İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    408 Moizə
    1837.Moizənin qəlbin həyatındakı rolu
    6582.İmam Əli (ə) (oğluna öyüd-nəsihət verərkən buyurmuşdur): «Qəlbini moizə ilə dirilt.»(Tuhəful-Uqul, səh.35 )
    6583.İmam Əli (ə): «Moizə ruh və canların sığalı, qəlblərin cilalayıcısıdır.»(Tuhəful-Uqul, səh.85 )
    6584.İmam Əli (ə): «Qəflət (pərdəsi) moizə ilə kənara çəkilir.»(Ğurərul-Hikəm, hədis 7059 )
    1838.Moizə və öyüdlərin növləri
    6585.Allahın Peyğəmbəri (s): «Ölüm öyüd götürmək üçün kifayətdir.»(Ğurərul-Hikəm, hədis 4032 )
    6586.İmam Əli (ə): «Ağıllı o adamdır ki, təcrübələr ona öyüd verir.»(Ğurərul-Hikəm, hədis 8938 )
    6587.İmam Əli (ə): «Ağıl sahibləri üçün onların təcrübələri yetərli öyüddür.»(Nəhcül-Bəlağə, hikmət 196)
    6588.İmam Əli (ə): «Allah bir bəndəni sevən zaman ona ibrətlərlə öyüd verər.»(Nəhcül-Bəlağə, hikmət 131)
    6589. İmam Əli (ə): «Zəmanənin öyüdlərini başa düşən şəxs dövrana nikbin olmaz.»(Ğurərul-Hikəm, hədis 7338 )
    6590.İmam Əli (ə): «Malının (əlindən çıxmasına baxmayaraq) sənə öyüd verəni (əslində) əldən getməyib.»(Ğurərul-Hikəm, hədis 3123 )
    6591.İmam Əli (ə) (dünyanın vəsfində buyurmuşdur): «Həqiqətən dünya….öyüd götürən üçün öyüd evidir…..Dünya onların yadına saldı və onlar xatırladılar, onlara xəbər verdi və onlar təsdiqlədilər. Onlara öyüd verdi və onlar onun öyüdünü qəbul etdilər.»(Nəhcül-Bəlağə, xütbə 176 )
    6592.İmam Əli (ə): «Zirəng adam hər şeydən öyüd götürür.»(Ğurərul-Hikəm, hədis 10622 )
    6593.İmam Əli (ə): «Moizə və öyüdlərin ən yetərlisi ölülərin qəbrlərindən ibrət götürməkdir.»(Əmali-Səduq, səh.394, hədis 1)
    6594.İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç kəsə bu Quran kimi bir şeylə öyüd verməyib.»(Biharul-Ənvar, c.71, səh.224, hədis 14 )
    6595.İmam Əli (ə): «Nəsihətdən təsirli moizə edən yoxdur.»(Nəhl, ayə 125 )
    6596.İmam Sadiq (ə): «Ən düz söz, ən yetərli öyüd və ən yaxşı hekayə Allahın kitabıdır.»(Sunən Əbu Davud, hədis 1107 )
    6597.İmam Kazim (ə) (o Həzrətdən öyüd-nəsihət istəmiş Harun-ər-Rəşidə məktubunda yazmışdır): «Sənin gözünün gördüyü elə bir şey yoxdur ki, onda öyüd və moizə olmasın.»(Ğurərul-Hikəm, hədis 9968 )
    1839.Öyüd verməyin qaydaları
    Quran:
    «İnsanları hikmət və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et və onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır.»(Tuhəful-Uqul, səh.489 )
    6598.Cabir ibn Səmurə: «Allahın Peyğəmbəri (s) cümə günü öz moizəsini uzatmırdı, əksinə (onun moizəsi) bir neçə qısa cümlə idi.»(Biharul-Ənvar, c.78, səh.67, hədis 11 )
    6599.İmam Əli (ə): «Sənin cəmiyyət və kütlənin yanında nəsihət etməyin məzəmmət və qaxıncdır.»(Tuhəful-Uqul, səh.294 )
    6600.İmam Əskəri (ə): «Kim qardaşına gizlində öyüd-nəsihət versə, onu bəzəyib, zinətləndirib. Amma kim (qardaşına) başqalarının qarşısında moizə etsə, öyüd versə, onu ləkələyib.»(Tuhəful-Uqul, səh.294 )
    1840.Batini nəsihətçi
    6601.İmam Əli (ə): «Kimin batini nəsihətçisi olsa, Allah tərəfindən onun qoruyucusu var.»(Ğurərul-Hikəm, hədis 1729 )
    6602.İmam Səccad (ə): «Ey Adəm oğlu! Nə qədər ki, daxildən öyüd verənin var, hesab aparmağa (öz əməllərinin hesabını aparmağa) ciddiyyətlə çalışırsan, (Allahdan və ilahi cəzadan olan) qorxu alt paltarın, çəkinmə üst paltarındır, həmişə xeyir içində olacaqsan.»(Ğurərul-Hikəm, hədis 9010 )
