İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    168 Ramazan
    833. Ramazan ayı
    Qur’an:
    «İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün Qur‘anın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin olunmuş) sayı kamala çatdırasınız və sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də şükr edəsiniz.» [2939]
    Hədis:
    2663. Allahın Peyğəmbəri (s):«Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»[2940]
    2664. Allahın Peyğəmbəri (s):«Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»[2941]
    2665. Allahın Peyğəmbəri (s):«Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»[2942]
    2666. Allahın Peyğəmbəri (s):«Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»[2943]
    2667. İmam Əli (ə):«Bir gün Allahın Rəsulu (s) bizə xütbə söyləyən zaman buyurdu:«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim:«Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s) buyurdu:«Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»[2944]
    2668. İmam Baqir (ə):«Allahın Rəsulu (s) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»[2945]
    2669. İmam Sadiq (ə) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»[2946]
    2670. Allahın Peyğəmbəri (s):«Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»[2947]
    2671. Allahın Peyğəmbəri (s) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»[2948]
    2672. Allahın Peyğəmbəri (s):«Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»[2949]
    2673. İmam Sadiq (ə):«Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»[2950]
    169 Ruh
    835. Ruh
    Qur’an:
    «Səndən ruh haqda soruşarlar de ki, ruh mənim Rəbbimin əmrindəndir və elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir.»[2951]
    Hədis:
    2674. İmam Sadiq (ə):«Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənikli deyillər, əksinə bədəni araya alıb əhatə edirlər.»[2952]
    2675. İmam Sadiq (ə) :«Ruh, üzərinə qalın bədən geyindirilmiş zərif, incə bir cisimdir.»[2953]
    836. Ruhlar hazırlıqlı əsgərlərdir
    2676. Allahın Peyğəmbəri (s):«Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar.»[2954]
    2677. İmam Əli (ə):«Dostluq, ruhların ünsiyyəti sayəsində qəlblərin bir-birinə olan meylidir.»[2955]
    2678. Şəqiq ibn Səlmə:«Bir kişi Həzrət Əmirəl-mömininin (ə) yanına gəlib Onunla söhbət edir və söhbət əsnasında deyir:«Mən sizi sevirəm.» Əli (ə) buyurur:«Yalan deyirsən» Ərz edir:«Niyə, ey möminlərin ağası?» Buyurur:«Öz qəlbimdə sənin məhəbbətini tapmıram.» Allahın Peyğəmbəri (s) buyurmuşdur:«Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birilərini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar.»[2956]
    837. Ruhun halları
    2680. İmam Sadiq (ə) (Əbu Bəsirin «Yuxu vaxtı ruh bədəndən çıxırmı?» – sualının cavabında): «Xeyr, ey Əbu Bəsir! Çünki ruh bədəndən ayrılsa bir daha ona qayıtmaz. Ancaq ruh səmanın ortasında günəş kimidir: onun şüası hər yerə saçar.»[2958]
    2681. İmam Kazim (ə):«İnsan yatanda onun heyvani ruhu bədəndə qalır. Ondan çıxan isə əql ruhudur.»[2959]
    170 Rahatlıq
    839. Rahatlığın səbəbləri
    2682. İmam Əli (ə):«Hər kim Allahın onunçün təqdir etdiyinin onun əlinə yetişəcəyinə əmin olarsa, qəlbi rahatlıq tapar.»[2960]
