İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə

    Üçüncü fəsil
    KƏBİRƏ GÜNAHI NECƏ TANIMAQ OLAR?
    Mərhum Şeyx Ənsari ədalət risaləsində beş yol göstərir:
    Birinci yol: Mö`təbər rəvayət; bu rəvayətdə bildirilməlidir ki, günah böyük günahdır. (Həmin kitabın ikinci fəslində müəyyən rəvayətlər və onların tərcüməsi verilmişdir.)
    İkinci yol: Аyə və ya mö`təbər rəvayət; məsələn, bir günah haqqında deyilir ki, Allah-tәala bu günaha yol verən üçün cəhənnəm əzabını vacib etmişdir.
    Üçüncü yol: Allah-tәala Qur`ani-məciddə müəyyən günaha yol verən üçün əzabın qəti olduğunu bildirir. Həzrət Əbdül-Əzimdən ikinci rəvayətdə həmin ayələrə işarə olunur.
    Dördüncü yol: Ağıl və nəql yolu; ağıl və ya nəql təsdiqləyir ki, bir günah hansısa böyük günahdan daha ağırdır.
    Məsələn bildirilir ki, mö`minin arxasınca danışmaq, onun qeybətini etmək zinadan ağırdır. Uyğun bəyanatdan anlaşılır ki, möminin arxasınca danışmaq da kəbirə günahdır. Heç bir rəvayətdə qeybətin kəbirə günah olduğu bildirilməsə də, onun zinadan ağır olması ilə bağlı bəyanat kəbirə günah olduğunu göstərir.
    Başqa bir misal: Heç bir rəvayətdə müsəlmanların kafirlərin xeyrinə casusluğu böyük günah kimi qeyd olunmur. Amma rəvayətlərdə bildirilir ki, savaşdan qaçmaq kəbirə günahdır. Ağıla əsasən belə bir nəticə çıxarırıq ki, casusluq fərarilikdən daha zərərli olduğu üçün o da kəbirə günahdır.
    Bir tikə çörəyə və ya bir neçə günlük rəyasətə xatir düşmənlərdən pul alıb onlara gizli mə`lumatlar ötürmək necə də pisdir. Bunun səbəbi dinsizlik, imansızlıq, nütfənin pak olmamasıdır. Bu qəbil günahlardan Allaha pənah aparaq. Qiyamət günü belələri üçün ağır cəza var.
    Bеşinci yоl: Hәmin günаhа görә şаhidlik hаqqındаn mәhrum еdilmәk. Əgər bir günaha görə günahkarın şəhadəti qəbul edilmirsə, demək həmin günah kəbirə günahdır. Bə`zi günahlara yol vermiş insana iqtida etməmək tapşırılır. Mə`lum olur ki, həmin günah böyük günahlardandır.
    Rəvayətdə nəql olunur ki, ağvalideyn insana iqtida etmək olmaz. Bu qadağadan mə`lum olur ki, valideyni incitmək kəbirə günahlardandır. Hansı ki, heç bir rəvayətdə ağvalideynliyin böyük günah olması göstərilməmişdir.
    Dördüncü fəsil:
    KƏBİRƏ GÜNAH HAQQINDA ALİMLƏRİN BUYURUQLARI
    Səid ibn Cübeyr və Mücahid deyir: Müqabilində axirət əzabı və`d olunmuş və dünyada da cəzası nəzərdə tutulmuş günah kəbirə günahdır.
    İbn Abbas və bə`zi şiə alimləri bildirirlər ki, Allahın qadağan etdiyi hər bir işә mürtәkib оlmаq kəbirə günahdır. Amma bu günahların bə`ziləri bə`zilərindən şiddətlidir. Məsələn, naməhrəmə baxmaq kəbirə günahdır. Amma bu günah naməhrəmi öpməkdən kiçikdir. Naməhrəmi öpmək özü böyük günahdır. Amma zinaya nisbətən kiçik sayılır. Naməhrəmlə zina etmək böyük günahdır. Amma ərli qadınla zina etmək daha ağırdır. Əgər ərsiz qadınla zina müqabilində yüz qamçı nəzərdə tutulmuşsa, ərli qadınla zina edən şəxs daşqalaq olunur. İnsan bə`zən narahat olmadan kiçik günahlara yol verir. Hansı ki, rəvayətdə günahın kiçikliyinə baxmamaq tapşırılır. İnsana tövsiyə olunur ki, günaha yox, kimin qarşısında günaha yol verdiyinə diqqətli olsun. Günahla üzbəüz dayanan xəcalət çəkməli, Allahın ne`mətlərinə şükr etməlidir.
