İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    MÜZARİƏ
    Məsələ 1887: Yer sahibinin öz torpağını əkinçilik üçün əkinçinin ixtiyarında qoymasına və məhsulun müəyyən hissəsini malikə verməsinə "müzariə” deyilir. Müzariə siğəsi həm şifahi olaraq, məsələn, (torpaq sahibi) "mən bu torpağı iki il ərzində məhsulun üçdə birini almaqla sənin ixtiyarında qoyuram” və əkinçi də "qəbul etdim” deyə oxumaq olar və həm də siğə oxunmadan, torpağı əkinçilik etmək üçün əkinçinin ixtiyarına versin və o da təhvil alsın. (Əlbəttə (müzariənin) müddəti və məhsulun (hissə) neçə faizini alacağı və s. üçün lazımi danışıqlar əvvəlcədən müəyyən edilməlidir).
    Müzariənin şərtləri
    Məsələ 1888: Müzariənin bir neçə şərti var:
    1-Torpaq sahibi və əkinçi həddi-büluğa çatmış, aqil olmalı, öz ixtiyarları ilə müzariə etməli, şəriət hakimi onları mallarından istifadə etmələrinin qarşısını almamalı və səfeh olmamalıdır; 2-Torpağın bütün məhsulu o iki nəfərdən birinə məxsus edilməməlidir; 3-Hər birinin payı (ümumi məhsuldan) "muşa” halında -məhsulun yarısı, üçdə biri və s. olmalıdır. Bu baxımdan, əgər bir növ məhsulun birinə, başqa növün isə ayrısına məxsus olmasını və yaxud torpağın bir hissəsinin məhsulunu birinə, ayrı hissəsini isə ikinciyə malik olmasını şərt etsələr düzgün deyil. Həmçinin, torpaq sahibinin "bu torpağı ək və istədiyin qədər mənə ver” deməsi batildir; 4-Torpağın əkinçinin ixtiyarında olma müddəti müəyyən edilməli və müəyyən edilən müddət ərzində məhsulun yetişməsi mümkün olmalıdır; 5-Torpaq əkinçilik üçün yararlı olmalıdır. Əgər torpaq əkinçilik üçün münbit olmasa, lakin hansısa vasitələrlə əkinçilik üçün yararlı hala gətirilməsi mümkün olsa, müzariə düzgündür; 6- Əkinçilik növü müəyyən edilməlidir. Əgər əkinçilik növünün onların və kütlənin nəzərində heç bir fərqi olmasa və yaxud torpağın hansı məhsul üçün yararlı olması məlum olsa, istisnadır; 7-Torpaq müəyyən edilməlidir. Bu baxımdan, bir şəxsin bir neçə torpaq sahəsi olsa, onlardan birini müzariə üçün verdim, desə və torpaq sahələri keyfiyyətdə bir-birlərindən fərqli olsa, müzariə batildir. Lakin, o torpaqlar (keyfiyyət baxımından) bərabər olsalar və məsələn, bu torpaq sahəsinin 5 hektarını sənə verirəm, desə, maneəsi yoxdur. Habelə, əkinçi torpağı görmədiyi halda, (torpaq sahibi torpağın) keyfiyyətini ona bəyan edə bilər; 8-Əkinçilik, toxum və s. xərclərin kimin öhdəsində olması müəyyən edilməlidir. Lakin, onların hər birinin nə qədər xərc etmələri o məntəqənin camaatı arasında məlum olsa, kafidir.
    Müzariənin hökmləri
    Məsələ 1889: Əgər malik və yaxud əkinçi məhsulun müəyyən bir hissəsinin (məsələn, bir xarvar- 300 kq.) onun olmasını və qalan hissəsini iki nəfər arasında (öz aralarında) bölüşdürmələrini şərt etsə, eybi var.
    Məsələ 1890: Əgər müzariənin müddəti sona yetsə və əkinçinin səhlənkarlığı üzündən məhsul ələ gəlməsə, torpaq sahibi əkinçini əkini biçməyə məcbur edə bilər; lakin, ilin təxirə düşməsinə görə olsa (rəsm olduğu kimi) malik səbr etməlidir. Əgər heç biri olmasa, əkini dərmək əkinçinin zərərinə səbəb olsa və malik bir zərər görməsə, yenə də səbr etməlidir. Amma zərər ona yönəldiyi halda əkinçini əkini dərməyə məcbur etməyə haqqı var.
    Məsələ 1891: Əgər hansısa bir hadisə ilə bağlı torpaq sahəsində əkinçilik mümkün olmasa, məsələn, yeraltı su kanalları xarab olub, su kəsilsə, bu zaman, bir az ələ gələn əkin, hətta heyvanlara verməyə yararlı olan ot olsa belə, o miqdar, müqaviləyə əsasən, onların hər ikisinin malıdır, qalan hissəsində müzariə batildir.
