İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 2

    Nəhcül-bəlağə 2
    175- ci xütbə
    İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi və Qurani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub).
    Allahın (Qurani-Kərimdəki dünya və axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda və mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar «biz bilmirdik, bizə nə üçün əzab verirsən?»deyə bilməyəcəklər) və (bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb.(Çünki öyüd-nəsihətlərdən məqsəd xalqı haqqa sövq etmək və onları səadət və xoşbəxtlik yoluna istiqamətləndirməkdir və Qur’an bu hədəfə çatmaq istiqamətində hərtərəflidir. Bunun özü Allah-təalanın müsəlmanlara ən böyük lütflərindəndir. )Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) və pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qurani-Kərimdə və Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı ki: «Cənnət çətinliklərə (narahatçılıq və əziyyətlərə dözmək, itaətdə səbrli olmaq və günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə (və günah və itaətsizliklərə) bürünüb.» Bilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir və Allaha itaətsizlik olan hər bir şey meyl və istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə də Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək və arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir və o, həmişə istək və arzuları nəticəsində itaətsizliyə meyllidir. Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca və ondan yerinə yetirdiyindən (ibadət və bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz və səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola və onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş və önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər və onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya və onun malına qətiyyən bağlılıqları olmadı). Bilin ki, bu Quran (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Quranla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qurandan (onu öyrənəndən, mənalarında düşünəndən və hökmlərinə əməl edəndən) sonra (öz dünya və axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qurandan (onunla tanış olandan) qabaq (öz xeyir və ziyan yolunu müxtəlif elm və kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri və batini, ruhi və cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Quranda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qurana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qurana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Quran kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək və Ona yaxınlaşmaq üçün Quranı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Quran (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Quran qiyamət günü kimə şəfaət etsə (kimin söz və əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Quran qiyamət günü (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hüzurunda) kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış və şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki: «Bilin! Quran əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin və əkdiyi şeyin nəticəsinin əsiridir». Belə isə siz onun əkinçisi və arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz və əməldə düşüncələrə etimad etməyin) və nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).
    Yaxşı əməl, yaxşı əməl! (Allaha çox ibadət və bəndəlik edin və onun azı ilə kifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm və mətin olun, möhkəm və mətin olun! (Din işində möhkəm və mətanətli olun və ayağınızı doğru yoldan kənara qoyub hara gəldi üz tutmayın. Günahlar qarşısında) səbrli olun, səbrli olun (və nəfsi istəklərə tabe olmaqdan çəkinin)! Çəkinin, çəkinin (Allahın çəkindirdiklərindən uzaq olun)! Sizin üçün son və axır var, özünüzü ona (əbədi Cənnətə) çatdırın. Sizin üçün bayraq və əlamət (Həzrət Peyğəmbər və o Həzrətin haqq canişinləri) var. Buna görə də (gözəl son və nəticəyə çatmaq üçün) öz əlamətinizlə hidayət olunun və nicat tapın. İslamın fayda və mənfəəti (əbədi ağalıq və xoşbəxtliyi) var, onu əldə edin. Allaha üz tutun və sizə vacib etdiyi haqqını və (Quran və sünnədə) bəyan etdiyi hökmlərini yerinə yetirin. Mən qiyamət günü sizin üçün şahidlik edəcəyəm və (əzabdan qurtularaq nicat tapmağınız üçün) sizin tərəfinizdən dəlil-sübut gətirəcəyəm.