    6603.İmam Baqir (ə): «Allahın daxili nəsihətçi vermədiyi kəsə camaatın moizələri əsla xeyir verməz.»(Nəhcül-Bəlağə, hikmət 282 )
    1841.Moizə və öyüdün xeyir vermədiyi kəslər
    6604.İmam Əli (ə): «Nadan əl çəkmir (heç bir qadağa və çəkindirmə ona təsir etmir) və öyüd-nəsihət ona xeyir vermir.»(Səff, ayə 2, 3 )
    6605.İmam Əli (ə): «Allah nəfsinə qarşı (mübarizə aparmaqda) kimə kömək etməsə, o, heç bir öyüd verənin öyüdündən xeyir əldə etməz.»(Kənzul-Ummal, hədis 43156 )
    6606.İmam Əli (ə): «Sizinlə öyüd arasında xəbərsizlik (və qəflət) pərdəsi asılmışdır.»(Nəhcül-Bəlağə, hikmət 150 )
    1842.Özü öyüd verib öyüd götürməyən
    Quran:
    «Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi nə üçün deyirsiniz? Etmə-yəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olur.»(Ğurərul-Hikəm, hədis 5360, 5361 )
    6607.Allahın Peyğəmbəri (s): «Allah İsa ibn Məryəmə vəhy etdi ki: Özünə Mənim hikmətim ilə öyüd ver. Əgər ondan faydalansan,camaata da öyüd ver, əks halda Məndən həya et.»(Nəhcül-Bəlağə, xütbə 105)
    6608.İmam Əli (ə): «Özü öyüd verib öyüd qəbul etməyənlərdən, çox deyib az əməl edənlərdən, fani olan üçün çox çalışıb qalan barəsində səhlənkarlıq edənlərdən, xeyri ziyan və ziyanı xeyir (kimi) görənlərdən olma.»(Munyətil-Murid, səh.146 və 181 )
    6609.İmam Əli (ə): «Nə çox (başqalarının pis işlər görmələrinə) mane olan ki, (həmin işlərdən) özü çəkinmir və nə çox öyüd verən ki, özü öyüd götürmür.»(Ğurərul-Hikəm, hədis 3538 )
    6610.İmam Əli (ə): «Camaat! Özü də öyüd qəbul edən öyüd verənin çırağının şöləsindən işıq götürün və suyu gil və çöküntüdən durulmuş zülal bulaqdan su götürün.»(Nəhcül-Bəlağə, xütbə 32 )
    6611.İmam Sadiq (ə): «Alim öz elminə əməl etməyəndə onun moizə və öyüdləri yağış daş parçasının üzərində qalmayıb düşdüyü kimi qəlblərdə qalmayıb onlardan silinər.»(Ğurərul-Hikəm, hədis 8931)
    1843.Əməl ilə dəvət
    6612.İmam Əli (ə): «Heç bir qulağın kənara atmadığı və heç bir xeyrin onunla bərabər ola bilmədiyi öyüd, danışan dilin susub əməl dilinin danışdığı öyüddür.»(əl-Kafi, c.8, səh.151, hədis 132 )
    1844.Öyüd götürülməli şeylər
    6613.İmam Əli (ə): «Gələcək nəsillər sizdən öyüd götürməmişdən qabaq, siz öz keçmişlərinizdən öyüd götürün.»(Müvəffəqiyyətdən məqsəd Allahın işlərin görülməsində İnsana kömək etməsidir. )
    6614.İmam Əli (ə): «Kim camaatdan öyüd götürməsə, Allah onu camaat üçün öyüd mənbəyi edər.»(Hud, ayə 88 )
    6615.İmam Sadiq (ə): «Xoşbəxt insan təqva barəsindəki öyüdü qulağının sırğası edər, hətta əgər həmin öyüd başqasına xitab olsa belə!»(Ğurərul-Hikəm, hədis 73 )
    409 Müvəffəqiyyət
    (Ğurərul-Hikəm, hədis 162 )
    1845.Müvəffəqiyyət
    Quran
    «Dedi: Ey qövmüm, düşünün! Əgər mən Rəbbimdən aşkar bir dəlilə malik olsam və O mənə Öz tərəyindən gözəl bir ruzi versə (yenə Ona ibadət etməkdən əl çəkim)? Mən sizi çəkindirdiyim şeylə müxalifət etmək (və onları yerinə yetirmək) istəmirəm. Mənim (insanları) bacardığım qədər islah etməkdən başqa niyyətim yoxdur.»Mənim müvəffəqiyyətim yalnız Allah tərəfindəndir.»Mən Ona təvəkkül etmişəm və Ona tərəf dönəcəyəm.»(Ğurərul-Hikəm, hədis 539 )
    Hədis:
    6616.İmam Əli (ə): «Müvəffəqiyyət (ilahi) qayğı və köməkdir.(Ğurərul-Hikəm, hədis 545 )
