İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    İKINCI ŞƏRT:
    Əvvəlcədən səkkiz fərsəx getmək məqsədi olsun
    Məsələ 1127: Bir şəxs əvvəlcə səkkiz fərsəxdən az yolu olan bir yerə getmək istəsə, yolda və ya həmin yerə çatdıqdan sonra səfərini davam etdirmək qərarına gəlsə, getdiyi yol üst-üstə səkkiz fərsəxdən çox olduqda əvvəlcədən bu məsafəni getmək qərarı olmadığından namazını bütöv qılmalıdır. Amma bir yerə çatdıqdan sonra daha səkkiz fərsəx yol getmək qərara alınarsa, namaz yarı qılınar.
    Məsələ 1128: Bir şəxs itirdiyi bir şeyi axtarmaq üçün yola çıxmışsa və nə qədər yol gedəcəyini bilmirsə, namazını tam qılmalıdır. Amma qayıtdığı vaxt vətəninə qədər olan məsafə səkkiz fərsəx və ya daha artıq olarsa namazı yarıdır.
    Məsələ 1129: Səkkiz fərsəx yol getmək qərarına gəlmiş şəxs gündə azca yol getsə də namazını yarı qılmalıdır. Bir şərtlə ki, onu müsafir saysınlar.
    Məsələ 1130: Bir şəxs səfərdə başqasından asılıdırsa (məsələn, atadan asılı olan oğul) həmin şəxsin səkkiz fərsəx yol gedəcəyini bildikdə namazını yarı qılmalıdır. Hətta məcburi şəkildə aparılan məhbus kimi şəxs səfərinin səkkiz fərsəx və ya daha artıq olduğunu bildikdə müsafirin hökmünə əməl etməlidir. Bir şərtlə ki, dörd fərsəx yol getməmiş onlardan ayrılacağına ağlabatan ehtimalı olmasın.
    Üçüncü şərt:
    Yolda səfər məqsədinin dəyişməməsi
    Məsələ 1131: Əgər dörd fərsəx yol getməmiş məqsədini dəyişsə və ya tərəddüddə olsa namazını tam qılmalıdır. Amma dörd fərsəx yol qət etdikdən sonra səfər məqsədindən daşınsa namazı yarıdır. Bir şərtlə ki, qalmaq və ya qayıtmaqla bağlı tərəddüddə olmasın, həmin yerdə on gün qalmaq qərarına gəlməsin.
    Məsələ 1132: Bir şəxs səkkiz fərsəx və ya daha artıq uzaqlıqda olan yerə getmək istəyərsə səkkiz fərsəx yol getməmiş səfərini davam edib-etməməklə bağlı şəkk-tərəddüd keçirərsə və həmin yerdə bir qədər qalarsa, yolu davam etmək qərarına gəldikdə namazı yarıdır. Əgər tərəddüd halında yolun bir hissəsini gedib sonra yola davam etmək qərarına gələrsə, yolun qalan hissəsi səkkiz fərsəx və ya artıq olarsa, namazı yarıdır.
    Dördüncü şərt:
    Səkkiz fərsəx yol getməzdən qabaq vətənindən keçməsin və yolda on gün, on gündən artıq qalmaq qərarına gəlməsin.
    Məsələ 1133: Əgər müsafir vətəninə daxil olsa səfəri qırılır, eləcə də on gün qalacağı yerə çatsa, vətənindən keçmək və ya bir yerdə on gün qalmaqla bağlı tərəddüddə olsa namazı tamdır.
    Beşinci şərt:
    Səfər haram iş üçün olmasın.
    Məsələ 1134: Bir şəxs oğurluq, xəyanət və ya başqa bir haram iş üçün səfərə çıxarsa, namazını tam qılmalıdır. Eləcə də səfər özü haram səfər olsa (bədənə zərərli səfər, vacib ehtiyata əsasən, qadının ərindən icazəsiz səfərə çıxması, ata-anadan icazəsiz və onların əziyyətinə səbəb olacaq səfər) namaz tam qılınır. Amma səfər həcc kimi vacib səfər olarsa, ərin, ata-ananın razılığı şərt deyil və namaz yarı qılınır.
