İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (3-cü cild)

    Mizanul – hikmət (3-cü cild)
    288 Etikaf (Məsciddə qalıb ibadət etmək)
    1327. Etikaf.
    Quran:
    «Kəbəni insanlar üçün toplaşmaq və əmin-amanlıq yeri etdik. İbrahimin durduğu yeri özünüzə namazgah edin. İbrahimə də, İsmailə də «Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, ruku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!» deyə əmr etdik.»(Uyunu Əxbari Riza (ə), c.2, səh.66, hədis 295 )

    Hədis:
    4441. Ənəs: «Peyğəmbər (s) bir yerdə daimi yaşayanda Ramazan ayının son on gününü etikafda keçirər, səfərə çıxsaydı növbəti il iyirmi gün etikaf edərdi.»(Munyətul-Murid, səh.110 )

    4442. Məymun bin Mehran: Həsən ibn Əlinin (ə) yanında oturmuşdum. Bir kişi gəlib dedi: «Ey Rəsulullahın övladı! Filankəsin məndən filan qədər alacağı var və məni həbs etmək istəyir.» İmam buyurdu: «Allaha and olsun, mənim pulum yoxdur ki, sənin borclarını ödəyim.» Sonra həmin kişi ilə söhbət etdi. Məymun deyir ki, İmam (ə) ayaqqablarını geydi. Ərz etdim ki, yabnə Rəsulallah! Etikafda olduğunuzu unutmusunuzmu? Həzrət buyurdu: «Unutmamışam, ancaq atamın babam Rəsuləllahdan (s) belə nəql etdiyini eşitmişəm ki, kim müsəlman qardaşının ehtiyacını ödəmək üçün çalışarsa, doqquz min il oruc tutub, gecələri oyaq qalaraq Allaha ibadət etmiş ki-midir.»(əl-Kafi, c.8, səh.19, hədis4)

    4443. İmam Sadiq (ə): «Allahın Peyğəmbəri (s) Ramazan ayının son on gününü məsciddə etikafda keçirərdi. Bu müddət ərzində Həzrət üçün tükdən çadır düzəldilərdi və O, ətəyini belinə bağlayıb, yatağını yığış-dırardı...»(Nəhcül-Bəlağə, hikmət113)

    4444. İmam Sadiq (ə): «Etikaf yalnız ədalətli pişnamazın camaat namazı qıldığı cümə məscidində olmalıdır.»(Nəhcül-Bəlağə, hikmət205 )

    289 Bilik və nadanlıq
    1328. Biliyin və bilikli olmağın dəyəri.
    Quran:
    «De ki, bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alarlar.»(Nəhcül-Bəlağə, hikmət288)

    «Allah iman gətirənlərin və elm bəxş edilmişlərin dərəcələrini yüksəldər. Allah əməllərinizdən agahdır.»(Ğurərul-Hikəm, hədis185)

    Hədis:
    4445. Allahın Peyğəmbəri (s): «Alimin günahı birdir, nadanın günahı iki.»(Əmali-Səduq, səh.493, hədis1 )

    4446. Allahın Peyğəmbəri (s): «Bilikli olmaq bütün yaxşılıqların, nadanlıq isə bütün pisliklərin başıdır.»(Nəhcül-Bəlağə, hikmət147)

    4447. Allahın Peyğəmbəri (s): «Bilik qazanmaq hər bir müsəlmana vacib-dir... Allaha sitayiş və itaət biliklə edilər. Qohumluq tellərinin qırılmaması, halalın haramdan ayırd edilməsi də biliklə mümkündür. Bilik əməlin rəhbəridir və əməl ona tabe olar. Xoşbəxtlərə elm ilham olunar, bədbəxtlərsə ondan məhrum qalarlar.»(Nəhcül-Bəlağə, hikmət147 )

    4448. Allahın Peyğəmbəri (s): «İnsanların ən dəyərlisi daha çox bilik sahibləri, insanların ən dəyərsizi isə daha az biliyi olanlardır.»(Ğurərul-Hikəm, hədis1124(=1125))

    4449. Allahın Peyğəmbəri (s): «İnsanların peyğəmbərlik dərəcəsinə ən yaxın olanları alimlər və döyüşçülərdir.»(Əmali-Tusi, səh.543, hədis1165 )

    4450. Allahın Peyğəmbəri (s): «Qiyamət günündə alimlərin qələminin mürəkkəbi ilə şəhidlərin qanı ilə ölçüləcək və qələmin mürəkkəbi şəhidlərin qanından daha ağır gələcək.»(əl-Kafi, c.1, səh.32, hədis2)

    4451. İmam Əli (ə): «Fəzilətlərin başı bilikdir. Fəzilətlərin son nöqtəsi də bilikdir.»(əl-Muhcətul-Beyza, c.1, səh.22 )
    4452. İmam Əli (ə): «Bilik öndə gedən, əməl çapar və nəfs isə palçıqlı minikdir.» (Munyətul-Murid, səh.104)

    4453. İmam Əli (ə): «Bilik ağlın çırağıdır.»(Biharul-Ənvar, c.2, səh.19, hədis 49 )

    4454. İmam Əli (ə): «Bilik necə də gözəl yolgöstərəndir.»(Rovzətul-Vaizin, səh.16 )

    4455. İmam Əli (ə): «Bilik ailə şərafətinin ən yüksək şərəfidir.»(Rovzətul-Vaizin, səh.17)

    4456. İmam Əli (ə): «Bilik möminin itmiş malıdır.»(Kənzul-Ummal, hədis 28908 )

    4457. İmam Əli (ə): «Biliyin hörmətinə yalnız bu bəs edər ki, hətta onu yaxşı bilməyən də onu bilməsindən dəm vurar və onu elmli, bilikli kimi göstərəndə buna şad olar. Nadanlığın pis olmasına təkcə bu bəsdir ki, hətta nadan və elmdən bəhrəsi olmayan da ondan bezər.»(əl-İxtisas, səh.245)

