İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Ziyarətmnamələr

    Ziyarətmnamələr
    2012-02-19, 6:59 AM
    III FƏSİL
    QUM ZİYARƏTİ
    QUMUN TARİXİ
    Qum müsəlmanlar tətəfindən salınmışdır. Bu fikir Yaqut Həməvi kimi tarixçilərin nəzərinə əsasən tarixə daxil olmuşdur. Bəziləri bu fikirlə razılaşmayıb Qumun yaşayış məskəni kimi tanınmasını Pişdadi padşahlarından olan Təhmurəsin dövrünə aid edirlər. Bundan əlavə müxtəlif sənədlərdən məlum olur ki, Makedoniyalı İsgəndər Əhməniləri məğlub edən zaman Qumu da viran etmişdi. Çox güman ki, bu şəhər Əhmənilərin dövründə abadlaşdırılmışdı. Böyük şair Firdovsinin Şahnaməsində də üç yerdə Qumun adı çəkilir. Hicrətin 23-cü ilində müsəlmanların İrana hücumu zamanı Qum şəhəri Əbu Musa Əşəri tərəfindən fəth olundu. (Bu fəth Əhməd ibn Qeysə də aid edilə bilər.) Ərəblər yavaş-yavaş bu şəhərə gəlib-getməyə başladılar. Əbdülməlik Mərvanın xilafəti zamanında Bəni əl-Əşəri ərəbləri Quma pənah gətirdilər və tədricən bu şəhər onların təsiri altına düşdü. Başqa nəzəriyyəyə əsasən Qum şəhəri hicri-qəməri təqvimi ilə 83-cü ildə müsəlmanlar tərəfindən şəhər kimi formalaşmış müqəddəs bir məkandır. İmam Baqir (ə) və imam Sadiqin (ə) dövrünə təsadüf edən bu vaxt çərçivəsində Əşəri ərəblərdən olan Peyğəmbər (s) səhabələri və əhli-beyt aşiqləri Kufə hakimi Həccacın zülmündən qaçaraq bu diyara pənah gətirdilər və beləliklə Qum şəhəri mənəviyyat üzərində formalaşmağa başladı. Qazi Nurullah Şüştəri yazır: "Həməvi və başqaları Qum şəhərinin islami şəhərlərdən olduğunu, əhalisinin həmişə imamiyyə əqidəsinə sadiq qaldığını və bu şəhərin 83-cü hicri-qəməri ilində Əbdülməlik Mərvanın dövründə tikildiyini qeyd etmişlər." Sonra Qazi özü əlavə edərək yazır: " Qum şəhəri əzəmətli və kəramətli bir şəhərdir. Bu şəhər həmişə möminlər məskəni olmuş və bir çox imamiyyə alim, müctəhid və fazil şəxslər bu şəhərdən ərsəyə gəlmişlər. Hətta hər hansı bir adamın bu şəhərdən olması onun əqidəsinin düzlüyünə ən möhkəm sübutdur."(Biharul-ənvar, c.99, səh.32 )
    Şəhərin Qum adlanması da çox güman ki, ərəblər tərəfindən olmuşdur. Əlbəttə, bu adın dini mənşəyi də mövcuddur. Əllamə Məclisi yazır: "İmamiyyə hədislərində deyilir ki, həzrət Peyğəmbər (s) meraca aparılanda İblisin bu diyarda yerləşdiyini gördü və ona belə əmr etdi: قم يا ملعون Qalx, ey məlun! (Qum ərəbcə "qalx" deməkdir). Odur ki, bu məskən Qum adlandı."(Əgər bu ziyarət Əmir əl-mِminindən (ə) ba؛qa digər imamlar üçün oxunsa, bu cümlə oxunmaz: السَّلَامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ Məfatihul-Cinan )
    Bir çox hədislərdə Qum şəhərinə aid maraqlı xüsusiyyətlər qeyd olunmuşdur və biz onların bir neçəsinə işarə edirik.
