İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    DƏFN, QƏBRİN AÇILMASI VƏ QƏBRİN TƏMİRİNƏ AİD MƏSƏLƏLƏR
    Sual 370. İllərcə bundan qabaq dəfn olunan bir şəxsin qəbrində meyyit dəfn etmək (ehtimal budur ki, birinci meyyit aradan getmiş, təkcə sümükləri qalmışdır) düzgündür, ya yox?
    Cavab: Başqa şəxsin qəbrində meyyit dəfn etmək qəbrin açılmasına, cəsədin görsənməsinə və ehtiramsızlığa səbəb olan surətdə caiz deyil. Qəbir sahibinin sümüklərinin çürüyüb torpağa qarışmasına yəqinlik hasil olmasa onun qəbrini açmaq caiz deyildir. Əgər qanunsuz yolla açılıbsa, şəriət baxımından başqa bir meyyiti orada dəfn etməyin eybi yoxdur, lakin xoşagəlməz bir haldır.
    Sual 371. Zərbə və təcavüz nəticəsində dünyadan gedən bir şəxs dəfn olunmuşdur. Cənazənin ölüm səbəbini müayinə etmək üçün qəbri açmaq caizdirmi?
    Cavab: Bir halda ki, haqqı sübut etmək qəbrin açılmasına bağlıdır, eybi yoxdur.
    Sual 372. İki təbəqəli qəbirlərin aşağı təbəqəsində qadın dəfn olunubsa, yuxarı təbəqədə qadına məhrəm olmayan başqa bir kişini dəfn edə bilərlərmi?
    Cavab: Əgər aşağı təbəqədə olan meyyitin qəbrini açmaq lazım olmasa heç bir maneəsi yoxdur.
    Sual 373. Tanınmış kəndlərin birində Pirğeyb adlı bir məqbərə vardır, yaşlıların dediyinə əsasən orada ziyarətgah tikilmişdir. Şəcərənaməsi olmadığı halda onun üstündə ziyarətgah tikdirməyin bir maneəsi varmı?
    Cavab: Əgər yuxarıda qeyd olunan şəxslərin qəbir sahibinin saleh imamzadələrdən birinin olduğuna yəqinlikləri varsa, onun üzərində ziyarətgah tikdirməyin maneəsi yoxdur.
    Sual 374. Qəbirləri ağ, ya qara mərmərlə zinətləndirməyin maneəsi varmı?
    Cavab: Haram deyil.
    Sual 375. Yol çəkmək, ya geniş meydan salınması nəticəsində qəbristanlıq aradan getmişdir. Su arxının kənarında bir qəbir tapılmışdır. Ona hörmətsizlik olmasın deyə qəbrin qalan hissəsini açıb onu ümumi qəbristanlığa aparmaq caizdirmi?
    Cavab: Əgər suyun axarını dəyişmək mümkün olmasa qeyd olunan halda yer dəyişmək düzgündür.
    Sual 376. Bir şəxs vəsiyyət edib ki, öləndən sonra onu dəfn olunduğu yerdən müqəddəs torpağa (yəni imamların dəfn olunduğu yerlərə) aparsınlar. Bu caizdirmi?
    Cavab: Müqəddəs yerlərə aparmaq üçün qəbri açmaq, əgər vəsiyyət etsə də belə, ehtiyatın ziddinədir? Əgər vəsiyyəti dəfndən əvvələ aid olsa vəsiyyətinə düzgün əməl olunmayıbsa, qəbri açmaq caiz, bəlkə də vacibdir. Qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, ya meyyit çürüyüb aradan getməyibsə, qəbri açıb cənazəni vəsiyyət etdiyi yerə aparsınlar.
    Sual 377. Qəbrin açılmasının haramlığı hansı səbəblər əsasındadır?
    Cavab: Qəbrin açılmasının haram olması səbəbi cəsədin görünməsinin və ona qarşı hörmətsizliyin haram olmasıdır. Əgər qəbrin torpağından bir miqdar götürsələr cəsəd üzə çıxmasa və camaat arasında hörmətsizlik hesab olunmasa qəbir açılmayıb və (bu iş) haram deyil. Xülasə qəbrin açılmasının haram olma səbəbi cəsədin görünməsi və ona qarşı hörmətsizlikdir. Ola bilsin ki, bu iki səbəbin hər ikisi bir yerdə və tək-tək olsun. Cəsədin görünməsi səbəb olsun, ya da tək hörmətsizlik səbəb olsun.
