İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 1

    Nəhcül-bəlağə 1
    50-ci xütbə
    İmam Əli əleyhis-salamın (fitnə-fəsadın səbəblərinin izahı haqqında) xütbələrindəndir.
    (Camaat arasında) fitnə-fəsadın mənşəyi nəfsi istəklərə tabe olmaqda və şəriətə zidd çıxarılmış hökmlərdədir. Allahın kitabı (Qurani-Kərim) belə istək və hökmlərin əleyhinə olmuşdur. (Eyni zamanda fitnə-fəsad vasitələrindən biri də budur ki,) camaatın bir hissəsi dinə zidd istək və hökmlərdə başqalarına yardım edir, onların ardınca gedir. (Haqla batili bir-birinə qatdıqlarına görə fitnə-fəsad yaranır.) Deməli, batil haqqa qarışmasaydı haqqın yolu onu istəyənlərə bağlanmazdı. Haqq batilin içində gizlənməsəydi, düşmənlər (heç vaxt) onun haqqında pis danışa bilməzdilər. Lakin bir hissə haqdan, bir hissə isə batildən qarışdığına görə şeytan öz dostlarına hakim kəsilir.(Әрәбләрин адәтинә ҝөрә, сусуз шәхсләр сәһрада аз мигдарда су тапсајдылар хырда чынгыллары бир габа јығар, үстүнә онун үзәрини өртәҹәк һәддә су төкәрдиләр. Сонра, онларын һәр бири сусузлуғуну јатырмаг үчүн лазым олан гәдәр һәмин судан ичәрди. Беләликлә дә, азаҹыг сују да өз араларында бөләрдүләр. Һәмин даш чынгыллара «мәглә» дејилир. )Allahın lütfünə şamil olan insanlar isə (şeytanın azğınlığından) xilas olurlar (haqqın batilə qarışmasından şübhəyə düşmürlər).
    51-ci xütbə
    Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır.
    Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq və sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik və rəzilliyi boynunuza alaraq şücaət və şərəfinizi əldən verməli (acizlik və gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın və nadanı döyüşə gətirib(Мәним сизә әмр етдијим Аллаһа ибадәтин саваб вә мүкафаты, онун истәјәркән јалварыб, зарыдығыныз ибадәтинә мүкафатындан вә дәрҝаһына јахынлыг васитәси кими әл атдығыныздан даһа артыгдыр. Мәним сизләри чәкиндирдијим ҝүнаһын ҹәзасы, онун бағышланмасы үчүн аһ-налә етдијиниз, јас тутдуғунуз ҝүнаһдан даһа ағырдыр. Хүласә, Аллаһа ибадәт вә бәндәлијин мүкафаты, Она итаәтсизлик вә ҝүнаһын ҹәзасы барәдә мәним билдијим, сизин гаврајышыныздан, идракынызын һүдудларындан кәнардыр. Демәли, әмр етдијимә чалышын вә чәкиндирдијимдән ҝөзүнүзү чәкин. ) və (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət və rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına və azğınlıqlarına görə ölümə hazırdırlar.)
    52-ci xütbə
    İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı və ona əhəmiyyət verməmək, camaatın axirətə təşviqi, savab, əməlin cəzası və Haqq-təalanın nemətlərinin böyüklüyü haqda) xütbələrindəndir.
    (Bu xütbə daha öncə bir rəvayətin əsasında nəql olunmuşdur. Burada iki rəvayət arasında olan fərqə görə, başqa bir rəvayətə əsasən nəql edirəm.)
