İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 4

    Nəhcül-bəlağə 4
    33-cü məktub
    İmam Əli əleyhis-salamın onun tərəfindən (xilafətinin bütün müddəti ərzində) Məkkənin hakimi olan Qusəm ibn Abbasa (ibn Ədül Müttəlibə) məktublarındandır.(Əqil barəsində «Rical» alimləri arasında fikir ayrılığı mövcuddur. Bəziləri onu Əmirəl-mömininin səhabələrindən hesab edərək tərifləyirlər. Şeyx Səduq əleyhir-rəhmə «Əmali» kitabının iyirmi yeddinci məclisində öz sənədi ilə İbn Abbasdan belə rəvayət edib: Əli əleyhis-salam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşdu: «Əqili çox istəyirsən?» Buyurdu: «Bəli, Allaha and olsun, onu çox istəyirəm. Onu iki cəhətdən çox istəyirəm. Biri onun özünə görə, biri də ona görə ki, Əbu Talib onu çox istəyirdi». «Rical» alimlərinin bəziləri isə onu qardaşı Əli əleyhis-salamı buraxıb Müaviyəyə qoşulduğu üçün pisləyiblər. Amma mərhum ayətullah Mamqani «Tənqihul-məqal» kitabında belə yazır: «Əqil Əli əleyhis-salamın qardaşı, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) əmisi oğlu və Müslümün atası olduğu üçün hörmət məqsədi ilə biz onun barəsində bir söz danışmırıq. Amma bununla belə, onun xəbərlərinə inanmır və etimad etmirik. Xülasə, İmam əleyhis-salam bu məktubunda Qureyşin pis rəftarından şikayət edərək gileylənir və Allah yolunda qarşıya çıxacaq hər bir çətinliyə dözərək möhkəm durub müqavimət göstərəcəyini xatırladır. ) Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mənim qərbdəki (qərb şəhərlərindən olan Şamdakı) kəşfiyatçım məktub yazaraq məni Şam əhalisindən bir dəstənin həccə göndərilməsindən xəbərdar edib. Onların qəlbləri kor, qulaqları kar və gözləri anadangəlmə kordur. Onlar haqqı batildə (batil yolda) axtarırlar. (Belə güman edirlər ki, Müaviyəyə tabe olmaqla haqq dinə qovuşacaqlar.) Yaradılmışa tabe olub yaradana günah və Allaha itaətsizlik edirlər. (Müaviyəyə və onun tərəfdarının göstərişlərinə tabe olurlar və bu, Allahın hökmlərinə ziddir.) Din bəhanəsi ilə dünyanın südünü sağırlar. (Dünya malı əldə etmək üçün din və başqalarını pis işlərdən çəkindirmək adı ilə bir yerə toplaşaraq öz zəmanələrinin imamına qarşı çıxırlar.) Yaxşı əməl sahibləri və təqvalıların axirətlərinin əvəzinə mövcud dünyanı alırlar. (Əbədi xoşbəxtlik və Cənnətin yerinə Cəhənnəm alovu və ilahi əzabı götürürlər.) Yaxşı əməl sahibindən başqa heç kəs xeyir və yaxşılığa nail olmaz. Pis əməl sahibindən başqa heç kəs pis cəza görməz. Buna görə də çalışqan, ehtiyatlı və öz imam və rəhbərinə tabe olan ağıllı nəsihətçi kimi əlində olan şeydə (Məkkə hökuməti və onun nizam-intizam və sakitliyinin qorunmasında) möhkəm dur və müqavimət göstər. Məbada üzrxahlığa səbəb olacaq bir iş görəsən. Nemət firavanlığı zamanında çox şad olma (ki, bu, kibr və itaətsizliyə səbəb olur). Həmçinin çətinliklər zamanı qorxma və özünü itirmə (ki, bunlar məğlubiyyətə və cəsurluğun əldən çıxmasına gətirib çıxarır). Salama layiq kimsəyə salam olsun!
    34-cü məktub
    İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkrə məktublarındandır. Məhəmməd ibn Əbu Bəkrin Misir hökumətindən kənarlaşdırılaraq yerinə (Malik) Əştərin təyin edilməsi xəbərini eşidəndə qəmlənməsi o Həzrətə çatanda İmam bu məktubu yazıb. Əştər Misirə çatmamış yolda vəfat edib. (O, yolda öldürülüb. Onun başına gələnlər əlli üçüncü məktubun şərhində deyiləcək. İmam əleyhis-salam bu məktubda Malik Əştərin onun yerinə təyin edilməsinin məsləhət olmasının səbəbini açıqlayıb.)
    Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Əştəri sənin yerinə təyin etməyimdən narahat olmağın xəbəri mənə çatdı. Mən bunu sənin səy və təlaş göstərməkdə ağır tərpənməyin və sənin çalışqanlığını artırmaq üçün etməmişəm. (Çünki sən əlindən gələni etmisən. Amma Əştərin bacardığı işləri sən bacarmazsan.) Sənin əlində olan şeyi (Misir hökumətini) ixtiyarından çıxartsam da, səni elə şeyə (şəhər və ya işə) təyin edəcəyəm ki, onun ağırlıq və əziyyəti az, hakimliyi isə sənə daha xoş olsun.
    Misirə vali təyin etdiyim şəxs (Malik, sənin kimi) bizim xeyrimizi düşünən və düşmənimizə qarşı cəsur və bacarıqlı bir adam idi (ki, sən belə deyilsən). Allah rəhmət eləsin ona və günahlarını bağışlasın ki, həyatını (səadət və xoşbəxtliklə) sona çatdırdı və ölümlə qarşılaşdı. Biz ondan razıyıq. Allah ona Öz rəhmətindən əta etsin və mükafatını bir neçə qat artıq etsin. Buna görə də (indi ki, Malik öldürüldü və Misirə çatmadı) düşmənə tərəf hərəkət et (şəhərdə qalma ki, düşmən sənə tərəf gəlsin), gözüaçıqlıqla yola düş (müharibə işində və üslubunda ehtiyat və sakitliyi əldən vermə) və səninlə döyüşənlə vuruşmağa tələs (ağır tərpənmə ki, sənə qalib gəlsin). (Onları) Rəbbinin yoluna dəvət et (ki, heç bir bəhanə yeri qalmasın və sənin onlarla müharibənin nəfsi istəklərə görə deyil, Allahın hökmü ilə olmasını bilsinlər). Allahdan çox yardım dilə ki, səni qəm-qüssəyə salan (düçar edən) şeylərdən qorusun və üz vermiş şeylərdə (çətinliklərdə) sənə yardım etsin, əgər Allah (fəth və qələbəni sənin üçün) istəsə!
    35-ci məktub
    İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr Misirdə öldürüləndən sonra Abdullah ibn Abbasa məktublarındandır. (Abdullah ibn Abbas o Həzrət tərəfindən Bəsrənin hakimi idi. İmam əleyhis-salam bu məktubu yazaraq onu Məhəmməd ibn Əbu Bəkrin şəhid edilməsindən və Əmr ibn As və Müaviyənin qoşununun Misiri ələ keçirmələrindən xəbərdar edib.)
    Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Misir zəbt edildi. (Müaviyənin qoşunu oranı tutdu.) Məhəmməd ibn Əbu Bəkr (Allah ona rəhmət etsin) şəhid edildi. Allahdan onun əvəz və əcrini istəyirəm. O bizim üçün xeyrimizi düşünən və mehriban övlad,(«لا وَ لا» «Yox-yox»dan məqsəd budur ki, onlar bir-birləri ilə elə vuruşdular ki, sanki vuruşmayıblar. Yəni, döyüşləri çox tez sona çatdı. Yaxud da məqsəd budur ki, onlar «yox-yox» demək kimi vuruşdular. Bu, ərəblərdə çox tez görülən iş üçün çəkilən məsəldir. ) zəhmətkeş məmur, iti bir qılınc və qoruyucu sütun idi. Mən xalqı həvəsləndirərək ona tərəf getməyə çağırır, öldürülməmişdən qabaq ona kömək etməyi əmr edirdim. Onları gizlin və aşkar şəkildə (ona kömək etməyə) çağırırdım. (Özü də) bir dəfə yox, dəfələrlə öz çağırışıma əvvəldən başlayırdım. Beləliklə, onların bəziləri nigaran və meylsiz halda gəlirdilər, bəziləri yalandan bəhanə gətirirdilər. Bir dəstə də öz yerində oturaraq etina etmirdi. Allahdan tezliklə məni onlardan nicat verərək xilas etməsini istəyirəm. Allaha and olsun ki, mənim düşmənimlə qarşılaşanda şəhid olmaq (Allah yolunda öldürülmək) arzum olmasaydı və ürəyimi ölümə qızdırmasaydım, heç vaxt bunlarla bir gün belə qalmaq və üz-üzə gəlib qarşılaşmaq istəməzdim. (Çünki bu cür insanlarla düşmənə qalib gəlmək mümkün deyil. Buna görə də naçar qalıb onlarla yaşayıram ki, qələbə qazanmasam da, şəhadət və Allah yolunda öldürülməyə nail olum.)
