İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2074
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Tarix » Vilayət günəşi (1-ci cild)

    Vilayət günəşi (1-ci cild)
    2012-02-18, 8:15 AM
    ALTINCI FƏSİL
    NAKİSİNLƏRLƏ MÜHARİBƏ (CƏMƏL MÜHARİBƏSİ)
    Ənsar və mühacirdən ibarət olan səhabələrin Əli (ə)-la beyət etmək üçün misli görünməmiş dərəcədə çalışıb haqq-ədalət hökumətinin bərqərar edilməsini tələb etmələri nəticəsində Imam (ə) rəhbərliyi əlinə aldı və camaatla islam qanunlarına və Peyğəmbər (s) sünnəsinə müvafiq şəkildə rəftar etməyə başladı. Onun beytül-malı bölüşdürməkdə seçdiyi yol həmişə ədalətin və gözəl qanunların bərqərar olmasından narahat olan, ayrı-seçkiliyin tərəfdarı olan və özlərinin qeyri-məhdud nəfsani istəklərini, maddi tamahlarını təmin etmək istəyənləri qəzəbləndirdi. Imam (ə) özünün beş illik hakimiyyəti dövründə itaətsizliklərinin və üsyankarlıqlarının həddi-hüdudu olmayan üç inadkar qrupla üzbəüz oldu. Onlar Osmana məxsus olan hökumət qaydalarının yenidən bərpa edilməsini, yersiz bəxşişləri, israfçılıqları, Müaviyə kimi nalayiq adamların hakimiyyətdə saxlanmasını, keçmiş xəlifənin dövründəki valilərin rəhbərliklərinin möhkəmləndirilməsini və s. tələb edirdilər. Müsəlman qardaşların qanının axıdıldığı bu müharibələrdə Ühüddə və Bədrdə iştirak edib islam tarixinin ən çətin vaxtlarında Peyğəmbər (s)-in önündə qılınc çəkən səhabələr bu dəfə o həzrətin həqiqi xəlifəsinin önündə döyüşərək Imam (ə)-ın ali məqsədlərini həyata keçirmək yolunda canlarını qurban etdilər. Bundan əlavə, Imam (ə)-ın layiqli insanlar yetişdirməsi, ümmətin hidayəti və islam təlimlərinin öyrədilməsinə sərf olunası qiymətli vaxtı müqəddəs ideyalar qarşısında bir əngəl olan bu üç qrupun şərinin dəf edilməsinə sərf olundu, nəhayət Imam (ə), özünün islami sünnə və qanunlar əsasında olan dünyəvi bir hökumət qurmaq kimi son məqsədinə yetişməzdən əvvəl, hakimiyyət günəşi beş il nur saçdıqdan sonra qüruba endi. Islam hökuməti onun şəhadətindən sonra irsi bir səltənət şəklinə düşdü, Üməyyə və Abbas övladları onu bir-birinə ötürdülər və həqiqi islam hökuməti möminlərin qəlbində bir arzu olaraq qaldı.
    Bu üç qrup aşağıdakılardan ibarət idi:
    1. "Nakisin", yaxud əhd–peyman pozanlar
    Bu qrupun başçıları, xüsusilə Peyğəmbər (s)-in zövcəsi Ayişənin himayəsi və Əli (ə)-ın hökumətində hər şeydən məhrum olan Bəni-Üməyyənin saysız-hesabsız yardımları ilə Bəsrə və Kufə şəhərlərini ələ keçirmək üçün böyük bir ordu yaradaraq, özlərini Bəsrəyə yetirdilər və oranı işğal etdilər. Imam (ə) onları təqib etməyə başladı və tərəflər arasında baş verən qanlı döyüşdə Təlhə və Zübeyr öldürüldü, onların ordusu darmadağın edildi. Onlardan bəziləri əsir düşdülər və sonralar Imam (ə) onları əfv etdi.
    2. "Qasitin", yaxud zülmkarlar və həqiqət yolunu azanlar
    Bunların başçısı Müaviyə idi. O, hiylə və məkrlə, aldadıcı səhnələr yaratmaqla iki ilə yaxın və hətta Imam (ə)-ın ömrünün axırına kimi o həzrəti rahat qoymadı. Siffeyn müharibəsi Iraqla Şam arasında olan bir məntəqədə baş verdi. Bu döyüşdə yüz mindən artıq müsəlmanın qanı axıdıldı. Bundan sonra Müaviyənin Şamda guşənişin olmasına baxmayaraq Imam (ə) özünün son məqsədinə çatmadı.
