İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » 14 Məsumdan möcüzələr

    14 Məsumdan möcüzələr
    DÖRDÜNCÜ FƏSİL
    İmam Həsənnin(ə) möcüzələri
    QURUMUŞ AĞACIN YAŞILLAŞMASI
    İmamHəsən(ə) Ömrə(Biharul-Ənvar, 43-cü cild, səh. 78) səfərinə gedirdi. Onun tərəfdarlarından biri, Zübeyrin övladlarından idi ki, onunla birgə səfər edirdi. Su saxlanılan bir məntəqədə istirahət üçün susuzluqdan qurumuş bir xurma ağacının altında əyləşdilər. Bir ağacın altında İmam Həsən(ə) üçün başqa bir ağacın altında isə İmamın şiəsi üçün yer düzəltdilər. İmam Həsənin(ə) şiəsi başını qaldırıb dedi: Əgər bu ağacın xurması olsaydı, yeyərdik. İmam Həsən(ə) ona buyurdu: Xurma istəyirsən?
    Cavab verdi: Bəli!
    İmam Həsən(ə) əlini (Bu həccdə iştirak edən şəxs Hacı sayılmır. «Ömrə» həccin bir növüdür. Xüsusi zamanı yoxdur. ) göyə qaldırıb dua etdi. Nə dediyini başa düşə bilmədim. Duadan sonra ağac yam-yaşıl oldu. Yarpaq və xurma gətirdi. Ağaca çıxıb bütün xurmaları dərdilər. Xurma onlar üçün kifayət etdi.
    İKİ QEYBİ(Üsule-Kafi, Babu Məvludil Həsən(ə) ibni Əli(ə). )XƏBƏR
    İllərin birində İmam Həsən(ə) Məkkəyə piyada gedirdi. Onun ayaqları şişmişdi. Həzrətin(ə) nökərlərindən biri dedi: Əgər dəvəyə minsən, bu şişlər sağalar. Həzrət(ə) qəbul etməyib buyurdu: Yolun ortasındakı mənzildə(Yəni, qeybdən verilən xəbər. ) istirahət etmək üçün dayanan zaman sənin yanına zənci bir kişi gələcək. Onun yanında dərman var. Onu alarsan. Nökər dedi: atam, anam sənə fəda olsun! Qarşımızda bir mənzil yoxdur ki, orada bir kəs olsun və bu dərmanı satsın.
    İmam(ə) buyurdu: Bir az irəli gedək, onu görəcəksən. İki kilometr yol getdikdən sonra, həmin zənci kişi müşahidə olundu. İmam Həsən(ə) öz nökərinə buyurdu: O kişinin yanına get, bu dərmanı ondan al və pulunu ver. Alış-veriş qurtarandan sonra, zənci kişi dedi: Bu dərmanı kim üçün istəyirsən?
    Nökər cavab verdi: Həsən(ə) ibni Əli(ə) üçün. Zənci kişi dedi: Məni onun yanına apar. Hər ikisi yola düşdülər. Həzrətin hüzuruna çatdıqdan sonra, zənci kişi dedi: Atam anam sənə fəda olsun! Mən bilmirdim sizin bu dərmana ehtiyacınız var. İcazə versəniz onun pulunu almazdım. Çünki mən sizin dostunuz və şiənizəm. Siz dua edin Allah-təala mənə siz Əhli-Beyti sevən sağlam bir oğlan bağışlasın. Çünki mən həyat yoldaşımın yanından gələndə o, uşaq dünyaya gətirmək istəyirdi. İmam Həsən(ə) buyurdu: Öz evinə get. Allah-təala sənə sağlam bir oğlan bağışlamışdır ki, bizim şiələrdəndir. (Dayanılan yer, mənzil salınan yer yolun ortasında istirahət üçün dayanacaq yeri. )
    UŞAQLIQ ÇAĞLARINDA SÖHBƏT ETMƏSİ
    Əbu Süfyan Əlinin(ə) yanına gəlib dedi: Ey Əbəl Həsən! (Üsuli-kafi, Babe-molode Əlhəsən(ə) ibni Əli(ə). ) Bir hacətin qəbul olması üçün sənin yanına gəlmişəm.