    Qum elm və fəzilət mədəni olacaq.(Məfatihul-Cinan)
    Qum əhli-beyt dostlarının mərkəzidir.(Məcalis əl-muminin, c.1, səh.82 )
    Qum Allah-Təala tərəfindən digər şəhərlər üçün höccət meyarıdır.(Bihar əl-ənvar, c.57, səh.217, hədis 42 )
    Allah-Təala Qum əhlinin təbiətini əhli-beytin vilayəti ilə zinətləndirmişdir.(Bihar əl-ənvar, c.57, səh.213 )
    Qum əhli Ali-Muhəmməd (s) qiyamçısının köməkçiləridirlər.(Bihar əl-ənvar, c.57, səh.215 )
    Belə hədislər onlarladır. Əlbəttə, qeyd etmək lazımdır ki, hər kəs Qumda yaşasa, Qum əhli sayılmaz. Hədislərdəki xüsusiyyətlər özünü Quma layiq aparan şəxslərə aiddir. Çünki belə bir müqəddəs və pak şəhərin sakini onun kimi pak olmalıdır. Qum elə bir şəhərdir ki, öz sinəsində dörd yüzdən çox imamzadə məzarına yer vermişdir. Bu şəhər saysız-hesabsız alimlər, müctəhidlər və övliyalar yetişdirmişdir. Elə bu müqəddəsliyə görə böyük və adlı-sanlı müctəhid, mərhum hacı Muhəmməd İbrahim Kərbasi Quma daxil olan kimi ayaqqabılarını çıxardar və həzrət Məsumənin (ə) hərəminə qədər ayaqyalın gedərdi və buyurardı: "Burada əhli-beyt səhabələri, mühəddislər və alimlər dəfn olunmuşlar və bu hərəmin ətrafı alicənabların məzarları ilə doludur. Burada təbərrük üçün Qumun məşhur səhabə və alimlərinin bir neçəsinin adını çəkir və əlavə etmək istəyirik ki, Qum şəhəri islamın zühur etdiyi ilk dövrdən indiyə qədər elmi mərkəz və fəqihlər şəhərinə çevrilmişdir. O fəqihlərdən Zəkəriyya ibn Adəm Əşəri (imam Sadiq (ə) və imam Rizanın (ə) dövründə) Zəkəriyya ibn İdris Əşəri (imam Rizanın (ə) səhabəsi) İshaq ibn Əbdullah Əşəri (imam Kazımın (ə) səhabəsi), İbrahim ibn Haşim (imam Cəvadın (ə) səhabəsi), Səb ibn Abdullah Əşəri (imam Əskərinin (ə) səhabəsi) Əli ibn Babəveyh (on ikinci imamın kiçik qeybi dövründə) və onun oğlu, islamın elm səmasının parlaq ulduzlarından biri olan Şeyx Səduq və bir çox belə alimlərin adlarını saymaq olar. Səfəvilərin zamanında Qum elmi hövzəsi bir az da rövnəq tapdı və həmin dövrün alimlərindən böyük filosof Molla Sədra, Molla Möhsün Feyz, Qazi Səid (bəzilərinin dediyinə görə) və başqalarının adını çəkmək olar. Qacarların zamanında Ayətullah uzma Mirza-yi Qumi Qum elmi hövzəsinə bir az da rəvac verdi, lakin bu şəhərin rəsmi elmi hövzə kimi fəaliyyət göstərməsi bu elmi hövzənin hazırkı formasının banisi Ayətullah üzma Hairinin vasitəsi ilə əmələ gəlmişdir. 1340-cı hicri qəməri ilində Quma gələn Ayətullah Hairi buranı elmi hövzə və mərkəz kimi təsis etdi. Tələbələrdən imtahan götürülməsi, onlara təqaüd verilməsi, bütün tələbələrin vahid geyimdə, yəni ruhani geyimində olması və s. bu kimi tədbirlər o cənabın vasitəsilə həyata keçirildi. Onun vəfatından sonra isə elmi hövzənin idarəçiliyi Ayətullah Höccət, Ayətullah Burucerdi, Ayətullah Xansari və başqa böyük müctəhidlər tərəfindən həyata keçirildi. Bu elmi hövzənin ən mühüm nəticələrindən Ayətullah Əraki, Ayətullah Qolpayqani və Ayətullah Xomeyni kimi böyük ustadların ərsəyə gəlməsi idi.
