İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    132. İxtilaf
    623. İnsanlar vahid ümmət olublar
    Quran: 
         «İnsanlar yalnız vahid bir ümmət idilər. Sonra aralarına ixtilaf düşdü. Əgər bundan əvvəl sənin Rəbbin tərəfindən bir söz (vədə) gəlməsəydi, ixtilafda olduqları şey haqda hökm verilmişdi». (Yunus surəsi, ayə 19)
         Hədis: 
         1897. İmam Baqir (ə): «Nuhdan qabaq insanlar ilahi fitrət əsasında bir (vahid) ümmət idilər, nə hidayət olurdular, nə də yolunu azanlardan idilər. Sonra, Allah-Taala Peyğəmbərləri göndərdi». (Nurus-səqəleyn, c.1, səh.209, hədis 784)
         624. İxtilafları kənara qoymağa həvəsləndirmək
         Quran: 
         «Hamılıqla Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın. Allahın sizə bəxş etdiyi nemətləri yada salın ki, bir zaman siz düşmən olarkən O, qəlblərinizi bir-birinizə mehriban etdi və Onun bu nemətinə görə qardaş oldunuz». (Ali-İmran surəsi, ayə 103)
         1898. Allahın Peyğəmbəri (s): «Öz peyğəmbərindən sonra, ixtilafa düçar olan elə bir ümmət olmadı ki, onların batilə uğrayanları haqq tərəfdarlarına qalib gəlməsin».(Kənzul-ummal, hədis 929)
         1899. İmam Əli (ə): «Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın əli camaatladır. Bir-birinizdən ayrılmayın ki, sürüdən ayrı düşən qoyun canavara yem olduğu kimi insanlardan ayrı düşən də şeytana yem olar». (Nəhcül-bəlağə, xütbə 127)
         1900. İmam Əli (ə): «Allaha and olsun, zənnimcə, bu camaat tezliklə sizə qalib gələcək. Çünki onlar öz batil əqidələrində həmrəy və bir-biri ilə müttəfiqdir. Sizsə, öz haqq əqidənizdə təfriqəyə və parçalanmaya düçar olmusunuz». (Nəhcül-bəlağə, xütbə 25)
         1901. İmam Əli (ə): «Heç vaxt bir-birinə zidd iki dəvət olmayıb ki, onlardan (həmin iki dəvətdən) biri azğınlığa tərəf olmasın». (Nəhcül-bəlağə, xütbə 283)
         625. «Ümmətin ixtilafı rəhmətdir» kəlamının mənası
         1902. Məani-əxbar kitabından: «Əbdulmömin Ənsari İmam Sadiqə (ə) ərz etdi: «Bir dəstə insan rəvayət edir ki, Allahın Peyğəmbəri (s) buyurub: «Mənim ümmətimin ixtilafı rəhmətdir». İmam (ə) buyurdu: «Doğru deyirlər» (Əbdulmömin deyir) Əzr etdim: «Əgər onların ixtilafı rəhmətdirsə, onda onların vəhdəti əzabdır?» Həzrət buyurdu:«Bu hədisin mənası sənin və onların başa düşdüyü kimi deyil. Əslində peyğəmbər Allahın bu «Niyə onların hər bir dəstəsindən müəyyən sayda camaat köçmür…» kəlamını nəzərdə tutmuşdur. Allah onlara əmr etdi ki, hər yerdən Peyğəmbərin (s) yanına gəlib dərs alsınlar, sonra öz xalqlarının yanına qayıtsınlar və öz biliklərini onlara öyrətsinlər. Peyğəmbərin (s) məqsədi ixtilaf dedikdə dində olan ixtilaf və parçalanma deyil, onların öz şəhərlərindən gəliş-gedişidir. Çünki din vahiddir». (Məanil-əxbar, səh.157, hədis 1)
         626. Camaat və ayrılığın mənası
         1903. İmam Sadiq (ə): «Peyğəmbərdən (s) ümmətinin camaatı barədə soruşduqda buyurdu: «Mənim ümmətimin camaatı, hərçənd onlar az olsalar da, haqq tərəfdarlarıdır». (Məanil-əxbar, səh.154, hədis 1)
         627. Təfriqə və ayrılığın səbəbi
