İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    HANSI HALLARDA DƏSTƏMAZ ALMAQ VACIBDIR?
    Məsələ 337: Altı halda dəstəmaz almaq vacibdir:
    1. Vacib namaz üçün (meyyit namazından savayı);
    2. Yaddan çıxmış səcdə və təşəhhüd üçün;
    3. Vacib təvaf üçün (hətta müstəhəb həcc və ümrədə əməllərin tərkibindən sayılan təvaf vacib sayılır).
    4. Dəstəmaz alıb təharətli (pak) qalmağı nəzr etmiş və ya bu barədə and içmiş şəxs üçün;
    5. Qurana toxunmağı nəzir etmiş şəxs üçün (belə bir nəzir şərən fəzilət sayılsa belə; məsələn, insan hörmət əlaməti olaraq Quran yazısını öpmək istəyir);
    6. Murdarlanmış Quranı suya çəkmək üçün və ya onu bulaşıq yerdən çıxararkən ona toxunmağa məcbur olduqda.
    Məsələ 338: Dəstəmazsız şəxsin Quran xəttinə toxunması haramdır. Amma Quranın başqa dillərə tərcüməsi belə deyil.
    Məsələ 339: Əgər dəli bir şəxs və ya uşaq Quran xəttinə dəstəmazsız toxunarsa, bu işin qarşısını almaq vacib deyil. Amma onların hərəkəti Qurana hörmətsizlik sayılarsa bu işin qarşısı alınmalıdır.
    Məsələ 340: Dəstəmazı olmayan şəxsin istənilən bir dildə yazılmış Allah adına əl vurması vacib ehtiyata əsasən haramdır. Dinə hörmətsizlik ünvanında Peyğəmbərin (s), məsum imamların və xanım Zəhranın (ə) adına da dəstəmazsız toxunmaq haram sayılır.
    Məsələ 341: İnsanın daim təharətli qalmaq məqsədi ilə dəstəmaz alması müstəhəbdir. İstər namaza yaxın, istərsə namazdan kənar vaxtda alınmış belə bir dəstəmazla namaz qılmaq olar.
    Məsələ 342: Bir şəxs namaz vaxtının çatdığına əmin olub vacib dəstəmaz niyyəti ilə dəstəmaz alsa və sonradan namaz vaxtının çatmadığını bilsə, dəstəmazı düzgündür.
    Məsələ 343: Bir neçə halda dəstəmaz almaq müstəhəbdir: Quran oxumaq üçün, meyyit namazı qılmaq üçün, dua üçün, namazdan öncə dəstəmazı təzələmək üçün. Yuxarıda qeyd olunan məqsədlərlə alınmış dəstəmazla dəstəmaz tələb edən bütün işləri görmək olar.
    Hansı hallarda dəstəmaz batil olur?
    Məsələ 344: Səkkiz halda dəstəmaz batil olur: Sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), vacib ehtiyata əsasən, düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyyitinə toxunmaq.
    "Cəbirə” dəstəmazın hökmləri
    Yaralı və ya sınmış üzvün bağlandığı, eləcə də, onların üzərinə qoyulmuş dərman "cəbirə” adlanır.
    Məsələ 345: Dəstəmaz üzvlərindən birində yara, irinli-qanlı çiban və ya sınıqlıq olarsa, onların üzəri açıq olduqda, qanlı olmadıqda və su zərər vermədikdə, adi qaydada dəstəmaz almaq lazımdır.
    Məsələ 346: Əgər yara, çiban və ya sınıq əllərin üzərindədirsə və su zərərli deyilsə, onların ətrafını yumaq bəs edər. Amma rütubətli əli onların üzərinə çəkmək zərər yetirmədikdə bu işi görmək lazımdır. Su zərərli olduqda onların üzərinə parça qoyub rütubətli əli parçanın üzərindən çəkmək müstəhəbdir.
