İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    KƏFƏNLƏMƏNIN HÖKMLƏRI
    Məsələ 541: Müsəlman meyyiti üç parça ilə kəfənləmək vacibdir. Bu hissələr fitə, köynək və sərtasər (başdan başa) adlanır.
    Məsələ 542: Fitə meyyitin göbəkdən dizinədək olan hissəni örtməlidir. Yaxşı olar ki, sinədən ayaqların üzərinədək örtsün. Vacib ehtiyata əsasən, köynək çiyinlərdən baldırların yarısınadək (dizdən aşağı) hissəni tamam bürüsün. Vacib ehtiyata əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır ki, meyyit büründükdən sonra hər iki başını bağlamaq mümkün olsun. Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə aşırmaq mümkün olsun.
    Məsələ 543: Kəfəni orta həddi gözləməklə meyyitin malı hesabına hazırlamaq olar. Onun övladları qalmışsa da belədir. Amma övladlarının payından adi həddən artıq miqdarda götürmək olmaz. Amma ölən şəxs vəsiyyət etmiş olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar.
    Məsələ 544: Kəfənin vacib miqdarını, qüsül, hənut və dəfn kimi vacib işlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan, xümsdən ödənir.
    Məsələ 545: Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa da belədir. "Rici” təlaq verilmiş (boşanmış) qadın iddə müddəti başa çatmamış ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir.
    Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma başqa bir yol olmasa vacib ehtiyata əsasən, sağ ikən onun xərcini ödəyən kəs kəfən hazırlamalıdır.
    Məsələ 547: Vacib ehtiyat budur ki, kəfənin hər üç hissəsi qalın olsun və onun o biri tərəfi görünməsin.
    Məsələ 548: Hətta başqa parça tapılmasa da, qəsbi parça ilə kəfənləmək olmaz. Əgər qəsbi parça ilə kəfənlənsə sahibi razılıq verməsə kəfəni çıxarmalıdırlar. Hətta meyyit dəfn olunsa da bu iş görülməlilir. Meyyiti həmən kəfənə bükən şəxs bu işi görməlidir. Ölü heyvanın dərisi, murdar şeylə kəfənləmək olmaz. Vacib ehtiyat budur ki, xalis ipək parça, qızıl saplı parça, əti haram heyvanın yunu və dərisindən hazırlanmış parça ilə kəfənləmək olmaz. Başqa çarə olmasa eybi yoxdur.
    Məsələ 549: Zərurət olmadıqda meyyiti hətta əti halal heyvanların dərisi ilə kəfənləmək olmaz. Amma əti halal heyvanın yunundan və tükündən hazırlanmış parça ilə kəfənləməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, həmin iş görülməsin.
    Məsələ 550: Əgər kəfən xaricdən və ya meyyitin özündən murdarlanarsa, onu yumaq lazımdır. Əgər kəfən korlanmazsa, onun murdar hissəsini kəsmək olar. Bu iş mümkün olmasa, kəfəni dəyişmək lazımdır.
    Məsələ 551: Həcc və ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu başqaları kimi kəfənləmək lazımdır. Onun başını və üzünü örtməyin eybi yoxdur.
    Hənutun hökmləri
    Məsələ 552: Qüsül başa çatdıqdan sonra meyyiti "hənut” etmək vacibdir. "Hənut” dedikdə yeddi səcdə yerinə (alın, əllərin içi, dizlər, ayaqların baş barmaqlarının ucu) kafur sürtülməsi nəzərdə tutulur. Ehtiyat budur ki, bu üzvlərin üzərinə bir qədər kafur qoyulsun. Kafur pak, halal və təzə olmalıdır. Belə ki, onun səciyyəvi qoxusu olmalıdır.
    Məsələ 553: Ehtiyat budur ki, kafur əvvəlcə meyyitin alnına çəkilsin. Bu işi kəfənləmədən öncə və ya həmin vaxt görmək lazımdır, sonraya saxlamaq olmaz.
    Məsələ 554: Həcc və ya ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu hənut etmək, ətirləmək olmaz.
    Məsələ 555: Əri ölmüş, hələ ki, iddə müddətində olan qadının ətirlənməsi haramdır. Amma bu qadın ölərsə onu hənut etmək vacibdir.
    Məsələ 556: Ehtiyat budur ki, meyyitə müşk, ənbər və bu kimi başqa ətirlər vurulmasın. Həmin ətirlərdən hətta hənut üçün də kafura qatmaq olmaz.
    Məsələ 557: Əgər kafur qüsül və hənuta çatmasa, vacib ehtiyata əsasən, ondan qüsüldə istifadə edilir. Əgər yeddi üzvə çatmasa, alına vurmaq lazımdır.
