İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    1-ci xütbə
    İmam Əlinin (əleyhis-salam) səmanın və yerin yaradılışının, Adəmin xilqətinin başlanğıcının xatırlandığı xütbələrindəndir.
    Bütün danışanların mədh etməkdə və öyməkdə aciz qaldığı Allaha həmd olsun!(Онун затына лајиг олан тәриф вә мәдһ етмәк ҝүҹүндә дејилләр. Буна ҝө¬рә дә Һәзрәти Сејјид-ул-мүрсәлин бујурмушдур: لا أُحْصِى ثَنَاءً عَلَيْكَ *** أَنْتَ كَمَا أَثْنَيْتَ عَلى نَفْسِكَ «Мән Сәни мәдһ етмәк гүдрәтиндә дејиләм. Ҝәрәк Сән Өзүн мүгәддәс затыны мәдһ едәсән». ) Onun nemət və bəxşişlərini saymaq istəyənlər, sayıb qurtara bilməzlər.(Һагг-тәаланын әта етдији немәтләр сајсыз-һесабсыздыр вә онларын сонуну тәсәввүр етмәк мүмкүн дејил. Гур’ани-Кәримин Ибраһим сурәсинин 34-ҹү ајәсиндә бујурулур: وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لا تُحْصُوها «Аллаһын немәтләрини сајмаг истәсәниз буна гүдрәтиниз чатмаз.» Елә исә Јараданын немәтләрини саја билмәјән кимсә, Онун һаггыны неҹә өдәјә вә Она неҹә шүкр едә биләр? ) Çalışanlar Onun nemətlərinin haqqını qaytara bilməzlər.(Белә исә, шүкүр етмәјин ән јүксәк дәрәҹәси бәндәнин Онун немәтләринин һаггыны өдәмәкдә аҹиз олдуғуну етираф етмәсидир. Мәһдудлашма вә еһтива олунма вүҹуду мүмкүн оланлара хасдыр. Вүҹуду ваҹиб олан Аллаһ-тәала бундан мүнәззәһдир. ) O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?) O, elə bir məbuddur ki, sifətlərini əhatə edə bilən hüdud yoxdur. (Onun heç bir sifəti zatına əlavə deyil ki, məhdud olsun.) Nə də Onun mövcud və sabit (Onda məhdudlaşan, özəlləşən və Onun bütün sifətlərini əhatə edən) sifəti vardır.(Онун барәсиндә «хејли вахт өнҹәдән мөвҹуд олдуғу» сөјләнилә билмәз. Чүнки О, заманын јарадыҹысыдыр вә заманын ичиндә олмаға еһтијаҹы јохдур ки, заман ону әһатә едә билсин. ) Onun üçün müəyyən edilmiş zaman da yoxdur.(Онунла тамамлансын. Јәни, Онун мүддәти јохдур, әзәли вә әбәди олан Одур. Заманы јохдур ки, сону вә мүддәти олсун. Белә ки, заман һәрәкәтин өлчүсүдүр. Һәрәкәт исә маддәнин хассәләриндәндир. О исә материјадан узагдыр. Демәли, Онун заман ичиндә олмасы гејри-мүмкүндүр. ) Nə də Onun üçün uzun müddət vardır.(Гур’ани-Кәримин Исра сурәсинин 51-ҹи ајәсиндә бујурулур: «فَسَيَقُولُونَ مَنْ يُّعِيدُنا قُلِ الَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ» Дејәрләр бизи өлүмдән сонра ким гајтарыб дирилдәҹәкдир? Еј Пејғәмбәр, онларын ҹавабында де ки, сизләри илк дәфә јарадан јенидән дирилдәҹәк. ) Məxluqatı Öz qüdrəti ilə yaratdı.(Гур’ани-Кәримин Ә’раф сурәсинин 57-ҹи ајәсиндә бујрулдуғу кими: َوهُوَ الَّذِى يُرْسِلُ الرِّياَحَ بُشْراً بَيْنَ يَدَىْ رَحْمَتِهِ «Рәһмәти олан јағышы јерә јағдырмаздан өнҹә күләкләри мүждә кими ҝөндәрән Одур. ) Küləkləri Öz mərhəmət və mehribanlığı ilə əsdirdi.(Сизин раһат јашаманыз үчүн тәрпәниб силкәләнмәсин. Гур’ани-Кәримин Нәһл сурәсинин 15-ҹи ајәсиндә бујурулдуғу кими: وَأَلْقَى فِي الْأَرْض رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ «Бөјүк Аллаһ јери, тәрпәниб сизи бир тәрәфдән башга тәрәфә атмамасы үчүн нәһәнҝ дағларла мөһкәмләндирди. ) Yerin hərəkətini, titrəyişlərini nəhəng daşlar və əzəmətli dağlarla möhkəmləndirdi.(Чүнки товһид ихласдан башга бир јолла камилләшә билмәз. Јәни, Аллаһы таныјанын һәр бир сөзү, һәр бир әмәли Она хатир олмалыдыр, һеч бир дүнјәви мәгсәдләрә гарышмамалыдыр. )
