İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:12 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    XÜMS VƏ ZƏKAT
    İslam dinində buyurulan vacib işlərdən biri də mənəvi, ictimai və iqdisadi təsirlərlə dolu olan xüms və zəkatdır. İnsanın cismani sağlamlığı üçün faydalı olan bu əməl barəsində xülasə olaraq işarə edirik.
    Xüms və Zəkatın cismani faydaları
    A-Digərlərinin sağlam və uzun ömürlü olmaları
    Bildiyimiz kimi hər il dünyada aclıqdan nə qədər insan tələf olur və nə qədər insan yaxşı qidalanmadıqları üçün həzm sisteminin pozulması, infeksiyon, qan və s. kimi xəstəliklərə tutulur. Bu aclığın pis qidalanmağın əsas dəlillərindın biri fəqirlik və yoxsulluqdur.
    Yoxsulluq səbəb olur ki, insan yeməyə, geyməyə, ev təmirinə, alverə və s. işlərə az pul sərf etsin. Bu əməlin özü də xəstəliklərin çoxalmasına səbəb olur. Buna misal olaraq demək olar ki, yoxsul insanın yemək proqramı (heyvan ətindən olan yağlı yeməklərdən çoxlu istifadə etmək, habelə fibrlı yeməklərin, vitaminlərin və mineralların az məsrəfi) kökəlməyə, ürəklə bağlı və mikroblara zəmin yaradan sair xəstəliklərə səbəb olur. Digər tərəfdənsə rütubət və qış fəslində kifayət qədər istiliyin olmaması soyuq dəymənin, öskürəyin ağır tənəffüslü xəstəliklərin xüsusən də, uşaqlarda çoxalmasına səbəb olur. Bütün bu qeyd olunan vəziyyətlər üst-üstə yığılaraq insan sağlamlığını çətinliklə üzləşdirir.. Buna görə də xümsü verməkdən yaranan bu yoxsulluğun, sağlamlığa və yaşayışa təsirləri olaraq, cismi və ruhi sağlamlığı öz təsiri altına alır.(Daneşmənd jurnalı, 1378 (h.ş))
    Əgər hər bir cəmiyyətdə xalqın yoxsulluğunu aradan qaldıra bilən qanuna uyğun nizam olsaydı, yoxsulluq nəticəsində yaranan xəstəlik və ölüm kimi çətinliklər yox olar və cəmiyyət sağlam qalardı. İslam dini bu çətinliyi müxtəlif yollarla o cümlədən xüms və zəkatı verməklə aradan qaldırmışdır. İmam Kazim (ə) bu barədə buyurur:"Allah-təala zəkatı yoxsulların təmin edilməsi və sizin dövlətinizin artması üçün qərar verilmişdir."("Muntəxəbu mizan əl-Hikmə", c.1, səh.445.)
    Bütün insanlar xüms və zəkatlarını versələr yoxsulluq yer üzərindən silinər və nəticədə kasıblıq ücbatından yaranan xəstəliklərin kökü kəsilərdi.
    Xüms və zəkatı ödəməklə necə mal-dövlətimiz artır?
    İmam Kazimin (ə) "zəkatı verməklə sizin var-dövlətiniz artır" deyə buyurması, insan şüuri ilə dərkedilməzdir. Necə ola bilər ki, insan öz malını verməklə yanaşı onun malı artsın?
    Cavab:
    Əvvəla: Bizim şüurumuz bir çox şeyləri dərk edə bilmir.(Əlavə məlumat üçün sədəqə və ziyarətin... ömürün üzün və qısalığı ilə əlaqəsi bölməsinə müraciət edin. Səh....) Əgər Allah tükənməz qüdrəti ilə hər hansı bir şeyi iradə edərsə, o qeyri-mümkün olmayacaqdır. Necə ki, o xüms və zəkat verən şəxsin malının artmasını istəmiş və iradə etmişdir.
