İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Vilayət günəşi (2-ci cild)

    Vilayət günəşi (2-ci cild)
    2012-02-13, 8:39 AM
    SİFFEYN MÜHARIBƏSİNDƏ İMAM (Ə)-IN GÖSTƏRDİYİ QƏHRƏMANLIQLAR
    İmam (ə) bütün qoşunların baş komandanı idi. O, Əmr As və Müaviyə kimi deyildi ki, ən təhlükəsiz bir yerdə, xeymənin içində otursun, ordu qəhrəmanlarından ibarət bir qrup onun mühafizəsini öz öhdəsinə alsın və təhlükə hiss etdikdə qaçsın. O həzrət qoşunun müxtəlif bölmələrinə baş vurmaqla özünün sərkərdəlik vəzifəsini ifa edir, ən çətin anlarda lap ön cəbhədə vuruşurdu. Ağır hücumlarda qələbə onun mübarək və qüdrətli əlləri ilə nəsib olurdu. Biz o həzrətin rəşadətlərindən bir neçəsini nümunə olaraq burada qeyd edirik. (Bunlar tarix kitablarında, o cümlədən Ibni Müzahimin "Vəqətü-Siffeyn" və Təbərinin "Tarix" kitabında ətraflı şəkildə qeyd olunmuşdur.)
    1-İMAM (Ə) YAĞIŞ KİMİ YAĞAN OXLAR ALTINDA
    İmam (ə)-ın qoşununun sağ cinahının sərkərdəsi Əbdüllah İbn Bədilin öldürülməsi ilə bu cinahın vəziyyəti çox gərginləşdi və qoşunda çaxnaşma yarandı. Müaviyə Həbib İbn Məsləməni göndərdi ki, o cinahın sağ qalanlarını darmadağın etsin. Səhl İbn Hənif də İmam (ə)-ın qoşununun bu hissəsini nizama salmaq barədə o həzrətdən göstəriş aldı, lakin bu səylər heç bir müsbət nəticə vermədi. Sağ cinahın dağınıq vəziyyətdə olan dəstələri İmam (ə)-ın rəhbərlik etdiyi mərkəzi cinaha qoşuldular.
    Tarix Rəbiə və Cübn qəbilələrinin bu ağır şəraitdə göstərdiyi igidlik, Müzər qəbiləsinin isə zəiflik və süstlüyündən xəbər verir. İmam (ə) belə bir ağır şəraitdə irəli çıxdı və şəxsən döyüşə girdi. Siffeyn müharibəsində xəbər aparıb-gətirən Zeyd İbn Vəhəb deyir: "İmam (ə)-ı yağış kimi yağan oxların altında görürdüm. Düşmənin yağdırdığı oxlar ona dəymir, çiyni ilə boynunun arasından uçub keçirdi. İmam (ə)-ın oğlanları düşmənin yağış kimi yağdırdığı oxlar altında o həzrətə zərər dəyəcəyindən qorxurdular. Buna görə də sipər kimi İmam (ə)-ın ətrafını tutdular. Lakin İmam (ə) onların istəklərinin əksinə olaraq irəliləyib düşməni geri qovurdu. Birdən İmam (ə)-ın qarşısında onun öz qulamı Kisan Əbu Süfyanın qulamı Əhmər ilə tutuşdu, bu çarpışmada Kisan qətlə yetirildi. Əbu Süfyanın qulamı öz qələbəsindən qürrələnərək qılıncını siyirib İmam (ə)-a tərəf gəldi. Lakin o həzrət bir göz qırpımında əllərini onun zirehinə atdı, onu özünə tərəf çəkdi, sonra göyə qaldırıb elə möhkəm yerə çırpdı ki, çiyni və qolları sındı. Sonra onu buraxdı. Bu vaxt İmam (ə)-ın oğlanları–Hüseyn və Məhəmməd Hənəfiyyə qılıncla onun nəfəsini kəsdilər, sonra İmam (ə)-ın yanına gəldilər. İmam (ə) üzünü öz sevimli oğlu Həsənə tutub dedi:–Nə üçün qardaşların kimi onun qətlində iştirak etmədin?
    İmam Həsən (ə) cavab verdi: O iki qardaşım kifayət idi.
