İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    4:40 PM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (5-4) BEYNӘLXALQ TӘŞKİLATLARIN NÖVLӘRİ
    Beynəlxalq təşkilatlar bir neçə növə bölünürlər. Onları bir-birindən fərqləndirən cəhətlər də müxtəlif olur. O cümlədən, təşkilatın növü və fəaliyyəti, coğrafi əraziyə görə əhatə dairəsi, təşkilatın strukturu və üzvlərinin fəaliyyət sahəsi, tarixi keçmişi, həcmi və ölçüləri, qərar qəbul etmə üsulları və s. Bu bölgüdə beynəlxalq təşkilatları dörd əsas prinsipə görə təqsim edəcəyik: mahiyyət; fəaliyyət dairəsi; dövlətə bağlılıq dərəcəsi və nəzarət üsulları.
    (5-4-1) MAHİYYӘTӘ GÖRӘ BÖLÜNMӘ
    Beynəlxalq təşkilatlar öz mahiyyətlərinə və mövcudluq səbəblərinə görə aşağıdakı növlərə bölünürlər:
    1. Iqtisadi təşkilatlar;
    Bunlar iqtisadi hədəf və fəaliyyətlərə görə təşkil edilir, beynəlxalq qurumlar arasında sayca böyük yer tutur və günbəgün artmaqdadırlar. İqtisadi təşkilatlar həm regional, həm də ümumdünya səviyyəsində fəaliyyət göstərirlər.
    I Dünya Müharibəsindən əvvəl mövcud olmuş Alman Gömrük Ittifaqı, Beynəlmiləl Məşğulluq Təşkilatı, Beynəlmiləl Ticarət Palatası, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Avropa Iqtisadi Komissiyası, EKO təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Qarşılıqlı Iqtisadi Әməkdaşlıq Şurası, Avropa Bazarı, OPEK, Beynəlxalq Atom Enerjisi Agentliyi, Benilyüke Ölkələri Təşkilatı, Asiya Ictimai-Iqtisadi Komissiyası, Mərkəzi Amerika Birgə Bazarı, And müqaviləsi, Qərbi Afrika Iqtisadi Cəmiyyəti, Iqtisadi Inkişaf və Həmkarlıq Təşkilatı, Cənubi Asiya Regional Әməkdaşlıq Təşkilatı, Beynəlxalq Inkişaf Bankı, Şərqi Afrika Iqtisadi Cəmiyyəti və s. qurumları bu təşkilatlara misal göstərmək olar.
    2. Siyasi təşkilatlar;
    Bu təşkilatlar müştərək siyasi baxışlar, mənafe və hədəflər əsasında yaradılır. Onların fəaliyyət dairəsi müxtəlif ictimai-siyasi məsələləri əhatə edir. BMT, Afrika Birliyi təşkilatı, Islam Konfransı Təşkilatı, Әrəb Ölkələri Ittifaqı, Bitərəf Ölkələr Təşkilatı, Avropa Şurası, Fars Körfəzi Həmkarlıq Şurası, BMT-nin Cenevrədəki qaçqınlara yardım üzrə beynəlxalq komisarlığı və s. təşkilatlar bu qəbildəndirlər.
    3. Elmi və mədəni-maarif sahəsindəki təşkilatlar;
    Bu yönümlü təşkilatlar elm və maarif sahəsindəki müştərək hədəflərə əsasən təsis edilirlər. Yunesko, Ümumdünya Sinoptika Təşkilatı, Beynəlmiləl Standartlaşdırma Təşkilatı, Parisdəki Beynəlxalq Araşdırmalar Şurası, Avropa Nüvə Təhqiqatları Müəssisəsi, ixtira və kəşfləri qeydə alan ümumdünya təşkilatı və s. təşkilatlar buna misal ola bilər.
    4. Danışmalar və rabitələr üzrə ixtisaslaşan təşkilatlar;
    Bu təşkilatlar rabitə və informasiya sahəsində eləcə də, əmtəə, enerji, xammal və s.-in danışması və nəql edilməsində qarşıya qoyulan məqsədləri yerinə yetirmək üçün yaradılan qurumlardır. Beynəlxalq Teleqraf Ittifaqı, Ümumdünya Poçt Ittifaqı, Beynəlxalq Aviasiya təşkilatı, Beynəlxalq Naviqasiya Təşkilatı, Beynəlxalq Dəmiryolları Təşkilatı, Reyn, Dunay və digər çaylarda gəmiçilik üzrə komissiyalar, Beynəlxalq Telefon Rabitəsi və s belə təşkilatlardandırlar.