    İkincisi: Müəyyən bir şeyin bir tərəfdən azalaraq digər tərəfdən çoxalmasının nümunələrini yaşadığımız təbiət aləmində də tapmaq olar. Misal olaraq, bağban ağacın artıqlarını budadıqda, ilk baxışda ağacdan nəsə azalır, halbuki o ağac daha da mahsuldar olur.
    B) Zəkat verənin sağlamlıq və uzunömürlülüyü
    Əvvəla: İnsan toplumsuz yaşaya bilməyən ictimai bir varlıqdır. Bu baxımdan insanlarla əlaqə yaratmaq məcburiyyətindədir. Məhz buna görədir ki, xümslərin verilməməsi nəticəsində bir qrup insan kasıbçılığa, xəstəliyə düçar olarsa, bu xəstəlik bizim də yaxamızdan yapışacaqdır. Misal olaraq dünyada yayılmış hətta varlıların da düçar olduqları xəstəliklərin bəzisinin səbəbi, kasıb Afrika ölkələridir. Onlar imkanları olduqları vaxt o xəstəliyi müalicə edə bilər və başqa ölkələrə yayılmasının qarşısısnı ala bilərdilər. Eləcə də öz ətrafımızda xəstəliklərini müalicə edə bilməyən və sonda xəstəliklərini bizə də keçirən kasıb adamlar heç də az deyil. Məsələn hər hansı bir yoluxucu xəstəliyə və ya kiçik bir soyuqdəyməyə düçar olaraq məktəbə getsələr, bizim övladlarımız da çox keçmədən bu xəstəliklərə yoluxacaqdır.
    İkincisi: Statistika göstərir ki, varlı adamların bıçaqlanmaları və ölümləri çoxlu var-dövlət və xümsü ödəməməklə yaranan kasıbçılıq nəticəsində baş vermişdir. Çünki xümslər ödənilmədikdə, sinfi ayrı-seçkilik artır, bu isə bir çox oğurluqların amilidir. Bəzən kasıb pullunun evinə oğurluğa keçir və varlı şəxs müqavimət etdikdə kasıb tərəfindən bıçaqlanır və ya şiddətli şəkildə döyülməyə məruz qalaraq öz sağlamlığını əldən verir.
    Yuxarıda söylənilənlərdən əlavə, hamı üçün faydalı olan onun başqa müsbət təsirini də qeyd etmək olar. O isə budur ki, zəkatın mərcəi-təqlidin izni ilə xərclənmə yerlərindən biri də, İmam Sahib əz-Zaman ağanın razı olduğu yerdir. Başqa sözlə desək, Allah yolunda (fi səbilillah) xərclənməlidir. Yəni bütün xeyir işlərdə, o cümlədən: məscid tikmək, körpü qurmaq, məktəb və xəstəxana tikmək və s. üçün məsrəf edilə bilər. Heç şübhəsiz ki, belə bir xeyir işlər fərdin və cəmiyyətin sağlamlığında necə müsbət təsirlər qoyacaqdır.
    CƏSƏDLƏRİN DƏFN EDİLMƏSİ VƏ MÜASİR ELM
    İslam dininin müqəddəs qanunvericisi - uca Allah cəsədlərin dəfn edilməsinə göstəriş verərək, onu vacib bilmişdir. Çünki cənazə dəfn edilməzsə, cəsədin çürüməsini müşahidə etmək, iyinin dəyişilməsi və onun qorxulu mənzərəsi bir dəstəni daxilən narahat edəcək və ətrafında olan bütün canlılar meyitin üfunətli iyindən əziyyətə düşəcəklər.
    Hazırda bəlli olmuşdur ki, cənazədə ölümdən dərhal sonra mikrob və çirk meydana gəlir, belə ki, bağırsaq bakteriyaları qana və velnefə(İnsan bədənində plasma və ağ qan cisimciyindən ibarət qan tərkibidir.) keçərək sürətlə artmağa başlayır, əvvəl həvazilər və anarubilər (bihavazilər) inkişaf edir. Albuminoid və üfunətli qazların (Üfunətli, qoxulu, iylənmiş) istehsalı, anaerbuların tam inkişafından sonra başlayır. Bu yolla ki, tədricən qarın nahiyəsində, sinədə və digər üzvlərdə yaşıl rəngli ləkələr müşahidə edilir. Anaerobilər albuminiud maddələrinin sadə kimyəvi elementlərə parçalanması və üfunətli qazların (karbon, hidrogen, hidrogen sulfat və amonyak kimi) istehsalı mikrob və çürümənin əsas amilləridir.
