İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    9:06 AM
    Kitabın adı: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild
    (6-7) İRAN İSLAM İNQİLABI HӘRӘKATI
    Müsəlmanlar parçalanma və dağılma dövründən sonra bir daha özünün «Islam mənliyi»-ni axtarmaq yolunda, kapistalist qərb və kommunist şərqi qarşısında müqavimət göstərdilər. Son yüzüllikdə Islam dünyası, müxtəlif ölkələrdə bu oyanışın bir çoxunun şahidi olmuşdur. Bu hərəkatlardan və qiyamlardan biri, Ayətullah Xomeyninin rəhbərliyi ilə olmuş və 1342-ci ildə hicri şəmsi ilində başlayaraq, 1357-ci hicri şəmsi ilində müvəffəqiyyət qazanmış Iran Islam Inqilabıdır. İnqilabın kökləri dərsində, bu mövzularla ətraflı tanış olacaqsınız. Lakin ondan öncə, qısa olaraq Şəhid Mütəhhərinin baxışları ilə hərəkatının hədəflərinin mahiyyəti, rəhbərliyi, islahatçıların şərait və yeri məsələsinə baxacağıq.
    (6-7-1) HӘRӘKATIN MAHİYYӘTİ
    Hər hansı hərəkatın mahiyyətinin tə’yini, müxtəlif yollarla baş verə bilər: Hərəkatın yükünü öz çiyinlərində daşıyan şəxs və qruplar yolu ilə; həmin hərəkatın qarşısına qoyduğu hədəflər yolu ilə; həmin hərəkata güc, həyat və hərəkət verən şüarlar yolu ilə və s...
    Iranın müasir hərəkatı, Iran xalqının konkret sinif və təbəqəsinə məxsus deyil. Bu hərəkatda varlı və kasıb, kişi və qadın, şəhərli və kəndli, tələbə və məktəb şagirdi, toxucu və usta, tacir və əkinçi, ruhani və müəllim, savadlı və savadsız bərabər olaraq iştirak edirlər. Hərəkata rəhbərlik edən böyük mərcelər tərəfindən bəyanat verildikdə, bütün ölkə ərazisin və bütün təbəqələr arasında bərabər yayılır, şəhərdəki səs-sədası, kənddə saldığı səs-sədaya bərabər olur, Xorasan və Azərbaycanda da, Avropa və Amerikanın ən uzaq nöqtələrindəki iranlı tələbələr arasında da tə’sir göstərirdi. Məzlum və kasıbları, varlılar qədər həyacanlandırır, istismara mə’ruz qalmayanlarda da istismar olunanlardakı qədər anti-istismar hissi oyadırdı.
    Bu hərəkat, iqtisadiyyatı cəmiyyətin bayisi sayan, hər bir ictimai hərəkatı təbəqələrarası ziddiyyətin əks-sədası bilən, həmişə, maddi çarpışmazlıqlar və təbəqələr arası ziddiyyətlərə istinad edən və bütün yolların sonunun qarın (mədə) olduğunu bildirən, tarixi maddi cəhətdən izah edənlərin və tarixi materializm tərəfdarlarının nəzəriyyələrinin əsassız olduğunu aşkara çıxarır. Bu hərəkat, peyğəmbərlər hərəkatı ilə eyni kökə - yə’ni «ilahi özünüdərk» və ya «Tanrını dərk» - malikdir. Bu özünüdərkin kökləri, bəşər fitrətinin dərinliklərində yerləşir və daxili «mən»-dən kök alır.