    4458. İmam Əli (ə): «Heç bir xəzinə elmdən daha xeyirli deyil.»(əd-Dəvat, səh. 62, hədis153 )

    4459. İmam Əli (ə): «Heç bir şərafət bilik kimi deyil.»(Kənzul-Ummal, hədis 28858 )

    4460. İmam Əli (ə): «Hər bir qaba nəsə qoyduqda, onun tutumu azalar. Yalnız biliyin qabına qoyulanlar artdıqca, onun tutumu da çoxalar.»(Nəvadirur-Ravəndi, səh.11)

    4461. İmam Əli (ə): «Allah bəndəsini alçaltmaq istədikdə onu elmdən bəhrəsiz qoyar.»(Tənbihul-Xəvatir, c.1, səh.84 Kənzul-Ummal, hədis28697(=28698)  )

    4462. İmam Əli (ə): «Bilik həyatdır.»(əl-Kafi, c.1, səh.30, hədis1 )

    4463. İmam Əli (ə): «Həqiqətən, bilik qəlblərin həyatı (mayası), kor gözlərin işığı və gücsüz bəndələrin gücüdür.»(Əvali Lali, c.1, səh. 285, hədis 1354)

    4464. İmam Əli (ə) Kumeyl ibn Ziyadın əlindən tutaraq onu qəbristanlığa apardı. Çölə çatdıqda, dərindən bir ah çəkib ona buyurdu: «Ey Kumeyl! Bilik mal-dövlətdən yaxşıdır. Çünki bilik səni qoruyur, ancaq var-dövləti sən qorumalısan. Var-dövlət xərcləndikcə azalar, ancaq bilik verilməklə çoxalar. Var-dövlətin verdiyi, onun aradan getməsi ilə yox olar (ictimai mövqe və hörmətini itirər).»(Kənzul-Ummal, hədis28932(=28933) )
    4465. İmam Əli (ə): «Mal toplayanlar diri olsalar da ölüdürlər, elm əhli isə dünya durduqca yaşayacaqlar. Bədənləri aradan gedər, ancaq xatirələri qəlblərdə qalar.»(Əvali Lali, c.4, səh. 61, hədis 9 )

    4466. İmam Əli (ə): «Alim ölmüş olsa belə, sağdır. Nadan isə diri olsa da ölmüşdür.»(Kənzul-Ummal, hədis28726 )

    4467. İmam Baqir (ə): «Elmdən heç nəyi olmayan ürək, abadlaşdıranı olmayan xaraba ev kimidir.»(ət-Tərğib vət-Tərhib, c.1, səh.97, hədis16)

    4468. İmam Sadiq (ə): «Alimlər peyğəmbərlərin varisləridir.»(Kənzul-Ummal, hədis28702 )

    1329. Elmin ibadətdən üstünlüyü.
    4469. Allahın Peyğəmbəri (s): «Az elm çox ibadətdən yaxşıdır.»(Munyətul-Murid, səh.100 )

    4470. Allahın Peyğəmbəri (s): «Elm və bilik qarışmış yuxu, nadanlıqla qılınan namazdan yaxşıdır.»(Kənzul-Ummal, hədis28701)

    4471. Allahın Peyğəmbəri (s): «Alimin abiddən üstünlüyü, günəşin ulduzlardan üstünlüyü kimidir. Abidin qeyri-abiddən üstünlüyü isə ayın ulduzlardan üstünlüyünə bənzər.»(Kənzul-Ummal, hədis28729)

    4472. Allahın Peyğəmbəri (s): «Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yax-şıdır.»(Kənzul-Ummal, hədis28745)

    4473. Allahın Peyğəmbəri (s): «Alim abiddən 70 mərtəbə üstündür. Hər mərtəbə ilə digər mərtəbələr arasında at yetmiş il qaçar. Bu üstünlüyün səbəbi odur ki, şeytan insanların arasında bidət yaradar və alim bunu başa düşərək insanları ondan çəkindirər. Ancaq abidin başı öz ibadətinə qarışar və bidəti nə başa düşər, nə də ona diqqət yetirər.»(Əmali-Səduq, səh.58, hədis9)

    4474. Allahın Peyğəmbəri (s): «Məhəmmədin canı əlində olana and olsun ki, bir alimin olmasının hər bir anı şeytan üçün min abiddən daha ağırdır. Çünki abid öz fikrində, alim isə başqalarının fikrindədir.»(Kənzul-Ummal, hədis28842)

    4475. İmam Baqir (ə): «Bir saatlıq elmi müzakirə, bir gecə ibadətdən daha yaxşıdır.»(Əmali-Mufid, səh.29, hədis1 )

    4476. İmam Baqir (ə): «Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır.»(Məcməul-Bəyan, c.9, səh.380 )

    1330. Alimin ölümü.
    4477. Allahın Peyğəmbəri: «Alimin ölümü əvəzsiz müsibət və yeri doldurulmayacaq bir çatdır. O, qürub edən bir ulduzdur. Bir qəbilənin ölümü (ölümünə dözmək) bir alimin ölümündən daha asandır.»(Tənbihul-Xəvatir, c.1, səh.82)

    1331. Alimin üzünə baxmaq ibadətdir.
    4478. Allahın Peyğəmbəri (s): «Alimin üzünə məhəbbətli nəzərlərlə baxmaq ibadətdir.»(Munyətul-Murid, səh.105)

    4479. İmam Sadiq (ə) (Peyğəmbərin (s) «Alimlərin üzünə baxmaq ibadətdir» sözü barədə suala cavabından): «Məqsəd o alimdir ki, üzünə baxdıqda, axirət yadına düşsün. Bunun əksi olanın üzünə baxmaq fitnə (azğınlıq) yaradar.»(Əmali-Tusi, səh.377, hədis80 )

