İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1820
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    234 Sirat
    1105. Doğru yol
    Quran:
    «Bizi doğru yola yönəlt»(Fatihə )
    Hədis:
    3559. İmam Sadiq (ə): «İnsanlar sağa-sola azdılar, ancaq biz və şiələrimiz doğru yola hidayət olunduq.» (əl-Kafi, c.2, s. 264 , hədis 5)
    1106. Doğru yolun (Siratul müstəqimin) mənası
    Quran:
    «Həqiqətən mənim Rəbbim, sizin Rəbbinizdir. Elə isə Ona ibadət edin ki, doğru yol budur.» (Ali-İmran, ayə 51)
    «Allahın ayələri sizə oxunduğu və Onun Rəsulu sizin aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allahın ipindən yapışsa, şübhəsiz ki, doğru yola (siratul müstəqimə) hidayət olunmuşdur.»(Ali-İmran, ayə 101)
    Hədis:
    3560. İmam Sadiq (ə) (sirat sözünün mənası barədə): «O, Allahı tanımağın yoludur və iki növdür: dünyada sirat və axirətdə sirat. Dünya siratı, elə itaəti vacib olan imamdır. Dünyada imamı tanıyan və onun göstərdiyi yolu gedən şəxs, cəhənnəmin üzərində körpü olan axirət siratından keçəcək.»(Məaniyul-Əxbar, səh. 32 , hədis2 )
    3561. İmam Sadiq (ə): «Doğru yol (Siratul müstəqim) Əmir-əl-möminin Əlidir (ə).»(Biharul-Ənvar, c.92, səh. 197 , hədis3 )
    1107. Axirət siratı və onun üzərindən keçmək
    3562. Musa (ə) (dualarının birində): «İlahi! Sənin hikmətini aşkar və gizli şəkildə oxuyan şəxsin mükafatı nədir?» Buyurdu: «Siratdan ildırım sürətilə keçər.»(Fəzailuş-Şiə, səh. 48 , hədis3 )
    3563. Allahın Peyğəmbəri(s): «Sizlərdən sirat üzərində ən sabit qədəm¬liniz, mənim Əhli-Beytimə (ə) daha çox məhəbbəti olanınızdır.»(Biharul-Ənvar, c.76, səh. 4 , hədis8 )
    3564. Allahın Peyğəmbəri(s): «Dəstəmazı kamil şəkildə al ki, siratdan bulud kimi keçəsən.»(Biharul-Ənvar, c.8, səh. 65 , hədis2 )
    3565. Allahın Peyğəmbəri (s): «Sirat tükdən nazik, qılıncdan itidir.»(Fəcr, ayə 14 )
    3566. İmam Sadiq (ə) («Həqiqətən, sənin Rəbbin pusquda bərk dayanmış-dır»(Səvabul-Əmal, səh. 321 , hədis2 ) ayəsi barədə): «Pusqu, Sirat üzərində olan bir körpüdür ki, oradan boynunda hətta bir məzləmə (yəni insanlar qarşısında boynunda olan hər bir haqq və xirda, az miqdarda olan pul borcları) olan şəxs də keçə bilməz.»(Əmali-Səduq, səh. 149 , hədis4 )
    3567. İmam Sadiq (ə): «İnsanlar sirat üzərindən keçməkdə bir neçə dəstəyə böünürlər: bəziləri ildırım sürətilə keçər, bəziləri çapar at kimi, bəziləri sürünə-sürünə, bəziləri də ondan asılmış və bədənlərinin bir hissəsini od bürürmüş halda keçəcək.»(Kənzul-Ummal, hədis 30747  )
    235 Uşaqlıq dövrü
    1108. Uşaqlıq dövrü
    3568. Allahın Peyğəmbəri(s): «Uşağın balaca vaxtı dəcəlliyi (və şeytanlığı), böyüyəndə əqlinin çoxluğuna dəlalət edir.»(Ğurərul-Hikəm, hədis 8272  )
    3569. İmam Əli(ə): «Uşaqlıq dövrü özünü əziyyətə və çətinliyə salmayan şəxs, böyüyəndə şərəfə çatmaz.»(Ğurərul-Hikəm, hədis 8273  )
    3570. İmam Əli(ə): «Uşaqlığında soruşan böyüyəndə cavab verər.»(Ğurərul-Hikəm, hədis 8973  )
    3571. İmam Əli(ə): «Uşaqlığında öyrənməyən böyüyəndə inkişaf etməz.»(Biharul-Ənvar, c.1, səh. 183 , hədis 85 )
    3572. İmam Əli(ə): «Nadan, qoca olsa da uşaqdır. Alimsə, yeniyetmə olsa da böyükdür.»(əl-Fəqih, c.3, səh. 493 , hədis4748 )
