İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Hədis » Mizanul – hikmət (2-ci cild)

    Mizanul – hikmət (2-ci cild)
    227 Məşvərət
    1062. Məşvərət etməyə həvəsləndirmək
    Qur’an:
    «Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər»[3744]
    Hədis:
    3397. İmam Əli (ə): «Məşvərət etmək (doğru) yol tapmağın gözüdür. Öz rə’yi və fikri ilə kifayətlənən şəxs özünü təhlükəyə atmışdır.»[3745]
    3398. İmam Əli (ə):«Məşvərət kimi (möhkəm) dayaq yoxdur.»[3746]
    3399. İmam Əli (ə):«Məşvərət etmək tövsiyə və təşviq olunmuşdur, Çünki məsləhət verənin rə’yi (şəxsi qərəzlərdən) pak, məşvərət edənin nəzəri (şəxsi gərəzlər və mənfi istəklərlə) qarışmışdır.»[3747]
    3400.Allahın Peyğəmbəri (s):«Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simiclə məşvərət etmə ki, səni məqsədindən çəkindirər. Həris adamla məşvərət etmə ki, hərisliyi sənin nəzərində gözəl göstərər.»[3748]
    3401.İmam Əli (ə):«Yalançı ilə məşvərət etmə. Çünki yalançı ilğım kimi uzağı sənə yaxın və yaxını uzaq göstərəcək.»[3749]
    1064. Məşvərətə layiq olanlar
    3402.İmam Sadiq (ə):«Məşvərət onun dörd həddindən qeyri bir halda baş tutmaz: birinci hədd budur ki, məşvərət etdiyin ağıllı olsun, ikincisi azad və dindar olsun, üçüncüsü dost və qardaşcanlı olsun. Dördüncü isə budur ki, öz şirrini ona deyəsən, o da özün bildiyin qədər həmin sirdən agah olsun və onu gizlətsin, heç kəsə deməsin.»[3750]
    1065. Məsləhə edənə bir yol göstərməyə həvəsləndirmək
    3403. İmam Səccad (ə):«Məsləhət edənin haqqı budur ki, yol göstərməkçün bir fikrin varsa ona yol göstərəsən və bir məlumat olmasa da, bu sahədə məlumatı olanın yanına göndərəsən.»[3751]
    3404.İmam Sadiq (ə):«Kim öz (din) qardaşı ilə məsləhətləşəndə həmin adam ona xalis niyyətlə yol göstərməsə, Allah onun düşüncəsini əlindən alar.»[3752]
    1066. Hökumət işində məşvərət etmək
    3405. İmam Əli (ə) (Müaviyəyə yazdığı məktubundan): «Məşvərət, yalnız mühacir və ənsarların haqqıdır. Onlar bir şəxs barədə razılığa gəlib onu rəhbər adlandırarlarsa, Allahın razılığı da elə bundadır.»[3753]
    3406.İmam Əli (ə):«Haqq sözü danışmaqdan, ya ədalətli yol göstərməkdən çəkinməyin. Çünki ixtiyar sahibi olan böyük Allah məni hifz edib qorumasa, xəta və səhvdən amanda qalmaram.»[3754]
    3407.İmam Həsənin (ə) sülh anlaşmasında Müaviyə üçün qoyduğu şərtlərdən biri budur: «Müaviyə ibn əbi Süfyanın özündən sonra bir kəsi xəlifə təyin etmək haqqı yoxdur. Belə ki, ondan sonra xəlifəlik məsələsi müsəlmanların şurasına tapşırılacaqdır.»[3755]
    228 Qocalıq
    1067. Qocalıq və ağ saçlar
    Qur’an:
    «Odur sizi əvvəl zəif yaradan, bu zəiflikdən sonra qüvvə verən, sonra da yenidən zəifliyə və qocalığa düçar edən Allah. Allah istədiyini yaradar. O alim və qadirdir.» [3756]
    Hədis:
    3408. Allahın Peyğəmbəri (s):«Qoca, öz həmdəminin məhəbbəti, uzun ömür və çoxlu sərvətin muqabilində həmişə gəncdir.»[3757]
    3409.İmam Əli (ə):«Ağ saçlar ölümün qasididir.»[3758]