    Məsələ 1135: Səfərin haram səfər olmamasına və haram iş üçün səfərə çıxılmamasına baxmayaraq səfərdə günaha yol verilsə (məsələn, şərab içilsə, qeybət edilsə, zülmə yol verilsə) namaz yarı qılınır.
    Məsələ 1136: Əgər vacib bir işdən boyun qaçırmaq üçün səfərə çıxılsa (məsələn, borclu borcunu verməmək üçün səfərə çıxsa) namaz tam qılınmalıdır. Belə bir məqsəd olmasa, namaz yarıdır.
    Məsələ 1137: Səfər haram olmasa da müsafir haram miniyə süvar olarsa və ya qəsbi yerə səfərə çıxarsa, ehtiyata əsasən, namazını həm tam, həm də yarı qılmalıdır.
    Məsələ 1138: Bir şəxs zalım bir adamla səfərə çıxsa və onun səfərinə kömək etsə zalım sayılır və səfəri haramdır. Belə bir şəxs namazını tam qılmalıdır. Amma bu səfərə məcbur olsa və ya səfərə çıxmaqda məqsədi daha mühüm bir iş, məsələn, bir məzlumun həyatını xilas etmək olsa, namazı yarıdır.
    Məsələ 1139: Əyləncə, gəzinti, istirahət üçün səfərə çıxmaq, su, hava və bu kimi şeylərdən istifadə etmək israf və haram işə səbəb olmasa, halaldır və namaz qəsr qılınır.
    Məsələ 1140: Bir şəxs dolanışıq məqsədi ilə ova çıxsa səfəri halaldır və namazı yarıdır. Eləcə də, daha çox qazanmaq üçün ova gedənin namazı yarıdır. Amma bir şəxs əyləncə üçün ova çıxarsa, səfəri haramdır və namazını tam qılmalıdır.
    Məsələ 1141: Günah səfərdən qayıdan şəxs tövbə etsə, qayıtdığı yerə səkkiz fərsəx və ya bir qədər artıq qalan məhəldən namazını yarı qılmalıdır. Tövbə etməsə də, geri qayıdarkən günaha yol verməzsə eyni hökmə əməl edir.
    Məsələ 1142: Səfəri günah səfər olan şəxs yolda məqsədini dəyişsə, qalan yol səkkiz fərsəx və ya daha artıq olarsa, eləcə də gedib qayıdacağı yol üst-üstə səkkiz fərsəx olarsa, namazını yarı qılmalıdır. Amma günah üçün səfərə çıxmamış, yolda məqsədini dəyişib günah iş görmək istəyən şəxs namazını tam qılmalıdır. Amma əvvəlcə yarı qıldığı namazlar düzgündür.
    Köçəri həyat tərzi yaşamış olmasın
    Məsələ 1143: Köçərilərin xüsusi vətəni olmur, harada özləri və heyvanları üçün su və qida tapırlarsa orada qalırlar. Onlar bu səfərlərdə namazlarını tam qılmalı və oruc tutmalıdırlar.
    Məsələ 1144: Əgər köçəri bir insan həcc, ticarət səfəri kimi köçəri həyatına aid olmayan səfərə çıxarsa namazını yarı qılır.
    Yeddinci şərt:
    Şəxsin peşəsi səfərə çıxmaq olmasın.
    Məsələ 1145: Sürücü, təyyarəçi, dənizçi, sarvan kimi peşəsi səfərə çıxmaq olan şəxslər hətta birinci səfərdə namazlarını tam qılmalıdırlar.
    Məsələ 1146: Peşəsi səfərə çıxmaq olmayan insan peşəsi ilə bağlı (müəllim, fəhlə, qulluqçu kimi) səfərə çıxmağa məcbursa, hər gün işi ilə bağlı yol gedirsə, gedib gəldiyi yol səkkiz fərsəx və ya daha artıq olarsa, namazını tam qılmalı, oruc tutmalıdır.
    Məsələ 1147: Peşəsi səfərə çıxmaq olan şəxs peşəsindən əlavə bir məqsədlə (məsələn, həcc ziyarəti üçün) səfərə çıxarsa, başqa müsafirlər kimi namazını yarı qılmalıdır. Amma sürücü haqqını almaqla ziyarətçiləri apararsa və bu səfərdə özü də ziyarət edərsə, namazını tam qılmalıdır.