    1332. Elm öyrənməyə təşviq etmək.
    4480. Allahın Peyğəmbəri (s): «Elm öyrənin, hətta Çində olsa belə. Çünki elm öyrənmək hər bir müsəlmana vacibdir.»(Nəhcül-Bəlağə, hikmət 487 )

    4481. Allahın Peyğəmbəri (s): «Elm öyrənmək hər bir müsəlmana vacibdir. Bilin ki, Allah elmin ardınca düşənləri sevər.»(Ğurərul-Hikəm, hədis 6888)

    4482. Allahın Peyğəmbəri (s): «Hər kim bir saat elm öyrənməyin çətinliyinə səbr etməsə, həmişəlik nadanlığın çətinliyində qalacaq.»(Tuhəful-Uqul, səh.297 )

    4483. Allahın Peyğəmbəri (s): «İki qarınqulu heç vaxt doymaz: elm axtaran və dünya axtaran.»(Tuhəful-Uqul, səh.364 )

    4484. İmam Sadiq (ə): «Əgər camaat elmin nə qədər xeyirli olduğunu bilsəydi, mütləq hər an onu axtarmaqla məşğul olardı. Hətta onun yolunda qan tökməli və dənizin dərinliklərinə baş vurmalı olsalar belə.»(Tənbihul-Xəvatir, c. 2, səh 212. )

    1333. Elm axtaran.
    4485. Allahın Peyğəmbəri (s): «Nadanlar arasında elm axtaran şəxs, ölülər arasında diri insan kimidir.»(ət-Tərğib və ət-Tərhib, c. 1, səh 119, hədis 5)

    4486. Allahın Peyğəmbəri (s): «Elm axtaran elm öyrənən vaxt ölüm haqlayarsa, o, şəhid olmuşdur.»(Səvabul-Əmal, səh. 159, hədis 1)

    4487. Allahın Peyğəmbəri (s): «Kim elm öyrənmək üçün bayıra çıxarsa, qayıdana qədər Allah yolunda addımlamış olar.»(Rovzətul Vaizin, səh. 16.  )

    4488. Allahın Peyğəmbəri (s): «Elm dalınca düşən, gündüzlər oruc tutub gecəsini ibadətlə keçirən kimidir. Kimsə bir fəsil elm öyrənsə, onunçun Əbuqeys dağının qızıl olması və onu Allah yolunda verməsindən daha yaxşıdır.»(Məkarimul-Əxlaq, c. 2, səh. 364, hədis 2661 )

    4489. Allahın Peyğəmbəri (s): «Kim elm dalınca düşərsə, Allah onun ruzisini öhdəsinə götürər.»(Kənzul-Ummal, hədis 29035 )

    4490. Allahın Peyğəmbəri (s): «Elm axtaran, rəhmət axtarar. Elm arxasınca düşmək, İslamın dirəyidir və mükafatını peyğəmbərlər verərlər.»(əl-İrşad, c. 1, səh.230)

    4491. Allahın Peyğəmbəri (s): «Mələklər öz qanadlarını elm axtaran üçün açar və onun bağışlanmasını dilərlər.»(Əmali-Tusi, səh. 167, hədis 280)

    4492. Allahın Peyğəmbəri (s): «Kim elm axtarmaq üçün yol qət edərsə, Allah onu cənnətə açılan yola hərəkətləndirər.»(əl-Məhasin, c. 1. səh. 359, hədis 769)

    4493. Allahın Peyğəmbəri (s): «Kim elm axtararsa, cənnət onun arxasınca qaçar.»(Kənzul-Ummal, hədis 28666 )

    4494. Allahın Peyğəmbəri (s): «Bütün əşyalar, hətta dənizdəki balıqlar, yer üzündəki həşaratlar və sürünənlər, çölün yırtıcıları və gəmiricilərinin hamısı, elm axtaranın bağışlanmağını dilərlər.»(Ğurərul-Hikəm, hədis 5048)

    4495. İmam Əli (ə): «Kim elm öyrənərkən ölümü çatarsa, onunla peyğəmbərlər arasında təkcə bir dərəcə fərq olar.»(Mustədrəkul-Vəsail, c. 11, səh. 258, hədis 12926)

    1334. Öyrətmək.
    4496. Məsih (ə): «Hər kim bilsə, əməl etsə və öyrətsə böyük qeyb aləmində əzəmətilə tanınacaq.»(Munyətul-Murid, səh. 193)

    4497. Allahın Peyğəmbəri (s): «Ən yaxşı sədəqə, insanın elm öyrənməsi və sonra onu qardaşına öyrətməsidir.»(Əvali-Lali, c. 4, səh 74, hədis 54 )

    4498.Allahın Peyğəmbəri (s): «Allah kimsəyə elm bəxş edərsə və o, bildiyi halda elmini gizlədərsə, qiyamət günündə ağzına oddan cilov vurulmuş halda Allahın yanına gətiriləcək.»(Munyətul-Murid, səh 185 )
    4499. İmam Əli (ə): «Allah alimləri öyrətməyə təhkim etməmiş cahillərdən öyrənmək haqda öhdəlik almadı.»(Kənzul-Ummal, hədis 43811)

    4500. İmam Əli (ə): «Elmdən başqa hər bir şey xərcləndikcə azalar.»(Kənzul-Ummal, hədis 2936 )

    4501. İmam Baqir (ə): «Hər kim doğru yolun bir fəslini öyrədərsə, bu onunçun doğru yola əməl edənin mükafatı qədərdir. Əməl edənlərin də mükafatından heç nə azalmaz.»(Kənzul-Ummal, hədis 29364)

    4502. İmam Sadiq (ə): «Hər şeyin zəkatı var. Elmin zəkatı da onu əhlinə öyrətməkdir.»(əl-Xisal, səh. 567, hədis 1)