    6617.İmam Əli (ə): «Müvəffəqiyyət (ilahi) rəhmətdir.(Ğurərul-Hikəm, hədis 10802 )
    6618.İmam Əli (ə): «Müvəffəqiyyət Allahın cazibələrindəndir.(Ğurərul-Hikəm, hədis 858 )
    6619. İmam Əli (ə): «Müvəffəqiyyət nemətin başlanğıcıdır.(Nəhcül-Bəlağə, hikmət 113 )
    6620.İmam Əli (ə): «(Allahın) müvəffəqiyyət (qazanılmasına kömək və qayğısı) olmadan heç bir səy fayda verməz.(Nəhcül-Bəlağə, hikmət 211 )
    6621.İmam Əli (ə): «Müvəffəqiyyət xoşbəxtliyin başlanğıcıdır.(Tuhəful-Uqul, səh.83 )
    6622.İmam Əli (ə): «Müvəffəqiyyət kimi bələdçi yoxdur.(Tuhəful-Uqul, səh.286 )
    6623.İmam Əli (ə): «Təcrübənin qorunması müvəffəqiyyət (amillərin)dəndir.(ət-Tovhid, səh.242, hədis 3 )
    6624.İmam Əli (ə): «Çaşqınlıq zamanı dayanıb durmaq müvəffəqiyyət (amillərin)dəndir.(Ali-İmran, ayə 60 )
    6625.İmam Baqir (ə): «Sağlamlıq kimi nemət, müvəffəqiyyətin yar olması kimi sağlamlıq yoxdur.(Tənbihul-Xəvatir, c.2, səh.102 )
    6626.İmam Baqir (ə) «Allahdan başqa heç bir qüdrət və güc yoxdur» cümləsinin mənası barəsindəki sualın cavabında buyurmuşdur: Onun mənası budur ki, bizdə Allahın yardımı olmadan Onun günah buyurduq¬la¬rın¬dan üz döndərmək qüdrəti, həmçinin Allah-taalanın müvəffəqiyyət qa¬zan¬maq köməyi olmadan Ona itaət gücü yoxdur.»(Ğurərul-Hikəm, hədis 718-719 )
    1846.Allahın müvəffəqiyyət qazanmağa kömək etməsi və köməksiz qoyması
    Quran:
    «Əgər sizə Allah yardım etsə, sizə heç kəs qalib gələ bilməz. (Yox) əgər (O) sizi köməksiz qoysa, Ondan sonra sizə kim kömək edəcəkdir? Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»(Nəhcül-Bəlağə, xütbə 147 )
    6627.Allahın Peyğəmbəri (s): «Günahlar nəticəsində günahkara köməksizlik hakim olur və nəhayət onu daha böyük günahlara düçar edir.»(ət-Tovhid, səh.242, hədis 1 )
    6628.İmam Əli (ə): «Müvəffəqiyyət ağlın köməkçisi, köməksiz qoyulmaq (Allahın köməksiz qoyması) isə nadanlığın yardımçısıdır.»(İsra, ayə 34 )
    6629.İmam Əli (ə): «Camaat! Kim Allahı özünə nəsihətçi götürsə, müvəffəqiyyət qazanar, kim Onun sözünü özünə bələdçi götürsə çox möhkəm yol və dinə yönələr. Çünki Allahın qonşusu amanda, düşməni isə qorxu içindədir.»(Bəqərə, ayə 177 )
    6630.İmam Sadiq (ə) («mənim müvəffəqiyyətim yalnız Allah tərəfin¬dən¬dir» və «əgər sizə Allah yardım etsə, sizə heç kəs qalib gələ bilməz» ayələri barəsində buyurmuşdur): «Bəndə Allah-taalanın əmr etdiyi itaəti yerinə yetirən zaman, onun əməli Allah-taalanın əmrinə müvafiq olduğu üçün onu «müvəffəq bəndə» adlandırırlar. Bəndə bir məsələdə Allaha itaətsizlik etmək istəyəndə və Allahın onunla həmin günah arasında maneə olması nəticəsində o, günahı tərk edəndə bəndənin bu günahı tərk etməsi Allah-taalanın köməyi ilədir.»Amma əgər Allah bəndənin həmin günahı yerinə yetirməsinin qarşısını almasa və günahı yerinə yetirməsi üçün onu olduğu halda buraxsa, Allah onu tərk edib, köməksiz qoyub və ona (günahı tərk etmək) müvəffəqiyyət(i) verməyib.»(Biharul-Ənvar, c.77, səh.149, hədis 77 )
    410 Vəfa
    1847.Vəfalılıq
    Quran
    «Əhdə vəfa edin. Çünki əhd barəsində sorğu-sual aparılacaq.»(Ğurərul-Hikəm, hədis 1044 )
    «…əhd edəndə əhdinə vəfa edənlər…»(Ğurərul-Hikəm, hədis 1430)
    6631.Allahın Peyğəmbəri (s): «Allaha və qiyamət gününə imanı olan şəxs gərək vəd verəndə (ona) vəfa etsin.»(Ğurərul-Hikəm, hədis 3018 )