    Məsələ 558: Yaxşı olar ki, kafura bir qədər Seyyidüş-şühədanın türbətindən qatılsın. Amma həmin türbətdən o qədər qatmaq olmaz ki, qatqı kafur adlanmasın.
    Məsələ 559: Müstəhəbdir ki, qəbirdə meyyitin yanına iki tər çubuq qoyulsun. Bu çubuq kəfənin içinə də qoyula bilər.
    Meyyit namazı
    Məsələ 560: Hər bir müsəlman və büluğ həddinə çatmış şəxsin meyyiti üçün namaz qılmaq vacibdir. Büluğ həddinə çatmamış uşağın yaşı altıdan az deyilsə, vacib ehtiyata əsasən, onun meyyiti üçün namaz qılınmalıdır.
    Məsələ 561: Meyyit namazı qüsül, hənut və kəfəndən sonra qılınır. Hətta unutqanlıq səbəbindən bu namaz qüsül, hənut və kəfəndən qabaq və ya onlar arasında qılınarsa batildir.
    Məsələ 562: Meyyit namazında dəstəmaz, qüsül və ya təyəmmüm, bədən və libasın pak olması şərt deyil. Amma müstəhəb ehtiyat budur ki, başqa namazlar üçün nəzərdə tutulmuş şərtlərə riayat edilsin.
    Məsələ 563: Meyyit namazını üzü qibləyə qılmaq vacibdir. Vacib ehtiyat budur ki, meyyiti namaz qılan şəxsin qarşısında arxası üstə uzatsınlar, onun baş tərəfi namaz qılanın sağında, ayaq tərəfi namaz qılanın solunda yerləşsin.
    Məsələ 564: Namaz qılanın yeri meyyitin yerindən yuxarı və ya aşağı olmamalıdır. Amma azca fərqin eybi yoxdur. Namaz qılan şəxs meyyitdən uzaqda dayanmamalıdır. Amma bu namazı cəmiyyətlə qılan şəxs uzaq dayandıqda yaxın dayanmış şəxsə cərgə ilə bağlı olarsa eybi yoxdur.
    Məsələ 565: Namaz qılan şəxs meyyitin qarşısında dayanmalıdır, onlar arasında pərdə və divar kimi arakəsmə olmamalıdır. Amma meyyiti tabut və bu kimi şeylərə qoymağın eybi yoxdur.
    Məsələ 566: Meyyit namazını ayaq üstə, Allaha yaxınlıq məqsədi ilə qılmaq lazımdır. Niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, niyyət edilir ki, bu meyyitə namaz qılıram, qürbətən iləllah. Meyyit namazını ayaq üstə qılacaq şəxs olmasa, ona oturaq vəziyyətdə namaz qılınmalıdır.
    Məsələ 567: Meyyit vəsiyyət etsə ki, ona meyyit namazını müəyyən bir şəxs qılsın, onun vəsiyyətinə əməl etmək vacibdir. Bu işdə meyyit sahibindən icazə almaq vacib deyil. Amma müstəhəb ehtiyat budur ki, icazə alınsın.
    Məsələ 568: Bir meyyitə bir neçə meyyit namazı qılmaq məkruhdur, bəyənilmir. Hətta bir nəfərin həmin namazı bir neçə dəfə qılmasına irad var. Amma meyyit elm, fəzl, təqva əhli olarsa, bu iş məkruh sayılmaz.
    Məsələ 569: Əgər meyyiti bilməzlikdən, unutqanlıqdan və ya hər hansı başqa bir üzürlü səbəbdən namazsız dəfn edərlərsə və ya dəfndən sonra ona qılınan namazın batil olduğu bilinərsə, həmin qaydada qəbrə namaz qılmaq vacibdir.
    Meyyit namazının qaydası
    Məsələ 570: Meyyit namazının beş təkbiri var və əgər namaz qılan şəxs aşağıdakı qaydada beş təkbir deyərsə bəs edər. Niyyət və təkbirdən sonra deyilir:
    اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
    "Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.”
    İkinci təkbirdən sonra deyilir:
    أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَاَلِ مُحَمَّدٍ
    "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.”
    Üçüncü təkbirdən sonra deyilir:
    أَلّلهُمَّ اغفِرللمؤمِنِينَ وَالمؤمِنَاتِ
    "Əllahum-məğfirlil mumininə vəl-muminat”.
    Dördüncü təkbirdən sonra meyyit kişidirsə:
    أَلّلهُمَّ اغفِر لِهَذَا المَيِّتِ
    "Allahumməğfir lihazəl-məyyit” meyyit qadındırsa:
    أَلّلهُمَّ اغفِر لِهَذهِ المَيِّتِ
    "Allahumməğfir lihazihil-məyyit” deyilir.