    Pərvərdigara, bizə tövfiq əta et, sənə itaətsizlik göstərməyək. Bizdə Sənin mə`murlarının sorğu-sualına cavab vermək gücü yoxdur. Cəhənnəm oduna da dözəsi deyilik. Pərvərdigara, zəifliyimizə rəhm et, bizi cəhənnəm odunda yandırma.
    Mərhum Şeyx Bəhayi bildirir ki, böyük günahlarla bağlı fərqli fikirlər var. Məsələn:
    1. Qur`anda bir günaha görə cəza və`d olunursa, bu böyük günahdır;
    2. Müqabilində cəza, hədd nəzərdə tutulmuş günah böyük günahdır;
    3. Dinə e`tinasızlıq kimi dəyərləndirilən hər bir günah böyük günahdır;
    4. Haramlığı qəti dəlillərlə sübuta yetən günah;
    5. Qur`an və sünnədə şiddətli şəkildə məzəmmət olunan günahlar;
    6. İbn Məs`ud bildirir ki, "Nisa” surəsinin başlаnğıcından otuz birinci ayəsinədək qadağa qoyulan günahlar böyük günahdır;
    7. Bütün günahlar böyük günahdır. Çünki günah Allahın ziddinə atılan addımdır. Mərhum Təbərsi "Məcməul-bəyan”da belə bir fikirin şiə alimlərinə məxsus olduğunu bildirir;
    8. Bir çox alimlər yeddi kəbirə günah olduğunu hesab edir;
    9. Bir qrup alim iyirmi kəbirə günah olduğunu bildirir;
    10. Bə`zi alimlər qırx kəbirə günah sadalayır.
    Beşinci fəsil
    Şiə əqidəsinə əsasən yalnız ömür boyu kəbirə və səğirə günaha yol verməyənlər İslam Peyğəmbərinə (s) xəlifə və canişin ola bilər. Bunu isə bəşər yox, yalnız Allah müəyyənləşdirə bilər. Demək, imam da insanlar yox, Allah tərəfindən tə`yin olunmalıdır. Sünnü əqidəsinə əsasən, imam insanlar tərəfindən tə`yin olunur.
    Şiə əqidəsinə əsasən, xalqın xəlifə və imam tə`yin etmək haqqı yoxdur. Sünni əqidəsinə əsasən, Peyğəmbər (s) özü üçün canişin tə`yin etmədiyindən bu iş xalqın öhdəsinə düşür.
    Sünnilərin xəlifələri icma əsasında tə`yin etmək baxışının heç bir əsası yoxdur. Belə bir icma yalnız hәzrәt Əli (ə) və Peyğəmbər (s) Әhli-beytinə (ə) qarşı pis münasibətdən qaynaqlanır. Uyğun təbliğat bu gün də sünnilər arasında davam etməkdədir. Əgər insanlar azad olsaydılar, heç şübhəsiz Peyğəmbərdən (s) sonra kimsə ilə müqayisə olunmayacaq Əlini (ə) seçərdilər. Şücaət, zöhd, ibadət sahəsində də həzrət Əlinin (ə) misli olmamışdır. Bəli, həzrət Əli (ə) bütün kamilliklərlə başqalarından üstündür.
    Bundan əlavə, Qədir-Xumda və başqa məqamlarda Peyğəmbər (s) həzrət Əlini (ə) xalqa öz canişini kimi tanıtdırmışdır. Ğədire-Xumda peyğəmbərin (s) xütbəsi üç saat davam etmişdir. Həzrət öz xütbəsində buyurmuşdur: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Sünni məzhəbindən olanlar insafsızlıq edir, bildirirlər ki, Peyğəmbər (s) üç saat davam edən xütbəsində yalnız hәzrәt Əlini (ə) dost kimi təqdim etmək istəmişdir. Yə`ni kim məni dost bilirsə, Əlini (ə) də dost bilsin. Şiələr sünnilərə bildirirlər ki, sadəcə dostluğu bildirmək üçün böyük bir cəmiyyəti Әrәbistаn sәhrаsındа qızmаr günәşin аltındа üç saat yubatmaq mə`nasız olardı. Uyğun məqamda hökmən xilafət və canişinlik kimi mühüm bir məsələdən danışılmışdır.