    3. "Mariqin", yaxud dindən çıxanlar (xəvariclər)
    Bunlar Siffeyn müharibəsinin sonuna kimi Əli (ə)-ın tərəfində olub o həzrətin önündə qılınc vururdular. Lakin Müaviyənin məkrli siyasətləri onların öz imamlarına qarşı qiyam etmələrinə, həm Imamın, həm də Müaviyənin əleyhinə olan üçüncü bir qrupun təşkil edilməsinə səbəb oldu. Bunların islama, müsəlmanlara və Imam (ə)-ın hökumətinə qarşı törədəcəyi təhlükə ilk iki qrupun törətdiyi təhlükədən qat-qat artıq idi. Əli (ə) onlarla Nəhrəvan adlı bir yerdə qarşılaşdı və onlardan çoxunu dağıtdı. Ikinci dəfə olaraq Şamda fitnə-fəsadın kökünü kəsmək üçün özünü hazırlamaq istəyəndə, xəvaricdən olan bir nəfərin əli ilə öldrüldü və şəhadət şərbətini içdi. Bunula da insaniyyət özünün ən şərəfli və ən əziz şəxsiyyətlərindən birini, islam isə Peyğəmbər (s)-dən sonra özünün ən ləyaqətli şəxsiyyətini itirdi, ədalət çırağı həzrət Məhdi (ə)-ın zühuruna qədər söndü. Bu kədərli hadisədən öncə Imam (ə) onun baş verəcəyindən agah idi. Buna görə də Osmanın qətlindən sonra inqilabçılar onun evinə axışaraq ona beyət etmək istədikləri zaman həzrət buyurdu: "Məndən əl çəkib başqasının sorağına gedin, çünki biz elə hadisələrlə qarşılaşırıq ki, qəlblər və əqllər heç vaxt onlara tab gətirə bilməz."("Tarixi-Təbəri", 3-cü cild, səh.156 )
    Imam (ə) Peyğəmbər (s)-in verdiyi xəbər əsasında bu kədərli hadisələrdən agah idi. Islam hədisçiləri Peyğəmbər (s)-dən nəql edirlər ki, o həzrət, Əli (ə)-a belə buyurdu: "Ey Əli! Sən əhd-peyman pozanlarla, zülmkarlarla və dindən xaric olanlarla vuruşacaqsan."
    Bu, hədis və tarix kitablarında müxtəlif formalarda nəql olunmuşdur, hamısının da məzmunu eynidir. Hətta nakisinlərin başçıları da (tarixdə onlara "Cəməl əshabı" deyilir) Peyğəmbər (s)-dən onların Əli (ə)-a qarşı vuruşacaqlarını eşitmişdilər və Peyğəmbər (s)-in özü şəxsən Zübeyrə və Ayişəyə bu barədə ciddi şəkildə xəbərdarlıq etmişdi. Lakin hakimiyyətə vurğunluq onları dünyanın müvəqqəti və maddi arzularına elə məftun etmişdi ki, heç vaxt düz yola qayıtmaq istəmirdilər. Onlar sonu ilahi qəzəb, Allaha qarşı üsyankarlıq və günah olan bir yolu seçərək bu yolla irəliləməkdə idilər. (Peyğəmbər (s)-in Cəməl hadisəsi barəsində buyurduğu sözləri öz yerində qeyd edəcəyik.) Çox kədərli haldır ki, islamın çiçəkləndiyi, haqqın öz sahibinə qayıtdığı və elə ilk gündən rəhbərliyə təyin olunmuş şəxsin hakimiyyəti ələ aldığı, islamın maddi və mənəvi cəhətdən inkişaf edəcəyi, islam hökumətinin kamil surətdə Imam (ə)-ın qüdrətli əlləri ilə yeniləşdiriləcəyi və nəticədə onun hökumətinin gələcək üçün kamil bir nümunə olacağı vaxt, fürsətdən sui-istifadə edən bir dəstə onun əleyhinə qiyam edib müharibəyə qalxdı. Imam (ə) öz xütbələrinin birində bu hadisədən təəssüflənib buyurur: "Işləri idarə etməyə başlayan vaxt bir dəstə mənimlə beyəti pozdu, bir dəstə Allah dinindən çıxdı, başqa bir dəstə də haqq yolundan xaric oldu. Sanki onlar Allahın buyurduğu "əbədi axirət dünyası yer üzündə fəsad etmək istəməyən şəxslərə məxsusdur"–kəlamını unutmuşdular. Xeyr! Allaha and olsun, onu eşidib əzbərləmişdilər, lakin dünya onların gözlərində gözəl göründü və dünya bər-bəzəkləri onları aldatdı."(Nəhcül-bəlağə", 4-cü xütbə )
    GÜLÜNC BƏHANƏLƏR
    Əhd-peyman pozanlar, yəni Təlhə, Zübeyr və onların havadarları Əli (ə)-la aşkar şəkildə beyət etmişdilər. Belə ki, ümumxalq kütlələrinin göstərdiyi təzyiq, mühacir və ənsarın hücumu onları beyət etməyə vadar etmişdi. Lakin müxalifətə başlayan vaxt iddia etdilər ki, Əlinin hökumətinə biz zahiri şəkildə və dildə beyət etmişdik, ona səmimi qəlbdən rəy verməmişdik. Imam (ə) onlara belə cavab vermişdir: "O özünün beyət etdiyini etiraf etdi, lakin (indi) iddia edir ki, batində onun əksini gizlətmiş imiş. O ya gərək bu mətləbə dair şahid və sübut gətirsin, ya da öz beyətinə qayıtsın."(Yenə orada, 8-ci xütbə)
    NİFAQ VƏ İKİÜZLÜLÜK
    Təlhə və Zübeyr (qiyamdan əvvəl) Imam (ə)-ın hüzuruna gəlib dedilər: "Biz sənə beyət etdik ki, rəhbərlikdə səninlə şərik olaq."
