İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    234- cü xütbə
    İmam Əli əleyhis-salamın xütbələrindəndir ki, bəziləri onu «Qasiə» («قاصِعَه») xütbəsi adlandırırlar.  O, təkəbbür və itaətsizlik göstərmiş, Adəm əleyhis-salama səcdə etməmiş, təəssübkeşlik göstərib haqqı qəbul etməməsini aşkar etmiş ilk varlıq olmuş, məğrurluq və xudbinliyə qapılmış şeytanın (Allah ona lə’nət etsin) məzəmməti və (eləcə də) insanları onun yol və üsuluna tabe olmaqdan çəkindirmək barəsindədir (və bu xütbə «Nəhcül-Bəlağə»nin xüt¬bə¬lərinin ən uzunudur).
    Şükr o Allaha layiqdir ki, qüdrətlilik və böyüklüyü (qüdrət və böyüklük libasını) geyindi (qüdrətlilik və böyüklük ancaq Ona məxsusdur ki, heç nə Onu zəif sala bilməz və Onun həqiqətinə çata bilməz) və bu iki sifəti yaratdıqlarına deyil, Özünə məxsus etdi. (O, bu sifətlərdə tək və yeganədir. Çünki Ondan başqa hər bir şey zatən qüvvətsiz, əlaltı və hər şeydə başqasına möhtacdır.) Onları Özündən başqasına qadağan və haram etdi (buna görə də heç kəs onların iddiasını edə bilməz və əgər etsə cavab verməli olacaq, cəzalandırılacaq) və Öz cəlalı üçün seçdi. Bəndələrindən bu iki sifətdə Onunla çəkişmə aparan (özünü qüdrətli və böyük tutan) kəs üçün lə’nət (rəhmindən uzaqlıq) müəyyənləşdirib.  Beləliklə, bu iki sifəti Özünə məxsus etdiyinə görə dərgahına yaxın olan mələkləri, onların təvazökarlarını təkəbbürlülərdən (cindən olub mələklərin arasında Adəmə səcdə etməyə əmr olunan şeytandan) seçib ayırmaq üçün sınadı. Qəlblərin gizlinlikləri və gözlərdən örtülü olan qeybləri bilməsinə baxmayaraq, (Qur’ani-Kərimin Sad surəsinin 71-74-cü ayələrində bildirildiyi kimi) buyurdu: «إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ إِلَّا إِبْلِيسَ» «Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin (təzim edərək təvazökarlıq göstərin. Yaxud onu öz qibləniz edin. Çünki Allahdan başqası üçün ibadət və bəndəlik səcdəsi etmək qadağandır). Beləliklə də, mələklərin hamısı birlikdə səcdə etdi, İblisdən başqa!»  (Xülasə, o, Adəmə səcdə etmədi, çünki) təkəbbür və öyünmə ona üz tutdu. Beləliklə, öz yaradılışı ilə Adəmə öyünərək nazlandı və öz əslinə (yaranmış olduğu oda) təəssüb göstərərək aşkarcasına Haqqın əmrindən boyun qaçırdı. (Və dedi: Onu palçıqdan, məni isə oddan yaratmısan. Mən ki, ondan yaxşıyam, ona nə üçün səcdə etməliyəm?) Beləliklə, Allahın düşməni (Şeytan) təəssübkeşlərin başçısı və təkəb¬bürlülərin qabaqda gedənidir ki, təəssübkeşliyin təməlini qoydu, Allahla (Ona məxsus olan) əzəmət və böyüklüyündə çəkişdi, (layiq olmadığı) izzət və ucalıq libası geyindi və (layiq olduğu) zillət və xarlıq geyimini kənara atdı.
    Məgər Allahın onu təkəbbür və itaətsizliyinə görə necə kiçiltdiyini və məğrurluğuna görə necə alçatdığını gör¬mür¬sünüz? Buna görə də onu dünyada (Öz rəhmətindən) qovdu  və axirətdə onun üçün alovlanan od hazırlayıb. 
    Əgər Allah-təala Adəmi parıltısı gözləri qamaşdıran və gözəlliyi ağılları məğlub edən (ağılların, müqabilində heyran və məəttəl qaldıqları) nurdan və ya gözəl iyi insanları bürüyən xoş ətirli şeydən yaratmaq istəsəydi, mütləq yaradardı. Əgər (elə) yaratsaydı, boyunlar Adəmin müqabilində əyilərdi və onun barəsindəki sınaq mələklərə asan olardı. (Şeytan durmadan ona səcdə etməyə tələsər və onu özündən aşağı təsəvvür etməzdi). Lakin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah yaratdıqlarını (başqalarından) fərqləndirmək və ayırmaq, təkəbbür və itaətsizliyi aradan qaldırmaq və özünü bəyənmək xüsusiyyətini onlardan uzaqlaşdırmaq üçün əsl və səbəbini bilmədikləri bəzi şeylərlə imtahan edir (ağlın hikmətini dərk etmədiyi şəriət hökmlərinin çoxu da bu qəbildəndir).
    Buna görə də Allahın şeytan barəsindəki işindən ibrət götürün ki, onun uzun müddətli ibadət və bəndəliyini, çoxlu səy və təlaşını (təkəbbür və itaətsizliyinə görə) heç və puç etdi. Halbuki o, Allaha altı min il ibadət etmişdi ki, onun dünya, yoxsa (bir günü dünyanın əlli min ilinə bərabər olan) axirət illərindən olması məlum deyil (siz bilmirsiniz və dərkiniz naqisdir). (Bu,) bir saatlıq təkəbbürlülük və itaətsizliyə görə (oldu ki, o özünü Adəmdən üstün bildi və ona səcdə etmədi)! Belə isə kim şeytandan sonra onun günahı kimi bir günah (təkəbbür və itaətsizlik) etməklə Allahın əzabından amanda qala bilər? Əsla! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç vaxt heç bir insanı, səbəbindən bir mələyi (şeytanı) Cənnətdən çıxardığı işlə ora daxil etməyəcək.  Allahın göy əhli (mələklər) və yer əhli (insanlar) barəsindəki hökmü birdir. Onunla yaratdıqlarının heç biri arasında Onun yaranmışlara haram edib ancaq Özünə məxsus etdiyi şeyi (əzəmət və böyüklüyü) rəva bilmək barəsində icazənamə yoxdur. 