    MEYYİTƏ AİD OLAN MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 378. Meyyitə qusl verməmişdən əvvəl məscidə qoymaq düzgündür, ya yox?
    Cavab: Əgər məscidin nəcis olmasına səbəb olmazsa, heç bir maneəsi yoxdur.
    Sual 379. Dünyadan gedən bir şəxsin çox imkansız və kasıb olan qohum və yaxın adamları üç, yeddi və qırx günündə xərc çəkirlər, bu xərcin hökmü nədir?
    Cavab: Bu cür xərc çəkmək vacib deyil, hətta şübhəlidir. Çünki, kasıbları zəhmətə salırlar və həm də onların abır-həyası gedir.
    Sual 380. Yeddi və qırx mərasimində hansı əməlləri yerinə yetirmək lazımdır və bahalı təbii gülləri qəbir üstə aparmaq israfdırmı?
    Cavab: Daha yaxşı olar ki, mərhum şəxs üçün xeyirli işlər görülsün və faydasız işlərdən çəkinib ehtiyat edilsin.
    Sual 381. Yəhudi və xristian qəbristanlığının yanından keçəndə fatihə oxumaq olarmı?
    Cavab: Onları nəzərdə tutub fatihə oxumaq olmaz. (Yəni onların ruhuna hədiyyə etmək olmaz.)
    Sual 382. Tanınmayan bir cənazəni Behişti-Zəhrada dəfn ediblər. Onun qohumları tapılıb və şəhərdən kənarda yaşayırlar. Onlar üçün qəbir üstə gediş-gəliş çətinlik yaradır, anası rahatlıq tapmır. Belə olan surətdə qəbri açıb cənazənin yerini dəyişmək caizdir, ya yox?
    Cavab: Verilən suala əsasən əgər qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, heç bir maneəsi yoxdur.
    VƏHŞƏT NAMAZI
    Sual 383. Vəhşət namazında Ayətəl-kürsü hara qədər oxunmalıdır?
    Cavab: Vacib ehtiyata əsasən «xalidun» kəlməsinə qədər oxunsun.
    Sual 384. Vəhşət namazında «Ayətəl-kürsü» və «Qədr» surəsinin yerinə «Qul-huvəllah» oxuna bilərmi?
    Vəhşət namazı üçün əcir olunmuş şəxs, əgər bu namazı vəfatın 1-ci gecəsi oxumasa, onun qəzasını yerinə yetirə bilərmi?
    Cavab: Dəfn gecəsi qılınan namazın göstərişi risalədə yazılan kimidir, onu dəyişmək ya başqa cür oxumaq səhih deyil. Əgər əcir tutulan şəxs unutqanlıq və ya başqa səbəbdən dəfnin birinci gecəsində vəhşət namazını qılmasa, gərək pulu əcir tutana qaytarsın və onun razılığını ələ gətirsin. Onun qəzaya getməsinə aid bir dəlil nəzərə çatmamışdır.
    Əgər birinci rəkətdə Ayətəl-kürsünü yaddan çıxartsa, ya ikinci rəkətdə İnna-ənzəlna surəsini on dəfədən az oxusa, vəhşət namazı caiz deyil, əcir tutulduğuna görə gərək həmin gecə təkrar etsin.
    NAMAZ
    NAMAZIN ŞƏRTLƏRİ
    Namazın vaxtı
    Sual 385. Aylı gecələrdə sübh azanından sonra sübh işığı ay işığına qalib gələn vaxta kimi sübh namazını təxirə salmaq olarmı?
    Cavab: Bizim nəzərimizə görə sübh namazının vaxtı(Fəcri sadiqin göründüyü zaman (fəcri sadiq–gecə və qaranlıq pərdənin qiblə tərəfdən üfüqü surətdə ağarmasına deyilir.)) dan yeri sökülən zamandır, istər dan yerinin sökülməsi görünsün, ya görünməsin və aylı gecəylə qaranlıq gecə arasında bu cəhətdən bir fərq yoxdur. Əlbəttə, dan yerinin sökülməsinə yəqinlik olmalıdır. Şübhə ilə sübh namazına başlamaq olmaz.