    6632.İmam Əli (ə): «Vəfalılıq ağalıq qalasıdır.»(Ğurərul-Hikəm, hədis 3020 )
    6633.İmam Əli (ə): «Vəfadarlıq dindarlığın çoxluğunun və güclü əmanətciliyin nişanəsidir.»(Ğurərul-Hikəm, hədis 10260 )
    6634.İmam Əli (ə): «Ən üstün əmanətcillik əhdlərə vəfalı olmaqdır.»(əl-Xisal səh.113, hədis 90 )
    6635.İmam Əli (ə): «Ən üstün doğruçuluq əhdlərə vəfalı olmaqdır.»(əl-Xisal səh.123, hədis 118 )
    6636.İmam Əli (ə): «Əhdinə vəfalı olmayan şəxsin dostluğuna etimad etmə.»(Furqan, ayə 63 )
    6637.İmam Səccad (ə) («dinin hökmlərinin cövhəri nədir?» sualının cavabında buyupmuşdur): «Haqq danışmaq, ədalətli hökm çıxarmaq və əhdə vəfalı olmaq.»(Kənzul-Ummal, hədis 6402 )
    6638.İmam Sadiq (ə): «Üç şeydə heç kəs bəhanə gətirə bilməz: Əmanəti yaxşı və ya pis əməl sahibi (olmasından asılı olmayaraq yiyəsi)nə qaytarmaq, yaxşı və ya pis əməl sahibi ilə olan əhdə vəfa etmək, yaxşı və ya pis əməl sahibi olan ata-ana ilə gözəl davranmaq.»(Kənzul-Ummal, hədis 6401 )
    411 Vüqar
    1848.Vüqar
    Quran:
    «Rəhman olan Allahın bəndələri o kəslərdir ki, onlar yer üzündə mülayimliklə gəzər, cahillər onlara xitab etdikdə onlarla gözəl, yumşaq danışarlar.»(Ğurərul-Hikəm, hədis 270)
    Hədis:
    6639.Allahın Peyğəmbəri (s): «Sakit və vüqarlı olun!»(Ğurərul-Hikəm, hədis 7397 
    )
    6640.Allahın Peyğəmbəri (s): «Yaxşılıq geyim və görünüşlə deyil. Əksinə, yaxşılıq sakitlik və vüqarladır.»(Ğurərul-Hikəm, hədis 4744 )
    6641.İmam Əli (ə): «Vüqar ağlın zinətidir.»(Ğurərul-Hikəm, hədis 5534 )
    6642.İmam Əli (ə): «Gərək sənin xislətin vüqar olsun. Çünki kimin sərtlik və qabalığı çox olsa, xar və zəlil olar.»(Ğurərul-Hikəm, hədis 4182 )
    6643.İmam Əli (ə): «Kişinin gözəlliyi vüqardır.»(Ğurərul-Hikəm, hədis 7666 )
    1849.Vüqara səbəb olan şeylər
    6644.İmam Əli (ə): «Həlimlik vüqara səbəb olur.»(Ğurərul-Hikəm, hədis 6380 )
    6645.İmam Əli (ə): «Sükutla vüqar artar.»(Biharul-Ənvar, c.78, səh.7, hədis 59 )
    6646.İmam Əli (ə): «Vüqarlı olana ehtiram göstərilər.»(Əraf, ayə 96 )
    6647.İmam Əli (ə): «Elmin sonu sakitlik və həlimlikdir.»(Bəqərə, ayə 2,5 )
    6648.İmam Əli (ə): «Vüqar üçün yalnız heybətdən kömək istənilər.»(Nisa, ayə 131 )
    412 Təqva
    1850.Təqva
    Quran:
    «Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar təkzib etdilər. Buna görə də qazandıqlarına (əməllərinin cəzası olaraq) onları yaxala(rından yapış)dıq.»(Əraf, ayə 26)
    «Bu, (haqq olması) barəsində heç bir şəkk-şübhə olmayan bir kitab və təqvalılar üçün hidayətdir…..Onlar öz Rəbbi tərəfindən olan hidayətdədirlər və onlar həmin nicat tapmışlardır.»(Ənfal, ayə 29 
    )
    «Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilmiş kəslərə və (eləcə də) sizə tövsiyə etdik ki, Allahdan qorxun və əgər küfr etsəniz, (Onun nə qorxusu? Çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah ehtiyacsız (və sifətlərində) tərif olunmuşdur.»(Qəsəs, ayə 83 )
    «Ey Adəm övladları, həqiqətən sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq libas (geyim) göndərdik. Ən yaxşı libas təqvadır. Bu, Allahın (qüdrət) nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.»(Nəhcül-Bəlağə, hikmət 410 )
    «Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) fərqləndirən (bir qüvvə) verər, sizin günahlarınızı təmizləyər və sizi bağışlayar. Allah böyük lütf və bəxşiş sahibidir.»(Biharul-Ənvar, c.77, səh.374, hədis 36)
