İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
     BİRİNCİ FƏSİL
    Həzrəti Mühəmmədin (s.ə.v.v) möcüzələri
    GÜNƏŞİN QAYITMASI
    Həzrəti Mühəmməd(s), Əlini(ə.s) bir iş dalınca göndərdi. Əsr(İkindi namazı, günortadan sonrakı namaz.) namazının vaxtı yetişdi. Hamı namazını qıldı. Amma hələ Əli(ə.s) qayıtmamışdı. Əli(ə) Peyğəmbərin(s) yanına gələndən sonra, Peyğəmbər(s) başını paltarına büküb, Əlinin(ə) dizi üzərinə qoyub, Allah tərəfindən gələn vəhyi, günəş batmasına bir az qalmışa qədər dinləməyə (eşitməyə) məşğul oldu. Vəhy sona yetəndən sonra Həzrət(s), Əlidən(ə.s) sual etdi: Əsr namazını qılmısan?
    Əli(ə) cavab verdi: Xeyr, Ya Rəsuləllah! Sizin mübarək başınızı dizimin üzərindən götürə bilmədim.
    Peyğəmbər(s) duaya ələ götürüb dedi: İlahi! Əli sən və sənin Rəsulunun itaətinə məşğul idi. Bəs günəşi onun üçün qaytar!
    Əsma deyir: And olsun Allaha! Gördüm günəş qayıtdı və onun nuru ətrafa yayıldı. Əsr namazının fəzilətli zamanı qayıtdı. Əli(ə) namazını qıldı və yenidən günəş qüruba endi. (Biharül-Ənvar, 17-ci cild, səh. 359. )
    XIRDA DAŞLARIN ZİKR VƏ TƏSBİH DEMƏSİ
    Həzrmövtun(Ərəbistanda yer adıdır. ), başçılarından bir dəstəsi Peyğəmbərin(s) xidmətinə gəlib dedilər: Sənin Allahın Peyğəmbəri olduğunu haradan bilək?
    Peyğəmbərin(s) yerdən bir ovuc xırda daş götürüb, buyurdu: «Bunlar şəhadət verirlər ki, mən Allahın Peyğəmbəriyəm. Bu zaman Həzrətin əlində olan xırda daşlar Allaha zikr və təsbih deyib, Həzrətin Allahın elçisi və Peyğəmbəri olmasına şəhadət verdilər. (Biharül-Ənvar, 17-ci cild, səh.379. )
    AYIN PARÇALANMASI
    Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.
    Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.
    Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən(Səfər edən, yolçu. ) sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.
    Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər»(Ay ) surəsi nazil oldu.(Məcməul-Bəyan, 9-cu cild, səh.186.)Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.
    BEHİŞT NAR VƏ ÜZÜMÜNÜN TƏSBİH DEMƏSİ
    Bir gün Fatimə(s.ə) iki övladı Həsən(ə) və Hüseyn(ə) ilə birlikdə Peyğəmbərin(s) hüzuruna gəldi. Daxil olandan sonra, Həzrət(s) Fatiməyə(s) buyurdu: Əmim oğlunu (Əli(ə)) mənim yanıma çağır. Əli(ə) gələndən sonra, Həzrəti Peyğəmbər(s), Həsəni(ə) sağ dizi üstə, Hüseyni(ə) sol dizi üstə, Əli(ə) və Fatiməni birini ön hissəsində o birini isə arxa hissəsində oturtduqdan sonra, öz əbasını onların üstünə atıb, üç dəfə dedi: «İlahi! Bunlar mənim pak Əhli-Beytimdirlər. Günah və çirkinlikləri onlardan uzaq et və onları pak qərar ver.»
    Ümmü Sələmə deyir: Mən qapının ağzında durmuşdum, dedim: Ya Rəsulullah! Mən də onlardanam,
    Həzrət buyurdu: Sənin aqibətin çox yaxşıdır. Lakin sən onlardan deyilsən. Sonra Cəbrail(ə) bir tabaq behişt narı və üzümü gətirdi. Peyğəmbər(s) üzüm və narı əlinə götürdükdə, hər ikisi Allaha zikr və təsbih(Sübhanəllah, «Allah pakdır» deməkdir. ) dedilər. Sonra Peyğəmbər(s) onları yedi. Bu zaman Həsən(ə) və Hüseyn(ə) tabaqdakı nar və üzümdən götürdülər, onların əlində də sübhanəllah dedilər. Həsən və hüseyn(ə) nar və üzümü yedilər.
    Elə bu zamanda Həzrətin səhabələrindən biri daxil oldu. Behiştdən gələn nar və üzümdən yemək istədi. Cəbrail(ə) dedi: Bu meyvələrdən yalnız peyğəmbər(s), onun canişini və övladları yeyə bilər. (Biharul-Ənvar, 17-ci cild. Səh.360. )
    AĞACIN HƏRƏKƏT ETMƏSİ
    Əmirəl-möminin(ə) buyurur: Günlərin birində mən Peyğəmbər(s) bir yerdə idim. Qüreyşin böyükləri Həzrətin hüzuruna gəlib dedilər: Ey Mühəmməd! Sən elə böyük bir iddia edirsən ki, sənin ataların və qohumların belə iddia etməmişdir. Bizim səndən bir istəyimiz var. Əgər yerinə yetirsən, sənin Peyğəmbər və Allah tərəfindən göndərildiyini başa düşərik. Əgər yerinə yetirməsən, başa düşəcəyik ki, sən yalançı və sehrkarsan. (Sehr edən. )
    Peyğəmbər(s) buyurdu: Sizin istəyiniz nədir? Dedilər: bizim üçün, bu ağacın kökündən çıxıb, sənin qarşında durmağını istə.