    Yayda üç-dörd gündən sonra, qazın təzyiqi qarında daha da güclənir, belə ki cənazə tabutda üzüquylu olarsa tabut partlaya bilər, cəsədin əvvəlki vəziyyətindən iki dəfə çox böyüməsi və xayaların sərcin formasını alması mümkündür. Bir neçə aydan sonra, torpağın tərkibindən asılı olaraq, divarın partlayış təzyiqi nəticəsində üfunət aradan gedir. Bədəndə mikrob infeksiyası başladıqdan sonra, bəzi həşəratlar (dipterlər) öz yumurtalarını ağız boşluğunda, burunda və gözün kənarında qoyurlar, tezliklə laru (Qurd, həşərat) törənərək buruna, gözə və qulağa daxil olur və mikroblara kömək edir.
    Hazırda elmin kəşf etdiyi bu məsələləri İmam Rza (ə) əsrlər öncə buyurmuşdur.
    "Ölülərin dəfn edilməsi ona görə vacib edildi ki, meyyitin fəsadı xalqı əziyyət etməsin və onun dəyişilmə çirkinliyini görməsinlər, onun üfunətli qoxusunu iyləməsinlər, dirilər ölünün iyi və fasid olmuş üzvləri ilə əziyyətə düşməsinlər və dost və düşmən gözündən uzaq torpaq altında çürüsün ki, düşmənləri onu danlamasın və dostları qüssələnməsin".
    ORUC
    İslam dinində vacib əməllərdən biri də, mübarək Ramazan ayında oruc tutmaqdır. Bu ibadət bir çox ruhi, cismi, iqtisadi, ictimai və s. müsbət təsirlərə malikdir. Biz yalnız onun cismi faydaları haqda müxtəsər söz açırıq.
    İslam Peyğəmbəri buyurur: "Oruc tutun ki, sağlam qalasınız".("Fərhənge mouzuiye mobəlleğan", səh.220.)
    Həzrətin bu dəyərli hədisinin kiçik bir hissəsini dərk etmək üçün, yüz illər keçdikdən sonra o böyük şəxsiyyətin buyuruğu ilə, orucun bir sıra faydalarını üzə çıxarmış alimlərin sözlərinə işarə edirik.
    ALİMLƏRİN NƏZƏRİNDƏ ORUCUN CİSMİ FAYDALARI
    A) Bir rus alimi yazır:
    Oruc - qanazlığı, bağırsaqların zəifliyi və sadə və xroniki iltihab, daxili və xarici çibanlar, tuperkulyoz (vərəmi), revmatizm, dəri tökülməsi, göz xəstəlikləri, şəkər xəstəliyi, dəri xəstəliyi, böyrək və ciyər xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir.
    İmsak (aclıq) vasitəsilə müalicə etmək, yalnız yuxarıdakı xəstəliklərlə məhdudlaşmır. Eləcə də, insan bədənin fundamenti və bədən hüceyrələri ilə əlaqəli olan xərçəng, sifilis, vərəm və tauna da şəfa bəxş edir.("Nümunə təfsiri”, müəllif: Məkarim Şirazi, c.1, səh.458.)
    B) Doktor Əbdüləzizin "İslamda tibb və gigiyeniya" kitabında söylədikləri:
    Orucun ən az əhəmiyyətli hissəsi, onun ətrafında söz açdığımız maddi və səhhətlə ilgili hissəsidir. Heç danılmazdır ki, oruz bir çox hallarda faydalı, bəzi hallarda isə, müalicə üçün yeganə amildir. Başqa yerlərdə görürük ki, oruz yeganə çıxış yolu olmasa da, ən gözəl müalicə üsuludur.