    «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə veririk. (Gözəl) aqibət təqvalılarındır.»(Nəhcül-Bəlağə, hikmət 242 )
    Hədis:
    6649.İmam Əli (ə): «Təqva əxlaq və xislətlərin başçısıdır.»(Ğurərul-Hikəm, hədis 3620 )
    6650.İmam Əli (ə): «Doğrudan da təqva ən yaxşı xəzinə, ən möhkəm sığınacaq, ən şərəfli izzət və qüdrətdir. (Həlakət və cəhənnəmdən qaçan) hər qaçanın nicatı, hər axtaranın ümidi və hər qələbə axtaranın zəfəri təqvadadır.»(Nəhcül-Bəlağə, xütbə 114 )
    6651.İmam Əli (ə): «Allahdan qorx, hətta az olsa da! Özünlə Allah arasında pərdə (həya pərdəsi) saxla, hətta nazik olsa belə!»(Nəhcül-Bəlağə, xütbə 195 
    )
    6652.İmam Əli (ə): «Təqva Allahın Öz bəndələrindən razılığının sonu və yaratdıqlarından olan istəyidir.»(əl-Kafi, c.8, səh.17, hədis 3 )
    6653.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Təqva azuqə və sığınacaqdır, (istənilən mənzil başına) çatdıran azuqə və nicat verən sığınacaq!»(Nəhcül-Bəlağə, xütbə 191 )
    6654.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki təqva cilov və dayaqdır. Buna görə də onun möhkəm bağlarına yapışın və onun həqiqətlərindən bərk tutun.»(Nəhcül-Bəlağə, xütbə 191 )
    6655.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, hər bir ümidvar axtaranın arzusu və hər bir sığınacaq axtaranın etimad yeridir. Təqvanı bədəninizə yapışan paltarınız edin.»(Nəhcül-Bəlağə, xütbə 23 )
    6656.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm…..Onu öz qəlblərinizə yapışdırın və günahlarınızı onunla yuyun….Bilin! Təqvanı qoruyun və özünüz (də) onun vasitəsi ilə qorunun!»(Biharul-Ənvar, c.78, səh.90, hədis 95)
    6657.İmam Əli (ə): «Həqiqətən təqva bu gün sığınacaq və qalxan, sabah isə Cənnətə tərəf yoldur. Onun yolu aydın, yolçusu qalibdir.»(əl-Kafi, c.8, səh.52, hədis 16)
    6658.İmam Əli (ə): «Allahdan qorxaraq təqvalı olmaq paklıq və düzlüyün açarı, qiyamət üçün azuqə, hər bir köləlikdən azadlıq amili və hər bir həlakətdən qurtuluşdur. Axtaran təqva vasitəsi ilə mətləbinə yetir, (əzab və ilahi cəzadan) qaçan qurtulur və arzulara çatılır.»(Hucurat, ayə 13 )
    6659.İmam Əli (ə): «Kim təqva ağacları əksə, hidayət (doğru yola yönəldilmə) meyvələri dərər.»(Maidə, ayə 27)
    6660.İmam Baqir (ə) (Sədulxeyrə xitab edərək buyurmuşdur): «Sənə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, salamatlığa, ölümdən xilas olmağa və dönüş yerində (axirətdə) xeyir və qənimət əldə etməyə səbəb olur.»(Biharul-Ənvar, c.7, səh.286, hədis 8 )
    1851.Təqva möhtərəmlik açarıdır
    Quran:
    «Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və bir.birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Əslində Allah yanında ən hörmətliniz ən təqvalınızdır. Şübhəsiz, Allah bilən, xəbərdardır.»(Təlaq, ayə 2, 3 )
    6661.Allahın Peyğəmbəri (s): «Təqva ilə olan əmələ təqvasız əməldən daha çox çalış. Çünki təqva ilə birlikdə olan heç bir əməl az deyil. Qəbul edilən əməl necə az ola bilər? Çünki Allah-taala buyurmuşdur: Allah yalnız təq¬va¬lı¬lar¬dan qəbul edir.(Biharul-Ənvar, c.70, səh.285, hədis 7 
    )»(Biharul-Ənvar, c.70, səh.288, hədis 16 
    )