    36-cı məktub
    İmam Əli əleyhis-salamın qardaşı Əqil ibn Əbu Talibə, bəzi düşmənlərə tərəf göndərdiyi qoşun barəsindəki məktublarındandır. Bu, Əqilin o Həzrətə yazdığı məktuba cavabdır.(İmam əleyhis-salamın Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) anasının oğlu adlandırmasının səbəbi budur ki, Əbdülmüttəlibin digər oğlanlarının əksinə olaraq Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) atası Abdullahla Əmirəl-mömininin atası Əbu Talib, Əmr ibn İmran ibn A'iz ibn Məxzumun qızı Fatimədən, yəni, bir anadandırlar. Amma Əbdülmüttəlibin digər övladları ana tərəfdən bir-birindən ayrıdırlar. Bəziləri də deyiblər ki, Əmirəl-mömininin Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) elə adlandırmasının səbəbi, İmamın anası Fatimə bint Əsədin Həzrət Peyğəmbərə uşaqlığında Əbu Talibin evində dayəlik etməsidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) də onun barəsində belə buyurub: «فاطِمَةُ أُمِّى بَعْدَ أُمِّى» «Fatimə mənim anamdan sonrakı anamdır.» )
    (Düşmənimin qələbə çalması və tərəfdar və şiələrimin mənə kömək etməmələri barəsində yazdıqların düz deyil.) Müsəlmanlardan ibarət böyük bir qoşunu ona (düşmənə) tərəf göndərdim. Bu xəbər ona çatanda, o, qaçmağa tələsdi və peşman halda geri döndü. Mənim qoşunum gün batana yaxın yolda ona çatdı. Sonra bir-birləri ilə «yox-yox» kimi vuruşdular.(Qısası, pis işlərə əmr edən nəfsi istəklərə çox düçar olmusan və azğınlıqların dalınca düşmüsən. Həmişə camaatı yeni bid'ətlərlə aldadaraq öz azğınlığın üçün yeni səbəb və bəhanələr axtarırsan. ) Beləliklə, boğazı bərk sıxılandan və yarımcan qalandan sonra bir saatdan artıq dayanmadan kədərlə xilas oldu. Deməli, ardıcıl çətinliklərlə qurtuldu. (Deyibsən ki, yaxınlarımı da götürüb sənin yanına tələsim və sağ qalsaq bir yerdə olaq, ölsək də bir yerdə ölək. Bunun cavabında belə deyirəm:) Qureyşi və onların azğınlıqda sürətlə irəliləmələri, düşmənçilikdə cövlan etmələri və sərgərdanlıqdakı itaətsizliklərini burax! (Onlar barəsində bir şey danışma.) Çünki onlar məndən qabaq Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə müharibə etmək üçün müttəfiq olduqları kimi mənimlə döyüşmək və vuruşmağa da birləşiblər. Cəza verənlər mənim yerimə Qureyşi cəzalandırsınlar. (Ümid var ki, onlar zalımların müxtəlif zülm və əzablarına düçar olsunlar.) Çünki onlar mənim (Həzrət Peyğəmbərlə olan) qohumluq tellərimi qırdılar (bu qohumluğa hörmət göstərmədilər) və anamın oğlunun (Peyğəmbərin) höku¬mə¬tini (xilafətini, mənə qarşı olan kinlərinə görə) məndən oğurladılar.(Osman bir-birinin ardınca Müaviyəyə məktub yazaraq ondan kömək istəyirdi. Müaviyə isə vədə verərək hərəkət etmirdi və nəticədə Osmanın işləri daha da çətinləşdi və onu mühasirəyə aldılar. Müaviyə Yəzid ibn Əsəd əl-Qəsrini qoşunla göndərərək ona belə dedi: «gedib (Mədinənin səkkiz fərsəxliyindəki) Zi–Xuşub adlı yerdə düşüb qalarsan. «الشاهِدُ يَرى ما لا يَرَى الْغائِبُ » «Şahid orada olmayan şəxsin görmədiklərini görür» demə. Müaviyənin bu cümlədən məqsədi bu idi ki, özbaşına bir iş görmə və mənim əmrim sənə çatmayınca oradan hərəkət etmə. Üstüörtülü surətdə ona başa salır ki, onun göndərilməsindən məqsəd özünü Osmana çatdırıb kömək etmək deyil, bəlkə zehnində başqa planlar var. Sən orada gözlə görək nə olur. O da bir müddət həmin yerdə qalır və Osman öldürülür. Sonra Müaviyə onu qoşunla birlikdə Şama çağırır və xilafəti öz əlinə keçirmək fikrinə düşür. )