    Bilin! Bundan qabaq təqdir edilmiş şey (xəlifələrin xilafəti və onun o Həzrətə keçməsi) baş verdi. Həmçinin barəsində Allahın hökm və istəyi olan şey (fitnələr və qan tökülməsi bundan sonra) bir-birinin ardınca qarşıya çıxacaqdır. Mən (sizinlə) Allahın vədi və Onun dəlili (Qurani-Kərim) əsasında danışıram. Allah-təala (Fussilət surəsinin 30-cu ayəsində) buyurur:
    «إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَنْ لاّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ» «Rəbbimiz Allahdır-deyən (Onun Rəbb olmaqda təkliyini iqrar edən), sonra (həmin sözün üstündə) duran (Allahın əmrlərini yerinə yetirərək qadağan etdiklərindən uzaq olan) kəslərə (ölüm zamanı) mələklər nazil olacaq (və deyəcəklər) ki, (çətinliklərdən) qorxmayın və (əlinizdən çıxanlara) kədərlənməyin. (Dünyada) vəd olunduğunuz Cənnətlə gözünüz aydın olsun». Siz «Rəbbimiz Allahdır» demisiniz. Odur ki, (öz etirafınıza əsasən) Onun Kitabına, aydın yol olan hökm və göstərişinə və layiqli ibadət və bəndəlik yoluna əməl etməkdə sabitqədəm olun. Ondan xaric olmayın, onda bidət qoymayın və onunla müxalifət etməyin. Çünki ayaqlarını həmin yoldan kənara qoymuş kimsələr qiyamət günü Allahın rəhminə yol tapa bilməzlər. Buna görə də xasiyyətlərin dəyişməsindən və əvəz olunmasından çəkinin (doğruçuluq, yalançılıq, söz gəzdirmə və islahatçılıqda ikiüzlülükdən uzaq olun). Dilinizi bir edin (bir cür söz danışın). Kişi gərək öz dilini qorusun (yersiz danışmasın). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, pərhizkar bəndə dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu və bu kimi şeylərdən) saxlamayınca pərhizkarlığının ona bir xeyir verməsini görmürəm. (Pərhizkar əgər dilini saxlamasa, pərhizkarlığının heç bir xeyri olmaz. Çünki pərhizkar ancaq bütün günahlardan uzaq olub çəkinmək nəticəsində öz əməllərindən bəhrələnə bilər.) Doğrudan da möminin dili qəlbinin arxasındadır (sözü qəlbindən gəlir və etiqadına əsaslanır), münafiqin qəlbi isə dilinin arxasındadır (dediyinə etiqadı yoxdur). Çünki mömin bir söz demək istəyəndə fikrə dalar və düşünər. Əgər yaxşı və məsləhət olsa, onu deyər, pis və nalayiq olsa isə, gizlədər (onu deməkdən çəkinər). Münafiq isə dilinə gələni deyər və hansı sözün ona xeyirli və hansının ziyanlı olmasını bilməz. Həmçinin Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurub: «Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz». (Çünki dil qəlbin dilmancıdır və onun möhkəmlik və səbatı dildən asılıdır.) Buna görə də sizlərdən əli müsəlmanların qan və malından pak, dili isə onların abırlarını tökmək və şərəflərinə hörmətsizlikdən uzaq halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahla görüşməyə (Onun rəhminə layiq olmağa) qadir olan kəs gərək elə etsin. (İslamın şərtləri və imanın zərurətlərindən biri müsəlmanın digər bir müsəlmanın əlindən və dilindən əmin-amanlıqda olmasıdır.)