    Məsələ 1148: Bir şəxs həcc rəhbəri və ya hər hansı ziyarətdə karvan müdiri kimi səfərə çıxarsa, səfər onun peşəsi ilə bağlı müqəddimə sayılır və bir müddət uzanır. Belə bir şəxs namazını tam qılmalıdır.
    Məsələ 1149: Əgər bir şəxsin peşəsi ilin bir hissəsini səfərə çıxmaqdırsa (məsələn, bəzi sürücülər yalnız müəyyən fəsildə işləyir) onun üçün iş sayılan səfərlərdə namazını tam qılmalıdır.
    Məsələ 1150: Bir şəxs şəhər daxilində sürücülük edirsə, təsadüfən şəhərdən çıxdıqda və səkkiz fərsəx, daha artıq yol getdikdə, namazı yarıdır. Amma həm şəhərdə, həm də şəhərdən kənarda sürücülük edən şəxs şəhərdən kənara çıxdıqda namazını tam qılmalıdır.
    Məsələ 1151: Bir şəxsin peşəsi səfərə çıxmaqdırsa, bir məhəldə on gün və ya daha artıq qalsa, həmin yerin vətən olub-olmamasından, on gün qalmaq qərarına gəlib-gəlməməsindən asılı olmayaraq, birinci səfərdə namazını yarı qılmalıdır. Əgər şəkk etsə ki, on gün qalacaq, yoxsa yox, namazını tam qılmalıdır.
    Məsələ 1152: Özü üçün vətən müəyyənləşdirməmiş və səyahətlə məşğul olan adamlar namazını tam qılmalıdır.
    Məsələ 1153: Bir şəxsin peşəsi səfərə çıxmaq deyilsə, amma bir məntəqədə olan malını daşımaq üçün ardıcıl səfərə çıxırsa, namazını yarı qılmalıdır.
    Məsələ 1154: Bir şəxs vətənindən çıxıb başqa bir vətən seçmək qərarına gəlmişsə, səfərdə namazını yarı qılmalıdır. Amma səfəri uzun çəksə və köçəri sayılsa namazı tamdır.
    Səkkizinci şərt:
    Tərəxxüs həddinə çatmaq
    Məsələ 1155: "Tərəxxüs həddi” dedikdə vətəndən o qədər uzaqlaşmaq nəzərdə tutulur ki, həmin yerdə şəhərin azan səsi eşidilməsin, camaat görünməsin. Amma şəhər divarının görünüb-görünməməsinin əhəmiyyəti yoxdur. Amma həmin vaxt havada görmə və eşitməyə mane olacaq toz və külək olmamalıdır. Bu iki şərtdən biri ödənsə bəs edər. Bir şərtlə ki, ikinci şərtin ödənmədiyinə əminlik olmasın. Əks təqdirdə ehtiyat budur ki, namaz həm tam, həm də yarı qılınsın.
    Məsələ 1156: Şəhərlərlə bağlı meyar adi şəhərlərdir. Bir şəhər çox alçaqda və ya çox ucada yerləşərsə, yenə orta vəziyyətdə olan şəhəri meyar götürmək lazımdır. Müəyyənləşdirilməlidir ki, hansı məsafədə şəhərdən azan səsi eşidilir, hansı məsafədə şəhər əhli görünür.
    Məsələ 1157: İnsan tərəxxüs həddinə çatdığına şübhə edərsə və ya eşitdiyi səsin azan səsi olub-olmadığına şübhəsi olarsa, namazını tam qılmalıdır. Amma sözləri ayırd etmək mümkün olmasa da səsin azan səsi olduğu bilinsə namazını həm tam, həm də yarı qılmalıdır.
    Məsələ 1158: Əgər şəxs elə bir yerə çatarsa ki, şəhərin adətən hündür yerdən deyilən azanını eşitməsin, namazı yarıdır. Hətta səs ucaldıcı ilə deyilən azan səsini eşidərsə də bu hökm gücündədir. Əgər bir şəxsin eşitmə və görmə gücü zəif və ya iti olarsa, adi eşitmə və görmə meyar götürülməlidir.