    Sual 386. Zöhr və əsr namazlarının vaxtı qüruba qədərdir, ya məğrib azanına qədər?
    Cavab: Məğrib azanına qədər.
    Sual 387. Namaz və Orucun vaxtı barəsində İran İslam Respublikası tele-radiosundan yayımlanan azana əməl etmək olarmı?
    Cavab: Yayımlanan ərazidə və yaxın üfüqdə olanlar İran İslam Respublikasından adından yayımlanan azana əməl edə bilərlər.
    Sual 388. Siz İran universitetinin hazırladığı şəri saatlara əməl etməyə icazə verirsinizmi?
    Cavab: Sübh vaxtı ilə əlaqədar olan vaxtla radio proqramının düzgünlüyünə yəqini olan şəxslərin, ona əməl etməyinin eybi yoxdur.
    Sual 389. İsveçrənin bəzi yerlərində 52 gün müddətində günəş qürub etmir. Bəzi məntəqələrdə isə günün uzunluğu 23 saatdır.
    Digər məntəqələrdə günün uzunluğu 17 saatdır. Bu məntəqələrdə müsəlmanların namaz və oruc barədə vəzifələri nədir?
    Cavab: Birinci halda namaz və oruc vaxtları ölçü üçün olaraq gecə və gündüzləri təqribən bərabər olan tanınmış ölkə və şəhərləri (Məkkə və Mədinə ) qərar versin. Yəni zöhr və əsr namazını qılsın və altı saatdan sonra məğrib və işa namazlarını qılsın. On bir saatdan sonra sübh namazını qılsın. Orucu da həmin ölçüyə əsasən tutsun. Həmin halda vətənini və şəhərini ölçü götürə bilər. Məsələn, əgər Tehrandan gedibsə zöhr və əsr namazını Tehranın zöhr azanı ilə, sübh namazını sübh azanı ilə, məğrib və işa namazlarını məğrib və işa azanı ilə qılsın. Orucu da həmin ölçü ilə tutsun.
    Eyni halda həmin məntəqəyə olan səfər lazımı bir səfər deyilsə, elə bir məntəqəyə səfər etsin ki, ibadətləri öz şəri vaxtlarında icra edə bilsin.
    İkinci və üçüncü halda sübh namazını günəşin qalxmasından əvvəl qılsın. Zöhr və əsr namazlarını günün ikinci hissəsində (günortadan sonra) qılsın. Məğrib və işa namazlarını isə qürubdan sonra qılsın. Orucu da vaxt uzun olsa da sübh azanından əvvəl qüruba qədər tutsun. İkinci halda günün uzunluğu 23 saatdır. Əgər səfər lazımı bir səfər deyilsə, mümkündür ki, bir məntəqəyə səfər etsin ki, gecə daha uzun olsun və namazlar arasında daha böyük fasilə ilə namaz qılsın və oruc tutsun.
    Sual 390. Sübh namazı nə vaxt qəzaya gedir?
    Cavab: Günəş üfüqü namaz qılınan yerdə görünən vaxt sübh namazı qəza olur.
    Sual 391. Əgər insan sübh namazına yaxın bir vaxtda oyansa, bilsə və ya ehtimal versə ki, ikinci dəfə yatsa namazı qəzaya gedəcəkdir, onun yatması caizdirmi?
    Cavab: Verilən suala əsasən, əgər yatmaq namaza etinasızlıq və onu yüngül saymaq olmasa, təkrar yatmağın heç bir maneəsi yoxdur və haram deyil.
    Sual 392. Qonağı və ailə üzvlərini namaza oyatmaq lazımdırmı?
    Cavab: Yuxu halında vəzifə götürülür. Amma onları oyatmamaq namaza ehtiramsızlıq və yüngüllük gətirərsə, onları oyatsın və əgər onların özü razılaşsa oyatmağın heç bir maneəsi yoxdur.