    Sonra beşinci təkbir söylənilir. Yaxşı olar ki, birinci təkbirdən sonra belə deyilsin:
    أَشهَدُ اَن لاَاِلهَ إِلاَاللهُ وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَشهَدُ اَنً مُحَمَّدًا عَبدُهُ وَرَسُولُهُ اَرسَلهُ بِالحَقِ بَشِيرًا وَنَذِيرًا بَينَ يَدَىِ السَاعِةِ
    "Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil həqqi bəşirən bi nəzirən bəynə yədəyh saə”.
    İkinci təkbirdən sonra deyilsin:
    أَلّلهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَارِك عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَارحَم مُحَمَّدًا وَآلَ مُحَمَّداً كََاَفضَلِ مَاصَلَّيتَ وَبَارَكتَ وَتَرَحَّمتَ عَلَى اِبراهِيمَ وَآلِ اِبراهِيمَ اِنَّكَ حَمِيدً مَجِيدً وَصَلَّ عَلَى جَمٍيعِ الاَنبِيَاءِ وَ المُرسَلِينَ و الشهداء و الصدیقین و جمیع عباد الله الصالحین
    "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd və vərhəm Muhəmmədən və ali Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərhəmtə əla İbrahimə və ali İbrahimə innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyai vəl mursəlin vəşuhədai və siddiqin və cəmii ibadillahi salihin.”
    Üçüncü təkbirdən sonra deyilsin:
    أَلّلهُمَّ اغفِر لِلمؤمِنِينَ وَالمُؤمِنَاتِ وَالمُسلِمِينَ وَالمُسلِمَاتِ الاَحيَاءِ مِنْهُم وَالاَمواَتِ تَابِع بَينَنَا وَبَينَهُم بِاالخَيرَاتِ اِنَّكَ مجیب الدعوات اِنَّكَ عَلَى كُلَّ شَىءٍ قَدِيرً
    "Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bilxəyrat innəkə mucibud-dəəvat innəkə əla kulli şəyin qədir.”
    Dördüncü təkbirdən sonra meyyit kişidirsə belə deyilir:
    أَلّلهُمَّ اِنَّ هَذا عَبدُكَ وَابنُ عَبدِكَ وَابنُ اَمَتِكَ نَزَلَ بِكَ وَاَنتَ خَيرُ مَنزُوُلِ بِهِ أَلّلهُمَّ اِتًا لاَنَعلَمُ مِنهُ اِلاَ خَيرَا وَاَنتَ اَعلَمُ بِهِ مَنًا أَلّلهُمَّ اِن كَانَ مُحسِنًا فَزِد فِى اِحسَانِهِ وَ اِن كَانَ مُسِيئًا فَتَجَاوَز عَنهُ وَاَغفِرلَهُ أَلّلهُمَّ اجعَلهُ عِندَكَ فِى اَعلَى عِلًيِّيِنَ وَاخُلُف عَلَى اَهلِهِ فِى الغَابِرِينَ وَارحَمهُ بِرَحمَتِكَ يَااَرحَمَ الرَّاحِمينَ
    "Allahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzuri bihi allahummə inna la nəələmu minhu illa xəyrən və əntə əələmu bihi minnə Allahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəh ənhu vəğfir və hu Allahumməcəlhu indəkə fi əla illiyyinə vəxluf əla əhdihi fil-ğabirinə vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin.”
    Əgər meyyit qadındırsa dördüncü təkbirdən sonra belə deyilir:
    أَلّلهُمَّ اِنَّ هَذِهِ اَمَتُكَ وَاَبنَتُ عَبدِكَ وَابنَتُ اَمَتِكَ نَزَلَت بِكَ وَاَنتَ خَيرُ مَنزُولِ بِهِ أَلّلهُمَّ اِنَّا لاَنَعلَمُ مِنهَا الاَّ خَيرَا وَانتَ اَعلَمُ بِهَا مِنًا أَلّلهُمَّ اِن كَانَت مُحسِنَةً فَزِد فِى اِحسَانِهَا وَاِن كَانَت مُسِيتُةً فَتَجَاوَز عَنهَا وَاغفِرلَهَا أَلّلهُمَّ اجعَلهَا عِندَكَ فِى اعلىَ عَلِّييِّن وَاخلُف عَلَى اَهلِهَا فِى الغابِرِنَ وَارحَمهَا بِرَحمَتِكَ يَا اَرحَمَ لرَّاحِمِنَ
    "Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt-bikə və əntə xəyru mənzulin bihi. əllahummə inna la nəələmu minha illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabilinə vərhəmha birəhmətikə ya ərhəmər rahimin.”
    Sonra beşinci təkbir söylənilir.
    Bu ardıcıllıqla əvəzliklər kişi cinsinə aid edilər. Namaz bir qadın bir neçə qadın meyyiti üçün qılındıqda əvəzliklər və adlar qadın cinsi üçün nəzərdə tutulur. Əgər həm kişi, həm də qadın meyyiti üçün qılınırsa, hər ikisi (ikilik) nəzərdə saxlanılır.