    Bu qısa tarixçədən göründüyü kimi Qum şəhəri şəhər kimi formalaşdığı vaxtdan bu günə qədər bir an da olsun elmdən və mənəviyyatdan kənarda qalmamış, həmişə əhli-beyt aşiqlərinin mərkəzi və pənahgahı olmuşdur. Bu proses bu gün də davam etməkdədir.
    Qeyd etdiyimiz kimi Qum şəhərində dörd yüzdən çox ziyarətgah vardır. Lakin biz onların arasında ən çox əhəmiyyət kəsb edən məkanlar haqqında məlumat vermək istəyirik. Təbii ki, onlardan ən möhtərəm və əhəmiyyətlisi Həzrət Fatimeyi Məsumənin (ə) pak və müqəddəs hərəmidir.
    HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
    MÜBARƏK adı: Fatimə
    Ləqəbləri: Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra
    Atası: Yeddinci imam Musa ibn Cəfər (ə)
    Anası: Nəcmə xatun (imam Rizanın (ə) anası)
    Doğulduğu il: 173-cü hicri-qəməri ili
    Doğulduğu ay: Zilqədə ayının biri
    Doğulduğu yer: Mədinə şəhəri
    Vəfat etdiyi il: 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında
    Vəfat etdiyi ay: Rəbiüs-sani ayının 10-u və ya 12-si.
    Vəfat etdiyi yer: Qum şəhəri.
    HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATI
    201-ci hicri-qəməri ilində yəni imam Rizanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rizanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü. Savə şəhərinə çatanda bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər. O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Tədqiqatçı alim Cəfər Mürtəza Amilinin nəzərinə əsasən həzrət Məsumə (ə) da bir əhli-beyt düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu (ümumiyyətlə Abbasi hakimiyyəti imamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyurdu. Əvvəldə qeyd etdiyimiz kimi Qum əhli-beyt tərəfdarlarının pənahgahı idi və xanım da oraya getməyi məsləhət gördü). Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir." Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar. Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu şad səs-küyü hərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi. Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-Təala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi. Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı əhli-beyt aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi. Xanımın belə tez və qəfil ölümü əvvəlcə qeyd etdiyimiz kimi Savə şəhərində bir düşmən qadının vasitəsi ilə zəhərlənməsi və təzyiqdən yaranmış narahatlıq nəticəsində idi və bu qəbul edilə biləcək səbəbdir. O Həzrət bir baxışdan həzrət Zeynəbə (ə) bənzəyirdi. Çünki Yəzid imam Hüseyni (ə) mənfi çöhrə kimi tanıtmaq istədikdə Həzrət Zeynəb (ə) öz əsirliyi, nitqi və Yəzidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (ə) ona bənzər bir iş gördü. Çünki Məmun imam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə imama çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.
    Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun imamı zorla apardığını ifşa etdi. Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur. Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər. Çünki əhli-beytin (ə) Məsuməsini məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər. Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulallahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər. Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı. Ayətullah Fazil Lənkəraninin fikrincə o iki nəfərin məsum imam olmaları heç də zəif fikrə oxşamır.
    Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu. Beləliklə də, o böyük islam banisinin pak türbəsi əhli-beyt aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü. (Əlbəttə o xanımın Quma gəlməsini bir az fərqli şəkildə də nəql etmişlər. Belə ki, Qum böyükləri xanımın Xorasana yola düşdüyünü eşidib Savəyə getdilər ki, xanımı Quma dəvət etsinlər. Hadisənin sonrası eynidir.)
    /BASHLIQ3>HƏZRƏT MƏSUMƏNİN (Ə) FƏZİLƏTLƏRİ
    Həzrəti Məsumənin (ə) fəzilətləri çoxdur. Lakin biz onların bəzisinə işarə edirik. Biz xanımın Quma gəlmə tarixini oxuyanda görürük ki, on yeddi günlük qaldığı yerdə dərhal özü üçün bir ibadətgah düzəldir və öz Yaradanı ilə minacata başlayır. Bu xanımın ibadətə nə qədər aşiq olduğunu və Allah-Təala ilə söhbətə və rabitəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Bundan əlavə xanım ravi və mühəddisə (hədis nəql edən) olmuş və bir çox mühüm hədislər o həzrətin vasitəsi ilə gəlib çatmışdır.