    Peyğəmbərsayağı xəbərdarlıq, bəşəriyyətin fitri şüurunu öz yaradıcısına, əsl-kökünə, gəldiyi yer və daxilində həmin yer haqqında sirli və namə’lum tanışlığın hissi keçirdiyi şəhər və məntəqəyə qarşı ayıltdığı zaman, bu oyanış öz-özünə Tanrının gözəl zatına bağlılıqla nəticələnir. Gözəl me’yarların birincisi olan Tanrıya bağlılıq, öz ardınca kamal, gözəllik, ədalət, bərabərlik, bağışlama, fədakarlıq və xeyirxahlığa bağlılıq hissini yaradır. Peyğəmbərlərin insanda oyatdıqları hiss - yə’ni hər fərdin fitrətində, zatında qoyulmuş Tanrıya pərəstiş və Tanrını axtarmaq hissi (bu hiss insanı kamillik axtarıcısı və pisliklərə nifrət edən bir şəxsə çevirir) - insanda inam yaradır. Onu haqq tərəfdarı - ona sərfəli olduğu üçün deyil, sırf haqq olduğu üçün - edir. Puçluqla - batil, batil olduğu və puçluq da, puçluq olduğu üçün-düşmənlik edir. Әdalət, bərabərlik, düzlük və doğruçuluq ilahi me’yarlar olduğu üçün hədəfə və məqbul işə çevrilir və təkcə həyat mübarizələrində qələbə vasitəsi kimi qalmırlar. İlahi oyanışa, ayıqlığa çatmış və ilahi me’yarlar onun üçün hədəfə çevrilmiş bir insan, bir fərd kimi başqa bir fərdin dostu və ya bir şəxs kimi, başqa bir şəxsin düşməni olmaqdan xilas olur. Artıq o, adil şəxsin deyil, ədalətin tərəfdarıdır; zalımın deyil, zülmün düşmənidir. Adil şəxsi himayə etməsi və zalımla düşmənçiliyinin səbəbi psixi və şəxsi vəziyyətindən asılı olmur. Әksinə prinsip və məsləkindən asılı olur. Cəmiyətin oyanmış islamçı vicdanı, onu Islam me’yarlarının axtarışına həvəsləndirir. Müxtəlif və bir-birinə zidd təbəqələri vahid bir hərəkatda hərəkətə gətirən də, müştərək vicdan və cəmiyyətin qaynayan ümumi ruhudur.
    Indi isə kök baxımından: Bu hərəkatın köklərini, son 50 ildə ölkədəki hərəkatlarda - həmin hərəkatların bu cəmiyyətin islamçı ruhuna necə yanaşmaları baxımından - axtarmaq lazımdır.
    Son yarım əsrdə, Islamın ali hədəflərinə zidd və son yüz ilin islahatçılarının ideyalarının əks istiqamətində olan hərəkatlar baş vermişdir. Təbii olaraq, bu hadisələr bizim cəmiyyət tərəfindən əbədi olaraq münasibətsiz qala bilməzdi.
    Həmin yarım əsrdə, Iranın islamçı cəmiyyətində baş vermiş hadisələr bunlardır:
    - Sərt və vəhşi istibdad (tiranizm) və bütün azadlıqların ləğvi;
    - Yeni imperializmin nüfuz etməsi - yə’ni həm siyasi, həm iqtisadi və həm də mədəni baxımdan gizli və təhlükəli formalı istismar;
    - Dinin siyasətdən uzaq saxlanılması, dinin siyasi səhnədən çıxarılması;
    - Iranın öncəki cahillik dövrünə qaytarılması üçün sə’y göstərilməsi, atəşpərəstlik şüarlarının dirçəldilməsi və Islamın həqiqi şüarlarının unudulması;
    Məhəmməd (s)-ın hicri tarixinin zərdüşt tarixi ilə dəyişdirilməsi, bunlara bir nümunədir.