    1335. Müəllimin dəyər-qiyməti.
    4503. «Tənbihul Xəvatir»: Allah-taala Musaya vəhy edərək buyurdu: «Ya Musa! Yaxşı şeyləri öyrən və onları camaata da öyrət. Çünki mən müəllimlərin və öyrənənlərin qəbirlərini işıqlandıracağam ki, öz yerlərində vəhşət və tənhalıq hiss etməsinlər.»(Kənzul-Ummal, hədis 28883)

    4504. Allahın Peyğəmbəri (s): «Sizə bağışlayanların ən mərhəmətlisindən xəbər verimmi? Allah bağışlayanların ən mərhəmətlisidir. Mən Adəm övladlarının bağışlayanlarının ən mərhəmətlisiyəm. Məndən sonra sizlərin ən mərhəmətlisi, elm öyrədən və bu yolla elmi yayılan kimsədir. O, qiyamət günündə təkbaşına, sanki bir ümmət və eləcə də Allah yolunda öldürülmək üçün canbazlıq edən kimsə kimi dirildiləcək.»(Ğurərul-Hikəm, hədis 4044)

    4505. İmam Baqir (ə): «Yerdəki heyvanlar, dənizdəki balıqlar, Allahın göyləri və yerində olan irili-xırdalı hər bir varlıq yaxşı işləri öyrədənin bağışlanmasını diləyir.»(Ğurərul-Hikəm, hədis 8704)

    1336. Allah və Allahdan qeyrisi üçün öyrənmək.
    4506. Allahın Peyğəmbəri (s): «Kim elmi Allaha görə öyrənərsə, elmin hər hansı dərəcəsinə çatdıqda özünü daha həqir görər, camaatla daha təvazökar olar, Allah qorxusu çoxalar və dini işlərdə çalışqan olar. Allahdan savayı hər nəyə çatmaz. Belə şəxs elmdən bəhrələnər. Deməli, onu öyrənmək lazımdır. Ancaq kimsə elmi dünyaya, camaat arasında və hakimin, sultanın yanında mövqe qazanmaqdan ötrü öyrənərsə, özünü böyük sanmaq, camaata qarşı daha təkəbbürlü və Allahdan daha xəbərsiz olmaq və dindən daha çox uzaqlaşmaqdan qeyri elmin hər hansı bir dərəcəsinə çatmaz. Buna görə də insan (elmi bu məqsədlə öyrənməkdən) çəkinməli və qiyamətdə öz əleyhinə sübut, peşmançılıq və rüsvayçılıq qazanmamalıdır.»(Kənzul-Ummal, hədis 44176)

    4507. Allahın Peyğəmbəri (s): «Kim elmi camaatı aldatmaq üçün öyrənərsə, cənnət qoxusunu tapmaz.»(Tənbihul-Xəvatir, c. 2. səh 112 )

    4508. Allahın Peyğəmbəri (s): «Allahdan qeyrisi üçün elm öyrənənin yeri cəhənnəm olar.»(Ğurərul-Hikəm, hədis 6198)

    4509. İmam Əli (ə): «Nə imkanınız olsa, elm öyrənin. Məbada dörd işdən ötrü elm öyrənəsiniz: alimlər arasında özünü öymək, cahillərlə mübarizə aparmaq, məclislərdə özünü göstərmək və ya camaatın diqqətini özünə cəlb edib onlara başçılıq etmək üçün.»(Ğurərul-Hikəm, hədis 10758)

    4510. İmam Sadiq (ə): «Kim Allah üçün elm öyrənib Allah üçün (ona) əməl etsə və Allah xatirinə başqalarına öyrətsə, mələklərin səmasında onun böyüklüyü anılaraq deyiləcək: Allahdan ötrü öyrəndi, Allah üçün əməl etdi və Allah xatirinə öyrətdi.»(Ğurərul-Hikəm, hədis 8917)

    1387. Müəllim seçmək.
    4511. Məsih (ə): «Haqqı batil əhlindən öyrənin və haqq əhlindən öyrənməyin. Sözü ölçüb-biçib danışın.»(Kənzul-Ummal, hədis 28685 )

    4512. Allahın Peyğəmbəri (s): «Elm dindir. Namaz dindir. Ona görə də baxın ki, elmi kimdən öyrənirsiniz.»(Kənzul-Ummal, hədis 28798)

    4513. İmam Əli (ə): «Hikməti hər kim sizin üçün gətirsə, ondan öyrənin. Nə dediyinə fikir ver, kimin dediyinə baxma.»(Munyətul-Murid, səh 137 )

    4514. İmam Baqir (ə): «Elmi rəbbanı alimdən qeyrisindən əldə etmək (və ya rəbbanı alimdən başqasından öyrənmək) olmaz. Belə alimi ağılla tanımaq olar.»(Ğurərul-Hikəm, hədis 507)

    1338.Şagirdin müəllim üzərində haqqı.
    4515. Allahın Peyğəmbəri (s): «Elm öyrətdiyiniz və elm öyrəndiyiniz insanlarla yumşaq və mülayim olun.»(Ğurərul-Hikəm, hədis 1740)