    3573. İmam Kazim (ə): «Oğlanın uşaqlıq dövründə dəcəlliyi (və şeytanlığı), böyüyəndə dözümlülüyünə səbəb olduğuna görə bəyənilibdir.»(əl-Kafi, c.2, səh. 181 , hədis11 )
    236 Əl ilə görüşmək
    1109. Əl ilə görüşmək
    3574. Allahın Peyğəmbəri (s): «Bir-birinizlə üz-üzə gələndə, salam verib əl tutmaqla görüşün. Bir-birinizdən ayrılan zaman, günahlarınızın bağışlanması arzusu ilə ayrılın.»(Biharul-Ənvar, c.77, səh. 158 , hədis149 )
    3575. Allahın Peyğəmbəri(s) : «Bir-birinizlə əl verməklə görüşün. Çünki əl vermək kin-küdurəti aradan götürər.»(Biharul-Ənvar, c.77, səh. 165 , hədis2 )
    3576. Allahın Peyğəmbəri(s): «Bir-birinizə əl verin ki, bu kini aparar.»(əl-Kafi, c.2, səh. 181 , hədis13 )
    3577. İmam Baqir (ə): «İki nəfər kişi əl ilə görüşəndə, əlini saxlayan şəxsin savabı əlini buraxandan daha çoxdur. Bilin ki, bu əməl (yəni əl ilə görüşmək) onların günahlarını tamamilə qurtaranadək yuyub aparar.»(əl-Kafi, c.2, səh. 181 , hədis12 )
    3578. İmam Sadiq (ə): «Müsəlmanlar Allahın Rəsulunun (s) qoşununda müharibəyə çıxanda sıx ağaclıq olan yerdən keçib açıqlığa çıxan zaman Bir-birinə baxıb əl verərdilər»(əl-Kafi, c.2, səh. 182 , hədis15 )
    3579. İmam Sadiq (ə): «Peyğəmbər (s) hər bir şəxsə əl verən zaman, həmin şəxs əlini çəkməyincə heç vaxt birinci öz əlini çəkməzdi.»(Kənzul-Ummal, hədis 475  )
    1110. Qadına əl verməyin qadağan olması
    3580. Allahın Peyğəmbəri(s): «Mən qadınlara əl vermirəm.»(əl-Kafi, c.5 səh. 525 , hədis1 )
    3581. İmam Sadiq (ə): «Evlənməyi halal olan (yəni, məhrəm olmayan) qadına, yalnız paltarın üstündən istisna olmaqla, əl vermək olmaz. Belə olan surətdə də əli sıxmaq olmaz.»(Ənfal, ayə 61 )
    237 Sülh
    1111. Müharibə vaxtı sülh
    Quran:
    «Əgər sülhə meyl etsələr, sən də sülhə doğru get və Allaha təvəkkül et ki, Allah eşidən və biləndir.»(Ğürərlül-Hikəm hədis 10138 )
    Hədis:
    3582. İmam Əli (ə): «İslama zəiflik gətirməyən halda, mən sülhü müharibədən daha faydalı bilirəm.»(Nəhcül-Bəlağə, məktub 53 )
    3583. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Əgər düşmən səni sülhə çağırsa və Allahın razılığı bunda olsa, onu rədd etmə. Çünki sülh, qoşununun və sənin özünün qüssələrdən rahat, asudə olmağının və vətəninin əmin-amanlığının mənşəyidir. Amma sulhdən sonra düşmənindən çox ehtiyatlı və agah ol. Belə ki, bəzən düşmən qəflətən hücum etmək üçün özünü sənə yaxınlaşdırar. Beləliklə, ehtyiatlı və uzaqgörən ol, düşmənə arxayın və nikbin olma.»(Nəhcül-Suadə, c.2, səh. 742 )
    1112. İmam Həsənin (ə) sülhü
    3584. İmam Əli(ə): (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki, Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»(Biharul-Ənvar, c.78, səh. 278 , hədis2 )
    3585. İmam Sadiq (ə): «Həsən ibn Əli (ə) özünə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mübahisəyə qalxanda xilafət işini Müaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə(ə) belə salam verdilər: Salam olsun sənə, ey möminləri xar edən. Həzrət (ə) buyurdu: Mən möminləri xar edən deyiləm, əslində möminlərə izzət bəxş edənəm. Sizin düşmən muqabilində qüdrətiniz olmadığını görəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o müdrik (Xızır peyğəmbər (ə)) gəminin öz sahiblərinə qalmasından ötrü onu deşdiyi kimi, onların arasında qalmağımız üçün mənim və sizin əhvalatınız də buna bənzər.»(Hücurat, ayə 10 )