    - Islam mədəniyyətinin qiymətli irsinin təhrifi və bu mədəniyyətin, Iranın şübhəli mədəniyyəti adı ilə tanıtdırılması;
    - Dövlət marksizminin - yə’ni, siyasi və ictimai tərəflərini çıxmaqla, onun anti-din fikirlərinin təbliği və yayılması;
    Bildiyimiz kimi, marksistlərin satılmış ünsürləri, Pəhləvi hökuməti aparatı ilə razılığa gəldilər. Razılığın mövzusu, marksizmin anti-din, materialist və anti-məzhəb şüarlarının təbliği və siyasi, ictimai xüsusiyyətləri barədə susulması idi. Biz universitetdə, hakimiyyətin himayəsi altında xoşbəxt yaşayan marksist ünsürlərinin bu cür fəaliyyətinin yaxından şahidi olurduq. Rəhimsizcəsinə qətillər və iranlı müsəlmanlara qiymət verilməməsi, həmçinin siyasi müttəhimlər üçün həbsxana və işgəncələr;
    - Ayrı-seçkilik və təbəqələrarası fərqin günbəgün artması;
    - Halbuki, zahirdə islahatlar aparılırdı;
    - Hökumətdə və digər orqanlarda, qeyri-müsəlmanların müsəlmanlar üzərində ağalığı;
    - Həm birbaşa, həm də fəsadın yayılması formasında, Islam qayda-qanunlarının bütün mədəni və ictimai sahələrdə açıqcasına pozulması;
    - Yad sözlərlə mübarizə adı ilə, Iranın islamçı ruhunun qoruyucusu olan fars Islam ədəbiyyatı ilə mübarizə;
    - Islam ölkələri ilə bağlılığının pozulması və qeyri-islam dövlətləri və Israil kimi Islama zidd ölkələrlə bağlılıq.
    Bu və buna bənzər işlər, yarım əsr ərzində Iran cəmiyyətinin məzhəbi vicdanını əzmiş və partlama həddinə gətirmişdi. Keçmişin ədalətsizliklərindən əziyyət çəkən və ayağa qalxmaq üçün fürsət gözləyən, Iranın agah, şücaətli və mübariz ruhaniləri, belə bir şəraitdə qiyam etdi. 50 illik pisliklərdən bezmiş və qərbpərstliklə şərqpərəstlikdən peşiman olmuş nəsil, Islamın nicatverici tə’limi ilə tanış etdi. Xalq da özünün varlığı ilə ruhanilərin çağırışına «bəli» söylədi. İranın Islam Hərəkatı, bu cür köklərdən güc alırdı.
    (6-7-2) HӘRӘKATIN HӘDӘFİ
    Bu hərəkatın hədəfi nədir, nə istəyir? Demokratiyanı istəyir və ya istismarı bu ölkədən qovmağı? Bu gün «insan hüququ» adlanan şeyi müdafiə üçünmü ayağa qalxmışdı? Ayrı-seçkiliyi və bərabərsizlikləri ləğv etmək, zülmü kökündən qoparmaq, materializmi məhv etmək istəyirmi?....
    Bu sualların cavabını, hərəkatın mahiyyəti və kökləri haqqında söylədiklərimizdə tapmaq olar. Bu sualların cavabında qısaca deyilə bilər ki, bəli və xeyr. Bəli, yəni bütün bu hədəflər hərəkatın hədəflərindəndir. Yox, yəni hədəflər bununla bitmir.
    Islam hərəkatı, hədəf baxımından məhdud ola bilməz. Çünki Islam, zatən parçalanmayan bir külliyyat şəklindədir və bu hədəflərdən hər birinə çatmaqla, sona yetmir. Әlbətdə bu, hərəkatın taktiki baxımdan bir sıra hədəfləri başqalarından daha mühüm saymaması və hədəfə çatma mərhələlərini nəzərə almaması demək deyildir. Məgər Islamın özü taktiki baxımdan tədriclə həyata keçirilməmişdirmi? Yəqindir ki, hərəkat əvvəlcə istibdad və istismarın rəddi, inkarı və dağıdılması mərhələsini keçir. Bu mərhələni adladıqda, quruculuğa və stabilliyə çatır və sonra, digər hədəflərinin ardınca gedir.
    Qısa olaraq, hər bir hərəkat özünün bir sıra kiçik və ikinci dərəcəli hədəflərinə də malikdir. Hərəkatın ümumi hədəfləri, dörd cümlədə söylənilmişdir: «Nəruddul-məalimə min diynik». Yəni Tanrı yolunun məhv olmuş əlamətlərini qaytaraq. Yəni ilkin və həqiqi Islama qayıdış; yaxud, bidətləri məhv etmək və əsil sünnəti həyata keçirmək; fikir və düşüncələrdə islahat və Islam barəsində mühakimə, ruhiyyə və mənlikdə dəyişiklik.