    Sual 393. Zöhr namazının vaxtının keçdiyini güman edən bir şəxs əsr namazı niyyət edib, namazdan sonra zöhr namazı üçün ən azı bir rəkət namaz qılmaq miqdarında vaxt qalıb. Qıldığı namazı zöhr niyyətinə döndərib əsr namazını təkrarən qılsın, ya başqa bir vəzifəsi vardır?
    Cavab: Zöhr namazını əda niyyəti ilə qılsın və qəza olmamışdır. Lakin müstəhəbb ehtiyat odur ki, əda və qəza niyyəti etməsin. Yaxşıdır ki, zöhr, ya əsr niyyəti də etməsin, dörd rəkət qürbət qəsdi ilə qılsa kifayətdir.
    Sual 394. Adətən işə vaxtında hazır olan fəhlələr vaxtın daxil olmasına yəqinlik tapmadan təkcə saata baxmaqla, ya azanı eşitməklə namazlarını qılırlar, bu səhihdirmi?
    Cavab: Əgər vaxtın daxil olmasına yəqinlik tapsalar, ya iki adil şəxs şahid olub vaxtın daxil olmasına şəhadət versə, ya vaxtı tanıyan inanılmış müəzzin azan versə namaz qıla bilərlər, amma vaxtın daxil olmasına şəkk etsələr gərək səbr etsinlər.
    Sual 395. Namazdan əvvəl, ya namaz vaxtında qonaq gəlsə namazı əvvəl vaxt qılmağa hazırlığı yoxdursa, ya bir səbəbə görə namaza hazır deyilsə ev sahibi onu qəbul edib onunla söhbət edir. Bu vaxt ev sahibi namazı vaxtında qılsın, ya daha yaxşıdır ki, qonağı qəbul etməyə məşğul olsun və namazı vaxtından sonraya saxlasın?
    Cavab: Ümumi halda bütün namazlarda fəzilət budur ki, namaz ya əvvəl vaxtında, ya əvvəl vaxtına yaxın qılınsın (xüsusi hallar istisna olmaqla). Bunun üçün namazı qabağa salıb vaxtında qılmaq fəzilətlidir. Amma bir müsəlmanın istəyini yerinə yetirən vaxtda namazı qabağa salmaq əfzəl deyil, bu vaxt qonaq və başqaları arasında heç bir fərq yoxdur.
    Sual 396. Namazını axır vaxtda qılan bir şəxs namazını aram və müstəhəbbi işləri yerinə yetirməklə qılsa namazın bir hissəsi vaxtdan keçir. Bu halda vəzifə nədir?
    Cavab: Verilən suala əsasən vaxt az olduğu üçün gərək namazın müstəhəbbilərini tərk etsin, ən azı vacibatla kifayətlənsin və namaza qalan vaxtda namazı yerinə yetirsin. Müstəhəb işləri yerinə yetirsə günah etmişdir, amma namazı batil deyil.
    NİYYƏT
    Sual 397. Namaz qılan bir şəxs namaz əsnasında namazı kəsməyi ya şəkk etməyi qərara alsa, lakin bu niyyətindən yayınsa və namazı tamamlasa namazında bir səhv varmı, ya düzgündürmü?
    Cavab: Verilən suala əsasən namazı kəsmək, ya şəkk etmək qəsdindən yayınsa, sonradan qıldığı hissələri əvvəlki niyyətlə qılıb tamamlasa səhihdir. Yaxşı olar ki, namazı tamamladıqdan sonra onu təkrarlasın.
    Sual 398. Bir şəxs namaza başlamazdan əvvəl niyyət etsə ki, məsələn telefon zəng çalsa, ya qapını döysələr və ya uşaq başqa bir yerə getsə namazını kəssin. Bu niyyətlə namaza başlayıb namazını tamamlasa səhihdirmi? İbrahim (ə) məqamı kimi camaatın çox olduğu müəyyən izdihamlı yerlərdə ki, adətən namaz tez-tez kəsilir, namaz qılmaq səhihdirmi?
    Cavab: Verilən suala əsasən "rəcaən”, yəni maneə yaranmaması niyyəti ilə namaza başlasa və bir maneə qarşıya çıxmasa, namaz tamamlansa səhihdir.