    İmam Əli(ə) buyurdu: hacətin nədir? Əbu Süfyan dedi: Gəl birlikdə əmin oğlu Mühəmmədin(s) yanına gedib ondan istəyək ki, bizimlə Əhd-peyman bağlasın və onu yazsın.
    İmam Əli(ə) buyurdu: Ey Əbu Süfyan! Allahın peyğəmbəri sizinlə elə bir peyman bağlayıb ki, heç vaxt onu pozmayacaq. Bu anda Fatimə(s.ə) pərdənin arxasında oturmuşdu və Həsən(ə) dörd aylıq uşaq idi. Körpə uşaq Xanımın önündə beşikdə idi. Əbu-Süfyan Fatiməyə(s.ə) xitab edib dedi: Ey Mühəmmədin qızı! Bu uşağa de bizim üçün babası ilə söhbət etsin və ərəb-əcəm(Əlinin(ə) künyəsidir: «Həsənin atası» deməkdir. ) onun söhbətindən faydalansın.
    Bu zamanda Həsən(ə) Əbu Süfyana üz çevirdi. Bir əlini Əbu Süfyanın burnuna, o biri əlini isə onun saqqalına sürtdü. O Allahın izni ilə dilə gəlib, dedi: Ey Əbu Süfyan! «La ilahə illəllah Muhəmmədun Rəsulullah» de! Sənin üçün babam ilə danışım və sizi şəfaət edim.
    İmam Əli(ə) dedi: Şükr olsun Allaha! Mühəmmədin(s) nəslindən, Yəhya ibni Zəkəriyya(ə) peyğəmbər kimi bir şəxs qərar verdi ki, Allah-təala onun barəsində buyurmuşdur: «Biz ona uşaqlıqda Peyğəmbərlik verdik.» (Ərəb olmayan şəxslərə, millətə, əcəm deyilir.)
    AĞACLARIN SAYINI TƏXMİN İLƏ DEMƏK
    (Mənaqib, 1-ci cild, səh. 206. biharul-Ənvar, 43-cü cild, 326-cı səh. İrşade-Müfid. 60-cı səh. )
    İmam Həsən(ə) və Müaviyə bir-biri ilə sülh etmiş xurma bağlarında oturmuşdular. Müaviyə dedi: Ey Həsən(ə) ibni Əli(ə)! Mənə xəbər çatıbdır ki, Peyğəmbər(s) xurma ağaclarının sayını zənn edirdi. (Yəni təxmin ilə deyirdi) sizin bu barədə məlumatınız vardırmı?
    Sizin tərəfdarlarınız belə təsəvvür edirlər ki, sizə yerin və göyün elmindən bir şey gizli deyil.
    İmam Həsən(ə) buyurdu: «Peyğəmbər(s) əşyanın çəkisini təxmin ilə deyirdi. Mən onların ədədini təxmin ilə deyirəm.
    Müaviyə dedi: bu xurma bağında neçə xurma var?
    İmam Həsən(ə) buyurdu: 4 min ədəd. Müaviyə göstəriş verdi ki, xurma ağaclarınqın xurmalarını saysınlar. Sayandan sonra başa düşdülər ki, ağacın kal xurmalarının sayı 4004 ədəddir. (Zənn etmə, təqribi bir miqdar göstərmək. )
    ÖZ ÖLÜMÜNÜN KEYFİYYƏTİNDƏN XƏBƏR VERMƏK
    İmam Həsən(ə) öz ailəsinə xəbər verdi: Mən Peyğəmbər(s) kimi zəhərlənib, Haqq-təalanın görüşünə gedəcəm. Onun Əhli-Beyti dedi: Səni kim zəhərləyəcək?
    Buyurdu: Həyat yoldaşım Cədə.
    Dedilər: Onu öz evindən qov. Allah ona lənət etsin!
    İmam Həsən(ə) buyurdu: Onu evdən necə qovum, halbuki mənim arzum (yəni, şəhid olmaq) onun əlindədir. Mənim çıxış yolum yoxdur. Əgər onu qovsam, başqa bir kəs məni öldürməyəcək. Bu İlahinin mütləq baş verəcək qəzasıdır. (Biharul-Ənvar, 43-cü cild, səh. 330. )
    Bir neçə gün keçməmişdi ki, müaviyə bir şəxsi Həzrəti(ə) zəhərləmək üçün hazırlanan zəhər ilə birlikdə Cədənin yanına göndərdi ki, Həzrəti Həsəni(ə) zəhərləsin. İmam(ə) arvadından süd istəyən zaman, O, südü Müaviyə göndərən zəhər ilə qatışdırıb, İmam Həsənə(ə) verdi. Bununla da İmamı(ə) zəhərlədi. İmam Həsən(ə) buyurdu: Ey Allahın düşməni! Məni öldürdün? Allah səni öldürsün. And olsun Allaha! Məndən sonra bir kəsə çatmayacaqsan. Allahın düşmənindən heç bir xeyir görməyəcəksən.