    Böyük alimlər Qədir-Хum hədisinin izahında dəlillər gətirir, şiə baxışının həqiqət olduğunu sübuta yetirirlər.
    Bir sözlə, zəhərli təbliğat insanların ağıl və mühakiməsini o qədər kütləşdirdi ki, hәzrәt Əlini xəlifəlik və canişinliyə layiq bilmədilər. Bu təbliğatı aparanlar bilirdilər ki, əgər hәzrәt Əli (ə) Peyğəmbərə (s) xəlifə və canişin olarsa, onlar müsəlmanların beytül-malından istədikləri kimi faydalana bilməyəcəklər.
    ƏDALƏTLƏ BAĞLI SON SÖZ
    Ədalətli şəxs kimdir, ədaləti necə müəyyənləşdirməliyik?
    Ədalət dedikdə istənilən bir işdə orta həddi gözləmək nəzərdə tutulur. Əgər qəzəb və şəhvət kimi qüvvələr ağıla tabe olarsa, insan ədalətli sayılar. Ədalətli şəxs o şəxsdir ki, onun qəzəb və şəhvət kimi qüvvələri Allaha iman gücü ilə cilovlansın. Belə bir insan kəbirə günaha yol vermir, kiçik günahın üzərində dayanmır.
    Bəs adil şəxsi necə tanımaq olar? Ayətullah Bürucerdinin fәtvasına əsasən, bunun bir neçə yolu var:
    1.Qarşı tərəflə ünsiyyət sayəsində onun ədalətli olub-olmaması anlaşılır.
    2.İki ədalətli şəxs üçüncü şəxsin ədalətinə şəhadət verir.
    3.Bir qrup müsəlman bildirir ki, filan şəxs ədalətlidir. Məsələn, müəyyən bir cəmiyyətin bir şəxsin arxasında namaz qılması həmin şəxsin ədalətli sayıldığını göstərir.
    İMAMIN (PİŞNAMAZIN) RİSALƏLƏRDƏ GÖSTƏRİLƏN ƏDALƏT ŞƏRTLƏRİ
    Pişnamaz həddi-büluğ, aqil, on iki imamçı şiə, ədalətli və halazadə olmalıdır. O namazı düzgün qılmalıdır. Əgər iqtida edən kişisə imam da kişi olmalıdır. İqtida edən yaxşını pisdən seçən uşaqdırsa, özü kimi digər bir uşağa iqtida edə bilər.
    Öncə ədalətli tanınan imamın ədalətinə şübhə yaranarsa, o öz ədalətində qalır və ona iqtida etmək olar.
    Mərhum Nəraqi "Meracus-səadət” kitabında buyurur: "Bil ki, ədalət fəzilətlərin üstünü, kamilliklərin şərəflisidir. Ədalət bütün kamillik sifətləri ilə şərtlənmişdir. Bəlkə də eynən kamilliklərdən ibarətdir. Necə ki, ədalətin ziddi olan zülm çirkin sifətlərlə şərtlənir. Ədalət insan nəfsində yaranmış bir səciyyədir, insan bu qüvvə vasitəsi ilə bütün sifətlərə münasibətdə orta həddi gözləyə bilir. Demək, bütün əxlaqi fəzilətlər və kamil sifətlər ədalətlə rabitəlidir. Əflatun deyir: "İnsan ədalət sifəti əldə etdikdən sonra nurani olur. Ədalət vasitəsi ilə nəfsin bütün yönümləri işıqlanır. Nəfs baxışları genişlənir, insan anlayır ki, ondan nələr istənilib.
    Ədalət üç qisimdir:
    1. Bəndələrlə Xaliq arasındakı ədalət; ədalət güc çatan qədər orta həddi gözləməkdir. Allah-tәala həyat vermiş, kamilliklər əta etmiş, hər bir canlının ehtiyacını ödəmiş, hər kəs üçün süfrə açmışdır. Dil bu ne`mətləri sadalamaqda acizdir. Axirət ne`mətləri isə daha üstündür. Göz beləsini görməmiş, qulaq beləsini eşitməmiş, qəlb beləsini duymamışdır. Bəli, Allah qarşısında insanın vacib vəzifələri var. Әdalətə əsasən, hər bir ne`mət müqabilində təşəkkür etmək lazım gəlir. Haqqı ödəməmək zülmdür. Ədalətli padşahın ehsanının mükafatı onun hakimiyyətinə duadır. Allah hər nədən ehtiyacsızdır. Amma bəndələrə vacibdir ki, mə`rifət əldə etsinlər, Allahın məhəbbətini qazansınlar, Onun əmrlərini yerinə yetirsinlər, peyğəmbərlərə itaət etsinlər. Bütün bu işlərdə tövfiq (yardım) də Allahdandır.