    Məsələ 571: Təkbirləri və duanı elə ardıcıl oxumaq lazımdır ki, namazın şəkli dəyişməsin. Vacib ehtiyata əsasən, namazın ortasında kimsə ilə danışılmasın.
    Məsələ 572: Müstəhəbdir ki, meyyit namazı camaatla qılınsın. Amma camaatla meyyit namazı qılan şəxs bütün təkbirləri və duaları deməlidir. Qeyd olunduğu kimi, yuxarıdakı geniş duaları demək müstəhəbdir. Bir şəxs onları əzbər bilmirsə üzünə oxuya bilər.
    Meyyit namazının müstəhəb keyfiyyətləri
    Məsələ 573: Müstəhəbdir ki, meyyit namazı qılan şəxs dəstəmazlı, qüsül və ya təyəmmüm etmiş olsun. Ehtiyata əsasən, dəstəmaz və qüsül mümkün olmadıqda təyəmmüm edilir. Bir şəxs dəstəmaz alıb qüsül versə namaza çatmayacaqsa, müstəhəbdir ki, meyyit namazının o biri şərtlərinə savab məqsədi ilə əməl etsin: Əvvəla, meyyit kişidirsə imam-camaat və ya meyyit namazı qılan şəxs meyyitin düz orta bərabərində dayansın. Əgər meyyit qadındırsa sinəsi istiqamətində dursun. İkincisi, namazı ayaqyalın qılsın. Üçüncüsü, hər təkbirdə əllərini qaldırsın. Dördüncüsü, meyyitlə fasiləsi o qədər az olsun ki, külək libasını tərpətsə cənazəyə toxunsun. Beşincisi, əgər namaz camaatla qılınırsa, imam təkbir və duaları ucadan söyləsin, onunla namaz qılanlar astadan desinlər. Altıncısı, namaz qılan şəxs meyyit və möminlər üçün çox dua etsin. Yeddincisi, namazdan öncə üç dəfə "Əssəlat” söyləsin. Səkkizincisi, namazı elə bir yerdə qılsın ki, meyyit namazında daha çox insan iştirak etsin. Doqquzuncusu, yaxşı olar ki, meyyit namazı məsciddə qılınsın. Yalnız Məscidül-həramda belə etmək olmaz. Onuncusu, heyiz qadın meyyit namazını camaatla qılarsa, bir cərgədə tək dayansın.
    Dəfnin hökmləri
    Məsələ 574: Meyyit elə dəfn olunmalıdır ki, qoxusu bayıra çıxmasın, vəhşi heyvanlar ona toxuna bilməsinlər. Əgər vəhşi heyvanın cəsədə toxunacağı ehtimal edilsə, qəbri kərpic və bu kimi şeylərlə hörmək lazımdır.
    Məsələ 575: Meyyiti torpaqda dəfn etmək mümkün olmasa, vacibdir ki, dəfn əvəzinə bina və ya tabuta qoyulsun, ətrafı möhkəmləndirilsin.
    Məsələ 576: Dəfn zamanı meyyiti qəbrə sağ çiyni üzərində qoymaq lazımdır. Onun üzü qibləyə olmalıdır.
    Məsələ 577: Bir şəxs gəmidə ölsə, çürümə qorxusu olmasa və gəmidə saxlanması mümkün olsa, quruya çatınca gözləmək lazımdır. Onu gəmidə saxlamaq mümkün olmadıqda qüsül, hənut və kəfənləmədən sonra namaz qılınır, dəniz heyvanlarının toxuna bilməyəcəyi bir şeydə dənizə atılır. Bu da mümkün olmasa, onun ayağına ağır bir şey bağlanır və dənizə atılır. Meyyit elə bir yerə atılmalıdır ki, atılan kimi heyvanlara yem olmasın.
    Məsələ 578: Əgər düşmənin qəbri açacağından, cəsədi çıxaracağından və ya ona bir zərər yetirəcəyindən qorxsalar, mümkün olduqda yuxarıda deyən şəkildə meyyit dənizə atılmalıdır.
    Məsələ 579: Lazım gəldikdə qəbir xərclərini, eləcə də meyyiti dənizə atmağın xərclərini meyyitin malından ödəmək olar.
    Məsələ 580: Kafir qadın dünyasını dəyişsə və bətnində körpəsi ölsə, həmin körpənin atası müsəlman olduqda qadın qəbrə sol tərəfi üstündə arxası qibləyə qoyulur ki, uşaq üzü qibləyə qalsın. Hətta uşağın bədəninə ruh daxil olmazdan öncə vacib ehtiyata əsasən, bu göstərişə əməl olunmalıdır.