    4516. İmam Səccad (ə): «Sənin şagirdlərinin haqqı budur ki, Allah sənə verdiyi elm, bilik və səninçün açdığı (bilik) xəzinələrinə görə səni şagirdinə başçı etdiyini biləsən. Buna görə də camaata yaxşı dərs keçsən, onlarla kobudluqla və pis rəftar etməsən, dərs verməkdən bezməsən Allah öz fəzl və lütfündən sənin elminə artırar. Ancaq öz biliyini camaatdan əsirgəsən və ya elm öyrənmək üçün yanına gəldikdə onlarla kobud və pis rəftar olsan, onda Allahın haqqı var, elmi və onun əzəmətini səndən alıb sənin yerini camaatın qəlbindən silsin.»(Ğurərul-Hikəm, hədis 1303 )
    4517. İmam Sadiq (ə) («Təkəbbürlə camaatdan üz döndərmə» ayəsi haqda): «Elm öyrənmək üçün yanına gələn insanlara eyni gözlə baxmalısan.»(əl-İhticac, c. 1 səh 13, hədis 7 )
    1339. Müəllimin şagird üzərində olan haqqı.
    4518. Allahın Peyğəmbəri (s): «Üç nəfər var ki, nifaqı açıq-aşkar olan münafiqdən başqa, kimsə onlara hörmətsizlik etməz: İslam dininin ağsaqqalları, ədalətli rəhbər və yaxşılıqları öyrədən.»(Fatir surəsi, ayə 28

    4519. İmam Əli (ə): «Alim insanın sənin üzərində olan haqlarından biri budur ki, (camaatın arasında olduqda) hamını salamlayıb ona xüsusi salam verəsən, qarşısında oturasan, onun yanında qaş, göz və əllə işarə etməyəsən. Onun fikrinin əleyhinə çıxıb deməyəsən ki, «filankəs deyib.» Onun yanında qeybət etməyəsən, məclisində burnunda danışmayasan, paltarından tutmayasan, yorğun olsa israrla sual soruşmayasan. Məclislərinin uzun-uzadılığından bezməyəsən. Çünki onunla yoldaşlıq xurma ağacının əhvalatına bənzəyir ki, nə vaxt ondan səninçün nəsə düşəcəyini gözləyirsən.»(Ğurərul-Hikəm, hədis 4624)

    4520. İmam Əli (ə): «Yaltaqlıq və paxıllıq möminin sifəti deyil, yalnız elm öyrətməkdə istisnadır.»(Ğurərul-Hikəm, hədis 4600)

    4521. İmam Səccad (ə): «Sənin ustadının haqqı budur ki, hörmət edəsən, onun vüqarını qoruyasan, sözlərinə diqqətlə qulaq asasan, üzünü ona tutasan və ona diqqət yetirəsən, üstünə səsini qaldırmayasan, kimsə ondan sual soruşsa sən cavab verməyəsən və onun cavab verməsinə imkan yaradasan. Onun yanında heç kimlə danışmayasan, heç kimin qeybətini etməyəsən, sənin yanında onu pisləsələr müdafiə edəsən. Eyblərini örtəsən, yaxşılıqlarını və gözəl sifətlərini aşkara çıxarasan, düşmənləri ilə oturub durmayasan, dostu ilə düşmənçilik etməyəsən. Bu işləri görsən Allahın mələkləri şəhadət verərlər ki, sən camaat üçün deyil, böyük Allahın razılığından ötrü həmin ustadın yanına gedib ondan elm öyrənmisən.»(Ğurərul-Hikəm, hədis 1303)

    1340. Alimi əziz tutmaq.
    4522. Allahın Peyğəmbəri (s): «Kim alimin pişvazına çıxarsa, mənim pişvazıma çıxmışdır. Kim alimlə görüşə getsə, mənimlə görüşər. Kim alimlə oturub-durarsa, mənimlə əyləşmişdir. Hər kim mənimlə əyləşsə, mənim Allahımla əyləşmiş kimidir.»(Misbahuş-Şəriyyə, səh 365. )

    4523. İmam Əli (ə): «Nə vaxt alim gördün, ona qulluq et.»(əl-Məhasin, c. 1, səh 314, hədis 621. )

    4524. İmam Əli (ə): «Alimə hörmət edən, Allaha hörmət etmiş-dir.»(Kənzul-Ummal, hədis 28709)

    1341. Alimin riayət etməli olduğu məqamlar.
    4525. Xızır (ə) (Musaya xitabən): «Ya Musa! Əgər elm istəyirsənsə, özünü onu öyrənməyə həsr et. Çünki elm bütün vaxtını onu öyrənməyə sərf edənindir.»(Biharul-Ənvar, c. 2 səh 56, hədis 33)

    4526. Allahın Peyğəmbəri (s): «Onda on sifət yaranmamış insanın ağlı kamilləşməz: .... Yaşadıqca elm öyrənməkdən yorulmasın.»(Ğurərul-Hikəm, hədis 6196)

    4527. İmam Əli (ə): «Elm öyrənməkdə özünü çalışqan etmək, onu öyrənməkdən yorulmamaq və biliklərini çox sanmamaq elm öyrənənin boynunadır.»(Nəhcul-Bəlağə, hikmət 366)

    4528. İmam Əli (ə): «Uzun müddət öyrənəndən qeyrisi, elm qazanmaz.»(Tənbihul-Xəvatir, c. 1, səh 85)

    4529. İmam Əli (ə): «Öyrəndikləri barədə çox düşünən, öz biliyini möhkəmləndirər və başa düşmədiklərini dərk edər.»(Əmali-Səduq, səh 343. hədis 18)

    1342. Alimlərin dəyər-qiyməti.
    4530. Allahın Peyğəmbəri (s): «Alimlər Allahın xalq arasında əmanətləridir.»(Əmali-Tusi, səh 126, hədis 198)

    4531. Allahın Peyğəmbəri (s): «Alimlərin başqalarından üstünlüyü, peyğəmbərin öz ümməti üzərində olan üstünlüyü qədərdir.»(Kənzul-Ummal, hədis 29337)

    4532. Allahın Peyğəmbəri (s): «Kim «mən aliməm» desə, nadandır.»(Məkarimul-Əxlaq, c. 2, səh 364, hədis 2661)

    4533. İmam Əli (ə): «Alimlər camaatın hakimləridir.»(Ğurərul-Hikəm, hədis 3895)