    Məsələ 347: Əgər yara, çiban və ya sınıq məsh yerində olarsa və məsh çəkmək mümkün olmazsa, onların üzərinə pak bir parça qoyub parçanın üzərindən rütubətli əllə məsh çəkmək lazımdır. Vacib ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Əgər onların üzərinə parça qoymaq mümkün olmazsa məshsiz dəstəmaz almaq və vacib ehtiyata əsasən, təyəmmüm etmək lazımdır.
    Məsələ 348: Əgər yara, çiban və ya sınıq parça və ya bu kimi şeylə örtülü olarsa, onu açmaq məşəqqət yaratmazsa və su zərər verməzsə, onu açıb dəstəmaz almaq lazımdır. Başqa hallarda onların ətrafını yumaq, müstəhəb ehtiyata əsasən, cəbirə üzərindən məsh çəkmək lazımdır. Əgər cəbirə murdarlanmışsa və ya onun üzərindən əl çəkmək mümkün deyilsə, pak bir parça qoyub rütubətli əli onun üzərindən çəkmək lazımdır.
    Məsələ 349: Əgər cəbirə bütün üzv və ya qollardan birini bütünlüklə örtmüşsə, ehtiyata əsasən həm cəbirə dəstəmazı almaq, həm də təyəmmüm etmək lazımdır. Cəbirə bütün dəstəmaz üzvlərini örtdükdə də belə edilir.
    Məsələ 350: Əlinin içində və barmaqlarında cəbirə olan, dəstəmazda nəm əlini onun üzərinə çəkən şəxs başına və ayaqlarına həmin rütubətlə məsh çəkə bilər. Əgər rütubət bəs etməzsə başqa dəstəmaz üzvlərindən rütubət götürmək olar.
    Məsələ 351: Əgər cəbirə yaranın ətrafını adi həddən artıq örtərsə və onu götürmək mümkün olmazsa, cəbirə göstərişinə əməl edilməlidir. Müstəhəb ehtiyata əsasən, təyəmmüm də edilməlidir. Artıq cəbirəni götürmək mümkün olduqda onu götürmək lazımdır.
    Məsələ 352: Dəstəmaz üzvlərində yara, çiban, sınıq olmazsa, amma başqa bir səbəbdən su zərər verərsə, təyəmmüm etmək lazımdır. Amma üz və qolların bir hissəsinə zərərli olduqda zərərli olmayan hissəni yumaq bəs edər. Ehtiyata əsasən təyəmmüm edilməlidir.
    Məsələ 353: Əgər dəstəmaz və qüsl üzvlərinə bir şey yapışarsa və onu qoparmaq mümkün olmazsa, cəbirə göstərişinə əməl edilməlidir. Yəni həmin şeyin ətrafı yuyulmalı və üzərinə əl çəkilməlidir.
    Məsələ 354: Cəbirə qüslü də cəbirə dəstəmazı kimidir. Amma qüslü vacib ehtiyata əsasən, imkan həddində ardıcıllıqla yerinə yetirmək lazımdır.
    Məsələ 355: Vəzifəsi təyəmmüm olan şəxs təyəmmüm üzvlərində yara, çiban və ya sınıq olduqda, cəbirə dəstəmaz göstərişləri əsasında cəbirə təyəmmümü etməlidir.
    Məsələ 356: Vəzifəsi cəbirə dəstəmaz və ya qüslü olan şəxs vaxt başa çatanadək üzrünün aradan qalxmayacağını bildikdə ilk vaxtda namaz qıla bilər. Amma namazın son vaxtınadək üzrünün aradan qalxacağına ümid edirsə vacib ehtiyata əsasən, gözləməlidir.
    Məsələ 357: Göz ağrısı səbəbindən üzü yumaq zərərli olarsa, təyəmmüm etmək lazımdır. İmkan olduqda gözün ətrafını, üzün qalan hissəsini yumaq bəs edər.
    Məsələ 358: Cəbirə dəstəmaz və ya qüsüllə yerinə yetirilmiş namazlar təzələnmir. Amma namazın vaxtı başa çatmamış üzr aradan qalxarsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmaq lazımdır.
