İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    261 Güman
    1194. Güman və əql.
    3907. İmam Əli (ə): «İnsanın gümanı onun əqli qədərdir.»(Ğurərul-Hikəm, hədis 6038 

     )

    3908. İmam Əli (ə): «Ağıllı insanın gümanı nadanın əminliyindən daha doğrudur.»(Ğurərul-Hikəm, hədis 6040 

     )

    3909. İmam Əli (ə): «Möminlərin ehtimalından və gümanlarından qorxun. Çünki, Allah-taala həqiqəti onların dillərində qərar vermişdir.»(Nəhcül-Bəlağə, hikmət 309

     )

    1195. Qardaşının rəftarını ən yaxşı tərzdə qəbul et.
    3910. Allahın Peyğəmbəri (s): «Qardaşının söz və əməllərində bir üzr axtar və əgər tapmasan özün bir üzr düzəlt.»(Biharul-Ənvar, c.75, səh.197, hədis 15

     )

    3911. İmam Əli(ə): «Sənə aydın olmayan bir əməlini görməyincə, qardaşının rəftarını ən gözəl tərzdə qəbul et. Onun ağzından çıxan sözə yaxşı yozum tapıncaya qədər ona bədgüman olma.»(Əmali-Səduq, səh.250, hədis 8

     )

    1196. Xoşgümanlığın dəyəri.
    3912. İmam Əli (ə): «Xoşgümanlıq qəlbin və dinin sağlamlıq mənşəyidir.»(Ğurərul-Hikəm, hədis 4816

     )

    3913. İmam Əli (ə): «Xoşgüman qəm-qüssəni azaldar və günahın tələsinə düşməkdən xilas edər.»(Ğurərul-Hikəm, hədis 4823 

     )

    3914. İmam Əli (ə): «Kim xalqa qarşı xoşgüman olsa, onların məhəbbətini qazanar.»(Ğurərul-Hikəm, hədis 8842 

     )

    3915. İmam Əli (ə): «Ən üstün təqva xoşgümanlıqdır.»(Ğurərul-Hikəm, hədis 3027 

     )

    1197. Bədgümanlıqdan çəkinmək.
    Quran:
    «Ey iman gətirənlər, çox gümanlardan uzaqlaşın. Çünki gümanların bəziləri günahdır." (Hücurat, ayə 12

     )

    Hədis:
    3916. Allahın Peyğəmbəri (s): «(Bəd) Gümandan çəkinin. Çünki, (bəd) güman yalanların yalanıdır.»(Biharul-Ənvar, c.75, səh.195, hədis 8

     )

    3917. Allahın Peyğəmbəri (s): «Gümana düşdükdə, onun ətrafında axtarış və təhqiqat aparmayın. Paxıllığınız tutduqda, paxıllığın ardınca getməyin və fal bəd gəldikdə (ona əhəmiyyət vermədən) öz işinizi görün.»(Kənzul-Ummal, hədis 7585 

     )

    3918. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında): «Həqiqətən, xəsislik, qorxaqlıq və hərislik kökündə Allaha bədgümanlıq dayanan ayrı-ayrı xasiyyətlərdir.»(Nəhcül-Bəlağə, məktub 53 

     )

    3919. İmam Əli (ə): «İman bədgümanlıqla uyğun gəlməz.»(Ğurərul-Hikəm, hədis 10534 )

    3920. İmam Əli (ə): «Bədgümanlıq işləri korlayar və cürbəcür pis işlərə üz tutmağa səbəb olar.»(Ğurərul-Hikəm, hədis 5575 

     )

    3921. İmam Əli (ə): «Bədgümanlıqdan çəkin. Çünki, bədgümanlıq ibadəti korlayar.»(Ğurərul-Hikəm, hədis 2709 

     )

    3922. İmam Əli (ə): «Şər-xəta adam, heç kəsin barəsində yaxşı gümanda olmaz. Çünki, hamını özü xasiyyətdə və xislətdə görər.»(Ğurərul-Hikəm, hədis 1903 

     )