    4534. İmam Əli (ə): «Alim odur ki, elmdən doymasın və özünü doymuş kimi də göstərməsin.»(Biharul-Ənvar, c. 2, səh 29, hədis 9)

    4535. İmam Əli (ə): «Alim odur ki, elm öyrənməkdən yorulma-sın.»(Ğurərul-Hikəm, hədis 1587 və 1588)

    4536. İmam Sadiq (ə): «Bizim şiə alimlərimiz, qarşı tərəfində iblis və divlərin olduğu sərhəddin keşikçiləridir və onların gücsüz şiələrimizə hücumunun, iblisin və ardıcıllarının onlara hakim kəsilməsinin qarşısını alırlar.»(Munyətul-Murid, səh 181. )

    1343.Elmin meyvəsi.
    Quran:
    «İnsanların, heyvanların və davarların da müxtəlif rəhbəri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxarlar. Həqiqətən, Allah hər şeyə qalib olan və bağışlayandır.»(Nəhcul-Bəlağə, hikmət 98)

    Hədis:
    4537. İmam Əli (ə): «Elmin meyvəsi, ondan istifadə etməkdir.»(Biharul-ənvar, c. 2, səh 34, hədis 30)

    4538. İmam Əli (ə): «Elmin meyvəsi itaətdir.»(əl-İrşad, c. 1, səh 230.)

    4539. İmam Əli (ə): «Elmin meyvəsi, əməli (Allah üçün) saflaşdır-maqdır.»(Biharul-ənvar, c. 2, səh 58, hədis 39)

    4540. İmam Sadiq (ə) («Misbahuş- Şəriyyə» kitabında qeyd edildiyinə görə): «(Allahdan) Qorxu elmin mirası, bilik tanımağın işığı və imanın qəlbidir. İradəli olmayan alim deyil, elmin dolaşıq və mürəkkəb məsələlərində incəlikləri bilsə belə. Allah-taala buyurmuşdur: Allahın bəndələri arasında yalnız alimlər ondan qorxarlar.»(Qummi təfsiri, c. 2, səh 146)

    1344. Alimə yaraşan sifətlər.
    4541. Allahın Peyğəmbəri (s): «Kimsə başa düşməyib əməl etsə, onun dağıtmağı düzəltməyindən çox olar.»(Biharul-ənvar, c. 2, səh 37, hədis 53)

    4542. Allahın Peyğəmbəri: «Bilməyib anlamadan ibadət edən dəyirman uzunqulağına bənzər.»(Misbahuş-Şəriyət, səh. 345. )

    4543. İmam Əli (ə): «Kim özünü xalqın rəhbəri edərsə, başqalarını öyrətməzdən əvvəl özü öyrənməlidir. (Camaatı) Dili ilə tərbiyələndirməmiş, əməli və rəftarı ilə tərbiyə verməlidir. Özünə müəllim və tərbiyəçilik edən, camaata müəllim və tərbiyəçilik edəndən daha artıq hörmətə, ehtirama lay-iqdir.»(Munyətul-Murid, səh. 141. )

    4544. İmam Əli (ə): «Bildiklərini tətbiq etmək, sonra isə bilmədiklərini öyrənməyə getmək alimin üzərinə düşən işdir.»(əl-Xisal, səh 113, hədis 91)

    4545. İmam Əli (ə): «Elm və əməl bir-biri ilə bağlıdır. Buna görə də bilən əməl etməli və əməl edən də bilməlidir. Elm əməli səslər, əgər cavab versə qalar, yoxsa gedər.»(Munyətul-Murid, səh. 137.)

    4546. İmam Sadiq (ə): «Elm öyrətdikdə kobudluq və zorakılığa yol verməməli və kimsə ona elm öyrətmək istədikdə (bunu özünə) ayıb saymamalıdır.»(Tənbihul-Xəvatir, c. 2, səh. 21. )

    4547. İmam Sadiq (ə): «Kim bəsirətsiz iş görərsə, çöldə ilğımın ardınca hərəkət edən kimidir. O nə qədər tez gedərsə, bir o qədər uzaq düşər.»(Biharul-ənvar, c. 75, səh 381, hədis 45)

    1345. Elmə əməl etməyə həvəsləndirmək.
    4548. Allahın Peyğəmbəri (s): «Elmdə bir-birinizlə həmrəng olun. Çünki sizlərdən hər birinizin elmində xəyanəti, mala xəyanət etməkdən daha pisdir və qiyamət günündə Allah-taala sizdən bunun hesabını soracaqdır.»(əl-İhticac, c. 2, səh 512, hədis 337)

    4549. Allahın Peyğəmbəri (s): «Alimlərin səyi başa düşməyə, nadanların səyi isə rəvayət etməyə yönəlib.»(əl-Kafi, c.1, səh 32, hədis 1.)

    4550. Allahın Peğəmbəri (s): «Cənnətdəkilərin bir dəstəsi, bir qrup cəhənnəm əhlinə baxarıq deyər: Biz sizlərin tərbiyə və təlimlərinizin bərəkətindən cənnətə gəldik. Necə oldu ki, sizin özünüz cəhənnəmə düşdünüz? Deyərlər: Biz yaxşı işlər görməyi əmr etsək də, özümüz ona əməl etmədik.»(Biharul-Ənvar, c. 1, səh 225, hədis 17)

    4551. İmam Əli (ə): «İnsanları elm öyrənməyə həvəsdən salan budur ki, çox az alimin bildiklərinə əməl etdiyini görürlər.»(əl-Kafi, c.1, səh 48, hədis 4 )

    4552. İmam Əli (ə): «Dünya, yalnız elm olduğu yerlərdən başqa, başdan-başa nadanlıqdır. Elmin də yalnız əməl olunan hissəsini çıxmaqla, qalan hamısı hüccətdir.»(Kənzul-Ummal, hədis 3609)

