İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    20-ci məktub
    İmam Əli əleyhis-salamın Ziyad ibn Əbihə o, Bəsrə hökumətində Abdullah ibn Abbasın canişini olan zaman yazdığı məktublardandır. Abdullah həmin vaxt Əmirəl-möminin tərəfindən Bəsrə, Əhvaz, Fars və Kerman şəhərlərində hakim idi.(İmam əleyhis-salam bu məktubda onu müsəlmanların beytülmalına xəyanət etməkdən çəkindirərək qorxudur. Onun Ziyad ibn Əbih, yəni, «atasının oğlu Ziyad» adlandırılmasının, daha dəqiq desək, atasının adının deyilməməsinin səbəbi atasının kimliyinin məlum olmamasıdır. O, iddia edirmiş ki, atası Əbu Süfyandır. Əbu Süfyan da Ömər ibn Xəttabın məclisində onu öz oğlu adlandırıb. Qırx dördüncü məktubun şərhində deyəcəyimiz kimi, onun, həmçinin Əbi Bəkrənin də anası olan Suməyyə zina etməkdə məşhur imiş. Deyirlər ki, onu ilk dəfə «atasının oğlu» deyə çağıran Aişə olmuşdur. )
    Mən Allaha and içirəm, özü də tam sədaqətlə və düz ki, əgər mənə, sənin müsəlmanların beytülmalına istər az, istərsə də çox xəyanət etməyin və ya onu göstərişə zidd (yerlərə) sərf etməyin (barəsində xəbər gəlib) çatsa, səninlə sərt davranacağam. (Səninlə) elə sərt (davranacağam) ki, o (sərtlik), səni sərmayəsi az, yükü çox, zəlil və xar etsin.(Səni öz vəzifə və məqamından uzaqlaşdırıb beytülmaldan topladıqlarını geri alacağam. Belə ki, dərvişə dönüb ailənin xərc və ruzisini öz çiyinlərində çəkmək qüdrətinə də malik olmayacaq, camaat qarşısında xar olub alçalacaqsan. ) Salama layiq kimsəyə salam olsun!
    21-ci məktub
    Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir).
    (Malın sərf edilməsində) israf etmə, mötə’dil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla).
    Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun!(İbn Əbil-Hədid burada belə deyir: Allah Ziyaddan xeyir-bərəkəti kəssin! Çünki o, Əli əleyhis-salamın onun barəsindəki yaxşılıq, xeyirxahlıq və təlim-tərbiyəsinin əvəzini o Həzrətin tərəfdarları və dostları barəsindəki nalayiq hərəkətləri, o Həzrətə qarşı yaramaz sözlər demək, onun davranışını pisləməkdə ifrata varmaq və Müaviyənin, azına da qane olduğu bu kimi işlər istiqamətində çox çalışması kimi deyilməsinə ethiyac olmayan şeylərlə çıxdı. Bu işlər Müaviyənin razılığını əldə etmək üçün görülmürdü. O, onları öz təbiətinə uyğun olaraq görürdü və o Həzrətlə zahir və batində düşmənçilik edirdi. Allah onun anasına nisbət verilərək atasının məlum olmamasını aşkar etməkdən başqa bir şey istəmirdi. «Ot kökü üstə bitər!» Ondan sonra Həzrət Əba Əbdillah Hüseyn əleyhis-salamı öldürmək üçün Küfədən Kərbəlaya qoşun göndərən oğlu Ubeydullah atasının pisliklərini son həddə çatdırdı. İşlərin hamısının sonu Allaha qayıdır, yəni, O, onları ən pis əzab və cəzaya düçar edəcək.)
    22-ci məktub
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – kəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir.(Dünyanın xeyir və zərərinin səbəbkarı qəzavü-qədərdir. Nə səy və təlaş xeyir əldə edilməsində, nə də fikrin səhvliyi və tənbəllik ziyan görməkdə səbəbdir. Amma camaat məsələyə bəsirət və gözüaçıqlıqla baxmır və hər kimə xeyir və ziyan təqdir olunubsa, onun gəlib çatacağını bilmir, necə ki, Allah-təala Qur’ani-Kərimin Hədid surəsinin 22-23-cü ayələrində buyurur: «مَا أَصَابَ مِن مُّصِيبَةٍ فِي الْأَرْضِ وَلَا فِي أَنفُسِكُمْ إِلَّا فِي كِتَابٍ مِّن قَبْلِ أَن نَّبْرَأَهَا إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌلِكَيْلَا تَأْسَوْا عَلَى مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُور ٍ » «Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və əlinizə gələnə sevinməməyiniz üçündür. Allah özünü bəyənən, özü ilə fəxr edən heç bir kəsi sevməz!» Yəni, yer üzündə baş verən bahaçılıq və quraqlıq, sizin özünüzdə baş verən xəstəlik, yoxsulluq və övladlarınızın ölümü kimi qəm-qüssələr, biz nəfsləri yaratmamışdan lövhi-məhfuzda yazmadığımız təqdirdə baş vermir. Bu işlərin yazılması hər nə qədər çox olsa belə, Allah üçün asandır. Bu ona görədir ki, siz əlinizdən çıxan şey üçün kədərlənməyəsiniz və əlinizə gələn şeylər üçün sevinməyəsiniz. Allah dünyanın üzlərinə gülməsi nəticəsində öyünərək qürrələnən heç bir itaətsizi sevmir, yəni, öz rəhmətindən uzaqlaşdırır. )Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)
