İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    230
    İmam Əli əleyhis-salam (qadının məzəmmətində) buyur¬muşdur:
    Qadının hər şeyi (bütün hal və sifətləri) pisdir və onda olan ən pis şey isə budur ki, ondan (kişi üçün onunla olmaqdan) başqa bir çarə yoxdur.(Bu ifadə əslində atalar sözüdür və ondan məqsəd başqa şeydir. Belə ki, İmam əleyhis-salam burada ailə qurmağın çətinliklərini və onun ağır məsuliyyətlərini bəyan etmək məqamındadır. Fars dilində də belə bir atalar sözü var ki: «arvad-uşaq başdan ayağa dərdi-sərdir, dərdi-sərsiz isə yaşamaq mümkün deyil.» )
    231
    İmam Əli əleyhis-salam (süstlüyün və söz gəzdirməyin ziyanı barəsində) bu¬yurmuşdur:
    Kim (işlərdə) süstlük etsə, payları əldən çıxarar. Kim söz gəzdirənin (ara vuranın) sözünə qulaq assa, dostu (öz dostunu) itirər.
    232
    İmam Əli əleyhis-salam (qəsbi mal və zülm ilə əldə edilən var-döv¬lətin ziyanı barəsində) buyurmuşdur:
    (Kimə məxsus olmasından asılı olmayaraq hər hansı bir) evdə olan qəsbi daş həmin evin viran olmasına girovdur. (Girov borcun ödənilməsini zəruriləşdirdiyi kimi, qəsbi daş da həmin tikilinin xarab və viran olmasını zəruriləşdirir. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) (də) nəql edilib. Bu iki kəlamın bir-birinə bənzəməsi təəc¬cüblü deyil. Çünki bu iki su bir quyudan çəkilib və bir vedrədən tökülüb. (Peyğəmbərin - səlləllahu əleyhi və alih – bu¬yur¬duq¬ları Allah tərəfindəndir və İmam əleyhis-salam da o Həzrətin buyurduğunu bəyan edir.)
    233
    İmam Əli əleyhis-salam (zülmün ziyanı barəsində) bu¬yurmuşdur:
    Məzlumun zalım üzərindəki günü (qiyamət gününün in-tiqamı) zalımın məzlum üzərindəki günündən (dünyada ağalıq etdiyi gündən) daha ağır və çətindir.(Çünki zalımın dünyadakı zülm etdiyi müddət bir neçə gündən artıq deyil və sonu bəllidir. Amma onun cəzası qiyamətdə əbədi atəşdir.)
    234
    İmam Əli əleyhis-salam (pərhizkarlıq barəsində) buyur¬muşdur:
    Allahdan müəyyən şəkildə qorx, hətta az olsa belə! (İşini Allahla birdəfəlik sona çatdırma ki, həmişəlik çətinliyə düçar olmaq həddinə çatsın.) Özünlə Allah arasında pərdə saxla, hətta nazik olsa belə! (Allahın əmr və göstərişlərinə riayət edərək aradakı pərdəni tamamilə götürmə və barışığa yer saxla ki, peşman olanda qayıtmağa yolun olsun.)
    235
    İmam Əli əleyhis-salam (bir suala bir neçə cavab verməyin ziyanı barə¬sində) buyurmuşdur:
    (Bir suala verilən) cavab çox olan zaman düzlük (cavabın düzlüyü) gizli qalar (sual soruşan şəkk və tərəddüdə düçar olar və sualının cavabının hansı olduğunu bilməz).
    236
    İmam Əli əleyhis-salam (şükr etməyin xeyri barəsində) buy-ur¬muşdur:
    Həqiqətən Allah-təalanın hər bir nemətdə şükr haqqı vardır. Buna görə də hər kim onu yerinə yetirsə, Allah ona həmin nemətdən daha çox verər. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.(Qeyd etmək lazımdır ki, Allahın hər bir nemət barəsindəki şükr haqqı həmin nemətə uyğun şəkildədir. Məsələn, Allahın dövlət və məqam verdiyi kəs, gərək zəif və acizlərlə birgə olaraq onlara qarşı təvazökar olsun; Allahın izzətli və möhtərəm etdiyi kəs gərək özünü həqir və xar saysın; mal və sərvət verdiyi kəs gərək ondan yoxsul və ehtiyaclılara, eləcə də qohumlarına versin; elm və bilik əta etdiyi kəs gərək onu münasib adamlara öyrətsin. )
    237
    İmam Əli əleyhis-salam (imkan barəsində) buyurmuşdur:
    İmkan və qüdrət (bir şeyi əldə etmək imkanı) çoxalan zaman (həmin şeyə olan) istək və meyl azalar.(Çünki bir şeyi əldə etmək imkanı az olan kəsin meyl və rəğbəti həmişə həmin şeydə olur və onu əldən çıxarmaqdan qorxur. Amma bir şey həmişə əlində olan kəsin, həmin şeyə meyl və rəğbəti az olur. Ona görə ki, istədiyi vaxt onu əldə edəcəyinə arxayındır. )
    238
    İmam Əli əleyhis-salam (şükr etməyə həvəsləndirərək) buyurmuşdur:
    (Naşükrlük və nankorluq nəticəsində) nemətlərin uzaqlaş¬masından qorxun ki, hər qaçan geri dönmür. (Buna görə də gərək elə iş görülsün ki, qayıtması qeyri-mümkün olan qaçan, heç qaçmasın.)