    Ey Allahın bəndələri! Bilin ki, mömin keçən il halal bildiyini bu il də halal bilir və keçən il haram hesab etdiyini bu il də haram hesab edir.(Onun barəsində düşünmək qəlbləri nadanlıq və azğınlıqdan cilalayar. Qur’anda elm və maarif çeşmələri olduğu üçün əgər digər elmlər də qəlbi cilalayarsa, onun səbəbi həmin elmlərin mənbə və mənşəyinin Qur’an olmasıdır. Deməli, Qur’an həqiqətən qəlbin cilavericisidir. ) İnsanların yaratdıqları (xəlifələrin əsasını qoyduqları) bidətlər (hökmlər) sizə haram olan şeyi halal etmir, bəlkə halal yalnız Allahın halal buyurduğu və haram ancaq Allahın haram etdiyidir.(O halda ki, o, həmin günahda israrlı olmasın. Çünki böyük günahlardan uzaq olmaq kiçik günahları örtərək nəzərə çarpdırmayan bağışlanma amilidir. ) Təcrübə və sınaq ilə işləri möhkəmləndirmisiniz (fikrinizi işə salmısınız və nəticədə sizin üçün yaxşı pisdən və haqq batildən ayrılıb). Özünüzdən qabaqkılarla öyüd-nəsihət verilmisiniz (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Qurani-Kərimdə yaxşı əməl sahiblərinin xoşbəxt, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarını buyurub). Sizə misallar çəkilib (Qurani-Kərimdə haqqın batildən seçilməsi üçün misallar çəkilib). (Düzlüyü hamıya bəlli olan) aydın işə (İslam dininə) tərəf dəvət olunmusunuz. Buna görə də (qəlbinin qulağı) kar olandan başqa heç kəs ona (münasibətdə) kar qalmaz (qulaqlarını tutmaz) və (qəlbinin gözü) kor olan kəsdən başqa heç kəs ona (münasibətdə) kor qalmaz (gözlərini yummaz). Allahın çətinliklərə düçar etmək və işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə və öyüddən bəhrələnməz (çünki bəlanın və hiss olunan işlərdə edilən sınağın təsiri öyüd-nəsihətin təsirindən daha çoxdur). Ona qarşısından (bir-birinin ardınca) nöqsan və ziyan dəyər və nəticədə (nadanlıq və azğınlığının artması nəticəsində) nalayiq və çirkini yaxşı, bəyənilən və yaxşını isə çirkin bilər. İnsanlar iki dəstədirlər: (Birincisi) şəriətə tabe olan (söz və əməli Quran və sünnə əsasında olan) kəs və (ikincisi) bidət yaradan ki, (pis işlərə əmr edən nəfsə və şeytana tabe olar və) əlində nə Allahdan aşkar bir dəlil olar, nə sünnədən (Həzrət Peyğəmbərin sünnəsindən) və nə də Qurani-Kərimdən. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (keçmiş peyğəmbərlərin davamçılarından) heç kəsə bu Quran kimi (onda olan öyüdlər kimi) öyüd verməyib.(Buradan məlum olur ki, Məhəmməd Əhli-beyti əleyhimus-salama zülm edənlər ağır məsuliyyətə alınacaq və şiddətli əzaba düçar olacaqlar.) O, Allahın (heç vaxt qırılmayan) möhkəm ipidir (və hər kim ondan yapışsa, dünyanın bədbəxtliyindən və axirət əzabından qurtular). O, Allahın (qədəm basana) xəyanət etməyən yoludur. Qəlbin baharı və elm və bilik çeşmələri ondadır. (Çünki ayələri oxumaq və onların mənalarında fikirləşərək düşünmək müxtəlif elm və mərifət çiçəklərini bitirir. Həmçinin onun ayələrinin hər biri elm və hikmət mənbəyidir ki, ruhların həyatı onlara bağlıdır.) Qəlbin ondan başqa cilası yoxdur.(Bu cümlə o Həzrətlə bey’ət etməkdə durub müşahidəçi mövqe tutanlar, eləcə də bey’ətlərini pozanlara işarədir.) (Quranı) yada salanların (və ona əməl edənlərin) getmələrinə və unutqanların və ya özlərini unutqanlığa vuranların qalmalarına baxmayaraq, (öyüdün sizə heç bir təsiri olmasa da hər halda mən deyirəm): Xeyir və yaxşılıq görəndə ona kömək edin (onu yerinə yetirin), şər və pislik görəndə isə ondan keçin (uzaqlaşın. Yəni, İmam əleyhis-salamın əmr və qadağalarına tabe olaraq onun müxaliflərindən və beyətlərini pozanlardan üz döndərin). Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurardı: «Ey Adəm övladı! Yaxşılıq et və pisliyi burax (tərk et). Belə edəndən sonra sən xoşrəftarlı və orta yol ilə gedənsən (haqq yolun ortasına qədəm qoymusan və heç vaxt azmazsan).