    Məsələ 1159: Bir şəxis səfər zamanı öz vətəninə çatsa, orada namazı tamdır. Amma həmin yerdən səfərini səkkiz fərsəx və ya daha artıq davam etdirmək istəsə, tərəxxüs həddinə çatdıqda namazı yarıdır.
    Səfəri səfər hökmündən salan hallar
    Məsələ 1160: Bir neçə halda səfər səfər hökmündən düşür və namaz tam qılınmalıdır.
    1. Vətənə çatmaq
    Vətən dedikdə elə bir yer nəzərdə tutulur ki, insan həmin yeri qalmaq və yaşamaq üçün seçmişdir. Şəxsin orada doğulması şərt deyil. Həmin yer ata-ananın vətəni və ya seçilmiş bir yer ola bilər.
    Məsələ 1161: İnsan bir yeri qalmaq ("iqamət”) üçün seçərsə, belə ki, orada olduğu vaxtda ona müsafir deməsinlər, həmin yerdə daimi və ya müvəqqəti qalmaq məqsədindən asılı olmayaraq (məsələn, iki il və ya daha artıq qalmaq istəyir) bu yer onun üçün vətən sayılır. Necə ki, dövlət məmurları iki ildən bir yeri dəyişir və həmin yer onlara vətən sayılır.
    Məsələ 1162: Bəziləri iki yerdə yaşayır. Məsələn, altı ay bir şəhərdə, altı ay başqa şəhərdə qalırlar. Belələri üçün hər iki yer vətən sayılır. İnsanın hətta bu qəbil üç vətəni ola bilər.
    Məsələ 1163: İnsan vətəni sayılan yerdən getsə və orada yaşamaq məqsədi olmasa, arabir yaxınları və dostları görmək üçün həmin yerə gəldikdə namazı yarıdır. Həmin yerdə evinin və yaxınlarının olub-olmamasının fərqi yoxdur. Bir şərtlə ki, həmin yerdə on gün qalmaq məqsədi olmasın. Eləcə də, insan vətənindən başqa bir yeri yaşamaq üçün seçdikdə və orada altı aydan artıq, ya əskik qaldıqda, həmin yerdə evinin olub-olmamasından asılı olmayaraq köçdükdən sonra həmin yerdə namazı yarıdır.
    2. On gün qalmaq məqsədi
    Məsələ 1164: Əgər bir müsafir on gün ardıcıl bir yerdə qalmaq istəsə və ya məcbur qalmalı olacağını bilsə, orada namazı tamdır.
    Məsələ 1165: Qalmaq məqsədinin şərən ödənməsi üçün on gün qalmaq lazımdır. Amma əvvəlki və sonrakı gecənin təsiri yoxdur. Demək, birinci günün sübh azanından onuncu günün qürubunadək qalarsa (on gün, doqquz gecə) namazını tam qılmalıdır. Eləcə də, məqsədi birinci günün günortasından on birinci günün günortasına qədər qalmaq olarsa uyğun hökm gücündədir.
    Məsələ 1166: Bir müsafir müəyyən məhəldə on gün qalmaq qərarına gələrsə bir neçə yerdə dayanmağı nəzərdə tuta bilər. Bir şərtlə ki, həmin yerlər arasında məsafə az olsun. (Məsələn, bir-iki km.) Belə ki, onu müsafir adlandırmasınlar. Bu baxımdan böyük və kiçik şəhərlər arasında fərq yoxdur. Yəni böyük şəhər və kiçik şəhər məfhumlarının müsafirin hökmlərinə təsiri yoxdur.
    Məsələ 1167: Bir yerdə on gün qalmaq qərarına gəlmiş müsafir öncədən nəzərdə tutarsa ki, həmin on gün arasında harayasa getsin, əgər həmin yer uzaqda olmasa, (müsafir sayılmasa) namazını tam qılmalıdır. Müsafir sayıldığı təqdirdə bütün on gün namazı yarıdır.
    Məsələ 1168: Əgər bir şəxs qərara gəlmişsə ki, on gün bir məhəldə qalsın, amma bunun üçün maneə yaranacağını ehtimal verərsə, xalqın nəzərində bu ehtimal əsaslı sayılmadıqda, namazını tam qılmalıdır. Ehtimal güclü olduqda isə namazı yarıdır.