    Imam (ə) onların şərtlərini təkzib edib buyurdu: "(Xeyr) siz mənimlə beyət etdiniz ki, lazım olan vaxt mənə kömək edəsiniz."("Nəhcül-bəlağə", "Kəlimati qisar", 198-ci nömrə )
    Ibni Qüteybə özünün "Xüləfa" adlı kitabında onların Imam (ə)-la müzakirələrini nəql edərək belə yazır: Onlar Əliyə dedilər: Sən bilirsənmi, biz səninlə hansı əsasda beyət etmişik?
    Imam buyurdu: Əlbəttə ki, bilirəm! Siz mənə itaət etmək əsasında beyət etmisiniz. Elə Əbu Bəkr və Ömərlə də bu əsasda beyət etmişdiniz.
    Zübeyr güman edirdi ki, Imam (ə) Iraqın hakimiyyətini ona verəcək. Təlhə də fikirləşirdi ki, Yəmənin hökuməti onun olacaqdır. Lakin Imam (ə)-ın beytül-malı bölməkdə seçdiyi üsul və islam əyalətlərini idarə etmək üçün onları deyil, başqalarını göndərməsi onları öz arzularına çatmaqdan naümid etdi. Buna görə də Mədinədən qaçıb Imam (ə)-ın əleyhinə hiylə qurmaq qərarına gəldilər. Qaçmazdan əvvəl Zübeyr Qüreyşin ümumi yığıncağında dedi:–"Bizim haqqımız elə budurmu?! Biz Osmanın əleyhinə qiyam etdik və onun qətlinə şərait yaratdıq, halbuki Əli o vaxt evdə oturmuşdu. Rəhbərliyi əlinə alandan sonra işi başqalarına tapşırdı!("Tarixi-Xüləfa", 1-ci cild, səh.49, Misir çapı )
    "NAKİSİN"LƏRİN QİYAMININ KÖKLƏRİ
    Təlhə və Zübeyr Əli (ə)-ın hökumətində hansısa bir məntəqəyə hakim seçiləcəklərindən məyus oldular. Digər tərəfdən, Müaviyədən onların hər birinə təqribən eyni məzmunda bir məktub gəlib çatdı. O, məktubda onları "əmirəl-möminin" kimi vəsf etmiş, Şam əhalisindən onlar üçün beyət aldığını vurğulamış, Kufə və Bəsrəni tez bir zamanda–Əbu Talibin oğlu bu iki şəhərə hakim olmazdan əvvəl–işğal etməyə təşviq etmişdi. Onlara məsləhət görmüşdü ki, hər yerdə şüarları "Osmanın intiqamını almaq" olsun, camaatı da bu işə dəvət etsinlər.
    Bu iki sadəlövh səhabə Müaviyənin məktubuna aldanıb qərara aldılar ki, Mədinədən Məkkəyə gedib orada adam yığsınlar, müharibə təbliğatına başlasınlar. Onlar Müaviyənin məkrli planını icra etmək üçün Imam (ə)-ın hüzuruna gəlib dedilər:–Osmanın vilayət və hökumət barəsində etdiyi zülmkarlıqları gördün; o, Bəni-Üməyyədən başqa heç kimə diqqət yetirmirdi. Indi ki, Allah xilafəti sənə nəsib etmişdir, bizi Bəsrə və Kufəyə hakim seç.
    Imam (ə) buyurdu:–Allahın sizə nəsib etdiyi şeylərə razı olun, mən də bu barədə fikirləşim. Agah olun və bilin ki, mən yalnız dinlərinə, əmanətdarlıqlarına arxayın və ruhiyyələrindən agah olduğum şəxsləri hakimiyyətə təyin edirəm.
    Imam (ə) onlarla açıq danışdığı üçün bu sözü eşitməklə daha da məyus oldular, başa düşdülər ki, onlara etimad eləmir. Buna görə də sözü dəyişib dedilər:–Belə isə icazə ver ümrəyə getmək üçün Mədinədən çıxaq.