    5. Hüquqi təşkilatlar;
    Belə təşkilatlar ölkələr arasındakı müxtəlif məsələlər üzrə ortaya çıxan ixtilaflarda şikayətlərə baxılması, dövlətlərarası rabitələrin tənzimlənməsi, xüsusi mövzular barəsində hüquqi normaların bərqərar edilməsi və s. bu kimi məqsədlər üçün yaradılır. Nümunə üçün, Bəniz Hüququ üzrə Beynəlmiləl Komissiya, Beynəlxalq Әdliyyə Məhkəməsi, Daimi Beynəlxalq Məhkəmə və Insan Hüquqları Komissiyasını misal göstərmək olar.
    6. Ictimai təşkilatlar;
    Bu təşkilatlar müəyyən bir ictimai işi yerinə yetirmək üçün yaradılırlar. Belə qurumlara misal olaraq, aşağıdakıları göstərmək olar: Yunisef, Ümumdünya Səhiyyə Təşkilatı, Avropada Mühacirət üzrə Dövlətlərarası Komitə, Beynəlxalq Qırmızı Xaç komitəsi, BTT-nin məskunlaşma üzrə mərkəzi, təlim-tərbiyə üzrə BTT-nin müəssisəsi və s.
    7. Müdafiə və təhlükəsizlik məsələləri üzrə olan təşkilatlar.
    Belə təşkilatlar müştərək müdafiə və təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradılır. Onlardan bəzilərini qeyd edirik: BMT-nin Təhlükəsizlik Şurası, NATO, SENTO, Avropa Müdafiə Cəmiyyəti, senterpol və s.
    (5-4-2) BEYNӘLXALQ TӘŞKİLATLARIN ÖZ FӘALİYYӘTLӘRİNӘ ӘSASӘN NÖVLӘRӘ BÖLÜNMӘSİ
    Bu baxımdan beynəlxalq təşkilatlar üç qismə bölünürlər: bir sahədə fəaliyyət göstərənlər; iki sahədə fəaliyyət göstərənlər və bir neçə sahələrdə fəaliyyət göstərənlər. Onlar həm regional, həm də ümumdünya səviyyəsində iş aparırlar.
    1. Bir sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar;
    Belə təşkilatlara ixtisaslaşmış təşklatlar da deyilir. Onlara misal olaraq, OPEK-i göstərmək olar. OPEK, dünya bazarında yalnız neft istehsalı, onun yayılması və satışı ilə məşğuldur. Yaxud, Ümumdünya Poçt Ittifaqı yalnız poçt rabitələri ilə əlaqədar fəaliyyət göstərir. Bu qəbildən olan digər təşkilatlara aşağıdakıları misal göstərmək olar: Beynəlmiləl Әdliyyə Məhkəməsi, NATO, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Interpol və s.
    2. Iki sahədə fəaliyyət göstərən təşkilatlar;
    Bu cür təşkilatlar adətən, iki sahədə fəaliyyət göstərirlər, yaxud da, onların fəaliyyəti əsasən iki məxsusi sahəyə şamil olur. Həmin sahələr ictimai-iqtisadi, siyasi-ictimai, elmi və mədəni-maarif və s. yönümlü ola bilərlər. Belə təşkilatlara misal olaraq, aşağıdakıları göstərmək olar: Yunesko (elm və mədəni-maarif sahəsində), Ticarət Konfransı (iqtisadi-ictimai sahələrdə), EKO (ictimai-iqtisadi sahələrdə), BMT-nin Asiya və Sakit okean hövzəsi üzrə iqtisadi-ictimai komissiyası və s.