    Odur ki, ey Allahın bəndələri, Allahın düşməninin (şeytanın) sizi öz dərdinə (təkəbbür və itaətsizliyə) düçar etməsindən (özü kimi təkəbbürlü və itaətsiz edərək Allahın rəhmətindən uzaqlaşdırmasından), sözləri ilə sizi (doğru yoldan) saxlayaraq narahat etməsindən və qoşununun (davamçılarının) atlı və piyadalarını sizin ətrafınıza toplamasından qorxun. Canıma and olsun ki, o, kamanının yayına sizin üçün şər (azdırmaq) oxu qoyub və sizi nişan alaraq onu bərk özünə tərəf çəkib. Sizə yaxından ox atıb (ki, səhv getməsin). Və (Allahın, Qur’ani-Kərimin Hicr surəsinin 39-cu ayəsində nəql etdiyi kimi belə) deyib: «رَبِّ بِمَا أَغْوَيْتَنِي لَاُزَيِّنَنَّ لَهُمْ فِي الْاَرْضِ وَلَاُغْوِيَنَّهُمْ أَجْمَعِينَ» «Ey Rəbbim! (Adəmə səcdə etmədiyim üçün) məni azdırdığına görə mütləq mən də yer üzündə Adəm övladlarının qarşısında günahları yaxşı göstərəcəyəm (ki, itaətdən qalsınlar) və onların hamısını azdıracağam». Halbuki (o, bu sözü bilmədən) qeybdən xəbər verərək və səhv gümana əsaslanaraq deyib. (Amma) qürurun övladları, təəssüb¬keş¬¬liyin qardaşları və təkəbbürlülük, cahillik və nadanlıq süvariləri onun iddiasını təsdiqləyərək gerçəkləşdirdilər. Nəhayət, sizin (doğru yoldan çıxmış) itaətsiziniz ona tabe oldu və (buna görə də) onun sizin barənizdəki (sizi azdırmaq üçün olan) tamah və hərisliyi möhkəmləndi. Buna görə də gizlinin necəliyi aşkar oldu. (Onun vəsvəsələrinin nişanələri sizin qəlblərinizdə aşkar olub ki, çəkinmədən Allahın göstərişlərinə zidd davranırsınız.) Onun sizi ələ keçirməsi gücləndi və öz qoşununu sizə yaxınlaşdırdı. Beləliklə, onlar sizi zillət və xarlıq mağaralarına atdılar və ölüm (məhv olma) çalasına tulladılar. Sizi gözlərə nizə batırmaq, boğazları kəsmək, burunların deşiyini əzişdirmək kimi ağır yaralarla, həm¬çi¬nin ölüm yerinizə atmaq qəsdi və buruna taxılan məcburiyyət və qəzəb noxtasının halqası ilə, sizin üçün hazırlanmış oda tərəf sürükləmək istəyi ilə tapdalayaraq məhv etdilər.  Beləliklə, şeytan, sizin dininizi yaralamaq (ona ziyan vurmaq) və dünyanızda alov qızış¬dırmaqda (fit¬nə-fəsad yaratmaqda), aşkarcasına düşmənçilik edib onlara qarşı (vuruşmaq üçün) toplaşdığınız (bir-birinizdən kömək istə¬di¬yiniz) düşmənlərdən də böyük və tutuşdurucu amilə çevrilib. Buna görə də öz güc və təlaşınızı onu dəf etməyə səfərbər edin. Allaha and olsun ki, o, sizin soyunuza (atanız Adəmə) öyünərək nazlanıb, şan-şöhrətinizi (qüdrət və məqamınızı) məzəmmət edib və nəsəbinizi (qohum-əqrabalıq əlaqələrinizi) kiçildib və alçaldıb. O, sizin üçün (sizi azdırmaq üçün) öz süvarilərini səfərbər edib, piyadaları ilə sizin yolunuzun fikrinə düşüb (ki, azğınlıqda qalaraq hidayət və nicat yoluna qədəm basmayasınız). Sizi harada ovlasalar tələyə salarlar, barmaqlarınızın ucunu kəsərlər. Hiylə və bicliklə (onlardan) imtina edə və əzm və iradə ilə (onları) dəf edərək özünüzdən uzaqlaşdıra bilməzsiniz. Halbuki siz zillət və xarlıq dəryası, dar halqa, ölüm düzənliyi və bəla və çətinliyin (dünyanın bəla və çətinliklərinin) cövlan etdiyi yerdəsiniz (onlara düçarsınız və pis işlərə əmr edən nəfsi öldürməkdən və ona tabe olmamaqdan başqa heç cür şeytanın şərindən qurtula bilməzsiniz). Buna görə də qəlblərinizdə gizlənmiş təəssübkeşlik alovu və cahiliyyət dövrünün kin-küdurətlərini söndürün ki, müsəlmanda olan bu təkəbbür, itaətsizlik və özündənrazılıq şeytanın qıcıqlandırmalarından və onun öyünmələri, məhv etmələri və vəsvəsələrindəndir. Özünü aşağı tutmağı başlarınızın üzərinə qoyaraq lovğalıq və özündən razılığı ayaqlarınız altına atmaq qərarına gəlin. Təkəbbür və məğrurluğu boyunlarınızdan uzaqlaşdırın və təvazökarlıqdan sizinlə düşmən olan şeytan və onun qoşunu arasında tamamilə silahlanmış qoşun yerinə istifadə edin. Çünki onun hər bir millətdən qoşunları, yardımçıları, atlı və piyadaları vardır (ki, onlar sizi bəla və məhvə düçar etmək üçün ona kömək edərək təkəbbür və məğrurluğu sizin gözlərinizdə yaxşı göstərirlər). Anasının oğluna (Habilə) qarşı lovğalanmış itaətsiz təkəbbürlü (Adəm əleyhis-salamın oğlu Qabil) kimi olmayın. O, Allahın ona heç bir üstünlük verməməsinə baxmayaraq, qardaşına qarşı təkəbbür göstərdi. Ona həsəddən yaranan təkəbbür və məğrurluq üz tutdu və qəzəb odundan onun qəlbində təəssübkeşlik və kin yarandı. Və şeytan onun burnuna təkəbbür və özünü böyük tutmaq küləyi üfürdü. Elə özündən razılıq və itaətsizlik ki, Allah təkəbbür və məğrurluqdan sonra ona peşmançılıq verdi.  Və qiyamətə kimi, qatillərin günahını ona yoldaş etdi.  Bilin ki, siz Allahla düşmənçiliyi aşkar etmək və möminlərlə müharibə etmək üçün (ev-eşik¬lə¬ri¬niz¬dən) xaric olmaqla zülmkarlıqda çox cəhd göstərdiniz və yer üzündə fitnə-fəsad törətdiniz!  Buna görə də təəssübdən doğan təkəbbür və cahiliyyət öyünmələrində Allahdan qorxun, Allahdan qorxun! Çünki təkəbbür düş¬mənçilik amili və şeytanın üfürmə meydanlarıdır ki, həmin üfürmələrlə keçmiş ümmətləri və ötən nəsilləri (Nuh, Ad və Səmud tayfalarını və Firon və Nəmrud kimilərini) aldadıb  və nəticədə onun nadanlıq zülmətlərinə və azğınlıq tələlərinə doğru tələsiblər. Belə ki, onun sövq etməsi müqabilində ram və sürük¬ləməsi qarşısında (onun dalınca düşməkdə) sakit (təslim) idilər. Onlar, qəlblərin barəsində yeksan olduğu və keçmişlərin, bir-birinin ardınca güdazına getdikləri işə - ürəklərin səbəbindən (kin-küdurət və paxıllıqdan) sıxıldığı təkəbbür və lovğalığa tərəf tələsdilər.
