
    Bu kəlamın təsdiq və şahidi Allah-təalanın kitabındadır ki, dua barəsində (Mu’min surəsinin 60-cı ayəsində belə) buyurmuşdur: «أُدْعُونِي أَسْتَجِبْ لَكُمْ» «Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim!»; istiğfar barəsində (Nisa surəsinin 110-cü ayəsində belə) buyurmuşdur: «وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّهَ يَجِدِ اللّهَ غَفُورًا رَّحِيمًا» «Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər»; (İbrahim surəsinin 7-ci ayəsində) şükr etmək barəsində buyurmuşdur: «لَئِن شَكَرْتُمْ لَاَزِيدَنَّكُمْ» «Əgər nemətlərin şükrünü etsəniz, sizə olan nemətimi artıracağam.» Tövbə barəsində də (Nisa surəsinin 17-ci ayəsində belə) buyurmuşdur: «إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُوْلَـئِكَ يَتُوبُ اللّهُ عَلَيْهِمْ وَكَانَ اللّهُ عَلِيماً حَكِيماً» «Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal (ölüm çatmamışdan qabaq) tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər! Həqiqətən Allah (həqiqi tövbəni) bilən və (hamı barəsində) hikmətlidir.»
    131
    İmam Əli əleyhis-salam (bəzi ibadətlərin sirləri barəsində) bu¬yur¬muşdur:
    Namaz hər bir pərhizkarın (Allahın mərhəmətinə) yaxın¬laşma vasitəsidir. Həcc (kafirlə cihad etmək imkanı olmayan) hər bir zəifin cihadıdır.(Allah yolunda apardığı mübarizəsidir. Çünki həccdə də cihadda olan kimi arvad-uşaqdan uzaqlıq, soyuq-isti və qorxu və vahimə ilə rastlaşmaq kimi çətinliklər mövcuddur. Həccin - zəifin cihadı adlandırılmasının səbəbi budur ki, imkanı olanlar və güclülərə həccdən əlavə cihad etmək də vacibdir. ) Hər bir şeyin zəkatı var və bədənin zəkatı oruc tutmaqdır.(Sərvət, zahirdə zəkat verməklə azaldığı amma batində bərəkətli və xeyirli olduğu kimi, bədənin gücü də zahirdə oruc tutmaqla azalır, lakin nəfsi istəklərdən uzaqlaşmaqla batində qüvvətlənir.) Qadının cihadı əri ilə xoş rəftarlı olmaq və ona tabe olmaqdır. (Çünki ona cihad etmək rəva deyil və onun ən mühüm cihadı pis işlərə əmr edən nəfslə mübarizə və ərinə tabe olmasıdır.)
    132
    İmam Əli əleyhis-salam (sədəqə barəsində) buyurmuşdur:
    (Rəhmət səmasından) ruzinin gəlməsini sədəqə verməklə istəyin. (Çünki sədəqə vermək ruzinin gəlib çatmasına səbəb olur.) Əvəz alacağına yəqini və inamı olan kəs bağışlamaqda səxavətli və comərd olar. (Allah tərəfindən əvəz alacağına inandığı üçün bir şey bağışlamaqda xəsislik və simiclik etməz.)
    133
    İmam Əli əleyhis-salam (ruzi barəsində) buyurmuşdur:
    Kömək və yardım (hər bir kəsin ruzisi, Allah tərəfindən) ehtiyac miqdarında verilir.
    134
    İmam Əli əleyhis-salam (mötə’dilliyə həvəsləndirərək) bu¬yur¬muşdur:
    (Həyatda) mötə’dilliyi öz peşəsi edən kəs yoxsul olmayıb.(Qur'ani-Kərimin İsra surəsinin 29-cu ayəsində buyurulur: «وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا» «Nə əldən çox bərk ol (malını sərf etməkdə möhkəm olma), nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!» )
    135
    İmam Əli əleyhis-salam (rahat və dinc olmaq barəsində) bu¬yur¬muşdur:
    Külfətin azlığı iki əlin biridir (əlin digəri isə mal əldə etməkdir). (Camaatla) dostluq etmək ağlın yarısıdır (onun digər yarısı isə digər sifətlər və ya onların şər və pisliklərindən uzaq olmaqdır). Qəm-kədər qocalığın yarısıdır (və onun digər yarısı ömrün uzunluğudur).