    Mənim (düşmənlə) müharibə barəsindəki nəzərimi soruşmusan (və demisən ki, kömək olmadan güclü düşmənlə müharibə aparmaq rəva deyil). Mənim fikrim Allaha qovuşana (Onun yolunda öldürülənə) kimi müharibəni düz sayanlarla (ilahi əhd-peymanı pozaraq Allah və Peyğəmbərin göstərişinə zidd davrananlarla) döyüşməkdir. Ətrafımda xalq kütləsinin çoxluğu mənim izzət və hörmətimi, onların ətrafımdan dağılmaları isə qorxu və vahiməmi çoxaltmır. (İstər kimsə mənə kömək etsin, istərsə də məndən uzaqlaşsın. Bunun heç birinə əhəmiyyət verməyib din düşməni qarşısında dayanaraq Allahın istəyini yerinə yetirəcəyəm.) Belə zənn etmə ki, atanın oğlu (İmam əleyhis-salam) xalq onu tək qoysa (kömək və yardım etməsə, düşmən müqabilində) xar və zəlil olacaq, süstlük və acizlikdən zora tabe olacaq, (ram edilmiş dəvə kimi) cilovunu onu çəkənin əlinə verəcək və yaxud da minmək istəyənə minmək imkanı verəcək! (Qısası, düşmən qarşısında heç bir çətinlikdən qaçmayacağam.) Lakin (Qüreyş və qohumlar barəsində söz danışmaq, deyilənlərə görə öz məşuqəsinə xitab edən) Bəni-Suleym qardaşın (Bəni-Suleym qəbiləsindən olan Abbas ibn Murdas Selminin) dediyi kimidir ki:
    فَإِنْ تَسْأَلِينِى كَيْفَ أْنْتَ؟ فَإِنَّنِى صَبُورٌ عَلي رَيْبِ الزَّمانِ صَلِيبٌ
    يَعِزُّ عَلَيَّ أَنْ تُري بِي كابَةٌ فَيَشْمَتَ عادٍ أَوْ يُساءَ حَبِيبٌ
    «Əgər məndən soruşsan ki, «necəsən?», mən dövranın çətinliklərinə çox səbrli və vüqarlıyam. Mənim üçün məndə, düşməni şad edəcək, dostu isə qəmləndirəcək qəm-qüssənin görünməsi çox ağırdır. (Buna görə də Qüreyşdən söz açmır və onların pis rəftarlarından olan ürək ağrısı və incikliyimi açıqlamıram.)»
    37-ci məktub
    İmam Əli əleyhis-salamın Müaviyəyə məktubla¬rın¬dandır (ki, onda Müaviyəni məzəmmət edir və Osmana kömək edil¬məməsində onu günahlandırır).
    Allaha həmd-səna edərək Onu hər bir eyb və nöqsandan pak bilirəm. (Əcəba) sənin haqqı zay etmək və etimad olunan şeyləri–Allahın bəyəndiyi və bəndələrinin dəlili olan həqiqətləri kənara atmaq nəticəsindəki şəhvətpərəstliyin, yeni nəfsi istəklərin və tabe olduğun çaşqınlıqlar nə qədər də çoxdur.(İmam əleyhis-salamın bu sözlərindən o Həzrətin Osmanın özünün, ətra¬fındakıların və məmurlarının əməllərindən bezar və uzaq olaraq narahatçılıq keçirməsi məlum olur. Amma bu, İmam əleyhis-salamın Osmanın öldürülməsinə razı olması və Misir əhalisini bu cəhətdən tərifləməsinə dəlalət etmir. O Həzrət əleyhis-salam onları Mədinəyə gələrək Osmanın öldürülməsinə kömək etdiklərinə görə deyil, baş¬qa¬larını pis işlərdən çəkindirmək niyyətində olduq¬larına görə tərifləyib.)Osman və onun qatilləri barəsində çox danışaraq çərənləməyinə (və onu məzlum kimi qələmə verməyinə) gəldikdə (bilməlisən ki): (sənin onun qisasını tələb etməyin yersizdir. Çünki) sən Osmana öz xeyirinə olan zaman kömək etdin. Onun xeyrinə olan zaman isə yardım etmədin.(Məzhic Yəməndəki qəbilələrdən birinin adıdır. Həmin qəbilədən olan tayfalardan biri Nəxə' tayfasıdır. Malik Əştər həmin Nəxə' tayfa¬sın¬dandır. ) Salama layiq kimsəyə salam olsun.