    Peyğəmbər(s) buyurdu: Allah-təala hər şeyə qadirdir. Əgər belə etsə, iman götirəcəksiniz?
    Cavab verdilər: Bəli.
    Peyğəmbər(s) buyurdu: Mən yerinə yetirərəm. Lakin bilirəm iman gətirməyəcəksiniz. Sizlərdən bir dəstəsi «Bədr» quyularına düşəcək. Bir dəstəsi isə mənimlə döyüşmək üçün leşkər və qoşun hazırlayacaq. Bu zaman Həzrət buyurdu: Ey Ağac! Əgər Allaha və qiyamət gününə inamın varsa və mənim Allahın Rəsulu olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx və mənim yanıma gəl!
    Həqiqətəndə Peyğəmbəri(s) haqq üçün göndərmişdir. O ağac, öz kökündən çıxıb, şiddətli səs-küy ilə Həzrətin yanında durub, öz kölgəsini oun mübarək başına saldı. Ağac uca bir budağını, Peyğəmbərin(s) başı üzərində, başqa bir budağını isə mənim başım üzərində saxladı. Mən də Həzrətin sağ tərəfində durmuşdum. Müşriklər bu aydın möcüzəni müşahidə edib, qürur və təkəbbürlə dedilər: Əmr et ağac qayıdıb, iki yerə bölünsün. Bir hissəsi sənin yanına qayıtsın, bir hissəsi isə yerində qalsın. Peyğəmbərin(s) əmri ilə ağac yerinə qayıtdı, iki yerə bölündü. Sonra ağacın bir hissəsi sürət və şiddətli səs ilə Həzrətin yanına gəldi. Onlar dedilər: de ağacın bu hissəsi gedib, o biri hissə ilə birləşsin. Peyğəmbərin(s) əmri ilə bu iş də yerinə yetirildi. Amma onlar iman gətirmədilər.(Nəhcül-Bəlağə, 192-ci xütbə. )
    YAĞIŞIN YAĞMASI
    Ərəb qəbilələri Peyğəmbəri(s) əziyyət etmək qərarına gəldikdən sonra Həzrət(s) dedi: İlahi! Öz əzabını bunlara göndər və Yusif(ə) peyğəmbərin zamanında olan aclıqdan bunlara nazil et! Peyğəmbərin(s) qarğışı ilə yeddi il yağış yağmadı. Mədinədə aclıq-susuzluq baş verdi. Səhrada yaşayan bir ərəb, Peyğəmbərin(s) hüzuruna gəldi. Sair ərəblərin adından kömək istəyib dedi:
    Ağaclarımız quruyub, bitkilərimiz məhv olub, qadın və heyvanlarımızın döşündə süd qalmayıb və mal-qaramız qırılmışdır.
    Həzrət(s) minbərə çıxıb, Allaha həmd və səna deyib, yağış duasını oxudu. Həzrət(s) duasını oxuyub qurtarmamış, yağış yağmağa başladı. Bir həftə yağdı. Nəhayət Mədinə əhli təngə gəlib dedilər: Ey Peyğəmbər! Qorxuruq boğulaq və evlərimiz viran qalsın.
    Peyğəmbər(s) asimana üz tutub dedi: İlahi! Yağışı ətrafa yağdır. Biz tərəfə yağdırma! ***
    Həzrətin işarəsi ilə buludlar Mədinə şəhərinin üzərindən dağılıb, şəhərin ətrafında durdular. Ətrafa möhkəm yağış yağırdı. Lakin Mədinəyə bir damcı da yağış yağmırdı. Bir ay çaylarda sel axırdı.
    Peyğəmbər(s) buyrdu: «Əllahu-Əkbər» əgər Əbu Talib sağ olsaydı, gözləri işıqlanardı. (Biharul-Ənvar, 17-ci cild, səh,354. )
    KEÇİ BALASINI DİRİLTMƏSİ
    Peyğəmbər(s) Mədinəyə daxil olandan sonra, Əbu Əyyub Ənsarinin evində oturmağı qərara aldı. Bu zamanda Əbu Əyyubun evində, bir keçi balası və üç kilo buğdadan başqa bir şey yox idi. O keçi balasını qızardıb, buğdadan çörək bişirib peyğəmbər(s) üçün gətirdi.