    Xəbərdar olun! Qorxun və çəkinin o böyüklərinizə və başçılarınıza tabe olmaqdan ki, (xalq arasında qazandıqları) yüksək məqam və ad-sandan təkəbbürlülüyə düçar oldular, öz nəsəblərinə (vücuda gəldikləri ailələrinə) qədərindən artıq öyündülər, (öz gümanlarında) xoşagəlməz və çirkin olan şeyi Rəbblərinə nisbət verdilər , Allahın qəzavü-qədəri ilə müharibə etmək və nemətləri ilə vuruşmaqla Onun onlara etdiyi yaxşılıqları inkar etdilər.  Buna görə də onlar təəssübkeşlik təməlinin dirəkləri, fitnə və çaxnaşma dayağının sütunları və cahiliyyət fəxr və öyünmələrinin qılınclarıdırlar.  Buna görə də Allahdan qorxun və sizə verdiyi nemətlərinə (təkəbbür və məğrurluqla) nankor və sizə etdiyi yaxşılıqlarına görə paxıl olmayın. Yaxşı və başçı sandığınız pis və alçaqlara tabe olmayın. Çünki onlar sizin tutqun lilli sularını öz duru və təmiz suyunuz ilə bir yerdə içdiyiniz, xəstəliklərini öz sağlamlıqlarınız ilə qatışdırdığınız və batil və əyriliklərini öz haqq və düzlü¬yünüzə daxil etdiyiniz kimsələrdir Halbuki onlar fisqin (Allahın itaətindən çıxmağın) əsası, günah və (Allah, Peyğəmbər və İmamla) müxalifətin yavər və ayrılmaz yoldaşıdırlar. Şeytan onları azğınlıq daşıyan dəvələr, vasitələri ilə xalqa hökmranlıq etdiyi qoşun və xalqın dilində danışan dilmanc edib ki, sizin ağıllarınızı oğurlasın (yalan sözlərlə sizi Allahın zikrindən və axirəti yada salmaqdan qafil edərək saxlasın), gözlərinizə daxil olsun (dünya həyatı və günahları sizin nəzərinizdə gözəlləşdirsin və nəticədə Allahın nişanələrinə nəzər salmaqdan qalasınız), qulaqlarınıza üfürsün (sizə o qədər puç və çirkin sözlər öyrətsin ki, Allahın və Peyğəmbərin sözlərinə qulaq asmayasınız). Beləliklə, (ağıllarınızı oğurlamaq, gözlərinizə daxil olmaq, qulaqlarınıza üfürməkdən əldə etdiyi nəticə budur ki,) sizi özünün (həlak və məhvetmə) oxunun nişangahı, (zillət və xarlıq) ayaqaltısı və əl tutacaq yeri edir. Buna görə də (indi ki, şeytanın təkəbbürlü insanların vasitəsi ilə sizi azdırmasını başa düşdünüz, onlara tabe olmayın və təkəbbür və məğrurluğu öz şüarınız etməyin və) Allahın cəzalandırmasından və Onun (nəmrudçular, fironçular və başqaları kimi) sizdən qabaqkı təkəbbürlülərə gəlib çatmış əzablarından ibrət alın, üzlərinin torpağa atıldığı və böyürlərinin düşdüyü yerlərdən (qəbirlərdən) öyüd götürün (qarşısından pərdələr asılan üzlərin torpağa qoyulmasına və sincab yataqlara qoyulan böyürlərin quru yerə sərilməsinə nəzər salın) və zəmanənin çətin hadisələrindən Allaha pənah apardığınız kimi, təkəbbür və məğrurluq yaradan şeylərdən də Ona pənah aparın. (Hətta təkəbbür yaradan amillərdən Allaha pənah aparmaq zəmanənin hadisələrindən Ona pənah aparmaqdan daha mühümdür. Çünki təkəbbür axirət əzab və ağrılarına, zəmanənin hadisələri isə dünya işlərində əzab-əziyyətə səbəb olur və axirət ağrı-acıları daha mühümdür. Ona görə ki, onlardan nicat tapılması qeyri-mümkündür.)
    Əgər Allah, bəndələrindən kiməsə təkəbbürlülük və öyünmək icazəsi versəydi (bu işi kiməsə rəva bilsəydi), bu icazəni Öz peyğəmbərlərinə və dostlarına verərdi. Lakin (heç kəsi istisna etmədən) onları təkəbbürlülük və öyünməkdən çəkindirərək onların təvazökarlıq etmələrini bəyənib. Beləliklə, onlar (da Allahın təvazökarlıq barəsindəki əmr və göstərişinə tabe olaraq itaətkarlıq və təvazökarlığın çoxluğundan) üzlərini yerə qoyub sifətlərini torpağa sürtdülər və öz (xidmət və meh¬ri¬bançılıq) qanadlarını möminlər və Allaha ibadət edənlər üçün aşağı saldılar (lovğalanaraq öyünmədilər). Peyğəmbərlər və Allahın dostları zəif sayılan (insanlar və dünyatələblərin, öz nəzərlərində zəif və aciz sandıqları) bir dəstə idilər ki, Allah onları aclıqla sınamışdı, çətinliklərə düçar etmişdi, qorxu yerləri ilə imtahana çəkmişdi və çirkinliklərdən təmizləyərək paklaşdırmışdı. Buna görə də (peyğəmbərlər və Allahın dostları, dünyanı bu minvalla keçirdikləri üçün) varlılıq və yoxsulluğun sınaq və imtahan yerlərini bilmədiyiniz üçün Allahın razılıq və qəzəbinin (meyarının) var-dövlət və övlad sahibi olmaq olmasını güman etməyin (ki, var-dövlətə və övlada sahib olmaq Onun razılığının, olmamaq isə qəzəbinin nişanəsi deyil). Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 55-56-cı ayələrində) buyurur: «أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ» «Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Belə deyil) bəlkə şüurları yoxdur və anlamırlar (ki, onları mal və övladla sınayırıq və günah və itaətsizliklərini nə qədər artırıb onun nəticəsində əzaba düçar olmalarını yoxlamaq üçün onlara möhlət veririk)». Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. (Bu məsələyə şahid kimi Musa ilə Fironun əhvalatını gətirmək olar.) Musa ibn İmran onunla birgə olan qardaşı Harunla (onların hər ikisinə Allahın salamı olsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə (Allahın birliyini və Musanın peyğəmbərliyini təsdiq etsə), padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon (öz tərəfdarlarına) dedi: Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! (Onları məzəmmət edərək camaata dedi: Əgər bu iki nəfər Allah tərəfindən gəliblərsə,) bəs nə üçün qollarından qızıl bilərziklər asılma¬yıb?  (Xülasə, Firon bu söz¬ləri dedi,) çünki qızılı və onu top¬la¬mağı böyük bilərək (Musa ilə Harunun əynində gördüyü) yunu və onu geyinməyi xar sandı.
    Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah peyğəmbərlərini göndərəndə onlara qızıl xəzinələri, xalis qızıl mədənləri və hər cür ağac əkilmiş bağlar vermək, eləcə də göyün quşlarını və yerin canlılarını onlara qoşmaq istəsəydi, edərdi bunu. Əgər belə etsəydi, onda sınaq mənasını itirər, əvəz vermək düz olmaz və xəbərlərə (səmadan gələn xəbərlərə və ilahi tapşırıqlara) lüzum olmazdı.  Həmçinin onda (belə bir peyğəmbərin dəvətini) qəbul edənlərə sınanmışların savabı düşməzdi,  (həmin peyğəmbərə) iman gətirənlər yaxşı əməl sahiblərinin savabına layiq olmazdılar (çünki onların imanları əlacsızlıqdan olub) və adlar mənalarla uyğun gəlməzdi. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz peyğəmbərlərini qəlb və gözləri ehtiyacsızlıqla dolduran qaneçiliklə (aza razı olmaqla) və göz və qulaqları əzab-əziyyətlə dolduran yoxsulluq və kasıblıqla, iradə və qərarlarında güclü, gözlərin (zahiri) vəziyyətlərindən gördüyü şeydə isə zəif edib.(Alim öz elmi və yoxsul öz kasıblığı ilə şeytanın hiylələrindən olan bu çirkinliklərdən qurtula bilmir. Onda nadan və varlı necə xatircəm ola bilər? ) Əgər peyğəmbərlər heç kəsin onlara hakim olmaq niyyətinə düşə bilmədiyi qüvvəyə, zülmə məruz qalmamaları həddə ağalığa və insanların boylanacaqları səltənət və padşahlığa malik olsaydılar və (onların dəbdəbələrini görmək üçün) dəvələrin palanlarının düyünləri bağlansaydı (camaat dün¬ya¬nın hər tərəfindən səfər edib onların yanına köçsəydi), bu, insanlar üçün ibrət götürmələrində (tabe olmalarında) daha asan olardı və onlar öyünmək və təkəbbürlülükdən daha uzaq olardılar (heç vaxt heç bir kəs onlarla müxalifət etməzdi). İnsanlar onlara hakim olan qorxu və ya onları meylli edən rəğbət və istəyə görə iman gətirərdilər. Onda (belə olan surətdə) niyyətlər saf olmazdı və yaxşılıqlar (ibadətlər) bö¬lün¬müş (bir hissəsi dünya, bir hissəsi isə axirət üçün) olardı. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah belə istəyib ki, peyğəmbərlərə tabe olmaq, kitabları təsdiq etmək, Onun zatı müqabilində əyilmək, əmrinə təslim olmaq və itaət və bəndəliyinə boyun qoymaq ancaq Ona görə olan işlər olsunlar və onlara özlərindən başqa heç bir eyb (istək, qorxu, riya, özünü göstərmək və sairə) qarışmasın. (Bu, imtahan və sınağın böyüklüyünə görədir. Odur ki,) imtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çoxdur.
    Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin (Allahın salam və salavatı olsun ona) zamanından bu dünyanın son nəfərinə kimi, nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən (müqəddəs Kə’bənin tikildiyi) daşlarla sınadığını görmür¬sü¬nüz?! Beləliklə, həmin daşları Özünün «Beytul-haram»ı (müşriklərin ora daxil olmalarını, eləcə də ona sığınmış kəsi oradan çıxarmağı haram buyurduğu möhtərəm evi) etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir (onların toplaşdıqları və həm dünya, həm də axirət xeyirlərinə olan bir məkandır). Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. (Həmin evi) nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və (su, ot və münasib havası olmadığı üçün) nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında (yerləşdirdi). Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, «Beytul-haram» onların səfərlərinin xeyirvermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. (Həccin vacibi əməllərini yerinə yetirmək nəticəsində qazandıqları axirət xeyrindən əlavə, oranın onlar üçün dünya mənfəəti də vardır.) Könüllərin meyvələri abadlıqdan uzaq otsuz-susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin (əhatəyə alması nəticəsində yerin digər hissələrindən) ayrı düşmüş adalarından həmin evə düşər (səfalı insanlar orada toplaşaraq bir-birlərindən mənəvi mənfəətlər əldə edərlər). (Onlar uzaq yerlərdən səfər edərək çox çətinliklə ora çatarlar) və nəhayət, («sə’y» əməli və təvafda) tam itaətkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər, evin kənarında «təhlil» (la ilahə illəllah) deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pıtlaşıq və üzü toz-torpağa bulaşmış halda «hərvələ» edərlər (tələsik yeriyərlər). Paltarlarını arxaya atıblar (həmişə geyindikləri paltarı əyinlərindən çıxarıb «ehram» paltarı geyiniblər). Saçlarını qırxmamaları və onların çoxal¬ma¬ları nəticəsində öz yaradılışlarının gözəlliklərini (məh¬bus¬lar kimi) çirkinləşdiriblər. Allah onları («Beytul-haram»ın zi¬yarətində bu əməllərlə) imtahan edib. Elə bir böyük, çətin, aş¬kar və kamil imtahan ki, onu Öz rəhmətinin əldə edil¬mə¬si və Cənnətinə çatmaq amili edib. Əgər eyb və nöq¬san sifətlərdən pak və uzaq olan Allah Özünün hörmətli evi¬ni və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağac¬lı, meyvələri əlçatan və binaları bir-birinə birləşmiş yum¬şaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızıyanaq buğ¬da və yaşıl çəmənliklər arasında, gül-çiçəkli ot dolu yer¬lərdə, təravətli zəmilərdə və abad yollarda yer¬ləşdir¬mək istəsəydi, onda mükafatın miqdarını imtahanın az¬lı¬ğı¬na uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı ya¬qut¬dan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina kö¬nüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və tə¬laşını qəlblərdən silər və xalqdan tərəddüd iztirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah, təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canla¬ra yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sı¬na¬yır, onlardan növbənöv çalışqanlıqlarla bəndəlik et¬mə¬lərini istəyir və onları təbiətən xoşlanılmayan şeylərlə im¬tahan edir ki, həmin imtahanı Öz lütf və fəzlinə açıl¬mış qapı və əfv və bağışlamasının asan vasitələri etsin.
    Odur ki, dünyada fitnə-fəsad törətmək (onun cəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur (və onları məhv edir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır. Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi yerin) yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini (arpa, buğda, xurma və kişmişi) və ondan başqasını (dəvə, inək, qoyun, qızıl və gümüşü) yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyün¬mələri və özünü yekə tutmaqları necə xar etmək və (dünya bədbəxtliyi və axirət əzabına səbəb olan) aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. (İmam əleyhis-salam burada Kufə əhlini fitnə-fəsad və zülmə səbəb olan yersiz təəssübkeşlik və məğrurluğa görə məzəmmət edərək buyurur:)
    Mən (insanların hallarına) nəzər saldım. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, (heç olmasa) nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə və ya səfeh və qanmazların ağıl və fikirləri ilə uyğun gələn dəlilə əsaslanmamış olsun. Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlülük edirsiniz (bir-birinizə öyünürsünüz) ki, (heç zahirdə, nadan və ağılsızların yanında da) ona bir səbəb və dəlil tapılmır. Şeytan (oddan olan) əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi və onu xilqət və yaradılışında məzəmmət edərək dedi: Mən oddanam, sən isə palçıqdansan. (Buna görə də nadanın gözündə təəssübkeşliyə dəlil ola bilən səbəbdən təəssübkeşlik və məğrurluq etdi.) Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri kef və ləzzətlərdən bəhrələnən varlıları nemətlər (var-dövlət, övladlar və əl altında olanların onları böyük saymaları) səbəbindən təəssübkeşlik və təkəbbürlülük etdilər. Beləliklə,  dedi¬lər: «Bizim mal-dövlətimiz və övladımız (sizinkindən) da¬ha çoxdur və bizə əzab da verilməyəcəkdir.» Buna görə də əgər təəssübkeşlik və təkəbbürlülükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nə¬cib sifətlər, bəyənilən işlər və gözəl şeylər - ərəb sülalələri və qəbilə başçılarından olan böyüklərin və igidlərin rəğ¬bət göstərilən xislətlər, böyük ağıllar, yüksək məqamlar və xoşagələn sifətlər vasitəsi ilə onda bir-birlərini üstə¬lə¬mə¬yə çalışdıqları sifət, iş və şeylər - üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-peymana vəfa et¬mək, yaxşılara tabe olmaq, təkəbbürlülərə qarşı çıxmaq, yaxşılığı (yaxşı işi) götürmək, zülmdən əl çəkmək, qan tökməyi (onun günahını) böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.
    Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin (hansı işin nəticəsinin nə olmasına nəzər salın). Onlar kimi olmaqdan çəkinin (ki, pis əməl və çirkin danışıqlara görə siz də əzab və çətinliyə düçar olarsınız). Onların iki (yaxşı və pis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirli və yaxşı yola qədəm qoyun və) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına və nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi - parçalanmadan (nifaq və ikiüzlülükdən) çəkinmələri, meh¬ribanlıqları (vəhdət və birlikləri) və bir-birlərini mehribanlığa (həmrəylik və yekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini-seçin. Həmçinin (şər və pis yola ayaq basmayın və) qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birlərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqkı möminlərin (Bəni-İsraildən və digər tayfalardan olan imanlıların) vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məgər onlar digər insanlardan daha ağır vəziyyətdə (cəfa içərisində), başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi?! Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar (oğullarının başını kəsir, qızlarını saxlayırdılar) və acılığı onlara qurtum-qurtum içirdirdilər (əzab-əziyyətin ən son həddinə düçar etmişdilər onları. Onların bir dəstəsi fironların nökərləri, digər bir dəstəsi isə əkinçiləri idilər. Əlindən heç bir iş gəlməyəndən isə bac alırdılar). Buna görə də onlar həmişə həlakolma xarlığı və hökm (fironların hökmü) altında və istismar vəziyyətində idilər. (Fironların əmrlərindən) boyun qaçırmaq üçün çarə və (onların zülmlərindən) müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların Onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və Ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi və onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərə¬fin¬¬¬dən onlara arzusunda olduqlarından da çox izzət və bö¬¬yüklük bağışlanıldı.  Beləliklə, cəmiyyətləri bir yerə top¬¬laşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yar¬dım¬çı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məgər yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?! Sonra onların işlərinin (kef çəkmələrinin) axırında (aralarında) parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə (çətinliklərə) nəzər salın. Allah (həmin çirkin əməllərinə görə, Buxtunəsr və digər zalımlar vasitəsi ilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.
