İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı

    SÜDVERMƏNIN QAYDALARI
    Məsələ 2126: Heç kəs uşağa süd vermək üçün anadan üstün deyil və yaxşı olar ki, uşağına verdiyi südün müqabilində ərindən muzd almasın; baxmayaraq ki, bu işə görə muzd alamağa hüququ var. Əgər ana dayədən artıq muzd almaq istəsə, ər uşağı ondan alıb, dayəyə verə bilər.
    Məsələ 2127: Rəvayətlərdə qeyd edilibdir ki, uşaq üçün seçilən dayə ağıllı, imanlı, iffətli və gözəl üzlü olmalı və dəli, möminə olmayan, eybəcər, pis əxlaqlı və yaxud zinazadə dayə seçməməlidirlər. Həmçinin, uşağı zinadan dünyaya gələn, südü zinadan olan dayəni seçməkdən pəhriz edilməlidir.
    Südvermənin müxtəlif məsələləri
    Məsələ 2128: Qadınlar hər uşağa süd verməsələr yaxşıdır. Çünki, hansı şəxslərə süd vermələrini unutmaları ehtimalı var və sonra iki nəfər məhrəm bir-birləri ilə evlənə bilər. Xüsusi ilə müasir dövrdə quru süd və s.-dən istifadə etmək mümkün olduğu üçün başqalarının uşaqlarına süd vermək zərurəti çox azdır.
    Məsələ 2129: Süd vermək vasitəsi ilə qohum olan şəxslərin bir-birlərinə ehtiram göstərmələri müstəhəbdir, lakin qohumluq hüquqları yoxdur və bir-birlərindən irs aparmırlar.
    Məsələ 2130: İmkan daxilində uşağa düz iki il süd vermək müstəhəbdir.
    Məsələ 2131: Qadın ərinin hüququ pozulmamaq şərti ilə, ondan icazəsiz olaraq başqasının uşağına süd verə bilər. Lakin, bir uşağa süd vermək vasitəsi ilə öz ərinə haram olacağı təqdirdə, o uşağa süd verməsi caiz deyil.
    Məsələ 2132: Əgər bir kişi qardaşı arvadının ona məhrəm olmasını istəsə, bir südəmər qızı onun vəlisinin icazəsi ilə özünə əqd etməli və bu halda qardaşı arvadı o qıza kamil süd verməlidir. Vacib ehtiyata əsasən, əqdin müddəti qızın cinsi faydalanma həddinə çatması qədər olmalı və həmçinin, belə bir əqd qızın məsləhətinə uyğun olmalıdır.
    Məsələ 2133: Məhrəmliyə səbəb olan süd vermə iki yolla sübut olunur:
    Birincisi, insanın yəqin tapdığı bir dəstənin xəbər verməsi ilə;
    İkincisi, İki adil kişi və yaxud dörd adil qadının şəhadət verməsi ilə. Hətta, vacib ehtiyata əsasən, bir kişi və yaxud qadının şəhadəti ilə də kifayətlənsinlər. Lakin, şahidlər süd vermənin şərtlərini də deməlidirlər. Məsələn, onlar "filan uşaq 15 dəfə filan arvadın döşündən (2116-cı məsələdə qeyd edildiyi kimi) kamil süd yemişdir” deməlidirlər. Əgər onların bütün şərtləri bilmələrini və onda eyni nəzərə malik olmalarını bilsək, onu şərh vermək lazım deyil.
    Məsələ 2134: Əgər uşağın məhrəmliyə səbəb olacaq qədər süd yeyib-yemədiyini bilməsələr, məhrəm olmaq sabit olmur, gərək yəqinə çatsınlar.
    TƏLAQ
    Məsələ 2135: Öz arvadına təlaq verən kişi aqil, ehtiyat vacibə görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli, təlaq siğəsini zarafatyana desə düzgün deyil.
    Məsələ 2136: Vacib ehtiyata əsasən, təlaq siğəsi düzgün ərəb dilində oxunmalıdır və iki adil kişinin onu eşitməsi vacibdir. Əgər ər özü təlaq siğəsini oxumaq istəsə, arvadının adı, məsələn, Fatimədirsə, deyir:
    زَوجَتىِ فَاطِمَةُ طَالِقُ
    (Zəvcəti Fatimətu taliqun- yəni, arvadım Fatimə arvadlıqdan azaddır).