    3410.İmam Əli (ə):«Ağ saçlar xəbərdarlıq üçün kifayətdir.»[3759]
    3411.İmam Əli (ə):«Mənim üçün qocalığın vuqarı, gənclik şadlığından daha sevimlidir.»[3760]
    3412.İmam Əli (ə):«Aqil qocalanda əqli gəncləşər, nadan qocalanda nadanlığı cavanlaşar.»[3761]
    3413.İmam Baqir (ə):«Bir gün İbrahim (ə) öz üzündə ağ tük görüb deyir:Şükr olsun aləmlərin Rəbbi olan Allaha ki, məni bu yaşa çatdırdı və bir an belə günah etmədim.»[3762]
    3414.İmam Sadiq (ə):«Ağ saçın möminə tərəf tələsdiyi qədər, heç bir şeyin digərinə tərəf tələsdiyini görmədim. Ağ saç mömin üçün dünyada vuqar və Qiyamət günü işıq saçan nurdur. Allah-taala Öz xəlili İbrahimə(ə) ağ saçlarla vüqar bəxş etdi. Bu vaxt İbrahim(ə) ərz etdi: Ey Rəbbim! Bu nədir? Allah buyurdu:Bu vüqardır. İbrahim (ə) dedi:Ey Rəbbim! Mənim vüqarımı artır. »[3763]
    1068. Qocalara hörmət
    3415.Allahın Peyğəmbəri (s):«Yaşlı müsəlmana ehtiram Allaha ehtiramdır.»[3764]
    3416.Allahın Peyğəmbəri (s):«Ümmətimin qocasına hörmət etmək, mənə hörmət etməkdir.»[3765]
    3417.İmam Sadiq (ə):«Ahıllarınıza hörmət edin və sileyi-rəhmi yerinə yetirin.»[3766]
    3418.İmam Sadiq (ə):«Ahıllarımıza hörmət qoymayan və uşaqlarımızla mehriban olmayan bizdən deyil.»[3767]
    229 Şiə
    1069. Şiənin məqamı
    3419.İmam Əli (ə):«Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu:«Ey Əli! Cənnətə daxil olacaq ilk dörd nəfər Mən, Sən, Həsən və Hüseyndir. Bizim arxamızda övladlarımız Cənnətə daxil olacaqlar. Onların arxasında bizi sevənlər, sağ-solumuzda da bizim şiələrdir.»[3768]
    3420.İmam Baqir (ə):«Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmədən Əli ibn Əbutalib (ə) barədə soruşduqda dedi: Allahın Rəsulundan (s) eşitdim ki, Əli və onun şiələri elə nicat tapanlardır.»[3769]
    1070. Şiənin xüsusiyyətləri
    3421.İmam Əli (ə) (Nouf Bəkaliyə xitabən): «Ey Nouf! Bilirsənmi mənim şiəm kimdir?» Ərz etdi:«Xeyr, Allaha and olsun, bilmirəm.» Buyurdu:«Mənim şiələrimin (oruc tutmağın təşnəliyindən) dodaqları qurumuş, (aclıqdan) qarınları bellərinə yapışmışdır. Təqva onların üzlərindən görünər, gecənin abidləri və gündüzün şirləridirlər.»[3770]

    3423. İmam Baqir (ə):«Bizim şiələrimiz yalnız Allahdan qorxan və Onun əmrinə itaət edənlərdir. Onlar təvazökarlıq, sadəlik, əmanətə sadiqlik və Allahı çox yad etməkdən başqa bir şeylə tanınmazlar.»[3772]
    3424.İmam Sadiq (ə):«Əslində Əli şiəsi qarın və qasıq iffətinə malikdir, (ibadətdə və nəfslə mübarizədə) çalışqandır, Yaradanı üçün işləyən, Onun mükafatına ümidvar olan və Onun cəzasından qorxandır. Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir.»[3773]
    3425. İmam Sadiq (ə):«Bizim şiələrimizi üç şeydə sınayın: namazın vaxtlarına riayət etməkdə, bizim düşmənlərdən sirlərini gizlətməkdə və qardaşları ilə həmdərd olub onlara maddi kömək etməkdə.»[3774]
    3426.İmam Sadiq (ə):«Bizim şiələrin dörd gözü var: iki gözü sifətində, iki gözü də qəlbində. Bil ki, insanların hamısı belədir. Fərq yalnız bundan ibarətdir ki, Allah-taala sizin gözlərinizi açıq və görən, onların gözlərini isə kor etmişdir.»[3775]