    Məsələ 1169: Bir yerdə on gün qalmaq məqsədi olmayan müsafir dostu ilə görüşəcəyi və ya yaxşı mənzil tapacağı halda on gün qalmaq qərarındadırsa, namazını yarı qılmalıdır.
    Məsələ 1170: Müsafir ayın axırına on gün və ya daha artıq qaldığını bilirsə və qərara gəlirsə ki, ayın axırınadək həmin yerdə qalacaq, namazını tam qılmalıdır. Hətta ayın axırına nə qədər qaldığını bilmədiyi vaxt ayın sonunadək qalmaq qərarındadırsa, əslində on gün və ya daha artıq qalırsa, namazını tam qılmalıdır.
    Məsələ 1171: Bir şəxs on gün qalmağı niyyət etsə və sonradan fikrindən daşınsa, tərəddüdə düşsə, bir dörd rəkətlik namaz qılmamışsa, namazı yarıdır. Amma dörd rəkətli bir namaz qıldıqdan sonra fikrini dəyişmişsə, nə qədər ki, oradadır namazını tam qılmalıdır.
    Məsələ 1172: Bir şəxs on gün qalmaq qərarına gəlib oruc tutarsa və günortadan sonra qalmaq fikrindən daşınarsa, əgər bir dörd rəkətli namaz qılmışsa orucu düzgündür. Nə qədər ki, oradadır namazlarını tam qılmalı, ramazan ayının orucunu tutmalıdır. Amma dörd rəkətli bir namaz qılmamışsa, orucu düzgün deyil, namazları yarıdır.
    Məsələ 1173: Əgər insan şəkk edərsə ki, dörd rəkətli namaz qıldıqdan sonra, yoxsa əvvəl fikrindən daşınıb, namazını yarı qılmalıdır.
    Məsələ 1174: Əgər bir müsafir namazı yarı qılmaq niyyəti ilə namaza başlasa və namaz gedişində orada on gün, ya daha artıq qalmaq qərarına gəlsə, namazını dörd rəkətli qılmalıdır. Əksinə, on gün qalmaq niyyət edib dörd rəkətli namaza başlasa və namazın gedişində niyyətini dəyişsə, üçüncü rəkətə başlamamışsa, namazını iki rəkətli qılmalıdır. O biri namazları da yarıdır. Əgər üçüncü rəkətin rükusuna getmişsə namazı batildir. Nə qədər ki, oradadır, namazları yarı qılmalıdır.
    Məsələ 1175: Bir şəxs bir məhəldə on gün qalmağı niyyət etmişsə, on gündən artıq qaldıqda səfərə çıxanadək namazı tamdır. Onun yenidən on gün niyyət etməsinə ehtiyac yoxdur.
    Məsələ 1176: On gün qalmaq niyyət etmiş şəxs vacib oruclarını tutmalıdır. O müstəhəb oruc tutub, günorta, ikindi və xiftən namazlarının nafiləsini qıla bilər.
    Məsələ 1177: Bir yerdə on gün qalmaq niyyət etmiş şəxs on gün keçdikdən və ya bir dörd rəkətlik namaz qıldıqdan sonra dörd fərsəxdən uzaqda olmayan bir yerə gedərsə, qaldığı yerə qayıtdıqda namazını tam qılmalıdır. Əgər qaldığı yerdən səkkiz fərsəxdən uzaqda olmayan yerə gedərsə və həmin yerdə on gün qalarsa, namazını yolda və ikinci yerdə tam qılmalıdır. Səkkiz fərsəxdən uzağa gedərsə, namazını yolda yarı, on gün qalmaq məqsədində olduğu ikinci yerdə tam qılmalıdır.
    Məsələ 1178: Yoldaşlarının bir yerdə on gün qalmaq məqsədində olduğunu düşünüb on gün qalmaq qərarına gələn şəxs bir dörd rəkətli namaz qıldıqdan sonra başa düşsə ki, yoldaşları belə bir niyyət etməyib və ya fikirlərindən daşınıblar, nə qədər ki, həmin yerdədir, namazlarını tam qılmalıdır.