         1904. İmam Əli (ə): «Siz bir-birinizin din qardaşısınız, sizin aranızda ayrılıq salanın batini çirkin və əxlaqi pisdir. Buna görə, bir-birinizin yükünü götürmür, xeyirxahlıq etmir və bir-birinizə səxavətli deyilsiniz, bəxşişlər vermirsiniz və məhəbbət bəsləmirsiniz». (Nəhcül-bəlağə, xütbə 113)
         1905. İmam Əli (ə): «Əgər cahil sükut etməyi seçsəydi, insanlar ixtilafa düçar olmazdı». (Biharul-ənvar, c.78, səh.81, hədis 75)

    133. Yaradılış
    628. Yaradılışın mənşəyi
    1906. Allahın Peyğəmbəri (s): «Hər şey sudan yaradılmışdır». (Kənzul-ummal, hədis 15119)
         1907. Allahın Peyğəmbəri (s): «Allah-Taala dünyanın səmasını ram edilmiş dalğadan yaratmışdır». (Kənzul-ummal, hədis 1518)
         1908. Həbbeye Orəni: «Günlərin birində Həzrət Əlinin (ə) belə and içdiyini eşitdim: «And olsun səmanı tüstüdən Yaradana». (Biharul-ənvar, c.58, səh.104, hədis 35)
         629. Subhan olan Allahın ilk məxluqu
         1909. Allahın Peyğəmbəri (s): «Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı». (Kənzul-ummal, hədis 15115)
         1910. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl əqli yaratdı». (Biharul-ənvar, c.1, səh.97, hədis 8)
         1911. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl mənim nurumu yaratdı».(Biharul-ənvar, c.1, səh.97, hədis 7)
         1912. Allahın Peyğəmbəri (s): «Allah-Taalanın yaratdığı ilk varlıq bizim ruhlarımız olub. Sonra onlara özünün tövhidini və tərifini söylətdirdi, daha sonra mələkləri yaratdı».(Uyuni əxbari Rza (ə), c.1, səh.262, hədis 22)
         1913. Biharul-ənvar: «İmam Əlidən (ə) Allahın yaratdığı ilk məxluq haqda soruşduqda buyurdu: «Nuru yaratmışdır». (Biharul-ənvar, c.57, səh.73, hədis 49)
         1914. İmam Baqir (ə): «Allah-Taalanın birinci yaratdığı və sonradan bütün varlıqların mənşəyi olan şey su olub». (ət-Tovhid, səh.67, hədis 20)
         630. Aləmin yaradılışı
         Quran: 
         «Məgər kafirlər düşünmürlərmi ki, səmalar və yer bir-birinə bağlı idi, biz onları açdıq və hər bir canlını sudan yaratdıq. Görəsən, bundan sonra da iman gətirməyəcəklərmi?»(Ənbiya surəsi, ayə 30)
         1915. İmam Əli (ə): «Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı. Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi, surət verdiyinə, surət verdi və surətlərini ən gözəl şəkildə yaratdı». (Nəhcül-bəlağə, xütbə 163)
         1916. İmam Baqir (ə): «Allah-Taala varlıqları yaratdı, amma hansısa bir şeydən yox. Kim desə ki, Allah-Taala varlıqları (hansısa bir) şeydən yaratdı, o, kafirdir». (İləluş-şəraye, səh.607, hədis 81)
         631. Gözlərimizdən gizli olan aləmin təmtərağı və əzəməti
         1917. İmam Əli (ə): «Ey Pak olan Allah! Sənin yaratdıqlarından gördüklərim necə də əzəmətli və təmtəraqlıdır! Hər bir böyük, Sənin qüdrətin müqabilində necə də kiçikdir! Sənin mələkutundan gördüklərimiz necə də vahiməlidir! Bizim gördüklərimiz Sənin gözə görünməyən qüdrət və səltənətinin müqabilində necə də kiçikdir!» (Nəhcül-bəlağə, xütbə 109)