    Bilin ki, zülm üç qisimdir: Bağışlanmayan zülm, məsuliyyətə alınacaq zülm və məsuliyyətə alınmadan bağışlanmış zülm. Bağışlanmayan zülmə gəldikdə, o, Allaha şərik qoşmaqdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Nisa surəsinin 48-ci ayəsində) buyurur: «إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ » «Allah Ona şərik qoşanları bağışlamır». Bağışlanan zülmə gəldikdə, o, bəndənin bəzi kiçik günahlar etməklə özünə olan zülmüdür.(Xülasə, onlarla Qur’an əsasında davranmalarını şərt kəsdiyimiz və onlar öz nəfsi istəkləri üzündən hökm çıxardıqları üçün bizim onların çıxardıqları hökmü qəbul etməmək haqqımız var. )Məsuliyyətə alınan zülm isə bəndənin digər bəndəyə olan zülmüdür. Axirətdə olan qisas və əvəzçıxma çətin və ağırdır. Orada qisas bıçaq yarası və qamçı vurmaqla deyil, yara və qamçı onun yanında kiçik sayılan bir qisasdır.(Çünki hər hansı bir iş o şəxsi digər işdən saxlayır ki, onun elm və biliyində naqislik və ya güc və qüdrətində məhdudluq olsun.) Odur ki, Allahın dinində ikirəngli və ikiüzlü olmaqdan çəkinin.(Necə ki, Rə’d surəsinin 11-ci ayəsində buyurur: « إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ» «Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmir.» Həmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: «وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ» «Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm və arxayın idi və hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq və qorxu libası geydirərək onlara çətinlik və bəlanın dadını daddırdı və etdiklərinə görə onları hər cür çətinlik və aclığa düçar etdi». ) Çünki meyl və rəğbətiniz olmayan haqq barəsində bir yerə toplaşmaq (əl-ələ verərək bir olmaq) sevdiyiniz batilə görə parçalanmaqdan daha yaxşıdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah təfriqə və parçalanmaya görə keçmişlərdən və qalanlardan heç kəsə xeyir əta etməyib.
    Camaat! Xoş o adamın halına ki, öz nöqsan və eybləri onu xalqın nöqsanlarından saxlayır. Həmçinin xoş o adamın halına ki, evində oturar (fitnə-fəsad yaratmaz, əmr be məruf və nəhy əz münkər etmək, eləcə də pozğunluqların qarşısını almağa hazır olar), öz ruzisini yeyər (başqalarının malında gözü olmaz), Rəbbinə itaətlə məşğul olaraq öz günahına ağlayar (tövbə edərək qayıdar) və nəticədə başı öz işlərinə qarışar və xalq ondan (onun əlindən) rahat olar.
    176- cı xütbə
    İmam Əli əleyhis-salamın Əbu Musa Əşəri və Əmr ibn As barəsində (Nəhrəvan Xəvarici ilə) olan kəlamlarındandır.
    (Nəhrəvan Xəvarici İmam əleyhis-salama qarşı üsyankarlıq edib «nə üçün Allahın dini barəsində insanları hakim etdin və indi ki sənin əleyhinə hökm çıxarıblar, onların hökmlərini qəbul etmirsən?» deyib etiraz etdikdən sonra, o Həzrət onların cavabında buyurdu:) Sizin böyüklərinizin nəzəri iki kişini (Əbu Musa Əşəri və Əmr ibn Ası) seçmək oldu (ki, onlar haqq ilə batil arasında hökm çıxarsınlar) və biz onlardan Quran əsasında davranaraq ondan kənara çıxmamaları, dillərinin onunla olması və qəlblərinin ona tabe olması əhdini aldıq. (Onlarla əhd bağladıq ki, zahirdə özlərini Qurana tabe kimi göstərərək batində öz fikirləri əsasında davranıb hökm çıxarmasınlar.) Amma onların hər ikisi yollarını azıb Qurandan əl çəkərək haqqı tərk etdilər, halbuki onu görürdülər (bilirdilər ki, xilafətə məndən başqa heç kəsin ləyaqəti yoxdur). Meyl və istəkləri zülm və zülmkarlıq, adət və yolları əyrilik və yanlışlıq (azğınlığa qədəm basmaq) idi (və buna görə də haqqı bilə-bilə ona zidd hökm çıxardılar). Düzgün və haqq hökm çıxarmaq və Qurana əməl etmək barəsində bizim onlarla olan şərtimiz onların zülm və haqsızlığa əsaslanan düşüncə və hökmlərindən qabaqdır. Onlar haqq yoldan çıxıb şərtimizə zidd olaraq batil və nahaqqın xeyrinə hökm çıxaran zamandan bizim əlimizdə dəlil var.(İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə və mütləq şəkildə belə deyil. Çünki Allah bəzən də bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam və dərəcələrini yüksəltmək üçün neməti onlardan alır və rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: «وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ» «Biz sizi qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) və Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət və mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır». )
    177- ci xütbə
    İmam Əli əleyhis-salamın (xilafətinin əvvəlində eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın sifətləri, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) mədhi barəsindəki və eşidənlərə öyüd-nəsihət verdiyi) xütbələrindəndir.
