İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    NƏZİR VƏ ƏHD
    Məsələ 2272: İnsanın Allaha xatir xeyir bir işi öz öhdəsinə götürməsi və ya bəyənilməyən bir işi tərk etməsi nəzir adlanır.
    Məsələ 2273: Nəzirin iki növü var: şərtlə yerinə yetirilən nəzir (məsələn, bir şəxs deyir ki, xəstəm sağalsa, Allaha xatir filan işi öhdəmə götürürəm; belə bir nəzir şükür nəziri adlanır; ya da insan pis işi yol verəcəyi təqdirdi Allaha xatir xeyir bir iş görəcəyini öhdəsinə götürür); ikinci növ nəzir mütləq nəzirdir. Mütləq nəzir edən şəxs heç bir qeyd-şərtsiz deyir: "Mən Allaha xatir nəzir edirəm ki, gecə namazı qılım.” Yuxarıda göstərilən şəkillərdə nəzir düzgün nəzirdir.
    Nəzir və əhdin şərtləri və hökmləri
    Məsələ 2274: Nəzir bu işdən ötrü siğə oxunduğu vaxt düzgün sayılır. Bu siğə həm ərəbcə, həm də başqa dillərdə ola bilər. Əgər bir şəxs "filan istəyim yerinə yetsə Allaha xatir fəqirə filan qədər mal verməyi öhdəmə götürürəm” söyləsə, onun nəziri düzgündür. Nəzir edən şəxs söyləsə ki, filan istəyim yerinə yetsə Allaha xatir filan işi yerinə yetirərəm, kifayət edər.
    Məsələ 2275: Nəzir o zaman düzgün sayılır ki, nəzir edən büluğ həddinə çatmış, ağıllı şəxs olsun. Məcburi şəkildə, əsəbi halda edilən nəzir düzgün deyil.
    Məsələ 2276: Malını boş yerə sərf edən səfeh adamın, eləcə də, müflis olduğu üçün şəri hakim tərəfindən malına qadağa qoyulmuş şəxsin həmin maldan nəzir etməsi düzgün sayılmır.
    Məsələ 2277: Əgər qadının nəzri onun ərinin hüquqlarını pozarsa, onun icazəsiz nəzri batildir. Əgər ərinin hüquqlarını pozmazsa, müstəhəb ehtiyat budur ki, ərinin icazəsi ilə nəzir etsin.
    Məsələ 2278: Əgər qadın lazım gəldiyi halda ərinin icazəsi ilə nəzir edərsə, əri vacib ehtiyata əsasən onun nəzrini poza bilməz və ya bu nəzirin qarşısını ala bilməz.
    Məsələ 2279: Övlad nəzir etmək üçün atasından icazə almaya bilər. Amma ediləcək nəzir ataya əziyyət olarsa, belə bir nəzir düzgün sayılmaz.
    Məsələ 2280: Yalnız yerinə yetirilməsi mümkün olan işləri nəzir etmək mümkündür.
    Məsələ 2281: İnsanın nəzir etdiyi iş şərən bəyənilməlidir. Beləcə, haram və ya məkruh işlərin görülməsini, vacib və ya müstəhəb işlərin tərk edilməsini nəzir etmək düzgün deyil.
    Məsələ 2282: Nəzir ediləcək işini bütün xırdalıqlarının bəyənilməsi zəruri deyil. Əgər iş özü şərən bəyənilirsə, bu bəs edir. Məsələn, nəzir edilərsə ki, hər ayın ilk gecəsi gecə namazı qılınacaq, bu nəzir düzgündür və ona əməl edilməlidir. Əgər nəzir edilsə ki, yoxsullara müəyyən bir yerdə təam veriləcək, həmin nəzirə deyildiyi şəkildə əməl olunmalıdır.
    Məsələ 2283: Yerinə yetirilməsi və ya tərk olunması eyni dərəcədə mübah olan bir işi nəzir etmək mümkün deyil. Amma həmin işi yerinə yetirmək və ya tərk etmək müəyyən bir baxımdan daha yaxşıdırsa, həmin məqsədlə nəzir etmək olar. Məsələn, nəzir edilsə ki, ibadətə qüvvə olması üçün bir şey yeyiləcək və ya ibadətdə süstlük yaranan bir qida tərk olunacaq, bu nəzir düzgündür.
    Məsələ 2284: Bir şəxs nəzir etsə ki, oruc tutacaq, amma onun vaxtını və miqdarını müəyyənləşdirməsə, bir gün oruc tutsa bəs edər. Eləcə də, miqdarı və necəliyi müəyyənləşdirilmədən namaz qılmaq nəzir edilsə, iki rəkət namaz qılmaq bəs edər. Digər xeyir işlərin nəziri də belədir.
