İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 5

    Nəhcül-bəlağə 5
    400
    İmam Əli əleyhis-salam (haqqın batil üzərində qələbəsi barəsində) buyurmuşdur:
    Kim haqq ilə əlbəyaxa olsa (vuruşaraq onu aradan aparmaq istəsə), haqq onu yerə vurar (məhv edər. Çünki Allah haqqın yardımçısıdır və heç kəsin Onunla əlbəyaxa olmaq qüdrəti yoxdur).
    401
    İmam Əli əleyhis-salam (fikirləşmək barəsində) buyur¬muş¬dur:
    Qəlb gözün səhifəsidir. (Gərək gözün gördüyü şey qəlbin səhifəsinə yazılsın, barəsində fikirləşərək düşünülsün, haqq və ya batil, xeyir və şər olması aydınlaşdırılsın.)
    402
    İmam Əli əleyhis-salam (pərhizkarlığın mədhində) buyur¬muşdur: Pərhizkarlıq xasiyyətlərin başçısıdır. (Hər bir gözəl xasiyyət ona bağlıdır və pərhizkarlıq, onların hamısını əhatə edir.)
    403
    İmam Əli əleyhis-salam (müəllimə ehtiram göstərməyə təşviq edərək) buyurmuşdur:
    Dilinin itiliyini səni danışdırana (sənə danışmaq öyrədənə), eləcə də natiqlik bacarığını səni (natiqlikdə) düz yola istiqamətləndirənə yönəltmə.(Bəlkə də məqsəd budur ki: dilinin itiliyini və natiqlik bacarığını səni danışdıran və Həzrət Peyğəmbər vasitəsi ilə düz yola hidayət edən Allahın dininin ziyanına işlətmə. Çünki düşmənin qarşısını alması üçün əlinə qılınc verilmiş şəxsin həmin qılıncla qılınc verəni öldürməsi çox çirkin bir işdir)
    404
    İmam Əli əleyhis-salam (çirkinliklərdən uzaq olmaq barəsində) buyurmuşdur:
    Sənin ədəb və gözəlliyin üçün başqasında pis saydığın şeydən (çirkin işlərdən) uzaqlaşmağın kifayətdir.
    405
    İmam Əli əleyhis-salam (səbrlilik barəsində) buyurmuşdur:
    Kim (müsibət və qəm-qüssə baş verəndə dünyanın bəzək-düzəyinə bağlı olmayan) azad insanlar kimi səbr etsə, səbrlidir (və öz savabını alacaqdır). Əgər (həmin hadisədə dözümsüzlük edərək) səbr etməsə, təcrübəsiz nadanların unutması kimi yaddan çıxaracaqdır. (Həmin nadanlar hadisələrlə qarşılaşanda dö¬züm¬süzlük edərlər və sonra bir çarə olmamasını görüb susarlar. Onların bu susmağında savab yoxdur və əksinə, dözümsüzlüklərinə görə cəzalandırılacaqlar.)
    406
    Digər bir rəvayətdə deyilir ki, İmam Əli əleyhis-salam başsağlığı və ürək-dirək verdiyi Əş’əs ibn Qeysə (yenə də səbrlilik barəsində) buyurmuşdur:
    Əgər böyüklər və alicənablar kimi səbrlilik etsən, bu, (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın yanında) gözəl və bəyənilən bir işdir. Amma səbrsizlik etsən, (həmin müsibəti) heyvanlar (çəkdikləri əziyyətləri) unutduqları kimi yaddan çıxaracaqsan. (Axır ki, naçarlıqdan səbrli olacaqsan, amma bu dəfə savabsız.)
    407
    İmam Əli əleyhis-salam dünyanın vəsfi və necəliyi barəsində buyurmuşdur:
    Dünya (öz zinət və bəzəyi ilə) aldadır, (bəla və çətinlikləri ilə) ziyan vurur və (sürətlə, tez) keçir (onlardan ayrılır). (Dünya həqir və alçaq olduğu üçün) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah onu Öz dostlarının savabı, düşmənlərinin isə cəzası etməyə razı olmadı. Dünya əhli o karvan kimidir ki, (bir az istirahət edib yorğunluqlarını almaq üçün) düşdüyü əsnada birdən karvanbaşıları (karvanın qabağında gedən başçıları) haray salar (ki: yola düşün, bura istirahət yeri deyil) və sonra onlar yola düşərlər.