    Allah-təalanı bir iş digər bir işdən saxlamır.(Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir və o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur və onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil. ) Zaman onu dəyişdirmir. (Çünki O, zamanın yaradanıdır, zamanı əhatə edib və vacibəl-vücud varlıqdır. Dəyişmək isə vücudu mümkün olan varlığın xüsusiyyətlərindəndir.) Heç bir yer və məkan Onu əhatə etməz. (Çünki haradasa yerləşmək və qərar tutmaq cisim və maddi varlıq olmağı tələb edir. O isə cisim deyil.) Heç bir dil Onu (Onun zatının mahiyyət və həqiqətini) vəsf edə bilməz. Su damcılarının sayı, göyün ulduzları, küləyin havaya səpələdiyi şey, qarışqanın sərt daşlar üzərində hərəkəti və zülmət və qaranlıq gecədə kiçik qarışqaların yataqları Ona gizli deyil. Yarpaqların düşdükləri yeri və gözaltı baxışları bilir. Bənzəri olmamış, varlığında şəkk-şübhə olmayan və din və yaratması inkaredilməz olan Allahdan başqa bir məbudun (ibadət olunanın) olmamasına şəhadət verirəm, niyyəti düz (səmimi qəlbdən), batini (riyakarlıq və özünü göstərməkdən) saf, yəqin və inamı (şəkk və tərəddüddən) pak və tərəziləri ağır (gözəl əməlləri çox) olan şəxsin şəhadəti kimi! Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Onun yaratdıqları arasından seçilib, hökmlərinin bəyan edilməsi üçün bəyənilib, qiymətli lütflərinə məxsus edilib və gözəl xəbər və tapşırıqlarının çatdırılması üçün seçilib. Onun vasitəsi ilə hidayət və nicat nişanələri aşkar olub və korluq və azğınlıq zülmətləri işıqlanıb.
    Camaat! Dünya onu istəyəni və ona arxalananı aldadır, onun vurğunu olan (və onu özü üçün istəyən) kimsəyə simiclik etmir (çirkinliklərə düçar edir) və ona qalib gələnə (malını əldə edənə) qələbə çalacaqdır (məhv edəcəkdir). And olsun Allaha ki, heç vaxt nemət bolluğu və həyatın şadlığında olan heç bir tayfanın firavanlıq və şadlığı etdikləri günahlardan başqa bir şey səbəbindən zavala uğramayıb.(Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi və digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ən’ənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm də onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə də başçılar o Həzrətdən elə də razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər. ) Çünki (əgər onlar nemət nankorluğu və günah etməklə yenə nemətə layiq olsaydılar, nemətin onlardan əsirgənməsi birindən layiq olduğu şeyi əsirgəmək olardı ki, bu da zülmdür. Allahın zülm etməsi isə qeyri-mümkündür, necə ki, Ənfal surəsinin 51-ci ayəsində buyurulur:) «أَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ» «Allah bəndələrə əsla zülm edən deyildir».(Mənim işlərimdə həmişə riyakarlıq və ikiüzlülük edirsiniz. Nə itaət edərək tabe olmaqda qədəminiz sabitdir, nə də müxalifət etməkdə birüzlü və yekdil! Kaş ki, bir yol ilə gedəydiniz və məni bu dərd və kədərin çəkişməsindən xilas edəydiniz. )Əgər insanlar çətinliklər onlara üz tutanda və nemətlər onlardan alınanda düzgün niyyət və vurğun qəlblərlə Rəbblərinə pənah aparsalar, O, əldən çıxanı onlara qaytarar və hər bir fəsadı onlar üçün islah edər, düzəldər. Mən sizin (xilafəti qəsb edərək Həzrət Pey¬ğəm¬bərin