    Qüsl (müəyyən hallarda dini qayda əsasında yuyunmaq)
    Vacib qüsüllər
    Məsələ 359: Yeddi vacib qüsl var: Cənabət qüslü, istihazə qüslü, heyiz qüslü, nifas qüslü, meyyitə toxunma qüslü, meyyit qüslü, vacib olmuş müstəhəb qüsl (nəzir, and və bu kimi səbəblərlə)
    1. Cənabət
    Məsələ 360: İnsan iki halda "cünub” (cənabətli, qüsl verməyə borclu) olur:
    1.”Cima” (cinsi yaxınlıq);
    2. Yuxuda və ya oyaq vaxt, az və ya çox miqdarda, şəhvət və ya şəhvətsiz sperma (məni) xaric olması.
    Cənabətin hökmləri
    Məsələ 361: İnsan ondan xaric olan rütubətin sperma və ya başqa bir şey olduğunu bilməsə, bu maye atıcılıq və şəhvətlə xaric olduqda sperma hökmündədir. Əgər bu əlamətlərin heç biri və ya biri olmazsa, həmin rütubət sperma hökmündə deyil. Amma qadında və ya xəstə insanda həmin mayenin atıcılıqla xaric olması şərt deyil. Əgər rütubət xaric olan vaxt insan yüksək şəhvani durumda olarsa, həmin rütubət sperma sayılır.
    Məsələ 362: Sperma xaric olduqdan sonra bədən adətən süstləşir. Amma bu Məsələ qəti şərt və nişanələrdən sayılmır.
    Məsələ 363: Müstəhəbdir ki, sperma xaric olduqdan sonra sidiyə gedilsin. Belə olduqda sperma zərrələri kanaldan xaric olur. Əgər sidiyə gedilməsə, qüsldən sonra özündə rütubət görsə, bu rütubətin sperma olub-olmadığı məlum olmazsa, o sperma hökmündədir və yenidən qüsül verilməlidir.
    Məsələ 364: Əgər insan cima (cinsi yaxınlıq) etsə və sünnət yeri həddində yaxınlıq olsa, həm kişi, həm də qadın cünub, cənabətli olar. Tərəflərin büluğ həddində olub-olmaması, spermanın xaric olub-olmaması şərt deyil. Deyilən hökm qabaqdan yaxınlığa aiddir. Əgər arxadan yaxınlıq olarsa, vacib ehtiyata əsasən, həm qüsl, həm də dəstəmaza ehtiyac var.
    Məsələ 365: Əgər sünnət həddində yaxınlıq olub-olmadığı şübhəlidirsə, qüsül vacib deyil.
    Məsələ 366: Allah eləməmiş, insan heyvanla yaxınlıq edərsə və sperma xaric olarsa, cünub olar və qüsl etmək kafidir. Amma sperma xaric olmasa, vacib ehtiyata əsasən, namaz və bu kimi ibadətlər üçün həm qüsl lazımdır, həm də dəstəmaz. Amma bu işdən öncə dəstəmazı olarsa təkcə qüsl bəs edər.
    Məsələ 367: Əgər sperma yerindən hərəkət edərsə amma onun qarşısı alınarsa və ya hər hansı bir səbəbdən xaric olmazsa, qüsl vacib deyil. Spermanın xaric olub-olmadığına şübhə ediləndə də qüsl vacib olmur.
    Məsələ 368: Bir şəxsin qüsl üçün suyu yoxdursa, zövcəsi ilə yaxınlıq edə bilər və bu iş üçün təyəmmüm kifayat edir. Bu işin namaz vaxtından öncə və ya sonra olmasının fərqi yoxdur.
    Məsələ 369: İnsan öz libasında sperma görərsə və əmin olarsa ki, bu onun öz spermasıdır, qüsl verməlidir. İnsan hansı namazları cənabət halda qıldığına əmindirsə, onları təzələməlidir. Şübhəli namazları təzələməyə ehtiyac yoxdur.