    Imam (ə) buyurdu:–Ümrəyə getməkdə sizin başqa məqsədiniz vardır.
    Onlar Allaha and içib dedilər ki, ümrədən başqa heç bir məqsədləri yoxdur. Imam (ə) buyurdu:–Siz hiylə qurub beyəti pozmaq istəyirsiniz.
    Onlar yenə də and içdilər və beyəti təzələdilər. Onlar Əli (ə)-ın evindən çıxandan sonra Imam orada olanlara buyurdu: Mən görürəm ki, onlar bir fitnədə öldürüləcəklər.
    Oradakılardan bəziləri dedilər:–Onları səfərə çıxmağa qoyma!
    Imam (ə) buyurdu:–Ilahi təqdir və qəzavü-qədər həyata keçməlidir.
    Ibni Qüteybə yazır: "Onlar Əlinin evindən çıxandan sonra Qüreyşin iclasında dedilər: "Bu bizim mükafatımız idi ki, Əli bizə verdi. Biz Osmanın əleyhinə qiyam etdik və onun öldürülməsi üçün şərait yaratdıq, halbuki Əli öz evində oturmuşdu. Indi ki, xilafətə çatdı, başqalarını bizdən üstün sayır."
    Təlhə və Zübeyr Imam (ə)-ın evində israrla və dəfələrlə and içmələrinə baxmayaraq, Mədinədən çıxandan sonra Məkkə yolunda hər kəslə görüşdükdə Əli (ə)-la beyətlərini inkar edirdilər.("Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 1-ci cild, səh.231-232; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.49; Tarixi-Təbəri", 3-cü cild, səh.163 )
    AYİŞƏ YOLDAN MƏKKƏYƏ QAYIDIR
    Əvvəllər qeyd edildi ki, Osmanın evinin misirli və iraqlı qiyamçılar tərəfindən mühasirə edildiyi vaxt Ayişə Həcc məqsədi ilə Mədinədən çıxmışdı. Məkkədə Osmanın qətlə yetirilməsi xəbərini eşitdi, bundan sonra xilafətin nə yerdə olduğundan bir xəbər tutmadı. Buna görə də Mədinəyə getməyi qərara aldı. Sərf mənzilində ibni Ümmü Kilab adlı bir nəfərlə rastlaşdı və Mədinənin vəziyyətini soruşdu. O dedi ki, xəlifənin evinin mühasirəsi səksən gün çəkdi, sonra onu öldürdülər və bir neçə gündən sonra Əli (ə)-la beyət etdilər. Ayişə mühacir və ənsarın hamısının Əli (ə)-la beyət etmələrindən xəbərdar olduqda özündən çıxdı və dedi: "Kaş göylər başıma töküləydi!" Sonra əmr etdi ki, kəcavəsini Məkkəyə qaytarsınlar. Artıq o, Osman barəsindəki fikrini dəyişərək deyirdi: "Allaha and olsun ki, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını qatillərdən alacağam!"
    Bu xəbəri gətirən kişi üzünü ona tutub dedi:–Sən camaata deyirdin: "Osman kafir olmuşdur, qiyafədən yəhudi kişisinə oxşayır, onu öldürün!" - deyən ilk adam idin, indi nə oldu ki, əvvəl dediyin sözdən döndün?!
    O dedi:–Osmanın qatilləri ona tövbələtmə verdilər, amma sonra öldürdülər. Hamı Osmandan danışırdı, mən də bəzi sözlər deyirdim. Amma mənim axırıncı sözüm əvvəlki sözümdən daha yaxşıdır.
    O kişi Ayişənin bəhanələrinin əsassız olduğuna dair bir şer oxudu, bu şerin bəzi beytlərinin tərcüməsini veririk: "Xəlifənin qətlinə fərman verdin və bizə dedin ki, o, Allah dinindən çıxmışdır. Sözsüz ki, biz onu öldürməkdə sənin fərmanına qulaq asdıq. Bizim fikrimizcə, onun qatili elə onun qətlinə fərman verən şəxsdir!"
    Ayişə Məscidül-Həramın qarşısında kəcavədən endi, "Hicri-Ismail"ə gedib orada bir pərdə asdı. Camaat onun ətrafına yığışdı. O, camaata xitab edərək deyirdi: "Camaat! Osman nahaq yerə öldürülmüşdür və mən onun intiqamını alacağam."("Tarixi-Təbəri", 3-cü cild, səh.172 )
    İMAM (Ə)-IN MÜXALİFLƏRİNİN MƏRKƏZİ
    Osmanın qətlindən və camaatın Əli (ə)-la beyət etməsindən sonra Məkkə o həzrətin müxaliflərinin mərkəzi oldu. Əli (ə)-la müxalif olanlar, yaxud onun qəzavətindən qorxanlar, xüsusilə də Osmanın təyin etdiyi valilər (bunlar Imam (ə)-ın onların əmlakını müsadirə edəcəyini, onları etdikləri xəyanətlərə görə cəzalandıracağını bilirdilər) qaçıb Məkkədə, Allahın əmin-amanlıq hərəmində bir yerə yığışdılar və Cəməl müharibəsinin planını çəkdilər.