vəsiyyətinə uyğun davranmayan kəslərə tabe olmaq kimi nalayiq əməlləriniz nəticəsində cahiliyyət dövrünün insanları kimi) durğunluq və boşluğa düçar olmağınızdan (Peyğəmbərin dinindən uzaqlaşaraq zaman keçdikcə dindən əl götürüb nadanlıq və azğınlıq nəticəsində puç və yanlış düşüncələrə tabe olmağınızdan) qorxuram. Bir sıra işlər olub keçdi (xəlifələr haqları olmadan iş üstünə gəldilər) ki, siz onlara meyl göstərərək haqdan əl götürdünüz və mənim yanımda bəyənilməyən və xoşagəlməz insanlar idiniz. Əgər (Allahın Peyğəmbərinin - səlləllahu əleyhi və alih - zamanında) malik olduğunuz üsul və qayda (çirkinliklərdən sonra) sizə qayıtsa, xoşbəxtlərdən olacaqsınız. Mənim vəzifəm ancaq (işlərin düzəlməsi və öyüd-nəsihət vermək istiqamətində) səy və təlaş göstərməkdir. Əgər (sizin üç xəlifənin zamanındakı çirkin söz və əməllərinizi) demək istəsəydim, deyərdim. (Lakin onları əfv etmək və onlara göz yummaq məsləhətdir.) Allah olub keçənləri əfv etsin, bağışlasın.
    178- ci xütbə
    İmam Əli əleyhis-salamın Ziləb Yəməni ondan «ey Əmirəl-möminin, Rəbbini görmüsən?» soruşan zaman buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam buyurdu: Məgər görmədiyim şeyə ibadət edərəm?! (Halbuki ibadət məbudla danışmağı, eləcə də rəhmət, bağışlanma və təvazökarlıq istənilməsini tələb edir. Və bu cür işlər ibadət olunanın hüzurunda olmağı və onu görməyi tələb edir.) Buna görə də (sual verən şəxs elə zənn etdi ki, Rəbbi görməkdən məqsəd Onu göz ilə görməkdir. Odur ki) dedi: Onu necə görürsən? (Halbuki Onu görmək qeyri-mümkündür.) İmam əleyhis-salam buyurdu:
    Gözlər Onu aşkar dərk etməzlər, lakin qəlblər imanın həqiqətləri vasitəsi ilə (Onun vücudunu, təkliyini, hər şeyin sahib və idarə edəni olmasını və digər sifətlərini təsdiqləməklə) Onu dərk edərlər. Hər şeyə yaxındır (əhatə edib), amma yapışmayıb. Hər şeydən uzaqdır, amma ayrı deyil. (Çünki yapışmaqla olan yaxınlıq və ayrılıqla olan uzaqlıq cismin xüsusiyyətlərindəndir.) Danışır (söz yaradır, amma) təfəkkür və düşüncəsiz. (Çünki düşünmək nadanlığın, naçarlığın nəticələrindəndir və Allah ondan pak və uzaqdır.) İstəyəndir (yaradandır, amma) qərara gəlmədən və hazırlaşmadan.(Mən doğru yol göstərmək və ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə və yatan oyanmasa, mənim günahım deyil. ) Yaradandır (amma əl, ayaq və bu kimi), hər hansı bir üzvün rolu (köməyi) olmadan. (Çünki köməyə, möhtac varlığın ehtiyacı olur. O isə zatı zəngin və mütləq ehtiyacsızdır. Zahir və aşkar olmasının çoxluğu səbəbindən) gizliliklə vəsf edilməyən lətifdir. (Çünki bir şey Onu əhatə etməyib. Öz əli altında olanlara zülm edən zalımlar kimi) zülmkarlıqla vəsf edilməyən böyükdür. (Çünki mütləq ədalətlidir.) Elə bir görəndir ki, (hiss orqanlarından) heç bir hissə malik olmaqla vəsf edilməz. (Çünki hisslər mümkün varlığın sifətlərindəndir.) Mehribandır, (amma) ürəyiyananlıq və acıma ilə yox (fəzl və lütfü ilə)! Yaranmışlar Onun əzəmət və böyüklüyü qarşısında xar və təvazökardırlar (çünki onların hamısı Onun istək və iradəsi müqabilində ramdırlar) və qəlblər (Onun izzət və əzəməti qarşısında) Onun (əzabının) qorxusundan iztirablı və nigarandırlar.