    Əgər başqasını vəkil etsə, o vəkil deməlidir:
    زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ
    (Zəvcətu muvəkkili Fatimətu taliqun- yəni, müvəkkilimin arvadı azaddır.)
    Məsələ 2137: Qadın təlaq zamanı heyz, nifas qanından pak olmalı və habelə, o paklıq zamanı əri onunla cinsi yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, ehtiyata əsasən, təlaq kifayat deyil; ikinci dəfə aybaşı olub, sonra pak olmalıdır (bu iki şərtin izahı sonrakı məsələlərdə gələcək).
    Məsələ 2138: Üç yerdə heyz və nifas halında təlaq vermək düzgündür:
    1-İzdivacdan sonra ər mütləq halda onunla cinsi əlaqədə olmayıbsa; 2-Hamilə olsa; 3-Qadın hazır olmadığı (qaib olduğu) üçün əri bilməsin və yaxud qadının pak olmasını başa düşmək onun üçün müşkül olsun.
    Məsələ 2139: Əgər bir şəxs qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu məlum olsa təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu məlum olsa, onun təlağı düzgündür.
    Məsələ 2140: Öz arvadının heyz və ya nifas halında olduğunu bilən şəxs qaib olsa (məsələn, səfərə getsə) və ona təlaq vermək istəsə, amma qadının halından xəbər tuta bilməsə, qadınların adətən heyz və ya nifasdan pak olacaqları müddətə qədər gözləməlidir.
    Məsələ 2141: Əgər arvadı ilə cinsi yaxınlıqda olub, ona təlaq vermək istəsə, heyz görüb, pak olmasına qədər səbr etməlidir. Lakin hamilə olsa, cinsi yaxınlıqdan sonra fasiləsiz olaraq təlaq verə bilər. Həmçinin, əgər yaisə olsa, yəni yaşı 50-dən çox olsa, yuxarıdakı hökmlə eynidir.
    Məsələ 2142: Əgər heyz və nifasdan pak olan arvadı ilə cinsi əlaqədə olsa, sonra səfər getsə və qadının halından xəbər tutmaq üçün araşdırma aparmaq imkan olmasa, əgər ona təlaq vermək istəsə, vacib ehtiyata əsasən, ən azı bir ay səbr edib sonra təlaq verməlidir.
    Məsələ 2143: Xəstəlik və yaxud başqa səbəblə əlaqədar aybaşı olmayan qadına əri təlaq vermək istəsə, onunla cinsi əlaqədə olduğu vaxtdan üç ay onunla cinsi yaxınlıqdan çəkinməli və sonra ona təlaq verməlidir.
    Məsələ 2144: Müvəqqəti evlənmənin (siğənin) təlaqı yoxdur, müddəti bitdikdə və yaxud kişi ona müddəti bağışladıqda onun arvadlığından azad olur. Onun aybaşıdan paklanması və iki nəfər şəxsi şahid tutmaq lazım deyil.
    Təlağın iddəsi
    Məsələ 2145: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yəni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər.
    Məsələ 2146: Aybaşı olan qadınlarda iddə müddəti, ehtiyata əsasən, səbr edib ikinci dəfə aybaşı olduqdan sonra pak olmalı və üçüncü heyzi gördükdə onların iddəsi tamam olur.
    Məsələ 2147: Aybaşı olmayan qadın, əgər aybaşı olan qadınlarla yaşıd olsa, əri cinsi əlaqədən sonra ona təlaq versə, təlaqdan sonra üç ay iddə saxlamalıdır. Üç aydan məqsəd budur ki, əgər ayın əvvəlidirsə üç qəməri ayı tamam və əgər ayın başqa günüdürsə, məsələn, 5-i, 10-u, dördüncü ayın 5-i, 10-u çatdıqda, onun iddəsi tamam olur. Məsələn, rəcəb ayaının 5-də təlaq alıbsa, şəvval ayının 5-də iddəsi tamam olur.