    Məsələ 1892: Əgər əkinçi, torpaq onun ixtiyarında olduğu halda əkinçilik etməsə, gərək o müddətin icarəsini malikə versin. Əgər torpaqda bir qüsur meydana gəlibsə, ona da zamindir.
    Məsələ 1893: Torpaq sahibi və əkinçi bir-birlərinin razılığı olmadan müzariəni poza bilməzlər. Lakin, müqavilə zamanı hər ikisi və yaxud onlardan biri üçün müqaviləni pozmaq hüququ müəyyən ediblərsə, müqaviləyə uyğun olaraq, müamiləni pozsun.
    Məsələ 1894: Əgər müqavilədən sonra torpaq sahibi və yaxud əkinçi ölsə, müzariə pozulmur və varisləri onların yerlərinə gələcəklər. Lakin, əgər əkinçi ölsə, şəxsən özü əkinçilik etməsini şərt etsə, müzariə pozulur. Əgər əkin cücəribsə onun payını varislərinə verməlidirlər. Lakin, varis torpaq sahibini əkinin torpaqda qalmasına məcbur edə bilməz. Əgər onu dərmək onların zərərinə olarsa, istisnadır.
    Məsələ 1895: Əgər əkinçilikdən sonra və məhsul sona yetməzdən qabaq müzariənin batil olmasını başa düşsə, toxum torpaq sahibinin olsa, əkin ona (torpaq sahibinə) məxsusdur və əkinçinin muzdunu rəsmə uyğun olaraq ödəməlidir. Əgər toxum əkinçinin olsa, əkin onundur və rəsmə uyğun olaraq icarə haqqını torpaq sahibinə verməlidir. Əgər müddətin sonuna qədər əkinin öz torpağında qalmasına razılıq verməsə, əkinçi onu biçməlidir. Lakin, bu iş onun zərərinə səbəb olsa, istisnadır. Həmçinin (əkinin) torpaqda qalması, malın icarə haqqını ödəməsi malik üçün zərər yaratmamalıdır.
    Məsələ 1896: Əgər məhsul toplandıqdan, əkin müddəti bitəndən sonra əkinin kökü torpaqda qalıb, ikinci il yenidən məhsulnu verərsə və yer sahibi, əkinçi ondan üz döndərmədikləri halda, ikinci ilin məhsulu birinci ilə uyğun olaraq bölünməlidir.
    MUSAQAT
    Məsələ 1897: Əgər bir şəxs öz meyvə ağaclarını müəyyən müddət ərzində suvarıb qulluq etmək üçün başqasına versə və əvəzində ona meyvə payı ayırsa, belə müamiləyə "musaqat” deyilir.
    Məsələ 1898: Meyvə ağaclarından əlavə, güllərindən gülab və s. kimi istifadə edilən gül kollarının, yarpaqlarından istifadə edilən xına, sedr ağaclarının və yaxud şirə və qətranından istifadə edilən ağacların musaqat müamiləsi düzgündür. Lakin, bu xüsusiyyətləri olmayan ağaclar haqqında musaqat düzgün deyil.
    Məsələ 1899: Musaqat müamiləsində siğə oxumaq olar. Həmçinin, əgər ağac sahibi musaqat məqsədi ilə onu işləyən şəxsin ixtiyarında qoysa və o da həmin məqsədlə təhvil alsa, siğə oxumadıqları halda belə, müamilə düzgündür. (Lakin müddət və bəzi şərtlər üçün əvvəlcədən lazımı danışıqlar aparılmalıdır.)
    Musaqatın şərtləri
    Məsələ 1900: Musaqatın bir neçə şərti var:
    1-Malik və bağ qulluqçusu həddi-büluğa çatmış, aqil olmalıdır; 2-Heç kəs onları bu işə məcbur etməməlidir; 3-Öz malından istifadə etmək hüququndan məhrum olmamalıdırlar; 4-Musaqatın müddəti məlum olmalıdır. Əgər onun başlanğıcını müəyyən etməyib, axırını o ildə məhsulun yetişdiyi vaxtı təyin etsələr, düzgündür; 5-Hər birinin payı yarısı, üçdə biri və yaxud bunlara oxşar olmalıdır. Bu baxımdan, məsələn, bir ton meyvə bağ sahibinin, qalanı isə bağda işləyənin olmasını şərt etsələr, müamilə batildir; 6- Müamilənin şərtləri meyvələr cücərməzdən öncə təyin edilməlidir. Əgər meyvələr cücərəndən sonra, lakin yetişməzdən öncə təyin etsələr və belə ki, meyvənin inkişafı üçün lazım olan suvarmaq, dərman səpmək kimi işlər qalmış olsa, musaqat düzgündür, əks təqdirdə iradı var. Əgər yalnız meyvələri dərmək, onları qorumaq kimi işlərə ehtiyac duyulsa, onların müqaviləsi düzgündür, lakin musaqat deyil.
    Musaqatın hökmləri
    Məsələ 1901: Əgər yemiş, xiyar və s. bitkilər üçün aydın şəkildə müqavilə bağlayıb, dərilənlərin sayını və hər birinin payını müəyyən etsələr, musaqat olmamasına baxmayaraq, (müamilə) düzgündür.