    136
    İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:
    Səbr qəm-qüssə miqdarında verilir. (Müsibət hər nə qədər böyük olsa Allah onun miqdarında səbr əta edir.) Müsibət zamanı əlini dizinə vuran (dözümsüzlük edən) şəxsin (həmin müsibət üçün nəzərdə tutulmuş) savabı məhv olar.
    137
    İmam Əli əleyhis-salam (əməlin yerinə düşməyən şəkildə edilmə¬sinin məzəmmətində) buyurmuşdur:
    Nə çox oruc tutan ki, oruc tutmağından ona aclıq və susuzluqdan başqa bir şey qalmır. Nə çox namaz (gecə namazı) qılan ki, namaz qılmasından ona oyaqlıq və əziyyətdən başqa bir şey qalmır. (Çünki o, namaz və orucu göstərişlərə uyğun yerinə yetirməyib.) Zirəklərin yuxusu və onların oruc açmaları necə də gözəldir! (Çünki onların etdikləri yerinə düşər və göstərişlərə uyğun olar.)
    138
    İmam Əli əleyhis-salam (sədəqə vermək, zəkat çıxartmaq və dua et¬mə¬yə həvəsləndirərək) buyurmuşdur:
    İmanınızı sədəqə ilə qoruyun. (Çünki sədəqə imanın kamillik nişanəsidir və mömin savab ümidi ilə pak niyyətlə ona tərəf tələsər.) Var-dövlətinizi zəkat verməklə amanda saxlayın. (Çünki əgər zəkat verməsəniz yoxsul və ehtiyacı olanlara xəyanət etmisiniz və buna görə də var-dövlətiniz məhv olmağa daha layiqdir.) Bir-birinin ardınca gələn bəla və çətinlikləri dua etməklə uzaqlaşdırın.
    139
    İmam Əli əleyhis-salamın (ən seçilmiş və yaxşı dostlarından olan) Kumeyl ibn Ziyad Nəxəiyə buyurduğu kəlam¬lardandır. Kumeyl ibn Ziyad deyir: Əmirəl-möminin Əli ibn Əbu Talib mənim əlimdən tutub məni səhraya apardı. Şəhərin kənarına çatanda bəlaya düşmüş şəxs kimi bir ah çəkdi. Sonra (elm və alimlər barəsində belə) buyurdu:
    Ey Kumeyl ibn Ziyad! Bu qəlblər qabdırlar (elm, həqiqət və sirlərin qablarıdır) və onların ən yaxşısı daha yaxşı sax¬layanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq yadda saxlayanıdır). Buna görə də (diqqətli ol və) sənə dediklərimi qoruyaraq yaxşı saxla:
    İnsanlar üç qisimdirlər: Rəbbani və ilahi alim (yaradılışın başlanğıc və sonundan xəbərdar olub ona əməl edən, Allahı tanıyan alim); (cəhalət və nadanlıqdan) nicat və qurtuluş tapmaq yolunda olan elm axtaran və öyrənən; kiçik və zəif «milçəklər» (müxtəlif çirkinliklərə bulaşmış nadan və qanmaz) ki, hər çağıranın arxasınca (hər yola) gedir və hər küləklə bir tərəfə əyilirlər (düzü əyridən seçmirlər, heç bir yolda sabitqədəm deyildirlər və qarşıya çıxan hər bir yola gedirlər), elm nurundan işıq götürməyiblər (nadanlıq zülmətində qalıblar) və möhkəm sü¬tu¬na (ağıl və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınma¬yıblar (onları öyrənməyiblər və azdırıcı insanların arxasınca düşüblər).