    2683. İmam Əli (ə):«Xasiyyətcə uyğun olan zövcə iki rahatlıqdan biridir.»[2961]
    2684. İmam Əli (ə):«Kifayət edənə qane olan kimsə rahatlıq tapıb dinclik mənzilində məskən salar.»[2962]
    2685. İmam Əli (ə) :«Zahidlik və dünyaya e‘tinasızlıq ən böyük rahatlıqdır.»[2963]
    2686. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıq və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»[2964]
    2687. İmam Sadiq (ə):«Ən gözəl rahatlıq insanlardan ehtiyacsız olmaqdır.»[2965]
    840. Dünyada rahatlıq axtarmaq
    2688. İmam Sadiq (ə) (öz səhabələrinə xitab edərək buyurur): «Mümkün olmayan şeyi arzulamayın!» Ərz etdilər:«Məgər kim mümkün olmayan şeyi arzu edir ki?» Buyurdu:«Siz. Məgər dünyada rahatlıq axtarmırsınızmı?» Dedilər:«Niyə də yox? Bəli (axtarırıq).» Buyurdu:«Möminin dünyada rahatlığı qeyri- mümkündür.»[2966]
    171 Əkinçilik
    841. Əkinçiliyin və meşəçiliyin müstəhəb olması
    2689. Allahın Peyğəmbəri (s):«Hər müsəlman bir ağac, ya bir əkin əksə və bir insan, quş, ya da heyvan onun məhsulundan yesə, həmin şəxs üçün sədəqə savabı sayılar.»[2967]
    2690. İmam Baqir (ə): -Atam buyurardı:«İşlərin ən yaxşısı əkinçilikdir. Əkdiyindən yaxşı əməl sahibi də, pis əməl sahibi də yeyər. Yaxşı əməl sahibi yeyib Allahdan sənin bağışlanmağını dilər. Pis əməl sahibi isə yeyər, ancaq yediyi nemət ona Lənət və qarğış edər. Həmçinin, otlayan heyvanlar və quşlar da ondan bəhrələnərlər.»[2968]
    2691. İmam Baqir (ə):«Əmirəl-möminin (ə) buyurardı:«Kim su və torpaq olduğu halda möhtac olarsa Allah-taala onu öz rəhmətindən uzaqlaşdırar.»[2969]
    2692. İmam Sadiq (ə):«Əkinçilik xalqın xəzinələridir. Allahın yaratdığı pak toxumu əkirlər, Qiyamət günü onların məqamı hamıdan üstün, yaxınlığı və dərəcələri hamıdan çoxdur. Onlar «mübarək» adı ilə çağırılırlar.»[2970]
    2693. İmam Sadiq (ə) («möminlər gərək Allaha təvəkkül etsinlər» ayəsi barədə): «Möminlər dedikdə məqsəd əkinçilərdir.»[2971]
    2694. İmam Sadiq (ə):«İşlərin arasında heç bir iş əkinçilik qədər Allah yanında sevimli deyil və Allah-taala dərzi olan İdrisdən (ə) başqa elə bir peyğəmbər göndərməmişdir ki, əkinçiliklə məşğul olmasın.»[2972]
    172 Zəkat
    842. Zəkat
    Qur’an:
    «Onların mallarından sədəqə (zəkat) götür ki, bu vasitələ onları pak edəsən və onlara salam göndər ki, sənin salamın onlara sakitlik bəxş edir. Allah-taala eşidən və biləndir.[2973]
    «Namaz qılın, zəkat verin. Qabaqcadan özünüz üçün göndərdiyiniz əməlləri Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdikləriniz bütün əməlləri görəndir.» [2974]
    Hədis:
    2695. İmam Sadiq (ə):«Allah-taala (zikri əziz olsun) bu ümmətə zəkat kimi ağır bir şeyi vacib etməmişdir. Onların əksər hissəsi bundan qeyri şeyə görə məhv olmayacaqdır.»[2975]
    2696. İmam Sadiq (ə):«Zəkat verməyənin namazı faydasız olar və «vərə»ni (günahdan çəkinməyi) olmayanın zəkatı qəbul olunmaz.»[2976]
    2697. İmam Sadiq (ə):«Zəkat varlıları sınamaq və möhtaclara kömək məqsədi ilə təyin olunub. Əgər insanlar öz mallarının zəkatını versəydilər bir nəfər də olsun möhtac, yoxsul müsəlman qalmazdı və Allah-taalanın onun üçün vacib etdiyinin səbəbinə ehtiyacsız olardı. İnsanlar yalnız varlıların günahlarına görə yoxsul, möhtac, ac və çılpaq olublar.»[2977]