    Zeyd İbn Vəhəb əlavə edir: İmam (ə) Şam ordusuna yaxınlaşdıqca, sürətini daha da artırırdı. Həzrət Müctəba (ə) Müaviyənin ordusunun İmam (ə)-ı mühasirəyə alaraq onun həyatını təhlükə altına salacaqlarından qorxaraq o həzrətə dedi:–Bir az dayan, Rəbiə qəbiləsindən olan fədakar dostların sənə çatsınlar.
    İmam (ə) cavab verdi: Sənin atan üçün müəyyən olunmuş bir gün vardır ki, (ömrü) ondan o yana keçməz: nə dayanmaq onu gecikdirər, nə də düşmənə tərəf irəliləmək onu irəli atar. Özü ölümün pişvazına getməkdən, yaxud ölümün ona tərəf gəlməsindən atanın heç bir qorxusu yoxdur.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.119; "Vəqətu-Siffeyn", səh.250 )
    Əbu Ishaq deyir: Siffeyn günlərindən birində İmam (ə) əlində balaca bir nizə tutmuşdu, öz sərkərdələrindən olan Səid İbn Qeysin yanından keçəndə o, İmam (ə)-a dedi:–"Qorxmursan?! Düşmənə bu qədər yaxınlaşdığın halda səni öldürə bilərlər!" İmam (ə) buyurdu: "Elə bir adam yoxdur ki, onun üçün Allah tərəfindən mühafizəçilər olmasın. (Bu mühafizəçilər) onu quyunun dibinə düşməkdən, divar altında qalmaqdan, yaxud ona bir zərər yetişməsindən qoruyurlar. İlahi hökm gəlib çatdıqda onu buraxarlar və o, taleyin çox yaxınlığında qərar tutar." ("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.215-216; "Vəqətu-Siffeyn", səh.272-273; "Əl-əxbarüt-tival", səh.671 )
    2-MÜAVİYƏNİN QULAMI HƏRİSİN ÖLDÜRÜLMƏSİ
    Şam qoşununda ən güclü pəhləvan Müaviyənin qulamı Həris idi. O, hərdən Müaviyənin paltarlarını geyib döyüşə girişir və bundan xəbərsiz olanlar döyüşənin Müaviyənin özü olduğunu güman edirdilər. Bir gün Müaviyə onu çağırıb dedi:–Əli ilə döyüşdən çəkin, amma öz nizənlə kimi istəsən, nişan al.
    O, Əmr Asın yanına gedib Müaviyənin sözlərini ona söylədi. Əmr As (hər niyyətlə olursa-olsun) Müaviyənin fikrini səhv hesab edib dedi:–Əgər sən Qüreyşdən olsaydın, Müaviyə istəyərdi ki, Əlini sən öldürəsən, amma o belə bir iftixarın Qüreyşdən qeyrisinə nəsib olmasını istəmir. Əgər əlinə fürsət düşsə, Əliyə də hücum et.
    Təsadüfən həmin gün İmam (ə) öz süvari qoşununun qarşısında meydana gəldi. Həris Əmr Asın sözlərinin təsiri altında İmam (ə)-ı mübarizəyə çağırdı. İmam (ə) rəcəz oxuyandan sonra irəli çıxdı və döyüşə başladı, elə ilk anlarda onu bir zərbə ilə iki yerə böldü. Bu xəbər Müaviyəyə çatanda həddindən artıq təsirləndi və onu aldatdığına görə Əmr Ası məzəmmət edərək bir şer oxudu. O şerin iki beytinin tərcüməsi belədir:
    "Həris, ey məğlub olmuş qəhrəman! Məgər bilmirdin ki, Əli bütün qəhrəmanlara qalibdir?!
    Elə bir qəhrəman tapılmadı ki, Əli ilə mübarizəyə girişəndə (Əli) onu öldürməsin."
    Hərisin ölümü Müaviyənin qoşununda qəzəblə yanaşı olan qorxu dalğası yaratdı. Əmr İbn Həsin adlı başqa bir pəhləvan Əli (ə)-dan onun intiqamını almaq üçün meydana girdi, lakin hələ o həzrətlə qarşılaşmamış İmam (ə)-ın ordusundan olan Səid İbn Qeysin əli ilə öldürüldü.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.217-218; "Vəqətu-Siffeyn", səh.274-275; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.158; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.23 "Əl-əxbarüt-tival", səh.176-177 )
    3-İMAM (Ə) MÜAVİYƏNİ MÜBARİZƏYƏ ÇAĞIRIR
    Bir gün İmam (ə) meydana gəlib iki qoşunun arasında dayandı, axırıncı dəfə olaraq höccəti Müaviyəyə tamam etmək istədi. İmam (ə) buyurdu:–Müaviyə, Müaviyə, Müaviyə!