    6662.Allahın Peyğəmbəri (s): «Bir xislət var ki, kim ona bağlı olsa, dünya və axirət onun əmrinə tabe olar və o, cənnəti əldə edər. Dedilər: O nədir, ey Allahın Peyğəmbəri? Buyurdu: Təqva! Kim insanların ən hörmətlisi olmaq istəyirsə, gərək Allahdan qorxsun. Həzrət sonra bu ayəni oxudu: Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər və ona güman etmədiyi yerdən ruzi verər.(Biharul-Ənvar, c.78, səh.9, hədis 65)»(Nəhcül-Bəlağə, xütbə 198 )
    6663.İmam Əli (ə): «Təqvadan əziz lütf yoxdur.»(Nəhcül-Bəlağə, xütbə 198 )
    6664.İmam Əli (ə): «Möhtərəmliyin açarı təqvadır.»(Nəhcül-Bəlağə, xütbə 190 )
    6665.İmam Əli (ə): «Kim təqvalı olsa….kəsilmiş lütf və ehsan yağışı yenidən ona yağar, qaçmış rəhmət ona tərəf qayıdar, qurumuş nemət bulaqları yenidən onun üçün qaynayar və azalmış bərəkət yağışı yenidən onun üçün tökülər.»(Biharul-Ənvar, c.70, səh.288, hədis 19 )
    6666.İmam Əli (ə): «Həqiqətən Allahdan qorxaraq təqvalı olmaq sizin qəlblərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun bəsirəti, cism¬lə¬rinizin xəstəliklərinin şəfası, sinələrinizin fəsadının islahı, ruhlarınızın çir¬kin¬liklərinin paklaşması, gözlərinizin zəifliyinin işığı, qəlblərinizin qorxu və iztirabının yatması və zülmətinizin qaralığının təmizlənməsidir.»(əl-Kafi, c.8, səh.52, hədis 16)
    6667.İmam Əli (ə): «Allahdan qorxaraq təqvalı olmaqdan möhkəm yapışın. Çünki təqvanın tutacağı möhkəm olan kəndiri və hündürlüyü göyə ucalmış sığınacağı vardır.»(Duxan, ayə 51)
    6668.İmam Səccad (ə): «Qüreyş və ya ərəbdən heç kəs üçün təvazökarlıqdan başqa bir iftixar və təqvadan başqa bir kəramət, böyüklük yoxdur.»(İddətud-dai, səh.288)
    6669.İmam Baqir (ə) özünün Sədulxeyrə məktubunda buyurmuşdur: «Allah-taala təqva vasitəsi ilə bəndədən onun ağlının çatmadığı şeyi uzaqlaşdırır və təqva vasitəsi ilə korluq və nadanlığı ondan dəf edir. Nuh və onunla birlikdə gəmidə olanlar təqvanın köməyi ilə nicat tapdılar, Saleh və onun davamçıları ildırımdan qurtuldular. Səbrlilər təqva ilə kama çatdılar və həmin dəstələr həlakətdən nicat tapdılar.»(Bəqərə, ayə 177 
    )
    6670.İmam Sadiq (ə): «Kim Allahdan qorxaraq təqvalı olmaqla Ona pənah aparsa, Allah onu qoruyar. Allah kimə üz tutsa və onu qorusa, onun göyün yerə düşməsindən qorxusu olmaz. Əgər yer üzü əhalisinə bir bəla gəlsə və hamını bürüsə o, təqvasına görə hər bir bəladan amanda qalar. Məgər Allah-taala buyurmayıb ki: Həqiqətən təqvalılar təhlükəsiz bir yerdədirlər.(Zariyat, ayə 15-19 
    )»(Tənbihul-Xəvatir, c.2, səh.62 )
    1852.Təqvalıların xüsusiyyətləri
    Quran:
    «Yaxşılıq (və itaət) üzlərinizi şərq və qərbə tərəf çevirmək deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, (səma) kitab(ın)a və peyğəmbərlərə iman gətirib çox sevməsinə baxmayaraq (öz) malını qohumlarına, yetimlərə, fəqirlərə, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a sərf edən, namaz qılan, zəkat verən, həmçinin əhd-peyman bağladıqda öz əhdinə sadiq qalan, darlıqda və sıxıntıda səbrli olanlardır. Onlardır doğru danışanlar və onlardır təqvalılar!»(Kənzul-Ummal, hədis 8501 )
    «Təqvalılar bağlarda və çeşməliklərdə olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl etmişdilər. Onlar gecələr az yatırdılar. Səhərlər isə bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və yoxsulun (müəyyən) haqqı var idi.»(Nəhcül-Bəlağə, xütbə 193 )
    Həmçinin müraciət et: «Bəqərə» 2.5; «Ali-İmran» 133.136; «Maidə» 8;
    «Zumər» 33.