    «Nəzhərul-islahə fi biladik». Yəni şəhər və cəmiyyətlərdə, əsaslı, aşkar, geniş və hər bir tamaşaçını cəlb edəcək islahat aparmaq. Xalqın yaşayış səviyyəsinin yaxşılaşmasının əlamətləri görünməlidir. Yəni Tanrı bəndələrinin həyat səviyyəsində köklü dəyişikliklər.
    «Yəmənul-məzlumunə min ibadik». YəniTanrının məzlum bəndələri, zalımların şərrindən xilas olmalı və zülümkarların uzun əlləri, məzlumların başı üzərindən qalxmalıdır. Yəni, insanların ictimai əlaqələrində islahat.
    «Tuqamu-muəttələtu min hududik». Yəni Tanrının unudulmuş qanunları və Islamın tapdalanmış qaydaları, bir daha həyata keçirilməli və xalqın ictimai həyatında hakim rol oyanmalıdır. Yəni, cəmiyyətin sivil və ictimai qaydalarında faydalı və Islami dəyişiklik.
    Bu dörd prinsipi həyata keçirməkdə, fikir və düşüncələri həqiqi Islama yönəltməkdə, bidət və xurafatı beyinlərdən qovmaqda, yemək, mənzil, səhiyyə, təhsil baxımından ümumi həyatı yaxşılaşdırmaqda, insanların insanlıq əlaqələrini bərabərlik, qardaşlıq, üzərində qurmaqda və cəmiyyəti, hakim qayda-qanun baxımından ilahi Islam ülgüsünə əsasən qurmaqda müvəffəqiyyət qazanmış islahatçı, ən yüksək müvəffəqiyyətə nail olacaqdır.
    (6-7-3) HӘRӘKATIN RӘHBӘRLİYİ
    Hər bir hərəkatın liderə ehtiyacı var. Buna, heç bir şübhə yoxdur. Lakin islamçı mahiyyətə malik və bütün hədəfi Islam olan bir hərəkata, kimlər və hansı qrup rəhbərlik etməlidir?
    Yəqindir ki, islamşünaslar, islamın hədəfləri, əxlaq fəlsəfəsi, ictimai, siyasi və mənəvi fəlsəfəsini gözəl bilənlər, Islam dünya görüşü - yəni Islamın varlıq və xilqət (yaradılış), başlanğıc, yaradan, varlığın zərurəti haqqında Islamın baxışları - və insan və insan cəmiyyəti haqqında islamın fikirlərin tamamilə bilən, islamın müxtəlif mövzularda - o cümlədən, insan necə yaşamalıdır? Özünü və cəmiyyətini necə qurmalıdır? Öz hərəkətini necə davam etdirməlidir? Nəyə qarşı mübarizə aparmalıdır? Ümumiyyətlə, hansı yolu seçməlidir? - ideologiya və planlarını bilənlər rəhbər ola bilərlər.
    Islam mədəniyyəti daxilində tərbiyə almış, Quran, sünnət, fiqh və Islam maarifini yaxşı və tam bilənlər, rəhbər vəzifəsini icra edə bilərlər. Bu səbəbdən də, yalnız dini və ilahi alimlər, Islam hərəkatına rəhbərlik edə bilərlər. Hər bir ictimai hərəkatın, fikiri və mədəni hərəkatlardan ibarət dayağı olmalıdır. Әks halda, yad cərəyanların toruna düşəcəkdir. Onlar tərəfindən cəzb olunacaq və öz-özünə, yolunu dəyişəcəkdir. Misal üçün, Iran Islam Inqilabında bir qrup şəxs, Islamın mədəni sərvətlərindən bəhrələnmədikləri üçün başqalarının toruna düşdülər. Digər tərəfdən, hər bir islamçı mədəni hərəkat, ictimai hərəkatın dayağı olmaq istəyirsə, ayrı cəmiyyətin deyil, məhz həmin cəmiyyətin mədəniyyətindən güc almalı və onunla qidalanmalıdır. Məsələn, hər hansı bir cəmiyyət marksist, ya eksitansiolist və ya bunlara bənzər mədəniyyətlərdən bəzi hissələrini götürərək, Islam yoluna hidayət etmək üçün onların üzərinə Islam örtüyü çəkirsə, yəqindir ki, bu səhv yoldur. İslam hərəkatı, islam qanunlarından ilham alan əxlaqi, tarixi, siyasi, iqtisadi, dini və ilahi fəlsəfə yaradaraq, üzvlərinin ixtiyarına verilməlidir.