    Qazi Nurullah Şüştəri yazır: "İmam Cəfər Sadiq (ə) buyurub: "Agah olun. Allahın bir hərəmi vardır və o Məkkədir. Peyğəmbərin bir hərəmi vardır və o Mədinədir. Əmir əl-mömininin bir hərəmi vardır və o Kufədir. Agah olun ki, mənim və mənim övladlarımın hərəmi Qumdur. Bilin ki, Qum kiçik Kufədir. Agah olun. Behiştin səkkiz qapısı var və onun üçü Quma açılır." Sonra imam buyurdu:
    تقبض فيها امرأة من ولدي و اسمها فاطمة بنت موسي تدخل بشفاعتها شيعتي الجنة باجمعهم
    "Qumda mənim övladlarımdan Fatimə Musa (ə) qızı adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar."(Bihar əl-ənvar, c.57, səh.213 )
    Xanımın əzəməti barədə təkcə bu kifayətdir ki, imam Riza (ə) xanımı "Məsumə" adlandırmışdır:
    (Bihar əl-ənvar, c.57, səh.216 )من زار المعصومه بقم كمن زارني
    Bundan əlavə imam Riza (ə) özü o xanımın ziyarətini Sədə öyrətmiş və ona xanımı ziyarət edərkən "ey Fatimə, Allahın yanında mənə şəfaət elə" – cümləsini deməyi əmr etmişdir. Bu isə xanımın şəfaətçi olduğunu sübut edir.(Bihar əl-ənvar, c.57, səh.218-219)
    Həzrət Məsumə (ə) Həzrət Zeynəbə (ə) bir neçə cəhətdən bənzəyir.
    1. Hər iki xanım məsum imamın qızıdır. Zeynəb (ə) Əmir əl-möminin Əlinin (ə), Məsumə (ə) isə Musa ibn Cəfərin (ə) qızıdır.
    2. Hər iki xanım məsum imamın bacısıdır. Biri Həsən (ə) və Hüseynin (ə), digəri isə imam Rizanın (ə) bacısıdır.
    3. Hər iki xanım məsum imamın bibisidir. Biri imam Zeyn əl-abidinin (ə), digəri isə imam Cəvadın (ə) bibisidir.
    4. Hər iki xanım Allahın höccəti və məsum imam tərəfindən təsirlənmişdir.
    5. Hər iki xanım üç məsum imamın hörmətinə layiq görülmüşdür. Həzrət Zeynəb (ə) atası həzrət Əli (ə), qardaşı imam Hüseyn (ə) və qardaşı oğlu imam Zeyn əl-abidin (ə) tərəfindən, həzrət Məsumə isə babası imam Sadiq (ə), qardaşı imam Riza (ə) və qardaşı oğlu imam Cəvad (ə) tərəfindən möhtərəm sayılmışdır.
    6. Hər iki xanım öz qardaşını çox sevirdi, Həzrət Zeynəb (ə) imam Hüseyni (ə), Həzrət Məsumə (ə) isə imam Rizanı (ə).
    7. Hər iki xanım qardaşa olan məhəbbətin şiddətindən öz evlərini, yaşayışlarını, vətənlərini tərk edərək səfər əziyyətinə qatlaşdılar. Həzrət Zeynəb (ə) Mədinədən İraqa, sonra isə Şama getdi. Həzrət Məsumə (ə) isə Mədinədən İrana, axırda isə Quma gedərək orada dəfn olundu.
    8. Hər iki xanımın vətəni Mədinə olduğu halda qürbətdə dəfn olunublar. Həzrət Zeynəb (ə) Şam və ya Misirdə, həzrət Məsumə (ə) isə İranda.
