İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı

    Səcdənin hökmləri
    Məsələ 947: Səcdə zamanı bədən səcdənin zikri deyilən həddə aram qalmalıdır. Hətta müstəhəb zikr zamanı da bu zikr səcdə üçün göstəriş verilmiş zikr məqsədi ilə deyilirsə, bədənin aram qalması lazımdır. Amma sırf zikr məqsədi ilə namazın istənilən bir yerində bədənin tərpənməsinin eybi yoxdur.
    Məsələ 948: Bədən aramlaşmamış səcdənin zikrinə başlanılsa namaz batildir. Zikrin bir hissəsi bədən səcdədən qalxan zaman deyilərsə, səhvən olduqda eybi yoxdur. Başı səcdədən qaldırmamış bunu hiss edən şəxs zikri yenidən deməlidir.
    Məsələ 949: Zikrə məşğul olmadığı vaxt alın istisna olmaqla o biri üzvləri yerdən qaldırmaq, yerini dəyişmək olar. Amma zikr zamanı buna icazə verilmir.
    Məsələ 950: Birinci səcdədən sonra bədən aramlaşanadək oturmalı, sonra ikinci səcdəyə getməlidir.
    Məsələ 951: Vacib ehtiyata əsasən, namaz qılanın alnı dizlərini qoyduğu yerdən dörd bükülü barmaqdan artıq aşağı və ya yuxarı olmamalıdır. Alının da qoyulduğu yer dizlərin qoyulduğu yerdən dörd bağlı barmaqdan artıq yuxarı və ya aşağı olmamalıdır. Eləcə də, alının qoyulduğu yer ayaq barmaqların qoyulduğu yerdən bir o qədər fərqlənməməlidir. Bu halda yerin mailli olmasının fərqi yoxdur.
    Məsələ 952: Əgər bilmədən alın elə bir yerə qoyularsa ki, dizlərin və ya ayaq barmaqların səviyyəsindən dörd bağlı barmaqdan çox fərqlənsin, bu fərq səbəbindən namaz qılanın səcdədə olmadığı söylənilərsə, başını qaldırmalı və dörd bağlı barmaqdan az fərqli yerə qoymalıdır. Amma əgər bu hal səcdə sayılsa, alını həmin yerdən fərqi az olan yerə çəkmək lazımdır. Alnı çəkmək mümkün olmadıqda ehtiyat budur ki, namazı bitirib yenidən qılsın.
    Məsələ 953: Alın elə bir yerə qoyulmalıdır ki, həmin yerə səcdə etmək düzgün sayılsın. Bu barədə qarşıdakı Məsələlərdə danışılacaq. Əgər alınla səcdə yeri arasında saç və ya möhürün çirki kimi bir maneə yaransa, alın möhürün özünə çatmasa, səcdə batildir. Amma möhürün rənginin dəyişməsinin eybi yoxdur.
    Məsələ 954: Əgər əllərinin içini yerə qoya bilməsə, onların arxasını yerə qoymalıdır. Əgər bu da mümkün olmasa dirsəklərini yerə qoya bilər. Bu da mümkün olmadıqda biləklər yerə qoyulur.
    Məsələ 955: Vacib ehtiyata əsasən, səcdə zamanı ayaqların böyük barmaqlarının başı yerə qoyulmalıdır. O biri barmaqların qoyulması bəs etmir. Hətta dırnaq uzun olduğundan barmaq yerə dəyməsə bunun eybi var.
    Məsələ 956: Bir şəxsin baş barmağı kəsilmişsə, onun qalan hissəsini yerə qoymalıdır. Əgər bir şey qalmamışsa, o biri barmağını yerə qoya bilər. Əgər ayağında barmaq yoxsa ayağının qalan hissəsini yerə qoysun.
    Məsələ 957: Əgər deyilməyən şəkildə səcdə etsə, məsələn yerə uzansa və bədənin yeddi üzvü yerə yapışmasa, səcdəsi batildir.
    Məsələ 958: Əgər alında çiban və bu kimi başqa bir yara olsa, alnını möhürə qoya bilmədikdə alnının başqa bir tərəfini möhürə qoya bilər, ya da iki tərəfə möhür qoyub yaranı bu möhürlərin arasına sala bilər. bir şərtlə ki, bu hündürlük dörd bağlı barmaqdan çox olmasın. Əgər yara bütün alnı əhatə edərsə, alının iki kənar tərəfindən biri ilə səcdə etmək olar. Bu da mümkün olmasa çənəni möhürə qoymaq olar. Bu da mümkün olmadıqda üzün istənilən bir yerini möhürə qoymaq mümkündür. Üzün heç bir hissəsini möhürə qoymaq mümkün deyilsə, əyilmək bəs edər.