    843. Sərvətlərin artmasında zəkatın rolu
    2698. Allahın Peyğəmbəri (s):«Allahdan sərvətinin artmasını istəsən, onun zəkatını ver.»[2978]
    2699. İmam Əli (ə):«Öz mallarınızı zəkat verməklə qoruyun.»[2979]
    2700. İmam Həsən (ə):«Zəkat heç vaxt sərvəti azaltmaz.»[2980]
    2701. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«İnsanlar zəkat verməyi tərk edən zaman, torpaq özünün hər növ tarlalarından, meyvələrindən, mədənlərindən bərəkətini gizlədər.»[2981]
    2702. İmam Kazim (ə):«Allah-taala zəkatı yoxsulların qüvvəsinin təmini və sizin sərvətinizin artması məqsədilə təyin etmişdir.»[2982]
    2703. İmam Rza (ə):«Zəkat verilməyən zaman heyvanlar ölümə düçar olarlar.»[2983]
    844. Zəkat verməyən şəxs
    2704. İmam Baqir (ə):«Allah-taala Qiyamət günü zəkat verməyən şəxsin sərvətini alovlu və ikihürgüclü əfi ilana döndərər. Həmin şəxsi də onun halqasında yerləşdirər və sonra ilana deyilər ki, «Bu şəxs dünyada sənə yapışdığı kimi, indi sən də onun ətrafını halqaya al.» Allah-taala buyurmuşdur:«Ehsanında xəsislik etdikləri şey tezilklə boyunduruq kimi boyunlarından asılacaqdır…»[2984]
    2705. İmam Sadiq (ə):«Zəkat verməyən şəxs ölüm vaxtı gələndə həyata qayıtmaq istəyər. Bunu isə Allah-taala buyurmuşdur:«Onların birinin ölüm anı çatanda deyər:«Ey Rəbbim! Əldən verdiyim şeylərin əvəzinə yaxşı iş görmək üçün məni geri qaytar.»[2985]
    2706. İmam Sadiq (ə):«Oğrular üç dəstədir: zəkat verməyən, qadınların mehriyyələrini (kəbinini) özünə halal bilənlər və borc alıb onu qaytarmamaq niyyətində olanlar.»[2986]
    2707. İmam Sadiq (ə):«Zəkatından bir qirat[2987] verməyən hər bir müsəlmana de ki, istəyir yəhudi kimi, istərsə də xaçpərəst kimi ölsün.»[2988]
    845. Zəkat düşən şəxslər
    Qur’an:
    «Zəkat yalnız yoxsullara, miskinlərə, onu toplayıb paylayanlara, ürəkləri (İslama) təzə isinişib-bağlananlara, qullara, borclulara, Allah yolunda və yolda qalanlara Allahın vacibatı kimi məxsusdur.»[2989]
    Hədis:
    2708. İmam Sadiq (ə) («Sədəqələr yalnız yoxsullar üçündür və…» ayəsi barədə): «Yoxsul dilənmək əlini xalqa tərəf uzatmayan kimsədir. Miskinin vəziyyəti yoxsuldan daha pisdir, bais isə vəziyyəti bunların hamısından çətin olandır.»[2990]
    846. Hər şeyin zəkatı var
    2709. İmam Əli (ə):«Qüdrətin zəkatı inşafdır.»[2991]
    2710. İmam Əli (ə):«Gözəlliyin zəkatı ismətdir.»[2992]
    2711. İmam Əli (ə):«Varlının zəkatı qonşularına yaxşılıq və sileyi-rəhm etməkdir.»[2993]
    2712. İmam Əli (ə) :«Sağlamlığın zəkatı Allaha itaətdə çalışmaqdır.»[2994]
    2713. İmam Əli (ə):«Şücaətin zəkatı Allah yolunda cihaddır.»[2995]
    2714. İmam Sadiq (ə):«Sənə oruc tutmağı tövsiyə edirəm. Çünki o bədənin zəkatıdır.»[2996]
    2715. İmam Sadiq (ə):«Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.»[2997]
    2716. İmam Sadiq (ə):«Yaxşılıq nemətlərin zəkatıdır. Himayədarlıq məqam və mövqeyin zəkatı, güzəşt isə qələbənin zəkatıdır. Əgər hər bir nemətin zəkatını versən, həmin nemət yox olmaq təhlükəsindən amanda qalar.»[2998]
    847. Fitrə zəkatı
    2717. İmam Əli (ə):«Kim fitrə zəkatı verərsə, bu əmələ görə, Allah-taala həmin şəxsin malından verdiyi zəkatın yerini doldurar.»[2999]