    Müaviyə özünün xüsusi məmurlarına dedi:–Qabağa gedin və onun məqsədinin nə olduğunu öyrənin.
    Məmurlar:–Nə deyirsən, ey Əbu Talibin oğlu?
    İmam (ə):–Ona bir kəlmə sözüm var.
    Məmurlar Müaviyəyə dedilər:–Əli sənin özünlə danışmaq istəyir.
    Müaviyə Əmr Asla birlikdə meydana gəldi və İmam (ə)-ın qarşısında dayandılar. İmam (ə) Əmr Asa məhəl qoymadan Müaviyəyə dedi:–Vay olsun sənə! Nə üçün camaat bizə görə bir-birini qırır? Yaxşı olar ki, meydana gələsən, bir-birimizlə vuruşaq, hansımız qələbə çalsaq, o da rəhbərliyi əlinə alsın.
    Müaviyə Əmr Asa dedi:–Bu barədə nə fikirləşirsən?
    Əmr As:–Əli insafla danışır. Əgər (qorxub) qayıtsan, bu sənin özün və nəslin üçün heç vaxt yuyulmayan bir ar olacaqdır.
    Müaviyə:–Əmr As! Mən sənə heç vaxt aldanmaram. Hər kəs Əli ilə döyüşə girişsə, sözsüz yer onun qanı ilə doyar.
    Bunu deyib öz qoşunlarına tərəf qayıtdılar. İmam (ə) da gülümsəyib öz yerinə qayıtdı. Müaviyə Əmr Asa dedi:–Sən nə qədər də axmaq adamsan! Zənnimcə sənin verdiyin təklif ciddi deyil, zarafatla qarışıq idi.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.29; "Murucuz-zəhəb", 2-ci cild, səh.393; "Əl-əxbarüt-tival", səh.481)
    ŞƏHİD ÖVLADININ ŞÜCAƏTİ
    Haşim Mərqal bacarıqlı və şücaətli sərkərdələrdən biri idi. Belə ki, hamı onun islami fəthlərdəki parlaq xidmətlərini bilirdi. Onun şəhid olması ilə İmam (ə)-ın ordusunda nəzərə çarpacaq dərəcədə süstlük yaranması gözlənilirdi, lakin onun oğlunun odlu xitabəsi vəziyyəti tamamilə dəyişdirdi və onun yolunu gedənlərdə daha da ciddiyyət yaratdı.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.29; "Vəqətu-Siffeyn", səh.356 ) O atasının bayrağını əlinə aldı, haqq fədailərinə üz tutub dedi:–Haşim Allah bəndələrindən biri idi, ilahi dəftərdə onun ruzisi təyin olunmuş, işləri yazılmışdı. Əcəli çatdı və heç kimin müxalifət edə bilməyəcəyi Allah onu Öz dərgahına çağırdı. O, Peyğəmbər (s)-in əmioğlusunun, o həzrətə ilk iman gətirən və ümmət içində ilahi dini ən dərindən bilən bir şəxsin yolunda cihad etdi. O, Allah düşmənləri ilə–haramı halal hesab edənlər, cəmiyyətdə zülm ilə hökmranlıq edənlər və çirkin işləri şeytan tərəfindən gözəl cilvələndirilənlərlə barışmaz düşmən idi. Sizə vacibdir ki, Peyğəmbər (s)-in qanunları ilə müxalifət edənlər, ilahi qanunları qüvvədən salanlar və Allah övliyaları ilə mübarizəyə qalxanlarla cihad edəsiniz. Bu cihadda Allaha itaət etmək üçün öz pak canınızı qurban verin ki, axirətdə ən yüksək məqamlara nail olasınız. Əgər ilahi mükafat və cəzanı, cənnət və cəhənnəmi nəzərə almasaydıq belə, yenə də Əli tərəfində mübarizə aparmaq, ciyər yeyənin oğlu Müaviyə ilə birlikdə vuruşmaqdan yaxşıdır. Niyə belə olmasın, halbuki, siz öz arzularınıza ümidvarsınız.("Vəqətu-Siffeyn", səh.359 )
    Onun sözləri qurtarmamış İmam (ə)-ın sədaqətli şiəsi Əbut-Tüfeyl, Haşimə bir mərsiyə qoşdu. Onun ilk beyti belədir:
    "Ey Haşim, Peyğəmbər sünnəsinin düşmənləri ilə Allah yolunda vuruşaraq Cənnəti qazandın."("Əyanuş-şiə", 1-ci cild, səh.501; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 6-cı cild, səh.313; "Vəqətu-Siffeyn", səh.423  )
    TÜLKÜ ASLANIN ÇƏNGİNDƏ
    Müharibənin şamlılara göstərdiyi təzyiq meydanı onlar üçün dar etmişdi. Müharibə odunu qızışdıranlar başqalarına təskinlik vermək üçün özləri də şəxsən meydana girməyə məcbur oldular ki, bu yolla müxalifləri susdura bilsinlər. Əmr Asın Haris İbn Nəsr adlı bir düşməni var idi. Hər ikisinin eyni bir məramın ardınca getməsinə baxmayaraq bir-birinin bədxahlarından sayılırdılar. Haris bir şer qoşaraq Əmr Ası Əli (ə) ilə müharibəyə getməyib yalnız başqalarını meydana göndərməsinə görə tənqid etdi. Onun şeri Şam qoşunu arasında yayıldı və Əmr As heç olmazsa, bir dəfə İmam (ə)-la döyüşmək məcburiyyətində qaldı. Lakin siyasət meydanının tülküsü döyüş meydanında da hiyləgər idi. İmam (ə)-la qarşılaşanda o həzrət möhlət vermədən nizəsi ilə onu vurub yerə sərdi. İmam (ə)-ın alicənablığından agah olan Əmr As dərhal yerdə soyunub övrətini açdı. İmam (ə) onu təqib etmək fikrindən dönüb gözlərini yumdu və geri qayıtdı.("Şəhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.79; "Vəqətu-Siffeyn", səh.440-441 )
    ƏMR ASIN MALİKLƏ QARŞILAŞMASI
    Malikin döyüş meydanında göstərdiyi rəşadət Müaviyənin yuxusuna haram qatmışdı. Buna görə də Mərvan İbn Həkəmə əmr etdi ki, bir dəstə qoşunla Malikin ömrünə son qoysun. Lakin o bu işi qəbul etmədi və dedi:–Sənə ən yaxın adam Əmr Asdır ki, Misrin hökumətini ona vermisən. Yaxşı olardı ki, bu məsuliyyəti onun öhdəsinə qoyasan. O sənin sirdaşındır, mənim yox. Ona çoxlu bəxşişlər etmisən, məni isə hər şeydən məhrum etmisən.
    Müaviyə çarəsiz qalıb Əmr Asa əmr etdi ki, bir dəstə qoşunla Maliklə döyüşməyə getsin, çünki Malikin döyüş təcrübəsi və misilsiz şücaəti şamlıların arasında çaxnaşma salmışdı. Əmr As Mərvanın sözlərindən agah idi, amma çarəsizlikdən bu işi qəbul etdi. Amma tülkü hara, aslanla qarşılaşmaq hara! Əmr As Maliklə qarşılaşanda bədəni lərzəyə düşdü, lakin meydandan qaçmağı özünə ar bildi. Hər iki tərəf rəcəz oxuduqdan sonra hücuma keçdilər.
    Malik hücum edəndə Əmr As geri çəkildi, nizə onun üzünü yaraladı. Əmr As canının qorxusundan üzünün yarasını bəhanə edərək bir əli ilə atın yüyənini, bir əli ilə də üzünü tutub öz qoşununa tərəf qaçdı. Onun meydandan qaçmasını görən əsgərlər "nə üçün belə yaramaz və qorxaq bir adamı onlara əmir seçmişdir?" - deyə Müaviyəyə etiraz etdilər.("Vəqətu-Siffeyn", səh.443; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.82 )
    TƏQVALI CAVAN VƏ DÜNYAPƏRƏST QOCA
    Bir gün Malik iraqlıların arasında uca səslə dedi:–Sizin aranızda bir kəs varmı ki, öz canını Allahın razılığı müqabilində satsın?