    Hər bir bəndə ixtiyar sahibi olaraq günahlardan çəkinməyə borcludur.
    2. İnsanlar arasında ədalət; İnsanlar qarşılıqlı hüquqlara riayət etməlidir. Əmanəti qaytarmaq, müamilədə insaflı olmaq, böyüklərə hörmət, məzlumlara kömək ədalətin tələblərindəndir. İnsan öz haqqına razı olmalı, kimsəyə zülm etməməli, imkan həddində din qardaşlarının haqlarını yerinə yetirməlidir. İnsan bilməlidir ki, hər bir yaranmışın Allah tərəfindən müəyyənləşdirilmiş haqları var və bu haqları yerinə yetirmək lazımdır.
    Peyğəmbərdən (s) nəql olunmuş hədisdə bildirilir ki, mö`minin mö`min qarşısında otuz haqqı var:
    1. Mö`min mö`minin təqsirini bağışlamalıdır.
    2. Qərib insаnа təsəlli vermək, məhəbbət göstərmək lazımdır.
    3. Mö`minin eybini örtmək lazım gəlir.
    4. Mö`min büdrədikdə ona göz yumulmalıdır.
    5. Mö`min üzr istədikdə onun üzrü qəbul edilməlidir.
    6. Mö`minin qeybətini etmək qadağandır.
    7. Mö`min mö`minin xeyrini bəyan etməli, nəsihətini əsirgəməməlidir.
    8. Dostluğu qorumaq, dostluq şəraiti yaratmaq lazımdır.
    9. Mö`minin haqlarını nəzərdə saxlamaq lazımdır.
    10. Mö`min xəstələndikdə onu yoxlamaq lazımdır.
    11. Mö`minin dəfnində iştirak etmək lazımdır.
    12. Mö`minin çağırışına cavab vermək lazımdır.
    13. Mö`min mö`minin göndərdiyi hədiyyəni qəbul etməlidir.
    14. Mö`min mö`minin yaxşılığına mükafatla cavab verməlidir.
    15. Mö`mindən mö`minə ne`mət çatdıqda şükr etməlidir.
    16. Mö`min mö`minə yardım göstərməlidir.
    17. Mö`min mö`minin namusunu qorumalıdır.
    18. Mö`min mö`minin istəyini yerinə yetirməlidir.
    19. Mö`min mö`minin sualına cavab verməlidir.
    20. Mö`min səbir vurduqda ona "yərhəməkumullah” demək, mö`minin uyğun duasına "yəğfirəllahu ləkum” deyərək cavab vermək lazımdır.
    21. Mö`minin itirdiyini tapmaq.
    22. Onun salamını almaq.
    23. Onunla yaxşı tərzdə danışmaq.
    24. Onun verdiklərini yaxşı saymaq.
    25. Onun andlarını təsdiqləmək.
    26. Onunla dostluq etmək, düşmənçilikdən çəkinmək.
    27. İstər məzlum, istər zalım olduğu vaxt ona yardım göstərmək. Zalım vaxtı yardım göstərmək dedikdə, onu zülmdən çəkindirmək nəzərdə tutulur.
    28. Mö`mini düşmənə təhvil verməmək, onu tənha qoymaqla xar etməmək.
    29.Mö`min şəxs özü sevdiyini mö`min qardaşı üçün də sevməlidir.
    30. Mö`min şəxs özü üçün sevmədiyini mö`min qardaşı üçün də sevməməlidir.
    3. Dirilərin ölülərə münasibətdə ədaləti. Dirilər ölülərin borcunu ödəməli, vəsiyyətlərini yerinə yetirməli, onlara dua etməlidirlər.
    Deyilənlərdən aydın olur ki, hər bir insanın xoşbəxtliyi onun ədalətə münasibəti ilə müəyyənləşir. İnsan orta həddi gözləməsə heç vəchlə dünya və axirət səadətinə nail ola bilməz. Beləcə, orta həddi şüar etməli, elm, əməl və cəmiyyətdə həddi aşmamalıyıq. Bu prinsiplərə riayət etməyənlər peyğəmbərin qəddini qırır.