    239
    İmam Əli əleyhis-salam (comərd barəsində) buyurmuşdur:
    Comərd (dost), qohumdan da mehribandır. (Çünki onun mehribançılığı təbiidir. Qohumun mehribançılığı isə bəzən süni və rəsmiyyət xarakterlidir.)
    240
    İmam Əli əleyhis-salam (yaxşı işə təşviq edərək) buyur¬muşdur:
    Sənin barəndə yaxşı gümanda olanın zənnini doğrult. (Səndən gözlədiyi yaxşılığı yerinə yetir. Çünki əgər onun zənnini puça çıxarsan başqaları sənin barəndə yaxşı gümanda olmayacaqlar və bu, çox pisdir.)
    241
    İmam Əli əleyhis-salam (çətin və ağır işlər barəsində) bu¬yurmuşdur:
    Əməl və işlərin ən yaxşısı öz nəfsini onun yerinə yetirilməsinə məcbur etdiyin işdir.(Çünki savab və əvəz, çəkilən əziyyətin miqdarında verilir. Buna görə də Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «اَفْضَلُ الْأَعْمالِ أَحْمَزُها» «(Saleh) əməllərin ən yaxşısı onların ən çətinidir.» )
    242
    İmam Əli əleyhis-salam (Allahı tanımaq barəsində) buyur¬muşdur:
    Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahı insanın qətiyyətli olduğu istəklərin (qərarların) pozulması və düyünlərin (fikir və işlərin düyünlərinin) açılması ilə tanıdım.(Deməli, istək və qərarların pozulması insanın ixtiyar cilovunu Öz əlində saxlayan bir sahib və yaradanının olmasına dəlildir. İnsanın iradəsinin bəzən gerçəkləşməsinin səbəbi isə budur ki, o, qərara gəlməkdən birdəfəlik əl çəkməsin. )
    243
    İmam Əli əleyhis-salam (dünyanın acılıq və şirinlikləri barəsində) buyurmuşdur:
    Dünyanın acılığı (onda özünü əziyyətə qatlaşdırmaq) axirət şirinliyidir (xoşbəxtliyidir). Dünyanın şirinliyi (ləzzətlərə vur¬ğun¬luq) isə axirət acılığıdır.(Əzab və cəzasıdır. Çünki axirət üçün zəhmətə qatlaşmaq onun üçün iş görülməsinə səbəb olur ki, insan nəticədə həmin diyarın ləzzət, sevinc, savab və mükafatını əldə edir. Amma dünya ləzzət və şadlıqlarına vurğunluq axirətdən qafil olmağa və onun üçün iş görülməsini tərk etməyə səbəb olur və bu, əzab və cəza ilə nəticələnir.)