    Oruc aşağıdakı yerlərdə müalicə üçün istifadə edilir:
    1- Bağırsaqların xroniki iztirablı şəraitlərində və zülal ya nişastalı maddələrlə mayalanma zamanı. Bu baxımlarda oruc tutmağın xüsusilə də iki yeməyin arasında su içməməyin və yeməklər arası fasilə yaratmağın şübhəsiz müalicəvi əhəmiyyətləri vardır. Bu xüsusiyyət mübarək Ramazan ayında tutulan orucda tam surətdə riayət olunmuşdur.
    2- Az hərəkət və çox yemək cəbəbindən orta çəki. Bu vəziyyətdə iftar zamanı yeməkdən mötədilliyə riayət etmək və səhər oruca başlayan zaman su içməklə kifayətlənmək (səhər yalnız su içməklə oruc tutmaq) hər tərəfli faydalı müalicədir.
    3- Yüksək qan təzyiqi. Bu xəstəlik əyyaşlıq və cismi reaksiyalar zamanı artmağa doğru gedir. Bu zaman oruc öz müalicəvi rolunu ifa edir. Xüsusilə də insanın çəkisi təbii halından çox olarsa.
    4- Şəkər xəstəliyi (Diabet). Bu xəstəlik də qan təzyiqi kimi artmağa doğru gedir. Xəstəlik başlamazdan əvvəl və yenicə özünü büruzə verən zaman əksər hallarda bədənin çəkisi ağır olur. Bu zaman yenə oruc faydalı müalicə hesab olunur. Çünki şəkər xəstəliyi kökəlməyin qarşısını almaqla azalır. Şəkər xəstəliyi yüngül olarsa yeməkdən 5 saat sonra qanda şəkərin vəziyyəti öz təbii miqdarından aşağı enər və on saatdan sonra minimum təbii səbiyyəyə enər.
    Hətta xəstə unsilin iynəsi başlayıbsa (xüsusilə də xəstənin çəkisi öz təbii həddini aşarsa) ən üstün müalicə yolu oruc hesab olunur.
    5- Böyrəkdə şiddətli iltihab və xroniki hal olarsa.
    6- İltihablı ürək xəstəliklərindən.
    7- Oynaqların xroniki iltihabı, xüsusilə kökəlmə xəstəliyilə bir olarsa. Belə ki, əksər qadınlar 40 yaşından sonra bu xəstəliyə tutulurlar. Bu xəstəlik haqqında aparılan təcrübələr göstərir ki, mübarək Ramazan ayında tutulan orucun təsiri müasir tibbi aparatlardan istifadə, xəstədən qan alma və s. müalicə üsullarından dəfələrlə çoxdur. Bəlkə də yuxarıda adı çəkilən və orucun şübhəsiz müalicə hesab edildiyi xəstəliklər barəsində deyə bilərlər ki, belə halda həkimin göstərişinə ehtiyac var. İslamda isə oruc sağlam insanların vəzifəsidir.
    Deməliyik ki, bu deyilənlər düzdür. Orucun sağlam insanlar üçün faydası elə bu xəstəliklərin qarşısını almağa görədir. Xüsusilə də 1-2-3-4 və 7-ci bənddə deyilən xəstələr üçün.
    Digər tərəfdənsə bütün bu xəstəliklər insanda tədricən özünü büruzə verir. Belə ki, bu xəstəliklər başlayarkən onun düzgün diaqnozunu vermək olmur. Yəni, nə xəstə və nə həkim, xəstəlik ilk dəfə özünü büruzə verdiyi zaman onu tanıya bilmirlər.
    Çünki, tibb hələ o qədər inkişaf etməyib ki, xəstəliyin bütün səbəblərini tanısın. Amma tibb baxımından bu xəstəliyin qarşısını almaq üçün oruc tutmaq zəruridir, hətta hər bir xəstəliyin aşkar olmasından qabaq. Aydındır ki, hər şeydən öncə gigiyenaya riayət etmək lazımdır.