    Ey Kumeyl, elm maldan daha yaxşıdır. (Çünki) elm sə¬ni (dünya və axirət çətinliklərindən) qoruyur, malı isə (məhv ol-maqdan) sən qoruyursan. Bağışlamaq malı azaldır, elm isə bağış¬la¬maq (başqasına öyrətmək) nəticəsində artır. Sərvət ilə yetiş¬dirilmiş şey və əldə edilmiş böyüklük onun əldən çıxması ilə əldən çıxar (elm ilə qazanılmış böyüklük isə yox olan deyil).
    Ey Kumeyl ibn Ziyad, elmlə tanışlıq və onu əldə etmək dindir ki, (qiyamət günü) ona görə savab və mükafat ve¬rilər. İnsan elmlə öz həyatında (Allah, Peyğəmbər və dini imam və rəhbərlərə) itaət və tabeçiliyi, ölümdən sonra isə yaxşı və gözəl sözləri (xalqın onun barəsindəki xoş danışıqlarını) əldə edir. Elm hökm edən, mal isə hökmə tabe olan və məğlubdur (mal əldən-ələ keçir və zavala uğrayır, elm isə bərqərar və qalandır).
    Ey Kumeyl ibn Ziyad, sərvət toplayanlar diri olmalarına baxmayaraq, həlak olublar (onlar diri olsalar da qürur və azğınlıq onları məhv edəcəkdir). Alimlər, zaman durduqca dura¬caqlar. Onların vücüdları (bu dünya ilə vidalaşmaqla) itib, surət¬ləri isə (xalqın onlar barəsində olan gözəl və xoşagələn xatirələri nəticəsində) qəlblərdə bərqərardır. Bil ki, (mübarək əli ilə si¬nəsinə işarə edib) burada çoxlu elm var, əgər onun üçün onu öyrənən şəxslər tapa bilsəydim!(Əgər onu dərk edə bilən zirək şəxslər tapsaydım onları aşkar edərdim. İmam Əli əleyhis-salam burada ilahi maarifi dərk etmək ləyaqəti olan kəslərin olmamasından təəssüflənir. ) Bəli, zehni iti olan ta¬pı¬ram, amma (həmin elmlər barəsində) ondan xatircəm deyiləm. (Çünki) o, dini vasitələri dünya üçün istifadə edir və Allahın nemətləri (elm və mərifət əldə etmək nailiyyəti) ilə Onun bən¬də¬lə¬ri¬nə və dəlilləri (ağıl və düşüncə) ilə Onun dostlarına lovğalıq edir.(Belə olan şəxs mənəvi zinətlərə malik olmadığı üçün həqiqi elmi əldə etsə, onu cah-cəlal qazanmaq, özünün dünya bazarını rövnəqləndirmək və Allahın bəndələrindən üstünlük vasitəsi edəcək və həmin nemət və dəlillərin köməyi ilə xalqın üzünə zəhmət və çətinlik qapıları açacaq. ) Yaxud elm əhlinə itaətcil (da¬nı¬şıq və davranışında tabe) olan birini tapıram, amma onun (da) öz ətrafı barəsində (bilənə tabe olmaqda) gözüa¬çıqlıq və ayıqlığı yoxdur; qarşıya çı¬xan ilk şübhə onun qəlbində əks şəkk və güman alovu şölələndirir.(Bu, haqq dinə tabe olan, amma qavrama qüvvələri zəif olan şəxslərin sifətidir. Buna görə də onlara namaz, oruc, cənnət və cəhənnəm kimi məsələlərin zahiri şəklindən başqa bir şey demək olmaz. Dərin həqiqətlərdə və maarifdə onların anlama və dərk etmə qüvvələrinə arxalanmaq olmaz. ) Bil ki, nə bu (bəsirətsiz tabe olan kəs) layiqdir (əmanət və həqiqi elm əhlidir), nə də o (iti zehinli). Yaxud da ləzzət və kefdə ifrata varan və asanlıqla şəhvətə və nəfsi istəyinə tabe olan bir kəs tapıram. Ya da (dünya malı və sərvət) toplamaq və yığmaq vurğunu olan bir kəsi! Bu iki nəfər də dini hər hansı bir işdə qoruyanlardan deyildirlər. Bunların ikisinə ən yaxın misal otlayan dördayaqlılardır. Belə bir dövrdə (ki, elm daşıyıcısı tapılmır) elm, daşıyıcısı və qoru¬ya¬nının ölümü ilə ölür (məhv olub aradan gedir).