    Dinin əsası (Allaha sitayişin səbəbi) Onu tanımaqdır. (Bilinməlidir ki, varlıqları yaradan Odur.) Allahı tanımağın kamalı Onu təsdiqləyib Ona tərəf yönəlməkdir. Təsdiq etməyin kamalı tovhid və Onu tək bilməkdir. Tovhidin kamalı əməlləri Onun üçün xalis etməkdir.(Мәсәлән, «Һагг-тәаланын елми Онун затына артырылмыш, өзүндән хариҹ бир сифәтдир» дејилмәсин. Белә дүшүнҹә тәкаллаһлылыға вә товһидә зиддир. Бөлүнүб-парчалана билән һәр бир шеј исә тәркибдән тәшкил олунуб вә һәр тәркиб дә һиссәләрдән ибарәтдир.  ) İxlasın kamalı Onun zatına əlavə olunmuş sifətin təsəvvür edilməməsidir.(«Һарада дејил», «нәјин үстүндәдир» дејәрсә Ону материја вә тәркибдән ибарәт санмыш олар. Бундан исә белә чыхар ки, О сонрадан әмәлә ҝәлмиш, јени јаранмышдыр. ) Çünki hər bir sifət vəsf olunandan ayrı olduğunu göstərir. Hər vəsf olunan isə sifətdən ayrı olduğuna dəlalət edir. (Buna görə də) Allahı vəsf edən (Onun zatına əlavə olunmuş sifətlə vəsf edərsə) Onun üçün hər hansı bir bənzər və tay bilmiş, («vacib-ül-vücud» olmaqda başqa mövcudu Ona tay tutmuş olar). Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inanmış olar(Бу ҹүмләдә О Һәзрәт мүәјјән заманда јаранышы Һагг-тәаладан истисна едир. ) Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır. Onu tanımayan Ona doğru işarə edər. Ona işarə edən Onu məhdudlaşdıraraq çevrələyər. (Onun üçün hədd və nəhayət yaradar.) Onu məhdud hesab edən Onu sayar. (Onu özündən xaricdə say vahidinə çevirər.) «Nədədir?» sualını verən isə Onu nəyinsə daxilində yerləşdirər. (Onun üçün yer və məkan seçər.) «Nəyin üstündədir?» deyə soruşan bəzi yerləri Ondan boş hesab edər.(Онун варлығы затән сонрадан јарадылмыш дејил. Бу ҹүмләдә дә Онун затынын јохдан вар олмасы истисна олунур. )
    Allah-təala həmişə olmuşdur, sonradan əmələ gəlmiş və yeni yaranmış deyil.(Белә ки, һәр һансы бир шејдән кәнара чәкилсә, ондан бир шеј галмаз. Чүнки һәр шеји сахлајан Одур.) Yoxdan var olmayan bir varlıq və mövcuddur.(Чүнки һәрәкәт материјанын хассәсидир. О исә, материјадан узагдыр. ) Hər şeylə yanaşı olmadan onlarladır. (Beləliklə, O, hər bir şeylədir. Yəni, hər bir şey Onunla dirçəlib, mövcud olub.) Hər bir şeydən fərqlidir, amma onlardan kənar, ayrı deyil.(Чүнки һәр бир ишдә дүшүнмәк, олмамыш бир ишин баш тутмасы үчүндүр. Белә ки, һәр шеј зат мәгамында Аллаһ-тәала үчүн әзәли вә әбәди олараг сабитдир. ) İş görəndir, Ondan iş hasil olur, amma bu, nə haldan-hala keçmə, nə hərəkət(Чүнки тәҹрүбә сынаг васитәсилә елм әлдә етмәк истәјәнләрә аиддир, елми заты илә ејни олан Аллаһ-тәала үчүн дејил. ) və nə də alət mənasında deyil. (Əgər alət vasitəsilə iş görərsə, demək Onun Özündən başqasına ehtiyacı var. Ehtiyac isə nöqsandır. Vücudu vacib olanın nöqsanlı olması qeyri-mümkündür. Buna görə də zatən gözü olmadan) görəndir.