    9. Hər iki xanımın qəbri müsəlmanların ümumi ziyarətgahına çevrilib.
    10. Hər iki xanımın iki ziyarət yeri vardır. Həzrət Zeynəbin (ə) həm Misirdə, həm də Şamda, həzrət Məsumənin (ə) isə həm Sittiyyə(Məcalisül-möminin, c.1, səh.83, bu hədis Bihar, c.60, səh.228 və Səfinət ül-Bihar, c.2, səh.376-da da az fərqlə gəlmi؛dir ) mədrəsəsində, yaşadığı və ibadət etdiyi Beytun-Nurda, həm də hərəmində ziyarət yeri vardır.
    HƏZRƏT MƏSUMƏNİN (Ə) KƏRAMƏTLƏRİ
    1. Xanımın hərəminin qapısının açarını saxlayan, hərəmin xidmətçilərindən, Qum alimlərindən biri və imam Həsən Əsgəri (ə) məscidinin imam-camaatının mükəbbiri olan bir şəxs deyirdi: "Soyuq qış gecələrinin birində yuxuda gördüm ki, Həzrət Məsumə (ə) mənə buyurdu: "Qalx minarələrdə çıraq yandır!"
    Mən yuxudan oyandım, amma yuxuma fikir vermədim. Yatdım və yenə həmin yuxu təkrar olundu. Mən yenə fikir vermədim. Üçüncü dəfə yenə həmin yuxunu gördüm və mənə buyurdu: "Sənə demirəmmi, qalx minarədə çıraq yandır?" Mən bu dəfə qalxdım və səbəbini bilmədiyim halda minarələrdə çıraq yandırdım və qayıdıb yatdım. Səhər oyanıb hərəmin qapılarını açdım. Günəş çıxandan sonra dostlarımla divar dibində oturub qış günəşinin altında söhbət etməyə başladıq. Birdən diqqətimi bir-biri ilə danışan bir neçə zəvvarın söhbəti cəlb etdi. Gördüm ki, bir-birlərinə deyirlər: "Bu xanımın möcüzəsini gördünüz? Əgər dünən o qarlı və soyuq havada bu xanımın hərəminin işıqları yanmasaydı heç cür yolu tapa bilməyib çöldə qırılardıq!"(Nasix ət-təvarix, c.7, səh.337 )
    2. Məşhəd şəhərindən Əmir Muhəmməd Kuhi nəql edir: "Üç il idi ki, iflic olmuşdum və yeriyə bilmədiyim üçün əlil arabasında hərəkət edirdim. Dəfələrlə Məşhəd və Tehranın peşəkar həkimlərinə müraciət etsəm də, çarə tapmırdım. Dua məclislərində iştirak edib imam Rizadan (ə) şəfa istəsəm də, xeyri olmurdu. Nəhayət, bir dəfə ailəm ilə birgə hərəmə getdik və mən yana-yana dedim: "Ağa! Axı siz qeyri-müsəlmanları məhrum etmirsiniz. Bəs mən ki, sizi sevənlərdənəm, niyə mənə baxmırsınız? Ağa, ya mənə cavab verin, ya da Quma gedib bacınıza şikayət edəcək və onu vasitəçi edəcəyəm. Sonra həzrət Məsuməyə (ə) xitabən dedim: "Mən sizin qardaşınızın qonşusuyam. Ailəm böyükdür. Bacardığım qədər düz olmuşam və ömrümdə xəyanət etməmişəm. Niyə mənə şəfa vermir?" Bundan sonra məni yuxu tutdu. Yuxuda gördüm bir xanım mənə buyurdu: "Gərək Quma gələsiniz ki, mən sizə şəfa verəm." Mən dedim: "İndi ki, bizim evə gəlmisiniz, elə buradaca şəfa verin, mənim Quma gəlməyə pulum yoxdur." O xanım buyurdu: "Siz gərək Quma gələsiniz."