    Həmçinin (Zəbih) İsmayılın övladlarının, (İbrahim Xəlilin oğlu) İshaqın oğullarının və İsrail övladının (Yaqub ibn İshaqın) əleyhimus-salam-başlarına gələnlərdən ibrət gö¬tü¬rün ki, sərgüzəştlər (hər bir əsrin insanlarının sərgüzəştləri) necə də bir-birinə uyğun və əhvalatlar (bir-birinə) necə də yaxındır! (Yəni, sizin vəziyyətinizlə keçmişlərin vəziyyətləri bir-birinə oxşayır. Buna görə də yaxşı olar ki, onların əhvalatlarından ibrət götürəsiniz.) Onların Kəsralar (əcəm şahları) və Qeysərlər (Rum şahları) onlara ağalıq edib hakim olan gecələrdəki (zamanlardakı) sərgüzəştləri, parçalanma və bir-birlərin¬dən ayrılmalarının necəliyi barədə fikrə dalın və dü¬şü¬nün. Onları əkin yerlərindən (abadlıqlardan), İraq çayla¬rın¬dan (Dəclə-Fəratdan) və dünyanın yaşıllıqlarından yov¬şan bitən, bərk küləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. (Onları otsuz-susuz və abadlıqdan uzaq olan çöllüklərə göndərdilər.) Beləliklə, onları yoxsul, kasıb və yaraya və dəvə tükünə yoldaş halda tərk etdilər (dəvə otaran etdilər). Onlar ev və məskən baxımından tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər (yaşadıqları yerlərin nə suyu var idi, nə də otu). Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar (bu bədbəxtlik və çətinlikdən nicat tapmaları üçün onları bir dinə dəvət edərək bir iş ətrafına toplayacaq bir kimsə yox idi), nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar (etimad edərək rahatlanmaları üçün bir başçı və rəhbərləri yox idi). Beləliklə, nigaran vəziyyət, ixtilaflı əllər (bir-biri ilə yoldaşlıq etmədən) və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa basdırmaq, bütlərə sitayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər.
    Sonra da, Allahın, onlara peyğəmbər (peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədi-səlləllahu əleyhi və alih-) göndərdiyi, onları onun şəri¬ə¬tinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları topla¬ya¬raq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemət¬lərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi, onlar üçün rifah və bolluq çaylarını necə rəvan etdi və şəriət (o Həzrətin şəriəti) onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, (xoşbəxtlik, möhtərəmlik və asayişin son yüksək həddini onlara tədarük gördüyü üçün) onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın (müqəddəs İslam dininin) kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı (dünya və axirət səadəti üz tutdu onlara). Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin (şəhərlərin) şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmrlər verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı!! (İslam dini onlara elə bir güc və qüdrət verdi ki, dünyanın işlərinin idarəçiləri və aləmdə olanlara hakim oldular və heç kəs onlara hakim ola bilmirdi.)
    Bilin ki, siz (yaranmışların ən xeyirlisi olan Həzrət Peyğəmbərin şəriətinə iman gətirmək nəticəsində izzət və şərəf tapdıqdan sonra) əllərinizi itaət və tabeçilik kəndirindən çəkdiniz (Allahdan və Peyğəmbərdən üz çevirərək uzaqlaşdınız), Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri (İslamdan qabaqkı dövrün adətləri) ilə uçuq yaratdınız (öz imam və rəhbərinizə itaət etmədiniz və onun nəticəsində öz dünya və axirətinizi bərbad etdiniz). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu üm¬mətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağ¬lan¬tı¬sında qiymətini, yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə (ülfətə səbəb olan din ilə) haqq qoyub (zəhmətə qatlaşmadan nemət ve¬rib). Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiy¬mət¬dən artıq və hər bir böyüklükdən böyükdür. (Ona görə ki, ülfət və birliklə dünya və axirət səadəti və xoşbəxtliyi əldə edilir.) Bilin ki, siz hicrətdən sonra (nadanlıq və azğınlıqdan bilik və hidayətə nail oldunuz və sonra bir daha təəssübkeşlik, məğrurluq, bir-birinizlə dü¬ş¬mən¬çilik və fitnə və çaxnaşma yaratmaq səbəbindən) bədəvi ərəb (na¬danlıq və azğınlıq çölçüləri) oldunuz. Həmçinin dostluq¬dan (bir yerə toplaşdıqdan) sonra (bir-birinə müxalif və düşmən olan) dəstələrə parçalandınız. İslamla, onun adın¬dan baş¬qa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun ni¬şanəsindən başqa bir şey tanımırsınız!! (Ancaq dildə kəl¬meyi şə¬ha¬dət¬ləri deyirsiniz. Amma İslamın hökmlərindən bir şey öyrənməmisiniz və həmçinin imanın həqiqətini dərk etməmisiniz.) Deyirsiniz ki: «Oda gedərik, amma xarlığa razı olmarıq»?! («النّارَ وَ لاَ الْعارَ» «Oda gedərik, amma xarlığa razı olmarıq» məsəlini zillət və xarlığa boyun əyməyən kəslər deyirlər. Bu məsəl haqq barəsində deyilsə, çox gözəldir. Amma əgər batil və nahaq barəsində deyilsə, səhvdir. Əgər Kufə əhlinin məqsədi o Həzrət olmuş olsa və ya onlarla Şam əhlinin məqsədləri ümumi müraciət olmuş olsa, bu, fitnə, qalmaqal və İslamın göstərişlərinə ziddir. Buna görə də İmam əleyhis-salam onları məzəmmət edərək sözlərini davam edir:) Sanki siz İslamın hörmət pərdəsini yırtmaq və peymanını sındırmaqla (hökm və şərtlərinə əməl etməməklə) onu başıaşağı və tərsinə çevirmək (məhv etmək) istəyirsiniz (necə ki, kafir, münafiq və düşmənlər onu məhv etmək niyyətindədirlər). Elə bir peymanı ki, Allah, onu yer üzündə (düşmən¬lərin hücum edə¬rək sizə hakim olmalarının qarşısında) sizin üçün sığınacaq və yaratdıqları arasında (onların iztirab və nigarançılıqlarını aradan qaldırmaq üçün) əmin-amanlıq və rahatlıq (vasitəsi) edib (ki, bəşəriyyət hər hansı bir işdə çarəsiz qalanda və əli bütün yollardan üzüləndə İslamın peymanına, yəni, onun hökm və göstəriş¬lərinə üz tutub tabe olsun). Əgər siz (belə bir dinə malik olmağınıza baxmayaraq,) İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət və qohum-əqrabalarınızın çoxluğuna arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız), kafirlər sizin¬lə vuruşa¬caq¬lar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olma¬ya¬caq ki, sizə kömək etsin (necə ki, Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - zamanında edirdilər). Allah aranızda (qələ¬bə¬nin hansınıza nəsib olması barəsində) hökm çıxarana kimi (heç bir kö¬mək olmadan) ancaq qılınc ilə vuruşacaqsınız. Allahın (keçmiş üm¬mətlərə olan) əzabı, (qəlbləri) sıxan və ağrıdan bəla və çə¬tin¬lik¬ləri, (qəzəb) dövranlar(ı) və (çarəsi olmayan) hadisələri ba¬rə¬sin¬dəki məsəl və sərgüzəştləri əliniz altındadır. (Allah Qur’ani-Kərim¬də Nuh, Ad, Səmud və digər tayfaların sərgüzəştlərini bəyan edib.) Buna görə də Allahın məsuliyyətə alacağı¬na nadan olma¬ğı¬nız, bərkə çəkməsini yüngül saymağınız və əza¬bı¬na düçar olmamağınız səbəbindən Onun əzabını(n gəlib çat¬ma¬sı¬nı) uzaq sanmayın.  Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Al¬lah, keçmiş ümmətləri onların «əmr be mə’ruf və nəhy əz mun¬kər»i tərk etmələrindən ayrı bir səbəbdən Öz rəhmindən uzaq¬laşdırmayıb. (Onlar bir-birlərinə yaxşı işlər görməyi əmr etmir, nalayiq əməllərdən çəkindirmirdilər.) Odur ki, Allah ağılsız və qanmazları günah etdiklərinə, ağıllıları isə pisliklərdən çəkindirmədiklərinə görə lə’nətləyib (Öz rəhmindən uzaqlaş¬dıra¬raq ağır əzaba düçar edib).
