İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Din » Məscid

    Məscid
    GİRİŞ
    «MƏSCID» SÖZÜNÜN MƏNASI
    «Məscid» sözü ərəb qramatikasında «ismi-məkan» sayılır və kökü, «əyilmək»‚ «acizliyi bildirmək», «baş əymək» mənalarını bildirən «səcədə» sözüdür. İbn Faris deyir: «Sin»‚ «cim» və «dal» hərflərindən (samitlərindən) ibarət «səcədə» sözü‚ əyilmək və təvazökarlıq aşılayan ümumi bir mənanı ifadə edir. Belə ki‚ «səcədə» (səcdə etdi) deyildikdə‚ kiminsə təvazökarlıq etdiyi və ya baş əydiyi anlaşılır.»
    Digər ərəb dilçiləri də‚ buna oxşar mənaları qeyd etmişlər. Deməli‚ ərəb dilində «sücud» (səcdə etmək) sözü kiminsə qarşısında «baş əymək»‚ «kiçilmək» mənasındadır. Məscid də əyilmək‚ baş əymək və təzim etmək üçün bir məkandır.
    MƏSCID‚ QURANI-KƏRIM VƏ HƏDISLƏRDƏ
    Qurani-kərim və hədislərdə «sücud» (səcdə etmək) sözü «baş əymək»lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Bununla da‚ İslam mədəniyyətində məscid‚ insanların orada qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır.
    Əlbəttə‚ insan hər bir yerdə Tanrının qüdrət və əzəməti qarşısında baş əyərək‚ onunla rabitə qura bilər. Lakin məscid‚ Allaha yaxınlaşmaq məqsədilə‚ bunun üçün müəyyən edilmiş xüsusi bir məkandır.
    İslam ümmətinin məscidin xeyir-bərəkətlərindən daha çox və daha düzgün yararlanması üçün Qurani-kərimdə və hədislərimizdə olduqca mühüm və dəyərli göstərişlər mövcuddur. Onları «Məscid ensiklopediyası» və ya «Məscid mədəniyyəti toplusu» adlandırmaq olar. Dinimizi xalqa doğru-düzgün formada çatdırmaq istəyənlər bu topluya müraciət edərək‚ onun islahedici və qurucu yöntəmlərindən istifadə etməklə‚ xalq arasında məscid mədəniyyətini yaymağa‚ ondan daha uyğun və çoxşaxəli şəkildə bəhrələnməyə xidmət etməlidir. Bu məqsədlə sizə təqdim olunan «İslamda məscid mədəniyyəti» adlı bu kitabda Qurani-kərimin və Əhli-Beytin (ə) məscid barəsində olan göstərişləri on iki fəsildə toplanmışdır. Amma öncə‚ diqqətinizi bu kitabda mövcud olan bir neçə mühüm mətləblərin başlığına yönəltmək istərdik:
    1. MƏSCID DINI-MƏNƏVI DƏYƏRLƏRIN QORUNMASINI‚ IDARƏÇILIYINI VƏ ƏMƏL OLUNMASINI TƏMIN EDƏN MÜQƏDDƏS MƏKANDIR
    Məscid müsəlman ümmətinin döyünən ürəyi və dini‚ mədəni-ictimai sahədəki islami fəaliyyətləri idarə edən dayaq nöqtəsidir. Elə buna görə də‚ rəvayətlərimizdə yüksək mənalı təbirlərlə – «Allahın evi»‚ «peyğəmbərlərin məkanı»‚ «hər təqvalı (pərhizkar) insanın sarayı» və «cənnət bağı» müsəlmanlar könüllərin qibləsi olacaq bu gözəl məkanla əlaqə saxlamağa çağırılır‚ maddi və mənəvi xeyir-bərəkətlərindən bəhrələnməyə doğru həvəsləndirilir.