    1197. Başqalarına bədgüman olmağa sövq edənlərdən çəkinmək.
    3923. İmam Əli (ə): «Özünü töhmət və bədgümanlıq hədəfinə çevirən şəxs, ona bədgüman olanları məzəmmət etməməlidir.»(Əmali-Səduq, səh.250, hədis 8

     )

    3924. İmam Əli(ə) «Pis yerlərə gedib-gəldiyinə görə ittiham olunan və özünü töhmət hədəfinə çevirən şəxs onun barəsində bədgüman olanları məzəmmət etməməlidir.»(Kənzul-Fəvaid, c.2, hədis 182 )
    3925. İmam Əli(ə): «Pis adamlarla yoldaşlıq, yaxşı insanlara bədgünmanlıqla nəticələnər.»(Biharul-Ənvar, c.74, səh.197, hədis 31 )
    3926. İmam Əli (ə): «Vəziyyəti və günü hamıdan pis olan şəxs, qəlbi qaralığına görə heç kəsə etimad etməyən və pis rəftarına görə də heç kəsin etimad etmədiyidir.»(Kənzul-Fəvaid, c.2, hədis 182

     )

    3927. İmam Əli (ə): «Nikbin olmayan şəxs hamıdan qaçar və tənha qalar.»(Ğurərul-Hikəm, hədis 9084

     )

    1199. Bədgüman olmağa icazə verilən hallar.
    3928. Allahın Peyğəmbəri (s): «Bədgümanlıqla özünüzü xalqın zərərindən qoruyun.» (Biharul-Ənvar, c.77, səh.158, hədis 142

     )

    3929. İmam Əli (ə): «Zəmanəyə və xalqa doğruluq, paklıq hakim olanda kimsə başqasından bir günah əməl görmədiyi surətdə onun barəsində bədgüman olarsa, ona zülm etmişdir. Ancaq, fəsad və ədalətsizlik zəmanəyə, xalqa hakim kəsiləndə bir şəxs digərini yaxşı qəbul edib nikbin olarsa, aldanmışdır.»(Nəhcül-Bəlağə, hikmət 114 

     )

    3930. İmam Kazim (ə): «Zülm və ədalətsizliyin haqq və doğruluqdan çox olduğu zəmanədə yaxşılığını bildiyi haldan başqa heç kəsin digəri barədə xoşgüman olması rəva deyil.»(əl-Kafi, c.5, səh.298, hədis 2 

     )

    262 İbadət
    1200. İbadət.
    Quran:
    «Cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.»(Zariyat, ayə 56

     )

    Hədis:
    3931. Allahın Peyğəmbəri (s): «Ən yaxşı insan ibadətə aşiq olandır. Əllərini onun (ibadətin) boynundan sallayar, səmimi qəlbdən onu sevər, öz bədəni ilə ibadətini yerinə yetirər və özünü ona həsr edər. Həmin şəxsin dünya həyatının çətinliyindən, ya asanlığından heç bir qorxusu olmaz.»(əl-Kafi, c.2, səh.83, hədis 3 

     )

    3932. Allahın Peyğəmbəri (s): «İnsanın məşğuliyyəti üçün ibadət kifayət edər.»(Tuhəful-Uqul, səh.35

     )

    3933. Allahın Peyğəmbəri (s): «Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram.»(Kənzul-Ummal, hədis 43614 

     )

    3934. İmam Əli (ə): «Allah bəndəni sevəndə ibadətin gözəlliyini onun qəlbinə salar.»(Ğurərul-Hikəm, hədis 4066 

     )

    3935. İmam Əli (ə): «Bəndəlik beş şeydədir: qarnını yeməkdən boş saxlamaqda, Quran oxumaqda, gecəni ibadətlə keçirməkdə, səhər çağı Allahın dərgahına ahu-zar etməkdə və Allah qorxusundan ağlamaqda.»(Müstədrəkul-Vəsail, c.11, səh.244, hədis 12875

     )

    1201. İbadətdə Allahı tanımağın və yəqinliyn rolu.
    3936. Allahın Peyğəmbəri (s): «Yəqinlə olmayan heç bir ibadətin dəyəri yoxdur.»(Kənzul-Fəvaid, c.1, səh.55

     )