    Birinci fəsil
    KƏBİRƏ GÜNAHIN SƏCİYYƏLƏRİ
    1. İmam Sadiq (ə) buyurur: "Ne`məti əldən alan günahlar yersiz qiyamdır. Günahsız insanın qətli peşimançılıq gətirən günahlardandır. Zülm insanı bəlaya düçür edir. Şərabxorluq insanın abır-həyasını əlindən alır. Zina insanın ruzisini əskildir. Yaxınlarla rabitəni kəsən insanın ölümü tezləşir. Ata-ananı incitmək duanın qəbuluna mane olur.” ("Kafi",2-447)
    2. İmam Baqir (ə) buyurur: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: "Əgər məndən sonra zina rəvac tapsa, qəfil ölümlər artar. Ölçü və çəkini əskiltsələr Allah tərəfindən qıtlığa düçar edilərlər. Əgər zəkat ödəməsələr, torpağın bərəkəti əskilər. Haqsız hökm versələr zülm-sitəmə kömək etmişlər. Əhdi pozsalar Allah düşmənlərini onlara qalib edər. Yaxınlarla əlaqəni kəssələr Allah onların malını şər adamların əlinə salar. Yaxşılığa də`vət və pisliyə qadağadan çəkinsələr, mənim Əhli-beytimə (ə) tabe olmasalar Allah pis insanları onlara hakim edər. Onların yaxşıları da dua edəndə qəbul olmaz.” ("Kafi",2-374)
    3. İmam Sadiq (ə) buyurur: "Qəlbi günah kimi qaraldan ikinci bir şey yoxdur. Həqiqətən, günah qəlbi bulaşdırar, ardıcıl yol verilən günahlar qalib gəlib onu alçaldar.” ("Kafi",2-268)
    4. İmam Sadiq (ə) buyurur: "Damarı səyridən, ayağı büdrədən, başı ağrıdan, xəstəlik gətirən yalnız günahdır. "«Şura» surəsinin 30-cu ayəsində Allah-tәala buyurur ki, yalnız öz əməllərinizə görə müsibətə düçar olursunuz. Allahın bağışladığı günahlar cəzalandırılan günahlardan daha çoxdur.” ("Kafi",1-269)
    5. İmam Sadiq (ə) buyurur: Əmirəl-mö`minin (ə) buyurmuşdur: "Əməllərin səni rüsvayçılığa çəkdiyi bir vaxt məbаda gülərkən dişlərin görünə.” ("Kafi",1-269)
    6. Əbu Bəsir deyir: İmam Sadiq (ə) buyurmuşdur: "İnsan günaha yol verdiyi vaxt onun qəlbində qara bir nöqtə yaranar. Əgər tövbə etsə bu nöqtə məhv olar. Əgər günahını artırsa qəlbinin qaralığı artar və bütün qəlbini bürüyər. Bu haldan qurtuluş yoxdur.” (Kafi",1-271)
    İkinci fəsil
    GÜNAHKARLARLA YOLDAŞLIĞIN MƏZƏMMƏTİ HAQQINDA RƏVAYƏTLƏR
    1. İmam Sadiq (ə) imam Baqirin (ə) dilindən belə nəql edir: "Atam Səccad (ə) mənə buyurdu: "Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: "Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. "Məhəmməd” surəsinin 23-cü ayəsi, "Rə`d” surəsinin 24-cü ayəsi, "Bəqərə” surəsinin 27-ci ayəsi.”("Kafi",2-376)
    2. İmam Sadiq (ə) buyurur: "Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, mö`minlərə eyb tutulan məclisdə oturmasın.” ("Kafi",2-377)
    3. İmam Sadiq (ə) buyurmuşdur: "Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz.” ("Kafi",2-374)
    4. İmam Sadiq (ə) buyurur: "Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: "İnsan öz dostu ilə bir məzhəbdədir.” ("Kafi",2-375)
    Üçüncü fəsil
    ALLAH QARŞISINDA GÜNAHIN E`TİRAFI VƏ PEŞMANÇILIQ