    Məsələ 959: Alnını yerə qoya bilməyən şəxs bacardığı qədər əyilməli, möhür və ya səcdə ediləsi başqa bir şeyi hündür bir yerə qoymalıdır ki, alnı ona çatsın. Əllərinin içini, dizlərini və ayaq barmaqlarını adi halda yerə qoymalıdır. Əgər əyilə bilməsə başı ilə işarə verməlidir. Başı ilə də işarə verə bilməsə gözləri ilə işarə etməlidir. Səcdə niyyəti ilə göz yumulur, səcdədən qalxmaq niyyəti ilə göz açılır. Hər halda vacib ehtiyat budur ki, möhürü qaldırıb alnına qoysun. Bütün bunlar mümkün olmadıqda ehtiyat budur ki, qəlbində səcdə niyyət etsin.
    Məsələ 960: Əgər alın ixtiyarsız olaraq səcdə yerindən qalxsa və qayıtsa, bir səcdə hesab olunur. Səcdənin zikrini deyib-deməməsinin fərqi yoxdur. Amma ixtiyari olaraq başını qaldırsa, zikrdən öncə və bilərəkdən olsa, namazı batildir. Əks təqdirdə, eybi yoxdur.
    Məsələ 961: Təqiyyə (əqidəni gizlətmək) məqsədi ilə xalça və bu kimi şeylərə səcdə edə bilər. Möhürə səcdə məqsədi ilə başqa yerə getmək lazım deyil. Amma həmin yerdə daş və həsir kimi şeylərə səcdə etmək mümkün olsa bu iş vacibdir.
    Məsələ 962: Əgər bir şeyin üzərində bədən aramlaşmırsa, həmin şeyə səcdə edilməsinə irad var. Amma öncə qeyd etdiyimiz kimi, gəmi və qatar kimi yerlərdə namazın vacib şərtlərini yerinə yetirmək mümkünsə, namaz düzgündür. Əgər bir şeyə (məsələn, balışa) səcdə etdikdə bədən əvvəlcə aramlaşmırsa, sonra aramlıq tapırsa, səcdə etmək olar.
    Məsələ 963: Əgər yer palçıq olarsa və səcdə zamanı bədən, libas bulaşarsa, ayaq üstə namaz qılmaq və səcdə üçün işarə etmək olar.
    Məsələ 964: İkinci səcdədən sonra təşəhhüd vacib olmadıqda, yaxşı olar ki, bir qədər otursun, sonra növbəti rəkət üçün qalxsın.
    Nələrə səcdə etmək olar?
    Məsələ 965: Səcdə zamanı alın yerə və ya yerdən cücərən ağac, yarpaq kimi şeylərə qoyulmalıdır. Yeməli və geyməli şeylər yerdən cücərərsə belə onlara səcdə etmək olmaz. Eləcə də, qızıl və gümüş kimi metallara səcdə batildir. Amma mərmər, ağ və qara daş, hətta əqiqə səcdə etmək olar.
    Məsələ 966: Vacib ehtiyat budur ki, qidada istifadə olunan üzüm yarpağına səcdə edilməsin.
    Məsələ 967: Yerdən cücərən və heyvan yemi olan saman və ota səcdə etmək olar. Eləcə də insanın qidalanmadığı çiçəklərə də səcdə etmək olar. Amma bənövşə, maldili kimi qidada istifadə olunan gül və bitkilərə ehtiyata əsasən səcdə edilməməlidir. Bəzi məntəqələrdə qida kimi istifadə olunan bitkilərə də səcdə etmək düzgün deyil.
    Məsələ 968: Əhəng və gəc daşına bişməzdən öncə, həm də bişəndən sonra səcdə etmək olar. Kərpicə, saxsıya, sementə də səcdə etmək olar.
    Məsələ 969: Pambıq və ya bu kimi səcdə ediləsi şeydən hazırlandığı məlum olan kağıza səcdə etmək olar. Hazırda əksər kağızlar ağacdan hazırlandığı üçün (ən azı nədən hazırlandığına şübhə var) onlara səcdə etmək olar.