    Əsal İbn Hicl adlı bir cavan meydana daxil oldu. Müaviyə də Hicl adlı qoca bir kişini onunla döyüşə göndərdi. Onların hər ikisi nizələrini bir-birinə tərəf tuşlayaraq öz əsil-nəsəblərini deməyə başladılar. Bu zaman onların ata-oğul olduqları məlum oldu. Atdan düşüb qucaqlaşdılar. Ata oğluna dedi:–Oğlum, dünyaya tərəf gəl!
    Oğlu dedi:–Atacan, axirətə tərəf gəl! Mən dünyaya aldanıb şamlılara tərəf gəlsəydim, sən məni bu yoldan qaytarmalı idin. Sən Əli və sair möminlər barəsində nə fikirləşirsən?
    Axırda bu qərara gəldilər ki, hər ikisi öz əvvəlki yerlərinə qayıtsınlar.("Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.94; "Vəqətu-Siffeyn", səh.433 )Əsası əqidə müdafiəsindən ibarət olan bir müharibədə dini bağlılıqdan başqa hər növ qohumluq süst və gücsüzdür.
    ŞAM QOŞUNUNDA RUHİYYƏ ZƏİFLİYİ
    Müaviyənin qoşun sərkərdələrindən olan Əbrəhə öz qoşun bölməsindən öldürülənlərin çoxluğundan çox narahat idi. O öz gözləri ilə şamlıların Müaviyə adlı bir nəfərin həvayi-nəfsinə qurban olduqlarını, Müaviyənin də özünün qəsbi hökumətini qoruyub saxlamaq üçün belə bir dəhşətli müharibəyə əl atdığını görürdü. Buna görə də Şamda sakin olan yəmənlilərin arasında uca səslə dedi:–"Vay olsun sizə, ey Yəmən əhli! Siz fani olmaq istəyirsiniz! Bu iki nəfəri (Əli və Müaviyəni) boşlayın, qoyun bir-biri ilə vuruşsunlar. Hansı qalib gəlsə, biz ona tabe olaq."
    İmam (ə) onun sözlərini eşidəndə buyurdu:–Çox gözəl söz dedin! Mən Şama daxil olduğum gündən belə gözəl bir söz eşitməmişdim.
    Bu xəbərin yayılması Müaviyəni bərk qorxuya saldı, özünü qoşunun lap axır tərəfinə yetirib ətrafındakılara dedi:–Əbrəhə ağlını itirmişdir!
    Amma yəmənlilər bir ağızdan deyirdilər ki, Əbrəhə dindarlıq, şücaət və əql cəhətindən onların ən yaxşısıdır. Belə bir şəraitdə Ürvə Dəməşqi Şam qoşununun abır-heysiyyətini və ruhiyyəsini qoruyub saxlamaq üçün meydana atılıb dedi:–"Əgər Müaviyə Əli ilə mübarizə etməkdən boyun qaçırdısa, ey Əli, mənimlə mübarizəyə hazır ol!"
    Onun qarşısını almaq istədilər, lakin İmam (ə) qəbul etmədi və dedi:–"Mənim nəzərimdə Müaviyə ilə Ürvənin heç bir fərqi yoxdur."
    İmam (ə) bunu deyib hücum etdi, bir zərbə ilə onu iki yerə böldü: yarısı bir tərəfə, yarısı isə o biri tərəfə düşdü. Hər iki qoşunda olanlar Əli (ə)-ın bu zərbəsindən heyrətə gəldilər. İmam (ə) onun iki yerə bölünmüş cəsədinə belə xitab etdi: "Peyğəmbəri nübüvvətə seçən Allaha and olsun, indi cəhənnəm odunu görüb peşman olmusan!"
    Bu vaxt Ürvənin əmioğlusu onun intiqamını almaq üçün Əli (ə)-la döyüşmək istədi, o da İmam (ə)-ın bir qılınc zərbəsi ilə Ürvəyə qovuşdu.("Vəqətu-Siffeyn", səh.459)
    TARİX TƏKRAR OLUNUR
    İmam (ə)-ın döyüş meydanındakı misilsiz şücaətləri şamlıların ürəyinə dəhşətli bir qorxu salmışdı. Uca bir təpənin üstündən vəziyyəti müşahidə edən Müaviyə ixtiyarsız olaraq şamlıları danlayıb dedi:–Ölüm olsun sizə! Içinizdə bir kişi yoxdurmu ki, Əbəl-Həsənə (Əliyə) sui-qəsd etsin, yaxud döyüş vaxtı, yaxud da iki qoşun bir-birinə qarışıb toz-torpaq qalxdıqda onu öldürsün?!