    Allahım, bəli,(«أللّهُمَّ بَلي» yəni, «Allahım, bəli» ifadəsi burada istisna mənasındadır.)yer üzü Allahın dinini dəlil və sübut ilə bərqərar edən şəxsdən boş olmaz. (Həmin şəxs) ya (on bir imam əleyhimus-salam kimi) aşkar və məşhurdur, ya da (fitnə-fəsada görə on ikinci imam–Allah onun zuhurunu tezləşdirsin–kimi) qorxu içində və gizlin ki, Allahın aydın subut və dəlilləri (peyğəmbərliyin nişanələri, dinin hökmləri, elm və mərifət) aradan getməsin.(Qalsın və bərqərar olsun. İbn Meysəm (Allah ona rəhmət etsin) deyir: Bu kəlam imamın bütün zamanlarda – nə qədər ki, şər'i vəzifələr mövcuddür – xalqın arasında olmasının vacibliyini və zəruriliyini açıqlayır. ) Onlar neçə və haradadırlar (yaxud nə vaxta kimi qorxu içində və gizlindirlər)? Allaha and olsun ki, onlar sayca çox az, Allah yanında məqam və böyüklük baxımından isə çox əzəmətlidirlər. Allah Öz aşkar dəlil və sübutlarını, onlar (dünyanın din, elm və hikmətdən boş qalmaması üçün) həmin dəlilləri öz bənzərlərinə tapşırana və qəlblərində əkənə qədər onların vasitəsi ilə qoruyur. Elm və bilik həqiqi bəsirətlə birdən onlara üz tutub və onlar asudəlik və sevinclə yəqinlik və inam əldə ediblər. Naz-nemət içində böyüyən insanlara çətin və ağır olan şeyləri yüngül və asan qəbul edərlər; (Onlar Allahın razılığını əldə etmək üçün dünyanın bütün çətinlikləri ilə keçinir və pərhizkarlıq edərək dünyaya ürək bağlamırlar;) nadanların (kimsəsizlik, çətinlik, yoxsulluq və giriftarlıq kimi) qaçdıqları şeylərə adət ediblər və dünyada ruhları çox yüksək yerdən (Allahın rəhmətindən) asılmış bədənlərlə yaşayır. Allahın yer üzündəki xəlifə və canişinləri onlar¬dırlar ki, (xalqı) Onun dininə dəvət edirlər. Ah, ah, onlarla görüşməyin çox həsrət və arzusundayam. (Sonra buyurdu:) Ey Kumeyl, istəyirsənsə qayıt.
    140
    İmam Əli əleyhis-salam (danışmaq barəsində) buyurmuş-dur:
    İnsan öz dilinin altında gizlənmişdir (danışmayınca tanın-maz).
    141
    İmam Əli əleyhis-salam (məqam və dərəcə barəsində) buyurmuşdur:
    Öz qədir-qiymət və məqamını (necə qiymətli inci və cavahir olmasını) bilməyən (və ya həddini aşaraq ayağını yorğanından kənara çıxaran) insan həlak oldu.