         1918. İmam Baqir (ə): «Bəlkə elə fikirləşirsən ki, Allah-Taala təkcə bu aləmi yaratmış və sizdən başqa bir bəşər xəlq etməmişdir? And olsun Allaha, O, min-min aləm və min-min Adəm yaratmışdır ki, sən o aləmlərin və Adəmlərin ən sonuncususan». (ət-Tovhid, səh.277, hədis 2)



    134. Yaradan
    632. Ağlın ehtimal olunan zərərin qarşısını almağa çağırışı
    1919. İmam Sadiq (ə) yaradılış və axirəti inkar edən Əbdülkərim ibn Əbilavcaya: «Əgər həqiqət sən dediyin kimidirsə - Əlbəttə, ki, belə deyil - biz də və sən də nicat tapmışıq. Əgər biz dediyimiz həqiqətdirsə, - Əlbəttə, bu elə həqiqətin özüdür - biz nicat tapmışıq, amma sən həlak olmusan». Əbdülkərim üzünü yoldaşlarına tutub dedi: «Qəlbimdə bir yanğı və qüssə yaranıb, məni aparın». Yoldaşları onu götürüb apardılar və Əbdulkərim dünyasını dəyişdi». (ət-Tovhid, səh.298, hədis 6)
         633. Allahın vücudunun isbatı
         1-Allahı fitrət yolu ilə tanımaq.
         Quran: 
         «Təkallahlılıqla dinə üz tut! Bu ilahi fitrətdir ki, Allah insanları onun əsasında yaratmışdır». (Rum surəsi, ayə 30) 
         Hədis: 
         1920. Allahın Peyğəmbəri (s): «Dünyaya gələn hər körpə fitrət əsasında doğulur. Yəni bilir ki, onu yaradan Allahdır. Allahın «əgər onlardan soruşsan səmaları və yeri yaradan kimdir, dərhal deyərlər: Allah» kəlamının mənası da budur». (ət-Tobhid, səh.331, hədis 9)
         1921. İmam Əskəri (ə) «Bişmillahir rəhmanir rəhimi» təfsir edərkən: «Ehtiyaclar və çətinliklər zamanı hər məxluqun ümidi Allahdan başqa hər şeydən kəsiləndə və bütün səbəblərdən, vasitələrdən əli üzüləndə Ona tərəf üz çevirər». (ət-Tovhid, səh.321, hədis 5) 
         2-Səbəb və nəticə qanunu.
         Quran: 
         «Məgər, onlar heç bir yaradıcı olmadan yaranmışlar, ya özləri özlərini yaradırlar? Ya səmaları və yeri yaradıblar? Xeyr, əslində onlar yəqinə yetişməyiblər. (Tur surəsi, ayə 35-36)
         1922. «Ət-Tövhid»: «Şam alimlərindən biri İmam Baqirdən (ə) soruşur: «Bəs əşyanı bir şeydən və heç bir şeydən yaratdı? Həzrət buyurdu: «Əşyanı yaratdı, amma özündən qabaq mövcud olan şeydən yox. Əgər şeyi bir şeydən yaratmış olsaydı, heç vaxt onunla əşyanın arasında ayrılıq olmazdı, həmişə bu şey Allahla birgə olmuş olardı. Halbuki, Allah var idi və onunla birgə heç bir şey yox idi». (ət-Tovhid, səh.66, hədis 20)
         1923. İmam Sadiqin (ə) əbu Şakir Deysaninin «sənin Yaradanının olmasına dəlilin nədir?» sualına cavabından: «Özümün iki haldan xaric olmadığımı müəyyən etmişəm: ya mən özüm-özümü yaratmışam, ya başqa birisi məni yaratmışdır. Əgər mən özümü yaratmışamsa iki haldan xaric deyiləm: Ya mən olmuşam və sonra özümü yaratmışam, yaxud da, olmamışam və sonra özümü yaratmışam. Əgər, əvvəl olmuş və sonra özümü yaratmışamsa, bu halda yaradılışa ehtiyacım yoxdur. Əgər olmamışamsa, özün də bilirsən ki, olmayan şey bir şeyi yaratmaz. Beləliklə, üçüncü məna isbat olunur, yəni məni yaradan var. O da həmən aləmlərin Rəbbi olan Allahdır». Əbu Şakir cavab verməyə söz tapmayıb ayağa qalxdı». (ət-Tovhid, səh.290, hədis 10)
         3-Varlığın nişanələri.