    Məsələ 581: Müsəlmanı qeyri-müsəlman qəbristanlığında, kafiri müsəlman qəbristanlığında dəfn etmək olmaz. Vacib ehtiyata əsasən, müsəlmanı ona ehtiramsızlıq sayılacaq yerdə də dəfn etmək haramdır. (Məsələn, küllük, zibillik)
    Məsələ 582: Meyyit qəsb olunmuş yerdə dəfn edilməməlidir. Meyyiti dəfn üçün vəqf edilməmiş yerdə dəfn etmək olmaz. (Məsələn, məscid, mədrəsə). Amma öncədən vəqfdə dəfn üçün yer nəzərdə tutulsa eybi yoxdur.
    Məsələ 583: Meyyiti o zaman başqa meyyitin qəbrində dəfn etmək olar ki, əvvəlki ölünün cəsədi görünməsin. Yeri halal və ümumi vəqf olduqda bunun eybi yoxdur.
    Məsələ 584: Vacib ehtiyata əsasən, meyyitdən ayrılan tük, dırnaq və diş kimi şeylər onunla birlikdə dəfn olunmalıdır. Amma bundan ötrü qəbir açılmamalıdır. Amma həyatda olduğu vaxt insanın bədənindən ayrılan dırnaq və dişləri onunla dəfn etmək vacib deyil. Amma bu iş görülsə daha yaxşıdır.
    Məsələ 585: Bir şəxs quyuda ölsə və onu oradan çıxarmaq mümkün olmasa, quyunun ağzını bağlamaq və quyunu həmin şəxsə qəbir qərar vermək lazımdır. Quyu başqa birinə məxsus olduqda, onu bir yolla razı salmaq lazımdır.
    Məsələ 586: Körpə ananın bətnində ölsə və onun bətində qalması ana üçün zərərli olsa, onu ən asan yolla çıxarmaq lazımdır. Körpəni doğramaq lazım gəlsə belə bu iş görülməlidir. Bu işi ilk növbədə ixtisası olan ər görməlidir. Ər bacarmasa, bu iş ixtisaslı qadına tapşırılmalıdır. Bu da mümkün olmasa, həmin işi bacaran məhrəm kişi körpəni çıxarmalıdır. Başqa yol qalmadıqda həmin işi mütəxəssis naməhrəm kişi görə bilər.
    Məsələ 587: Ana ölsə və bətnindəki körpə sağ qalsa, həmin körpəni dərhal çıxarmaq lazımdır. Körpə yuxarıda qeyd olunan qaydada çıxarılmalıdır. Körpəni hansı tərəfdən sağlam çıxarmaq mümkünsə həmin tərəfdən də çıxarılmalıdır. Ölmüş ananın yarılmış bədəni yenidən tikilir. Bu iş peşəkar bir adamın nəzarəti altında görülür. Peşəkar olmadıqda meyyitin sol tərəfi yarılır və körpə dərhal çıxarılır.
    Dəfndə müstəhəb əməllər
    Məsələ 588: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə dəfndə aşağıdakı işlər görülsün:
    1. Qəbir orta boylu insanın qaməti ölçüsündə qazılsın.
    2. Meyyit ən yaxın qəbristanlıqda basdırılsın. Amma uzaqdakı qəbristanlığın üstünlükləri varsa, məsələn orada mömin insanlar dəfn olunmuşsa və ya "Fatihə” oxuyan çoxsa, meyyiti həmin qəbristanlıqda basdrmaq olar.
    3. Dəfn zamanı cənazəni qəbrin bir neçə addımlığında yerə qoysunlar, üç dəfəyə asta-asta qəbrə yaxınlaşdırsınlar və dördüncü dəfə onu qəbrə salsınlar.
    4. Meyyit kişi olsa onu baş tərəfindən qəbrə daxil etsinlər. Meyyit qadındırsa, onu qəbrə eninə daxil etsinlər. Qadını qəbrə daxil edərkən qəbrin üzərinə parça tutsunlar.
    5. Cənazəni tabutdan asta-asta çıxarıb, aramlıqla qəbrə qoysunlar. Dəfndən öncə və dəfn zamanı göstəriş verilən duaları oxusunlar.
    6. Qəbirdə meyyiti yerləşdirmək üçün "ləhəd” olmalıdır. Ləhəd elə hazırlanmalıdır ki, torpaq meyyitin üstünə tökülməsin. Qəbrin aşağı hissəsi dar olmalıdır. Meyyit qəbrə qoyulduqdan sonra yuxarı hissəyə kəsək və ya kərpic qoyulur, ya da qəbrin qiblə tərəfi aşağıdan azca genişləndirilir. Belə ki, meyyit orada yerləşsin.
    7. Meyyitin başının arxa tərəfinə torpaq və ya kəsək qoyulur ki, onu sağ tərəfi üstə uzadanda arxaya aşmasın.
    8. Meyyit qəbrə qoyulduqdan sonra kəfənin düyünləri açılır, meyyitin üzü torpağa qoyulur, başının altına torpaqdan balış düzəldilir.