    2. MƏSCID TIKMƏK
    Məscid‚ dini dəyərlərin qorunub-saxlanmasını, idarəçiliyini və əməl olunmasını təmin edən müqəddəs bir məkan olduğu üçün‚ dəyərli islami rəvayətlərdə məscid quruculuğu‚ məscid tikmə mədəniyyətinin xalq arasında yayılması çox təkid edilmişdir. Bu rəvayətlərə görə, müsəlmanlara məscidə ehtiyac duyulan hər bir məkanda; şəhər‚ kənd‚ məntəqələr arası yollarda‚ məscid tikmək üçün imkan daxilində yardım etmələri tövsiyə olunur. Belə ki‚ hətta Rəsulallah (s) hədislərin birində buyurmuşdur: «Kim, daş yeyən quş yuvası ölçüsündə də olsa belə, məscid tikərsə‚ Allah-Təala onun üçün Behiştdə bir ev tikər.»
    3. MƏSCID MEMARLIĞI
    İslami rəvayətlərdə məscid memarlığı ünvanı altında heç bir təlimatlar toplusu mövcud deyil. Məscid tikməyin zaman-məkan çərçivəsində tələb olunan şəraitə bağlı olduğu vurğulansa da‚ dini rəhbərlərimizin (ə) bu barədə olan bir sıra tövsiyələrindən «İslamda məscid memarlığı mədəniyyəti» ünvanı altında bu nəticələrə gəlmək olar:
    A. GƏLƏCƏYIN TƏLƏBLƏRINI NƏZƏRƏ ALMAQLA MƏSCIDIN SAHƏSINI MÜƏYYƏNLƏŞDIRMƏK
    Bir sıra rəvayətlərdən anlaşılan ilk tövsiyə‚ məscidin tikilişi zamanı təkcə camaatın hal-hazırki ehtiyacı deyil‚ imkan daxilində‚ gələcək nəsillərin tələbləri də diqqət mərkəzində saxlanılmalıdır. Belə ki‚ bu yolla məscidin genişləndirmək məqsədilə sökülərək yenidən tikilməsinə çox az ehtiyac duyular. Rəvayətdə Rəsulallahın (s) özlərinə məscid tikmək istəyən bir qrup ənsara belə buyurdugu nəql edilir: «Məscidi geniş və böyük tikin ki‚ gələcəkdə onu dolduracaqsınız.»
    B. MƏSCIDIN TIKILIŞINDƏ SADƏLIYƏ RIAYƏT ETMƏK
    Allahın Rəsulunun (s) məscid memarlığı haqqında buyurduğu kəlamlar və ya onun qızılla‚ rəsm və şəkillə bəzəməkdən çəkindirdiyi hədislər məscidin tikilişi zamanı sadəliyə riayət etməyin zəruri olmasına işarə edir.
    Başqa sözlə desək‚ məscidin tikilişi zamanı onun hədəflərinə və tikiliş fəlsəfəsinə uyğun olmayan şəkildə memarlıq və nəqqaşlıq sənətindən‚ sırf onun zahiri cazibəsini artırmaq məqsədilə istifadə etmək tənqid olunmuşdur.
    C. MƏSCIDIN QEYRI-MÜSƏLMANLARIN MƏBƏDLƏRINƏ BƏNZƏDILMƏSI PISLƏNMIŞDIR
    Ümumiyyətlə‚ İslam dininə dörə müsəlmanların özlərini digər dini mənsubiyyəti olan şəxslərə bənzətməsi‚ psixoloji və ictimai nöqteyi-nəzərdən mənfi nəticələrə səbəb olduğu üçün birmənalı şəkildə qadağan edilmişdir. Necə ki‚ imam Əli (ə) buyurur: «Özünü bir sıra insanlara bənzədən şəxs‚ sanki onlardan birinə çevrilmişdir.»
    Məscidin tikiliş formasına gəlincə‚ belə nəzərə gəlir ki‚ bəzi rəvayətlərdə məscidlərin (xüssi təmtəraq və cah-cəlalla inşa olunmasına qarşı çıxılmasının səbəbi‚ məhz onların xristian və yəhudilərin məbədlərinin tikiliş formasında bina edilməsinə görədir. Peyğəmbəri-əkrəm (s) buyurur: «Sanki‚ sizin məndən sonra məscidlərinizi (yəhudi məbədləri və xristian kilisələrində olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə görürəm.