    Agah olun, dünya faniliyə və məhvə doğru getməkdədir və (onda müşahidə olunan dəyişikliklərə görə) sonun yetişdiyini elan etmişdir. Onun (gənclik və sağlamlıq kimi) xoşluğu daimi qalmır və sürətlə (öz əhlindən) üz döndərir. Öz sakinlərini fənalığa və yoxluğa sürükləyir, qonşularını (qəbristanlığa tapşırmaq üçün) ölümə doğru qovur: (Cavanın qocalması və sağlamlığın xəstəliklə əvəz edilməsi kimi vasitələrlə) şirinliyi acıya çevrildi, saflığı qaraldı. (Onda hər an və sürətli dəyişikliklər baş verirsə, ondan faydalanmaq müvəqqətidirsə, dünyaya ürək bağlamaq lazım deyil.) Bu dünyadan (hər kəsin ömrü baxımından) kiçik müşkün dibində qalan az çöküntü tək çöküntüdən (bir neçə gün) və ya Məqlə qurtumu(Јағыларла вурушмаг Имама ваҹибдир, имканы вә гүдрәти олдуғу һалда вурушмаса ваҹиби тәрк етмиш олар вә бу да Имам үчүн Һәзрәти Мәһәммәдин әһкамыны инкар етмәк кимидир. )qədər bir qurtumdan (az bir vaxtdan) başqa bir şey qalmayıb. (Ömürlərindən az bir müddət qalan, dünyaya) təşnə həmin çöküntünü və ya Məqlə qurtumunu sorsa, (dünyaya ürək bağlayıb, axirətə göz yumsa) susuzluğu yatmaz (nəzərdə tutduğu faydanı götürə bilməz). Ey Allah bəndələri, (dünya sizinlə belə rəftar etdiyi halda) sakinlərinə zaval və yoxluq labüd olan bu saraydan köçməyə hazırlaşın. Arzu sizləri üstələməsin, orada yaşadığınız müddət nəzərinizdə uzun görünməsin (yersiz arzulara arxalanmayın və sizi qəflətən haqlayan ölümdən qafil olmayın). Allaha and olsun, əgər balası ölmüş dəvə kimi nalə çəksəniz, göyərçin kimi ötsəniz, dünyanı tərk edən rahib tək fəryad çəkərək zarısanız və Onun yanında məqam və mövqe baxımından yaxınlaşmaq üçün, yaxud yazılmış və Onun mələklərinin qeydə aldığı günahın bağışlanması üçün Allah yolunda malınızdan, övladlarınızdan keçsəniz, mənim, böyük Allah tərəfindən sizə veriləcəyinə ümidvar olduğum savabın müqabilində həqiqətən azdır. (Eyni zamanda) bunlar mənim sizlər üçün qorxduğum Onun əzabının müqabilində də azdır.(Чүнки Сиффејндә су Һәзрәтин әлинә кечдикдә, о, сују Шам әһалисинин үзүнә бағламады вә бир нечә ҝүнлүк мүһарибә дајанды. Буна ҝөрә дә дөјүшчүләрдән Бәзиси дедиләр: «Онун мүһарибә фәрманы вермәкдә дүшүнмәси, ола биләр ки, өлмәк вә өлдүрүлмәкдән горхдуғу үчүндүр». Башга бир һиссәси исә онун Шам әһалиси илә вурушмағын ваҹиблијинә шәкк вә шүбһәси олдуғу үчүн белә етдијини дедиләр. Һәзрәт онларын ҹавабында бунлары бујурмушдур.)Allaha and olsun! Əgər Haqq-təalaya şövqdən və ya onun qorxusundan ürəkləriniz közərsə, yaxud gözlərinizdən qan axsa və dünya durduqca bu minvalla yaşasanız belə, sizin əməlləriniz və cidd-cəhdli səyləriniz Allahın sizə əta etdiyi böyük nemətlərə, sizləri imana yönəltməsinə bərabər olmaz.
    Bu xütbənin bir hissəsi Qurban bayramı və qurbanlıq heyvanın xüsusiyyəti barədədir
    Qurbanlıq heyvanın şərtlərindən biri budur ki, qulağı bütöv (kəsilmiş və deşilmiş olmasın), gözü sağlam olsun. Qulağında və gözündə eybi olmasa, qurban doğru və səhihdir. Buynuzu sınmış olsa (qurbanlığa yaramır, ayağı sınmış qoyun kimidir ki,) qurban kəsilən yerə gedəndə axsayar. (Ayağı və buynuzu sınmış qoyunu qurban kəsmək düzgün deyil. Seyyid Rəzi buyurur:) Mənsək (ibadət yeri mənasını versə də,) burada qurban kəsilən yer mənasında işlənmişdir.
    53-cü xütbə
    İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) beyəti barədə olan kəlamlarındandır.
    (Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (beyət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların beyətlərini qəbul etdim, bun¬dan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı.(«Сүфрәни јығышдырын, јорулсам да дојмадым» дејәнә гәдәр һәр шеји јејир, анҹаг јенә дә дојмурду. Дејиләнә ҝөрә, онун гарынгулулуғу Һәзрәт Пејғәмбәрин ләнәтләмәсинә ҝөрә иди. Пејғәмбәр Һәзрәтләри бир нәфәри ону чағырмаг үчүн јанына ҝөндәрәндә Мүавијә јемәк јејирмиш. Һәмин шәхс гајыдараг онун јемәк једијини демишдир. Бир даһа һәмин адамы ҝөндәрәндә, Мүавијә јенә дә јемәк јејирмиш. Бу заман Һәзрәт бујурмушдур: اللَّهُمَّ لا تَشْبَعْ بَطْنَهُ Еј Аллаһ, онун гарныны дојдурма! ) (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.
    54-cü xütbə
    İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır:(Һеч вахт күфр вә ширк јолунда олмамышам. Башгалары кими кафир вә бүтпәрәст олуб, сонра Ислама ҝәлмәмишәм, әввәлҹәдән Исламы сечмишәм. )
    Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.
    Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.
    Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).
    Category: Nəhcül-bəlağə 1 | Added by: Islam_Kitabxanasi (2012-03-11)
    Views: 752 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024