    3937. Allahın Peyğəmbəri (s): «Allaha sanki onu görürsənmiş kimi ibadət et. Çünki, sən Onu görməsən də, O səni görür.»(Kənzul-Ummal, hədis 5250 

     )

    3938. İmam Əli (ə): «İdrak və Allahı tanıma olmayan ibadətdə heç bir xeyir yoxdur.»(Tuhəful-Uqul, səh.204

     )

    3939. İmam Səccad (ə): «İdrak və Allahı tanımaqla olan ibadətdən başqa ibadət yoxdur.»(Tuhəful-Uqul, səh.280

     )

    1202. İbadətin növləri.
    3940. «Tənbihul-Xəvatir»: Məsih (ə) bir kişiyə buyurdu: «Nə iş görürsən?» Ərz etdi: «İbadət edirəm.» Buyurdu: «Bəs sənin dolanışığını kim təmin edəcək?» Ərz etdi: «Qardaşım.» Buyurdu: «Qardaşın səndən daha abiddir.»(Tənbihul-Xəvatir, c.1, səh.65

     )

    3941. Allahın Peyğəmbəri (s): «İbadət on hissədir, onun doqquzu halal ruzi dalınca getməkdir.»(Biharul-Ənvar, c.103, səh.18, hədis 81

     )

    3942. Allahın Peyğəmbəri (s): «Övladın ata və anaya mehriban baxışı ibadətdir.»(Tuhəful-Uqul, səh.46

     )

    3943. Allahın Peyğəmbəri (s): «Alimə baxmaq ibadətdir, ədalətli rəhbərə baxmaq ibadətdir, ata-anaya mehriban və qayğıkeş baxış ibadətdir. Allaha xatir sevdiyin qardaşa baxmaq ibadətdir.»(Əmaliyət-Tusi, səh.454, hədis 1015

     )

    3944. Allahın Peyğəmbəri (s): «Allah barədə xoşgüman olmaq Allaha ibadətdir.»(-d-Durətul Bahirə, səh.15

     )

    3945. İmam Əli (ə): «Səmaların və yerin mələkkutu barədə düşünmək ixlaslı bəndələrin ibadətidir.»(Ğurərul-Hikəm, hədis 1792 

     )

    3946. İmam Əli (ə): «Mülayim tərzdə danışmaq və insanlara salam vermək ibadətdir.»(Ğurərul-Hikəm, hədis 3421  )
    3947. İmam Sadiq (ə): «Hər ibadətdən üstün ibadət var və biz Əhli-Beyti sevmək ən üstün ibadətdir.»(ən-Məhasin, c.1, səh.247, hədis 462 )
    1203. Abidlərin növləri.
    3948. İmam Sadiq (ə): «İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qor¬xu¬dan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların ibadətidir. Bir dəstə də eşq və mə¬həb¬bə¬tə görə Allaha ibadət edər ki, bu azad insanların ibadəti və ən üstün iba¬dətdir.»(əl-Kafi, c.2, səh.84, hədis 5 )
    3949. İmam Sadiq (ə): «Kim Allaha qarşı günah işlətməklə bir şəxsə itaət edərsə, hər an ona bəndəlik etmişdir.»(əl-Kafi, c.2, səh.398, hədis 8 )
    3950. İmam Cavad (ə): «Kim bir söz danışana qulaq asarsa, ona bən¬də¬lik etmişdir. Əgər danışan Allah kəlamını söyləyərsə, eşidən də Allaha iba¬dət etmişdir. Əgər şeytanın tərəfindən danışsa, şeytana ibadət etmişdir.»(əl-Kafi, c.6, səh.434, hədis 24

     )

    1204. Ən üstün ibadət.
    3951. Allahın Peyğəmbəri (s): «Ən üstün ibadət fiqhdir (dini dərk etməkdir).»(əl-Xisal, səh.30, hədis 104

     )

    3952. Allahın Peyğəmbəri (s): «Ən çox savabı olan ibadət gizli ibadətdir.»(Qurbul-Əsnad, səh.135, hədis 475

     )

    3953. Allahın Peyğəmbəri (s): «Haram yeməklə qarışıq olan ibadət qum üstündə (başqa sözlə desək, su üzərində) tikilən bina kimidir.»(İddətud-Dai, səh.141