    3. Bir yerdə niyyət etmədən bir ay qalmaq
    Məsələ 1179: Bir yerdə neçə gün qalacağını bilməyən müsafir namazını yarı qılır. Bu vəziyyətdə otuz gün keçdikdən sonra isə namazını tam qılmalıdır. Həmin müddətdən sonra az da qalsa bu hökm gücündədir. Əgər qəməri təqvimlə bir ay qalsa, bu ay otuz gündən az olsa da bəs edər. Məsələn, bir ayın onundan o biri ayın onunadək.)
    Məsələ 1180: Bir şəxs bir məhəldə doqquz gün və ya bir qədər az qalmaq istəsə, həmin müddət ötdükdən sonra bir daha doqquz günü və ya bir qədər az qalmaq qərarına gələrsə, otuz gün başa çatanadək namazını yarı qılır. Otuz birinci gündən namazlarını tam qılmağa başlayır.
    Məsələ 1181: Bir məhəldə otuz gündən az qalmaq bəs etmir. Bir şəxs niyyət etmədən bir yerdə iyirmi gün qalıb sonra bir neçə fərsəx uzağa gedərsə həmin yerdə iyirmi gün qaldıqda namazı yarıdır.
    Müsafirin namazı ilə bağlı müxtəlif məsələlər
    Məsələ 1182: Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: "Məscidül-Həram”, "Məscün-Nəbi”, "Kufə” məscidi, İmam Hüseyn (ə)-ın hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bu günkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.
    Məsələ 1183: Müsafir olduğunu bilib, namazı yarı qılmalı olan şəxs onun tam qılarsa namazı batildir. Əgər müsafir namazının yarı olduğunu unudarsa və tam qılarsa, onu təzələməlidir. Müsafir namazının hökmünü bilib səfərdə olduğuna diqqət yetirməyən və namazını tam qılan şəxs, əgər müsafir namazının yarı olması hökmünü bilməmişsə, bu vaxtadək bu hökmü eşitməmişsə, yarı namaz əvəzinə qıldığı tam namaz düzgündür.
    Məsələ 1184: Namazı yarı qılmalı olduğunu ümumi şəkildə bilən müsafir onu xırdalıqlarından xəbərsiz olarsa (məsələn, bilməzsə ki, müsafir üçün səkkiz fərsəx yol getmək şərtdir) ehtiyata əsasən tam qıldığı namazı yarı şəkildə təzələməlidir.
    Məsələ 1185: Bir şəxs müsafir olduğunu unudub namazı tam qılarsa, namazın vaxtı ötməmiş yadına düşdükdə, namazı yarı şəkildə yerinə yetirməlidir. Vaxtı keçdikdən sonra başa düşsə qəzası yoxdur.
    Məsələ 1186: Vəzifəsi namazı tam qılmaq olan şəxs bilərəkdən, səhvən və ya unutduğu üçün namazı yarı qılarsa, namazı batildir. Hətta on gün qalmaq qərarına gəlib həmin müddətdə namazı tam qılmalı olduğunu bilməyən və yarı qılan şəxs vacib ehtiyat budur ki, onları tam şəkildə təzələsin.
    Məsələ 1187: Dörd rəkətli namaza məşğul ikən müsafir olduğunu xatırlayan şəxs (ya da səkkiz fərsəx yol getdiyini yada salan adam) üçüncü rəkətin rükusuna getməsə, namazını iki rəkətli başa çatdırmalıdır. Əgər üçüncü rəkətin rükusuna getsə namazı batildir, onu yarı şəkildə yenidən qılmalıdır.
    Məsələ 1188: Bir şəxs yarı namaz qıldığı vaxt namazın gedişində müsafir olmadığını, namazı tam qılmalı olduğunu yada salsa, namazını dörd rəkətli tamamlamalıdır və bu namaz düzgündür.
    Məsələ 1189: Namazın əvvəl vaxtında səfərdə olub namazını qılmayan, sonra vətəninə və ya on gün qalmalı olduğu yerə çatan şəxs namazını tam qılmalıdır. Namazın əvvəl vaxtında vətənində və ya on gün qalmalı yerdə olan, sonra səfərə çıxan şəxs səfərdə namazını yarı qılır.