    Mən oyanıb yuxumu ailəm üçün danışdım. Bir az sükutdan sonra oğlum dedi: "Ata, biz nəyimiz vardırsa, sənin müalicənə xərcləmişik, amma mən evdəki su şüşəsinin qutularını satıb bir az pul yığmışam. Götürün bu pulu, gedin Quma. Ümidvaram şəfa tapasınız. Mən Quma yola düşdüm. Quma çatdım, dəstəmaz alıb hərəmə getdim. İki nəfərdən qoluma girib, məni zirehin yanına aparmalarını xahiş etdim. Yorğun idim, odur ki, bir az dua edib yatdım. Yuxuda gördüm ki, bir xanım mənə deyir: "Oğlum, xoş gəlmisən, daha şəfa tapdın, qalx, səndə heç xəstəlik yoxdur." Mən dedim: "Mən xəstəyəm və hərəkət edə bilmirəm!" O xanım mənə çay dolu bir piyalə verdi və buyurdu: "İç!" Mən çayı içdim. Birdən yuxudan oyanıb gördüm ki, ayaq üstə dura bilirəm. Qalxıb, müqəddəs zirehi öpməyə başladım.
    HƏZRƏT MƏSUMƏ (Ə) VƏ ZİYARƏTİ HAQQINDA HƏDİSLƏR
    Xanım Fatimeyi-Məsuməni (s.ə) ziyarət etmək üçün əhli-beytdən bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq sizin nəzərinizə çatdırırıq.
    1. Qazi Nurullah imam Sadiqdən (ə) belə nəql edir:
    انَّ للهِ حرما و هو مكّه، الا إنَّ لرسول الله حرما و هو المدينه انّ لأميرالمؤمنين حرما و هو الكوفه، ألا و إنَّ قم الكوفه الصغيرة، ألا إن للجنة ثمانية أبواتٍ ثلاثية منها إلي قم تقبض فيها إمرئة من ولدي إسمها فاطمة بنتُ موسي و تدخل بشفاعتها شيعتي الجنة باجمعهم
    "Allahın bir hərəmi vardır ki, Məkkədir, agah olub, bilin Rəsulullahın bir hərəmi vardır ki, Mədinədir, agah olub bilin, Əmir əl-mömininin (ə) bir hərəmi vardır ki, Kufədir. Agah olub bilin ki, Qum kiçik Kufədir. Agah olub bilin ki, həqiqətən, Cənnətin səkkiz qapısından üçü Qum tərəfə açılır. Mənim övladlarımdan olan bir xanım orada vəfat edəcəkdir. Adı Musa qızı Fatimədir. Onun şəfaətçiliyi nəticəsində mənim bütün şiələrim Cənnətə daxil olacaq."
    2. Əllamə Məclisi imam Rizadan (ə) nəql edir ki, o həzrət Sədə belə buyurmuşdur:
    يا سعد عندكم لنا قبرٌ، قلتُ: جعلت فداك قبرُ فاطمة بنت موسي(ع)؟ قال: نعم، من زارها عارفاً بحقها فله الجنة ...
    "Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır." Dedim: "Sənə qurban olum, Musa qızı Fatiməninmi qəbrini buyurursunuz?" Buyurdu: "Bəli, hər kim onun haqqına arif olaraq onu ziyarət edərsə, Cənnət ona vacib olar."
    3. "Kamilüz-ziyarət" kitabında imam Cavaddan (ə) nəql edilmişdir ki, o həzrət buyurub:
    من زار قبر عمتي بقم فله الجنة
    Hər kim bibimin qəbrini Qum şəhərində ziyarət etsə, Cənnət ona vacib olar.
    4. Şeyx Abbas Qumi "Səfinətül-bihar" kitabında imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurmuşdur:
    ... انّ لله حرما و هو مكّة و انّ للرّسول حرما و هو المدينه و أنّ لأمير المؤمنين حرما و هو كوفة و انّ لنا حرما و هو بلدة و سنذفن فيها إمرئة من اولاي تسمي فاطمة فمن زارها و جبت لها الجنة
    "... Allahın hərəmi vardır ki, Məkkədir, Peyğəmbərin hərəmi vardır ki, Mədinədir, Əmir əl-mömininin hərəmi vardır ki, Kufədir, bizim də hərəmimiz vardır ki, Qum şəhəridir. Orada mənim övladlarımdan olan Fatimə adlı bir xanım dəfn olunacaq, hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar."
    Category: Ziyarətmnamələr | Added by: Islam_Kitabxanasi
    Views: 846 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024