    3. Bir neçə sahədə fəaliyyət göstərən təşkilatlar.
    Onlara "ümumi təşkilatlar” da deyilir. Çünki, bu təşkilatlar müxtəlif sahələrdə o cümlədən, siyasi, iqtisadi, elmi, mədəni-maarif, ictimai, hüquqi, təhlükəsizlik və s. İstiqamətlərdə fəaliyyət göstərirlər. BMT, Afrika Birliyi Təşkilatı, Islam Konfransı, Bitərəf Ölkələr Təşkilatı, Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurası, Avropa Şurası və s. qurumlar bu növ təşkilatlardandırlar. Belə təşkilatlarda fəaliyyətin siyasi mahiyyəti daha qabarıq olur.
    (5-4-3) BEYNӘLXALQ TӘŞKİLATLARIN COĞRAFİ ӘHATӘ DAİRӘSİNӘ GÖRӘ BÖLÜNMӘSİ
    Hər beynəlxalq təşkilat özünəməxsus coğrafi ərazi çərçivəsində fəaliyyət göstərir və məhz həmin hüdudlarda öz plan, siyasət və əməli fəaliyyətlərini həyata keçirir. Ona görə də, beynəlxalq təşkilatları dörd əsas qrupa bölmək olar: regional təşkilatlar, qitə hüdudlarında fəaliyyət göstərən qurumlar, qitələrarası nüfuz dairəsinə malik olan təşkilatlar və ümumdünya ərazisində fəaliyyətlərini həyata keçirən beynəlxalq təşkilatlar.
    1. Regional təşkilatlar;
    Bu təşkilatların nüfuz dairəsi məxsusi bir coğrafi bölgəyə şamil olur. Belə müştərək coğrafi regionlara misal olaraq, düzənlik, materikal şelf, körfəz, yarımada, dəniz, okean və sairləri göstərmək mümkündür. Bu cür təşkilatlar mümkündür ki, müstəqil olsunlar və ya böyük beynəlmiləl təşkilatların tərkibində fəaliyyət göstərsinlər. Regional təşkilatların sayı çoxdur və misal üçün aşağıdakılara işarə etmək olar: Fars Körfəzi Həmkarlıq Şurası, Cənubi Asiya Regional Әməkdaşlıq Təşkilatı, Iqtisadi Həmkarlıq Təşkilatı (EKO), Qara dəniz hövzəsi ölkələrinin həmkarlıq Təşkilatı, Cənub-Şərqi Asiya Ölkələrinin Ittifaqı (ASEAN) və s.
    2. Qitələr çərçivəsində fəaliyyət göstərən təşkilatlar;
    Belə qurumlar, bir qitənin hüdudları çərçivəsində öz fəaliyyətlərini həyata keçirirlər. Məsələn: Afrika Birliyi Təşkilatı, Avropa Ittifaqı, Avropa bazarı, Amerika Ölkələri Təşkilatı və s.
    3. Qitələrarası qurumlar;
    Bu cür beynəlxalq təşkilatlar öz üzvlərini iki və ya bir neçə qitələrin ölkələri arasından seçirlər. Məsələn, Islam Konfransı Təşkilatının üzvləri, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdən ibarətdirlər ki, bunlar da müxtəlif qitələrdə yerləşirlər. Yaxud, Sakit okean hövzəsi və Asiya ölkələrinin iqtisadi komissiyasına üzv olan dövlətlər, bir neçə qitədə yerləşən ölkələrdən təşkil olunmuşlar. Әrəb Liqası Təşkilatlarının üzvləri isə, iki qitədən seçilirlər (Asiya və Afrika).
    4. Ümumdünya üzrə fəaliyyət göstərən təşkilatlar.
    Bu cür qurumların üzvləri bütün dünya ölkələri arasından seçilə bilir və həmin təşkilatların nüfuz dairəsi, Yer kürəsinin hər guşəsinə şamil olur. Onların fəaliyyətləri ya xüsusi, ya da ümumi istiqamətlərdə həyata keçirilir. Belə qurumlara aşağıdakıları misal göstərmək olar: BMT və ona tabe olan qurumlar, Bitərəf Ölkələr Təşkilatı (və bloklara qoşulmayan dövlətlər), OPEK, Ümumdünya Bankı, Beynəlmiləl Atom Enerjisi Agentliyi, Beynəlmiləl Dəniz Hüququ üzrə Konvensiya və s.