    Statistikanın verdiyi dəqiq məlumata əsasən məlum olub ki, bədəndə piylənmə və kökəlmə artarsa, şəkər xəstəliyi qan təzyiqi, oynaqların xroniki iltihabı bə s. xəstəliklərin baş qaldırmasına şərait yaranır. Digər tərəfdənsə bədənin çəkisi nə qədər azalarsa, bir o qədər də bu xəstəliklərin baş qaldırma imkanı azalar.("İslam və yeni tibb", səh.44.)
    Ğ) Oruc-bıçaqsız cərrahlıq əməliyyatı
    Tibb elmləri dokturu Freyts Bekr deyir: Ən etibarlı, zərərsiz və qorxusuz müalicə yolu orucdur. Heç bir müalicə metodunu onunla müqayisə etmək olmaz. Mənim və doktor Şeltunun nəzərinə görə oruc mədə, bağırsaq və sinir sisteminin ən yaxşı müalicə metodudur. Oruc vasitəsilə müalicə olunmaq bədəndə yığışmış qalıqları rahatlıqla aradan aparma qabiliyyətinə malikdir. Ümumiyyətlə orqanizmə həyat fəaliyyətini yenidən tənzimləmək imkanını verir.
    Doktor Simermenin qeyd etdiyi kimi oruc bıçaqsız cərrahlıq əməliyyatıdır. Xəstəliklərin qarşısını almaqda onun effekti təsəvvür olunası deyil. Mənim nəzərimcə cavanlaşmağın bədəni normal vəziyyətə salmağın ən dəyərli metodu orucdur. Insana yeni hüceyrələrin peyvənd olunması üsulu orucla müqayisə olunası deyil. Doktor Freyts Bekr deyir: "Oruc tutmaq nə aclıq çəkməkdir, nə də sırf müalicə yolu deməkdir":- bir növ istirahət deməkdir. Belə ki, bizim bədənimizə özünü qaydaya salmaq, daxili təmizlik və artıq maddələrin bayıra tökülməsi imkanını verir. Bu kimi möcüzəli təsirin sirri bizim canlı orqanizmimizdə gizlənmişdir. Hər bir insanının daxilində Allah bir müqavimət qüvvəsi yaratmışdır. (Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabının ön sözü, səh.19.)
    Orucla müalicənin tarixi.
    Oruc tutmaq mədəniyyətininin kökləri qədim dünya tarixinə gedib çıxır. Oruc Homerdə də qədim misirlilərin zamanında xəstəni müalicə etmək metodlarından biri olub. Yunanlılar və bütün Aralıq dənizi ətrafında yaşayanlar öz xəstəliklərini oruc tutmaqla müalicə edirdilər. İtaliyada naplitonların zamanında 150 il ərzində həkimlər orucu öz xəstəliklərinə məsləhət görürdülər. Onun müddəti 40 günə çatırdı. Mən (Doktor Şeltun) neçə vaxtdır ki, yalnız orucla məşğulam və öz xəstələrimi yalnız orucla müalicə edirəm. Orucun müddəti isə bir neçə gündən 3 aya kimi çəkir. Xəstələr həm öz çəkilərini azaltmaq, həm də sağlamlıqlarının yenidən bərpası üçün oruc tuturlar.(Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.40..)
    Orucun əleyhinə kitablar
    Bəzi təbiblər orucun heç bir elmi əsası olmadığını bildirirlər. Çox məşhur bir cümlədə deyilir ki, "bir şeyin mümkün olmasının ən yaxşı dəlili onun baş verməsidir" əgər biz "Oruc sağlamlığın səbəbidir" – deyiriksə, dəlilimiz bunun çox nümunəsidir. Əvvəla: orucla müalicədə itirilmiş sağlamlıqlarını geri qaytarıblar. Ikincisi: On illərlə oruc tutan bir çox insanlar oruc tutmayan çox insanlardan sağlamdırlar.