    Cənabətli şəxsə haram olan işlər
    Məsələ 370: Beş iş cənabətli şəxsə haramdır:
    1. Quran xəttinə, Allahın adına, vacib ehtiyata əsasən peyğəmbərlərin və imamların adına əl vurmaq (dəstəmaz haqqında danışılarkən qeyd olunduğu kimi);
    2. Hətta bir qapıdan daxil olub o birindən çıxdıqda, Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq;
    3. Digər məscidlərdə dayanmaq. Amma bir qapıdan daxil olub, o birisindən çıxdıqda eybi yoxdur. Məsciddən bir şeyi götürmək üçün də oraya daxil olmaq mümkündür. Vacib ehtiyata əsasən, məsum imamların hərəmində də dayanmaq olmaz;
    4. Məscidə bir şey qoymaq üçün oraya daxil olmaq;
    5. Səcdəli ayələrdən birini oxumaq. Amma səcdəli ayə olan surələrdən başqa ayələri oxumaq olar.
    Məsələ 371: Vacib səcdəsi olan dörd surə var: 32-ci surə: "Əlif, lam mim, səcdə”, 41-ci surə: "Ha, mim, səcdə”, 53-cü surə: "Ən-nəcm”, 96-cı surə: "İqrə”.
    Cənabətli şəxsə məkruh olan işlər
    Məsələ 372: Cənabətli şəxs üçün bir neçə iş məkruhdur, yəni bu işləri tərk etmək yaxşıdır:
    1, 2. Yemək və içmək; dəstəmaz alınsa bu işlər məkruh olmaz;
    3. Qurani-kərimdən yeddi ayədən artıq ayə oxumaq. Vacib səcdəsi olmayan surələrdən də yeddi ayədən artıq oxumaq məkruhdur;
    4. Bədənin Quran cildinə, onun haşiyəsinə, sətirlərinin arasına toxunmaq və Quran gəzdirmək;
    5. Dəstəmazsız yatmaq;
    6. Saçlara həna qoymaq və bu kimi işlər;
    7. Bədənə yağ və krem çəkmək;
    8. Yuxuda sperma xaric olduqdan ("möhtəlim”) sonra cinsi yaxınlıq etmək.
    Cənabət qüslünün hökmləri
    Məsələ 373: Paklanmaq məqsədi ilə cənabət qüslü vermək müstəhəbdir. Amma namaz və bu kimi ibadətlər üçün qüsl vermək vacibdir. Meyyit namazı, şükür səcdəsi, başqasından səcdə ayəsi eşitdikdə səcdə qılmaq üçün cənabət qüslü vermək vacib deyil. Bu işləri cənabət halında da görmək olar. Amma yaxşı olar ki, meyyit namazı, şükür səcdəsi və bu kimi işlər üçün qüsl verilsin.
    Məsələ 374: Qüsldə vacib və ya müstəhəb qüsül niyyət etmək zəruri deyil. İnsan Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi görürsə bəs edir.
    Məsələ 375: Əgər insan əmin olsa ki, namazın vaxtı daxil olub və vacib qüsl niyyət etsə, sonradan məum olsa ki, namaz vaxtı çatmayıbmış, onun qüslü düzgündür. Vacib namaz niyyəti ilə qüsl verdikdən sonra vaxtın ötdüyü bilinərsə qüsl düzgündür.
    Qüslün qisimləri və hökmləri
    Məsələ 376: İstər vacib, istər müstəhəb qüslü iki şəkildə yerinə yetirmək olar: Tərtibi şəkildə və irtimasi şəkildə.
    Məsələ 377: Tərtibi qüsl bu şəkildə yerinə yetirilir: Niyyətdən sonra baş və boyun yuyulur, sonra sağ və daha sonra sol tərəf (vacib ehtiyata əsasən,) yuyulur. Bilərəkdən və ya bilməyərəkdən, ya da unutqanlıqdan bu ardıcıllıq pozularsa, yenidən qüsl vermək lazımdır.
    Məsələ 378: Göbəyin və ayıb yerin yarısını sağ tərəflə, yarısını sol tərəflə yumaq lazımdır. Amma yaxşı olar ki, onlar həm sağ, həm də sol tərəflə tam şəkildə yuyulsunlar.