    Sual 399. Əgər namaz halında bir şəxs qıldığı namazın zöhr, əsr, məğrib ya işa namazı olduğuna şəkk etsə vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən niyyətini zöhr, ya məğrib namazına qoysun və namazı tamamlasın; məxsusi vaxtda olmasa sonrakı namazını qılsın.
    QİBLƏ
    Sual 400. Mən dostumun mənzilinə daxil oldum, namaz qılmaq üçün qibləni soruşdum. O bir tərəfi müəyyənləşdirdi. Mən qibləni dəqiq müəyyənləşdirməli olduğumu bilmədən namaz qıldım. İndi namazın hökmü nədir? Gələcəkdə belə bir iş qarşıya çıxsa mənim vəzifəm nədir?
    Cavab: Əgər ev sahibinin dediyindən xatircəmlik əldə etmisinizsə, namazınız düzgündür. Hər halda, imkan daxilində bunun əksinə bir şey bilsəniz bu halda istisnadır.
    Qibləni tapmaq vacibdir. İmkansızlıq və namaz vaxtı dar olduqda yüksək zənn ilə kifayətlənin. Əgər ev sahibinin dediyindən qiblənin tapılmasında güman əldə etsəniz, lakin başqa yolla məsələn, qiblənamə ilə, daha güclü güman əldə etsəniz ev sahibinin sözü ilə kifayətlənə bilməzsiniz.
    Sual 401. Qibləyə tərəf olması ixtilaflı olan və istiqamətini dəyişmək çətin olan bir taxtın üstündə namaz qılmağın hökmü nədir?
    Cavab: Sualda deyilən halda mümkün qədərində qibləyə tərəf namaz qılsın. Lakin namazı bir istiqamətə qılsa və deyilməsə ki, üzü qibləyə qılındı, namazı üzü qibləyə təkrarlasın və ya qəza etsin.
    Sual 402. Əgər xəstə dəyəcək zərərin qorxusundan namazı qibləyə tərəf qılmasa və namaz başa çatandan sonra bilsə ki, lazımsız halda qorxub, onun vəzifəsi nədir?
    Cavab: Gərək təkrarlasın.
    Sual 403. Xəstə üçün qiblə istiqamətində namaz qılmaq mümkün deyilsə, başqa istiqamətlərin onun üçün fərqi varmı?
    Cavab: Verilən sualda qibləyə yaxın olan hər hansı bir istiqamətə namaz qılsın Hər halda qibləyə qılmadığı namazları təkrarlayıb qəza etsin.
    Sual 404. Xəstəlik nəticəsində bir nəfərin başı təmamilə çevrilib üzü arxaya dönüb. Namazda onun vəzifəsi nədir?
    Cavab: Gərək üzü qibləyə olsun və üzü qiblədən dönməyən halda ruku və səcdələri işarə ilə yerinə yetirsin.
    Sual 405. Xəstəlik ucbatından həmişə üzü üstə yatan bir şəxsin namazda üzü qibləyə olmasında vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən başı qibləyə tərəf olan halda yatsın.
    Sual 406. Qiblə barəsində sözü etibarlı olan mənzil sahibinin sözünə kifayətlənib namaza başlamaq olarmı?
    Cavab: Əgər onun dediyinə xatircəmlik hasil olsa, ona əməl etməyin bir maneəsi yoxdur.
    NAMAZ QILANIN BƏDƏNİ VƏ PALTARI
    Sual 407. Bir nəfər xüms vermir və özü üçün xüms ili təyin etməyib. Aldığı paltarla namazı səhihdirmi?
    Cavab: Xüms düşən pulun xümsünü verməsə onunla aldığı paltarda namaz batildir. Qəsbi paltar hökmündədir.
    Sual 408. Qadın namaz qılmaq üçün çadra geyməlidirmi? Ya çadranı əvəz edən yaylıq və adi paltarla namaz düzgündürmü?
    Cavab: Qadın namaz qılmaq üçün Tovzihul-məsaildə deyildiyi kimi bədənini örtməlidir. Örtüyün çadra olması şərt deyil. Amma çadra daha yaxşıdır. Əgər çadrasız bədənin quruluşu görünərsə, icazə müşküldür. İstər namazda, istərsə də başqa hallarda qadınların çadradan istifadə etməsi layiqlidir. Xüsusən çadra İran İslam ölkəsində İslamın nişanələrindəndir.