    CƏMƏL MÜHARİBƏSİNİN XƏRCLƏRİ
    Cəməl müharibəsinin xərclərini Osmanın hakimiyyəti dövründə beytül-malı qarət edib külli miqdarda sərvət əldə edən hakimlər ödədilər. Məqsədləri də Əli (ə)-ın təzə təşəkkül tapmış dövlətini əvvəlki hala salıb onu devirmək idi. Bu müharibənin ağır xərclərini təmin edənlərdən bir neçəsinin adını qeyd edirik:
    1. Əbdüllah ibni Əbu-Rəbiə. (Osmanın Yəməndəki (Sənadakı) valisi.) O, Osmana kömək etmək məqsədi ilə Sənadan çıxdı, amma yolda onun qətlə yetirilməsindən agah olduqda Məkkəyə qayıtdı. Ayişənin Osmanın intiqamını almaq üçün camaatı dəvət etdiyini eşitdikdə məscidə daxil oldu, taxtın üstündə oturub qışqırdı: "Hər kəs xəlifənin intiqamını almaq üçün cihadda iştirak etsə, mən onun yol xərcini təmin edəcəyəm!" O, döyüşdə iştirak etmək üçün çoxlarını yaraqla təmin etdi.
    2. Yəli ibni Üməyyə. (Osmanın qoşun sərkərdələrindən biri idi). O, Əbdüllahın sözü ilə bu yolda külli miqdarda pul xərclədi, altı yüz dəvə alıb Məkkədən hərəkət etmək üçün hazırladı. Dəvələrin hər birinə bir nəfər mindirdi və müharibə xərclərinin təmin olunması üçün on min dinar pul verdi.("Tarixi-Təbəri", 3-cü cild, səh.166 ) Imam (ə) onun bəxşişlərindən xəbərdar olanda buyurdu: "Üməyyənin oğlu on min dinarı haradan gətirmişdir?! O, bunları yalnız beytül-maldan oğurlamışdır! Allaha and olsun, əgər onu və Əbu Rəbiənin oğlunu tutsam, sərvətlərini müsadirə edib Beytül-mala qaytaracağam."(Ibni Qüteybənin nəql etdiyinə görə, o, Zübeyrə altmış min dinar, Təlhəyə isə qırx min dinar pul vermişdi. Bax: "Əl-Cəməl", səh.123-124; "Tarixi Xüləfa", səh.57 )
    3. Əbdüllah ibni Amir (Bəsrənin valisi) O, özü ilə külli miqdarda mal-dövlət götürüb Bəsrədən Məkkəyə qaçmışdı.("Tarixi-Təbəri" 3-cü cild, səh.166; "Əl-imamətu vəs-siyasət", 1-ci cild səh.55 ) Bəsrənin işğal olunması planını da elə o təklif etmişdi. O, həm də Təlhəni, Zübeyri və Ayişəni bu əyaləti almaq üçün təşviq edirdi. Osmanın fərari valiləri Məkkədə bir yerə yığışmışdılar; Əbdüllah ibni Ömər və onun qardaşı Übeydullah, həmçinin Mərvan ibni Həkəm, Osmanın övladları, qulamları və Bəni-Üməyyədən bir qrup onlara qoşulmuşdular. Amma bu tanınmış şəxslərin çağırışları xalq kütlələrini Məkkədən və yolun yarısından Əli (ə)-ın əleyhinə qiyam etməyə təhrik edə bilmirdi.("Əl-Cəməl", səh.121) Buna görə də onlar hökmən Osmanın işdən çıxarılmış hakimlərinin və Bəni-Üməyyənin bəxşişləri ilə yığılan adi döyüşçü qüvvələrinin yanında mənəvi arxaya malik olmalı idilər ki, bu yol boyu yaşayan ərəblərin həyəcanlarını təhrik edə bilsin. Buna görə də Ayişə və Həfsəni, bu qrupun mənəvi rəhbərliyini öhdələrinə alaraq onlarla birlikdə Bəsrəyə tərəf hərəkət etməyə dəvət etdilər.