    Məsələ 379: Hər üç tərəfə, yəni baş və boyuna, sağ tərəfə və sol tərəfə tam qüsl verildiyinə əmin olmaq üçün hər tərəfi yuyarkən o biri tərəfin də bir hissəsi yuyulur. Müstəhəb ehtiyat budur ki, boyunun sağ hissəsi bədənin sağ tərəfi, sol hissəsi bədənin sol tərəfi ilə də yuyulsun.
    Məsələ 380: İnsan qüsüldən sonra başa düşsə ki, bədəninin bir hissəsini yumayıb, qalan hissə sol tərəfdə olsa, həmin hissəni yumaqla qüsül tamamlanır. Əgər sağ tərəfdə qüsl verilməmiş hissə qalmışsa ehtiyat budur ki, həmin hissəni yuduqdan sonra sol tərəf bir daha yuyulsun. Əgər baş və boyunun bir hissəsi qalmışsa onları yuduqdan sonra həm sağ və həm də sol tərəfi yumaq lazımdır.
    Məsələ 381: Qüsül tamamlandıqdan sonra şəkk yaranarsa ki, üzvlər düzgün yuyulub, yoxsa yox, bu şəkkə etina edilmir.
    Məsələ 382: İrtimasi qüsl verərkən niyyətdən sonra bütün bədən bir dəfə və ya tədricən suya batırılır. Bu işi həm hovuz və ya gölməçədə həm də bədəni bir dəfəyə bürüyən şəlalə altında görmək olar. Amma adi duş altında irtimasi qüsl vermək mümkün deyil.
    Məsələ 383: Bədənin bir hissəsi sudan kənarda olan vaxt irtimasi qüsül niyyət edilsə və insan suya daxil olsa bəs edər. Amma bütün bədən suda olduğu vaxt qüsl niyyəti ilə bədənin tərpədilməsinə irad var.
    Məsələ 384: Əgər irtimasi qüsüldən sonra məlum olsa ki, bədənin bir hissəsi yuyulmayıb, yenidən qüsl vermək lazımdır.
    Məsələ 385: İrtimasi qüsüldə ayaqların da altının islanması üçün onları yerdən qaldırmaq lazımdır.
    Məsələ 386: Tərtibi qüsl üçün vaxt olmadıqda və irtimasi qüsl verməyə imkan olduqda, irtimasi qüsl vermək vacibdir.
    Məsələ 387: Vacib ehtiyat budur ki, vacib oruc tutmuş, həcc və ümrə üçün ehram bağlamış şəxs irtimasi qüsl verməsin, başını suya batırmasın. Əgər unudaraq irtimasi qüslü verərsə, qüslü düzgündür. Bu halda irtimasi qüslün oruc və ehrama zərəri yoxdur.
    Məsələ 388: Tərtibi qüsüldə üç dəfə suya batmaq olar. Birinci dəfə baş və boyuna qüsül vermək niyyəti ilə, ikinci dəfə sağ tərəfə qüsl vermək niyyəti ilə üçüncü dəfə sol tərəfə qüsl vermək niyyəti ilə suya batmaq düzgündür.
    Məsələ 389: İrtimasi qüsüldə bədən tamamilə pak olmalıdır. (Vacib ehtiyata əsasən). Tərtibi qüsldə isə bütün bədənin pak olması vacib deyil. Tərtibi qüsl zamanı hər üzvə qüsl verməzdən öncə həmin üzv paklanarsa bəs edər.
    Məsələ 390: Öncə qeyd etdik ki, haram yolla cünub olmuş şəxsin təri murdar deyil. Belə bir şəxs isti su ilə qüsl verə bilər. Amma daha yaxşı olar ki, onu tərlətməyəcək ilıq su ilə qüsl versin.
    Məsələ 391: Əgər bədənin az bir hissəsi yuyulmamış qalarsa qüsl batildir. Amma qulaq, burun və gözün içi kimi daxili fəzaları yumaq lazım deyil.