    Məsələ 970: Səcdə üçün ən üstün şey Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin) türbətidir. Bu türbət şəhidləri yada salır.
    Məsələ 971: Əgər insanın əlində səcdə ediləsi bir şey yoxsa və ya qızmar isti, sərt soyuq səbəbindən səcdə edə bilmirsə, kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mədəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.
    Məsələ 972: Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün onu alından götürmək lazımdır. Həmin vəziyyətdə ikinci səcdəyə getsə buna irad var.
    Məsələ 973: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə, namazın vaxtı geniş olduqda onu başa vurub, ehtiyata əsasən onu yenidən qılmaq lazımdır. Vaxt dar olduqda, bu namazın qəzası yoxdur. Hər iki halda əvvəlki iki məsələdə deyilən göstərişə əməl etsin.
    Məsələ 974: Səcdə halında başa düşsə ki, alnını səcdə edilməyəsi bir şeyə qoyub, namazın surətini pozmadıqda alnını səcdə ediləsi bir şeyin üzərinə çəksin. Yaxında bir şey olmasa və vaxt dar olsa, əvvəlki məsələdəki hökmə əməl olunur.
    Məsələ 975: Əgər namazdan və səcdədən sonra başa düşsə ki, səcdə edilməyəsi bir şeyə səcdə edib, namazı düzgündür.
    Məsələ 976: Allahdan qeyrisi üçün səcdə etmək haramdır. Bəzi avam insanlar imamların qəbri qarşısında səcdə qılırlar. Bu səcdələr imam üçün olsa haramdır, Allaha şükür üçün olsa eybi yoxdur. İmamların qəbri qarşısında səcdə edilməsi baxanlarda belə bir təsəvvür yaradırsa ki, həmin şəxs imama səcdə edir və bu iş düşmənlərin əlinə bəhanə edirsə, eybi var.
    Səcdədə müstəhəb əməllər
    Məsələ 977: Səcdədə savab ümidi ilə bir neçə əməl bəyənilir:
    1. Rükudan qalxdıqdan sonra bədən aram olduğu halda səcdəyə getmək üçün təkbir söyləmək. Eləcə də, birinci səcdədən sonra və ikinci səcdəyə getmək üçün təkbir söyləmək bəyənilir.
    2. Kişilər əvvəlcə əllərini, qadınlar isə dizlərini yerə qoysunlar.
    3. Alından əlavə burunu səcdə ediləsi bir şeyin üzərinə qoymaq.
    4. Səcdə halında əl barmaqlarını birləşdirmək və qulaqlar bərabərində üzü qibləyə yerə qoymaq.
    5. Səcdədə dua etmək, öz ehtiyacını Allahdan diləmək. Münasib dualardan biri budur:
    يَاخَيرَ المَسئُولِينَ وَيَا خَيرَ المُعطِينَ اُرزُقنِى وَارزُق عِيَالِى مِن فضلِكَ فَاِنَّكَ ذُوالفَضلِ العَظِيم
    "Ya xəyrəl-məsulinə və əvsəəl-mutinə urzuqni vərzuq iyali min fəzlikə fəinnəkə zul-fəzlil-əzim”.
    Duanın tərcüməsi: "Ey insanların çağırdığı ən üstün kəs, ey bağışlayanların ən üstünü, mənə və ailəmə öz fəzlindən ruzi ver. Sən böyük fəzl sahibisən.”
    6. Səcdədən sonra sol bud üzərində oturmaq, sağ ayağın üstünü sol ayağın alt hissəsinin üzərinə qoymaq. (Bu hal "təvvərük” adlanır.)
    7. İki səcdə arasında bədən aram vəziyyətdə "Əstəğfirullahə və ətubu iləyh” söyləmək.
    8. Səcdəni uzatmaq, Allaha təsbih, Həmd deyib onu zikr etmək. Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək.
    9. Oturan vaxt əlləri budların üzərinə qoymaq.
    10. Ayağa qalxarkən əvvəlcə dizləri, sonra əlləri qaldırmaq.
    Səcdədə məkruh (bəyənilməyən) əməllər
    Məsələ 978: Səcdə halında Quran oxumaq məkruhdur. Eləcə də, səcdə yerindən toz-torpağı təmizləmək üçün üfürmək bəyənilmir. Əgər üfürən zaman ağızdan iki hərflik bir söz çıxsa, irad var.