    Bundan əlavə, bir sıra rəvayətlərdə imam Əlinin (ə) yəhudilərin qurbangahlarına bənzəyən mehrabları dağıtdığına işarə olunmuşdur. Digər bir hədisdə oxuyuruq: «Həzrət Əli (ə) məscidlərdəki mehrabları müşahidə etdikdə‚ onları yerlə-yeksan edirdi. O‚ buyurur (ə): «Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır.»
    Diqqət yetirmək lazımdır ki‚ məscidlərin yəhudi və xristian məbədlərinə oxşamaması barəsindəkı hökm‚ digər dinlərə məxsus olan məbədlərə də aid edilir.
    4. MƏSCIDIN EHTIRAMINI SAXLAMAQ
    Məscid, insanın Tanrı ilə rabitə saxladığı məxsus bir məkan olduğuna və həmçinin, Allahın evi sayıldığına görə İslam dinində xüsusi hörmətə malikdir. Belə ibadət məkanlarına hörmət bəsləməyin İslam ümməti arasında dini bir mədəniyyət və vəzifə şəklini alması üçün çoxsaylı hədislərimizdə məscidə xas olan hökmlər və ədəb-ərkan qanunlarından əlavə‚ hətta bəzi rəvayətlərdə də onu«müsəycid» (kiçik məscid) adlandırmaq belə tənqid olunmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: «Heç bir vaxt məscidə «müsəycid» deməyin! Çünki məscid, Tanrıya ibadət olunan Allah evidir.»
    5. MƏSCIDƏ GETMƏK
    Məscid tikməyin hədəfi yalnız insanların oraya gəlib‚ onun xeyir və bərəkətlərindən bəhrələnməsi üçündür. Elə bu səbəbdən də‚ dini-mənəvi dəyərlərin möhkəmlənməsi və yayılması yolunda addım atmaq istəyən hər bir kəs‚ insanların məscidlərə müraciət etməsinə şərait yaratmalıdır. Bu haqda dini rəhbərlərimizin göstərişləri və tövsiyələri mövcuddur.
    İslami rəvayətlərdə bəhs etdiyimiz məsələyə xüsusi olaraq təkid edilmiş və hətta məscidlərin yalnız xalqın hüzuru ilə abad olduğu dəfələrlə vurğulanmışdır. Allahın Rəsulu (s) buyurur: «Hər zaman bir kişinin ardıcıl olaraq məscidə getdiyini görsəniz‚ onun imanlı olduğuna şəhadət verin. Allah-Təala buyurur: «Allahın məscidlərini, yalnız Ona və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edərlər.»
    Şübhəsiz‚ işarə olunan hədis‚ məscidlərin təkcə təmir olunması və zahiri görünüşdə abad saxlanılması ilə deyil‚ yalnız xalqın oraya gəlib ibadətlə məşğul olmalarıyla birgə olduqda‚ həqiqətən də, abad olacağını bildirir. Əgər belə olmazsa‚ deməli, məscid hər nə qədər də zahiri görünüşündə mötəşəm olsa belə‚ həqiqətdə, abad deyildir.
    İslami rəvayətlər müxtəlif ibarələr və cürbəcür ifadələrlə insanları məscidə gəlməyə həvəsləndirmiş və oraya gələn şəxslər üçün böyük savab və Cənnət hədiyyələri nəzərdə tutmuşdur:
    – Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdana qədər atdığı hər addımın qarşılığında on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.
    – Qaranlıq gecədə məscidə getmək‚ Qiyamət günü məscid əhlinə xüsusi bir nuraniyyət bəxş edər.
    – Məsciddən uzaqda yerləşən məkanlardan (oraya ibadət etməyə) gələnlər daha çox savab qazanarlar.
    – Hər kim hamıdan qabaq məscidə gedərsə‚ Allaha və Behiştə daha yaxın olar.
    – Məsciddə oturmaq ibadətdir. Məscidlə ünsiyyət yaratmaq‚ Allah-Təala ilə ünsiyyət yaratmaq deməkdir.