    1. İmam Baqir (ə) buyurur: "And olsun Allaha, günahı e`tiraf edənədək ondan qurtulmazsınız. Tövbə üçün peşmançılıq yetər.” ("Kafi",2-426)
    2. İmam Baqir (ə) buyurur: "And olsun Allaha, insanlardan yalnız iki xislət istənilmişdir: Ne`mətin artırılması üçün onun e`tirafı, günahın bağışlanması üçün günahın e`tirafı.” ("Kafi",2-426)
    3. İmam Sadiqin (ə) səhabələrindən biri nəql edir ki, imam belə buyurdu: "Həqiqətən, insan günaha yol verər və Allah bu günah vasitəsi ilə onu behiştə aparar.” İmamdan buyuruğunun mə`nasını soruşdum. İmam (ә) buyurdu: "O günah edər və daim bu günahın qorxusunu çəkər. Günaha görə özünə qəzəbləndiyindən Allah ona rəhm edib behiştə aparar.” ("Kafi",2-426)
    4. İmam Sadiq (ə) buyurur: "Allah sevir ki, bəndə öz günahına görə bağışlanma diləsin. Günahı az olduğundan e`tinasızlıq göstərib tövbə qılmayanı Allah düşmən bilir.” ("Kafi",2-427)
    Dördüncü fəsil
    TÖVBƏ VƏ ONUN ŞƏRTLƏRİ HAQQINDA
    1. Vəhəbdən nəql olunur ki, bir gün şeytan həzrət Yəhyanın gözünə görünüb ona nəsihət vermək istədi. Hәzrәt Yəhya dedi: "Sənin nəsihətinə ehtiyaclı deyiləm. Amma mənə insanların vəziyyəti haqqında xəbər ver.”Şeytan dedi: "Bəni-Adəm bizim nəzərimizcə üç zümrədən ibarətdir:
    а) Bə`ziləri sizin kimi mə`sumdur. Onlara ümidimiz olmadığından əl çəkib rahatlanmışıq. Bizim hiylələrimiz onlara tə`sir etmir.
    b) Bəziləri isə bizim qarşımızda uşaq əlindəki top kimidir. Onu istədiyimiz tərəfə qovur və tam ixtiyarımızda saxlayırıq.
    v) Üçüncü zümrə hamıdan çox bizi narahat edir. Onların üzərində ciddi çalışsaq da, onlar günaha yol verən kimi peşiman olur, tövbə qılır və bağışlanma diləyirlər. Onlara çəkdiyimiz əziyyət boşa çıxır. Növbəti dəfə onları aldatmaq istədikdə, yenə günaha sürükləndikdən sonra tövbə qılıb bağışlanırlar. Onlardan nə istədiyimizi alır, nə də ümidimizi üzə bilirik.
    2. Əllamə Hilli (r) "Minhacul-kəramə” kitabında yazır ki, Buşr Hafi İmam Kazimin (ə) əli ilə tövbə etdi. Bir gün imam Bağdadda Buşrun mənzilinin yanından keçərkən mənzildən çal-çağır sədaları eşitdi. Həmin vaxt Buşrun kənizi zibil atmaq üçün bayıra çıxmışdı. İmam kənizdən soruşdu: "Bu evin sahibi bəndədir, yoxsa azad?” Kəniz cavab verdi ki, azad. İmam (ә) buyurdu: "Düz deyirsən, əgər bəndə olsaydı öz ağasından qorxardı.”
    Kəniz mənzilə daxil oldu. Buşr şərab süfrəsində əyləşmişdi. Kənizin yubanmasının səbəbini soruşdu. Kəniz cavab verdi ki, qapıdan ötən bir şəxs ev sahibinin ağa, yoxsa bəndə olduğunu soruşub və deyib ki, əgər bəndə olsaydı ağasından qorxardı.
    Bu sözlər Buşra o qədər tə`sir etdi ki, süfrədən qalxıb ayaqyalın özünü imam Kazimə (ə) çatdırdı. İmamın vasitəsi ilə tövbə edib ağlar halda geri qayıtdı. Həmin gündən Buşr çirkin əməlləri tərk etdi və zahidlər sırasına qatıldı. Buşr ayaqyalın imamın hüzuruna getdiyi üçün "hafi”, yə`ni ayaqyalın ləqəbini aldı.