         1924. «Nəhcül-Bəlağənin şərhi»: «Əmirəl-möminin (ə) gecə namazından sonra bu cümləni çox işlədərdi: «Şəhadət verirəm ki, səmalar, yer və onların arasında olanlar sənin vücuduna dəlalət edən nişanələr və dəvət etdiyin şeyə şəhadət verən şahidlərdir. Sənin höccətini bəyan və Rəbbiliyinə şahidlik edən hər bir şey Sənin nemətlərinin əsərlərinin nişanı və Sənin özünə dəlalət edən tədbirinin əlamətləridir». (Nəhcül-bəlağənin şərhi, c.20, səh.255)
         1925. İmam Əli (ə): «Ey, xilqət baxımından heç bir kəm - kəsiri olmayan, hər cəhətdən münasib qaranlıq bətnlərdə və iç-içə pərdələrdə vücuda gəlib mühafizə olunan insan! Sənin yaradılışın gilin şirəsindən başladı… Sonra bu məkandan əvvəllər görmədyin və mənfəətini əldə etməyin yolunu bilmədiyin bir mühitə çıxarıldın. Ananın döşlərindən süd əmməyə kim səni yönəltdi? Ehtiyac vaxtı tələb və istək yerlərini kim sənə öyrətdi?»(Nəhcül-bəlağə, xütbə 163)
         1926. İmam Baqir (ə): «Bu dünyada kor olan kəs, axirətdə də kordur» ayəsi barədə: «Bir kəsi ki, səmaların və yerin yaradılışı, gecə və gündüzün dəyişməsi, günəşlə ayın fırlanması və digər heyrətamiz nişanələr bütün bunların arxasında çox böyük bir iş olması həqiqətinə yönəltməyə, «axirətdə də kordur». Buyurdu: «Yəni, görmədiyi şeyi müşahidə etməkdə kordur və yolu daha çox azmışdır». (Biharul-ənvar, c.3, səh28, hədis 2)
         1927. İmam Sadiq (ə): «Əgər qapının iki tayının birinin üzərində bir halqa olduğunu görəndə, o halqanın boş və mənasız yerə qoyulduğunumu zənn edərsən? Xeyir. Şübhəsiz ki, onun (halqanın) digər bir tayı ilə cütləşib, bağlanması üçün hazırlandığını dərk edərsən. Buna görə, onun ikinci tayını hazırlayırsan ki, onların cəm olmasından bir mənfəət hasil olsun. Erkək heyvanın mövcudluğu da belədir. Sanki, o dişi fərd üçün hazırlanmış cütün bir tayıdır. Beləliklə, erkəklə dişi bir-biri ilə cütləşirlər, çünki nəslin davamiyyəti və qalması bundan asılıdır. Qırılsın, ümidsiz və bədbəxt olsunlar (maddipərəst) fəlsəfə iddiaçıları. Onların qəlblərinin gözü necə bu heyrətamiz aləmi görmür, hətta, bu aləmdə olan müdrikliyin, elm və məqsədin vucudunu inkar edirlər?»(Biharul-ənvar, c.3, səh.75)
         1928. İmam Sadiq (ə): «Ey Müfəzzəl! İnsanın vucudunda qoyulmuş yemək və yatmaq kimi işlər barəsində düşün… əgər insan bədən rahatlığı və qüvvəsinin bərpası üçün təlabatını (yalnız zehni surətdə) düşünərək (yəni orqanizmin öz tələbatı olmadan) yuxuya getməli olsaydı, bu işdə o qədər ağır tərpənib tənbəllik edərdi ki, nəticədə iş gəlib onun bədəninin taqətdən düşüb, məhv olmasına çatardı». (Biharul-ənvar, c.3, səh.78)
         4-Qərarların pozulması və iradələrin sındırılması.