    – Bağışlanmaq və İslam maarifi öyrənmək məqsədi ilə məscidə getmək həcc ziyarətinin savabına malikdir. Bunlardan əlavə‚ müsəlmanları (evdə deyil) məsciddə namaz qılmağa və həmçinin ən fəzilətli və camaatın daha çox gəldiyi‚ izdihamlı məscidlərdə ibadət etməyə həvəsləndirmək üçün Məscidül-həramda namaz qılmaq (başqa məscidlərdə qılınan) yüz min namazın savabına‚ Peyğəmbərin (s) məscidində namaz qılmaq‚ on min namazın savabına‚ Məscidül-əqsada namaz qılmaq min namazın savabına‚ cümə məscidlərində qılınan namaz yüz namazın savabına‚ yaşadığın ərazinin məscidində qılınan namaz iyirmi beş namaza‚ bazar məscidində qılınan namaz isə on iki namazın savabına bərabərdir. Halbuki‚ (məscidə və camaat namazına etinasızlıq üzündən olmadığı halda) evdə qılınan namaz isə elə həmin namazın (bir namazın) savabını daşıyır.
    Məsciddə namaz qılmağı üzrsüz səbəbdən tərk etmək qəflət və cahillik nişanəsi və təfriqə sayılmışdır. İslami hədislərdə məscidin qonşuluğunda yaşayan şəxslərin yalnız məsciddə namaz qılması tövsiyə edilmişdir. Qonşularının orada namaz qılmadığı məscidin (Qiyamət günü) Allah-Təalaya belə şikayət edəcəyi buyurulur: «Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da‚ belə buyurdu: «And olsun izzəti-cəlalıma ki‚ onların heç bir namazını qəbul etməyəcəm‚ xalq arasında onları ədalətli tanıtmayacam‚ onlarla mərhəmətli davranmayacam və Behiştdə mənim qonşum ola bilməyəcəklər!»
    6 .MƏSCIDIN EHKAM VƏ QAYDA-QANUNLARINA RIAYƏT ETMƏK
    Məscidin ehkam və qayda-qanunlarına riayət etmək özü də bir mədəniyyətdir. Məscid Allahın evidir. Məscidə gedən şəxs‚ həqiqətdə, Allah-Təala ilə görüşə gedir. Elə buna görə də‚ məscidə xas olan bəzi qayda-qanunlara və ədəb-ərkanlara riayət etmək lazımdır. Məscidə, yalnız Allaha xatir‚ ilahi eşqi ilə‚ qəlbini günahlardan pak etdikdən‚ bədənini və geyimini nəcasətdən təmizlədikdən sonra getmək lazımdır. Şeytandan Allaha pənah aparmaq‚ məscidə daxil olduqda və oranı tərk etdikdə dua oxumaq‚ təhiyyət (salam) namazı qılmaq‚ üzü qibləyə oturmaq‚ oradan tez getməmək və sair... məscidin bəyənilmiş ədəb-ərkanlarından sayılır. Başqa cəhətdən isə bəzi əməllər; məsciddə namaz qılmadan oradan keçib-getmək‚ uca səslə danışmaq‚ dünyəvi işlərdən söhbət açmaq‚ itirdiyin malın elanını verib‚ onu axtarmaq‚ bihudə və dəyərsiz şerlər söyləmək‚ ticarətlə məşğul olmaq və heç bir zərurət daşımadığı halda məsciddə yatmaq bəyənilməmişdir. (Yediyi yeməklərə görə) ağzından başqalarına əziyyət edən pis qoxular gəldiyi halda məscidə getmək də məkruh sayılır. Həmçinin, məscidi nəcasətə bulamaq‚ haram və oranı nəcasətdən təmizləmək isə vacibdir. Cənabətli və heyzli halda məsciddə dayanmaq haramdır.
    7. MƏSCIDƏ XIDMƏT ETMƏK
    Allahın evinə xidmət göstərmək böyük fəxir və çox bəyənilən bir əməldir. İbrahim (ə)‚ İsmayıl (ə) və Məryəm (s.ə) məscidə xidmət etmək şərəfinə və iftixarına sahib olmuşlar. Peyğəmbərdən (s) rəvayət olunmuş bir hədisdə buyurulur: «Həqiqətən, Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.»