    Məsələ 2285: Bir şəxs nəzir etsə ki, müəyyən bir gün oruc tutacaq, vacib ehtiyat budur ki, həmin gün səfərə çıxmasın və orucunu tutsun. Əgər həmin gün səfərə çıxsa nəzir etdiyi orucun qəzasını tutması vacibdir. Vacib ehtiyat budur ki, kəffarə də versin.
    Məsələ 2286: Bir şəxs imkan olan halda nəzirini yerinə yetirməsə günaha yol vermişdir və kəffarə də ödəməlidir. Nəzirin kəffarəsi 60 fəqiri doyurmaq, ya iki ay ardıcıl oruc tutmaq, ya da bir qul azad etməkdir.
    Məsələ 2287: Əgər bir şəxs müəyyən bir əməli müəyyən vaxtadək tərk edəcəyini nəzir edərsə, həmin müddət ötdükdən sonra həmin işi yerinə yetirə bilər. Vaxt tamam olmamış yaddan çıxardığı üçün və ya məcburi şəkildə həmin işi görsə, günah etməmişdir. Amma nəzərdə tutulan vaxtadək həmin işi görməməsi lazımdır. Bir şəxs üzürsüz səbəbdən nəzirini pozub həmin işi görərsə, ötən məsələdə deyildiyi kimi kəffarə verməlidir.
    Məsələ 2288: Bir şəxs müəyyən bir əməli daimi olaraq tərk edəcəyini nəzir edərsə və vaxt müəyyənləşdirməzsə, ixtiyari şəkildə nəzrini pozduqda birinci dəfə kəffarə verir. Əgər nəziri elə bir şəkildə olarsa ki, hər dəfə uyğun əməli yerinə yetirdikdə nəzirdən sayılsın, hər dəfə kəffarə ödəmək vacib ehtiyatdır. Belə bir məqsəd olmasa və ya bu işi məqsədlə gördüyünə şəkk etsə, bir kəffarə bəs edir.
    Məsələ 2289: Əgər hər həftənin müəyyən günü (məsələn, cümə günü) oruc tutmaq nəzir edilərsə, cümələrdən biri fitr və qurban bayramına düşdükdə, eləcə də, heyz kimi bir üzür olduqda, oruc tutmamalı, ehtiyatən, həmin orucun qəzasını yerinə yetirməlidir.
    Məsələ 2290: Əgər bir şəxs müəyyən miqdarda pul sədəqə verməyi nəzir edərsə, sədəqəni verməmiş öldükdə onun malından həmin miqdarda sədəqə verilməlidir.
    Məsələ 2291: Əgər müəyyən bir fəqirə sədəqə vermək nəzir olunarsa, həmin sədəqəni başqa fəqirə vermək olmaz və həmin fəqir ölərsə, ehtiyata əsasən, sədəqə onun varisinə verilməlidir.
    Məsələ 2292: Əgər imamlardan birinin, məsələn, imam Hüseynin (ə) ziyarətinə getmək nəzir olunsa, başqa bir imamın ziyarətinə getmək bəs etmir. Üzürlü səbəbdən imamın ziyarətinə gedə bilməsə, eybi yoxdur.
    Məsələ 2293: Ziyarətə getməyi nəzir etmiş şəxs ziyarət qüslü verməyi və namaz qılmağı nəzir etməmişsə, bu işləri görməsi vacib deyil.
    Məsələ 2294: Əgər imam və ya imamzadələrdən birinin hərəmi üçün bir şey nəzir edilərsə, həmin şey hərəmə sərf olunmalıdır. Təmir işləri, xalı-xalça, işıqlandırma, hərəmə xidmət bu qəbildəndir. Amma hərəmin adını çəkmədən imam və ya imamzadə üçün bir şey nəzir olunarsa, həmin şeyi adı çəkilən işlərlə yanaşı əzadarlıq və anım mərasimlərinə, həmin şəxslərlə bağlı əsərlərin nəşrinə, onların ziyarətçilərinə sərf etmək olar.
    Məsələ 2295: Nəzir olunmuş qoyunun yunu, çəkisindəki artım da nəzirdən sayılır. Nəzir olunmuş qoyun balalayarsa və ya süd verərsə, vacib ehtiyata əsasən balası və südü də nəzirə sərf olunmalıdır.
    Məsələ 2296: Bir şəxs xəstəsinin sağalması, səfərdə olan yaxın bir insanın sağ-salamat geri qayıtması üçün xeyir bir iş nəzir edərsə, nəzir edənədək xəstəsi sağalsa və ya səfərdə olan yaxın adamı qayıtsa, həmin nəzirə əməl etməsi vacib deyil.
    Məsələ 2297: Ata və ya ana qızını seyidə ərə verməyi nəzir edərsə, bu nəzir etibarlı sayılmır. Büluğ həddinə çatmış qızın ixtiyarı özündədir.