    Bu gün Islam cəmiyyətinin xacə nəsirəddinlərə, əbu əli sinalara, molla sədralara, şeyx ənsarilərə, şeyx bəhailərə, mühəqqiq hillilərə və əllamə hillilərə ehtiyacı vardır. Lakin VII əsrin deyil, XIV əsrin Xacə Nəsirəddini; IV əsrin deyil, XIV əsrin Әbu əlisi; XIII əsri deyil, XIV əsrin Şeyx Әnsarisinə və s... Yəni onlar həmin xüsusiyyətlərə malik olmaqla bərabər, bu dövrə aid olmalı, hazırkı əsrin problem və ehtiyaclarını hiss etməlidirlər.
    İslam, əslində məsləhət deyil, həqiqətdir; vasitə yox, hədəfdir və Bslama məsləhət və vasitə kimi baxanlar deyil, yalnız həqiqət və hədəf kimi baxanlar bu ictimai enerji mənbəyindən istifadə edə bilərlər. İslam, XVI əsrin tələblərində istifadə edilən və XX əsrin tələblərində tarixə tapşırılan alət deyil. İslam, insanlığın düzgün yoludur və mədəniyyətli insanın, yarım vəhşi insan qədər ona ehtiyacı var; inkişaf etmiş insana, ibtidai insana verdiyi qədər, nicat və səadət verir. İslama vasitə və məsləhət və nəhayət, özünəxas ictimai şəraitdə istifadə edilən müvəqqəti bir şey kimi baxanlar, Islamı düzgün tanımamış və ona yaddırlar. İslamın parlaq hökümlərinin icrasına baxış nisbi deyil, mütləq olmalıdır. Hətta, Islama vasitə və alət kimi baxsaq, Islam adı ilə tanıtdırılan hər bir şeydən deyil, doğru və həqiqi Islamdan istifadə etməliyik. Necə ola bilər ki, hər bir alətdən istifadə üçün təxəssüs lazım olsun, lakin bu alətdən istifadə də təxəssüsə və səriştəyə ehtiyac olmasın?
    Elə bilirsiniz, filan professorla bir neçə gün səhər yeməyi yemiş və ziyalılıq iddiasında olan bir kəs, həqiqi Islamı yalançı Islamdan ayıra və ya ondan, cəmiyyətin xeyiri üçün istifadə edə bilər?
    Təəssüflə deməliyik ki, bu ziyalılar yuxudan bir qədər gec qalxıblar. Çünki bu böyük hərəkət və enerji mənbəyinin qədim rəhbərləri, bu böyük mənbədən necə istifadə etməyin yolunu bildiklərini gösərmişlər və buna görə də, başqalarına tərk-silah imkanı verməyəcəklər.
    Yaxşı olar ki, hər səhər daşınma ümidi ilə yuxudan ayılan və hər gecə əli boş yatan bu əziz ziyalılar, insanlığa ayrı xidmət haqqında fikirləşsinlər və Islamın mənəvi enerji mənbəyinin, həmin şəraitdə böyümüş və həmin ab-havaya alışmış böyüklərin əlində qalmasına imkan versinlər. Çünki bizim xalqımız həmin böyüklərin səsi və sözü ilə daha yaxşı tanışdır.
    İranın İslam Hərəkatı, hazırda dövrün ehtiyaclarını bilən, xalqla həmdərd olan, İslamın yüksəlməsini istəyən və iblisin nişanələrindən sayılan məyusluq, ümidsizlik və qorxunu yaxına burxmayan agah, şücaətli və mübariz mərcelərin ona rəhbərlik etdikləri ilə fəxr edir.