    4553.İmam Əli(ə):«Elmsiz əməl ağır yük, əməlsiz elm isə azğınlıq¬dır.»(Nəhcul-Bəlağə, məktub 31)

    4554. Allahın Peyğəmbəri (s): «Abır-həya etməyən alim və nadan abid mənim belimi qırdı. Çünki nadan öz ibadəti ilə camaatı aldadar, alim isə öz günah əməli ilə onları perik salar.»(Əmali-Səduq, səh 220, hədis 13)

    4555. Allahın Peyğəmbəri (s): «Bir xəbər eşitdikdə onu həyata keçirmək barədə fikirləşin, onu nəql etməyi düşünməyin. Çünki elmi nəql edənlər çox, onu tətbiq edənlər azdır.»(Biharul-Ənvar, c. 1, səh 220, hədis 52)

    1346. Alimin cəzalandırılmasında tələbkarlıq.
    4556. Allahın Peyğəmbəri (s): «Cəhənnəmdəkilər əməlsiz alimin ilənmiş qoxusundan əziyyət çəkərlər.»(Kənzul-Fəvaid, c. 2, səh 31)

    4557. İmam Əli (ə): «Allah yanında bilənlərlə bilməyənlərin cəzası eyni deyil. Allah bizi və sizləri malik olduğumuz elmdən faydalandırar və onu özü üçün saflaşdırar. Həqiqətən, O, eşidən və (duanı) qəbul edəndir.»(Əmlis-Səduq, səh. 394, hədis 1)

    4558. İmam Əli (ə): «Alimin büdrəməsi, sərnişinlərini batıran və özü də qərq olan gəminin sınması kimidir.»(Biharul-Ənvar, c. 1, səh 218, hədis 42)

    4559. İmam Sadiq (ə): «Alimin bir günahı bağışlanana kimi nadanın yetmiş günahı bağışlanar.»(Ğurərul-Hikəm, hədis 4962)

    4560. İmam Sadiq (ə): «İnsanlar arasında (günahkarlar) öz elmindən azacıq da olsa faydalanmayan alimin əzabı ən ağır olacaqdır.»(Tuhəful-Uqul, səh. 286)

    4561. İmam Sadiq (ə) («Məsbah ol Şəriyyə» kitabında qeyd olunduğu kimi): «Allah-taala Davuda (ə) vəhy buyurdu: «Əməlsiz alimə qarşı görüləcək ən yüngül iş, yetmiş daxili əzabdan şiddətli olacaqdır. Həmin əzab budur ki, məni anmağın şirinliyini onun qəlbindən çıxaracağam.»(əl-Məhasin, c. 1, səh. 358, hədis 765)

    1347. Pis alimlər.
    4562. Məsih (ə): «Dünyasını axirətindən üstün tutan və dünyaya üz çevirəni, ona ziyan vuranı xeyir gətirəndən çox sevəni necə elm əhlinin sırasında sayasan?»(Kənzul-Ummal, hədis 28820)

    4563. Allahın Peyğəmbəri (s): «Dinar dinin dərdi, alim isə dinin həkimidir. Görsəniz ki, həkim bu dərdə mübtəla olub, ondan ümüdünüzü üzün və bilin ki, o, başqasının xeyirxahı deyil.»(Kənzul-Ummal, hədis 5881)

    4564. Allahın Peyğəmbəri (s): «Bilin ki, pislərin ən pisi pis alimlərdir. Yaxşıların ən yaxşısı isə yaxşı alimlərdir.»(Əlamuddin, səh. 301. )

    4565. Allahın Peyğəmbəri (s): «Kimin elmi çoxalarsa və doğru yola meyli artmazsa, Allahdan uzaq düşməyindən qeyri artımı olmaz.»(Əmali-Səduq, səh. 27, hədis 4)

    4566. İmam Sadiq (ə): «Məlundur, məlundur o alim ki, zalım hökmdarın ardınca gedərək, zülmkarlıqda ona kömək etmiş olsun.»(Kənzul-Ummal, hədis 44154)

    4567. İmam Əskəri (ə) (Pis əməl sahibi olan alimləri təsvir edərkən): «Onların gücsüz (zərərə davamsız) şiələrə vurduğu ziyan, Yezidin qoşununun Hüseyn ibn Əli (ə) və onun dostlarına vurduğu ziyandan çoxdur. Çünki qoşundakılar onların canını və malını aldı, ancaq bu pisəməl alimlər ... bizim aciz şiələrimizin qəlblərinə şəkk-şübhə salarıq azdırdılar.»(Ğurərul-Hikəm, hədis 3079)

    1348. Elmin mənası.
    4568. Allahın Peyğəmbəri (s): «Elm üç növdür: aydın və pozulmamış ayə, ya orta fərizə və yaxud möhkəm adət. Bunların fövqündə isə qeyri-zəruri fəzilət durur.»(əl-Kafi, c. 8, səh 32, hədis 5)

    4569. İmam Sadiq (ə): «Elm öyrənməklə deyil, əksinə, Allah-taalanın doğru yola yönəltmək istədiyi hər kəsin ürəyində işıqlandırdığı nurdur. Buna görə də elm istəyirsənsə, öncə bəndəlik həqiqətini öz canında axtar. Elmi də ondan istifadə etməklə axtar və Allahdan dərrakə, bilik istə ki, səni dərrakəli və alim etsin»(Biharul-Ənvar, c. 2, səh 92, hədis 20)

    4570. Allahın Peyğəmbəri (s): Bir kişi Allahın Peyğəmbərinin (s) yanına gəlib ərz etdi: «Ya Rəsulallah! Elm nədir?» Buyurdu: «Dinməzlik.» Ərz etdi: «Daha nə?» Buyurdu: «Qulaq asmaq.»Ərz etdi: «Daha sonra?» Buyurdu: «Qorumaq və muğayat olmaq.» Ərz etdi: «Bunlar olduqda nə?» Buyurdu: «Ondan istifadə etmək.» Ərz etdi: «Daha sonra nə, ey Allahın Peyğəmbəri?» Buyurdu: «Onu yaymaq.»(Fatir surəsi, ayə 11)