    1113. İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
    Quran:
    «Həqiqətən, möminlər bir-biri ilə qardaşdır. Buna görə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ümid var ki, Allah sizə rəhm etsin.»(Nisa, ayə 114 )
    «Onların pıçıldaşmalarının çoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş görməyi, ya da insanlar arasında sülh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona böyük mükafat verərik.»(Kənzul-Ummal, hədis 5480 )
    Hədis:
    3586. Allahın Peyğəmbəri(s): «Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sülh yaratmaqdır. Çünki insanlar arasında əlaqənin pozulması ölümə və dinin aradan götürülməsinə bərabərdir.»(əl-Kafi, c.2, hədis 209 , hədis1 )
    3587. İmam Sadiq (ə): «İnsanlar Bir-birilə ixtilafa və düşmənçiliyə düçar olanda onların arasında sülh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.»(əl-Kafi, c.2, hədis 209 , hədis3 )
    3588. İmam Sadiq (ə): (Müfəzzələ xitabən): «Bizim şiələrdən iki nəfərin çəkişdiyini gördükdə, mənim malımdan ixtilafa səbəb olan xərci ödəməklə, onların arasında barışıq yarat.»(əl-Kafi, c.2, hədis 210 , hədis5 )
    1114. Barışıq xatirinə yalana icazə verilməsi
    3589. İmam Sadiq (ə): «Barışıq yaradan yalançı deyil.»(əl-Kafi, c.2, hədis 341 , hədis16 )
    3590. İmam Sadiq (ə): «Söz üç növdür: doğru, yalan və insanlar arasında sülh yaratmaq üçün deyilən söz.» İmama (ə) dedilər: «Sənə fəda olaq, insanlar arasında sülh yaratmaq nədir?» Buyurdu: «Bir nəfərin digəri barədə, həmin şəxsin qulağına çatarsa onun narahatçılığına səbəb ola biləcək sözlər dediyini eşitdikdə, sən o biri şəxsi görəndə «filankəsin, sənin yaxşılığın barədə …. dediyini eşitdim.» deyərsən.» (Bəqərə, ayə 238 )
    238 Namaz (1)
    1115. Namaz
    Quran:
    «Namazlarınızdan və orta namazınızdan riayət edin və təvazökarlıqla Allah(a itaət) üçün ayağa qalxın.»(Nisa, ayə 103 )
    «Namaz qılandan sonra Allahı (bütün hallarda) ayaq üstə, oturaraq, uzan¬dığınız halda yad edin və qəlbiniz arxayın olanda namazı (kamil surətdə) qılın ki, namaz möminlər üçün müəyyən vaxtlarda təyin edilmişdir.»(İbrahim, ayə 40 )
    «Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul et.»(Dəaimul-İslam, c.1, səh. 133 )
    Hədis:
    3591. Allahın Peyğəmbəri (s): «Hər şeyin siması var, sizin dininizin də siması namazdır.»(Məkarimul-Əxlaq, c.2, səh. 366 )
    3592. Allahın Peyğəmbəri (s): «Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.»(Ğürərul-Hikəm, hədis 2214  )
    3593. İmam Əli(ə) : «Namaz Allahın rəhmətini yerə endirər.»(Tənbihul-Xəvatir, c.2, səh. 78 )
    3594. İmam Əli(ə): «Allahın Rəsulu(s) nə şam yeməyini, nə də başqa bir yeməyi namazdan önə salmazdı. Namaz vaxtı çatanda, elə bil nə ailəsini tanıyardı, nə də mehriban dostunu.»(əl-Xisal, səh. 620 )
    3595. İmam Əli(ə): «Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmağın vasitəsidir.»(əl-Məhasin, c.1, səh. 116, hədis117 )