    Vəlid İbn Ütbə Müaviyənin yanında durmuşdu, ona dedi:–Bu iş üçün sən hamıdan irəlidəsən.
    Müaviyə dedi:–Əli məni bir dəfə mübarizəyə dəvət etdi, lakin mən heç vaxt onun qarşısına çıxmaram. Çünki ordu öz rəhbərini qorumaq üçündür.
    Axırda Busr İbn Ərtatı İmam (ə) ilə mübarizəyə təşviq edib dedi:–Toz-torpaq qalxan vaxt onunla vuruş.
    Busrun Hicazdan yenicə Şama gəlmiş əmioğlusu onun bu işinə mane olmaq istədi, lakin Busr Müaviyəyə söz verdiyinə görə meydana getdi. O, başdan-ayağa zirehli paltar geymiş halda Əli (ə)-ı mübarizəyə dəvət etdi. İmam (ə)-ın nizə zərbəsi onu yerə sərdikdə o da Əmr As kimi öz övrətini açdı, İmam daha onu təqib etmədi.("Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.102; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.61; "Vəqətu-Siffeyn", səh.408; "Əyanuş-şiə", 1-ci cild, səh.804 )
    MÜAVİYƏNİN SÜLHƏ İSRARI
    Siffeyn müharibəsinin həddindən artıq uzun sürdüyünə və şamlıların ağır tələfat verdiyinə görə Müaviyə məcburiyyət qarşısında qalaraq hansı yolla olursa olsun, İmam (ə)-ı sülhə, sazişə vadar etmək və müharibəni saxlatdırıb qoşunları əvvəlki yerlərinə qaytarmaq fikrinə düşdü. Bu işə o, bir neçə yolla başladı. Onların ümdəsi aşağıdakılar idi:
    1-Əşəs İbn Qeyslə müzakirə;
    2-Qeys İbn Sədlə müzakirə;
    3-İmam (ə)-a məktub yazmaq.
    Amma İmam (ə)-ın qoşununda olan yüksək ruhiyyə nəticəsində bu tədbirlərin hamısı heçə çıxırdı. Nəhayət "Leylətül-Hərir" hadisəsi baş verdi, bu zaman Müaviyənin hərbi təşkilatının bütünlüklə dağılmasına az qalırdı. Amma Müaviyənin məkrli hiylələri, iraqlıların sadəlövhlükləri, Müaviyənin casuslarının İmam (ə)-ın qoşunu içərisində geniş fəaliyyət göstərməsi və s. kimi işlər hadisələrin gedişini şamlıların xeyrinə olaraq dəyişdi. İndi isə bu müzakirələri ətraflı şəkildə qeyd edirik:
    1-Müaviyə öz qardaşı və söz ustası olan Ütbə İbn Əbi Süfyanı çağırıb ona dedi ki, İmam (ə)-ın ordusunda böyük nüfuza malik olan Əşəs İbn Qeyslə görüşsün və ondan, hər iki qoşundan sağ qalanlara rəhm etməsini xahiş etsin. Ütbə özünü ön cəbhəyə yetirdi və elə oradan özünü təqdim edib Əşəsi çağırdı ki, Müaviyənin sözünü ona desin. Əşəs onu tanıyıb dedi:–"Israfçı və əyyaş bir adamdır, onunla görüşmək lazımdır." Ütbənin sözlərinin xülasəsi bu idi: "Müaviyə Əlidən başqa birisi ilə görüşməli olsaydı, onda səninlə görüşərdi. Çünki, sən, iraqlıların rəisi, Yəmən əhlinin böyüyü və Osmanın kürəkənisən. Səni Osman vəzifəyə qoymuşdur. Sən Malikdən və Ədi İbn Hatəmdən tam ayrı bir adamsan. Malik Osmanı qətlə yetirdi, Ədi də camaatı bu işə təhrik edirdi. Mən demirəm ki, Əlidən ayrıl və Müaviyəyə kömək et; mən səni, sağ qalanların canını qoruyub saxlamağa dəvət edirəm. Mənim və sənin xeyrin elə bundadır."