    1349. Xeyirsiz biliklərin pislənməsi.
    4571. Allahın Peyğəmbəri (s) (Ərz edərdi): «İlahi! Xeyir gətirməyən bilikdən, təvazökarlığı olmayan qəlbdən, eşidilməyən duadan və doymayan nəfsdən Sənə pənah aparıram»(Ğurərul-Hikəm, hədis3434)

    4572. İmam Əli (ə): «Bil ki, boş bilikdə xeyir yoxdur. Öyrənməyə layiq olmayan biliyi öyrənmək fayda verməz.»(Tənbihul-Xəvatir, c. 2, səh. 218)

    4573. İmam Kazim (ə): «Allahın Peyğəmbəri (s) məscidə daxil oldu və bir dəstənin bir kişinin ətrafında yığıldığını gördü. Buyurdu ki, nə olub? Ərz olundu: Əllamədir. Buyurdu: Əllamə nə deməkdir? Ərz etdilər: O, insanların ən biliklisidir. Ərəblərin əsl-nəsəbləri, onların müharibələri, cahiliyyət dövrü və ərəb dilindəki şerləri bilir. Peyğəmbər (s) buyurdu: Bunlar elə biliklərdir ki, kimsə onu bilməsə ona ziyan yetirməz və kimsə də bilsə, ona xeyir verməz.»(Məkarimul-Əxlaq, c. 2, səh. 346, hədis 2661)

    1350. Biliyin növləri.
    4574. Allahın Peyğəmbəri (s): «Bilik iki qismdir: dinləri öyrənmək və bədənləri öyrənmək.»(Əlamud-Din, səh. 336, hədis 12)

    4575. Allahın Peyğəmbəri (s): «Bilik, say halına salınmaqdan daha çoxdur. Buna görə də hər bir şeydən ən yaxşısını öyrənin.»(Ğurərul-Hikəm, hədis 9840)

    4576. Allahın Peyğəmbəri (s): «Ən yaxşı bilik odur ki, faydalı ol-sun.»(Nəhcül-Bəlağə, xütbə 188.)

    4577. İmam Əli (ə): «Biliklər dörd növdür: dinləri öyrənmək üçün fiqh elmi, bədənlərin sağlamlığı üçün tibb elmi, nitqin islah olunması üçün nəhv (qrammatika) elmi və vaxtı öyrənmək üçün nücum elmi.»(Tənbihul-Xəvatir, c. 2, səh. 89)

    4578. İmam Əli (ə): «Biliklərin ən yaxşısı, səni islah edən bilik-dir.»(Ğurərul-Hikəm, hədis 5214)

    4579. İmam Baqir (ə): «Bil ki, heç bir elm sağlamlıq qazanmaq qədər, heç bir sağlamlıq da qəlbin sağlamlığı kimi deyil.»(Ğurərul-Hikəm, hədis 2618)

    4580. İmam Sadiq (ə): «Gərək səhabələrin başlarının üstündə qamçı olaydı ki, halalın və haramın hökmlərində fəqih olaydılar.»(Ğurərul-Hikəm, hədis 3429)

    1351. Lədonni elm.
    4581. Allahın Peyğəmbəri (s): «Batini elm Allahın sirrlərindən və Tanrının hikmətlərindəndir. Onu istədiyi hər bir vaxt bəndənin qəlbinə salar.»(Fatir, ayə 37.)

    4582. Allahın Peyğəmbəri (s): «Allahdan lazım olduğu kimi qorxsay¬dı¬nız, cəhalət və nadanlığın ona yoldaş olmadığı bir elm sizə öyrədilərdi.»(Kənzul-Ummal . 2924)

    4583. İmam Baqir (ə): «Kim bildiyinə əməl etsə, Allah ona bilmədiyini öyrədər.»(Nəhcül-Bəlağə, hikmət 326.)

    1352. İnsanların ən biliklisi.
    4584. Allahın Peyğəmbəri (s): «İnsanların ən biliklisi, camaatın biliyini öz biliyi ilə birləşdirəndir.»(Nəhcül-Bəlağə, xütbə 64 )

    4585. Allahın Peyğəmbəri (s) (Ona «insanların ən biliklisi olmaq istəyirəm» deyə müraciət olunduqda): «Allahdan çəkin ki, insanların ən biliklisi ola-san.»(əl-Xisal, səh 545, hədis 24)

    4566. İmam Əli (ə): «İnsanların ən biliklisi, elmə həvəsi olandır.»(Əmali-Mufid, səh. 60, hədis 5)

    1353. Həqiqi elmin Əhli-Beytin (ə) inhisarında olması.
    4587. İmam Əli (ə): «Əgər elmi onun mədənindən öyrənsəydiniz, suyu çeşmənin gözündən içsəydiniz, yaxçılıqları yatağından yığsaydınız, işıqlı yola qədəm qoysaydınız və «haqq yolu» ilə getsəydiniz, heç şübhəsiz, yollar sizə aşkar olar, (yolun) nişanələri sizə görünərdi»(əl-Xisal, səh. 32, hədis 112)

    4588. İmam Baqir (ə) (Sələmə ibn Kuheyl və Həkəm ibn Ətibbəyə xitabən): «Şərqə də, Qərbə də getsəniz, heç vaxt bizim ailənin verdiyindən başqa, doğru elm tapa bilməyəcəksiniz.»(Əyunu Əxbari-Reza(ə), c. 2, səh. 38, hədis 112)

    Category: Mizanul – hikmət (3-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-12)
    Views: 1259 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024