    38-ci məktub
    İmam Əli əleyhis-salamın (Malik) Əştəri Misir əhalisinə vali təyin edəndə onlara yazdığı məktublarındandır. (İmam əleyhis-salam onları tərifləyərək onlara Malik Əştərə tabe olmağı əmr edib. O Həzrət əleyhis-salam Malik Əştəri Məhəmməd ibn Əbu Bəkrin yerinə Misirə göndərəndə oranın əhalisi iki dəstəyə bölünmüşdü. Onların bir hissəsi Osman və Müaviyənin tərəfdarı idilər və Məhəmmədlə müxalifət edirdilər. Əksəriyyət təşkil edən digər hissə isə Əmirəl-mömininin Osmanın öldürülməsi istiqamətində səy etmiş dostları idilər. İmam əleyhis-salamın məktubu onlara xitab və müraciətdir.)
    Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Allahın (yaratdığı) yer üzündə günah və itaətsizlik ediləndə, Onun haqqı tapdananda (əmr və fərmanlarına əməl edilməyəndə), beləliklə də, zülm həm yaxşı, həm də pis iş görənin, həm məskunlaşan, həm də səfərdə olanın başı üzərinə kölgə salanda, (xalq Allah və Peyğəmbərin buyuruqlarının əksinə hərəkət edəndə və nəticədə) sığınılaraq asudəlik və rahatçılıq əldə edilən yaxşı və bəyənilən bir iş tapılmayanda və heç bir pis və çirkin işin qarşısı alınmayan zamanda (yaxşılıqlar tərk edilərək pis işlərin yayıldığı Osmanın zamanında) Allaha xatir qəzəblənən tayfa və dəstəyə məktubudur.(Deyirlər ki, Müaviyə şərab içmək, ipək paltar geyinmək, qızıl və gü¬müş qablardan istifadə etmək kimi şəriətə zidd və çirkin hər cür iş gö¬rür¬dü. Amma Ömərin xilafəti zamanında onun qorxusundan bunların çoxunu gizlində edirdi. Osmanın zamanında isə heç nədən çəkinmirdi. Xilafət iddiasına düşdükdən sonra isə onların bəzilərini aşkar, bəzilərini isə gizlində edirdi. )
    Beləliklə, Allah bəndələrindən elə birisini sizin yanınıza göndərdim ki, o, qorxulu günlərdə yuxuya getməz, qorxulu və vahiməli anlarda düşmən qabağından qorxub geri çəkilməz. O, (haqdan üz döndərərək azğınlığa düşmüş) pis əməl sahiblərinə qarşı odun yandırmasından da şiddətli və kəskindir. (O, düşmənləri əldən salan bir qəhrəmandır.) O, Məzhicdən (Məzhic qəbilə və tayfasından) olan Malik ibn Harisdir.(Onunla oturan hər bir kəs əgər pakdırsa murdar, hörmətlidirsə xar, ağıllı və biliklidirsə ağılsız və nadan olur. Yaxud da məqsəd budur ki, o öz məclisində hörmətli şəxsdən nöqsan tutur və bilikli adamı nadan sayır. İbn Əbil-Hədid burada belə yazır: «Müaviyə öz məclisində Bəni-Haşimə nalayiq sözlər deyirdi».)Buna görə də onun sözlərinə qulaq asın və haqqa uyğun əmr və göstərişlərinə tabe olun. Çünki o, Allahın itiliyi korlaşmayan və zərbəsi təsirsiz qalmayan (vurulduğu yeri kəsən) qılınclarındandır. Buna görə də əgər o sizə (düşmənə tərəf) getməyi əmr etsə yola düşüb gedin. Əgər əmr etsə ki, getməyin, siz də getməyərək durun. Çünki o (heç bir işdə) mənim əmrim olmadan nə qabağa düşər, nə də arxaya çəkilər, nə üz döndərər və nə də irəli gedər. Mən onun sizin xeyrinizi istəməsi və düşmənə vurduğu cilovun möhkəm olması səbəbindən, onun barəsində sizi özümdən üstün tutdum. (Ona ehtiyacımın olmasına baxmayaraq, onu sizin yanınıza göndərdim. O, düşmənə əldən salan cilov vurur.)