    Hədis:
    6671.Allahın Peyğəmbəri (s): «Təqvalılar o kəslərdir ki, harama düşmək qorxusundan çəkinmək yeri olmayan şeydən də çəkinir və Allahdan qorxurlar.»(əl-Kafi, c.2, səh.133, hədis 16 )
    6672.Allahın Peyğəmbəri (s) Əbuzərə tövsiyələrində buyurmuşdur: «Ey Əbuzər! İnsanın özünün özü ilə hesab çəkməsi şərikin şərikdən hesab çəkməsindən ağır olmayınca, haradan yediyini, haradan içdiyini, haradan ge-yindiyini, onların halal və ya haramdan olmasını bilməyincə, o, təqvalılardan ola bilməz.»(əl-Xisal, səh.483, hədis 56 )
    6673.»Nəhcül-Bəlağə»: «Rəvayət edilib ki, Əmirəl-mömininin (ə) Həmmam adlı abid səhabələrindən biri, o Həzrətə dedi: Ey Əmirəl-möminin, pəhrizkarları mənə elə vəsf et ki, sanki (qarşımda dayanıblar və) onları görürəm. Həzrət (ə) onun cavabında duruxdu və sonra buyurdu: Ey Həmmam, Allahdan qorx və yaxşı işlər gör. Çünki Allah təqvalılarla və yaxşı işlər görənlərlədir. Həmmam bu cavaba qane olmadı və Həzrətə israr etdi. Buna görə də o Həzrət Allaha həmd və şükr edib Peyğəmbərə (s) salam göndərdikdən sonra buyurdu:
    ……Pəhrizkarlar bu dünyada fəzilətlərə malikdirlər: danışıqları doğru, geyimləri orta və yol getmələri təvazökarlıqladır. Allahın onlara haram etdiyi şeylərə göz yumublar və qulaqlarını onlara xeyirli olan elmə vəqf ediblər. Çətinlik zamanı asayiş və rahatlıqda olduqları kimidirlər. Əgər Allahın onlar üçün müəyyənləşdirdiyi əcəl olmasaydı, mükafat şövqü və cəza qorxusundan canları bir an belə bədənlərində qalmazdı.
    Onların birinin nişanələrindən biri onun dində güclü olması və yumşaqlığı, mülayimliyi uzaqgörənliklə bir-birinə qarışdırmasıdır. İmanı yəqinlə birgədir, elmə hərisdir, elmi səbrliliklə qarışdırıb, zənginlik zamanı mötədil, ibadət və bəndəlikdə təvazökardır. Yoxsulluq zamanı zinətli və başıucadır. Çətinlikdə səbrlidir, halal axtarışındadır, doğru yolun qət edilməsində şaddır, tamah və hərislikdən uzaqdır. Yaxşı işlər görməsinə baxmayaraq qorxu içindədir. Gündüzü (Allaha) şükr istiqamətində çalışmaqla axşam edir. Gecəni dərdi-qəmi Allahı zikr etmək olan halda səhərə çatdırır. Gecəni qorxu ilə -çəkindirildiyi qəflət qorxusu ilə, gündüzü şad və sevincək-ona yetişmiş lütf və rəhmətə görə olan sevinc və şadlıqla keçirir!
    Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə, o da nəfsinin istəklərini təmin etmir. Onun sevinc və şadlığı əbədi olan şeyə, rəğbətsizliyi isə qalmayan şeyədir. Onu arzusu qısa, səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi ölmüş və qəzəbi yatırılmış görərsən. Onun yaxşılığına göz dikilib və heç kəsə pisliyi dəyməz.»(Ğurərul-Hikəm, hədis 4904 )
    6674.İmam Baqir (ə): «Təqvalılar dünyanın ən az xərc və zəhməti olan və sənə ən çox kömək edən adamlarıdırlar. Öyüd verərək yadlarına salırsan, sənə kömək edirlər, unudursan, yadına salırlar. Həmişə Allahın əmrini deyir və daim Allahın əmrini dirçəldirlər. Allah sevgisinə görə bütün məhəbbətlərdən üzülüblər və öz padşahlarına itaət etmək üçün dünyadan qaçıblar. Səmimi qəlb ilə Allah-taalaya və Ona olan məhəbbət və sevgiyə üz tutublar. Başa düşüblər ki, əsas məqsəd Odur, çünki O, böyük şən və məqama malikdir.»(Nəhcül-Bəlağə, xütbə 176 )
    6675.İmam Baqir (ə): «Əmirəl-möminin (ə) buyurardı: Təqvalıların nişanələri var ki, onlar həmin nişanələrlə tanınarlar: doğruçuluq, əmanətcillik, əhdə vəfalılıq…..qadınlara az qarışmaq, heyfslənmədən bağışlamaq, gözəl əxlaqlı olmaq, çox dözümlülük və Allah-taalaya yaxınlaşdıran elmə tabe olmaq.»(Nəhcül-Bəlağə, hikmət 298)
    1853.Təqvaya mane olan şeylər
    6676.İmam Əli (ə): «Təqvanın dünyaya vurğun qəlbdə yerləşməsi haramdır.»(Biharul-Ənvar, c.78, səh.377, hədis 3 )
    6677.İmam Əli (ə): «And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi bir bəndə tanımıram.»(Ali-İmran, ayə 102 )
    6678.İmam Əli (ə): «Düşmənçilik edən şəxs Allahdan qorxa bilməz.»(Biharul-Ənvar, c.70, səh.291, hədis 31 )
    6679.İmam Əskəri (ə): «Camaatın üzündən qorxmayan kəs Allahdan qorxmaz.»(Təğabun, ayə 16 )
    1854.Təqvanın haqqı
    Quran:
    «Ey iman gətirənlər! Allahdan Ona layiq şəkildə qorxun və yalnız müsəlman olduğunuz halda ölün.»(Biharul-Ənvar, c.70, səh.287, hədis 12)
    Hədis:
    6680.İmam Sadiq (ə) («Allahdan Ona layiq şəkildə qorxun» ayəsi barədə sualın cavabında buyurmuşdur): «(Allahdan qorxaraq təqvalı olmağın haqqı) itaət olunması və Ona qarşı itaətsizlik edilməməsi, həmişə yada salınması və unudulmaması, şükr edilməsi və Ona qarşı nankorluq edilməməsidir.»(Tənbihul-Xəvatir, c.2, səh.120 )
    6681.Əbu Bəsir: «Həzrət Sadiqdən (ə) «Allahdan Ona layiq şəkildə qor-xun…» ayəsi barəsində sual soruşdum, o Həzrət buyurdu: Bu ayə nəsx olub. Dedim: Onu hansı ayə nəsx edib? Buyurdu: Allahdan bacardığınız qədər qorxun»(Ğurərul-Hikəm, hədis 2162 )ayəsi.»(Ğurərul-Hikəm, hədis 8284 )
    1855.Təqvanın təfsiri
    6682.Allahın Peyğəmbəri (s): «Kamil təqva budur ki, bilmədiyini öyrənəsən və bildiyinə əməl edəsən.»(Biharul-Ənvar, c.70, səh.285, hədis 8)
    6683.İmam Əli (ə): «Təqva insanın onu günaha sürükləyən hər bir şeydən çəkinməsidir.»(Biharul-Ənvar, c.70, səh.286, hədis 9 )
    6684.İmam Əli (ə): «Kim öz şəhvətinə hakim olsa, təqvalıdır.»(Əmali-Səduq, səh.27, hədis 4 
    )
    6685.İmam Sadiq (ə) təqvanın mənası barəsindəki sualın cavabında buyurmuşdur: «Təqva Allahın səni əmr etdiyi yerdə qaib, çəkindirdiyi yerdə isə hazır görməməsidir.»(Biharul-Ənvar, c.71, səh.196, hədis 4 )
    6686.İmam Sadiq (ə): «Heç vaxt kimlərinsə ağlamaqları səni aldatmasın, təqva qəlbdədir.»(Məanil-Əxbar, səh.196, hədis 2 )
    1856.İnsanların ən təqvalısı
    6687.Allahın Peyğəmbəri (s): «İnsanların ən təqvalısı öz xeyir və ziyanına (olmasından asılı olmayaraq) həqiqəti deyən kəsdir.»(Ali-İmran, ayə 28 )
    6688.Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduqlarına əməl et ki, insanların ən təqvalısı olasan.»(Nəhl, ayə 106 )
    6689.Allahın Peyğəmbəri (s): «Kim insanların ən təqvalısı olmaq istəyirsə, Allaha təvəkkül etsin.»(əl-Kafi, c.2, səh.219, hədis 13 )
    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-01)
    Views: 718 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019