    142
    İmam Əli əleyhis-salam ondan öyüd-nəsihət istəyən şəxsə (xoşagəlməz xasiyyətlərin məzəmmətində belə) buyur¬muş¬dur:
    Əməlsiz (ibadət və bəndəliyi olmadan) axirətə ümid bəslə¬yənlərdən və uzun arzu ilə tövbəni və (günah və itaətsizlikdən) qayıtmağı dala atanlardan olma. Onun dünya barəsindəki danışığı zahidlərin danışığı, əməli isə (dünyanı) istəyənlərin əməlidir. Dünyadan (onun malından) ona verilsə doymaz, çatmasa qane olmaz (öz payından razı qalmaz). Ona verilmiş şeylərin (nemətlərin) şükrünə acizdir və çatmayan (ona verilməmiş) şeyin daha çoxunu axtarır; (başqalarını nalayiq işlərdən) çəkindirir, özü isə (başqalarını çəkindirdiyi şeydən) əl çəkmir; (başqalarına) özü etmədiyi şeyləri əmr edir. Yaxşı əməl sahiblərini sevir, amma onların əməllərini etmir, günahkarlara nifrət edir, halbuki özü onlardan biridir. Günahlarının çoxluğu səbəbindən ölümdən xoşu gəlmir, amma eyni zamanda ölümdən xoşu gəlməməsinə səbəb olan şeyə (günahlara) israrlıdır. Xəstələnsə (pis əməllərindən) peşman olar, sağalan kimi isə asudə və qafil qalar. (Xəstəlikdən) rahatlıq və əmin-amanlıqda olanda məğ¬rurlaşar, bəlaya düçar olanda isə ümidsizləşərək solar. Qarşısına bəla və çətinlik çıxsa narahatlıqla dua edər və nalə qoparar, rahatlıq və şadlığa düşəndə isə qürür və (dünya malına) aldanma səbəbindən (Allahdan) uzaqlaşar. Barəsində zənni olan şeylərdə (günahların bağışlanmasında, pis işlərə əmr edən) nəfs ona hakimdir, o isə inamı olan şeyə (ölüm və əbədi əzaba) hakim deyil. Başqası üçün özünün günahından kiçik olan günahlara görə qorxur (onun günahını böyük hesab edir) və özü üçün əməlindən artıq savab ümidindədir (öz itaətini böyük sanır). Var-dövlətə çatanda sevincək olub fitnə və azğınlığa düşər (bir-birinin ardınca günah edər), yoxsullaşanda isə (Allahın rəhmindən) ümidsizləşər və (ibadət və bəndəlikdə) süstlük edər. İtaət və bəndəlik edəndə səhlənkarlıq edər (onları düzgün yerinə yetirməz), istəyəndə (Allahdan hacət diləyəndə) isə israr edər. Ona bir şəhvət və istək (asayiş və rahatlıq) üz tutanda itaətsizlik yolunu tutub tövbəni təxirə salar, amma qəm-kədər üz versə dinin (çətinlik zamanı səbrli və dözümlü olmaq və Allaha pənah aparmaq kimi) göstərişlərindən uzaqlaşar. (Camaata) başqalarından ibrət almağı bəyan edir, özü isə ibrət götürmür. Öyüd-nəsihət verməkdə səy edər, özü isə öyüd qəbul edən deyil. Beləliklə, o, danışdığı ilə öyünər, əməli isə azdır. Fani və məhv olmalı şeydə (dünya və onun malında) çalışır, əbədi olan şeydə (axirət və onda olan şeylərdə) isə səhlənkarlıq edir. Qənimət və mənfəət (itaət və Allah bəndəliyi) gözünə zərər-ziyan görünər (onları ziyan güman edər), zərər-ziyanı (günah və itaətsizliyi) isə qənimət və mənfəət sanar. Ölümdən qorxur, amma fürsət əldən çıxmamış (saleh əməllər və Allahın xoşu gələn işlərə) tələsmir. Başqasının itaətsizliyindən o günahı böyük hesab edir ki, özünün ondan daha böyük olan günahını kiçik sayır. Həmçinin başqasından az hesab etdiyi itaəti öz bəndəliyi üçün çox bilir. Beləliklə, o, başqalarına qarşı tələbkar, özünə qarşı isə səhlənkardır. Yoxsullarla Allahı yad etməkdənsə, varlılarla boş-boş danışmağı daha çox sevər. Öz xeyrinə görə (hətta səhv olsa belə,) başqasının ziyanına hökm edər, amma başqasının xeyrinə (hətta düz olsa da) öz ziyanına hökm etməz. Başqasına yol göstərir, özünü isə azdırır. Beləliklə, (başqaları) onun arxasınca gedərlər, o özü isə günah edər. (Öz haqqını) tam alır, (başqasının haqqını isə) tam vermir. Xalqdan qorxar, amma Rəbbinin yolunda yox (onların qorxusundan Allahın bəyənmədiyi işlər görər)! Həmçinin xalqın işində Rəbbindən qorxmaz (onlara ziyan vurar və Allahdan çəkinməz). (Seyyid Rəzi əleyhir-rəhmə -deyir:)
    Əgər «Nəhcül-Bəlağə» kitabında bu kəlamdan başqa ayrı bir şey olmasaydı, təkcə o faydalı nəsihət, yetərli hikmət, bəsirət sahibi üçün gözüaçıqlıq və düşüncə sahibi üçün ibrət və öyüd olmaq baxımından kifayət edərdi.