    Bilin ki, siz İslamın bağını qırdınız (təəssübkeşlik və məğ¬rur¬luq ilə ülfət və dostluğa göz yumaraq bir-birinizlə düşmənçilik etdiniz), onun hüdud¬la¬rı¬nı tərk etdiniz (müəyyənləşdirdiyi vəzifələ¬rə əməl et¬mə¬diniz) və hökm¬lərini (xüsusilə hökmlərinin ən bö¬yük və mühümü olan «əmr be mə’ruf və nəhy əz münkər»i) aradan qaldır¬dınız. (Amma mən ki, sizin itaət etməyiniz vacib olan imam və rəhbərinizəm və Həzrət Pey¬ğəm¬bə¬rə - səlləllahu əleyhi və alih-ən yaxın adam olmuşam, məmur edildiyim şey əsa¬sında davranıram. Buna görə də) bilin ki, Allah mənə zülm¬kar¬lar, əhdini sın¬dı¬ranlar və yer üzündə fitnə-fə¬sad tö¬rə¬dən¬lər¬lə vuruşma¬ğı əmr edib. Odur ki, əhdini po¬zan¬lar¬la (Cəməl əh¬li olan Təl¬hə, Zübeyr və onların tərəfdarları ilə) vuruşdum (və onları diz çökdürdüm), haqdan əl götürənlərlə (Şam əhli ilə) cihad edə¬rək döyüşdüm və dindən xaric olanlara (Nəhrəvan Xəvaricinə) qə¬¬zəb edərək onları xar və zəlil etdim. Rədhə şeytanına  gəl¬dikdə isə: (vuruşmaq və öldürmək əvəzinə) onun barəsində nəticəsində ürəyinin döyüntüsünü və sinəsinin titrəməsini eşitdiyim qorxunc bir nə’rə ilə kifayətləndim. Əgər Allah izn versə (istəsə və mən sağ qalsam), ikinci dəfə zalımlardan (Əmr ibn Asın hiylə və kələyi ilə Qur’anları nizələrin başına sancıb Siffeyn müharibəsini dayandıran Müaviyə və onun ətrafındakılarından) yerdə qalanlara tərəf gedəndə, şəhərlərin kənarlarına dağılanlar istisna olmaqla, dövləti və qüdrəti on¬lardan alacağam (və hamısını məhv edəcəyəm). (O Həzrət burada öz şücaət, qəhrəmanlıq, məqam, dərəcə və böyüklüyünü xatırladaraq buyurur:)
    Mən uşaqlıqda ərəbin kürəyini yerə vurmuşam (İslamın ilkin çağlarında onların böyüklərini öldürmüşəm) və Rəbiə və Muzərin (bu qəbilələrin) yeni yetişmiş budaqlarını (igidlərini) sındır¬mışam. Siz mə¬nim Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında ya¬xın qohumluq (əmioğluluq və kürəkənlik), yüksək məqam və xüsusi eh¬tiram səbəbindən olan qədir-qiymət və dərəcəmi bilirsiniz (ki, mən o Həzrətin yanında belə böyük bir hörmət və məqama malik idim və məni xilafətə təyin etmişdi). O məni uşaqlıqdan öz yanında böyüdüb. O mə¬ni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sür¬tər, öz xoş ətrini mənə iylədər, (ata öz övladına etdiyi kimi) ağzıma çey¬nən¬miş yemək qoyardı. O mənim sö¬zümdə yalan, əmə¬limdə səhv və xəta tapmadı. Pey¬ğəm¬bər (səlləllahu əleyhi və alih) süd¬dən ayrılandan sonra Allah mələklərinin ən böyüyünü o Həzrətə yoldaş etdi ki, gecə-gündüz onu nəciblik yollarına və dün¬ya¬nın gözəl xislətlərinə doğru yönəltsin.  Mən dəvə balası anasının da¬lına düşüb getdiyi kimi onun arxasınca gedirdim.(Həmin gün Həzrət Peyğəmbər, Xədicə və məndən başqa bir müsəlman yox idi. Bu cümlə tam aşkar şəkildə İmam əleyhis-salamın o Həzrətə ilk iman gətirən və İslamı qəbul edən kişi olmasına dəlalət edir. Bu kəlamın bənzəri, o Həzrətin yüz otuz birinci kəlamdakı buyuruğudur ki: «اللّهُمَّ إنِّى أوَّلُ مَنْ أنابَ وَ سَمِعَ وَ أجابَ لَمْ يَسْبِقْنِى إلّا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَ الِهِ بِالصَّلاةِ » Allahım, mən haqqa çatan,onu eşidən və qəbul edən ilk kimsəyəm; namaz qılmaqda Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) başqa heç kəs məndən qabağa düşməyib. ) O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (biruzə verir) və mə¬nə ona yiyələnməyi əmr edirdi. (Peyğəm¬bərliyə təyin edilməmişdən qabaq) hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət və bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşardı. Həmin müd¬dətdə mən onu görərdim və onu məndən qeyrisi gör¬məzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və (o Həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim.(Bu vəhy nazil olduqdan sonra insanların azğınlıq və zəlalətdən çıxıb ona tabe olmayacaqlarını bildiyi üçün naümid olub nalə və fəryad qoparır. ) Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. (Vəhy nazil olan zaman o Həzrətlə birgə idim və heç bir tərəddüd olmadan nazil olanlara iman gətirirdim.) O Həzrətə (səlləllahu əleyhi və alih) vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim: Ey Allahın Peyğəmbəri, bu nə səsdir? Buyurdu: Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapılıb(Məqsəd Bədr adlandırılan quyudur ki, Məkkə ilə Mədinənin arasında yerləşir və Mədinəyə daha yaxındır. Bədr müharibəsində öldürüldükdən sonra quyuya atılanlar içərisində Rəbiənin iki oğlu Utbə və Şeybə, Üməyyə ibn Əbd Şəms, Əbu Cəhl və Vəlid ibn Muğeyrə də var idi. )sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən (hər şeydə mənimlə bərabərsən), sən yalnız peyğəmbər deyilsən, lakin vəzirsən; sən xeyir və yaxşılıqdasan. (Sən bütün zahiri və mənəvi kamilliklər toplususan və elə bir yoldasan ki, dünya və axirət xeyri və yaxşılığı ondadır.)