    3596. İmam Baqir (ə): «Namaz dinin sütunudur. Namaz çadırın sütununun bənzər. Sütun möhkəm olsa, mıxlar və kəndirlər də möhkəm qalacaq, sütun əyilsə və sınsa, nə mıx möhkəm qalacaq, nə də kəndir.»(əl-Fəqih, c.1,səh.210, hədis638 )
    3597. İmam Sadiq (ə): «Allahın yanında ən sevimli iş namazdır və o peyğəmbərlərin insanlara son tövsiyyəsidir.»(əl-Kafi, c.3, səh. 264, hədis1 )
    3598. İmam Sadiq (ə) («Allah yanında ən üstün və ən çox sevilən əməl» barədə sualın cavabında): «Allahı tanımaqdan sonra, namazdan üstün heç bir şey tanımıram. Məgər saleh bəndə İsa ibn Məryəmin «Mənə namazı tövsiyə etdi...!:» dediyini görmürsənmi?»(Ənkəbut, ayə 45 )
    1116. Namazın təsiri
    Quran:
    «Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işdən çəkindirər. Şübhəsiz ki, Allahı yad etmək hər ibadətdən üstündür. Allah etdikləriniz əməlləri bilir.»(Kənzul-Ummal, hədis 20083 )
    Hədis:
    3599. Allahın Peyğəmbəri(s): «Kimin namazı onu pislikdən və haramdan çəkindirməsə, onda Allahdan uzaqlaşmaqdan başqa bir şey artmaz.»(Biharul-Ənvar, c.82, səh. 198 )
    3600. Allahın Peyğəmbəri (s) (onunla bərabər namaz qılan və eyni halda çirkin işlərlə məşğul olan kişi barədə): «Günlərin biri, onun namazı onu pis işlərdən çəkindirəcək.» Çox keçmədi ki, həmin kişi tövbə etdi.»(Biharul-Ənvar, c.82, səh.227, hədis54 )
    3601. Allahın Peyğəmbəri(s): «Həqiqətən dinin sütunu namazdır və Adəm övladından soruşulan ilk şey namaz olacaqdır. Namazı doğru olsa, o biri əməllərinin hesabatı aparılacaqdır. Doğru olmasa, digər əməl¬lərinin hesabatı aparılmayacaq.»(əl-Xisal, səh. 628, hədis10 )
    3602. İmam Əli(ə): «Kim namazı onun həqiqətini dərk edərək qılsa, günahları bağışlanar.»(Biharul-Ənvar, c.82, səh. 209, hədis19 )
    3603. Xanım Fatimeyi Zəhra (ə): «Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.»(əl-Kafi, c.3, səh. 268, hədis4 )
    3604. İmam Baqir (ə): «Bəndədən soruşulacaq ilk şey namazdır, əgər qəbul olunsa, digər əməlləri də qəbul olunacaq.»(Əmali-Tusi, səh. 296, hədis582 )
    3605. İmam Baqir (ə): «Namaz ixlası möhkəmləndirər və təkəbbürü uzaqlaşdırar.»(Biharul-Ənvar, c.82, səh. 236, hədis66 )
    3606. İmam Sadiq (ə): «Əgər sizlərdən birinizin qapısının ağzından bir arx axarsa və gündə beş dəfə o arxda yuyunsa, bədənində bir çirk və natəmizlik qalarmı? Namaz da, həmin bu paklayan, təmizləyən su arxına bənzəyir. İnsan namaz qılanda, namaz yalnız onu imandan çıxardan və israrla əməl etdiyi günahdan başqa, bütün günahlarını təmizləyər.»(Məkarimul-Əxlaq, c.2, səh. 366, hədis2661 )
    1117. Namaz qılanın məqamı
    3607. Allahın Peyğəmbəri(s): «Namazda olduğun müddətdə Qadir padşahın evinin qapısını döyürsən. Kim padşahın qapısını çox döysə, axırda qapı onun üzünə açılacaqdır.»(əl-Xisal, səh. 632, hədis10  )
    3608. İmam Əli(ə): «Əgər namaz qılan, Allahın cəlalından hansı tacının onu əhatə etdiyini bilsəydi, başını səcdədən qaldırmaq istəməzdi.»(əl-Xisal, səh. 632, hədis10 )
    3609. İmam Əli(ə): «Bir şəxs namaza dayananda, Allahın bəndəni əhatə edən rəhmətini görən iblis paxıllıqla ona baxar.»(Muminun, ayə 1, 2 )