    143
    İmam Əli əleyhis-salam (hamının sonu və aqibəti barəsində) bu¬yur¬muşdur:
    Hər kəsin sonu və aqibəti ya şirin (səadət və xoşbəxtlik), ya da acıdır (bədbəxtlikdir).
    144
    İmam Əli əleyhis-salam (hər bir şeyin yox olacağı barəsində) bu¬yurmuşdur:
    Hər gələn qayıdandır, qayıdan şey isə olmamış kimidir. (Dünyanın növbə ilə hamının qarşısına çıxan şirinlik və acılığı elə yox olacaq, zavala uğrayacaq ki, sanki belə bir şirin və ya acı gün ol-mayıb.)
    145
    İmam Əli əleyhis-salam (səbr barəsində) buyurmuşdur:
    (Çətin) zaman uzun çəksə də, qələbə səbrli və dözüm¬lüdən ayrılmır.
    146
    İmam Əli əleyhis-salam (başqasının işinə razı olmaq barəsində) bu¬¬yurmuşdur:
    Bir tayfanın gördüyü işə razı olan kəs həmin işdə onlarla birgə olmuş kimidir. (Çünki çirkin işə razı olmaq onu sevməyi tələb edir və bu, rəzil, günah və cəzaya layiq sifətlərdəndir. İşi görənlə ona razı olan arasındakı fərq budur ki,) batil və nahaq iş görənin iki günahı var: (biri) onu etməyin günahı, (digəri isə niyyət və qəlbdə) ona razı olmağın günahı.
    147
    İmam Əli əleyhis-salam (əhd-peyman barəsində) buyur¬muşdur:
    Əhd-peymanların tutacaqlarından yapışın(Onları qorumaq və onlara vəfa etmək istiqamətində çalışın. Yaxud əhd-peymanın şərtlərini möhkəm və tutarlı edin. Yaxud kafir və münafiqlər kimi ləyaqəti olmayanlarla deyil vəfalılarla peyman bağlayın. Çünki onlar öz əhdlərinə vəfa etmirlər, necə ki, Qur’ani-Kərimin Tövbə surəsinin 10-cu ayəsində buyurulur: «لاَ يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلاًّ وَلاَ ذِمَّةً» «Onlar möminlər barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər.» ).
    148
    İmam Əli əleyhis-salam (hidayət və nicat imamları əleyhimus-salama tabe olmağa təşviq edərək) buyurmuşdur:
    Tanımamağınızda üzrlü olmadığınız şəxsə tabe olun.(İmamlar əleyhimus-salama tabe olun. Əgər «onları tanımadıq» desəniz üzrünüz qəbul olunmaz. Çünki dini hökm və qanunları onlardan öyrənməlisiniz. )
    149
    İmam Əli əleyhis-salam (öyüd-nəsihət verərək) buyur¬muş¬dur:
    Sizə göstəriblər – əgər göz açsanız, doğru yolu göstəriblər – əgər yola gəlsəniz, eşitdiriblər – əgər qulaq assanız! (Yəni, əgər göz açıb diqqət etsəniz görərsiniz ki, düz yola gəlməyiniz üçün lazım olan bütün tədbirlər görülüb, amma siz istəməyərək özünüzü korluğa, azğınlığa və karlığa vurmusunuz.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 729 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024