    Düzdür ki, Ayişə Məkkəyə daxil olan vaxtdan etibarən Əli (ə)-la müxalifətə başlamışdı, lakin öz müxalif fikirlərini keçirmək üçün heç bir əsaslı tədbiri yox idi. Qoşuna rəhbərliyi öhdəsinə alıb Bəsrəyə yola düşəcəyi fikrindən belə keçməmişdi. Buna görə də Zübeyr öz oğlu Əbdüllahı (Ayişənin bacısı oğlunu) onun evinə göndərdi ki, Ayişəni qiyam edib Bəsrəyə getmək üçün təşviq etsin. O Əbdüllaha belə cavab verdi: Mən heç vaxt camaata qiyam əmri verməmişəm. Mən Məkkəyə gəlmişəm ki, camaata onların imamlarının necə öldürülməsini elan edəm və bir qrupun xəlifəni tövbələtdirdikdən sonra öldürməsini deyəm ki, camaatın özü xəlifəyə hücum edib onu öldürənlərə və rəhbərliyi məşvərətsiz olaraq əlinə alanlara qarşı qiyam etsin.
    Əbdüllah dedi:–Əgər Osmanın qatilləri və Əli barəsindəki fikrin belədirsə, onda nə üçün Əlinin əleyhinə olaraq bizə kömək etməkdən çəkinirsən?! Halbuki müsəlmanların bir qrupu qiyam üçün öz hazırlıqlarını bildirmişlər.
    Ayişə dedi:–Bir az gözlə, bu barədə fikirləşim.
    Əbdüllah onun sözlərinin mənasından razı olduğunu duydu. Buna görə evə qayıdanda Təlhə və Zübeyrə müjdə verdi ki, Ümmül-möminin bizim istəyimizi qəbul etdi. Sabahısı gün də Ayişənin yanına getdi və onun tam və qəti razılığını cəlb etdi. Carçı məsciddə və bazarda Ayişənin Təlhə və Zübeyrlə birlikdə çıxacağını elan etdi, beləliklə də Əli (ə)-ın əleyhinə qiyam və Bəsrənin işğal olunması qəti tədbir oldu. Təbəri qiyamçıların çağırışlarını belə nəql edir: "Agah olun və bilin ki, Ümmül-möminin, Təlhə və Zübeyr Bəsrəyə yola düşürlər! Hər kəs islamı əziz etmək, müsəlmanların qanını halal edənlərlə döyüşmək və Osmanın intiqamını almaq istəyirsə, bu dəstə ilə hərəkət etsin. Hər kəsin atı və getmək pulu yoxdursa, bu onun atı, bu da onun səfər xərci!"("Tarixi-Təbəri", 3-cü cild, səh.167  )
    Siyasət oyunbazları camaatın dini hisslərini daha çox təhrik etmək üçün Peyğəmbər (s)-in o biri zövcəsi Həfsəni də qiyama qoşmaq istədilər. O dedi:–"Mən Ayişəyə tabeyəm. O, səfərə çıxmağa hazırdırsa, mən də hazıram." Amma hərəkət vaxtı çatanda qardaşı Əbdüllah onu səfərdən saxladı. Həfsə Ayişəyə belə bir xəbər göndərdi: "Qardaşım məni sizinlə birlikdə hərəkət etməyə qoymadı."
    YEDDİNCİ FƏSİL
    NAKİSİNLƏRİ ƏLƏ KEÇİRMƏKDƏ İMAM (Ə)-IN TƏDBİRİ
    Əmirəl-möminin Əli (ə)-ın hakimiyyətin ilk günlərindəki əsas və mühüm vəzifəsi beytül-malı öz şəxsi əmlakına çevirən, onun mühüm bir hissəsini xəzinə kimi toplayıb digər bir hissəsini də öz şəxsi işləri üçün xərcləyən özbaşına hakimləri islam cəmiyyətindən təmizləmək idi. Onların hər biri təklikdə qarətçi və fitnə-fəsad, iğtişaş törədən hakim idilər. Onların başında Əbu Süfyanın oğlu Müaviyə dururdu. O, ikinci xəlifənin dövründən etibarən Qeysərin (Romanın) qonşuluğunda yerləşdiyini bəhanə edərək onlara məxsus olan qəsrlərdə naz-nemətə qərq olmuşdu, hər kəs onun əleyhinə bir söz desəydi, dərhal onu ya sürgünə