    Deməli‚ İslam dininə görə məscidə dəyərli və ləyaqətli şəxslər xidmət etməlidir.
    8. TARIXI ƏHƏMIYYƏTI OLAN MƏSCIDLƏRI DƏYƏRLƏNDIRMƏK
    Bir sıra məscidlər daha çox fəzilət və üstünlüklərə malikdir. Məsələn; bütün müsəlmanların qibləsi olan Kəbə‚ Məscidül-həramda yerləşir. Məscidün-nəbi (Peyğəmbərin (s) məscidi), Məscidül-həramdan sonra ən fəzilətli məscid sayılır. Məscidül-əqsa isə Kəbədən öncə müsəlmanların qıbləsi olduğu üçün xüsusi hörmətə sahibdir. Quba‚ Kufə‚ Səhlə‚ Xəyf‚ Qədir‚ Fəth və Fəzih məscidləri çoxsaylı xeyir və bərəkətlərə malikdir ki‚ bu barədə müxtəlif rəvayətlər mövcuddur.
    İslami rəvayətlərin belə məscidlərin fəzilət və üstünlüklərinə təkid etməsi‚ dinimizin peyğəmbərlərin və övliyaların xeyir-bərəkətlərindən bəhrələndiyi bu qədim və tarixi əhəmiyyət daşıyan məscidlərə dəyər verərək‚ müsəlmanları onları lazımınca qiymətləndirməsinə həvəsləndirməsindən xəbər verir.
    9. EVLƏRDƏ MƏSCID TIKMƏK
    Şiə və əhli-sünnənin hədis mənbələrinə əsasən, evlərdə təmiz və səliqəli bir məkanın namaz qılmaq üçün ayrılması tövsiyə edilmişdir. Bu hədislərdən belə nəticəyə gəlmək olar ki‚ insan öz evində maddi ehtiyaclarını təmin etmək üçün xüsusi bir məkan ayırdığı halda‚ təbii ki‚ mənəvi ehtiyaclarını təmin etmək üçün də məxsus bir məkanı qərarlaşdırmalıdır.
    Əlbəttə‚ dinimizin vacib namazların məsciddə qılınması haqda olan çoxsaylı göstərişlərinə və israrlarına görə‚ evdə qurulan namazxana məscid hökmündə deyil. Bu məkan, yalnız müstəhəbb namazların qılınması üçün daha uyğundur. Necə ki‚ Allahın Rəsulu (s) buyurur: «Ən fəzilətli namazlar‚ vacib namazlar istisna olmaqla‚ insanın öz evində qıldığı namazlardır.»
    10. MÜQƏDDƏS MƏKANLARDAN SUI-ISTIFADƏ OLUNMAMASINA DIQQƏT ETMƏK
    Məscid ilahi nurdur! Bu dəyərli məkan doğru yola yönəltmək və insanın Allah-Təala ilə rabitə saxlamasına ən gözəl yardımçı olduğu halda‚ eyni zamanda İslam müxaliflərinin siyasi‚ mədəni və ictimai hədəflərini də təmin edə bilər. Buna görə də‚ müsəlmanlar qeyri-ilahi‚ təfriqəçilik və fəsadla dolu məqsədlər güdən bəzi şəxslərin hiylələrinə uymamalı və bu sahədə olduqca diqqətli davranmalıdırlar.
    On ikinci fəsildə «Tənqid olunmuş məscidlər» ünvanı altında mövcud olan ayə və rəvayətlər İslam müxaliflərinin bütün müqəddəs şeylərdən‚ hətta müqəddəs məscidlərdən belə sui-istifadə edə biləcəklərinə işarə edir. Bu səbəbdən də, İslam ümmətinin‚ müxalif və qərəzli qüvvələrin müqəddəs məkanlardan öz çirkin məqsədləri üçün istifadə etməmələri üçün ayıq-sayıq olması lazımdır. İslam dininin formalaşdığı ilk illərdə Zirar məscidi münafiqlərin pis hədəflərini təmin etmək üçün inşa olunsa da‚ Rəsulallahın (s) göstərişi ilə yerlə-yeksan edildi.
    Category: Məscid | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 1108 | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məscid [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024