    Bu növ beynəlxalq təşkilatların coğrafi ərazi baxımından əhatə dairəsi "bitişik” və ya "qeyri-bitişik” ola bilər. Yəni, bəzi ümumdünya təşkilatlarına üzv olan ölkələrin əraziləri, bir-birləri ilə bilavasitə bitişik olurlar və yalnız, dövlət sərhədləri ilə ayrılırlar. Bəzilərinin ərazisi isə, coğrafi cəhətdən bir-birlərindən aralı olur. Belə təşkilatlara misal olaraq OPEK, Islam Konfransı və s.-i göstərmək olar. Bitişik ərazili ölkələrdən təşkil edilən qurumlara isə, aşağıdakıları misal çəkmək olar: EKO, Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurası, Әrəb Ölkələri Liqası, Afrika Birliyi Təşkilatı, Avropa Ittifaqı və s.
    (5-4-4) NӘZARӘTİN NÖVÜNӘ ӘSASӘN BEYNӘLXALQ TӘŞKİLATLARIN QRUPLARA BÖLÜNMӘSİ
    Beynəlxalq təşkilatlar, onların idarə olunması və həmin qurumlara edilən nəzarətin necəliyinə görə iki dəstəyə bölünürlər: Dövləti və qeyri-dövləti təşkilatlar.
    1. Dövləti təşkilatlar;
    Demək olar ki, beynəlmiləl təşkilatların əksəriyyəti dövləti təşkilatlardır. Çünki, onların üzvləri öz millətlərinə xidmət edən müstəqil dövlətlərdən ibarətdir. Bu səbəbdən, belə təşkilatları "dövlətlərarası qurumlar” adlandırmaq daha münasib olardı.
    Bu cür təşkilatlar mahiyyət və coğrafi ərazi baxımından nüfuz dairələrinə görə müxtəlif formalarda mövcud olurlar və adətən, müştərək məqsədlərə, habelə hədəflərə çatmaq üçün üzv dövlətlər tərəfindən azad surətdə yaradılırlar. Әn böyük beynəlmiləl dövləti təşkilat BMT-nin özü sayılır ki, o, 200-ə yaxın müstəqil dövlətdən təşkil edilmişdir. Məntəqə, qitə, yaxud ümumdünya səviyyəsində olan rəsmi beynəlxalq qurumlar, beynəlmiləl dövləti təşkilatlar hesab olunurlar. Çünki, bunları təşkil edən üzvlər ayrı-ayrı müstəqil dövlətlərdir.
    2. Qeyri-dövlət beynəlmiləl təşkilatları.
    Bunlar müxtəlif ölkə vətəndaşları tərəfindən azad surətdə yaradılan humanitar, mədəni-maarif və s. İctimai sahələrdə fəaliyyət göstərən qurumlardır.
    Әslində, hər hansı bir ölkən vətəndaşlarından bəziləri əvvəlcə milli səviyyədə qeyri-dövləti bir təşkilat yaradırlar və sonradan müxtəlif ölkələrdəki belə uyğun qurumlar birləşərək, beynəlmiləl aləmdə fəaliyyət göstərən təşkilata çevrilirlər. Həqiqətən bu cür təşkilatlar beynəlmiləl təşkilatlardır. Çünki, onları yaradan üzvlər, müxtəlif millətlərin nümayəndələri olurlar və dövlətlər belə qurumların işinə ya heç cür müdaxilə edə bilmir, ya da onlara çox cüzi şəkildə təsir edə bilirlər. Qeyri-dövləti beynəlmiləl təşkilatlar bəzən humanitar, bəzən mədəni-maarif və bəzən də müxtəlif ölkələrdəki iqtisadi qurumların birləşməsi nəticəsində yaranırlar. Onlar öz mahiyyət və fəaliyyətlərinin əhatə dairəsinə görə müxtəlif növlərdə olurlar.