    Məsələ 2298: Nəziri yerinə yetirmək vacib olduğu kimi əhdə də əməl etmək vacibdir. Bir şərtlə ki, əhd siğəsi oxunmuş olsun. Məsələn, deyilir: "Allahla əhd edirəm ki, filan xeyir işi görüm.” Amma siğə oxunmasa və ya nəzərdə tutulan iş şərən bəyənilməsə, əhd etibarsız sayılır.
    Məsələ 2299: Əgər bir şəxs yuxarıda qeyd olunan şərtlər daxilində əhdinə əməl etməsə, kəffarə verməlidir. Əhdin də kəffarəsi nəzirin kəffarəsi kimidir. Yəni 60 fəqiri doyurmaq, 2 ay ardıcıl oruc tutmaq və ya bir qul azad etmək. (2 ay orucun 31 günü ardıcıl tutulur).

    AND İÇMƏK
    And içməyin şərtləri
    Məsələ 2300: Bir şəxs aşağıdakı şərtlər ödənməklə and içərsə, andına əməl etməlidir. Əks təqdirdə kəffarə ödəməsi vacibdir.
    1. And içən şəxs büluğ həddinə çatmış və ağıllı olmalıdır. Öz malı ilə bağlı and içən şəxs səfeh olmamalıdır. Şəri hakim bir şəxsə malını sərf etməyi qadağan edərsə, həmin şəxs malı ilə bağlı and içə bilməz. And məqsədli və könüllü olmalıdır. Bu səbəbdən də uşağın, ağılsız şəxsin və məcbur edilənin andı düzgün sayılmır. Bir şəxs əsəbləşərək istəksiz və məqsədsiz and içərsə düzgün deyil.
    2. Andda nəzərdə tutulan iş haram və məkruh olmamalıdır. Vacib və ya müstəhəb bir işi tərk etməklə bağlı and içmək olmaz. Mübah bir işi yerinə yetirməklə bağlı and içilərsə, bu işin tərk edilməsi yerinə yetirilməsindən üstün sayılmamalıdır. Eləcə də mübah bir işi tərk etməklə bağlı and içildikdə həmin işin yerinə yetirilməsi tərk olunmasından üstün sayılmamalıdır.
    3. Allahın adlarından birinə and içmək olar. Bu ad təkcə Allaha məxsus "Allah” adı və ya başqa ünvanlara da işlənən adlardan ola bilər. Sadəcə deyiləndən məlum olmalıdır ki, nəzərdə Allah tutulub. Amma bir şəxs Allahı nəzərdə tutmadan and içdikdə onun Allaha and içdiyi düşünülərsə, vacib ehtiyata əsasən, həmin anda əməl etməlidir.
    4. And dilə gətirilməlidir. Andı qəlbdən keçirmək bəs etmir. Yazı ilə anda ehtiyatən əməl olunmalıdır. Amma lal adam işarə ilə and içə bilər.
    5. Andın düzgün olması üçün onun yerinə yetirilməsi düzgün sayılır. Bir şəxs mümkün olmayan iş üçün and içib, sonra aciz qalarsa və ya məşəqqətə düşərsə, uyğun vəziyyət yaranan andan andı pozulur.
    Andın hökmləri
    Məsələ 2301: Əgər ata övladına and içməyi qadağan edərsə və ya ər öz arvadının and içməsinə mane olarsa, onların ad içməsi düzgün deyil. Övlad atadan, qadın ərdən icazəsiz and içdikdə onların andı düzgün sayılmır.
    Məsələ 2302: Bir şəxs bilərəkdən andını pozarsa kəffarə verməlidir. Andı pozmağın kəffarəsi 10 yoxsulu doyurmaq və ya onlara libas verməkdir. Kəffarə olaraq bir qul da azad etmək olar. Bu kəffarələri yerinə yetirməyə qadir olmasa 3 gün oruc tutmalıdır.
    Məsələ 2303: Bir şəxs unutqanlıqdan, çarəsizlikdən və ya məcburi olaraq andına əməl etməsə, kəffarəsi yoxdur. Vasvası adamın andı, məsələn "and olsun Allaha, indi namaza başlayıram” deməsi və vasvasılıq səbəbindən ixtiyarsız olaraq andını yerinə yetirməməsinin kəffarəsi yoxdur.
    Məsələ 2304: Bir şəxs müəyyən mövzunun isbatı üçün and içərsə, dediyi söz düzgün olduqda and içməsi məkruhdur. Əgər yalan desə, andı haramdır və kəbirə günah sayılır. Amma müsəlman bir şəxs zalımın şərindən qurtulmaq üçün and içə bilər. Hətta belə bir and vacibdir. Belə bir and öncəki andlardan fərqlənir.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 737 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024