    1118. Namazda xuşu (Allahın qarşısında kiçilərək Ona müti olub boyun əymək.)
    Quran:
    «Həqiqətən, möminlər nicat tapdılar. O kəslər ki, namazlarında xuşu halında olarlar.» (əl-Firdovs, c.5, səh. 195 , hədis7935 )
    Hədis:
    3610. Allahın Peyğəmbəri (s): «Namazda xuşu (və mütilik) halında olmayanın namazı, namaz deyil.»(Dəaimul-İslam, c.1, səh.158 )
    3611. Allahın Peyğəmbəri (s) («xuşu nədir?» sualının cavabında): «Namazda mütilik və bəndənin tam qəlbi ilə öz Rəbbinə üz tutmasıdır.»(Fəlahus-Sail, səh. 161  )
    3612 Cəfər ibn Əli Qummi: «Allahın Peyğəmbəri (s) namaza dayanan zaman Allah-taalanın qorxusundan üzünün rəngi qaçırdı.» (əl-Xisal, səh. 628 )
    3613. İmam Əli (ə): «İnsan namazda xuşu halında olmalıdır. Qəlbi Allahın qarşısında xuşu halında olan şəxsin bədən üzvləri də xuşu halında olar və buna görə, heç bir əzası ilə oynamaz.» (Dəaimul- İslam, c.1, səh.159 )
    3614. «Dəaimul İslam»: «İmam Əli (ə) namaza dayananda möhkəm bina, ya düz sutun kimi tərpənməzdi. Bəzən rukuda, səcdə halında (o qədər aram və hərəkətsiz) olurdu ki, quş gəlib o Həzrətin (ə) belində otururdu. Əli ibn Əbutalibdən (ə) və Əli ibn Hüseyndən (ə) başqa heç kəsin Peyğəmbərin (s) namazı kimi namaz qılmağa taqəti yox idi.» (Biharul-Ənvar, c.70, səh. 400 , hədis72 )
    3615. «Biharul-Ənvar»: «İmam Əli (ə) dəstəmaz almağa başlayanda, Allah qorxusundan üzünün rəngi dəyişərdi.» (Biharul-Ənvar, c.70, səh. 400 , hədis72 )
    3616. «Biharul- Ənvar»: «Xanım Fatimeyi Zəhranın (ə) namazda Allah–taalanın qorxusundan nəfəsi çətin gedib-gələrdi.» (Biharul-Ənvar, c. 80, səh. 364 , hədis30 )
    3617. «Biharul-Ənvar»: «İmam Həsən (ə) dəstəmaz alanda üzünün rəngi dəyişərdi. Bədəninin oynaqları titrəyərdi. Bunu səbəbini soruşduqda, buyurdu: Ərşin Allahının qarşısında dayanan şəxsin rəngi dəyişməli və bədəninin oynaqları titrəməlidir.» (Dəaimul- İslam, c.1, səh. 158)
    3618. «Dəaimul İslam»: «O Həzrət (imam Səccad (ə)) namaz üçün dəstəmaz alanda və özünü namaz qılmağa hazırlayanda üzü saralar və rəngi qaçardı. Bir dəfə bu barədə soruşduqda, buyurdu: «Mən böyük Padşahın qarşısında dayanmaq istəyirəm.» (əl-Kafi, c.3, səh. 300 , hədis4 )
    3619. İmam Baqir (ə): «İmam Səccad (ə) namaza dayananda, sanki ağacın gövdəsi olurdu. Küləyin əsməyi ilə hərəkətə gələn şeylərdən başqa, ondan heç nə tərpənmirdi.»(Fəlahus – Sail, səh. 161 )
    3620. Əbu Əyyub: «İmam Baqir (ə) və İmam Sadiq (ə) namaza dayananda üzlərinin rəngi qaçardı. Gah qızarar, gah da saralardı, sanki gördükləri bir kəsə öz sirlərini pıçıldayırdılar.» (Biharul – Ənvar, c.84, səh. 258 , hədis56)
    1119. Namazın qəbul olunmasının şərtləri və maneələri
    3621. Allahın Peyğəmbəri (s): «Əgər kamantək əyilənədək namaz qılsanız və kamana bənzəyənədək oruc tutsanız, pəhrizkar olub günahlardan çəkinməyincə Allah-taala (bu əməlləri) sizdən qəbul etməz.» (Bihədisarül – Ənvar, c.84, səh. 257 , hədis55 )
    3622. Allahın Peyğəmbəri (s): «Allah-taala mənə vəhy etdi: «Ey Rəsullar nəslindən olan! Ey qorxudanlar nəslindən olan! Öz xalqına bəyan et ki, onlardan hər birinin boynunda Mənim bəndələrimin birinin bir məzləmə və haqqı olanadək Evlərimin heç birinə daxil olmayacaqlar. Çünki o haqqı qaytarmayınca, Mənim qarşımda namaza durduğu müddətdə ona lənət edərəm.» (Camiul – Əxbar, səh. 412 , hədis1141 )