    Məsələ 2148: Hamilə qadınların iddəsinin sonu uşağın doğulması və yaxud abort olunmasıdır. Hətta təlaqdan bir saat keçdikdən sonra uşaq dünyaya gəlsə, onun iddəsi tamam olur və ərə gedə bilər.
    Məsələ 2149: Müvəqqəti evlənmənin iddəsi müddət tamam olandan sonra aybaşı olduğu halda iki kamil heyz qədərdir, əgər aybaşı olmursa 45 gün tamamdır.
    Məsələ 2150: Təlaq iddəsinin əvvəli qadının bilib-bilməməsindən asılı olmayaraq, təlaq siğəsinin oxunduğu vaxtdan etibarən başlayır. Əgər iddə qurtarandan sonra ona təlaq verilməsini başa düşsə, yenidən iddə saxlaması lazım deyil.
    Əri ölən qadının iddəsi
    Məsələ 2151: Əri ölən qadın daimi və yaxud müvəqqəti evlənmədən, ərinin onunla yaxınlıq edib-etməməsindən asılı olmayaraq, 4 ay 10 gün iddə saxlamalıdır; hətta yaisə qadın da vəfat iddəsi saxlamalıdır. Hamilə olduqda isə doğuşa qədər iddə saxlamalıdır. Lakin, uşaq 4 ay 10 gün keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün keçənə qədər davam etməlidir.
    Məsələ 2152: Vəfat iddəsində olan qadın bəzəkli paltar geyməkdən, sürmə çəkməkdən, həmçinin zinət sayılan sair işlərdən çəkinməlidir.
    Məsələ 2153: Əgər qadın ərinin dünyadan getməsinə yəqinliyi olsa və vəfat iddəsi saxlayıb ərə getsə, sonradan ərinin ölməsi məlum olsa, ikinci ərindən ayrılmalıdır və vacib ehtiyata əsasən, əgər hamilədirsə, təlaq iddəsində deyildiyi kimi, ikinci əri üçün iddə saxlamalıdır və ondan sonra birinci əri üçün 4 ay 10 gün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə deyilsə, birinci əri üçün vəfat iddəsi və sonra ikinci əri üçün təlaq iddəsi saxlamalıdır.
    Məsələ 2154: Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtdan başlanır.
    Məsələ 2155: Əgər qadın "mənim iddəm tamam olub” desə, qəbul edilməlidir. Bir şərtlə ki, töhmət mövqeyində olmamalı və vacib ehtiyata əsasən, etimadlı olmalıdır.
    Bain və rici təlağı
    Məsələ 2156: Təlaq iki qisimdir: Bain təlağı və rici təlağı. Bain təlağı odur ki, kişinin arvadına dönmək hüququ yoxdur (dönməkdə məqsəd budur ki, kişi əqdsiz olaraq arvadı ilə barışıb, onu yenidən arvadlığa qəbul etsin).
    Bain təlağı da öz növbəsində 5 qismə bölünür: 1- Doqquz yaşı tamam olmayan qadının təlağı; 2- Yaisə qadının təlağı – yəni yaşı əllini keçsə; 3- Evləndikdən sonra əri onunla cinsi əlaqədə olmayan qadın; 4- Üç dəfə təlaq verilən qadının üçüncü təlağı; 5- Xül və mübarat təlağı. Bunların şərhi sonradan gələcək. Başqa təlaqlar isə rici təlaq adlanır və qadın iddədə olduğu zaman kişi ona dönə bilər.
    Dönməyin hökmləri
    Məsələ 2157: Əgər kişi arvadına rici təlağı versə, onu iddə zamanı yaşadığı evdən çıxarda bilməz (bəzi xüsusi hallarda istisnadır). Həmçinin, qadının özünə də lazımsız işlərdən ötrü evdən çölə çıxması haramdır.
    Məsələ 2158: Rici təlaqda kişi nikah siğəsi oxumadan arvadına dönə bilər. Dönmək iki qismdir: 1- Sözünün mənası o arvadı yenidən arvadlığa qəbul etmək olsun; 2- Həmin mənanı çatdıran bir iş görməlidir.
