İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    YEMƏLİLƏR VƏ İÇMƏLİLƏR
    Halal və haram ətli heyvanlar
    Məsələ 2256: Ev inəyinin, qoyununun, dəvəsinin və habelə çöl inəyinin, qoyununun, keçisinin, eşşəyinin, ceyranının ətini yemək halal, atın, qatırın və ulağın ətini yemək məkruh, ümumilikdə yırtıcı heyvanların və həmçinin fil, dovşan və həşaratların əti haramdır.
    Məsələ 2257: Caynaqlı quşların, göydə uçarkən qanad çalmayan və yaxud qanad çalmaları süzmələrindən az olan quşların əti haramdır. Lakin qanad çalan quşların, yaxud qanad çalmaları süzmələrindən çox olan quşların, məsələn, göyrçin növləri, kəklik, qırqovul ətləri halaldır. Şanapipik quşunun əti isə məkruhdur.
    Məsələ 2258: Əgər diri heyvanın bir hissəsini ayırsalar, quyruğu və əti olmasından asılı olmayaraq, onu yemək haramdır.
    Əti halal olan heyvanların haram üzvləri
    Məsələ 2259: Əti halal olan heyvanlarda (vacib ehtiyata əsasən, onların bəzilərində) on dörd şey haramdır:
    1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi; 14- Böyük heyvanların dırnağı arasında olan hissə. Ərəblər buna "Zatul-şac” deyir. Amma sərçə kimi kiçik heyvanalarda bunu ayırd etmək və yaxud ayırmaq mümkün olmadığı üçün yeyilməsinin iradı yoxdur.
    Haram yeməlilər və içməlilər
    Məsələ 2260: İnsanın təbiətinə zid olan çirkili, igrənc şeyləri (heyvanların fəzləsi, burun suyu və s.), pak olmasından aslı olmayaraq, yemək haramdır.
    Məsələ 2261: Torpaq və gili yemək haramdır. Lakin, Seyyidlər ağası həzrət İmam Hüseynin (ə) türbətindən (bir noxuddan az) şəfa məsədi ilə yeməyin işkalı yoxdur. Həmçinin, müalicə üçün Dağıstan və İrəvan gilini yemək, əgər əlacı yalnız bunları yeməkdə olsa, caizdir.
    Məsələ 2262: İnsana ciddi zərər vuran şeyi yeyib-içmək haramdır. Siqaret çəkmək və müxtəlif tütün məmulatları, xüsusi ilə, narkotik maddələr, iynə ilə vurulmasından, tüstü kimi çəkilməsindən, yeyilməsindən və hər bir vasitə ilə olmasından aslı olmayaraq, mütləq şəkildə haramdır. Həmçinin, istehsalı, alqı-satıqısı və onun yayılmasına göstərilən hər bir dəstək, haramdır.
    Məsələ 2263: Əgər bir inək, qoyun və dəvə ilə yaxınlıq etsələr, onların ətlərinin haram olmasılndan əlavə, vacib ehtiyata əsasən, sidik və qaitləri nəcis, südlərini içmək isə haramdır. O heyvanların başı kəsilməli, leşləri yandırılmalıdır. Onlarla yaxınlıq edən şəxs pulunu sahibinə verməlidir.
    Məsələ 2264: Şərab içmək haram və böyük günahlardan biridir və bəzi rəvayətlərdə ən böyük günahlardan sayılmışdır. Onu halal bilən şəxs şərabı halal bilməyin Allahı, Peyğəmbəri (s) danmaq olduğunu bilsə, kafirdir. İmam Sadiqdən (ə) belə nəql edilib: "Şərab pisliklərin kökü, günahların mənşəyidir; şərab içən şəxs ağlını itirir və o halda Allahı tanımır və heç bir günahdan qorxusu olmur, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının hüquqlarına riayət etmir, aşkar pisliklərdən üz döndərmir; iman və allahşünaslıq ruhu ondan xaric olur və Allahın rəhmətindən uzaq olan bir ruh bədənində qalır; Allah, mələklər, peyğəmbərlər, möminlər ona lənət edir, qırx günə qədər namazı qəbul olmur və Qiyamət günü üzü qara olar!”