    3623. Allahın Peyğəmbəri (s): «Kim müsəlman kişi və ya qadının qeybətini edərsə, qeybət olunan onu bağışlamayınca, Allah qırx gecə–gündüz onun namaz və orucunu qəbul etməz.»(İləluş-Şəraye, səh. 345 , hədis1 )
    3624. Allahın Peyğəmbəri (s): «Əgər bir şəxs şərab içsə qırx gün namazı hesaba alınmaz.» (Bəşarətul – Mustəfa, səh. 28 )
    3625. İmam Əli (ə): «Bax gör, hansı paltar və libasla namaz qılırsan. Əgər onu düzgün və halal yolla qazanmamısansa, namazın qəbul deyil.»(əl-Münaqibu li ibni Şəhr Asub 4 c.səh. 131 )
    3626. İmam Səccad (ə) (namazın qəbul olunmasına səbəb olan şey ba¬rə¬də sualın cavabında): «Bizim məhəbbətimiz və vilayətimiz, eləcə də, düş¬mən¬lərimizə nifrət etmək.» (əl – Kafi, c.3, səh. 266 , hədis11 )
    3627. İmam Sadiq (ə): «Allah-taala kimin bir namazını qəbul edərsə, ona əzab verməz, kimin bir xeyir əməlini qəbul edərsə,ona əzab ver¬məz.»(əl – Kafi, c.2, səh. 349 , hədis5 )
    3628. İmam Sadiq (ə): «Kim öz ata-anasına ona zülm etmiş olsalar belə, düşmən baxışı ilə baxsa, Allah-taala onun namazını qəbul etməz.»(Məkarimul – Əxlaq, c.2, səh. 324 , hədis2656 )
    1120. Namazları qəbul olunmayanlar
    3629. Allahın Peyğəmbəri (s): «Səkkiz nəfərin namazı qəbul deyil: fərari qul öz sahibinin yanına qayıdanadək, əri ondan narazı olan dikbaş qadın, zəkat verməyən şəxs, dəstəmazı olmayan şəxs, namazını baş örtüyü olmadan qılan həddi buluğa çatmış qız, xalq ondan narazı olduğu halda onlarla birgə namaz qılan rəhbər, məst və zəbin adamın, yəni öz sidiyini və nəcisini güclə saxlayan şəxsin.» (əl – Muhasin, c.1, səh. 406 , hədis921 )
    1121. Namazın qəbul olunmasında ürəklə qılınmağın rolu
    3630. Allahın Peyğəmbəri (s): «Allah-taala ürəyi bədəni ilə birgə olmayan şəxsin namazını qəbul etməz.» (Biharul – Ənvar, c.84, səh. 249 , hədis41 )
    3631. Allahın Peyğəmbəri (s): «Bəzən bəndə namaz qılar, ancaq o na¬ma¬zın altıda biri, hətta onda biri belə onunçün yazılmaz. Bəndənin na¬ma¬zın¬dan yalnız Allahı tanımaqla və diqqətini Ona yönəltməklə qıldığı qədəri hesaba alınar.» (Səvabul – Əmal, səh. 68 , hədis1 )
    3632. Allahın Peyğəmbəri (s): «Təfəkkürlə müşayiət olunan iki rəkət namaz, gecəni sübhədək namaz qılmaqla keçirməkdən daha yaxşıdır.»(Biharul – Ənvar, c.84, səh. 260 , hədis59 )
    3633. İmam Baqir (ə) və İmam Sadiq (ə): «Namazından yalnız ürəkdən qıl¬dığın qədəri qəbul olunur. Beləliklə, əgər bir şəxs bütün namazı boyu səhv edərsə (fikri tamamilə dağınıq olarsa), ya onu qılmaqdan qafil olarsa (vaxtında qılmasa) həmin namazı əski parçası kimi büzüşdürüb onun üzünə çırparlar.» (əl-Kafi, c.3, səh. 266 , hədis12 )
    3634. İmam Sadiq (ə): «Kim iki rəkət namaz qılsa və onun əsnasında nə dediklərini bilsə, namazı qurtaran kimi, Allahla onun arasında heç bir günah qalmaz.» (Biharul – Ənvar, c.72, səh. 198 , hədis26 )
    1122. Namazı namaz olmayan şəxs
    3635. Allahın Peyğəmbəri (s): «Namazın ruku və səcdəsini düzgün
    yerinə yetirməyənin namazı namaz deyil.» (Biharul – Ənvar, c.84, səh. 249 , hədis41 )
    3636. Allahın Peyğəmbəri (s): «Kim namaz əsnasında qəsdən sağında və solunda kimin olduğunu başa düşsə, namazı namaz deyil.» (Mişkətul – Ənvar, səh. 46 )
    3637. İmam Sadıq (ə): «Zəkat verməyən şəxsin namazı düzgün deyil.» (Əmali-Saduq, səh. 337 , hədis12 )
    3638. İmam Sadiq (ə): «Haqinin, haqibin və haziqin namazı düzgün deyil. Haqin sidiyini sıxıb saxlayan kimsə, haqib nəcis ona sıxıntı verən və haziq də ayağına geydiyi şeydən sıxılan şəxsdir.» (Nisa, ayə 142 )1123. Namazda zəiflik və süstlüyün qadağan olması