     )

    3954. İmam Əli (ə): «Ən üstün ibadət günahlardan çəkinməkdir.»(əl-Kafi, c.2, səh.468, hədis 8

     )

    3955. İmam Əli (ə): «Ən üstün ibadət adətə qalib gəlməkdir.»(Ğurərul-Hikəm, hədis 2873 

     )

    3956. İmam Əli(ə): «Ən üstün ibadət dünyaya meyl etməməkdir.»(Ğurərul-Hikəm, hədis 2872 

     )

    3957. İmam Sadiq (ə): «Ən üstün ibadət Allahı tanımaq və Ona müti olmaqdır.»(Tühəful-Uqul, səh.364

     )

    3958. İmam Sadiq (ə): «Ən üstün ibadət daim Allah və Onun qüdrəti barədə düşünməkdir.»(əl-Kafi, c.2, səh.55, hədis 3

     )

    3959. İmam Sadiq (ə): «Allaha and olsun, möminin haqqını yerinə yetirməkdən üstün heç bir şeylə Allah-taalaya ibadət olunmayıb.»(əl-İxtisas, səh.28

     )

    3960. İmam Sadiq (ə): «Ən abid insan vacib əməlləri yerinə yetirəndir.»(əl-Xisal, səh.16, hədis 56

     )

    3961. İmam Rza (ə): «İbadət çoxlu namaz qılmaq və oruc tutmaq deyil. İbadət, əslində Allahın işi barədə çox düşünməkdir.»(Tuhəful-Uqul, səh.442

     )

    3962. İmam Cavad (ə): «Ən üstün ibadət ixlasdır.»(Tənbihul-Xəvatir, c.2, səh.109 

     )

    1205. İbadətdə xoş əhval.
    3963. Məsih (ə): «Həqiqətən, sizə deyirəm: Xəstə şəxs yaxşı və ləziz xörəyə baxıb kəskin ağrıya görə ondan bir ləzzət almadığı kimi, dünyapərəst də dünya malına məhəbbətə görə ibadətdən ləzzət almır və onun şirinliyini dadmır.»(Tuhəful-Uqul, səh.507

     )

    3964. Allahın Peyğəmbəri (s): «İbadətin bəlası süstlükdür.»(Tuhəful-Uqul, səh.6

     )

    3965. İmam Sadiq (ə): «İbadəti öz canlarınıza yükləməyin.»(əl-Kafi, c.2, səh.86, hədis 2

     )

    263 İbrət götürmə
    1206. İbrətlərdən öyüd almaq.
    Quran:
    «Beləliklə, ey bəsirət əhli, ibrət götürün.» (Həşr, ayə 2

     )

    Hədis:
    3966. Allahın Peyğəmbəri (s): «İbrət götürün ki, sizdən əvvəlkilərdə ibrət dərsləri var.»(Kənzul-Fəvaid, c.2, səh.31

     )

    3967. İmam Əli (ə): «Mömin dünyaya ibrət gözü ilə baxar və çarəsizlikdən ondan yemək götürər.»(Nəhcül-Bəlağə, hikmət 367 

     )

    3968. İmam Əli (ə): «Nadanlıq edən şəxsin nəsihət götürməyi az olar.»(Ğurərul-Hikəm, hədis 7837 

     )

    3969. İmam Əli (ə): «İbrət götürmək ən doğru ayıqlıq gətirəndir. Düşünən insan ibrət götürər. Kim ibrət götürsə, günahlardan və məhvedici amillərdən kənar durar və kənara çəkilən salamat qalar.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 101

     )

    3970. İmam Əli (ə): «İbrət götürmək doğru yola aparar.»(Biharul-Ənvar, c.78, səh.92, hədis 101

     )

    3971. İmam Əli (ə): «İbrət götürən şəxs gözüaçıq olar. Gözüaçıq olan dərrakəli olar və dərrakəli olansa hər şeyi bilər.»(Nəhcül-Bəlağə, hikmət 208 

     )