    Amerikalı həkimlərdən biri olan doktor Şeltunun Amerikada orucla çox uğurlu müalicəetmə müəssisəsi var. O deyir: Oruc əleyhinə yazılmış kitabların əksər müəllifləri o şəxslərdirlər ki, ömrü boyu hətta bir dəfə də olsa yeməklərini ötürməyiblər. Oruc tutmağın insanın sağlamlığında və onun qorunmasında böyük rolu vardır.("Freyts Bekr, "Oruc həyatını xilas edə bilər" kitabı, səh.47..)
    Orucla müalicənin nümunələri
    1- 1961-ci ildə Vladimir adlı moskvalı cavan fizik iflic xəstəliyinə düçar olduqdan sonra 45 gün oruc tutaraq sağalmışdır. Bu iş Moskva qəzetlərinin birində nəşr olunmuş və dünya mətbuatında əks etdirilmişdir.
    2- Yuqoslaviya alimi professor Aleksey Sevirin orucun gigiyenik və tibbi faydaları haqqda məşhur kitabı var. O, öz ağ saçlarını oruc tutmaqla qaralda bilib.("İlk universitet, son peyğəmbər", c.3, səh.104.)
    Bu iki nümunə dənizdən bir damladır, maraqlananlar "Oruc, həyatınızı xilas edə bilər" kitabına müraciət esinlər.
    Oruc tutmaqla sağlam olmaq olarmı?
    Əgər sağlam olmaqdan məqsəd bu olsa ki, insanın gələcəkdə öz sağlamlığı üçün heç bir proqramı olmasın və daima vaxtlı-vaxtsız ürəyi istədiyi hər bir şeyi yesin ya zərərli adəti yenidən təkrar etsin, təbiətdə belə bir möcüzə olmamışdır. Bu iş eynilə buna bənzəyir ki, arıqlamış bir insan hər şey yesin, amma onun yenidən kökəlməyəcəyini güman edək.
    Xəstəliyin səbəbi aradan getməyənədək sağlamlıq yarana bilməz. Sağlamlığı qorumaq üçün xəstəlik törədən bütün səbəbləri araşdırıb aradan qaldırmaq və gündəlik həyatdan silmək lazımdır. Hər hansı bir xəstəliyin səbəbləri xəstəlik yaradan adətlərdir ki, əgər insan yenidən ona tərəf gedərsə onu xəstələndirər. Oruc tutaraq sağalan xəstə yenidən öz zərərverici adətlərinə qayıdarsa, onun təzədən xəstələnməsi şübhəsizdir. Alkoqolizmi tərk edən insan əgər spirtli içki içərsə yenidən alkoqolizmə qurşanacaqdır. Heç bir kəs təkcə oruc tutmaqla zəmanətli sağlamlıq əldə edə bilməz. Sağlamlıq üçün nizam-intizam, özünə nəzarət və nəfsinə hakim olmaq lazımdır. Hər kəs öz bədəninin normasını bilsə və həmin miqdarda yemək yeyib həddini aşmasa sağlam qalar. İnsanlar yenidən spirtli içkilərə və siqaretə üz tutarsa, gec yatarsa, havasız evlərdə yaşayarsa, zəhərli-kimyəvi maddələrə dolu olan içkilər içərsə, həddindən artıq iş görərsə və öz pis adətlərinə başlayarsa, heç vaxt xəstələnməyəcəyini gözləməsin.(Müasir elm baımından orucun əhəmiyyəti, 192-dən 194 qədər səhifələrin xülasəsi.)
    Oruc tutmaq mədə yarasına səbəb olurmu?
    Əvvəla: statistikanın verdiyi məlumata əsasən mədə yarası oruc tutmayan millətlərdə oruc tutan millətlərdən daha çoxdur. Bu proses əksinə olsaydı orucun mədədə yara yaratmasını bəlkə də qəbul edərdik.