    Quran:
    «Münafiqlər Allaha hiylə gələrlər, halbuki, Allah onlara hiylə gələcəkdir. Namaza dayananda tənbəlliklə qalxar, xalqla riyakarlıqla davranar və Allahı çox az yad edərlər.»(Biharul – ənvar, c.77, səh. 22 , hədis6 )
    Hədis:
    3639. «Biharül-Ənvar»: Merac hədisində deyilir ki: «Ey Əhməd! Üç bəndəyə təəccüb edirəm: namaza duranda əllərini kimə tərəf uzatdığını və kimin qarşısında dayandığını bilən və bununla belə, yuxulu və süst olan bəndəyə …»(Biharul – ənvar, c.84, səh. 283 , hədis5 )
    3640. İmam Əli (ə): «Namaz vaxtı səni yuxu aparanda, namazını saxla və yat. Çünki belə halda özünə dua, yoxsa lənət etdiyini bilmirsən.»(Təfsirul – Əyyaşi, c.1, səh.242 )
    3641. İmam Baqir (ə): «Yuxulu, süst və ağır halda namaza dayanma. Çünki bunlar ziyankarlığın xislətlərindəndir və Allah-taala, möminlərə məst halda, yəni yuxunun məstliyində namaza dayanmağı qadağan etmişdir.» (Maun, ayə 4, 5 )1124. Namazın vaxtlarına riayət etmək
    Quran:
    «Vay olsun namaz qılanlara. O kəslərə ki, namazlarından qafildirlər.»(Muminun, ayə 9, 10 )
    «Və namazlarından riayət edənlər. Onlardır varis olanlar.»(Tənbihul-Xəvatir, c.2, səh. 122  )
    Hədis:
    3642. Allahın Peyğəmbəri (s): «İnsanın dindarlığı üçün, namazlarından çox muğayat olması kifayətdir.»(Biharul-Ənvar, c.83, səh. 14 , hədis25 )
    3643. İmam Əli (ə) (Məhəmməd ibn Əbubəkrə məktubundan): «Namazın vaxtına riayət et və onu vaxtında qıl. Nə bekar olduğuna görə onu vaxtından əvvəl qıl, nə də işinə görə onu öz vaxtından sonraya keçirmə.»(əl-Kafi, c.3, səh. 274, hədis8 )
    1125. Namazı ilk vaxtda qılmağa həvəsləndirmək
    3644. İmam Baqir (ə): «Bil ki, həmişə vaxtın əvvəli daha yaxşıdır. Beləliklə, bacardığın qədər xeyir işə tələs. Allah yanında ən sevimli iş, az da olsa insanın daim gördüyü işdir.» (Səvabul-Əmal, səh. 58, hədis2 )
    3645. İmam Sadiq (ə): «İlk vaxtın (qılınan namazın), vaxtın sonu üzərində olan üstünlüyü axirətin dünya üzərində olan üstünlüyü kimidir.»(Biharul – Ənvar, c.83, səh. 21, hədis38 )
    3646. Qəzzaz: «Həzrət İmam Rza (ə) bir neçə Ələvini qarşılamaq üçün evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub, buyurdu: «Azan ver.» Ərz etdim: «Gözləyək, dostlarımız gəlib bizə qoşulsunlar.» Həzrət (ə) buyurdu: «Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk vaxt namazı təxirə salma, həmişə vaxtın əvvəlinə riayət et.» Bu vaxt mən azan verdim və biz namaz qıldıq.» (Mudəssir, ayə 40-43 )1126. Binamaz və küfr
    Quran:
    «Bağların içində bir-birindən soruşarlar. Günahkarlar barədə: «Sizi cəhənnəm atəşinə gətirən nə oldu? Deyərlər: Biz namaz qılanlardan deyildik.»(Səvabul – Əmal, səh. 275 , hədis1 )
    Hədis:
    3647. Allahın Peyğəmbəri (s): «Müsəlmanla kafir arasında vacib namazı qəsdən tərk etməkdən və ya onu yüngül tutub qılmamaqdan başqa bir fasilə yoxdur.» (İləluş – Şəraye, səh. 339, hədis1 )
    3648. İmam Sadiq (ə) («Niyə namaz qılmayan kafir adlanır, amma zinakar yox?» sualına cavabından): «Çünki zina və bu kimi günahları edən şəxs şəhvətin ona qalib gəldiyinə görə belə işlərə əl atır. Amma namaz qılmayan, namazı yüngül saymasından və onu əhəmiyyətsiz bildiyindən qeyri bir şeyə görə onu tərk etmir.» (əl – Kafi, c.3, səh.269 , hədis7 )1127. Namazı yüngül hesab etməyin!