    9. Meyyiti qəbrə qoyan şəxs pak (təharətli), başı və ayağı açıq olmalıdır. Bu şəxsin qohumlardan olmaması lazımdır. Əlin arxası ilə torpaq qəbirə tökülür və deyilir: "İnna lillahi və inna iləyhi raciun.” Əgər meyyit qadın olsa, ona məhrəm şəxs meyyiti qəbrə qoyur. Məhrəm olmasa qohumları onu qəbrə yerləşdirir.
    10. Ləhədi örtməzdən öncə sağ əl meyyitin çiyninə vurulur və hərəkət etdirilərək üç dəfə deyilir: "İsmə ifhəm ya fulanəbnə fulan” (filan sözünün yerinə meyyitin adı və atasının adı deyilir.) Məsələn üç dəfə deyilir:
    اِسمَع اِفهَم يَا مُحَمَّد بن عِلِىًّ
    "İsmə ifhəm ya Muhəmmədəbnə Əli”.
    Sonra aşağıdakı qaydada İslam əqidələri meyyitə təlqin olunur və belə deyilir:
    هَل اَنتَ عَلىَ العَهدِ الَّذىِ فَارَقتَنَا عَليهِ مِن شَهَادَتِ اَن لاَ اِلهَ اِلاَّاللَّه وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّدًا صَلّى اللَّهُ عَلَيهِ وَآلِهِ عَبدُهُ وَرَسُولُهُ وَسَيّدُ النَّبِيَّينَ وَخَاتَمُ المُرسَلِنَ وَاَنَّ عَلِيَّا علیه السلام اَمِير المُومِنِينَ وَسَيِّدُ الوَصيَّينَ وَاِمَامُ اِفتَرَضَ اللهُ طاَعَتَهَ عَلَى العَالَمِينَ وَاَنَّ الحَسَنَ وَالحُسَينَ وَعَلىَّ بنَ الحُسَين وَمُحَمَّدَ بنَ عَلِىّ وَجَعفَرَبنَ مُحَمَّدٍ وَمُوسی بنَ جَعفَرٍ وَعَلِىَّبنَ مُوسىَ وَمُحَمَّدَ بنَ عَلىّ وَعَلِىّ بنَ مُحَمَّدٍ وَالحَسَنَ بنَ عِلِىّ وَالقَايئمَ الحُجّةَ المَهدِىّ صَلَواَتُ اللهِ عَلَيهِم ائمَّةُ المُومِنِينَ وَحُجَجُ اللهِ عَلىَ الخَلقِ اجمَعِينَ وَاَيئمَّتَكَ اَئمّةُ هُدِىَ بِهِم اَبراَرُ يَا فُلانَ بنَ فُلاَن
    "Həl əntə ələl-əhdil-ləzi farəqtəna ələyhi min şəhadəti ənla ilahə illəllahu vəhdəhula şərikə ləhu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbduhu və rəsuluhu və səyyidun-nəbiyyinə və xatəmul-mursəlinə və ənnə Əyiyyən Əmirul-momininə və səyyidul-vəsiyyinə və imamuniftərəzəllahu taətəhu ələl-aləmin və ənnəl-Həsənə vəl-Huseynə və Əliyyəbnəl-Huseyni və Muhəmmədəbnə Əliyyin və Cəfərəbnə Muhəmmədin və Musəbnə Cəfərin və Əliyyəbnə Musa və Muhəmmədəbnə Əliyyin və Əliyyəbnə Muhəmmədin vəl-Həsənəbnə Əliyyin vəl Qaiməl-Huccətəl-Məhdiyyə sələvatullahi ələyhim əimmətul-mumininə və hucəcullahi ələl-xəlqi əcməin və əimmətukə əimmətu hudən əbrarun ya fulanəbnə fulan ("filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.)