    Bu gün hərəkata rəhbərliyi öz öhdələrinə götürmüş mərcelərə nisbətən, daha böyük ərazidə mərcəlik edən və daha çox ardıcıla malik mərcelər olmuşdur. Lakin bu qədər sevgi, nüfuzlu söz, xalqın ruhu və canı ilə qaynayıb-qarışmamış və ya bu rabitə cüzi dərəcədə olmuşdur. Biz, bu rəhbərlərin böyüklüyünə hörmət edir, təşəkkürümüzü bildirir və təriflərini tarixə tapşırırıq. Qadir Tanrıdan, onlar üçün qəti iradə, artan səy, dərin və dəqiq baxış və daha çox müvəffəqiyyət arzulayırıq. Lakin adı, xatirəsi, çıxışları, ruhu, iradəsi, şücaəti, imanı hamının dilində olan qəhrəmanlar qəhrəmanı, Iran xalqının gözünün nuru və ruhuna yaxın olan Ayətullah Xomeyni Tanrının bizim əsrə təqdim etdiyi ən böyük töhfə idi və bu, «Innəllahə fi kulli xələfin udulən yənfunə ənhu təriyfəl-mubtiliyn»-nə bir nümunədir.
    «İnnəma yuqiymu əmrəllahi subhanəhu mən la yusaniu və la yuzariu və la yəttəbiul-mətamiə»(Nəhcül-bəlağə, qısa kəlamlar, 107-ci hikmət).
    Bu cümlələrdə, Tanrı əmrlərinin yerinə yetirilməsindən söz açılır, son yüz ildə Islam islahatçılarının dilində «Islam təfəkkürünün dirçəldilməsi» adlanan mövzudan danışılır. Söhbət Tanrı fərmanlarının unudulacağı və yenidən bərpasına ehtiyac duyulacağı bir dövrün yetişəcəyindən gedir. Mövzu, kimin bu peyğəmbərlərə xas işi görə bilməyə qadir olmasıdır. Hər bir insan, istənilən ruhi və əxlaqi şərait və mənəvi şəxsiyyətindən asılı olmayaraq, belə bir peyğəmbərsayağı addım ata bilərmi?
    İmam Әli (ə) «innəma» sözünü qeyd edərək deyir: «O şəxs bunu edə bilər ki, üç böyük xüsusiyyət onda olmasın: müsaniə, müzariə və nökərçilik tamahı».
    «Müsaniə» sözünün fars dilində dəqiq qarşılığını, hələ də tapa bilməmişik. Bəlkə də «razılaşma», «nəzərə alma», «müamilə etmək» demək olar. Lakin xeyr. Bunların hamısı müsaniədir. «Müsaniə», bunlardan daha genişdir. İmam Әli (ə) və dostlarının nəzərində, müsaniənin bir növü sayılırdı. Həzrət Әli (ə), hətta məsləhət xatirinə - siyasətçilərin özlərini uyğunlaşdırdıqları məsləhətlər - də olsa, Müaviyyənin 1 saat da olsun öz vəzifəsində qalmağına icazə verməkdən imtina etdi və bu işi, müsaniə adlandırdı. Ola bilsin ki, səhabələr və dostları Imam Әli (ə)-ın hüzuruna gələrək onu tərifləyir, ona hörmət göstərir, müxtəlif ad və ləqəblərlə çağırır və işlərdə hər hansı bir eybi gördükdə, onu söyləməkdən çəkinirdilər və İmam Әli (ə), qəti surətdə onları bu yoldan çəkindirir və onların bu hərəkətini, müsaniə adlandıraraq deyirdi: «Mənimlə müsaniə formasında rəftar etməyin. Mənimlə zülmkarlarla danışılan kimi - yəni yaltaqlıqla, tərifləməklə gözəl sözlərlə - danışmayın». O açıqcasına deyirdi: «Mən, xalqın mənimlə üzləşərkən xoş sözlər və təriflər yerinə, nəzərlərinə çarpan çatışmazlıq və eybləri, açıq-aşkar və üz-bəüz deməklərin istəyirəm».