    İkinci bir tərəfdən: 1966-cı il sentyabr ayında Tokioda keçirilmiş "mədə xəstəlikləri" dünya konfransında bu xəstəliyin səbəbləri araşdırılmışdır. Konfransda iştirak edənlərin hər biri öz ölkələrində keçirdikləri tibbi və gigeyena ilə bağlı yığıncaqlarda əldə etdikləri nəticələri bu konfransa təqdim etmişdilər. Verilən raportlarda siqaret, isti yeməklərin həddən artıq yeyilməsi (İslamda qaynar yemək məkruhdur) həddən artıq su içmək, əsəbləri oyada bilən qəhvə və ədviyyat kimi ərzaqlara adət etmək, ifrat dərəcədə duzlu və turş yeməklər yemək və spirtli içkilərdən istifadə etmək kimi faktorlar, xəstəliklərin meydana gəlməsində əsas amillər kimi öz əksini tapmışdır.(Metabolizm prosesi)
    QUSL
    A) Cənabət quslunun tibbi və cismani faydaları
    Cənabət quslu paklıq və təmizlikdən əlavə aşağıdakı tibbi faydalara da malikdir:
    1- Cinsi əlaqə zamanı orqanizmdə fəaliyyətlər daha da artdığı üçün bədəndə maddələr mübadiləsi[177] başqa vaxtlardan fərqli olaraq bir az da çoxalır. Buna görə də əzələ tellərinin arasında loktik turşusunun yığılması nəticəsində siniflər və əzələlər yorularaq əzginləşir. Yorğunluq nəticəsində əzələlər sıxılaraq zəifləyir.
    Qusl alarkən bu proses öz əvvəlki vəziyyətinə qayıdır. Damarların genişlənməsi nəticəsində dərinin və siniflərin qidalanması daha da yaxşılaşır. Bildiyimiz kimi insanın dərisi qaraciyərdən sonra bədənin ən fəal üzvüdür. Buna görə onun təmizliyini qorumaq üçün olduqca çox çalışmaq lazımdır. Eləcə də "hidroterapiya" və ya "su ilə müalicə" adlı bir mövzu da var ki, bizim kitabın mövzusundan xaricdir.
    2- Spermanın xaric olduğu zaman dəridəki məsamələrdən (dəliklərdən) bir miqdar tər çıxır. Bu tərlə birgə duzlar da həmin dəliklərdən xaric olur. Əgər qusl verilməsə, bu dəliklər tutular və bədəndən tər vasitəsilə çıxmalı olan bir miqdar zəhər böyrək yolu ilə ifraz olar. Nəticə etibarilə böyrəklərin yükü artaraq böyrək pozuntularına səbəb olar. Bildiyimiz kimi tərləmək dərinin üzünü rütubətli və yumşaq saxlamaqla bərabər xarici amillərin qarşısında bir növ onu qoruyur. Deməli artıq ifraz olunan duzlar qusl yolu ilə aradan gedir.
    3- Muhəmməd ibni Sənan İmam Rzadan (ə) belə nəql edir: "Cənabət quslunun səbəbi paklıq, natəmizliyin aradan getməsi və bütün bədənin təmizlənməsidir. Cənabət bütün bədən üzvlərindən xaric olduğu üçün bədənin hər bir üzvünü təmizləmək zəruridir".
    Əmirəlmöminin Əli (ə) buyurur: "Hər bir tükün altında cənabət var".