    1071. Şiə olmayanlar
    3427.İmam Sadiq (ə):«Sözdə şiəlikdən dəm vuran, əməlində isə bizim əməllərə zidd rəftar edən, bizim şiə deyil.»[3776]
    3428.İmam Sadiq (ə):«Bir dəstə insan deyir ki, mən onların imamıyam. Allaha and olsun, mən onların imamı deyiləm. Allah onlara Lənət eləsin. Pərdəni hər nə qədər örtürəmsə, onlar pərdəni bir o qədər yırtırlar. Mən «belədir, elədir» deyirəm, onlarsa «Onun məqsədi filan və bəhmandır.» deyirlər. Əslində mən, mənə itaət edən şəxsin imamıyam.»[3777]
    3429.İmam Sadiq (ə):«Dörd şeyi inkar edən bizim şiə deyil: me’racı, qəbrdə sorğu-sualı, Cənnət və Cəhənnəmin yaradılmasını və şəfaəti.»[3778]
    3430. «əl-Kafi»: İmam Sadiq (ə) bir kişidən onun xalqının və qəbiləsinin əhvalını soruşdu. Kişi onları çox təriflədi. Həzrət (ə) buyurdu:«Varlılar yoxsulların xəstələrinə baş çəkirlərmi?» Kişi dedi:«Az olur.» Buyurdu:«Varlılarla yoxsulların bir-birinə gəliş-gedişi, görüşməyi necədir? Kişi dedi:«Az olur.» Buyurdu:«Varlıların yoxsullara maddi köməyi necədir?» Kişi ərz etdi:«Siz bizim aramızda nadir əxlaqı və sifətləri buyurursunuz.» Həzrət (ə) buyurdu:«Bəs, onlar özlərini necə şiə hesab edirlər?»[3779]
    3431.İmam Kazim (ə):«Tənhalıqda və xəlvətdə, qəlbən Allahdan qorxmayan bizim şiə deyil.»[3780]
    1072. Şiənin təsnifatı
    3432.İmam Baqir (ə):«Bizim şiələr üç dəstədir: bir dəstəsi bizim adımızla xalqı qarət edər, bir dəstəsi şüşə kimidir (ürəyində nə varsa aşkar edər–yəni, sir saxlayan deyillər, ürəklərində olan sirri faş edərlər), bir dəstə də qırmızı qızıl kimidirlər və odda nə qədər çox əridilsələr, bir o qədər saflaşarlar.»[3781]
    3433.İmam Sadiq (ə):«Şiə üç növdür: (birinci bizə qarşı) məhəbbətli və mehriban olarlar, belə şiələr bizdəndir. (İkinci) Özünü bizlərlə bəzəyən şiə. Kim bizlərlə özünü bəzəsə, onun bəzənməsinə səbəb olarıq. (Üçüncü) Bizi öz ruzisi üçün vasitəyə çevirən şiə. Kim bizi ruzi qazanmaq vasitəsi edərsə, yoxsulluğa duçar olar.»[3782]
    1073. Şiələrə həddlərini aşmağın qadağan olması
    3434.İmam Baqir (ə):«Ey şiə camaatı! Ey Ali Məhəmməd şiələri. Orta həddi gözləyin ki, iti gedən sizə tərəf qayıdacaq və geri qalan da gəlib sizə çatacaq.» Ənsarlardan Sədd adlı birisi ərz etdi:«Sənə fəda olum, iti gedən kimdir?» Həzrət (ə):«Biz öz barəmizdə demədiyimiz şeyləri, barəmizdə danışan bir dəstədir. Onar bizlərdən deyil, biz də onlardan.» Ərz etdi:«Geri qalan kimdir?» Buyurdu:«Xeyir istəyən, axtaran şəxsdir. O, xeyrə çatar və onun mükafatını tapar.»[3783]
    1074. İnsanlarla münasibətdə şiəyə yaraşan rəftar
    3435. İmam Sadiq (ə):«Ey Əbdül-Əla! Mənim tərəfimdən şiələrə Allahın salamını və rəhmətini çatdır və de ki, İmam Sadiq sizə bunları deyir: Allahın rəhməti olsun o bəndəyə ki, insanların başa düşdükləri sözləri söyləməklə və başa düşmədikləri sözlərdən çəkinməklə xalqın məhəbbətini özünə və bizə tərəf cəlb etmiş olur.»[3784]