    39-cu məktub
    İmam Əli əleyhis-salamın Əmr ibn Asa məktubların¬dandır (ki, onda onu azğınlığına və Müaviyəyə tabe olduğuna görə məzəmmət edir).
    (Düz yolda olan nicat tapmışlara salamdan) sonra (bil ki): Sən öz dinini azğınlığı aşkar olan və pərdəsi yırtılmış bir kəsin (Müaviyənin) dünyasına tabe etmisən.(Necə ki, Qur'ani-Kərimin Taha surəsinin 127-ci ayəsində buyurur: «وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَى» «Axirət əzabı isə, şübhəsiz ki, (dünya əzabından) daha şiddətli, daha sürəklidir!» ) O öz məclisində hörmətli şəxsi nöqsanlı və başıaşağı edir və ünsiyyətdə olmaqla alimi nadan edir.(Allahın hesabı daha dəqiqdir. Çünki burada gerçəklik və həqiqətə zidd və yalan bir hesabat sənədi düzəltmək mümkündür. Amma orada düzlükdən başqa bir iş baş tutmayacaq. ) İndi sən də (bir loxma yemək tamahı ilə) aslanın dalınca düşüb pəncələrinə baxaraq ovunun artığını ona atmasını gözləyən it kimi belə bir adamın dalınca gedir və ondan bəxşiş istəyibsən. Buna görə də həm dünyanı, həm də axirətini bada vermisən (dünyada özünü rüsvay etmisən, axirətdə də ilahi əzaba düçar olacaqsan)! Əgər haqdan yapışsaydın (bizə üz tutsaydın dünya və axirətdən) istədiyini tapardın. İndi (ki, haqdan üz çevirib azğınlığa düşmüsən), əgər Allah mənə səni və Əbu Süfyanın oğlunu ələ keçirmək imkanı versə sizi cəzalandıracağam. Amma əgər məni acizləşdirib (məndən sonra) qalsanız (bilin ki,) qarşınızda olan (ilahi əzab və cəza) sizin üçün daha pisdir.(İmam əleyhis-salamın bu məktubu öz məmurlarından hansına yazması barəsində «Rical» alimləri və «Nəhcül-Bəlağə»nin şərhçiləri arasında ixtilaf və fikir ayrılığı vardır. Bəziləri deyiblər ki, İmam əleyhis-salam bu məktubu onun tərəfindən Bəsrənin hakimi olmuş Abdullah ibn Abbasa yazıb. O, beytülmalı götürüb Məkkəyə getmişdi və orada kef etməklə məşğul idi. Digər birisi isə deyib: «Abdullah möhtərəm və şərəfli bir adam olub və o Həzrətin yanından və ona tabe olmaqdan heç vaxt ayrılmayıb». Bəzisi isə belə deyib: İmam əleyhis-salam bu məktubu Abdullah ibn Abbasın qardaşı Ubeydullaha yazıb. Ubeydullah dini ancaq dirhəm və pul olan şəxsdir və alimlər onun xəbərlərinə etimad etməyərək nəql etdiklərini zəif sayırlar. Onun Səid ibn Nəmran ilə Yəməndən qaçaraq Kufəyə Əmirəl-möminin əleyhis-salamın yanına gəlməsi dastanının bir hissəsi xütbələr fəslində iyirmi beşinci xütbənin şərhində deyilib. «Rical» alimləri Səid ibn Nəmranı o Həzrətin şiələrindən və inanılmış şəxslərdən hesab edirlər. Digər birisi isə belə deyir: «Ubeydullah ibn Abbas İmam əleyhis-salam tərəfindən Yəmənin hakimi olub və onun barəsində belə bir şey nəql edilməyib. Axır ki, İmam əleyhis-salamın bu məktubu Bəsrənin hakimi olmuş əmisi oğlanlarından hansına yazması məlum olmayıb. ) Salama layiq kimsəyə salam olsun.
    Category: Nəhcül-bəlağə 4 | Added by: Islam_Kitabxanasi (2012-03-02)
    Views: 775 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024