    1207. İbrət öyrədən amillər.
    Quran:
    «Onların əhvalatlarında əql sahibləri üçün ibrət vardır.»(Yusif, ayə 111 )
    «Allah gecə və gündüzü dolandırar. Həqiqətən, bu işdə bəsirət əhli üçün ibrət vardır.» (Nur, ayə 44 )
    Hədis:
    3972. İmam Əli (ə): «Dünyadakı hadisə və dəyişkənliklərdə ibrət dərsi var.»(Ğurərul-Hikəm, hədis 6453)

    3973. İmam Əli (ə): «Əgər özünün tələf etdiyin keçmiş ömründən ibrət götürsən, şübhəsiz ki, qalan ömrünü qorumusan.»(Ğurərul-Hikəm, hədis 7589)

    3974. İmam Əli (ə): «Allahın iblisə etdiyindən nəsihət götür. Belə ki, onun uzunmüddətli əməlini və böyük səylərini bərbad etdi.»(Nəhcül-Bəlağə, xütbə 192)

    3975. İmam Əli (ə): «Allahın əzabından və Onun sizdən əvvəlki asi xalqlara göndərdiyi bəla və cəzalardan ibrət götürün.»
    3976. İmam Əli (ə): «Necə də çox ibrət, necə də az ibrət götürən var.»(Nəhcül-Bəlağə, hikmət 297 

     )

    3977. İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz. Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi. Birinci müsibət, onun ömründən azalan bir gündür. Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.
    İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.
    Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?» Buyurdu: «Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?»(Biharul-Ənvar, c.78, səh.160, hədis 20

     )

    1208. İbrət götürməyin səmərəsi.
    3978. İmam Əli (ə): «İbrət götürmək insanı (günahdan və xətadan) qoru-yar.»(Ğurərul-Hikəm, hədis 879

     )

    3979. İmam Əli (ə): «Daim ibrət götürmək qəlbin bəsirətinə gətirib çıxarar və günahlardan, xətalardan çəkinməklə nəticələnər.»(Ğurərul-Hikəm, hədis 5150

     )

    3980. İmam Əli (ə): «Kimin ibrət götürmək qabiliyyəti çox olsa, büdrəyişləri az olar.»(Ğurərul-Hikəm, hədis 8056

     )

    264 Xudpəsəndlik
    1209. Xudpəsəndlik.
    3981. İmam Əli (ə): «Heç bir tənhalıq xudpəsəndlik qədər qorxu yaradan deyil.»(Nəhcül-Bəlağə, hikmət 113 

     )

    3982. İmam Əli (ə): Xudpəsəndlik çatışmazlıqları üzə çıxarar.»(Ğurərul-Hikəm, hədis954

     )

    3983. İmam Əli (ə): «Xudpəsəndlik axmaqlıqdır.»(Ğurərul-Hikəm, hədis 62

     )

    3984. İmam Əli (ə): «Ona görə Allahın yanında narahat olacağın günah, xudpəsəndliyə və qürura düçar edəcək yaxşı əməldən yaxşıdır.»(Nəhcül-Bəlağə, hikmət 46 Ğurərul-Hikəm, hədis 2642 

     )

    3985. İmam Əli (ə): «Məbada özündən razı olasan. Belə olan halda səndən narazılar çox olar.»(Ğurərul-Hikəm, hədis 4606 

     )

    3986. İmam Əli (ə): «Xudpəsəndliyin meyvəsi düşmənçilik və kindir.»(Tuhəful-Uqul, səh.74

     )

    3987. İmam Əli (ə): «Xudpəsəndlik düzgün fikirləşməyin düşməni və ağılların bəlasıdır.»(Ğurərul-Hikəm, hədis 726 

     )

    3988. İmam Əli (ə): «Xudpəsəndlik ağlı korlayar.»(Nəhcül-Bəlağə, hədis 167 

     )

    3989. İmam Əli (ə): «Xudpəsəndlik tərəqqi və kamala maneədir.»(əz-Zohdu lil-Hoseyn ibn Səid, səh.68, hədis 179 

     )

    3990. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Allah-taala buyurur: Bəndələrdən bəziləri, onları sevməyim üçün Məndən ibadətin uğurunu nəsibləri etməyimi diləyir. Ancaq bunu onlara nəsib etmərəm ki, məbada öz əməllərindən qürur duyar və xudpəsəndliyə düçar olarlar.»(əl-Kafi, c.2, səh.313, hədis 2 