    Tanrı işlərinin icrasında utancaqlıq, müsaniədir. İşlərin icrasında dostu, yoldaşı, övladı, qohumu və s. nəzərə almaq, müsaniədir.
    Qurani-kərim, bu gün «müdanihə» kimi istifadə edilən, «idhan» sözündən istifadə edir.
    İdhan, yəni yağ sürtmək. Bu günlər, müasir danışıqda «yağlamaq» və s. kimi işlədilir. Bu təbir, adətən hər hansı bir işi ciddi surətdə görmək əvəzinə, necə gəldi və əslinə varmadan «üstü bəzək, altı təzək» formasında görüldüyü zaman ortaya çıxır. Qurani-kərim buyurur: «Kafirlər sənin müdahinəçi olmağını istəyirlər». O zaman, onlar səninlə müdahinə edərdilər. Məsələn tövhid, bərbərlik, qardaşlıq, ribanın haramlığının zahiri qalar, əsli və həqiqəti itərdi. Qısası, sənin müsaniə əhli olmağını istəyirdilər. Sən isə, müsaniə əhli deyilsən. Deməli, zahirlə kifayətlənmək, müsaniədir.
    Dostbazlıq, dostları, övladları, qohumları nəzərə almaq və Tanrı işinin icrasına çatmaq müsaniədir. Tarixdə, Imam Әli (ə) haqqında bu cəhətdən ibrət almalı bir hadisə qeyd olunmuşdur: «Imam Әli (ə) qoşunun başçısı olarkən, Yəməndən qayıtdığı zaman, beytülmala məxsus Yəmən geyimləri də gətirdilər. Nə özü onlardan birini geymiş, nə də ordu üzvlərindən birinin onlardan geyməsinə icazə vermişdi. Məkkəyə bir-iki mənzil qalmış-o zaman, Həzrət Peyğəmbər (s), Həcc ziyarəti üçün Məkkəyə getmişdi. Özü hesabat vermək üçün Həzrətin hüzuruna gəldi və sonra əsgərləri ilə birlikdə Məkkəyə daxil olmaq üçün geri döndü. Әsgərlərin yanına çatdıqda, onların həmin geyimləri çıxararaq geydiklərini gördü. Әli (ə) heç bir şeyi nəzərə almadan geyimləri onların əynindən çıxarıb, öz yerinə qoydu. Döyüşçülər narahat oldular və Tanrının rəsulunun (s) hüzuruna çatdıqda, Peyğəmbər (s)-ın «Böyüklərinizdən razısınızmı?» sualının cavabında, dedilər: «Bəli, lakin...» və geyimlər haqqındakı hadisəni Peyğəmbər (s) üçün danışdılar. Həmin anda Peyğəmbər (s), Həzrət Әli (ə) haqqında tarixi bir cümlə dedi: «O, Allahın zatında, ən sərt insandır». Yəni, Imam Әli (ə) ilahi iş gördüyü zaman, hər bir «müsaniə» və «nəzərə alma»dan uzaq olur. Müsaniə və dostluğun müsaniəsi, xiffət və çarəsizliyin bir növü, şücaət və qüvvətin bir növü olan prinsipial sərtliyin qarşılığıdır.
    Indi isə «müzariə». «Müzariə», yəni «oxşarlıq».
    Cəmiyyəti islah etmək və dəyişmək istəyən şəxs, həmin xalqla eyni rəngli və xalqın zəif xüsusiyyətləri onda olmamalıdır. Yalnız zəif xüsusiyyəti olmayanlar, zəif xüsusiyyətləri islah edə bilərlər. Әgər hər hansı bir xəstəlikdə, bir xəstə digərini sağalda bilərsə, mənəvi və ictimai müalicədə, bu mənasızdır. Әli (ə) buyurmuşdur: «And olsun Allaha. Mən, sizə deməmişdən əvvəl, özümün əməl etdiyim şeyləri sizə əmr edirəm və sizdən əvvəl özümün çəkindiyim şeyləri, sizə qadağan edirəm». həmçinin, o Həzrət (ə) buyurur: «Özünü xalqın rəhbəri və imamı vəzifəsinə seçmiş şəxs, əvvəlcə özünə təlim verməlidir, sonra xalqa. Özünü təlim və ədəbli etmək, başqaları üçün müəllimlik etməkdən daha çox, hörmətə və ehtirama layiqdir».