    Məsələ 2159: Kişinin döndüyü zaman şahid tutması, yaxud arvada xəbər verməsi lazım deyil. Hətta heç kəsin başa düşmədiyi halda "arvadıma döndüm” desə, düzgündür.
    Məsələ 2160: Əgər kişi arvadından bir malıb, təlaqdan sonra ona dönməyəcəyinə, yaxud dönmək hüququna malik olmamasına razılaşsa, dönmək hüququ pozulmur.
    Məsələ 2161: Bir şəxs arvadına ikinci dəfə təlaq verib, sonra əqd etsə və yaxud yenidən ona dönsə (vacib ehtiyata əsasən, hər dəfə cinsi yaxınlıq edib, heyz görüb, pak olduqdan sonra ona təlaq versin), üçüncü dəfə ona təlaq versə, o qadın ona haram olar; o qadın yalnız bir halda ona halal olacaq ki, iddə keçdikdən sonra başqa bir ərlə daimi əqd edib, onunla cinsi yaxınlıq etsin və sonra ona təlaq verilsin. Belə bir halda iddədən sonra birinci ər onunla evlənə bilər.
    Xül təlağı
    Məsələ 2162: Əri ilə yaşamağa rəğbəti olmayan bir qadın onların ər-arvadlığı davam etdikdə günaha düşmək qorxusu olsa, ona təlaq vermək üçün öz mehriyyəsini və yaxud başqa malını ərinə bağışlaya bilər. Bu təlağa xül təlağı deyilir.
    Məsələ 2163: Vacib ehtiyata əsasən, xül təlağqı siğəsi aşağıda qeyd edilən şəkildə olsun:
    Əgər ər özü təlaq siğəsini oxumaq istəsə və qadının adı məsələn, Fatimə olsa, deməlidir:
    زَوجَتِى فَاطِمَةُ خاَلَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طاَلِقُ
    (Zəvcəti Fatimətu xalətuha əla mabəzələt hiyə taliq-
    yəni, "arvadım Fatiməni verdiyi şeylər müqabilində xul təlağı verdim və o azaddır.”)
    Əgər onun vəkili siğə oxumaq istəsə, vacib ehtiyata əsasən, bir nəfər qadın və bir nəfər də kişi tərəfindən vəkil olur, bu halda məsələn, ərin adı Məhəmməd, arvadın adı Fatimə olsa, qadının vəkili deyir:
    عَن مُوَكِّلَتي فَاطِمَةَ بَذلتُ مَهرَهَا لِمُوَكِّلىِ کَ مُحَمَّدٍ لِيَخلَعَهَا عَلَيهِ
    )Ən muvəkkiləti Fatimətə bəzəltu məhrəha limuvəkkilikə Muhəmmədin liyəxləəha ələyhi)
    Ondan sonra kişinin vəkili dərhal deməlidir:
    زَوجَةُ مُوَكِّلىِ خَالَعتُهَا عَلَى مَابَذَلَت هِىَ طَالِقُ
    (Zəvcətu muvəkkili xalətuha əla ma bəzələt hiyə taliqun). (Əgər qadın mehriyyədən başqa şey ərinə bağışlasa, siğə oxuyan zaman onun adını çəkməlidir).
    Mübarat təlağı
    Məsələ 2164: Əgər ər-arvad bir-biri ilə yaşamaq istəməsə və qadın öz mehriyyəsini, yaxud başqa malı kişiyə təlaq verməsi üçün bağışlasa, belə təlaqa "mübarat təlağı” deyilir.