    Qurani-məcidin vacib səcdələri
    Məsələ 979: Qeyd olunduğu kimi, Qurani-məcidin dörd surəsində səcdə ayəsi var. ("Əlif lam mim, səcdə”, "Ha mim səcdə”, "Ən-Nəcm”, "İqrə” surələri) İnsan səcdə ayəsi oxuduğu və bu ayəni dinlədiyi vaxt dərhal səcdə etməlidir. Əgər səcdəni unutsa yadına düşən kimi onu yerinə yetirməsi vacibdir. Əgər ayəni dinlədiyi halda onu eşitsə, vacib ehtiyata əsasən, səcdə etməlidir.
    Məsələ 980: Əgər insan həm özü səcdə ayəsi oxusa, həm də bu ayəni başqasından eşitsə bir səcdə qılsa bəs edər.
    Məsələ 981: Namazdan başqa vaxtlarda səcdə halında səcdə ayəsi oxusa və ya bu ayəni eşitsə, səcdədən qalxıb yenidən səcdə etməlidir.
    Məsələ 982: Əgər səcdə ayəsini lent yazısından və ya radiodan eşitsə, ehtiyat budur ki, səcdə etsin.
    Məsələ 983: Quranın vacib səcdəsi üçün alını səcdə ediləsi şeyə qoymalıdır. Vacib ehtiyata əsasən, ayıb yerini örtməli, qəsbiliklə bağlı şərtləri yerinə yetirməlidir. Amma namazın digər şərtləri vacib səcdədə ödənməyə də bilər.
    Məsələ 984: Quranın vacib səcdəsi üçün səcdəyə getmək kifayat edir. Səcdədə zikr deməmək də olar. Amma yaxşı olar ki, zikr deyilsin. Belə bir zikrin deyilməsi daha yaxşıdır:
    لاَاِلَه اِلاَّ اللهُ حَقًا حَقًا لاَ اِلَهَ الاَّ اللهُ اِيمَانًا وَتَصدِيقًا لاَاِلَه اِلاَّ اللهُ عبوديّةً وَرِقًا سَجَدتُ لَكَ يَارَبِّ تَعَبُّداً وَرِقَّالاَ مُستَنكِفًا وَلاَ مَستَكبِراً بَل اَنَا عَبدًُ ذَلِيلًُ ضَعِيفًُ خَائِفًُ مُستَجِيرًُ
    "La ilahə illəllah həqqən həqqa la ilahə illəllahu imanən və təsdiqa la ilahə illəllahu ubudiyyətən vəriqqa səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa la mustənsikən və la mustəqbira bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir.”
    Məsələ 985: Quran ayəsinə görə səcdədə üzü qibləyə olmaq şərt deyil və istənilən bir tərəfə səcdə qılmaq olar. Amma yaxşı olar ki, səcdə üzü qibləyə yerinə yetirilsin.
    8. Təşəhhüd
    Məsələ 986: Bütün namazların ikinci rəkətində təşəhhüd vacibdir. Eləcə də şam və xiftən, günorta və ikindi namazlarının sonunda təşəhhüd deyilməlidir. Təşəhhüd belə yerinə yetirilir: İkinci səcdədən sonra oturmaq və bədən aram halda ikən təşəhhüdün zikrini demək lazımdır:
    اَشْهَدُ اَن لا اِلََهَ الاَ اللهُ وَحدَهُ لاشَرِيكَ لَهُ وَاَشهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ اَللَّهُمَّ صَلَّ عَلىَ مُحَمَّدِ وَآلِ مُحَمَّد
    "Əşhədu ənla ilahə illəllah vəhdəhula şərikələh və əşhədu ənnə Muhəmməddən əbduhu və rəsuluh Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”. Təşəhhüdün zikri aydın ərəbcə, ardıcıl və fasiləsiz deyilməlidir.
    Məsələ 987: Əgər təşəhhüdü unutsa, sonrakı rəkətin rükusundan öncə yadına düşsə, oturub təşəhhüdü deməlidir. Sonra yenidən qalxır və yenidən təsbihat söyləyir. Amma sonrakı rəkətin rükusunda və ya rükudan sonra yadına düşsə, namazı düzgündür, təkrara ehtiyac yoxdur. Amma ehtiyat budur ki, namazdan sonra təşəhhüdün qəzasını və iki səcdəye-səhv yerinə yetirsin.