    Məsələ 1902: Yağış suyu və yaxud yerin rütubətindən qidalanan ağacların suvarmağa ehtiyacı olmasa və lakin başqa işlərə-bellənməyə, peyinlənməyə, meyvələrin çoxalması və keyfiyyətli olması üçün dərmanlanmağa ehtiyacı olsa, bu halda musaqat müamiləsi düzgündür.
    Məsələ 1903: Müamilənin qarşı tərəfləri bir-birlərinin razılığı ilə musaqat müamiləsini poza bilərlər. Habelə, əgər müqavilə əsnasında onların hər ikisi və yaxud biri üçün müqaviləni pozmaq hüququ nəzərdə tutulubsa, müamiləni poza bilərlər. Əgər musaqat müqaviləsində müəyyən edilən şərtə əməl olunmasa və (bu) şərt xeyrinə olan şəxs qarşı tərəfi onun icrasına məcbur edə bilməsə, müamiləni poza bilər.
    Məsələ 1904: Bağ sahibinin ölümü ilə musaqat müamiləsi pozulmur və varisləri onların canişinləri hesab olurlar. Lakin, ağaclara qulluq etmə işləri tapşırılan şəxs ölsə və şəxsən onun özünün bağbanlıq etməsini şərt ediblərsə, müamilə pozulur. Belə şərt etmədikləri halda, varisləri onun canişinləri olurlar.
    Məsələ 1905: Hər iki tərəfin öhdəsində olan- yeraltı su kanallarının, su nasosunun təmiri, peyin və dərman səmpək üçün cihaz hazırlamaq və s. işləri qabaqcadan müəyyən etməlidirlər. Əgər (bunları müəyyən edən) bir qanun həmin məntəqədə camaat arasında adət olsa, kafidir.
    Məsələ 1906: Əgər musaqat müamiləsinin batil olması məlum olsabağın meyvələri bağ sahibinindir. Lakin, suvarma və s. işlərin pulunu, adətə uyğun olaraq, ağaclara qulluq edən şəxsə verilməlidir.
    Məsələ 1907: Ağac əkmək üçün torpağı bir şəxsə verib, məhsulun hər iki tərəfin olmasını şərt etsələr, bütün cəhətləri aydınlaşdırdıqları halda, musaqat olmamasından asılı olmayaraq, müamilə düzgündür.
    Məsələ 1908: Musaqat müqaviləsində qarşı tərəflər çox ola bilərlər. Yəni, bağ sahibi onu bir neçə nəfərin öhdəsinə verərək onlarla müqavilə bağlaya bilər.
    MƏHCURLAR
    Öz mallarından istifadə edə bilməyən şəxslərə "məhcurin” deyilir.
    Məsələ 1909: Həddi-büluğa çatmayan uşaq öz malından istifadə edə bilməz. Həddi-büluğa çatmağın əlamətləri üç şeydən biri ola bilər:
    Birincisi, qəməri təqvimi ilə kişilərdə 15, qadınlarda isə 9 yaşın tamam olması.
    İkincisi, spermanın xaric olması;
    Üçüncüsü, cinsiyyət üzvünün ətrafında qalın tüklərin bitməsi;
    Məsələ 1910: Səsin qalınlaşması, üzdə, bığ yerində və s. qalın tüklərin bitməsi, və s. həddi-büluğa çatmağın əlaməti sayılmır. Əgər bunların vasitəsilə həddi-büluğa çatmaq yəqin olunsa, istisnadır.
    Məsələ 1911: Dəli və səfeh, yəni öz malını əbəs yerlərə sərf edən və onları, müamiləni qorumağı bacarmayan şəxs öz malından istifadə etmək hüququ yoxdur; bu kimi işlər onların qəyyumlarının nəzarəti altında olmalıdır.
    Məsələ 1912: Müflis, yənu borcu mövcud sərmayəsindən çox olan şəxsə borc verənlər şəriət hakimindən onu malından istifadə etməkdən məhrum etmələrini tələb etsələr, hakimin hökmündən sonra onun öz malından istifadə etmək hüququ yoxdur.
    Məsələ 1913: Bəzi vaxtlarda ağıllı, bəzən isə dəli olan bir şəxsin, dəli olduğu vaxtlarda öz malından istifadə etməsi düzgün deyil.
    Məsələ 1914: İnsan ölümündən qabaq, xəstə və sağlam olmasından asılı olmayaraq, malından istədiyi qədər kiməsə bağışlaya, malı qiymətindən ucuz sata və yaxud özünün, ailəsinin, qonaqlarının istifadəsinə verə bilər. Lakin, ehtiyata əsasən, həmin xəstəliklə dünyadan getdikdə (ölüm astanasında) malının üçdə birindən çox hissəsində belə istifadə etməsin. Əgər varislərinin icazəsi ilə olsa, istisnadır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 807 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024