    3436. İmam Sadiq (ə):«Ey şiə camaatı! Bizim abrımızın qorunmasına səbəb olun, bədnam olmağımıza bais olmayın. İnsanlara yaxşı sözlər deyin. Dillərinizi saxlayın, onları boş, mənasız və pis sözlər danışmaqdan çəkindirin.»[3785]
    1075. Qiyamətdə şiənin məqamı
    3437. Allahın Peyğəmbəri (s):«Qiyamət günü bizə məhəbbətlərində xalis olan mənim və Əhli-Beytimin şiələri üçün ərşin ətrafında minbərlər düzüləcək. Allah-taala buyurar: Ey Mənim bəndələrim! Mənə tərəf gəlin ki, Öz Kərəmimi sizin aranızda paylayım. Çünki siz dünyada əzab-əziyyət görmüsünüz.»[3786]
    3438. Allahın Peyğəmbəri(s) (ibn Abbasın «Öndə gedən, birincilər, onlardır Allaha yaxın olanlar» ayəsi barədə sualının cavabında): «Cəbrayıl mənə dedi: Onlar Əli və onun şiələridir. Onlar Cənnətə gedənlərin öncülü və Allahın lütfü, kəraməti sayəsində Ona yaxındırlar.»[3787]
    230 Səbr
    1076. Səbrin fəziləti
    Qur’an:
    «Çox peyğəmbərlər olub ki, Allaha sitayiş edənlər onlarla birgə düşmənlərə qarşı vuruşmuş və bu yolda onların başına gələn müsibətlərdən zəifləməmiş və aciz qalmamış, düşmənə də təslim olmamışlar. Allah səbr edənləri sevəndir.» [3788]
    «Allaha və Onun Rəsuluna itaət edin. Zəifləyib, əzəmət-qüdrətiniz aradan getməsin və bir-birinizlə çəkişməyin. Səbr edin ki, Allah səbr edənlərlədir.» [3789]
    Hədis:
    3439. Məsih(ə):«Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.»[3790]
    3440. Allahın Peyğəmbəri (s) («İman nədir?» deyə soruşulduqda buyurdu): «Səbr.» [3791]
    3441. İmam Əli (ə) :«Səbr çətin müsibəti asan edər.»[3792]
    3442. İmam Əli (ə):«Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.»[3793]
    3443. İmam Sadiq (ə):«Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.»[3794]
    3444. İmam Cavad (ə):«Müsibətə səbr etmək, başqalarının müsibətinə sevinən üçün bir müsibətdir.»[3795]
    1077. Səbr və ali məqamlara çatmaq
    Qur’an:
    «İsrail övladları səbr etdiklərinə görə, sənin Rəbbinin onlara verdiyi yaxşı vəd həyata keçdi.» [3796]
    «Səbr etdiklərinə və nişanələrimizə əmin olduqlarına görə, onların
    arasından bizim əmrimizlə hidayət edən imamlar təyin etdik.»[3797]
    Hədis:
    3445. İmam Əli (ə):«Səbrlə ali məqamlara çatmaq olar.»[3798]
    3446. İmam Əli (ə):«Kim Allaha (qovuşmağa) xatir səbr edərsə, öz məqsədinə çatar.»[3799]
    3447. İmam Sadiq (ə):«Səbr imanın başıdır»[3800]
    1078. Səbr və qələbə
    Qur’an:
    «Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.»[3801]
    «Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.»[3802]
    Hədis:
    3448. Allahın Peyğəmbəri(s):«Həqiqətən, qələbə səbrlə və işin uğurlu sonluğu çətinliklə müşayət olunur. Həqiqətən, hər çətinliklə yanaşı bir asanlıq da var.»[3803]
    3449. Allahın Peyğəmbəri(s):«Səbrlə zəfəri gözləmək olar. Kim daim bir qapını döyərsə, axırda o qapı üzünə açılar.»[3804]
    1079. Səbrli insanın savabı
    Qur’an:
    «Şübhəsiz, sizi qorxu, aclıq, malın azlığı, canlarınız və məhsullarınızla imtahan edəcəyik. Səbrlilərə müjdə ver. Başlarına bir müsibət gələndə «biz Allah üçünük və Ona doğru qayıdarıq» deyənlərə Rəbblərinin salam və rəhməti olsun. Hidayət tapanlar da onlardır.» [3805]