    Məsələ 988: Əgər şəkk etsə ki, təşəhhüdü deyib, yoxsa yox, o biri rəkətə başlasa, əhəmiyyət verməsin. Amma nə qədər ki, qalxmayıb onu deməlidir.
    Məsələ 989: Müstəhəbdir ki, təşəhhüd halında sol budu üzərində əyləşsin və sağ ayağının üzünü sol ayağının alt hissəsinin üzərinə qoysun. Təşəhhüddən öncə "Əlhəmdulillahi” və ya "Bismillahi və billahi vəl həmdulillahi və xəyrul-əsmai lillahi” söyləməsi müstəhəbdir. Müstəhəbdir ki, təşəhhüd halında əllərini budlarının üzərinə qoysun, barmaqlarını birləşdirsin və ətəyinə baxsın. Təşəhhüd başa çatdıqdan sonra desin: "Vətəqəbbəl şəfaətəhu vərfə dərəcətəh” ("Pərvərdigara, Peyğəmbərin şəfaətini qəbul et, onun dərəcəsini ucalt.”)
    9. Salam
    Məsələ 990: Bütün namazların son rəkətində təşəhhüddən sonra salam söyləmək vacibdir. Salam üç hissədən ibarətdir:
    اَلسَّلاَمُ عَلَيْكَ اَيُّهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
    "Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh;
    السَّلاَمُ عَلَيْنا وَعَلى عِبادِ اللهِ الصالِحِينَ
    Əssəlamu ələyna və əla ibadillahis-salihin;
    اَسَّلاَمُ عَلَيكُم وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ
    Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”.
    Salamda üçüncü hissəni demək vacibdir. Və bununla kifayatlənmək olar. Amma təkcə ikinci hissə ilə kifayatlənmək olmaz. Birinci hissə isə müstəhəbdir.
    Məsələ 991: Əgər namazın salamı yaddan çıxarsa, yada düşdüyü vaxt namazın forması pozularsa, bilərəkdən və ya bilməyərəkdən namazı batil edən iş görülməzsə, (məsələn, qiblədən çıxmaq), salam demək lazımdır. Bu halda namaz düzgündür. Salamın yaddan çıxdığını xatırlayanda namazın forması pozularsa, amma bilərəkdən və ya səhvən namazı batil edən iş görülməzsə, salam demək lazım deyil və namaz düzgündür. Namazın forması pozulmazdan öncə namazı batil edən iş görərsə, vacib ehtiyat budur ki, namazını yenidən qılsın.
    10. Tərtib
    Məsələ 992: Namaz qılan şəxs namazın əməllərini yuxarıda deyilən Məsələlər əsasında ardıcıl yerinə yetirməlidir. Əgər bilərəkdən bu ardıcıllığı pozsa, məsələn, səcdələri rükudan qabaq, təşəhhüdü səcdələrdən qabaq yerinə yetirsə, namazı batildir. Bu ardıcıllıq yaddan çıxdığı üçün pozularsa, növbəti rüknə daxil olmamış həmin əməlləri yenidən yerinə yetirməklə ardıcıllığı qorumaq lazımdır. Əgər sonrakı rüknə daxil olmuşsa, namazı düzgündür. Bir şərtlə ki, rükn unudulmasın. Məsələn, rükunu unudub ikinci səcdəyə getsə, namazı batildir.
    11. Muvalat
    Məsələ 993: Namaz qılan şəxs muvalat şərtini, yəni namazda fasiləsizliyi gözləməlidir. Namazın əməlləri arasında, məsələn rüku və səcdələr arasında elə bir fasilə yaranmamalıdır ki, namazın forması pozulsun. Əks təqdirdə namaz batildir. Bunun bilərəkdən və ya səhvən olmasının fərqi yoxdur.
    Məsələ 994: Əgər qiraətin, zikrlərin və ya təşəhhüdün sözləri arasında bilmədən fasilə yaradılarsa, qiraətin forması itdiyi halda namazın forması yerində olarsa, qayıdıb düzgün demək lazımdır. Əgər sonrakı rüknə daxil olmasa namazı düzgündür.
    Məsələ 995: Rüku, səcdə, qunutu uzatmaq və uzun surələr, zikrlər oxumaq namazın muvalatını pozmur, əksinə fəzilətdir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 906 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019