    Sual 409. Bir nəfər nəcis olmuş paltarını yuyub və onun pak olmasını yəqin edib. Namaz qılandan sonra başa düşüb ki, təmiz olmayıb. Namaz düzgündürmü?
    Cavab: Vacibi ehtiyata görə namazı təkrarlasın, əgər vaxtı keçibsə qəza etsin.
    Sual 410. Əgər qadın kofta, şalvar, corab və yaylıqla (çadrasız və örtüksüz) namaz qılsa namazı düzgündürmü?
    Cavab: Çadradan istifadə etməsi daha yaxşı olar. Başqa halda əgər kofta, şalvar, və onlara oxşar şeylər bədəninin formasını üzə çıxarsalar, baxmayaraq ki, naməhrəmin olmadığı bir yerdədir, bu işdə icazə çətin məsələdir.
    Sual 411. Bir nəfər iynə vurub, yerindən bir qədər qan gəlib, onu pambıqla təmizləyib və qurudub. Namaz vaxtı onu yumağı yaddan çıxarıb. Namazı duzgündürmü?
    Cavab: Əgər qanı pambıq və quru parça ilə qurudubsa, nəcis olan yer dirhəmdən artıq deyilsə, eybi yoxdur. Yox əgər qanı spirtli pambıqla və ya yaş əskiylə təmizləsə, namaz əsnasında ya da namazdan sonra yadına düşsə, gərək yuduqdan sonra namazı təkrarlasın.
    Sual 412. Bir nəfər müəyyən səbəbdən sidiydən sonra özünü yuya bilmir. Bir parça ilə təmizləsə namaz qıla bilərmi?
    Cavab: Suyun ona zərəri olduğu halda qurutmaqla namaz qıla bilər. Lakin həmin yer nəcisdir, yalnız su ilə təmizlənər.
    Sual 413. Süni dişlər ağız qanı ilə nəcis olubsa, namaz üçün onu təmizləmək lazımdır, ya yox?
    Cavab: Əgər ağız bayır tərəfdən təmizdirsə, namaz düzgündür.
    Sual 414. Dişimi düzəltdirərkən ağzım nəcis olub, namaz üçün ağzımı yumalıyammı?
    Cavab: Əgər ağız xaricdən təmizdirsə namaz düzgündür.
    Sual 415. Bir nəfər xəstəlik üzündən hər axşam möhtəlim olur(Yəni öz başına yuxuda olarkən cənabətli olur.). Hər gün qusl edib paltarını dəyişə bilmir. Təyəmmüm edib nəcis paltarla namaz qıla bilərmi?
    Cavab: Qusl etməyə imkanı olmadıqda uzun bir müddət olsa da, vəzifəsi təyəmmüm etməkdir. Lakin namaz üçün paltarını dəyişib pak paltarla namaz qılmalıdır. Əgər nəcis paltardan başqa paltarı olmasa Tovzihul-məsailin 803-cü məsələsində lüt halda namaz qılmaq barəsində göstərişə əməl etsin. Əgər soyuq və başqa bir səbəbdən lüt halda namaz qıla bilməsə həmin nəcis paltarla namaz qılması düzgündür.
    Sual 416. Xaricdən bir hissəsi dəri olan paltar və ayaqqabılar gətirilir. Lakin süni və təbii dəri olmasını, əti haram və ya halal olan heyvanların dərisi olmasını bilmirik. Belə paltarları geymək və onlarla namaz qılmağın hökmü nədir?
    Cavab: Verilən sualda süni dəri olması ehtimal olunursa pak hökmündədir. Onlarla namaz qılmağın maneəsi yoxdur.
    Sual 417. Bədənin formasını göstərən paltarla qadınların namaz qılmağı səhihdirmi?
    Cavab: Qadınların bu cür paltarla namaz qılmaları səhih deyil.
    Sual 418. Əgər qadın qolu qısa köynəklə namaz qılsa, amma çadrası onun qolların örtürsə eybi varmı?
    Cavab: Eybi yoxdur.
    Sual 419. Namaz halında bir qadının baş tükü görünürsə və özü xəbərdar deyilsə ona demək lazımdırmı? Namazı düzgündürmü?