    3. "Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs Əmirəl-mö`mininin (ə) hüzurunda "əstəğfirullahə” söylədi. İmam (ә) buyurdu: "Anan əzanda ağlasın, bilirsənmi istiğfar nədir? İstiğfar ali bir dərəcədir və onun beş mə`nası var: keçmiş pis əməllərə görə peşmançılıq, keçmiş əməllərin təkrar olunmayacağı ilə bağlı qərar, Allahla görüş gününədək xalqın haqlarının qaytarılması, tərk olunmuş vacib əməllərin yerinə yetirilməsi, bədənin haramdan cücərmiş ətinin qəm-qüssə ilə ərildilməsi və dəri ilə sümük arasında yeni ətin yaranması.
    6. Günahın şirinliyini bədənə daddırdığın kimi ibadətin əziyyətini bədənə daddırasan. Yalnız bu şərtlər ödəndikdən sonra "əstəğfirullah” deyə bilərsən. Belə bir istiğfar həqiqi və kamil istiğfardır.
    4. Müaviyə ibn Vəhəb nəql edir ki, imam Sadiq (ə) buyurdu: "Bəndə həqiqi tövbə etdiyi vaxt Allah onu dost bilir, dünya və axirətdə onun eybini örtür.” Müaviyə ibn Vəhəb soruşur ki, eybləri necə örtür?” İmam buyurur: "İki müvəkkil mələyin yazdığı günahları yadından çıxarır, bədən üzvlərinə vəhy edir ki, günahları örtsünlər. Günaha yol verilən yerə vəhy olunur ki, sənin üzərində baş verən günahı ört. Belə ki, Allahla görüş zamanı onun günahına heç bir şəhadət verilmir.”("Kafi",2-431)
    5. Əbu Übeydə Əl-Həzza nəql edir ki, imam Baqir (ə) buyurdu: "Həqiqətən, Allah-tәala bəndəsinin tövbə və qayıdışına şad olur. Səhrada dəvəsini və azuqəsini itirmiş şəxs onu tapanda necə sevinirsə, Allah öz bəndəsinin tövbəsinə bir o qədər sevinir.("Kafi",3-435)
    6. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah aldadılmış və tövbəkar bəndəsini sevir. Günahkar tövbə etdiyi üçün üstün tutulur.("Kafi",2-435)
    Beşinci fəsil
    TÖVBƏ VƏ ONUN FAYDALARI HAQQINDA BİR NEÇƏ HƏDİS
    1. İmam Sadiq (ə) buyurur: "Bəndə günaha yol verdiyi vaxt Allah-tәala ona yeddi saat möhlət verir. Əgər Allahdan bağışlanma diləsə ona günah yazılmaz. Bu saatlar ötsə və bəndə bağışlanma diləməsə günah yazılar. Həqiqətən də, mö`min günahdan iyirmi il sonra onu yada salıb Allahın dərgahından bağışlanma diləsə Allah onu bağışlayar. Kafir isə həmin saat günahını yaddan çıxarır.” ("Kafi",2-437)
    2. Əli ibn Rəab deyir: İmam Sadiqdən "başınıza gələnlər öz əməllərinizdəndir” ayəsinin təfsiri haqqında soruşdum. Dedim ki, həzrət Əlinin (ə) və ondan sonra ailəsinin başına gələnlərin səbəbi nədir? Axı onlar mə`sumdurlar. Sualımın cavabında imam buyurdu: "Hәzrәt Peyğəmbər (s) gün uzunu günah etmədiyi halda yüz dəfə Allahın dərgahına üz tutub tövbə qılırdı. Dostları günaha yol vermədiyi halda Allah onları çətinliyə salır ki, savab versin.”("Kafi",2-450)
    3. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah bəndəsindən xeyir istədikdə günahına görə onu cəzalandırır, tövbəni ona xatırladır. Bəndəyə pislik istədikdə günahdan sonra ona ne`mət əta edir, tövbəni yadından çıxarır. Allah-tәala buyurur ki, onları bilmədikləri yolla tədricən həlak edərik.”("Kafi",2-452)
    Sonda "Nəhcül-bəlağə”dən günahkarlar və onlara nəsihətlə bağlı xütbəni yada salırıq.
    Günahkarlar azğınlıq yolunda heç nədən çəkinmədən addım atır. Nəhayət, Allah onları günahlarına görə cəzalandırır, onları qəflətdən oyatmaq istəyir. Ölüm onları yaxaladıqda axirətə üz tutur, dünyaya arxa çevirirlər. Belə ki, əldə etdikləri dünya ləzzətlərindən fayda olmur. Çünki, dünya ləzzətlərini özləri ilə gətirə bilmirlər. Ölümün gəlişi ilә bütün arzu-istəklər puça çıxır.