    408
    İmam Əli əleyhis-salam oğlu (imam) Həsən əleyhis-sa¬la¬ma (varislərə mal-sərvət saxlamağın ziyanı barəsində) buyur¬muş¬dur:
    Oğulcanım! Özündən sonra dünyadan (dünyanın mal və sərvətindən) heç nə qoyma. Çünki onu iki şəxsdən biri üçün qoyursan: ya Allahın itaət və bəndəliyi yolunda sərf edən kəs üçün ki, belə olan surətdə o, sənin bədbəxt olmağına və ziyana uğramağına səbəb olan şeylə xoşbəxt olur. Ya da Allaha qarşı günah və itaətsizlik edən kəs üçün ki, belə olan halda, o, sənin onun üçün topladığın şeyə görə bədbəxt olur və sən onun günah etməsinə köməkçi və yardımçı olmusan. Bu iki haldan heç biri sənin, özün üçün seçib götürməyinə layiq və münasib deyil. (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlam başqa cür də rəvayət edilib və o belədir:
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: dünyadan (dünya malından) sənin əllərində olanların səndən qabaq sahibi olub. Səndən sonra da digər bir sahibə çatacaq. Sən (onu) iki nəfərdən biri üçün toplayırsan: (Ya) o kəs (üçün) ki, sənin topladıqların barəsindəAllaha itaət edəcək və beləliklə, sənin, səbəbindən bədbəxt olduğun şeylə xoşbəxt olacaq. Ya da o kəs (üçün) ki, onu Allaha itaətsizlikdə işlədəcək və beləliklə, sənin topladığın şeylə bədbəxt olacaq. Bu ikisindən heç birini özün üçün seçməyin və eləcə də onun üçün öz çiyinlərinə yük (günah) götürməyin layiq deyil. Buna görə də keçən (ölən) üçün Allahın bağışlamasına, qalan üçün isə Allahın ruzisinə ümidvar ol. (Nə gedənə təəssüflən, nə də qalanın dərdini çək.)
    409
    İmam Əli əleyhis-salam o Həzrətin hüzurunda «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağışlanmaq istəyirəm) deyən şəxsə (istiğfar edib günahların bağışlanmasını istəməyin şərtləri barəsində) buyurmuşdur:
    Anan vayına otursun! İstiğfarın (həqiqi mənasının) nə ol¬masını bilirsən (ki, onu düşünmədən dilinə gətirirsən)? İstiğfar, yüksək məqamlı dəstənin (möminlərin) dərəcə və məqamıdır. O, altı mənası (şərti) olan bir addır. (Əgər altı şərtin hamısı bir yerdə toplanmış olsa istiğfar kamil, əks halda isə naqisdir.)
    Birincisi keçmiş günahdan peşman olmaq; ikincisi ona qayıtmağı həmişəlik olaraq tərk etmək qərarına gəlmək; üçüncüsü, boynunda ziyan və günah olmayan paklıqla Allaha qovuşmağın (mükafat əldə etməyin) üçün xalqın haqlarını əda etmək; dördüncüsü sənə (namaz, oruc və həcc kimi) vacib olmuş, eləcə də əldən çıxardığın (yerinə yetirmədiyin) hər bir şeyin haqqını (qəzasını) yerinə yetirmək; beşincisi səy göstərib (bədənində) haramdan yaranmış əti hüzn və kədərlə o qədər əridəsən ki, dəri sümüyə yapışsın və onların arasında təzə ət bitsin; altıncısı budur ki, günahın şirinliyini bədəninə daddırdığın kimi ibadət və bəndəliyin əziyyətini də ona daddırasan. Belə olan halda, (deyilən şərtlər bir yerə toplanan zaman) «أَسْتَغْفِرُ اللهَ» «əstəğfirullah» (Allahdan bağış¬lan¬maq istəyirəm) deyərsən.
    410
    İmam Əli əleyhis-salam (səbrliliyin xeyiri barəsində) buyurmuşdur:
    Səbrlilik qəbilədir (qəbilə və qohumlar insanı düşmənin şərindən qoruduğu kimi, səbr də insanı qoruyur. Yaxud də məqsəd budur ki, səbrliliyə görə xalq həmin şəxslə dostlaşar və onun yardımçısı olar, sanki o, qəbilə sahibi olub).
    411
    İmam Əli əleyhis-salam (insanın acizliyi barəsində) bu¬yur¬muşdur:
    Yazıq və aciz Adəm övladı: əcəli gizlidir (nə vaxt öləcəyini bilmir), xəstəlik və dərdləri naməlumdur (həmişə acı hadisələr və xəstəliklərə düçar olmaq təhlükəsindədir), əməli saxlanılır (əməl dəftərində yazılır və əgər özünün yadından çıxsa da unudulmaz). Ağcaqanad onu incidir, suyun boğazda qalması onu öldürür və tər onu iyləndirir. (Bütün bunlarla yanaşı belə bir kəsə lovğalıq və məğrurluq edərək öyünmək yaraşırmı?!)