         1929. «Biharul-Ənvar»: «İmam Əlidən (ə)soruşdular ki, Yaradanın varlığını sübut etmək üçün dəlil nədir?» Buyurdu: «Üç şey: halların dəyişməsi, bədən əzalarının təqətdən düşməsi, istək və arzuların pozulması». (Biharul-ənvar, c.3, səh.55, hədis 29)
         1930. İmam Sadiq (ə) «Allahını nə ilə tanıdın?» sualının cavabında: «Qərarların qarışıb dolaşmasından, arzu və istəklərin pozulmasından. Qərara gəldim, qərarım dolaşığa düşüb həyata keçmədi və iradə göstərdim, iradəm pozulub aradan getdi». (ət-Tovhid, səh.289, hədis 8)
         634. Təbiət və yaradılışın ona aid olunması
         1931. İmam Sadiq (ə): -Müfəzzəlin «Ey mənim ağam! Bəziləri deyirlər ki, yaradılış təbiətin işidir» sözünün cavabında - «Onlardan soruş ki, bu təbiətin elmi və belə işləri görməyə qüdrəti var, ya yox? Əgər desələr ki, bəli, elmi və qüdrəti var, belə olan surətdə Yaradanı sübut etmək üçün onlara nə mane olur (niyə belə xüsusiyyətləri olan Yaradanın mövcudluğunu təsdiq etmirlər)? Çünki təbiət Onun tərəfindən düzəlib-nizamlanıb və Onun məxluqudur. Əgər desələr ki, təbiət bu işləri kor-koranə, heç bir xəbəri və məqsədi olmadan yerinə yetirir, onda Onun işlərində bir nizam və hikmət göründüyündən (təbiətin) bu əməlin hikmətli bir Yaradanın işi olması məlum olar. Onların təbiət adlandırdığı şey, Allahın yaradılışda və varlıq aləmində icra etdiyi həmən qanundur». (Biharul-ənvar, c.3, səh.67)

    136. Əxlaq
    635. Gözəl əxlaq
    1932. Allahın Peyğəmbəri (ə): «İslam gözəl əxlaqdır».(Kənzul-ummal, hədis 5225)
         1933. Allahın Peyğəmbəri (s): «Gözəl əxlaq dinin yarısıdır». (əl-Xisal, səh.30, hədis 106)
         1934. İmam Əli (ə): «Gözəl əxlaq möminin kitabının sərlövhəsidir». (Biharul-ənvar, c.71, səh.392, hədis 59)
         1935. İmam Əli (ə): «Gözəl xasiyyət bütün yaxşılıqların mənşəyidir». (Ğurərul-hikəm, hədis 4857)
         1936. İmam Sadiq (ə): «Gözəl əxlaqdan ləzzətli həyat yoxdur». (İləluş-şəraye, səh.560, hədis 1)
         636. Gözəl əxlaqın səmərələri
         1937. Allahın Peyğəmbəri (s): «Bəndə, hərçənd ibadətdə zəif olsa da, özünün gözəl əxlaqı ilə axirətdə böyük dərəcələrə və ali məqamlara çatar». (Məhcətul-beyza, c.5, səh.93)
         1938. Allahın Peyğəmbəri (s): «Həqiqətən, xoşxasiyyət insan gündüzlər oruc tutan və gecələr ibadət edən kəsin savabına sahibdir». (əl-Kafi, c.2, səh.100, hədis 5)
         1939. Allahın Peyğəmbəri (s): «Əməllər tərəzisində gözəl əxlaqdan ağır bir şey yoxdur». (Uyuni-əxbari Rza (ə), c.2, səh.37, hədis 98)