    Cinsi yaxınlıq zamanı bədəndə baş verən dəyişikliklərə diqqət etməklə yuxarıda qeyd olunan sözün əhəmiyyəti aydın olur. Çünki cinsiyyət vəzisinin digər daxili vəzilərlə, sinir mərkəzlərinin təhriki ilə əlaqəsi cinsi əlaqə zamanı yaranan zahiri əlamətlər: o cümlədən ürək döyüntüləri, tənəffüsün sürətlənməsi, qan təzyiqinin qalxması, sifətin qızarması, gözlərin axması və s. kimi işlər şübhəsizdir. Bundan əlavə praktiki tibbdə belə nəticəyə çatıblar ki, cinsi yaxınlıq edən zaman kəsilən heyvanın əti və südü xoşagəlməz dada malik olur. Yuxarıdakı qısa şərhlə bütün bədən sistemlərinin cinsi fəaliyyətdə rolu olduğu aydın olur. Belə ki, yaxınlıq edərkən bütün sistemlər öz müvazinətini itirir. Qusl etdikdə bu balans öz yerini alır.("İslamda tibb və gigiyeniya", səh.145, Muhəmməd ibn Sənanın "Vəsail əş-Şiə" kitabındakı rəvayəti, bab.20, səh.88. )
    4- Yaxınlıq zamanı yaranan natəmizlik yaxınlıqdan sonra süzənək, sifilis və başqa müxtəlif xəstəliklərə səbəb olur. Bundan əlavə yaxınlıq zamanı bədənlərin bir-birinə sürtünməsi ilə, birindən o birinə dəri xəstəliklərinin keçməsi mümkündür. Bu da qusl etməklə aradan gedir, yaxud azalır.
    B) Məssi-meyyit və meyyit quslu
    Müqəddəs İslam dininin buyurduğu vacib işlərdən biri də budur ki, əgər insan hələ quslu verilməyən meyyitin soyumuş bədəninə toxunarsa özünə qusl verməsi vacibdir. Bu vacib əməlin tibbi faydalarından biri də budur ki, adətən insanlar xəstəlik üzündən dünyalarını dəyişirlər. Xəstə insanın dərisində isə bir çox xəstəlik yaradan mikrobları olur. Habelə insan sağ olarkən dəri üzərində fəal olmayan bəzi mikroblar insan öldükdən sonra güclənərək artırlar. Bu zaman dərinin səthi, infeksiyalı xəstəliklərinin artma və yayılma mərkəzinə çevrilir. Bu mikroblar insana keçərsə məssi-meyyit quslu verməklə aradan gedir. Meyyit quslu verməklə də ölünün dərisində bu mikroblar yox olur ya da azalır, bəlkə də buna görədir ki, meyyit quslu verdikdən sonra insan əlini ölüyə vurarsa daha özünün məssi-meyyit quslu verməsi lazım deyil.
    C- Heyz (aybaşı) quslu
    Alimlərin ayın və kosmik şüaların insan və başqa canlılar üzərində qoyduğu təsirlər haqda apardıqları yeni təcrübələrə əsasən, hər 28 gündən bir, ay dairəvi forma alarkən aybaşı halında olan qadınlara tam şəkildə təsir qoyur, buna görə də onlarda qəm, narahatlıq baş qaldırır və özlərində bir növ həqarət hiss edirlər. Qusldan və ruhi qüvvələrin yeniləşməsindən sonra, bədənin təmizlənməsinə görə narahatedici hisslər aradan qalxır. Bunun səbəbi isə, hələ lazımınca aydın olmayıb.
    Bu faydalar yuyunmaqda da vardır. Nə üçün məhz qusl vacibdir?
    Birincisi: Demək olmaz ki, quslun vacibliyi təkcə yuxarıda deyilənlərə görə, onun yalnız tibbi xüsusiyyətlərə görə malik olduğunu bildirir. Bu tibbi faydalar bəlkə də quslun vacib olma səbəblərinin onda birini təşkil edir.
    İkincisi: İstər keçmişdə, istərsə də müasir dövrümüzdə bir çox insanlar cənabətdən, məssi-meyyitdən və sair işlərdən sonra bədənin yuyulmasının hansı tibbi faydaları olmasını hələ də bilmirlər. Elə buna görə də, qusl vacib olmasaydı, nə qədər insanlar cənabətdən sonra ya əsla yuyunmazdılar və ya bir neçə gündən sonra yuyunardılar. Bu da bədənə zərərlidir. Islamda quslun tez və gecikdirilmədən verilməsi müstəhəbdir. Hədislərdə bildirilir ki, quslu gecikdirmək bir çox xəstəliklərə səbəb olur.
    Üçüncüsü: Qusl vermək savab və mənəvi təsirlərə malikdir, amma sadəcə duş qəbul etməyin mənəvi təsirləri yoxdur.

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1493 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024