    Sonra deyilir:
    اِذا اَتَاكَ المَلَكَانِ المُقَرَّبَانِ رَسُولَينِ مِن عِندِاللهِ تَبَارَكَ وَتَعَالىَ وَسَألاَكَ عَن رَبِّكَ وَعَن نَبِيِّكَ وَعَن دِينِكَ وَعَن كِتَابِكَ وَعَن قِبلَتِكَ وَعَن اَئمَّتِكَ فَلاَتَخَف وَلاَتَحزَن وَقُل فِى جواَبِهِمَااللهُ رَبىِّ وَمُحمَّدًُ صَلَّىاللهُ عَلَيهِ وَآلِهِ نَبيِّىِ وَالاِسلاَمُ دِينِيَ والقُراَنُ كِتَابِى وَالكَعبةُ قِبلَتىِ وَاَمِيرُ المُؤْمِنِينَ عَلِىُّ بنُ اَبِى طَالِبٍ علیه السلام اِمَامِى وَالحَسَنُ بنُ عَلَىٍّ المُجتَبىَ علیه السلام اِمَامِى وَالحُسَينُ بنُ عَلِىٍّ الشَّهِيدُ بِكَربَلاَ علیه السلام اِمَامِى وَعَلِىٌّ زَينُ العَابِدِينَ علیه السلام اِمَامِى وَمُحَمَّدًُ البَاقِرُ علیه السلام اِمَامِى وَجَعفَرًُ الصَّادِقُ علیه السلام اِمَامِى وَمُوسَى الكاَظِمُ علیه السلام اِمَامِى وَعَلِىُّ الرِّضَا علیه السلام اِمَامِى وَمُحَمَّدًُ الجَواَدُ علیه السلام اِمَامِى وَعَلِىًُّ الهاَدِى علیه السلام اِمَامِىوَالحَسَنُ العَسكَرىِ علیه السلام اِمَامِى وَالحُجَّةُ المُنتَظَرُ علیه السلام اِمَامِى هَوُلاَءِ صَلَوَاتُ اللهِ عَلَيهِم اَجمَعِينَ اَئِمَّتِى وَساَدَتىِ وَقَادَتِى وَشُفَعَائي بِهِم اَتَوَلَّى وَمِن اَعدائهِم اَتَبَرَّءُ فِى الدُنْيَا وَالاَخِرَةِ ثُمَّ اعلَم يَا فُلاَنَ بنَ فُلاَن
    "İza ətakəl-mələkanil-muqərrəbani və rəsuləyni min indillahi təbarəkə və təala və səəlakə ən rəbbikə və ən nəbiyyikə və ən dinikə və ən kitabikə və ən qiblətikə və ən əimmətikə fələ təxəv vələ təhzən və qul fi cəvabihima Allahu Rəbbi və Muhəmmədun səlləllahu ələyhi və alihi nəbiyyi vəl-İslamu dini vəl-Quranu kitabi vəl-Kəbətu qibləti vəl-Əmirəl-mömininə Əliyyubnu Əbi Talibin imami vəl-Həsənubnu Əliyyinil-Muctəba imami vəl-Huseynubnu Əliyyiniş-şəhidu bi-Kərbəla imami və əliyyun Zəynul-Abidinə imami və Muhəmmədunil-Baqiru imami və Cəfərunis-Sadiqu imami və Musəl Kazimu imami və Əliyyunir-Riza imami və Muhəmmədunil-Cəvadu imami və Əliyyunil-Hadiyyu imami vəl-Həsənul Əskəriyyu imami vəl-Huccətul muntəzəru imami həulai sələvatullahu ələyhim əcməinə əimməti və sadəti və qadəti və şufəai bihim ətəvəlla və min ədaihim ətəbərruu fid dünya vəl axirəti summələm ya fulanəbnə fulan ("filan”) əvəzinə meyyitin adı və atasının adı deyilir.”
    Sonra deyilir:
    اِنَّ اللهَ تَبَارَكَ وَتَعَالَى نِعمَ الرَّبُّ وَاَنَّ مُحَمَّداً صَلًى اللهُ عَلَيهِ وَآلِهِ نِعمَ الرَّسُولُ وَاَنَّ عَلِىَّ بنَ اَبِى طاَلِبٍ وَاَولاَدَهُ المَعصُومِينَ الاَئمَّةَ الاِثنىَ عَشرَ نِعمَ الاَئِمَّةُ وَاَنَّ مَاجَاءَ بِهِ مُحَمَّدًُ صَلَّى اللهُ عَلَيهِ وَ آلِهِ حَقٌّ وَاَنَّ المَوتَ حَقٌّ وَسُؤاَلَ مُنكَرٍ وَنَكِيرٍ فِى القَبرِ حَقٌّ وَالبَعثَ حَقٌّ وَالنُّشُورَ حَقٌّ وَالصِّراطَ حَقٌّ وَالمِيزاَنَ حَقٌّ وَتَطاَيُرَ الكُتُبِ حَقٌّ وَاَنَّ الجَنَّةَ حَقٌّ وَالناَّرَ حَقٌّ وَاَنَّ السَّاعَةَ آتِيَةُ لاَرَيبَ فِيهَا وَاَنَّ اللهَ يَبعَثُ مَن فِى القُبُورِ
    "İnnəllahə təbarəkə və təala nimər rəbbu və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi nimər rəsulu və ənnə Əniyyəbnə Əbi Talibin və əvladul-məsuminəl-əimmətəl-isna əşərə niməl-əimmətu və ənnə maca əbihi Muhəmmədun səlləllahu ələyhi və alihi həqqun və ənnəl-məvtə həqqun və sualə munkərin və nəkirin fil-qəbri həqqun vəl-bəsə həqqun vən-nuşurə həqqun və siratə həqqun vəl-mizanə həqqun və tətayurəl-kutubi həqqun və ənnəl-cənnətə həqqun vən-narə həqqun və ənnəs-saətə atiyətun-la rəybə fiha və ənəllahə yəbəsu mən fil-qubur.” Sonra deyilir: "Əfəhimtə ya fulan ("filan”) əvəzinə meyyitin adı çəkilir) sonra deyilir:
    ثَبَّتَكَ اللهُ بِالقولِ الثَابِتِ وَهَداَكَ اللهُ اِلى صِراَطٍ مُستَقِيمٍ عَرَّفَ اللهُ بَينَكَ وَبَينَ اَولِيَاءِكَ فِى مُستَقَرٍّ مِن رَحمَتِهِ
    "Səbbətəkəllahu bil-qəvlis-sabiti və hədəkəllahu ila siratin mustəqimin ərrəfəllahu bəynəkə və bəynə əvliyaikə fi mustəqərrin min rəhməti.” Sonra deyilir: "Əllahummə cafil-ərzə ən cənbəyhi və əsid biruhihi iləykə vəl-ləqhihi minkə bürhanən Allahummə əffəkə əffəkə.”