         1940. Allahın Peyğəmbəri (s): «Sizlərdən mənə ən sevimli və Qiyamət günü ən yaxın olan şəxs ən xoşxasiyyətliniz və ən çox təvazökar olanınızdır». (Biharul-ənvar, c.71, səh.385, hədis 26)
         1941. Allahın Peyğəmbəri (s): «Əxlaqı daha gözəl olan möminin imanı daha kamildir».(Əmali, Tusi, səh.140, hədis 227)
         637. Gözəl əxlaqın mənası
         1942. İmam Əli (ə): «Gözəl əxlaq üç şeydədir: haram işlərdən uzaqlaşmaqda, halal dalınca getməkdə, ailənin asayişini və rifahını təmin etməkdə». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)
         1943. İmam Əli (ə): «Salam vermək gözəl əxlaqdan irəli gəlir». (Ğurərul-hikəm, hədis 3404)
         1944. İmam Sadiq (ə) və gözəl əxlaqın mənası barədə verilən sualın cavabında: «Gözəl əxlaqlı insan yumşaq xasiyyətli, mehriban, danışığında saf və ədəbli olan, qardası ilə mehriban rəftar edən kəsdir». (Məanil-əxbar, səh.253, hədis 1)
         638. Ali əxlaqi sifətlər
         1945. Allahın Peyğəmbəri (s): «Allah-Taala gözəl xasiyyətləri sevər və alçaq xasiyyətlərdən xoşlanmaz». (Kənzul-ummal, hədis 5225)
         1946. İmam Əli (ə): «Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər». (Biharul-ənvar, c.78, səh.53, hədis 79)
         1947. İmam Əli (ə): «Əxlaqi kəramətləri əldə etmək yolunda ciddi və sabitqədəm olun». (Ğurərul-hikəm, hədis 4712)
         639. Əxlaqi kəramətlərin izahı
         1948. Allahın Peyğəmbəri (s): «Həqiqətən, mən əxlaqi kəramətləri kamilliyə çatdırmaq üçün göndərilmişəm». (Kənzul-ummal, hədis 2517)
         1949. İmam Sadiq (ə): «Allah-Taala öz peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin». Sonra onlardan onunu saydı: əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik».(Əmali, şeyx Səduq, səh.118, hədis 8)
         1950. İmam Sadiq (ə) - əxlaqi kəramətlər barədə: «Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənə zidd olsa da». (Məanil-əxbar, səh.191, hədis 1)
         640. Ən gözəl əxlaqi kəramətlər
         1951. İmam Əli (ə): «Ən gözəl əxlaqi kəramət isardır». (Ğurərul-hikəm, hədis 4953)
         1952. İmam Əli (ə): «Ən yaxşı əxlaqi kəramət güclünün (intiqam almaqdan) güzəştə getməsi və özünün ehtiyacı olan şəxsin bəxşiş verməsidir». (Ğurərul-hikəm, hədis 3165)
         1953. İmam Əli (ə): «Ən üstün kəramət və səxavət, neməti (bir kəsə) tamamlamaqdır».(Ğurərul-hikəm, hədis 2983)
         641. Gözəl əxlaqın nəticələri
         1954. Allahın Peyğəmbəri(s): «Gözəl əxlaq dostluq ipini möhkəmlədər». (Biharul-ənvar, c.77, səh.148, hədis 71)
         1955. İmam Əli (ə): «Əxlaqını gözəl et ki, Allah sənin hesabını asan etsin». (Əmali, Şeyx Səduq, səh.174, hədis 9)