    244
    İmam Əli əleyhis-salam (bəzi şəriət hökmlərinin fəlsəfəsi barə¬sində) buyurmuşdur:
    Allah imanı (bəndələrinin qəlblərini) şirkdən təmizləmək üçün, namazı təkəbbür və məğrurluqdan paklaşmaq üçün, zəkatı (yoxsullara) ruzi vasitəsi olması üçün, orucu insanların (Allaha olan) sədaqət və səmimiyyətlərini sınamaq üçün, həcci (Məkkəyə getməyi) dinin güclənməsi üçün (–çünki müxtəlif tayfaların bir yerə toplaşması nəticəsində İslamın əzəmət və böyüklüyü üzə çıxır), cihadı İslamın izzəti (və kafirlərin məğlubiyyəti) üçün, əmr be mə’rufu (bəyənilən işlərə əmr etməyi) adi xalq kütləsini islah etmək (və onları səadət və xoşbəxtliyə sövq etmək) üçün, nəhy əz münkəri (nalayiq işlərdən çəkindirməyi) ağlı az olanların (itaətsizlik və günahlarının) qarşısını almaq üçün, qohumluq tellərini birləşdirməyi (qohum-əqraba ilə münasibət və əlaqədə olmağı, onların) saylarının çoxalması üçün (çünki qohum-əqrabanın bir-biri ilə birləşməsi nəticəsində onların köməkçi və yardımçıları artır), qisası (birini öldürəni öldürməyi və ya yaralayanı yaralamağı) qanların qorunması üçün, şər'i cəza növlərinin icrasını bərqərar etməyi (məsələn- şərab içən, orucunu yeyən və ya zina edən şəxs üçün müəyyənləşdirilmiş cəzaları icra etməyi) haram və qadağan edilmiş şeylərə əhəmiyyət verilməsi üçün, şərab içilməməsini ağılları (fəsad və pislikdən) qorumaq üçün, oğurluqdan uzaqlığı (camaatın malına əl uzatmaqdan) paklaşmağı gerçəkləşdirmək üçün, zina etməməyi soy və nəsillərin düzgün qalması üçün (çünki zina soyları bir-birinə qarışdırır və aləmdə olan quruluşların pozulmasına səbəb olur), livatı (kişinin kişi ilə yaxınlıq etməsini) tərk etməyi nəsil və övladların çoxalması üçün, şahidlikləri, inkar edilən şeylər üçün kömək istəməyə görə (ki, inkar etmək nəticəsində heç kəsin haqqı zay olmasın), yalan danışmamağı düzlüyün böyüklüyünü aşkar etmək üçün (ki, xalqın rahatlığının ona bağlı olması bəlli olsun), salamı (insanların bir-birini salamlamalarını) qorxulu yerlərdən xatircəmlik üçün (çünki «salamun ələykum»dan məqsəd budur ki, mənimlə sizin aranızda dava-dalaş deyil sülh və barışıq bərqərardır), imamət və rəhbərliyi xalqın (işlərinin) nizam-intizamı və rahatlığı üçün(Çünki qüdrətli imam və rəhbər zalımı zülmdən çəkindirir və məzlumun haqqını zalımdan alır və işlər qaydaya düşür. )və (imama) itaət və tabeçiliyi imamətin (onun məqamının) böyük hesab edilməsi üçün (çünki imamətin xeyir və bəhrəsi ancaq xalqın ona tabe olması zamanı mümkündür) vacib edib.
    245
    İmam Əli əleyhis-salam (zalıma and verdirməyin yolu barəsində) buyurmuşdur:
    (Yalançı) zalımın and içməsini istədiyiniz zaman onu (əgər həmin işdə yalan deyirsə) «Allahın qüdrət və qüvvəsindən bizar olmasına» and verdirin. Çünki əgər bu ifadə ilə yalandan and içsə cəzaya (yalanının cəzasına) tez çatar. Əgər «Ondan başqa heç bir tanrı olmayan Allaha (and içirəm ki, yalan demirəm deyib)» and içsə (onun cəzalandırılmasında) tələsilməz. Ona görə ki, eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allahın yeganəliyini iqrar edib (və bu, yalan danışmaqla ziddiyyət təşkil etmir).(Şərhçi Bəhrani (rəhiməhullah) burada belə yazır: Nəql edirlər ki, bir nəfər söz gəzdirən Mənsurun yanına gələrək Həzrət İmam Sadiq əleyhis-salamdan dedi-qoduçuluq etməyə başladı. Mənsur o Həzrəti çağıraraq dedi: Filankəs səndən belə-belə sözlər deyib. Həzrət buyurdu: Bu mənim sözlərim deyil. Söz gəzdirən təslim olmayıb dedi: Bu sözləri mütləq və mütləq o Həzrət deyib. İmam Sadiq əleyhis-salam onu yalan dediyi təqdirdə Allahın qüdrət və qüvvəsindən bizar olmasına and verdirdi. Sonra söz gəzdirən and içdi və sözü sona çatmamışdı ki, iflicə–bədənin yarısının qurumasına–düçar oldu və ayaqlarını ət parçası kimi yerlə sürüdü. )
    246
    İmam Əli əleyhis-salam (maldan paylamağa təşviq edərək) bu¬yurmuşdur:
    Ey Adəm övladı! Özün özünün canişin və qəyyumun ol və mal və var-dövlətindən səndən (ölümündən) sonra vermələrini istədiyini (ölümündən qabaq) özün ver. (Çünki sən özünə hamıdan çox canıyanansan.)