göndərər, yaxud da fiziki cəhətdən məhv edirdi. Şamın özbaşına hakiminin tüğyançılıq və itaətsizlik xəbəri Imam (ə)-a çatanda dərhal qərara aldı ki, öz əsgərlərindən təşkil olunmuş bir ordu ilə Müaviyənin bu kimi işlərinə yaxşı bir cavab versin. O həzrət bu fikirdə ikən Haris ibni Əbdül Müttəlibin qızı Ümmül-Fəzlin məktubu təcili göndərilən qasid vasitəsi ilə gəlib çatdı. Bu məktubda Təlhənin, Zübeyrin əhd-peyman pozması və onların Bəsrəyə tərəf hərəkət etməsi bəyan edilirdi.("Tarixi-Təbəri", 3-cü cild, səh.167 (Misir çapı) )
    Məktubun çatması ilə Imam (ə) birinci qərarını dəyişdirdi və Şama göndərilən qoşunla Bəsrəyə tərəf hərəkət edib əhd-peyman pozanları yolda ikən ələ keçirmək və fitnəni beşikdə ikən boğmaq qərarına gəldi. Buna görə də Abbasın Təmmam adlı bir oğlunu Mədinəyə, Qəsm adlı başqa bir oğlunu isə Məkkəyə hakim təyin etdi, yeddi yüz nəfər fədai ilə birlikdə Mədinədən Bəsrəyə doğru yola düşdü.(Yenə orada, səh.169; "Əl-imamətu vəs-siyasət", səh.169. "Tarixi-Təbəri"nin nəql etdiyinə görə onların sayı doqquz yüz nəfər idi. ) Rəbəzəyə çatdıqda xəbər tutdu ki, əhd-peyman pozanlar yolda tutulacaqlarını ehtimal edərək bəzi şəxslərin bələdçiliyi ilə dolayısı yolla Bəsrəyə getmişlər.("Tarixi-Təbəri", 5-ci cild, səh.169 )
    Əgər Imam (ə) onların hərəkətlərindən tez xəbərdar olsaydı, onları yolda tutar və bu iş də asan olar, heç bir müqavimətlə rastlaşmazdı. Çünki Təlhə və Zübeyr zahirdə bir idilər, batində isə hər biri rəhbər olub digərini aradan götürmək istəyirdi. Onların arasındakı nifaq elə bir həddə yetişmişdi ki, elə Məkkədən hərəkətə başlayan vaxtdan etibarən aralarındakı ixtilafın əks-sədası aşkar oldu. Hətta Bəsrə yolunda namazda Imam olmaq məsələsi ilə əlaqədar arlarında ixtilaf yarandı. Onların hər biri namazda öz yoldaşlarının imamı olmaq istəyirdi. Məhz bu ixtilaf nəticəsində hər ikisi Ayişənin fərmanı ilə camaat namazında Imam olmaqdan məhrum edildilər və namaz Zübeyrin oğlu Əbdüllahın imaməti ilə qılındı. Məaz deyir: "Allaha and olsun, əgər bu iki nəfər Əliyə qələbə çalsaydılar belə, heç vax xilafət məsələsində bir-biri ilə razılığa gələ bilməyəcəkdilər."("Tarixi-Təbəri", 5-ci cild, səh.169 )
    Imamın dostlarından bəziləri təklif edib dedilər ki, Təlhəni və Zübeyri təqib etməkdən əl çəksin, lakin Imam (ə) bu təklifi qəbul etmədi. Əli (ə) bu barədə buyurmuşdur: "Allaha and olsun, mən heç də tütək səsini eşitməklə sakitləşib öz yuvasında yatan və qəfildən ələ keçən kaftar kimi deyiləm. Mən əcəlim gəlib çatana kimi haqq tərəfdarlarının iti qılıncları ilə haqqa arxa çevirənləri vurur və valilərin qollarının köməyi ilə asiləri və şəkk edənləri geri oturduram."(Nəhcül-bəlağə", 6-cı xütbə )
    Əli (ə) bu sözlə öz məqsəd və məramını elan etdi və yağıların, bac-xərac alanların qarşısında sükut etməyi rəva görmədi və məqsədin həyata keçirilməsi üçün öz ordusunu təşkilati cəhətdən yenilətmək fikrinə düşdü.