    412
    Nəql edilib ki, İmam Əli əleyhis-salam öz səhabələrinin arasında oturmuşdu və onların yanından gözəl bir qadın keçdi. Səhabələri ona baxdılar. O Həzrət əleyhis-salam (qadınlara baxmaqdan çəkindirərək belə) buyurdu:
    Bu erkəklərin gözləri (kefli və sərxoş dəvə kimi) şəhvətə bərəlir və bu cür baxışlar onlarda şəhvət və ehtirasların həyacana gəlməsi və oyanmasına səbəb olur. Buna görə də sizlərdən biri ona xoş gələn qadına baxanda gərək öz arvadı ilə yaxınlıq etsin. Çünki o da (digər) qadınlar kimi bir qadındır. (Qadınlar hamısı ləzzət vermək baxımından birdirlər.) Sonra xəvaricdən biri dedi: Allah onu kafir Öl¬dür¬sün, necə də alim edib onu?! Səhabələr sıçrayıb həmin şəxsi öldürmək istədilər. İmam əleyhis-salam buyurdu: Möhlət verin ona (işiniz olmasın). Söyüşün yerinə (öldürmək deyil) ya gərək o da söyülsün, ya da günahından keçilsin.
    413
    İmam Əli əleyhis-salam (ağlın mənfəəti barəsində) buyur¬muşdur:
    Ağlından sənə bu (mənfəət) bəsdir ki, o sənin üçün az¬ğın¬lıq yollarını nicat yollarından seçir. (Çünki bu xeyir və mənfəət bütün xeyirləri əhatə edir.)
    414
    İmam Əli əleyhis-salam (yaxşı və xeyir işi kiçik saymamaq barəsində) buyurmuşdur:
    Yaxşı iş görün və onun azını kiçik hesab etməyin. Çünki onun kiçiyi (Allahın yanında) böyük, azı (azının savabı) çoxdur. Gərək sizlərdən heç kəs «başqası yaxşı iş görməyə məndən daha layiqdir» deməsin. Allaha and olsun ki, başqası daha layiq olar. (Çünki) yaxşı ilə pisin hər birinin öz adamı var və siz onlardan hər hansı birini tərk etsəniz, adamı onu sizin yerinizə yerinə yetirəcək (və onu yerinə yetirən daha layiqdir).
    415
    İmam Əli əleyhis-salam (səadətə çatmaq barəsində) bu¬yurmuşdur:
    Kim öz gizlinini düzəltsə (düşüncəsini paklaşdırsa) Allah onun aşkarını düzəldər (gözəlləşdirər). Kim dini üçün iş görsə, Allah onun dünya işini təmin edər (çətinliklərdən qurtarar onu). Kim özü ilə Allah arasında olan şeyi gözəlləşdirsə (Allahdan başqasından gözünü çəksə) Allah onunla xalq arasında olanları gözəlləşdirər (xalqı ona qarşı mehribanlaşdırar).
    416
    İmam Əli əleyhis-salam (səbr və ağıl barəsində) bu¬yur¬muşdur:
    Səbr (eybləri) örtən pərdədir. Ağıl (pis işlərə əmr edən nəfsi) kəsən qılıncdır. Belə isə xasiyyətinin eyblərini səbrliliklə ört və nəfsini və şəhvətini ağıl ilə öldür.
    417
    İmam Əli əleyhis-salam (ehtiyacı olanlara əl tutmağa həvəsləndirərək) buyurmuşdur:
    Allahın bəzi bəndələri var ki, O, (digər) bəndələrinin xeyri üçün onlara nemətlər ayırır. Onlar nə qədər ki, (həmin nemətlərdən ehtiyaclılara və əl altında olanlara) bağışlayırlar, Allah həmin nemətləri onların əllərində saxlayır. Həmin nemətləri əsirgəyəndə (heç kəsə bir şey verməyəndə) isə onları onlardan alıb başqalarına həvalə edir (ki, möhtacların yolunda sərf etsinlər).
    418
    İmam Əli əleyhis-salam (sağlamlıq və varlılıq barəsində) buyurmuşdur:
    Bəndənin iki şeyə arxalanması yaraşmaz: sağlamlıq və varlılıq. (Çünki) onu sağlam gördüyün əsnada birdən xəstələnər; varlı gördüyün əsnada birdən yoxsullaşar.
    419
    İmam Əli əleyhis-salam (ehtiyaclılıqdan gileylənmək barəsində) buyurmuşdur:
    Kim ehtiyacından möminin yanında gileylənsə, sanki gileyini Allaha deyib. (Çünki mömin Allahın dostudur.) Amma kim həmin ehtiyacından kafirə gileylənsə, sanki Allahdan gileylənib. (Çünki kafir Allahın düşmənidir.)
    Category: Nəhcül-bəlağə 5 | Added by: Islam_Kitabxanasi (2012-02-26)
    Views: 644 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024