    3450. İmam Əli (ə) (təqvalıların vəsfində): «Bir neçə gün səbr etdilər və uzun müddətli rahatlıq tapdılar.»[3806]
    3451. İmam Sadiq (ə):«Şiələrimizdən kim çətinliyə düşəndə səbr edərsə, min şəhidin mükafatını qazanar.»[3807]
    3452. İmam Sadiq (ə):«Dərdə düçar olan şəxs əgər səbr edib bunun Allah yolunda olduğunu hesab edərsə, Allah-taala ona min şəhidin mükafatını yazar.»[3808]
    1080. Səbrin mənası
    3453. Allahın Peyğəmbəri (s.):«Səbr razılıqdır.»[3809]
    3454. İmam Əli (ə):«Səbr, insanın bir çətinlik və müsibətlə qarşılaşanda dözümlülük göstərib öz qəzəbini udmasıdır.»[3810]
    3455. İmam Əli (ə):«Səbr iki növdür: sənin xoşuna gəlməyən şeylərə səbr etmək və sevdiyin şeylərin müqabilində səbr edib, özünü saxlamaq (məsələn, haram ləzzətlərdən).»[3811]
    3456. İmam Əli (ə):«Səbr, ya müsibət qarşısında, ya itaət etməkdə, ya da günahı tərk etmədə səbrdir. Üçüncü növ əvvəlki iki növdən üstündür.»[3812]
    3457. İmam Baqir (ə) (gözəl səbr barədə suala cavabından): «O, insanlara giley və şikayət olunmayan bir səbrdir.»[3813]
    1081. Əhli-Beyt şiələrinin səbri
    3458. İmam Sadiq (ə) (öz səhabələrindən birinə xitabən): «Biz səbrliyik, amma bizim şiələr bizdən də səbrlidirlər.» Ərz etdim:«Sənə fəda olum. Necə olur ki, sizin şiələr sizdən səbrli olur?» Buyurdu:«Biz bildiklərimiz şeyə, şiələrimiz isə bilmədikləri şeyə səbr edərlər.»[3814]
    1082. Səbrsizliyin nəticələri
    3459. İmam Əli(ə):«Əgər səbrli olsan, ilahi müqəddərat sənin barəndə icra olunar və sən mükafat alarsan. Səbrsizlik etsən də, ilahi müqəddərat sənin barəndə icra olunacaq, lakin sən günahkar olacaqsan.»[3815]
    3460. İmam Əli(ə):«Əgər böyüklər kimi səbr etsən çox yaxşı. Əks halda, minik heyvanları kimi əziyyəti unudacaqsan.»[3816]
    3461. İmam Əli(ə):«Kim iş və qazancın əziyyətinə səbr etməsə, yoxsulluğun əziyyətinə səbr etməlidir.»[3817]
    3462. İmam Əli(ə):«Hər kimə səbr nicat verməsə, səbrsizlik onu həlak edər.»[3818]
    1083. Səbr yaradan amillər
    3463. Allahın Peyğəmbəri(s):«Kim özünü səbr etməyə vadar etsə, Allah- taala onu çox səbrli edər. Kim paklıq istəsə, Allah onu pak edər. Kim ehtiyacsızlıq axtarsa, Allah onu ehtiyacsız edər. Heç bir bəndəyə səbrdən daha yaxşı və geniş bir nemət bəxş edilməyib.»[3819]
    3464. İmam Əli(ə):«Səbrin kökü, Allaha həqiqi əminliyin olmasıdır.»[3820]
    3465. İmam Əli (ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar et. Necə də gözəl xasiyyətdir, haqqa xatir özünü səbrə vadar etmək.»[3821]
    3466. İmam Əli(ə):«Xoşagəlməz işlərin müqabilində özünü səbrə vadar etmək qəlbi gücləndirər.»[3822]

    [3744] Şura, ayə 38
    [3745] Nəhcül-Bəlağə, hikmət 211
    [3746] Nəhcül-Bəlağə, hikmət 54
    [3747] Ğurərul-Hikəm,hədis 3908
    [3748] İləluş-Şəraye,səh. 559, hədis1
    [3749] Ğurərul-Hikəm,hədis 10351
    [3750] Məkarimul-Əxlaq c.2, səh.98 , hədis2280