    Məsələ 2265: Şərabdan məqsəd məstedici içkilərdir və pivə də onlardan biri sayılır və hətta bir damla və ondan da az şərab içmək haramdır.
    Məsələ 2266: İçki düzülmüş süfrə kənarında əyləşməklə insan onlardan biri sayılarsa, orada oturmaq və yeməklərin halal olmasından asılı olmayaraq, bir şey yemək haramdır.
    Məsələ 2267: Susuzluq və aclıqdan ölüm ərəfəsində olan müsəlman şəxsə çörək, su verib onu ölümdən xilas etmək hər bir müsəlmana vacibdir.
    Yemək yeməyin müstəhəb və məkruh əməlləri
    Məsələ 2268: Yemək halında bir neçə işi yerinə yetirmək, savab qəsdi ilə müstəhəbdir: 1-Yemək yeməzdən öncə hər iki əli yumaq; 2-Yemək yedikdən sonra da əlini yuyub dəsmalla qurulasın; 3-Ev sahibi qonaqlardan öncə yemək yeməyə başlasın və hamıdan sonra əlini yeməkdən çəksin; 4- Yemək yediyi zaman "Bismillah” sonunda isə "Əlhəmdulillah” desin. Əgər süfrədə müxtəlif çeşidli yemək varsa, onların hər birini yedikdə "Bismillah” desin; 5-Sağ əli ilə yemək yesin; 6-Əgər bir neçə nəfər bir süfrə kənarında yemək yeyirlərsə, hər biri qarşısına qoyulan yeməkdən yesin; 7-Kiçik loğma götürsün; 8-Tələsərək yemək yeməsin, uzun fasilə ilə yemək yesin və yeməyi yaxşı çeynəsin; 9-Yeməkdən sonra xilal edib, yemək qırıntılarını dişlərinin dibindən təmizləsin və ağzını yusun; 10- Yemək qırıntılarını kənara atmasın, səhrada yemək yediyi zaman yemək qalıqlarını quşlar və heyvanlar üçün saxlasın; 11- Gün ərzində iki dəfə - günün və gecənin əvvəlində yemək yesin;12- Yeməyin əvvəl və axırında düz yesin; 13- Bütün meyvələri yeməzdən öncə yusun; 14- İmkan daxilində süfrəsinin kanarında qonağı olsun.
    Məsələ 2269: Aşağıda qeyd edilən əməllər yemək halında məkruhdur:
    1-Tox halda yemək yemək; 2-Çox yemək; Nəql edilmişdir ki, Allahın hamıdan çox qarını dolu olan şəxslərdən xoşu gəlmir; 3-Yemək halında başqalarının üzünə baxmaq; 4-Yeməyi qaynar halda yemək; 5-Yediyi, içdiyi şeyə üfürmək; 6- Çörək süfrəyə qoyulduqdan sonra nəyinsə yolunu gözləmək; 7- Bıçaqla çörəyi kəsmək; 8-Çörəyi qabın altında qoymaq və ona edilən hər bir ehtiramsızlıq; 9- (Qabığı ilə yeyilən) meyvələrin qabığını soymaq; 10- Meyvəni tam yemədiyi halda uzağa atmaq.
    Su içməyin müstəhəb və məkruh əməlləri
    Məsələ 2270: Su içən zaman bir neçə iş tövsiyə edilmişdir: 1-Suyu sovuraraq içsin; 2- Gündüz ayaq üstə su içsin; 3 Su içməzdən öncə "Bismillah” və içdikdən sonra isə "Əlhəmdulillah” desin; 4-Suyu bir nəfəsə yox, üç nəfəsə içsin; 5-Suyu meyli olan halda içsin; 6- Su içəndən sonra İmam Hüseyn (ə) və onun ailəsini xatırlasın və onun düşmənlərinə lənət oxusun.
    Məsələ 2271: Rəvayətlərdə su içmək barədə bir neçə şey qadağan edilmişdir: 1- Çox içmək; 2-Yağlı yeməkdən sonra su içmək; 3- Gecə ayaq üstə su içmək; 4-Sol əl ilə su içmək; 5- Kuzənin sınıq yerindən və yaxud qulp tərəfindən içmək.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 466 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019