    Yaratdıqlarından heç biri olmayarkən də görən idi. Onunla üns tutmaq (aramlıq tapmaq üçün) və yoxluğundan dəhşətə gəlməmək üçün üns tutulan və aramlaşdıran (əminlik əldə olunacaq bir şey) olmadığı halda da tək və vahid idi. (İndi ki, Onu tanıdın, qısacası bil ki, Odur tam qüdrət sahibi olan Allah ki,) fikir və düşüncədən istifadə etmədən,(Онун јаратмасы һәрәкәтә әсасланмыр. Чүнки һәрәкәт дәјишиклик демәкдир. Дәјишиклик исә, имкан аләминин хассәләриндәндир) heç bir təcrübə və sınaqdan faydalanmadan,(Ҝөрдүјү ишин дүзҝүн олуб-олмамасы барәдә нараһатлыг кечирмәдән. Белә ки, изтираб вә нараһатлыг ишләрин сонуну билмәмәкдән ирәли ҝәлир. Наданлыг вә ҹәһаләт исә, заты илә елми ејни олана рәва дејил. )Özündə heç bir hərəkət yaratmadan(Белә ки, онларын арасында ајрылыг мүмкүн дејил; Шүҹаәт иҝид инсанын ајрылмаз хүсусијјәти, сәхавәт кәрамәтли инсанын ајрылмаз сифәти олдуғу кими бир сөзлә мәхлугаты јаратды,) və iztirablı, narahat nəfsin səyləri olmadan məxluqatı yaratdı.(Ики ганады илә баҹардығы гәдәр һавада уча билән гуш тәк, Илаһи маарифин сонсуз аләмләриндә сејр едә биләҹәк һәддә өз елм вә мәрифәтләринә гәрг олублар. ) Hər bir şeyi yoxdan və heçlikdən öz vaxtında varlığa çevirdi (məsləhət olan anda onlara varlıq libası geydirdi) və onların müxtəliflikləri arasında uyğunluq yaratdı və təbiətlərini sabitləşdirdi. (Hər bir tələbat və təbiəti öz istedadı qədərincə olan yerdə yerləşdirdi) və O, təbiətləri həmin əşyaların ayrılmaz hissəsinə çevirdi(О пәрдәнин архасына пејғәмбәрләр, онларын василәси вә Аллаһын хүсуси бәндәләриндән башга һеч кәсин елми јолу јохдур. ) halbuki onları yaratmamışdan öncə, onlardan agah idi. O, şeylərin hüdudlarını, ətrafını və sonlarını əhatə edirdi. O, əşya, onun hissə və kənarlarına bağlı olan şeylərlə də tanış idi (bütün məxluqatı ümumiliklərinə və xüsusiliklərinə qədər bilirdi).