    Qeyri-dövləti beynəlmiləl təşkilatlarını ümumi şəkildə iki qismə bölmək olar:
    1. Maddi mənfəət gətirən qeyri-dövlət təşkilatları;
    2. Maddi mənfəət gətirməyən qeyri-dövlət təşkilatları.
    Maddi mənfəət gətirməyən qeyri-dövlət qurumları, ictimai, mədəni-maarif sahələrində qarşıya qoyulan hədəflərə çatmaq üçün yaradılır və onların fəaliyyətlərində iqtisadi stimmullar nəzərə çarpmır. Hərçənd ki, təşkilatın maliyyələşdirilməsi üçün üzvlərdən müəyyən maddi köməklər qəbul edilir. Belə qurumların aşağıdakı nümunələrini misal göstərə bilərik:
    1. Beynəlxalq Qırmızı Xaç cəmiyyəti;
    2. Qan köçürmə üzrə beynəlxalq cəmiyyət;
    3. Xərçəng xəstəliyinə qarşı mübarizə ittifaqı;
    4. Mənəvi Irsin Qorunması Təşkilatı;
    5. Beynəlxalq Hüquqşünaslar cəmiyyəti;
    6. Beynəlxalq Universitetlər cəmiyyəti;
    7. Parlamentlərarası Ittifaq;
    8. Beynəlxalq Ticarət Təşkilatı;
    9. Beynəlxalq Diplomatiya Universiteti;
    10. Roma klubu;
    11. Sərhədsiz həkimlər və jurnalistlər cəmiyyəti;
    12. Beynəlxalq elmi cəmiyyətlər.
    Maddi mənfəət gətirən qeyri-dövləti təşkilatları ticarət və digər iqtisadi sahələrdə fəaliyyət göstərən qurumlara deyilir. Onların üzvləri müxtəlif iqtisadi istiqamətlərdə çalışan şirkətlərdən ibarət olur. Bu qurumlar adətən, transmilli korporasiyalar kimi tanınırlar.
    (5-5) BEYNӘLXALQ TӘŞKİLATLARIN NÜMUNӘLӘRİ İLӘ TANIŞLIQ
    Qeyd edildiyi kimi, müxtəlif coğrafi ərazilərdə fəaliyyət göstərən bir çox beynəlmiləl qurumlar mövcuddur ki, onların hamısı haqqında məlumat vermək imkanına malik deyilik. Ona görə də, burada əvvəlcə ən böyük beynəlmiləl qurum olan - BMT barəsində danışacaq, sonra isə iqtisadi, siyasi, hərbi və mədəni-maarif sahələrində iş aparan bəzi beynəlxalq təşkilatlara dair məlumatları nəzərinizə çatdıracağıq.
    (5-5-1) BMT (BİLӘŞMİ MİLLӘTLӘR TӘŞKİALATI)
    BMT-NİN YARADILMASI ZӘRURӘTİ VӘ TӘSİS OLUNMASI
    1914-1918-ci illərdə I Dünya Müharibəsinin acı nəticələri ABŞ, Ingiltərə, Fransa və s. ölkələri bir beynəlxalq təşkilat yaratmaq zərurəti qarşısında qoydu. O vaxt Dünya Müharibəsinin təkrar olunmasının qarşısını almaq və ümumi təhlükəsizliyi təmin etmək üçün qalib dövlətlər çarə tapmağa çalışırdılar. Həmin dövrdə ABŞ prezidenti Vilson "Millətlər cəmiyyəti”nin yaradılması təklifi ilə çıxış etdi. Buna əsasən, 28 aprel 1919-cu ildə, Paris sülh konfransından sonra ABŞ, Böyük Britaniya, Fransa, Italiya və Yaponiya tərəfindən rəsmən Millətlər cəmiyyətinin təsis edilməsi elan olundu.
    Millətlər cəmiyyətinin təsis edilməsi, müttəfiq dövlətlərin qələbəsinin məhsulu idi. Bundan sonra isə, 13 dekabr 1920-ci ildə əsasnaməsi təsdiq olunmuş Beynəlmiləl daimi Әdliyyə Məhkəməsi öz işinə başladı.
    Qabaqcadan qeyd etdiyimiz kimi, Millətlər cəmiyyətinin əvvəlcə 42 üzvü var idi və bunların 26-sı qeyri-Avropa dövlətləri idi.