    Məsələ 1190: İnsanın namazı səfərdə qəzaya getsə, onun qəzasını yarı qılmalıdır. (Namazın qəzasını səfərdə və ya vətəndə qılmağın fərqi yoxdur.) Əgər vətəndə namazı qəzaya getsə həmin namazın qəzası səfərdə də tamdır.
    Məsələ 1191: Müstəhəbdir ki, müsafir savab ümidi ilə hər yarı namazdan sonra otuz dəfə desin: "Sübhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər.”
    Məsələ 1192: Müsafir namazının hökmü səfərin asan və ya çətin olmasından asılı deyil. Bugünki rahat səfərlərdə də yarı namaz hökmlərinə əməl olunmalıdır.
    Qəza namazı
    Məsələ 1193: Vacib namazı vaxtında qılmamış şəxs onun qəzasını yerinə yetirməlidir. Namazın əvvəl vaxtından son vaxtınadək yuxuda olmağın, xəstəliyin, məstliyin bu hökmə təsiri yoxdur. Amma namazın əvvəl vaxtından son vaxtınadək huşunu itirmiş şəxsə həmin namazın qəzası vacib deyil. Eləcə də, İslamı qəbul etmiş kafirə, heyz və nifas halında olan qadına qəza namazı vacib deyil.
    Məsələ 1194: Namazın vaxtı ötdükdən sonra məlum olsa ki, qılınmış namaz batil olub, onun qəzasını yerinə yetirmək lazımdır.
    Məsələ 1195: Öhdəsində qəza namazı olan şəxs bu namazları yerinə yetirməkdə səhlənkarlıq göstərməməlidir. Amma vacib deyil ki, onları dərhal yerinə yetirsin. Amma qəzaya getmiş bir və ya iki namazı həmin günün namazından öncə yerinə yetirmək vacib ehtiyatdır.
    Məsələ 1196: Qəza namazı olan şəxs müstəhəb namaz qıla bilər. Qəza namazını yövmiyyə namazından qabaq və sonra qılmaq olar.
    Məsələ 1197: Bir şəxs öncə qıldığı namazların düzgün olmadığını düşünərsə və ya düzgün qıldığını unudarsa, müstəhəb ehtiyat budur ki, onların qəzasını yerinə yetirsin.
    Məsələ 1198: Qəza namazlarında tərtib lazım deyil.
    Məsələ 1199: Bir neçə namazı qəzaya getmiş şəxs onların sayını bilmirsə, az ehtimala əməl etməlidir. Amma bu namazların sayını öncə bilmişsə və səhlənkarlıqdan unutmuşsa, ehtiyat vacib budur ki, çox ehtimala əməl etsin.
    Məsələ 1200: Öhdəsində əvvəlki günlərdən qəza namazı qalan şəxs qəza namazından qabaq gündəlik namazlarını qıla bilər. Amma günün qəzaya verilmiş namazını vacib ehtiyata əsasən, öncə yerinə yetirmək lazımdır.
    Məsələ 1201: Öhdəsində bir dörd rəkətli namaz qaldığını bilən şəxs bu namazın günorta, ikindi və ya xiftən namazı olduğunu bilməzsə, öhdəsində qalmış qəza namazı niyyəti ilə bir dörd rəkətli namaz qıla bilər. Bu namazların Həmd-surəsini ucadan və ya astadan deməkdə azaddır.
    Məsələ 1202: Həyatda olan insanın qəza namazını kimsə yerinə yetirə bilməz. Həmin şəxs qəza namazını qılmağa aciz olsa belə bu iş görülməməlidir. Amma o dünyasını dəyişdikdən sonra bu işi görmək olar.
    Məsələ 1203: Qəza namazını cəmiyyətlə qılmaq olar. İmam-camaatın əda və ya qəza namazı qılmasının fərqi yoxdur. Amma ehtiyat budur ki, hər ikisi eyni namazı qılsın. Məsələn, günorta namazının qəzası günorta namazı, ikindi namazının qəzası ikindi namazı ilə qılınsın.
    Məsələ 1204: Müstəhəbdir ki, yaxşını pisdən seçə bilən uşağa namaz və digər ibadətlər vərdiş verilsin. Müstəhəbdir ki, o qəza namazına həvəsləndirilsin. (Əlbəttə ki, bu işdə onu incitmək, namazdan bezdirmək olmaz.)
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 846 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024