    Həzrət(ə) buyurduğu kimi, İmamın şəhadətindən sonra, Cədə heç bir xeyir görmədi. (İnsanın başına gələn hadisə, hökm. )
    ƏLİNİ(Ə) CAMAATA GÖSTİ
    Camaatın bir qrupu İmam Həsənin(ə) hüzuruna gəlib dedilər; Atan göstərən möcüzə və kəramətlərdən bizim üçün göstər.
    İmam(ə) buyurdu: Bu möcüzə ilə iman gətirəcəksiniz?
    Dedilər: And olsun Allaha! İman gətirəcəyik. İmam Həsən(ə) pərdənin bir hissəsini yuxarı qaldırdı. Əlini(ə) oturduğu halda müşahidə etdilər. (Biharul-Ənvar, 43-cü cild, səh. 328. biharul-Ənvar, 44-cü cild, səh.153. )
    İmam(ə) bu zaman buyurdu: Onu tanıyırsınızmı? Hamısı birlikdə dedilər:
    Bu Əmirəl-möminindir. Biz şəhadət veririk ki, həqiqətən sən Allahın vəlisi və canişinisən. İmam Əlidən(ə) sonra imamsan.(O zaman Əli(ə) şəhadətə qovuşmuşdu.)
    QEYBDƏN XƏBƏR
    İmam Həsən(ə) əyləqmişdi. Bir şəxs onun xidmətinə gəlib dedi: Ey Peyğəmbərin oğlu! Sənin evin od tutub. İmam(ə) cavab verdi: Od tutmayıb.
    Bir az sonra başqa bir şəxs gəlib dedi: Yəbnə Rəsulillah! Sizin qonşunuzun evi od tutub və biz də şəkk etdik ki, sizin eviniz də od tutub yanır. Amma Allah-təala onu atəşdən qorudu.(Biharul-Ənvar, 43-cü cild, səh. 328. )
    DOĞULDUĞU GÜN, QUR’AN OXUMASI
    Xanım Zəhra(s.ə) 11 yaşında olanda, İmam Həsən(ə) dünyaya göz açdı. O doğulduğu zaman hər bir çirkinlikdən ki, başqa uşaqlarda olur, pak idi. O doğulduğu zaman Allaha təsbih deyirdi. La ilahə illəllah deyir. Qur’an oxuyurdu. Cəbrail(ə)-da şirin sözlərlə onunla söhbət edirdi. (Biharul-Ənvar, 43-cü cild, səh. 327. )
    İNƏYİN QARNINDA OLAN BALANIN XÜSUSİYYƏTLƏRİNİ VƏSF ETMƏSİ
    İbni Abbas deyir: İmam Həsənin(ə) yanından bir inək keçdi. Həzrət(ə) buyurdu: Bu inəyin qarnında dişi bir buzov var. Buzovun alnı və quyruğunun ucu ağdır. Qəssabın yanına gedib. O inəyi kəsdik. Onun qarnındakı buzov İmam Həsənin(ə) buyurduğu xüsusiyyətlərdə idi. Həzrəti Həsənə(ə) dedik: Allah buyurmamışdır ki, «Allah-təala bətnində (rəhmdə) olanlara agahdır.» Bəs siz necə agah olursunuz?
    İmam(ə) buyurdu: Gizli və qeybi elmi Mühəmməd(s) və onun Əhli-Beytindən(Biharul-Ənvar, 44-cü cild, səh. 140. ) başqa heç kəs bilmir. (Peyğəmbərin(s) ailəsi: Fatimə(s.ə), Əli(ə), Həsən(ə), Hüseyn və onun övladları. )

    Category: 14 Məsumdan möcüzələr | Added by: Islam_Kitabxanasi (2012-01-26)
    Views: 735 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024