    Bir müddətdən sonra üzv dövlətlərin sayı 57-yə çatdı. Lakin 1939-cu ildə, yəni, II Dünya Müharibəsi başlamazdan əvvəl üzvlərinin sayı 43-ə qədər azaldı və qüdrətli dövlətlər tədricən Millətlər cəmiyyətini tərk etməyə başladılar. İtaliya 1937-ci ildə Albaniyaya həmlə edərək, Millətlər cəmiyyətindən çıxdı. 1933-cü ildə isə Almaniya onu tərk etdi. Finlandiyaya qarşı müharibəyə başlayan SSRI-ni Millətlər cəmiyyətindən xaric etdilər və 1937-ci ildə Çinin bəzi ərazilərini işğal edən Yaponiya da bu təşkilatdan çıxdı. Məlum olduğu kimi, ABŞ əvvəldən Millətlər cəmiyyətinin üzvü deyildi. Millətlər cəmiyyəti təsis olunan vaxt öz qarşısına iki əsas məqsəd qoymuşdu:
    Birincisi, bütün dünyada sülhün bərqərar edilməsi və cəmiyyətə üzv olan dövlətlərin hər hansı birinə qarşı baş verən təcavüzə qarşı birgə müdafiə tədbirlərinə əl atmaq.
    Ikincisi, dünya ölkələri arasında iqtisadi və ictimai əməkdaşlığı təşviq edib, onun inkişafına köməklik göstərmək. Millətlər cəmiyyətinin əhdnaməsində bu barədə belə deyilirdi: "Beynəlxalq qanunları dövlətlərarası rabitələrdə əməli rəftar qaydaları kimi tanımaq, qarşılıqlı ehtiram üsullarına ciddi riayət etmək, əlaqələrdə ədalət və bağlanmış müqavilələrin qorunması üçün müharibə aparmamaq öhdəçiliklərinə əməl etmək, ölkələrarası əlaqələrdə ədalət, şərəf və azad tövsiyələr yolu ilə bütün dünyada sülh və təhlükəsizliyin təmin olunması, həmçinin millətlərarası həmkarlıq və əməkdaşlığı təşviq etmək məqsədi ilə Millətlər cəmiyyətinin əhdnaməsini imza edirik".
    Millətlər cəmiyyəti, beynəlxalq sülhün qorunması mexanizmləri və xüsusi sülhqoruyucu hərbi qüvvələrə malik deyildi. Qüdrətli dövlətlərin onun tərkibindən çıxması ilə və sülhün məhz həmin dövlətlər tərəfindən pozulması üzündən Millətlər cəmiyyəti iflasa uğrayıb, süqut etdi və II Dünya Müharibəsinin başlanmasının qarşısını heç vəchlə ala bilməzdi.
    1939-cu ildə II Dünya Müharibəsi başlayan vaxt Millətlər cəmiyyəti və onun bütün strukturlarının fəaliyyəti sona yetdi. İI Dünya Müharibəsi alovları qızışdıqca, bəşəriyyət bu amansız müharibəni cilovlamaq üçün çarə axtardı. 1942-ci il yanvarın 1-də 26 ölkənin antifaşist koalisiyasına imza etdikləri dövrdə ilk dəfə "BMT” kəlməsini o zamankı ABŞ prezidenti Ruzvelt bəyan etdi. Müharibədən sonra beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələrarası rabitələri əməkdaşlıq və həmkarlıq əsasında qurmaq üçün bir beynəlmiləl təşkilatın yaradılmasına kəskin zərurət duyulurdu. 1945-ci il iyunun 26-da San-Fransisko şəhərində keçirilən beynəlxalq konfransda BMT-nin təşkil olunması istiqamətində ilk addım atıldı və onun nizamnaməsi 51 ölkə tərəfindən imzalandı. Həmin ilin 24 oktyabrında isə, rəsmən BMT-nin təsis edilməsi elan olundu. Sonralar bir çox ölkələr BMT-nin üzvlüyünə qəbul edildilər və hal-hazırda bu təşkilatın 200-ə yaxın üzvü vardır. Böyük ya kiçik, zəngin yaxud kasıblığından asılı olmayaraq, BMT-yə üzv dövlətlərin hər biri onun ümumi məclisində bərabər səs hüququna malikdirlər. BMT-nin iqamətgahı Nyu-York şəhərində yerləşir. Bu qurumun Avropadakı iqamətgahı isə Cenevrə şəhərindədir.
    BMT-də qəbul edilmiş və onun sənədlərində istifadə olunan 6 dil—ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri rəsmən tətbiq edilməkdədir. BMT-nin xüsusi poçt markası, mavi rəngli bayrağı, zeytun ağacının budaqları arasında dünya xəritəsini əks etdirən gerbi vardır.