    Nökərçilik tamahı. Әli (ə.s.) buyurur: «Әt-təməu riqqun muəbbidun»(Nəhcül-bəlağə, qısa kəlamlar, 171-ci hikmət).
    Nökərçilik tamahı əbədidir. Hər bir nökərçilikdə, azadlıq ümidi sahib tərəfindən olur. Tamah növlü nökərçilikdə sahib tərəfindən azadlığa heç bir ümid yoxdur. Burada azad olmağın ixtiyarı sahibin deyil, qulun əlindədir. Tanrı fərmanını yerinə yetirmək istəyən hər bir kəs, bu əsirlikdən azad olmalıdır. Hürriyyət və mənəvi azadlıq, dini islahatçının müvəffəqiyyətinin şərtidir.
    Məsləhət üzrə hərəkət edən çarəsiz bir insan, ilahi islahata müvəffəq olmadığı hər hansı bir xəstə öz cəmiyyətini müalicə etməyi bacarmadığı kimi, öz nəfsinin, tamahının əsiri və qulu olanda, başqalarını ictimai və mənəvi əsirlikdən xilas edə bilməz.
    Ey Tanrı! Sən ürəklərin və fikirlərin sahibisən. Bütün ürəklər, sənin əlindədir. Bizi düz yolda saxla və nəfsimizin şərrindən qoru.
    Mənbələr:
    1. İlahi Hüseyn, Afrika tarixi, 1-ci çap, «Çape pəxş» nəşriyyatı, Tehran, 1368-cü il h.ş;
    2. Әlbənna Həsən, «Həyat xatirələri», mütərcim: Irəc Kirmani, 3-cü çap, Islam mədəniyyətinin yayılması idarəsi, Tehran, 1371-cü il h.ş;
    3. Sülhi Məhəmməd Cavad, «Islam hərəkatlarında islahatçı fikirlər», 3-cü çap, Keyhan, Qum, 1376-cı il h.ş;
    4. İnayət Həmid, «Müasir Islamda siyasi fikir», Tehran, Xandəni nəşriyyatı, Tehran, 1372-ci il h.ş;
    5. İqad Әbbas Mahmud, «XX əsrdə Islam», mütərcim: Həmid Ajir, 2-ci çap, Qüds Rəzəvi nəşriyyatı, Məşhəd, 1372-ci il h.ş;
    6. Әbdülqəni Məğribi, «Islam dünyası: yarandığından dirçəlməsinə qədər», 1-ci çap, Razi nəşriyyatı, 1362-ci il h.ş;
    7. Fəqihi Әliəsgər, «Vəhhabilər», Ismailiyyan müəssisəsi, 2-ci çap, Tehran, 1364-cü il h.ş;
    8. Qurbani Zeynəlabidin; «Islamın inkişafı və müsəlmanların tənəzzülünün səbəbləri», Islam mədəniyyəti idarəsi, Tehran, 1361-ci il h.ş;
    9. Mürtəza Mütəhhəri, «Son yüz ildə Islam hərəkatları», 15-ci çap, Sədra nəşriyyatı, Tehran, 1370-ci il h.ş.
    10. Tuluyi Mahmud, «Siyasi sözlük», Soxən nəşriyyatı, 1-ci çap, 1372-ci il h.ş.
    11. Seyyid Әhməd Müvəssiqi, «Müasir islamçı cərəyanlar», 1-ci çap, Səmt nəşriyyatı, 1374-cü il h.ş;
    12. «Islam və cəmiyyət», bir qrup döyüşçü, 1-ci çap, Şeyx Tusi konfransının katibliyi, 1376-cı il h.ş.
    13. Haşım Mərufəl Hüseyni; «Islam tarixində şiə hərəkatları», mütərcim: Sadiq Arif, 1-ci çap, Qüds Rəzəvi nəşriyyatı, 1371-ci il h.ş.
    Category: İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild | Views: 915 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024