    Özümü və sizi belə bir sonluqda həzər qılmağa çağırıram. Qəflət yuxusundan oyanaq, dünyanın müvəqqəti ləzzətlərinə təslim olmayaq. Bəsirət odur ki, insan Allah, peyğəmbər və mə`sum imamların nəsihətləri barədə düşünsün, dünyanın vəfasızlığını başa düşsün, ibrətlərdən faydalansın. Doğru yolu tutarkən bu yolun eniş-yoxuşlarında özünü gözləsin, şeytana aldanmasın. Özünü islah etməmiş azğınlara yol göstərməsin.
    Əziz oxucu! Qəflət yuxusundan oyan! Tələsmə, qarşına çıxan məsələlərdə Peyğəmbərin (s) buyuruqları haqqında yaxşı düşün. Peyğəmbər buyuruqlarına biganə insanlardan uzaq ol. Belələrini boşla. Təkəbbür, naz-qəmzə, eqоistliyi özündən uzaqlaşdır. Qəbrin haqqında düşün. Yolun oradan keçəsidir. Gördüyün işə görə cəzalanacaqsan. Nə əkəcəksənsə, onu da biçəcəksən. Öncədən göndərdiklərini Qiyamətdə əldə edəcəksən. Özünə yer hazırla, nə qədər ki, fürsətin var qarşıdakı gün üçün hazırlıq gör. Ey eşidən, həzər qıl, ey bixəbər çalış. Qiyamətin xəbərlərindən kimsə səni peyğəmbər və imamlаr kimi xəbərdar edəsi deyil. Qur`anın qəti hökmlərindən qaça bilməzsən. Bu hökmlərə əməl edənlər razı qalar. Müxaliflər üçün cəza hazırlanmışdır. İbadətdə özünə əziyyət verən, əməlini zahirən xalisləşdirən şəxs aşağıdakı beş sifətdən tövbə etməmiş nicat tapmaz:
    1. Allaha qarşı şirk; ibadət və pərəstişdə Allaha şərik qoşmaq. Qur`an buyurur ki, Allahın mərhəmətinə ümid bəsləyən saleh iş görməli, ibadətdə ona şərik qoşmamalıdır.(bax: "Kəhf",110)
    2. İnsan bir başqasını öldürməklə qəzəbini aradan qaldırmamalıdır. Qur`an buyurur ki, mö’mini bilərəkdən öldürənin cəzası cəhənnəmdir.(bax: "Nisa",92)
    3. Başqalarının pis işini açıqlamaq. Qur`an buyurur ki, iman gətirənlərin eyblərini açanları dünya və axirətdə ağrılı əzab gözləyir.(bax: "Nur",19)
    4. Dində bid`ət yaratmaqla xalqdan təmənna. Qur`anda buyurulur ki, arzu-istəyinin ardınca gedəndən də azğını kimdir? (bax: "Qəsəs",50)
    5. Xalqla riyakar rəftar, ikili danışıq. Yə`ni birinə üzdə dost deyib, arxada düşmənçilik etmək. Qur`an buyurur ki, ikiüzlü insanlar cəhənnəm odunun ən aşağı dərəcəsində yerləşər. (bax: "Nisa",145)
    Aşağıdakı məsəl haqqında dərindən düşün. Hər bir misal oxşar hadisələrin mahiyyətini açıqlayır. Heyvanlar ot və su axtarışındadır. Yırtıcılar daim başqalarına zərər vurmağa çalışır. Qadınların məqsədi düya həyatını bəzəməkdir. İnsan şəhvət və qəzəb qüvvələrinə təslim olduqda heyvanlarla bir səviyyəyə enir. Əgər dünya zinətini məqsəd seçsə, qadınlar zümrəsinə qatılır. Hər bir bəndə mö`minlərin sifətini soraqlamalıdır. Mö`minlər Allah qarşısında təvazökar, xalqa nəsihətçil və mehriban, Allahın qəzəbindən qorxaqdırlar.
    Pərvərdigara, bizə bəyəndiyin və razı qaldığın işlərdə tövfiq ver. Pərvərdigara, bizə itaət və günahdan uzaqlıq tövfiqi əta et. Bizə xalis niyyət və yanında olanlara münasibətdə mə`rifət buyur.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 566 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019