    Cavab: Ona demək vacib deyil, tükünün göründüyünü bilməyənə qədər namazı səhihdir.
    Sual 420. Əgər bədən və paltar nəcis olsa, paklamaq üçün vaxt olmasa vəzifə nədir?
    Cavab: Verilən suala əsasən əgər bədən və libası paklamaq, ya dəyişməklə namaz qəzaya gedərsə, nəcis paltar və bədənlə övrətini örtməklə namazı qılsın və səhihdir. Əgər libasını təmizləsə, ya dəyişsə ən azı namazın bir rəkəti vaxtında qılınarsa, gərək əvvəl libasını paklayıb, ya dəyişdirib sonra namaz qılsın.
    Sual 421. Bir şəxsin biri nəcis və biri pak olan iki libası vardır. Səhvən pak libasın yerinə nəcis libas geyinib namaz qılıb, sonradan səhvi məlum olub, onun namazının nə hökmü vardır?
    Cavab: Verilən suala əsasən qıldığı namazlar səhihdir.
    Sual 422. Döşək ağı, paltar, və xəstənin yanında olan tibbi vəsaitlər nəcisdir və ya nəcis olmaları ehtimal olunursa, xəstə üçün onları əvəz etmək qeyri-mümkün və çətindirsə onlarda namaz qılmağın hökmü nədir?
    Cavab: Bu halda onlarla namaz qılmaq Tovzihul-məsailin 860-cı məsələsinə uyğun olaraq eybi yoxdur və düzgündür.
    Sual 423. Dəri altından qanaxma narahatlığına düçar olan bir xəstədə hərdən bir müxtəlif səbəblərdən qan dərinin üstündən axır. Qan axan halda namazın və 3 növdə olan paklığın hökmü nədir?
    Cavab: Bu cür qanaxmanın namazın düzgünlüyünə maneçiliyi yoxdur. Təharəti də qan axmayan bir vaxtda yerinə yetirsin. Qanaxma baş verdikdə isə təkrar etsin.
    Sual 424. Qalstukla namaz qılmağın hökmü nədir?
    Cavab: Qalstuk xaçpərəstlərə aiddir, onların nişanəsi olduğu üçün müsəlmanların ondan çəkinməsi daha yaxşıdır. Baxmayaraq ki, müsəlmanlar arasında yayılması ilə o keyfiyyətini itirib. Buna görə də indi onunla namaz qılmağın eybi yoxdur.
    Sual 425. Qızıl dişin zinət üçün vurulması halaldır, ya haram?
    Cavab: Kişinin qızılla bəzənməsi bütün hallarda haramdır. Onunla namaz qılmaq qeyri-qanunidir.
    Sual 426. Kişilərin dişlərinə qızıl qalpaq salmalarının bir maneəsi varmı? Bu cür şəxslərin namazının hökmü nədir?
    Cavab: Əgər bəzək üçün yox, dişləri düzəltmək üçündürsə eybi yoxdur.
    Sual 427. Kişilərin platin üzükdən istifadə etməsi haramdırmı? Onunla namaz qılmaq düzgündürmü?
    Cavab: Əgər platin qızıl olmayan başqa bir filiz hesab olunursa, ya da onun qızıl olması şübhəlidirsə ondan istifadə etməyin maneəsi yoxdur, onunla namaz qılmaq da düzgündür. Əgər qızıl növündən olsa kişilərin ondan istifadə etməsi haram və namazı batildir.
    Sual 428. Aşkardır ki, bir çox ailələr səhv adətə görə öz kürəkənlərinə qızıl üzük, qızıl saat, qızıl boyunbağı ya da xaç hədiyyə verirlər. Onlar da bu hədiyyələrdən istifadə edirlər. Zəhmət olmasa deyin bu şeyləri düzəltmək və onları hədiyyə etməyin nə hökmü var?
    Cavab: Kişilərin qızıl üzükdən və başqa qızıl bəzək əşyalardan istifadə etməsi haram və onlarla namaz qılmaq batildir. Onların düzəldilməsi kişilərlə qadınların müştərək istifadəsi üçün deyilsə, onların alqı-satqısı və hədiyyə verilməsi haramdır.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 865 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024