    11. Qəbir düzbucaqlı formasında düzəldilir və yerdən dörd barmaq qaldırılır. Onun üzərinə nişan qoyulur ki, tanınsın. Qəbirin üzərinə su səpilir və su səpdikdən sonra orada iştirak edənlər əllərini qəbrə qoyub barmaqlarını açılmış vəziyyətdə torpaqa daxil edirlər, yeddi dəfə "İnna ənzəlna” surəsini oxuyurlar. Sonra meyyit üçün bağışlanma dilənilir.
    12. Sonra bu dua oxunur:
    اَللَّهُمَّ جَافِ الاَرضَ عَن جَنبَيهِ واصعَد بِرُوحِهِ اِلَيكَ وَلَقِّه مِنكَ بُرهَانًا اللَّهُمَّ عَفوَكَ عَفوَكَ
    Allahummə cafil-ərzə ən cənbəyhi və əsid iləykə ruhəhu vəl-ləqhihi minkə rizvanən və əskin qəbrəhu min rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən sivak.”
    Məsələ 589: Əzadarlıq sahiblərinə başsağlığı vermək müstəhəbdir. Amma əzadarlıqdan bir müddət ötmüşsə və müsibət yaddan çıxmışsa başsağlığı ilə müsibəti yada salmamaq üçün bu işi tərk etmək daha yaxşıdır. Yaxşı olar ki, meyyitin əhlinə üç gün təam göndərilsin.
    Məsələ 590: Yaxşı olar ki, insan qohumlarının, xüsusilə övladının ölümü müqabilində səbirli olsun, hər dəfə meyyiti yada salanda "İnna lillahi və inna iləyhi raciun” söyləsin və meyyit üçün Quran oxuyub bağışlanma diləsin.
    Məsələ 591: Bir şəxsin ölümünə görə üzü və bədəni cırmaq, yaralamaq olmaz. Ata və qardaşdan başqa ölənlər üçün yaxanı cırmağa da icazə verilmir.
    Məsələ 592: Əgər kişi öz zövcəsinin və ya övladının ölümünə görə libasını cırarsa və ya qadın meyyitin əzadarlığında üzünü cırarsa (belə ki, qan gəlsin), saçını yolarsa, vacib ehtiyata əsasən, and kəffarəsi kimi kəffarə versin, yəni bir bəndə azad etməli, ya on fəqirə təam verməli, ya da onları geyindirməlidir. Hətta üzünü cırarkən qan gəlməsə bu göstərişə əməl etsin.
    Məsələ 593: Vacib ehtiyat budur ki, meyyitə ağlayarkən səs qaldırılmasın, fəryad çəkilməsin.
    Vəhşət namazı
    Məsələ 594: Müstəhəbdir ki, Allahın razılığını qazanmaq ümidi ilə ilk qəbir gecəsində meyyit üçün iki rəkət vəhşət namazı qılınsın. Bu namazın birinci rəkətində "Həmd”dən sonra bir dəfə "Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə "Həmd”dən sonra on dəfə "İnna ənzəlna” surəsi oxunur. Namazın salamından sonra deyilir: "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəbəs səvabəha ila qəbri fulan.” ("filan”) sözünün əvəzinə meyyitin adı deyilir).
    Məsələ 595: Vəhşət namazını ilk qəbir gecəsində istənilən vaxt qılmaq olar. Amma daha münasib olar ki, birinci gecə şam namazından sonra qılınsın.
    Məsələ 596: Əgər meyyit müəyyən səbəblərdən gec dəfn olunarsa, vəhşət namazını birinci qəbir gecəsinədək təxirə salmaq lazımdır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 862 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024