    179- cu xütbə
    İmam Əli əleyhis-salamın öz səhabələrinin məzəmməti barəsindəki xütbələrindəndir.
    Vacib etdiyi işə, təqdir etdiyi əmələ və məni sizinlə (sizin nifaq və ikiüzlülüyünüzlə) sınadığına görə Allaha şükr edirəm, ey o dəstə ki, nə vaxt əmr etdimsə tabe olmadınız və çağırışımı qəbul etmədiniz. Əgər (düşmənlə müharibədə) sizə möhlət verilsə, boş sözlər danışmağa başlayırsınız (boşboğazlıq edib mənasız sözlər danışırsınız), əgər qarşıya döyüş çıxsa, zəiflik və süstlük göstərirsiniz (qorxudan gizlənirsiniz). (Həmçinin) İmamın yanında toplaşan insanlara (İmam əleyhis-salama tabe olanlara) tənə vuraraq onları məzəmmət edirsiniz. Əgər naçar şəkildə çətinliyə (müharibəyə) düçar olsanız, geriyə dönər, dal-dala qayıdarsınız. (Sizin sabitqədəm insanlar olmadığınıza və heç cür yola gəlməməyinizə baxmayaraq, mən lütf etmək və rəiyyətsevərlik səbəbindən deyirəm: Siz yox,) düşməniniz atasız (tərbiyəçisiz) qalsın! Kömək etmək (onu gecikdirmək) və haqqınız (onu almaq) üçün çalışaraq səy göstərmək barəsində (bunların heç biri istiqamətində addım atmamaqla) nəyi gözləyirsiniz? Ya ölümü, ya da xarlığı seçməlisiniz. (Bunlardan biri sizi tapmalıdır. Ya döyüş meydanında ölmək, ya da düşmən tərəfindən xar edilərək alçaldılmaq ki, ikincisi ölməkdən daha çətin və ağırdır.) Allaha and olsun, əgər əcəlim çatsa, əlbəttə, çatacaq da mənimlə sizin aranızda elə bir halda ayrılıq salacaq ki, sizinlə bir yerdə olmaqdan bezmişəm və tək qalmışam (sizin münafiqlik, ikiüzlülük və çirkin əməlləriniz nəticəsində dünyadan heç bir köməkçisi olmayan kimi gedəcəyəm). Əməllərinizin əvəzini Allah verəcək! Sizi (bir-birinizə kömək etmək üçün) bir yerə toplayacaq bir din və sizi (düşmənin qarşısını almağa) hazır edən bir qeyrət yoxdur? Məgər təəccüblü deyil ki, Müaviyə heç bir kömək etmədən və bəxşiş vermədən (ixtiyarlarında döyüş sursatı qoymadan və pul vermədən) alçaq və nanəcib zalımları çağırır və onlar ona tabe olurlar, amma mən İslam ümmətinin yadigarı və müsəlman xalqın yerdə qalanı olan sizləri, kömək etmək və hər birinizin payı miqdarında bəxşiş verməklə çağırıram, siz isə mənim ətrafımdan dağılışaraq müxalifət edirsiniz?!(Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.  ) Mənim əmr və fərmanımdan razı deyilsiniz və ondan şad olmursunuz və nə də qəzəb və inciklik ətrafında toplaşırsınız.