    BMT-nin məqsəd və məramlarını, onun yaradılması zərurətini doğuran hədəfləri əsasnaməsinin maddələrindən oxumaq olar. Bu təşkilatın hədəfləri haqqında əsasnamənin 1-ci maddəsində belə deyilir:
    1. Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, ümumi sülhü təhlükə altına qoyan hərəkətlərin qarşısını almaq, təcavüzkarlığa və sülhü pozan hər cür addımlara qarşı mübarizə aparmaq, konfliktlər və dövlətlərarası ixtilafların müzakirələr, danışıqlar yolu ilə həll edilməsinə nail olmaq, beynəlxalq aləmdə ədalətli hüquq normalarına uyğun sülh şəraitini bərqərar etmək BMT-nin hədəflərindən sayılır.
    2. Millətlər arasında dostluq rabitələrini inkişaf etdirmək, millətlərin hüquq bərabərliyini və öz müqəddəratlarını həlletmə prinsiplərini qorumaq, bütün dünyada sülhü möhkəmləndirmək yolunda ardıcıl fəaliyyət göstərmək.
    3. Çoxtərəfli beynəlxalq problemlərin həllində beynəlmiləl əməkdaşlıq və həmkarlığın təşkil edilməsi (iqtisadi, ictimai və humanitar sahələrdə), habelə insan hüquqlarının qorunması və hər cür irqi, dini, məzhəbi, cinsi, milli ayrıseçkiliklə mübarizə aparmaq.
    4. Yuxarıda adı çəkilən məqsədlərə nail olmaq istiqamətində dünya millətlərinin səylərini koordinasiya edən bir mərkəzə çevrilmək BMT-nin əsas funksiyalarından hesab olunur.
    BMT əsasnaməsinin 2-ci maddəsində xatırlanan hədəflərə yetişmək üçün aşağıdakı qaydalar nəzərdə tutulmuşdur:
    1. Təşkilat bütün üzvlərin bərabər hakimiyyət hüququ əsasında qurulub.
    2. Bütün üzvlər əsasnamədə nəzrədə tutulan və qəbul etdikləri öhdəlikləri yerinə yetirməyə borcludurlar.
    3. Bütün üzvlər aralarındakı ixtilafları sülh məramlı üsullarla həll etməlidirlər.
    4. Təşkilatın bütün üzvləri beynəlxalq rabitələrdə güc işlədilməsindən çəkinəcək, bir-birlərinin ərazi bütövlüyünə və siyasi müstəqilliklərinə ehtiramla yanaşacaqlar.
    5. Bütün üzvlər təşkilatın əsəanaməsinə uyğun göstərdiyi hər cür fəaliyyətlərini dəstəkləyəcək və ona kömək edəcəklər. Әgər BMT hər hansı bir ölkəyə qarşı sanksiyalar tətbiq etsə, həmin ölkə ilə əməkdaşlıqdan çəkinmək bütün üzvlərə vacibdir.
    6. BMT-yə üzv olmayan dövlətlər beynəlxalq sülh və əmin-amanlığı təhlükə altına qoyan hərəkətlərə yol verdikdə, təşkilat belə əməllərə nəzarət etməli və onlarla nizamnamədə göstərilən üsullara uyğun rəftar etməlidir.
    7. BMT-nin bu əsasnaməsində dərc edilmiş onun heç bir qayda-qanunu, ölkələrin öz səlahiyyətlərinə məxsus olan daxili işlərinə müdaxilə etməməyi caiz saymır və üzvlər belə mövzularda yalnız, təşkilatın nizamnaməsinə müvafiq rəftar etməlidirlər. Lakin xüsusi hallarda və zərurət tələb etdikdə, istisnalar mümkündür.
    BMT nizamnaməsinin 4-cü maddəsinə əsasən, təşkilata yeni üzvlərin qəbul edilməsinin şərti, onların əsasnamənin bütün müddəalarını yerinə yetirmək öhdəliyinə razı olmalarıdır. 6-cı məddəyə görə isə, təşkilata üzv olan dövlət, nizamnamənin qaydalarını pozduqda, Təhlükəsizlik Şurasının tövsiyəsinə əsasən, BMT ümumi yığıncağının qərarı ilə üzvlükdən xaric edilir.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 1204 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024