    Məsələ 2165: Vacib ehtiyata əsasən, mübarat siğəsini aşağıda qeyd edilən qayda ilə oxumalıdırlar. Əgər ərin özü mübarat siğəsini oxumaq istəsə və arvadının adı məsələn, Fatimə olsa, deyir:
    بَارَأتُ زَوجَتِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طَالِقُ
    (Barətu zəvcəti Fatimətə əla ma bəzələt fəhiyə taliq)
    (Yəni, arvadım Fatiməyə, mehriyyəsinin müqabilində mübarat verdim (bir-birimizdən ayrıldıq) və o azaddır.) (Əgər mehriyyədən başqa bir şey verirsə adını çəkməlidir) və əgər kişinin vəkili siğəni oxumaq istəsə deməlidir:
    بَارَأتُ زَوجَةَ مُوَكِّلِى فَاطِمَةَ عَلَى مَابَذَلَت فَهِىَ طاَلِقُ
    (Barətu zəvcətə muvəkkili Fatimətə əla ma bəzələt fəhiyə taliq)
    Əlbəttə, qabaqcadan qadın öz mehriyyəsini və yaxud ondan az olan bir şeyi mübarat təlağı müqabilində ərinə bağışlamalıdır.
    Məsələ 2166: Vacib ehtiyata əsasən, xül və mübarat təlaqlarının siğələri ərəb dilində düzgün oxunmalıdır. Lakin, qadın malını bağışlamaq üçün ərinə "Mənə təlaq vermək üçün filan malı sənə bağışladım” desə, maneəsi yoxdur.
    Məsələ 2167: Əgər qadın xul, yaxud mübarat təlağı əsnasında öz bağışladığı şeyi vermək fikrindən dönsə, əri əqd oxumadan yenidən onu özünə arvad edə bilər.
    Məsələ 2168: Mübarat təlağı üçün ərin aldığı mal mehriyyədən çox olmamalıdır. Hətta vacib ehtiyata əsasən, (mehriyyədən) az olmalıdır. Ancaq xul təlağında hər nə qədər olsa, eybi yoxdur.
    Təlağın müxtəlif məsələləri
    Məsələ 2169: Əgər bir kişi bir qadının öz arvadı olduğunu güman edib naməhrəm qadınla cinsi yaxınlıq etsə, onun əri olduğunu bilib-bilməməsindən asılı olmayaraq, həmin qadın iddə saxlamalıdır (təlaq iddəsi qədər). Əgər kişi o qadının öz arvadı olmamasını və qadınsa onu öz əri bilirsə, bu halda da vacib ehtiyata əsasən, iddə saxlamalıdır.
    Məsələ 2170: Əgər bir kişi bir qadını öz ərindən təlaq alıb, onun arvadı olması üçün aldatsa, o qadına verilən təlaq və əqd düzgündür. Lakin, hər ikisi böyük günah iş görmüşdür.
    Məsələ 2171: Əgər qadın nikah əsnasında ərin, məsələn, (uzunmüddətli) səfərə getdiyi, narkotik maddələrə qurşanıb narkoman olduğu, yaxud onun xərcini vermədiyi halda təlağın ixtiyarı onun əlində olmasını şərt etsə, bu şərt batildir. Lakin, o, əri tərəfindən vəkil olub, hər vaxt bu işləri yerinə yetirsə, özünə təlaq verməsini şərt etsə, bu vəkalət düzgündür və belə bir halda özünə təlaq vermək hüququ var.
    Məsələ 2172: Ərindən heç bir xəbər olmayan qadın ərinin ölüb-ölməmədiyini bilmədiyi halda təlaq alıb ərə getmək istəsə, adil müctəhidin yanına getməli və şəriətdə qeyd edilən xüsusi hökmlərə uyğun əməl etməlidir.
    Məsələ 2173: Dəlinin atası və yaxud atasının atası, onun arvadına məsləhət olduğu halda təlaq verə bilərlər. Azyaşlı uşağın vəlisi (hansı ki, onun üçün daimi arvad əqd etmişdir) vacib ehtiyata əsasən, ona təlaq verə bilməz. Amma onun üçün müvəqqəti arvad əqd ediblərsə məsləhət olduğu halda müddətin qalan hissəsini bağışlaya bilərlər.
    Məsələ 2174: Əgər bir şəxs iki nəfəri adil bilib arvadına onların yanında təlaq versə və başqaları onları adil bilmirlərsə, vacib ehtiyata əsasən, o arvadı özünə və yaxud başqasına əqd etməməlidir. Lakin, onların ədalətli olmasında şəkk etsə, maneəsi yoxdur.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 564 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019