(Xirrit ibn Raşidin və onun tərəfdarlarının Mə’qəl ibn Qeysin əli ilə öldürülməsi əhvalatı qırx dördüncü kəlamın şərhində deyildi. ) Mənim üçün mənimlə görüşməsini istədiyim ən sevimli şey ölümdür (ki, onunla sizin əlinizdən qurtulum. Çünki sizin qəm-qüssənizdən ölümdən başqa bir şeylə qurtulmaq mümkün deyil). Həqiqətən sizə Quranı (onun maarif və həqiqətlərini) öyrətdim, sizin aranızda dəlil-sübutla hökm çıxardım, sizi tanımadığınız şeylə tanış etdim və ağızlarınızdan çıxarıb atdığınız şeyi sizin üçün dadlı-tamlı etdim (nadanlıq üzündən pis sandığınız şeylərin yaxşılıqlarını sizə aşkar etdim). Kaş ki, kor görəydi və ya yatan oyanaydı!(Nauf İmam əleyhis-salamın xas və ən yaxın səhabələrindən olub. Yəmənin Sən’a şəhərinin qərb tərəfində Himyər adlı bir yer var və Bikal orada məskunlaşmış qəbilənin adıdır. )Başçıları Müaviyə və müəllimləri zinakar arvadın oğlu (Əmr ibn As) olan dəstə Allaha (Onun hökmlərinə) nadan olmağa nə qədər də çox yaxındır!(Lütf və kərəmi ilə bizim layiq olmayan şükrümüzü qəbul etsin. Onsuz da əslində bəndələrin Onun haqqını əda etmək və şükrünü yerinə yetirmək gücləri yoxdur. Çünki doğmaq, məhv olmaq və başqasını canişin etmək cismin xüsu¬siyyətlərindəndir.  )
    180- ci xütbə
    İmam Əli əleyhis-salamın kəlamlarındandır. O, səhabələrindən birini (Abdullah ibn Quəyni) göndərdi ki, (Siffeyn müharibəsində) Kufə qoşunundan olan və (Şam əhli ilə müharibədən sonra) Nəhrəvan Xəvaricinə birləşmək istəyən, amma o Həzrət əleyhis-salamdan qorxan dəstədən (Bəni Naciyənin başçısı Xirrit ibn Raşid və onun ətrafındakılardan) bir xəbər gətirsin. Həmin şəxs qayıdanda o Həzrət soruşdu: Onlar qorxmayıb öz yerlərində qalıblar, yoxsa qorxub köçüblər? Həmin şəxs dedi: Ya Əmirəl-möminin, köçüblər. İmam əleyhis-salam buyurdu:
    Onları görüm (Allahın rəhmindən) uzaq düşsünlər, necə ki, Səmud tayfası (itaətsizlik edərək Salehin dəvəsinin ayaqlarını kəsdi və bununla da Allahın rəhmətindən) uzaq düşdü (və məhv oldu)! Bil ki, nizələr onlara tərəf uzananda və qılınclar təpələrinə enəndə etdikləri işdən peşman olacaqlar. Bu gün şeytan onları (bizdən) ayırıb parçalamaq (və öz davamçısı etmək) istəyib. Sabah (qiyamətdə isə) onlarla əlaqəli olmasını inkar edərək onlardan uzaqlaşacaq. Buna görə də onlara (onların əzaba layiq olmaları üçün) hidayət və nicatdan (hidayət yolundan) xaric olmaları, azğınlıq və korluğa (azğınlıq və korluq dərəsinə) düşmələri, haqdan (ona tabe olmaqdan) üz döndərmələri və azğınlıqda (azğınlıq yolunda) tüğyan və itaətsizlik etmələri kifayətdir.(Çünki artmaq və azalmaq dəyişməyə səbəb olur və dəyişmək hadis olmağı tələb edir. Hadis olmaq isə mümkün varlığın xüsusiyyətlərindəndir. Xülasə, Onu yaranmışlar kimi vəsf edə bilmərik, çünki Onda cismin və sonradan əmələ gələn xassələrin heç birinin heç bir sifəti yoxdur. )
    Category: Nəhcül-bəlağə 2 | Added by: Islam_Kitabxanasi (2012-03-05)
    Views: 744 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024