    Qüreyşin böyüklərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına gələndə mən onunla bir yerdə idim. Onlar dedilər: Ey Məhəmməd! Sən elə böyük bir iş (nübuv¬vət və peyğəmbərlik) iddia edirsən ki, nə sənin ataların və nə də sənin nəs¬lindən bir nəfər onu iddia etməyib. İndi biz səndən bir iş gör¬mə¬yini istəyəcəyik. Əgər bizim üçün onu yerinə yetirsən və onu bi¬zə göstərsən, biləcəyik ki, (Allah tərəfindən göndərilmiş) pey¬ğəm¬bər və elçisən. Amma əgər yerinə yetirməsən, biləcəyik ki, cadugər və yalançısan. Peyğəmbər - səlləllahu əleyhi və alih - buyurdu: Nə istəyirsiniz? Dedilər: Bu ağacı çağır, kötükləri ilə (yerdən) çı¬xıb (gəlib) qarşında dayansın. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Allah hər şeyə qadirdir. Əgər sizin bu istəyinizi rə¬va etsə, iman gətirib haqqa şəhadət verəcəksiniz? Dedilər: Bə¬li. Buyurdu: Mən istədiyinizi sizə göstərəcəyəm. Amma bilirəm ki, xeyir və yaxşılığa (bütün dünya və axirət xeyirlərini özündə toplamış İslama) bağlanmayacaqsınız. Sizin aranızda eləsi var ki, (öz kafirliyində qalıb Bədr müharibəsində öldürüləcək və) quyuya atılacaq.(Xəndək fitnəsində müsəlmanlarla vuruşacaq kimsə var. Ordan-burdan qoşun toplayaraq Mədinəni mühasirə edənlər arasında Əbu Süfyan, Əmr ibn Əbduvəd, Səfvan ibn Üməyyə, Əkrəmə ibn Əbu Cəhl və Səhl ibn Əmr də var idi. Xəndək Mədinənin qala divarı ətrafında həmin müharibə üçün qazılmış bir çuxur idi. ) Həmçi¬nin (sizin aranızda) qoşunları toplayacaq kimsə var.(Mədinənin dəniz tərəfdən kənarındakı yer adıdır. ) Bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ey ağac, əgər sənin Allaha və qiyamət gününə imanın varsa və mənim Allahın peyğəmbəri olmağımı bilirsənsə, öz köklərinlə yerindən çıx və Allahın əmri ilə mənim qarşımda dayan. O Həzrəti haqq (düz və doğru) olaraq göndərən Allaha and olsun ki, ağac kökü ilə yerdən çıxdı və quşların qanadlarının səsinə bənzər ağır səslə gəlib qanad çalan quş kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) əlləri arasında dayandı və özünün böyük budağını Allahın Peyğmbərinin (səlləllahu əleyhi və alih) başına, budaqlarının bəzilərini isə mənim çiynimə atdı. Mən o Həzrətin (səlləllahu əleyhi və alih) sağ tərəfində dayanmışdım. Həmin dəstə onu görəndən sonra təkəbbürlülük və məğrurluq üzündən dedi: De ki, onun yarısı sənin yanına gəlsin, digər yarısı isə öz yerində qalsın. Beləliklə, Peyğəmbər ağaca həmin istəyin gerçəkləşməsi əmrini verdi. Sonra onun yarısı heyrət¬lən¬di¬rici gəliş və gurultulu səslə o Həzrətə tərəf üz tutdu (o Həzrətin əm¬rini birincidən daha sürətli şəkildə yerinə yetirdi) və az qalmışdı ki, Al¬la¬hın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) sarılsın. Onlar yenə na¬şükürlük və ədavət üzündən dedilər: Əmr et bu yarı hissə qayı¬dıb əvvəl olduğu kimi öz yarısına birləşsin. Sonra Pey¬ğəmbər - səlləllahu əleyhi və alih - əmr etdi və ağac qayıtdı. Mən dedim: İbadətə Allahdan başqası layiq deyil. Ey Allahın Peyğəmbəri! Mən sənə ilk iman gətirən və həmçinin ağacın Allahın əmr və istəyi ilə yerinə ye¬tir¬di¬yi¬ni, sənin peyğəmbərliyini təsdiq etmək və əmrinə eh¬ti¬ram üçün etdiyini etiraf edən ilk kimsəyəm. Sonra həmin dəstədəkilərin hamısı dedi: Çox yalançı cadugərdir! Bu, onun çox çevik olduğu heyrətləndirici bir cadu¬dur! (Çünki fik¬rə dalıb düşünmədən istədiyini etdi. Həmçinin dedilər:) Səni işin¬də bu şəxs¬dən başqası təsdiqləyir? Onlar məni nəzərdə tutur¬du¬lar. Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir tə¬nə vu¬ra¬nın tənəsi mane olmur. Onların üzləri doğ¬ru¬çu¬la¬rın üzləri, söz¬ləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abad¬laşdıran, gün¬düz isə nişanə və bələdçidirlər (gecə oyaq qala¬raq axirətlərini abad¬laş¬dı¬rırlar. Gündüz də xalqı haqq yola isti¬qa¬mət¬lən¬di¬rirlər). Özlərini Qur’an ipin¬dən (onun azğınlıq və bədbəxtçilikdən ni¬cat tapmağa səbəb olan elm və maarifinə) asarlar və Allahın yol¬la¬rını və Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. (Dinin nişa¬nələrini yayaraq onun hökmlərinə əməl edərlər.) Təkəbbür gös¬tər¬məz, məğrurluq, haqsızlıq və pozğun¬çuluq etməzlər. Qəlb¬ləri Cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri Cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə və bəndəliklə məşğuldur).
    235- ci xütbə
    İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa buyur¬duğu kəlamlarındandır. Abdullah, Osman (zülmkarlıqlarına, müsəlmanların beytülmalını dağıtdığına və gördüyü çirkin işlərə görə) mühasirədə olan zaman (müsəlmanlar onu xilafət məqamından uzaqlaşdırmaq istəyirdilər və o, öldürülmək qorxusundan çölə çıxmağa cürət etmədiyi üçün) ondan o Həzrətə bir məktub gətirdi. Osman həmin məktubda o Həzrətdən, xalqın onu xilafətə namizəd kimi irəli sürmələri hay-küyünün yatması üçün Yənbudakı(Çünki Osmanı mühasirəyə alanlar uca səslə xilafəti Əmirəl-mömininə nisbət verirdilər. Osman belə güman edirdi ki, onun mühasirəyə alınmasına xalqı o Həzrət təhrik edir. Buna görə də o Həzrətin Mədinədən xaric olmasını istədi ki, bəlkə camaat da onun evinin ətrafından dağılışaraq o Həzrətlə gedər və o, evdən çıxıb bir çarə qıla bilər. ) malikanəsinə getməsini istəmişdi.(Bundan qabaq bir dəfə də o Həzrətin Yənbuya getməsini istəmişdi. Həzrət gedəndən sonra, onun Mədinəyə qayıdaraq ona kömək etməsini istəmişdi. İndi bir daha Yənbuya getməsini istəyirdi. )Halbuki həmin istəyin bənzərini bundan qabaq da etmişdi.(Harada o Həzrətdən bir nişanə əldə etsəydim, ora gedib onu axtarırdım ki, nəhayət, Mədinəyə cənub tərəfdən yaxın olan Quba adlı yerdə onun hüzuruna çatdım. Birlikdə Mədinəyə Əbu Əyyub Xalid ibn Yezid Ənsarinin evinə getdik.) Buna görə də İmam əleyhis-salam buyurdu:
    Ey Abbasın oğlu! Osman məni böyük vedrə ilə su daşıyan dəvə kimi etməkdən, (həmin dəvə kimi) gedib-gəl¬mə¬yim¬dən başqa bir şey istəmir. (Bundan qabaq yanıma adam) göndərdi ki, (Mədinədən) çıxım. Ondan sonra (yenə adam) göndərdi ki, (ona kömək etmək üçün Yənbudan Mədinəyə) gəlim. İndi də (səni) göndərir ki, çıxım. Allaha and olsun, (kömək edərək) onu elə müdafiə etdim ki, (onunla bir yerdə olmaqda çox çalışmağımın nəticəsində) günahkar olmağımdan qorxdum. (Çünki o, gördüyü nalayiq işlərə görə müdafiə edilməyə layiq deyildi.)
    236- ci xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır ki, onda özünün Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Məkkədən Mədinəyə) hicrətindən sonrakı vəziyyətinin necəliyini və o Həzrətə birləşməsini açıqlayıb:
    (Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edən zaman mənə əmr etdi ki, hərəkət edəcəyi axşam onun yatağında yatım. Onun səhərisi gün müşriklər Peyğəmbərin getdiyini və yataqda yatan şəxsin mən olduğumu bildilər. O Həzrətin hicrətindən üç gün sonra piyada onun arxasınca yola düşdüm.) Beləliklə, Allahın Peyğəməbərinin (səlləllahu əleyhi və alih) getdiyi yolu tutdum. Hər addımı onun fikri ilə atırdım (və hər mənzildə onu soraq edirdim) ki, nəhayət, Ərəcə (Məkkə ilə Mədinə arasında yer adıdır) çatdım.(Metaforanın mənası insanın bir kəlməni aşkar şəkildə dəlalət etmədiyi bir məna üçün istifadə etməsidir. Necə ki, İmam əleyhis-salam burada buyurur: «Hər addımı onun fikri ilə atırdım». Bu cümlə hər yerdə o Həzrətin sorağında olmaq, onun arxasınca getmək və ayağını bir addım belə kənara qoymamaq barəsində metaforadır. ) (Seyyid Rəzi deyir:) Bu cümlə (o Həzrətdən nəql edilmiş) uzun bir kəlamdandır. (Seyyid Rəzi daha sonra belə deyir:)
    O Həzrət əleyhis-salamın «فَأَطَأُ ذِكْرَهُ» «hər addımı onun fikri ilə atırdım» cümləsi ixtisar və fəsahətin son həddinə çatıb. (Həmin sözdən) məqsəd budur ki, mən (Məkkədən) çıxandan Ərəcə çatana kimi o Həzrəti (səlləllahu əleyhi və alih) soraqlaşırdım. Odur ki, bu kəlamı belə bir heyrət¬ləndirici metafora üçün gətirib.(Xülasə, onlar nadan və yaxşı əməllərdən uzaq insanlardırlar. Onlar xilafətin öz aralarında olmasına və dinin, xalqın və ölkənin işlərinə dəxalət edərək başçı olmağa layiq deyildirlər.)