    23-cü məktub
    İmam Əli əleyhis-salamın, məl’un İbn Mülcəm onun başına qılınc vurduqdan sonra (fani) həyatla vidalaşmasına yaxın, vəsiyyət və tapşırıq yönlü kəlamlarındandır. (İmam əleyhis-salam bu sözlərində övladlarını İbn Mülcəmi əfv etməyə həvəsləndirib.)
    Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmmədin (səlləllahu əleyhi və alih) sünnəsini məhv edib aradan aparmamağınızdır. (O Həzrətin göstərişlərinə zidd davranmayın.) Bu iki sütunu (Allaha şərik qoşmamaq və Həzrət Peyğəmbərin sözlərinə uyğun davranmağı) dikəldin (ki, müqəddəs İslam dininin binasının möhkəmliyi bu iki sütun ilədir). Bu iki çırağı nurlandırın (ki, nadanlıq və azğınlıq qaranlıqlarında sərgərdan qalmayasınız). (Əgər belə etsəniz) siz məzəmmət edilib qınan¬maz¬sınız.
    Mən dünən (sağlam bədən, qüdrət və şücaətlə) sizin dost və yoldaşınız idim. Bu gün isə sizin üçün ibrət və nəsihətəm. (Bütün cəngavərlik və böyüklüyümə baxmayaraq, əldən düşmüşəm.) Sabah sizdən ayrılacağam (öləcəyəm)! Əgər qalsam öz qanımın ixtiyar sahibiyəm (öz ixtiyarımla istəsəm İbn Mülcəmi cəzalandırar, istəsəm bağışlayaram). Əgər ölsəm, (onsuz da) ölüm mənim vədə yerimdir. (Ölsəm heç bir ixtiyara malik deyiləm və siz öz şər’i vəzifənizə əməl edin.) Əgər (onu) bağışlasam (bağışlamaq istəsəm), bağışlamaq mənim üçün (Allahın rəhmətinə yaxınlıq amili olan) itaət və bəndəlikdir. (Siz onu bağışlamaq istəsəniz) bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə (siz onu) bağışlayın. (Çünki Allah-təala Qur’ani-Kərimin Nur surəsinin 22-ci ayəsində buyurur:) «أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ» «Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir!»(Burada qeyd edilməsi lazım olan nöqtə budur ki, İmam əleyhis-salamın İbn Mülcəmi bağışlamaq barəsindəki göstərişi müstəhəbbi hökmü bəyan edir. O Həzrətin ölməsi və ya sağ qalması barəsindəki tərəddüd də 149-cu kəlamın şərhində deyildiyi kimi, İmamın öz ölümünün vaxtını bilməsi və ondan xəbərdar olması ilə ziddiyyət təşkil etmir. )
    Allaha and olsun ki, ölümlə mənim yanıma xoşlamadığım (bir şey) gəlməyəcək və (ondan sonra) istəmədiyim bir şey aşkar olmayacaq. (Ölümə hazıram. Çünki ölümün arxasında əbədi səadət var və mən bu dünyadakı həyata vurulmamışam.) Mən (ölümə münasibətdə) su axtararaq (onu) tapan və bir şeyin arzusunda olub (onu) əldə edən şəxs kimiyəm. (Çünki gözəllik və xoşbəxtlik ölümdən sonradır, necə ki, Qur’ani-Kərimin Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur:) «وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلاَبْرَارِ» «Allah yanında olan (əbədi) nemətlər yaxşı əməl sahibləri üçün (dünya mallarından) daha xeyirlidir». (Seyyid Rəzi əleyhir-rəhmə deyir:)
    Bu kəlamın bir hissəsi bundan əvvəl xütbələr fəslində (149-cu kəlamda) keçdi. Amma buradakı bu kəlamda (Bəzi) əlavə sözlər var idi ki, onun ikinci dəfə gətirilməsini zəruriləşdirdi.

    24-cü məktub

    İmam Əli əleyhis-salamın əmlak və malları ilə necə davranılması barəsindəki vəsiyyətlərindəndir. O Həzrət bu vəsiyyətnaməni Siffeyn (müharibəsin)dən qayıtdıqdan sonra yazıb.
    Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsindəki göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq (axirət rahatlığı) əta etsin.

    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 592 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024