    2718. İmam Sadiq (ə):«Namaz peyğəmbərə (s) salam göndərməklə tamama yetdiyi kimi, orucun tamamlanmasının şərtlərindən biri zəkatdır, yəni fitrədir. Belə ki, bir şəxs (Ramazan) ayının orucunu tutub, qəsdən fitrəni verməsə orucunun faydası olmaz.»[3000]

    [2939] Bəqərə/185
    [2940] Kənzul-Ummal, hədis 23688
    [2941] Biharul-Ənvar, c.96,səh. 34 , hədis 8
    [2942] Biharul-Ənvar, c.96,səh. 346 , hədis 12
    [2943] Biharul-Ənvar, c.96,səh. 348 , hədis 14
    [2944] Əmali-Səduq,səh. 84 , hədis 4
    [2945] Əmali-Səduq, səh. 56 , hədis 2
    [2946] Biharul-Ənvar, c.96,səh. 375 , hədis 63
    [2947] Biharul-Ənvar, c.74,səh. 74 , hədis 62
    [2948] Uyune Əxbare Rza (ə), c.1,səh. 295 , hədis 53
    [2949] Əmali-Səduq,səh. 52 , hədis 2
    [2950] Biharul-Ənvar, c.96,səh. 342 , hədis 6
    [2951] İsra, ayə 85
    [2952] Biharul-Ənvar, c.61,səh. 40 , hədis11
    [2953] Biharul-Ənvar, c. 61,səh. 34 , hədis 7
    [2954] Kənzul-Ummal, hədis 24660
    [2955] Ğurərul-Hikəm,hədis 2057
    [2956] Kənzul-Ummal, hədis 25560
    [2957] Biharul-Ənvar,c. 61, səh.40 , hədis 10
    [2958] Camiul-Əxbar,səh. 488, hədis 1360
    [2959] Biharul-Ənvar, c.61, səh. 43 , hədis 19
    [2960] Ğurərul-Hikəm,hədis 8763
    [2961] Ğurərul-Hikəm,hədis 1633
    [2962] Nəhcül-Bəlağə, hikmət 371
    [2963] Ğurərul-Hikəm,hədis 1316
    [2964] Mişkətul-Ənvar,səh. 34
    [2965] Mişkətul-Ənvar,səh. 184
    [2966] Biharul-Ənvar, c. 81,səh. 195, hədis 52
    [2967] Müstədrəkul-Vəsail, c.13, səh. 460 , hədis 15892
    [2968] əl-Kafi, c.5,səh. 260 , hədis 5
    [2969] Qurbul-İsnad, səh. 115 , hədis 404
    [2970] əl-Kafi, c.5, səh. 261 , hədis 7
    [2971] Biharul-Ənvar, c.103, səh. 66 , hədis 16
    [2972] Mustədrəkul-Vəsail, c.13,səh. 261 , hədis 15898
    [2973] Tövbə, ayə 103
    [2974] Bəqərə, ayə 110
    [2975] Əmali-Tusi, səh.693 , hədis 1474
    [2976] Mişkəful-Ənvar,səh. 46
    [2977] Mən la yəhzurhuul-Fəqih, c.2, səh.8 , hədis 1579
    [2978] Biharul-Ənvar, c.96,səh. 23 , hədis 54
    [2979] Biharul-Ənvar, c.78,səh. 60, hədis 138
    [2980] Biharul-Ənvar, c. 96, səh.23 , hədis 56
    [2981] əl-Kafi, c.2,səh.374, hədis 2
    [2982] əl-Kafi, c.3,səh. 498 , hədis 6
    [2983]Biharul-Ənvar, c.73, səh.373 , hədis 8
    [2984] Biharul-Ənvar, c.96, səh.8 , hədis 3
    [2985] Biharul-Ənvar, c.96,səh. 21 , hədis 50
    [2986] Biharul-Ənvar, c.96,səh. 12 , hədis 15
    [2987] Qirat - karat, qiymətli daşların 0,2 qrama bərabər çəki ölçüsü
    [2988] Səvabul-Əmal, səh. 281 , hədis 7
    [2989] Tövbə, ayə60
    [2990] əl-Kafi, c.3,səh. 501 , hədis 16
    [2991] Ğurərul-Hikəm, hədis 5448
    [2992] Ğurərul-Hikəm, hədis 5449
    [2993] Ğurərul-Hikəm, hədis 5455
    [2994] Ğurərul-Hikəm, hədis 5455
    [2995] Ğurərul-Hikəm, hədis 5455
    [2996] Biharul-Ənvar, c.78,səh. 99 , hədis 1
    [2997] Biharul-Ənvar, c.78,səh. 247, hədis 77
    [2998] Biharul-Ənvar, c.78, səh. 268, hədis182
    [2999] Vəsailuş-Şiə, c.6, səh. 220, hədis 4
    [3000] Mənla Yəhzuruhul-Fəqih, səh.183,səh. 2, hədis 2085
    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1245 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024