    3649. İmam Baqir (ə): «Namazı yüngül sayma! Çünki Allahın Peyğəmbəri (s)dünyadan köçəndə «Namazı yüngül sayan məndən deyil» deyə buyurdu.» (Mustədrəkul-Vəsail, c.3, səh.25 , hədis2923 )
    3650. Əbu Bəsir: «İmam Sadiqin (ə) vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Humeydənin yanına getdim. Humeydə ağlayıb dedi: Ey Əbu Məhəmməd! Kaş, o Həzrət (ə) vəfat edəndə burada olaydın. Gözlərini yumub mənə buyurdu: Qohumlarımı və yaxınlarımı yanıma çağırın. Hamı o Həzrətin (ə) başına yığılanda buyurdu: Bizim şəfaətimiz heç vaxt namazı yüngül sayana çatmaz.» (əl-Məhasin, c.2, səh.126, hədis1348 )
    1128. Camaat namazı
    3651. Loğman (ə) (oğluna nəsihətindən): «Nizənin ucunda olsa da, namazı camaatla qıl.»(Vəsailuş-Şiə, c.3, səh. 487 , hədis2 )
    3652. Allahın Peyğəmbəri (s) (namaz qılmaq üçün məscidə gəlməyən bəzi müsəlmanlar barədə): «Bəzi adamlar məsciddə namaz qılmağı tərk ediblər. Az qalıb əmr edək ki, odun gətirsinlər, onların qapılarının ağzına qoyub od vursunlar və başlarının üstündə evlərini yandırsınlar.» (əl-Kafi, c.3, səh. 371, hədis3 )
    3653. Allahın Peyğəmbəri (s): «Beş namazı camaatla qılan şəxsin haqqında yaxşı fikirdə olun.» (Əmali – Tusi, səh. 29, hədis31 )
    1129. Camaat imamı nəyə riayət etməlidir?
    3654. İmam Əli(ə) (Məhəmməd ibn Əbubəkri Misirə vali təyin edərkən): «Öz namazına fikir ver gör necədir. Çünki sən öz xalqının rəhbərisən. (Sə¬nə layiq olan budur ki,) Namazını kamil qılmalısan. Onu yüngül və naqis yerinə yetirməməlisən. Belə ki, camaat imamı ilə birgə qılınan namazda, namaz qılanların namazında nə əskiklik və nöqsan olarsa, hamısı camaat imamının boynuna gələr və onların namazından heç nə əskilməz. Namazını kamil qıl və ondan muğayat ol ki, onların hamısının qazandığı savab qədər savab qazanarsan və bu onların savabından heç nəyi azaltmaz.»(Nəhcüll – Bəlağə, məktub 52 )
    3655. İmam Əli (ə) (şəhər valilərinə yazdığı məktubundan): «Onlarla, namaza ən az taqətləri olanlar kimi namaz qılın (və uzun namazla) fitnəkarlıq etməyin.»(ə-Kafi, c.3, səh. 376, hədis5 )
    3656. İmam Sadıq (ə) («Camaat imamlığına kim daha layiqdir?» sualına cavab olaraq): «Allahın Rəsulu (s) buyurmuşdur: Camaat imam¬lı¬ğı¬nı Quranı daha çox oxuyan (ya qiraəti daha yaxşı olan) öz öhdəsinə gö¬türsün. Əgər qiraətdə bərabər səviyyədə olsalar, daha əvvəl hicrət edən şəxs camaat imamı olsun. Hicrətdə də eyni olsalar, yaşı çox olan öz öhdəsinə alsın. Əgər həmyaşıd olsalar, Peyğəmbərin sünnəsini və fiqhi (şəriətin hökmlərini) daha yaxşı bilən, imamlıq etsin. Sizlərdən heç kəs başqasının evində ev sahibinə və başqasının nüfuz dairəsində olan yerdə nüfuz sahibinə namazda pişnamazlıq etməsin.»(İsra, ayə 79 )
    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1122 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019