    237- ci xütbə
    İmam Əli əleyhis-salamın (insanın nə qədər ki, sağdır, ibadət və bəndəliyi əldən çıxarmamasının zəruriliyi barəsindəki) xütbələrindəndir.
    (Allaha həmd və Həzrət Peyğəmbərə və onun Əhli-Beytinə salamdan sonra, bilin ki, dünya həmişə qalmayacaq. Buna görə də) nə qədər ki, həyat genişliyindəsiniz (sağsınız), dəftərlər (əməl dəftərləri gözəl söz və əməllərin yazılması üçün) açıqdır (bağlanmayıb), tövbə və (pisliklərdən) qayıdış sərilib (qəbul edilir), üz döndərən (günahkar çirkin əməldən əl götürüb tövbə etməyə) çağırılır, pis əməl sahibinə (çirkin əməlinin yerini yaxşı əməllərlə doldurmaq üçün) ümidvarlıq verilir, əməl çırağı sönməyib fürsət əldən çıxandan, vaxt sona çatandan, tövbə qapısı bağlanandan, mələklər göyə qalxandan (qələmlər əməl dəftərinə yaxşı və ya pis bir şey yazmaqdan saxlanılandan) qabaq (bacardığınız qədər Allah və Peyğəmbərin göstərişlərinə uyğun) iş görün. Buna görə də gərək insan (ölüm - yəni, heç bir iş görmək imkanı olmayan zaman gəlib çatmamışdan qabaq) özündən özü, həyatdan ölüm, yoxluqdan varlıq və ötəridən daimi üçün nəticə əldə etsin (dünyada özünü işə vadar etsin ki, onun nəticəsi axirətdə dərdinə dəysin). Ölüm çatana kimi fürsət və işin görülməsinə qədər möhlət verilmiş halda Allahdan qorxan (və əməldə çalışan) kəs, o şəxsdir ki, nəfsini noxtalayıb və onun cilovu öz ixtiyarındadır və beləliklə, nəfsin noxtası ilə özünü Allahın qadağan etdiklərindən saxlayıb və onun cilovu ilə özünü Allaha itaət və tabeçiliyə tərəf çəkir.
    238- ci xütbə
    İmam Əli əleyhis-salamın «Həkəmeyn» (Əmr ibn As və Əbu Musa Əş’əri) barəsindəki və Şam əhalisinin məzəmmətindəki xütbə¬lərindəndir.
    Şamlılar daşürəkli və tüfeyli insanlar və alçaq kölələrdir (nökərlərdir) ki, ordan-burdan toplaşıblar və müxtəlif qarı¬şıqlardan yığılıblar. (Hər biri bir yerdən gəlib bir-birinə birləşmiş dəstədirlər və əsil-nəcabətləri məlum deyil.) Onlar (İslamın hökmləri) öyrədilməyə, (gözəl xislətlərlə) tərbiyə edilməyə, (xeyir və şər) təlim edilməyə, təcrübələndirilməyə, rəhbərlik edilməyə və (uşaqlar kimi) əllərindən tutulmağa layiq kimsələrdəndir (ki, özbaşına bir iş görməsinlər).(Adı Abdullah ibn Qeys olan Əbu Musa Əş’əri qanmazlıq və nadanlıq, eləcə də İmam əleyhis-salamla düşmənçilik səbəbindən həmin işi gördü. Onun İmam əleyhis-salamla düşmənçiliyinin səbəbi isə, o Həzrətin Əş’ərini Osmanın zamanında işlədiyi Kufənin valisi vəzifəsindən azad etməsi idi. ) Onlar nə (Məkkədən Mədinəyə hicrət edərək Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gələn) Mühacirlər və (İslamı qəbul edərək o Həzrətə kömək edən Mədinə əhli olan) Ənsardan, nə də Mədinədə yerləri olan (və hicrətdən qabaq İslamı qəbul edən) və imanda möhkəm olan kəslərdən idilər.
    Bilin ki, Şam əhalisi özləri üçün sevdikləri şeyə (İraq əhlinə qalib gələ bilmələrinə) ən yaxın olanı (Əmr ibn Ası) seçdilər. Siz isə insanların sevmədiyiniz şeyə (Şam əhlinin sizə qalib gəlmələrinə) ən yaxınını (Əbu Musa Əş’ərini) seçdiniz.(Çünki nəfsi istəkləri əsasında danışır və buna görə də haqqı şəkk-şübhə güman edir. Belə bir şəxsi nəinki hakim təyin etmək, heç ona etimad etmək olmaz. ) Sizin Abdullah ibn Qeys ilə qarşılaşmağınız dünən idi (çox yaxındır. Mən Bəsrəyə, Cəməl müharibəsinə gedəndə eşitdiniz) ki, deyirdi: «(Ey Kufə əhli, İmama kömək etməyin, çünki) bu qarşıdurma və müharibə fitnədir (ki, ondan uzaq olmaq lazımdır). Odur ki, oxlarınızın yayının kirişini işə salmayın və qılınclarınızı qınına qoyun». Əgər düz deyirdisə, məcbur edil¬mədən (bizim yanımıza) gəlməkdə (və Siffeyn müharibəsində İraq qoşununda hazır olaraq bizə kömək etməkdə) səhv edib. (Çünki öz əqidəsinə zidd davranıb və belə bir şəxsin hökm çıxarmaq səlahiyyəti yoxdur.) Əgər yalan deyirdisə, onda ona töhmət vurmaq olar.(Bütün dövrlərdə bir çox insanlar müxtəlif elmləri əldə edir, məclis və yığıncaqlarda kamal nümayiş etdirərək özlərini başqalarından üstün və onlara başçı hesab edirlər. Amma onların əməlləri sözləri ilə bir deyil. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah hamını qəflət yuxusundan oyatsın və elminə əməl etməkdə müvəffəq etsin.) Odur ki, Əmr ibn Asın sinəsində olanları Abdullah ibn Abbasın vasitəsi ilə məhv və dəf edin (Abdullah ibn Abbası öz nümayəndəniz edin ki, hiyləgər Əmr ilə o bacara bilər), zamanın fürsətini əldən çıxarmayın və İslamın uzaq şəhərlərini (fitnəkarların və zalımların onlara hakim olmasından) qoruyun.
    Məgər şəhərlərinizə nəzər salmırsınız ki, (sizi məhv edərək var-dövlətinizi qarət etmək üçün) onlarda müharibə aparırlar? Məgər özünüzün möhkəm daş parçalarınızı (qüdrət və gücünüzü) görmürsünüz ki, ona ox vururlar? (Sizin zəiflik və acizliyə düçar olmağınızı və nəticədə məğlub olub təslim olmağınızı istədiklərini görmürsünüz?!)
    239- cu xütbə
    İmam Əli əleyhis-salamın Məhəmməd Əhli-Beyti əleyhimus-salamı (onların fəzilətlərini) bəyan etdiyi xütbə¬lə¬rindəndir.
    Məhəmməd əhli-beyti (pak imamlar-salavatullah əleyhim əcməin) elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir və vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm və hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər (ondan üz döndərməzlər) və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır. 
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-03)
    Views: 780 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024