    Əşəsin cavabda Əli (ə)-ı hörmət və əzəmətlə yad edərək "Iraqın və Yəmənin böyüyü Əlidir" deməsinə baxmayaraq, axırda bir diplomat kimi sülh təklifini qəbul etdi və dedi:–"Sağ qalanları hifz etməkdə sizin ehtiyacınız bizimkindən çox deyildir." Ütbə Əşəsin sözlərini Müaviyəyə deyəndə Müaviyə sevinib dedi:–"Sülhə meyl etmişdir."
    2-Peyğəmbər (s)-in ənsar və mühacirdən ibarət olan səhabələri İmam (ə)-ın ətrafına yığışmışdı, amma ənsardan yalnız Nöman İbn Bəşir və Məsləmə İbn Müxəlləd Müaviyəyə qoşulmuşdu. Müaviyə Nömana dedi ki, İmam (ə)-ın şücaətli sərkərdəsi olan Qeys İbn Səd ilə görüşsün, onun razılığını cəlb etməklə sülhün müqəddiməsini hazırlasın. O, Qeys ilə görüşəndə hər iki qoşuna dəyən zərərləri irəli çəkərək dedi:–"Müharibə bizə də, sizə də gördüyünüz tələfatları və xəsarətləri vurmuşdur. Belə isə, sağ qalanlar barəsində Allahdan qorxun və bir çıxış yolu fikirləşin!"(Məqsəd səqifədəki hadisələrdir. Nömanın atası Bəşir öz əmioğlusu Səd İbn Übadənin xilafətə çatmaması üçün, ayağa qalxıb Əbu Bəkrlə beyət etdi və ənsarın birliyini pozdu. "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 1-ci cild, səh.78-79; "Əl-İmamətu vəs-siyasət", 1-ci cild, səh.97; "Vəqətu-Siffeyn", səh.448  )
    Qeys Nömana cavab verəndə Müaviyənin və Əli (ə)-ın ətrafındakıların kim olmasına istinad edərək dedi:–Biz Peyğəmbər (s) zamanında düşmənin nizələri qarşısında haqq qələbə çalana kimi canla-başla dayanırdıq, halbuki kafirlər bu işdən narahat idilər. Ey Nöman, indi Müaviyənin köməkçiləri bir ovuc "azad olunmuşlar"dan, çöldə yaşayanlardan və aldadılmış yəmənlilərdən başqa heç kəs deyildir. Amma Əliyə bax: onun ətrafını Allahın razı olduğu mühacir, ənsar və tabein tutmuşdur. Müaviyənin ətrafında səndən və sənin dostundan (Məsləmə İbn Müxəlləddən) başqa bir kəs yoxdur. Siz nə Bədrdə olmusunuz, nə də Ühüddə; nə islamda təqdirəlayiq bir xidmətiniz vardır, nə də sizin barənizdə bir ayə nazil olmuşdur.("Əl-İmamətu vəs-siyasət", səh.103-104; "Vəqətu-Siffeyn", səh.417  )
    3-Bu görüşlərdə məqsəd sülh və saziş üçün şərait yaratmaq idi. Lakin Müaviyənin istədiyi kimi olmadı. Buna görə də İmam (ə)-a bir məktub yazaraq ona itaətsizlik etdiyi ilk günlərdəki istəyini, yəni Şam hökumətini, o həzrətə beyət və itaət etmədən ona verilməsini istədi, sonra əlavə etdi: "Bizim hamımız Əbdü-Mənafın övladlarıyıq, öz izzətini və azadlığını itirənlərdən başqa heç birimiz digərindən üstün deyildir."
    İmam (ə) öz katibini çağırdı, ona göstəriş verdi ki, məktubun cavabını onun imla etdiyi şəkildə yazsın. O həzrətin məktubunun mətni "Nəhcül-Bəlağə"də, 17-ci nömrə altında gəlmişdir.("Əyanuş-şiə", 1-ci cild, səh.510; "Vəqətu-Siffeyn", səh.474; "Əl-əxbarut-tival", səh.187)
    Category: Vilayət günəşi (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024