     )

    3991. İmam Sadiq (ə): «Kimə xudpəsəndlik yol taparsa puç olar.»(Mostədrəkul-Vəsail, c.1, səh.132, hədis 184

     )

    1210. Özünün yaxşı əməllərini az bilməyə həvəsləndirmək.
    3992. Allahın Peyğəmbəri (s)(Ağıllıları təsvir edərkən): «Başqalarının azacıq yaxşılıqlarını çox sayar, özlərinin çox yaxşılıqlarını az bilərlər.»(Tuhəful-Uqul, səh.285 

     )

    3993. İmam Baqir (ə): «Nəfsin Allaha çox ibadət etsə də, yenə onu az bil ki, bu yolla nəfsini rəzil edib özünü (Allahın) əfvinə çatdırasan.»(əl-Xisal, səh.112, hədis 86 

     )

    3994. İmam Sadiq (ə): «İblis (Allah ona lənət etsin) öz qoşununa dedi: Üç işdə Adəm övladına üstün gəlsəm, onun nə edəcəyindən qorxum olmaz. Çünki, onun əməlləri artıq qəbul olunmayacaq: Əməlini çox hesab etsə, günahını unutsa və xudpəsənd olsa.»(Ğurərul-Hikəm, hədis 9666 

     )

    1211. Xudpəsəndliyin dərmanı.
    3995. İmam Əli (ə): «Adəm övladının xudpəsəndliklə nə işi? Başlanğıcı iylənmiş bir su, sonu murdar bir leş, bunların arasında isə nəcasətlərin kisəsidir.»(Tuhəful-Uqul, səh. 285

     )

    3996. İmam Baqir (ə): «Xudpəsəndlik yolunu özünü tanımaqla bağla.»(Əmali-Səduq, səh.16, hədis 5 

     )

    3997. İmam Sadiq (ə): «Sirat körpüsündən keçmək həqiqətsə, bəs onda xudpəsəndlik nəyə lazım?!»(İləluş-Şərayi, səh.122, hədis 1 

     )

    265 Möcüzə
    1212.Möcüzə.
    3998. İmam Sadiq (ə): «Möcüzə Allahın bir nişanəsidir. Onu doğru danışanın düz sözünün yalançının yalanından ayrılması üçün yalnız peyğəmbərlərə, mələklərə və öz hüccətlərinə göstərər.»(əl-Kafi, c.1, səh.24, hədis 20 

     )

    1213. Peyğəmbərlərin möcüzələrindəki fərqlərin hikməti.
    3999. İmam Hadi (ə)(Musanın əsa, nurani əl və caduya qarşı vasitələrlə, İsanın təbabət vasitələri və Məhəmmədin (Ona, əhli-beytinə və bütün peyğəmbərlərə Allahın salamı olsun) söz və kəlamla göndərilməsinin səbəbi haqda ibn Sikkitin sualına cavabından): «Allah Musanı (ə) göndərəndə cadugərlər zəmanə əhlinə qalib gəlmişdi. O, Allah tərəfindən camaata elə bir şey gətirdi ki, onların qüdrətindən xaric idi. Onun vasitəsi ilə cadugərlərin cadusunu batil və hüccəti onlara sübut etdi. İsaya xroniki xəstəliklərin geniş yayıldığı, camaatın onların müalicəsinə ehtiyacı olduğu vaxt peyğəmbərlik verdi. İsa da Allahın tərəfindən, onlar üçün onlarda bənzəri olmayan bir şey gətirdi. O, Allahın izni ilə ölüləri diriltdi, anadangəlmə korlara və ala xəstəliyinə tutulmuşlara şəfa verdi və bu vasitə ilə hüccəti onlara sübuta yetirdi. Məhəmmədi (s) kəlam və xitabətin (gümanımca «şer»i də buyurdu) geniş yayıldığı bir vaxt göndərdi. O Həzrət Allah dərgahınndan hikmətlər, moizələr gətirdi və bu vasitəsə ilə onların sözlərini batil etdi və hüccəti onlara sübut etdi.»(Ənbiya, ayə 37 )


    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1351 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024