    Peyğəmbər(s) buyurdu: Camaatı çağırın hər kəs yemək istəyirsə, Əbu Əyyubun evinə gəlsin. Əbu Əyyub camaatı çağırdı. Camaat Əbu Əyyubun evinə toplaşdılar. Hamısı hazırlanmış yeməkdən yeyib doydular. Lakin yemək azalmadı. Həzrətin(s) göstərişi ilə sümükləri toplayıb keçi balasının dərisinin arasına qoydular. Bu anda Həzrət(s) buyurdu: Allahın izni ilə qalx! Keçi balası dirilib, ayağa qalxdı. Camaat uca səslə Allahın birliyinə və Mühəmmədin(s) peyğəmbərliyinə şəhadət verdilər. (Biharul-Ənvar, 17-ci cild, səh. 389.)
    PEYĞƏMBƏRİN(S) QƏTADƏNİN GÖZÜNƏ ŞƏFA VERMƏSİ
    Qətadə ibni Noman, Bədr və Ühüd döyüşünün iştirakçılarından biri idi. Ühüd döyüşündə bir zərbə nəticəsində gözünün biri yerindən çıxmışdı.O, Peyğəmbərin(s) yanına gəlib dedi: Mənim gözəl bir həyat yoldaşım var. Onu çox istəyirəm və o da məni çox istəyir. Bir neçə gündür evlənmişik. Çox narahatam ki, məni belə halda görsün.
    Peyğəmbər(s) onun gözünü yerinə qoyub dedi: İlahi! Ona gözəllik paltarı geyindir! ***
    Qətadənin gözü şəfa tapıb, əvvəlkindən də gözəl oldu. Heç vaxt gözü ağrımadı. Amma o biri gözü bəzi vaxtlar ağrıyırdı. (Müntəhal-Amal, səh. 48. )
    YƏHUDİLƏRİN HİYLƏLƏRİNİN BAŞ TUTMAMASI
    Yəhudilərin bir qrupu, Əbduh adlı bir yəhudi qadının yanına gəlib dedilər: Ey Əbduh! Mühəmmədin(s) biz, Bəni-İsrailin qanını hədər edib, «Yəhudiliyi» aradan aparmasını bilirsən. Bəni-İsrailin bir qrupu, çoxlu pul ilə bu zəhəri alıblar ki, sən onu bu qoyunun ətinə qatıb, Mühəmmədi zəhərləyəsən. Əbduh onların dediyini yerinə yetirdi. Yəhudun başçıları onun evinə toplandılar. Əbduh Peyğəmbərin(s) yanına gəlib dedi: Ey Mühəmməd! Sizin, mənim boynumda qonşuluq haqqı varınızdır. Yəhudi başçılarından bir neçəsi, mənim evimdə toplaşıbdır. Bizim məclisi, özünüzün və səhabələrinizin vücudu ilə zinətləndirin.
    Peyğəmbər(s), Əli(ə), Əbu Dəcanə, Əbu Əyyub, Səhl ibni Hünəyf və mühacirlərdən bir dəstə ilə birlikdə yola düşdü. Məclisə daxil oldular. Bişmiş zəhərli qoyun ətini gətirib süfrəyə qoydular. Yəhudilər ayaq üstə durmuşdular. Peyğəmbər(s) onlara buyurdu: Oturun!
    Onlar, Həzrətin cavabında dedilər: Əgər bir Peyğəmbər(s) bizim görüşümüzə gəlsə, heç kəs onun hüzurunda oturmur. Biz istəmirik biz tərəfindən ona bir əziyyət olsun. Əlbəttə, Yəhudilər yalan deyirdilər. Zəhərlənməyin qorxusundan ayaq üstə durmuşdular. Bişmiş qoyunu, Həzrətin yanına qoyandan sonra qoyunun qol hissəsi dilə gəlib dedi: Ey Mühəmməd! Əl saxla. Məni zəhərə bulayıblar. Yemə! (Biharul-Ənvar, 17-ci cild, səh. 395. )
    ƏŞYALARIN ŞƏHADƏT VERMƏSİ
    Şəxt adlı bir yəhudi, Peyğəmbərin(s) yanına gəlib dedi: Ey mühəmməd! Sənin Allahın barəsində sual etməyə gəlmişəm. Əgər mənim suallarıma cavab versən, sənə tabe olacağam.
    Peyğəmbər(s) buyurdu: Hər nə barəsində istəyirsən, sual et!
    Yəhudi: Sənin Allahın haradadır?
    Peyğəmbər(s): Hər yerdə. Müəyyən məkanda deyildir.
    Yəhudi: sənin Allahın necədir?
    Peyğəmbər(s): «Necə olmaq» məxluqatın xüsusiyyəti və sifəti ilə vəsf olunmaz.
    Yəhudi: Sənin Peyğəmbər olmağını kim bilir?
    Bu anda daş, kəsək və ətrafda olan bütün varlıqlar, Ərəb dilində aşkar surətdə dedilər: «Ey Şeyx! O, Allahın elçisi və peyğəmbəridir.»
    Yəhudi dedi: Bu günə qədər bundan aşkar möcüzə görməmişdim. Sonra əlavə etdi: Allahın birliyinə və sənin Allahın rəsulu olmağına şəhadət verirəm. (Tovhide-Səduq, 44-cü bab, 1-ci hədis. Biharul-Ənvar, 17-ci cild, səh. 373. )
    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 844 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024