    [3751] əl-Xisal,səh. 590, hədis1
    [3752] əl-Məhasin, c.2, səh 438, hədis2521
    [3753] Nəhcül-Bəlağə, məktub 6
    [3754] Nəhcül-Bəlağə, hikmət 216
    [3755] Biharul-Ənvar, c.44, səh. 65, hədis13
    [3756] Rum, ayə 54
    [3757] Biharul-Ənvar , c.77 səh.147, hədis9
    [3758] Ğurərul-Hikəm,hədis 1202
    [3759] Ğurərul-Hikəm, səh. 7019
    [3760] Ğurərul-Hikəm,hədis 10099
    [3761] Ğurərul-Hikəm,hədis 4169-4170
    [3762] İləluş-Səraye,səh. 104
    [3763] Əmali-Tusi,səh. 699
    [3764] əl-Kafi, c.2, səh.165, hədis1
    [3765] Kənzul-Ummal, hədis 6013
    [3766] əl-Kafi, c.2, səh. 165, hədis 3
    [3767] əl-Kafi, c.2, səh. 165, hədis 2
    [3768] əl-İrşad, c.1, səh. 43
    [3769] əl-İrşad, c.1, səh. 41
    [3770] Biharul-Ənvar, c.78,səh. 28, hədis95
    [3771] Tənbihul-Xəvatir, c.2, səh.106
    [3772] Tuhəful-Uqul,səh. 295
    [3773] əl-Kafi, c.8,səh. 215, hədis9
    [3774] Biharul-Ənvar, c.83,səh. 92, hədis40
    [3775] əl-Kafi, c.8, səh. 215 , hədis260
    [3776] Biharul-Ənvar, c.68,səh. 164, hədis 13
    [3777] Biharul-Ənvar, c.58,səh. 80 , hədis76
    [3778] Biharul-Ənvar, c.69,səh. 9 , hədis11
    [3779] əl-Kafi, c.2, səh.173, hədis10
    [3780] Bəsairud-Dərəcat,səh. 247, hədis1
    [3781] Biharul-Ənvar, c.78,səh.186 , hədis24
    [3782] əl-Xisal, səh.103 , hədis 61
    [3783] əl-Kafi, c.2,səh. 75 , hədis6
    [3784] Biharul-Ənvar, c.2,səh. 77, hədis 62
    [3785] Əmali-Səduq, səh. 327, hədis17
    [3786] Uyunu Əxbari Rza (ə), c.2, səh. 60, hədis232
    [3787] Əmali-Tusi,səh.72 , hədis104
    [3788] Ali-İmran, ayə 146
    [3789] Ənfal, ayə 24
    [3790] Musəkkinul-Fuad,səh. 48
    [3791] Musəkkinul-Fuad,səh. 47
    [3792] Ğurərul-Hikəm,hədis 533
    [3793] Ğurərul-Hikəm,hədis 1821
    [3794] Mişkətul-Ənvar,səh. 23
    [3795] Kəşful-Ğummə, c.3,səh. 139
    [3796] Ə’raf, ayə 137
    [3797] Səcdə, ayə 24
    [3798] Ğurərul-Hikəm,hədis 4276
    [3799] Biharul-Ənvar, c.71,səh. 95, hədis60
    [3800] əl-Kafi, c.2,səh. 87, hədis1
    [3801] Bəqərə, ayə 249
    [3802] Ali-İmran, ayə125
    [3803] Biharul-Ənvar, c.77,səh. 88, hədis2
    [3804] Biharul-Ənvar, c.71,səh.96, hədis61
    [3805] Bəqərə, ayə 155-157
    [3806] Nəhcül-Bəlağə, xütbə 193
    [3807] ət-Təmhis,səh. 59, hədis5
    [3808] Tibbul-Əimmə,səh. 17
    [3809] Kənzul-Ummal, hədis 6499
    [3810] Ğurərul-Hikəm,hədis1874
    [3811] Nəhcül-Bəlağə, hikmət 55
    [3812] Nəhcül-Bəlağənin şərhi, c.1,səh. 319
    [3813] əl-Kafi, c.2,səh. 93, hədis23
    [3814] əl-Kafi, c.2,səh. 93, hədis25
    [3815] Camiul-Əxbar,səh. 316, hədis882
    [3816] Nəhcül-Bəlağə, hikmət 414
    [3817] Ğurərul-Hikəm,hədis8987
    [3818] Nəhcül-Bəlağə, hikmət 189
    [3819] Kənzul-Ummal, hədis 6522
    [3820] Ğurərul-Hikəm,hədis 3084
    [3821] Nəhcül-Bəlağə, məktub 31
    [3822] Biharul-Ənvar, c.77,səh. 207, hədis1

    Category: Mizanul – hikmət (2-ci cild) | Added by: Islam_Kitabxanasi (2012-08-30)
    Views: 1308 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024