    247
    İmam Əli əleyhis-salam (əsəbiliyin məzəmmətində) buyur¬muşdur:
    Tündxasiyyətlilik və əsəbilik dəliliyin bir növüdür. Çünki tünd xasiyyətli və əsəbi şəxs (əsəbləşdikdən sonra özünə gələndə) peşman olur (necə ki, dəli sağalandan sonra etdiklərinə peşman olur). Buna görə də əgər peşman olmasa dəliliyi öz yerində qalmaqdadır.
    248
    İmam Əli əleyhis-salam (həsəd aparmamağın xeyri barəsində) buyurmuşdur:
    Bədənin sağlamlığı həsədin azlığındadır. (Çünki qəm-kədər xəstəlik gətirir. Paxıl və həsəd aparan adam qəm-qüssəyə çox düçar olar və nəticədə sağlamlıqdan bəhrəsiz qalar.)
    249
    İmam Əli əleyhis-salam (səhabələrinin ən yaxşılarından olmuş) Kumeyl ibn Ziyad Nəxəiyə (qəlbləri ələ almağın faydası barəsində) buyurmuşdur:
    Ey Kumeyl! Qohum-əqrabanı gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et (Gecələr istək sahibləri yuxuda olsalar da, onlar həmin şəxslərin istəklərini yerinə yetirməyə getsinlər.) Eşitmə qüdrəti səs və fəryadları əhatə edənə and olsun ki, hər kim bir qəlbi sevindirərək şad etsə, Allah həmin sevinc və şadlıq müqabilində o şəxs üçün bir lütf və mehribançılıq (yaxşı iş görmək nəticəsində insana üz tutan mənəvi şadlıq) yaradar ki, ona kədər üz verəndə həmin mehribançılıq hündürdən axan su kimi həmin kədərə tərəf axsın və yad dəvə qovulub uzaqlaşdırılan (dəvəçi öz dəvə sürüsündən və ya onların su içdikləri yerdən yad dəvəni qovan) kimi müsibəti ondan uzaqlaşdırsın.
    250
    İmam Əli əleyhis-salam (Allah yolunda bəxşiş etməyə təşviq edərək) buyurmuşdur:
    Əliniz aşağı olan zaman (ehtiyacı olanlara) sədəqə verməklə Allahla ticarət edin. (Bacardığınız və imkan olan qədər Allah yolunda xərcləyin ki, sədəqə bəla, çətinlik və gözlənilməz hadisələrin qarşısını aldığı kimi həm də varlılıq vasitəsidir.)
    251
    İmam Əli əleyhis-salam (peyman və dostluqda vəfasızlıq edənlər barəsində) buyurmuşdur:
    Vəfasızlara vəfa etmək Allaha vəfasızlıqdır. Vəfasızlara vəfasızlıq etmək isə Allaha vəfa etməkdir. (Çünki öz əhd-peyman və dostluğuna vəfa etməyən kəs Allahın göstərişinə əməl etməyib.)
    252
    İmam Əli əleyhis-salam (bəndələrin imtahan edilmələri barə¬sində) buyurmuşdur:
    Nə çox adam ki, ona edilən ehsan və yaxşılıqla (Allahın ona verdiyi nemətlərlə) əzab və cəzaya yaxınlaşıb (Allah ona yaxşılıq etdikcə, o, itaətsizliyini artıraraq nankorluq edib). Nə çox adam ki, (pisliklərinin) gizli qalması ilə aldanıb. (Çünki hər nə qədər çirkin iş görübsə rüsvay olmayıb.) Nə çox adam ki, onun barəsindəki xoş sözlər (xalqın onun haqqında yaxşı danışması) nəticəsində fitnə və çətinliyə düşüb. (Çünki məğrurluq onu Allahın nemətlərinə və həmin nemətlərdən biri olan xalqın onun barəsində xoş sözlər danışmasına görə şükr etməkdən saxlayır və o, əzab və çətinliyə düçar olur.) Allah heç kəsi ona (dünyada) möhlət vermək kimi (başqa bir şeylə) imtahan etməyib. (Çünki həyat və yaşamaq neməti bəndənin imtahan edildiyi ən böyük nemətdir. Seyyid Rəzi-rəhiməhullah-deyir:)
    Bu kəlam bundan öncə (eyni ilə yüz on ikinci kəlamda) keçdi. Amma onun burada bir daha bəyan edilməsi gözəl və mənfəətli bir təkrardır. (Bəlkə də onun burada bir daha bəyan edilməsinin xeyri yuxarıda «vəfasızlara vəfasızlıq etmək Allaha vəfa etməkdir» buyurulan kəlama görədir. Bu, Allahın, bəndələrini onun vasitəsi ilə imtahan edərək sınadığı işlərdən biridir.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 629 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024