    Məsələ 392: Qüsl verərkən suyun bədənə çatmasına mane olan hər şey təmizlənməlidir. Əgər ağlabatan şəkildə belə bir şeyin olması ehtimal edilərsə, araşdırma aparıb arxayın olmaq lazımdır.
    Məsələ 393: Bədəndən sayılan qısa tükləri yumaq lazımdır. Vacib ehtiyata əsasən, uzun tükləri və onların altını da yumaq lazımdır.
    Məsələ 394: Dəstəmaz suyunun pak olması kimi şərtlər qüsüldə də öz gücündə qalır. Amma qüsüldə bədəni yuxarıdan aşağıya yumaq vacib deyil. Tərtibi qüsüldə bədən üzvlərinin yuyulması arasında fasilə də buraxıla bilər. Amma sidik və nəcisini saxlaya bilməyən şəxs ardıcıl qüsl verib dərhal namaz qılmalıdır. İstihazə halında olan qadın da belədir.
    Məsələ 395: Hamam pulunu vermək fikri olmayan və ya hamam sahibinin razılığını öyrənmədən hamam pulunu nisyəyə saxlayan şəxsin qüslü ehtiyata əsasən batildir. Hamam pulunu haram və ya xümsü verilməmiş puldan ödəmək də qüslü batil edir.
    Məsələ 396: Hamamda adi həddən artıq su işlədən şəxsin qüslünə irad var. Amma hamamçını razı salmaq məqsədi olsa, eybi yoxdur.
    Məsələ 397: Əgər insan qüsl verib-vermədiyinə şəkk etsə, qüsl verməlidir. Amma qüsl verdikdən sonra verdiyi qüslün düzgünlüyünə şübhə etsə, bu şübhəyə əhəmiyyət verməməlidir.
    Məsələ 398: Əgər qüsl zamanı "hədəsi-əsğər”, yəni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Amma namaz və bu kimi işlər üçün yenidən dəstəmaz almaq lazımdır.
    Məsələ 399: Əgər bir şəxs cunub olduqdan və namaz qıldıqdan sonra qüsl verib-vermədiyinə şəkk edərsə, qıldığı namazlar düzgündür, amma sonrakı namazlar üçün qüsl verməlidir.
    Məsələ 400: Bir neçə vacib və ya həm vacib, həm də müstəhəb qüsl əvəzinə bir qüsl vermək bəs edər. Yəni cənabət, heyz, meyyitə toxunma, cümə qüslü niyyəti ilə verilən bir qüsl bütün qüsülləri aradan qaldırır.
    Məsələ 401: Cənabət və ya başqa bir qüsül, vacib və ya müstəhəb qüsüldən sonra namaz qılmaq olar və dəstəmaz almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, cənabət qüslündən başqa qüsüllərdən sonra dəstəmaz alınsın.
    2. İstihazə
    Məsələ 402: Qadından xaric olan qanlardan biri "istihazə” qanı adlanır. İstihazə qanı xaric olan qadın "müstəhazə” adlanır. Əgər qadının bətnindən xaric olan qan heyiz (aybaşı), nifas, yara və ya çiban qanı deyilsə, istihazə qanıdır.
    Məsələ 403: İstihazə qanı adətən açıq rəngli, soyuq və duru olur. Bu qanın təzyiqi və yandırıcılığı olmur. Amma istihazə qanı bəzən tünd və ya qırmızı, isti və qatı ola bilər. Onun təzyiq və yandırıcılıqla xaric olması mümkündür.
    Məsələ 404: İstihazənin iki növü var: Qəlilə” və "kəsirə”. Qəlilə istihazədə qadın pambığı özünə daxil etdikdə qan onu bulaşdırır, amma o biri tərəfindən xaric olmur. Qanın pambığa nüfuz edib, etməməsinin fərqi yoxdur. Kəsirə istihazə odur ki, qan pambığa hopub o biri tərəfə keçsin və axsın.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1435 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024