    (Allah-təalanı tanıdıqdan və aləmlərin yaranma tərzi barədə ümumi anlayışın olduqdan) Sonra (deyilənlərin ardı olaraq, indi müfəssəl şəkildə bil ki, Allah-təala öz güc və qüdrətiylə) ucsuz-bucaqsız səmaları yardı, onun ətraf və kənarlarını açdı, fəzanın yuxarısında hava və boşluq yaratdı. Daha sonra isə arasıkəsilməyən təlatümlü dalğaları olan və çoxluqdan bir-birinin üzərinə sıx yığılan suyu axdırdı. O, suyu möhkəm uğultu ilə əsən şiddətli və bərk küləyin belinə yüklədi, sonra isə küləyə o suyu (bir-birindən ayrılıb qopmaması üçün hər tərəfdən) qaytarmağı və möhkəm saxlamağı əmr etdi, küləyi suyun sərhədlərində saxladı və o suyun məkanında yerləşdirdi. Hava geniş və açıq küləyin altında, axan su isə yuxarısında (hərəkətdə idi). Bu zaman başqa bir külək yaratdı və onun əhatəsini məhdud etdi (O, küləyi başqa bir şey üçün deyil, yalnız su dalğası üçün yaratdı). Onu daima suyu hərəkət etdirməsi üçün yaratdı, onu möhkəm əsdirdi, onun yaranma mənşəyini (əsmə yeri öyrənilə bilinməyən hissəsini) əlçatmaz etdi. Sonra isə ona bol olan suyu hərəkətə gətirib bir-birinə qarışdırmaq və dənizlərin dalğasını təlatümləndirib qaldırmaq əmri verdi (dənizin özündən olan suyun hər bir hissəsini dalğalandırmağı əmr etdi). Sonra külək də suyu nehrə kimi çalxalayıb qarışdırdı, külək boş və geniş ərazidə əsirmiş kimi şiddətlə ona (doğru) əsdi. (O suyu elə çalxaladı ki,) suyun əvvəlini axırına qaytardı və hərəkətsizini, böyük su kütləsini yuxarı qalxıb, bir-birinin üzərinə sıx yığılmış su hissəsini köpükləndirəcəyi həddə qədər hərəkətə gətirdi. Sonra Allah-təala o köpükləri boş və geniş yerdə, açıq fəzada yuxarı qaldırdı, yeddi səmanı (O köpüklərdən heç bir əyrilik olmadan yaratdı). O, səmaların altında axıb tökülməsin deyə dalğa yaratdı, onların üstündə isə saxlayıcı sütunları olmadan, onları nizamlayan mıx (və ya kəndir) olmadan qorunan tavan yaratdı. Bu zaman O, səmaları ulduzlar və nur ələyənlərin işığı ilə zinətləndirdi. Onda günəşin nursaçan çırağını və parlaq ayı, dövr edən üfüqdə, seyr edən tavanda və hərəkətli lövhədə yerləşdiyi halda (ulduzların, günəşin və ayın hər birini) hərəkətə gətirdi.
    Bu zaman isə səmaların arasını açdı, Özünün müxtəlif növ mələkləri ilə doldurdu (Onların birinci dəstəsi elə mələklərdilər ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edəndirlər. (Mələklərin heç bir növü maddi olmadığına görə) onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər.
    Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri uçün danışıq vasitəsi və tərcumanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə (üçüncü hissəsi) Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər. Onların başqa bir hissəsinin (mələklərin dördüncü dəstəsinin) ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər.(Чүнки мәләкләр елмли вә Аллаһы таныјандырлар. Аллаһы бир шәкилдә тәсәввүр едән, мәхлугатын сифәтләрини Она аид едән, Ону мәһдудлашдыран вә Она тәрәф ишарә едән надандыр; бундан әввәл Аллаһы таныма вә мәрифәт фәслиндә бәјан олундуғу кими. ) O mələklər və onlardan daha aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib.(Сүмүјүнүн ағлығы, ганынын гырмызылығы вә түкүнүн гаралығы кими, әзасынын һәр бир үзвү һикмәтә ујғун олараг бир рәнҝдә олду. ) (O mələklərin Allahı tanımağı və mərifəti elə bir səviyyədədir ki,) Allahı xəyallarında canlandırmaz, məxluqatın sifətlərini Ona aid etməzlər, Onu məkanla məhdudlaşdırmazlar, bənzər və misli olanlarla Ona işarə etməzlər.(Гур'ани-Кәримин Сад сурәсинин 71-ҹи вә 72-ҹи ајәләриндә бујурулдуғу кими: إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ «Сәнин Аллаһынын мәләкләрлә «Мән Адәми торпагдан хәлг едәҹәјәм, јарадыб руһ верилдикдә онун мүгабилиндә әјиләрәк сәҹдә гыларсыныз» дедији ҝүнү јада сал. Јәни, она тәзим един вә ја ону өз гибләнизә чевирин». )
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-12)
    Views: 1509 | Rating: 4.4/8
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024