         1956. İmam Sadiq (ə): «Gözəl əxlaq ruzini artırar». (Biharul-ənvar, c.71, səh.396, hədis 77)
         1957. İmam Sadiq (ə): «Yaxşılıq etmək və gözəl əxlaq evləri abad, ömürləri uzun edər». (Biharul-ənvar, səh.395, hədis 73)
         1958. İmam Sadiq (ə): «Günəş buzu əridən kimi, gözəl əxlaq da günahları əridər». (əl-Kafi, c.2, səh.100, hədis 9-7)
         642. Pis əxlaq
         1959. Allahın Peyğəmbəri (s): «Pis əxlaq, bağışlanmayan günahdır». (Məhcətul-Beyza, c.5, səh.93)
         1960. Allahın Peyğəmbəri(s): «Həqiqətən, bəndə özünün pis əxlaqına görə Cəhənnəmin ən aşağı dərəcəsinə enər». (Məhcətul-Beyza, səh.93)
         1961. «Biharul-ənvar»: «Peyğəmbərə (s) ərz etdilər: «Filan qadın gündüzləri oruc tutur, gecələr ibadət edir, amma bədrəftardır. Qonşularına (acı) dili ilə əziyyət verir». Həzrət buyurdu:«Onda bir xeyir yoxdur, o, Cəhənnəmlikdir». (Biharul-ənvar, c.71, səh.394, hədis 63)
         1962. İmam Əli (ə): «Pis əxlaq ruzinin azalmasına və ruhun işgəncəyə məruz qalmasına səbəbdir». (Ğurərul-hikəm, hədis 5639)
         1963. İmam Sadiq (ə): «Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da əməli xarab edər».(əl-Kafi, c.2, səh.321, hədis 1)
         643. Pis əxlaqın aqibəti
         1964. İmam Əli (ə): «Pis əxlaq sahibinin ailəsi onun əlindən sıxıntıya düşüb bezar olar». (Ğurərul-hikəm, hədis 8595)
         1965. İmam Əli (ə): «Hövsələsiz (və tündxasiyyət) olanın rahatlığı az olar». (Ğurərul-hikəm, hədis 9192)
         1966. İmam Əli (ə): «Əxlaqı pis olanın ruzisi az olar». (Ğurərul-hikəm, hədis 8023)
         1967. İmam Sadiq (ə): «Ət, ət gətirər. Kim qırx gün ət yeməsə, əxlaqı pis olar». (əl-Kafi, c.6, səh.309, hədis 1)
         644. Ən üstün əxlaq
         1968. İmam Əli (ə): «Ən çox ehtirama layiq olan xasiyyət səxavət, faydası daha əhatəli olan xasiyyət isə ədalətdir». (Ğurərul-hikəm, hədis 3219)
         1969. İmam Əli (ə): «Ən şərafətli xasiyyətlər təvazökarlıq, dözümlülük və mehribanlıqdır». 
         1970. İmam Baqir (ə): «ən üstün əxlaqi kəramət hansıdır?» sualının cavabında buyurub: «Səbr və səxavət». (Biharul-ənvar, c.36, səh.358, hədis 228)
         645. Əxlaqi keyfiyyətlərin əlaqəliliyi
         1971. İmam Əli (ə): «Əgər kimsədə bir gözəl xasiyyət olarsa, ondan digər gözəl xasiyyətlərin də üzə çıxmasını gözləyin». (Nəhcül-bəlağə, hikmət 445)
         1972. İmam Sadiq (ə): «Gözəl əxlaqi xüsusiyyətlər bir-birinə bağlıdır». (Əmali, Tusi, səh.301, hədis 597)
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1336 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024