    ORDU TƏŞKİLATININ YENİLƏŞDİRİLMƏSİ
    Imam (ə) nakisinlərin işlərindən xəbərdar olduqdan sonra qərara aldı ki, onları Bəsrəyə kimi təqib etsin, lakin o həzrətin köməkçilərinin sayı yeddi üz (yaxud doqquz yüz) nəfərdən çox deyildi. Onların çoxunun ənsar və mühacirin seçmə döyüşçülərindən (onların bəziləri Bədr döyüşündə iştirak etmişdilər) təşkil olunmasına baxmayaraq bu say, döyüş üçün muzdla tutulmuş və Bəsrənin ətraf qəbilələrini özlərinə qoşmuş bir ordu qarşısında kifayət deyildi. Buna görə də Imam (ə) öz ordusunu yenidən təşkil edərək öz tabeçiliyində olan ətraf qəbilələrdən kömək almağı qərara aldı. Bu məqsədlə Ədi ibni Hatəm öz qəbiləsinə (Teyy qəbiləsinə) doğru gedərək onları Əli (ə)-ın əhd-peyman pozanların qiyamını yatırmaq üçün hərəkət etməsindən agah etdi. O, qəbilə başçılarının iştirak etdiyi iclasda dedi: "Ey Teyy qəbiləsinin ağsaqqalları! Siz Peyğəmbərin zamanında onunla döyüşmək istəmədiniz, Allaha və Onun Peyğəmbərinə "mürtədlər" hadisəsində kömək etdiniz. Bilin və agah olun ki, Əli gəlib sizə çatacaqdır. Siz cahiliyyət dövründə dünya üçün vuruşurdunuz, indi isə islam əsrində axirət üçün vuruşun. Əgər dünyanı istəyirsinizsə, bilin ki, Allah yanında bol qənimətlər var. Mən sizi dünya və axirət səadətinə dəvət edirəm. Hal-hazırda Əli və ənsar, mühacir, Bədr döyüşçülərindən və s.dən ibarət olan böyük islam mücahidləri ilə birlikdə sizə tərəf gəlir. Onlar bura daxil olacaqlar. Nə qədər ki, gec deyil, qalxın və Imamı qarşılamağa tələsin!" Ədinin sözləri o iclasdakıların arasında qəribə bir canlanma yaratdı, hər tərəfdən alqış səsləri ucaldı və hamılıqla Imam (ə)-a kömək etmək üçün öz hazırlıqlarını elan etdilər. Imam (ə) ora gəlib çatanda qoca bir kişi o həzrətin qarşısında dayandı və ona belə xoşgəldin dedi:–"Afərin sənə, ey Əmirəl-möminin! Allaha and olsun, əgər səninlə beyət etməsəydim belə, sənin Peyğəmbərlə qohumluğuna və gözəl keçmişinə görə yenə də sənə kömək edərdik. Sən cihad et, bütün Teyy qəbiləsi sənin arxandadır. Onların heç biri sənin ordunda xidmət etməkdən imtina etməz. Ədinin bu ağıllı tədbiri nəticəsində bir dəstə süvari Imam (ə)-ın ordusuna qoşuldu və o həzrətin ordusu yenidən quruldu. Bəni-Əsəd qəbiləsi Teyy qəbiləsinin yaxınlığında yaşayırdı. O qəbilənin başçılarından Zəfər adlı bir nəfər Mədinədən Imam (ə)-ın yanında idi və həzrətdən icazə aldı ki, o da öz qəbiləsinin içinə gedib onları Imam (ə)-a kömək etmək üçün dəvət etsin. O, öz qəbiləsi ilə müzakirə edəndən sonra onların bir qrupunu Imam (ə)-a kömək etmək üçün hazırlayaraq o həzrətin düşərgəsinə gətirdi. Əlbəttə, Zəfərin bu işi müvəffəqiyyət baxımından Ədi kimi deyildi. Çünki Ədi tayfa əsil-nəsəbinə və atası Hatəmin etdiyi bəxşiş və ehsanlara görə öz qəbiləsində böyük nüfuza malik idi. Amma bu nüfuz Zəfərdə yox idi. Bundan da əlavə, Teyy qəbiləsi islami inzibat və əqidə möhkəmliyini "mürtədlər" hadisəsində gözəl şəkildə göstərmişdi. Belə ki, Peyğəmbər (s)-in vəfatından sonra onlardan bir nəfər belə mürtəd olmadı, halbuki, Bəni-Əsəd qəbiləsi mürtəd olmağa üz qoydu və Teyy qəbiləsinin göstərdiyi səylər nəticəsində yenidən islam dininə qayıtdılar.("Əl-imamətu vəs-siyasət", səh.53-54 )
    NAKİSİNLƏRİN BƏSRƏ YOLUNDAKI SƏRGÜZƏŞTLƏRİ
    Təlhə və Zübeyrin Peyğəmbər (s) səhabələrindən olmalarına baxmayaraq, təklikdə mərkəzi hökumət əleyhinə qiyam edib bir ordunu Məkkədən Bəsrəyə gətirməkdə rəhbərlik edə bilmək üçün o qədər də qüdrət və nüfuza malik deyildilər. Əgər Peyğəmbər (s)-in zövcəsi Ayişə onların içində olmasaydı və əməvilərin külli miqdara pulları və imkanları onların ixtiyarında qoyulmasaydı, onların məkrli tədbirləri elə Məkkədə ikən alt-üst olardı. Nəhayət, onlar Osmanın intiqamını almaq bəhanəsi ilə, həmçinin Əli (ə)-ın onun qatili, yaxud qatillərinin havadarı adlandıraraq Məkkədən Bəsrəyə tərəf hərəkət etdilər və yol boyu müntəzəm olaraq "Ya ləsarati Osman!" (Ey Osmanın intiqamını alanlar, ayağa qalxın!) şüarını səsləndirirdilər. Amma bu şüar o qədər məzhəkəli idi ki, hətta Osmanın yaxın adamları belə ona gülürdülər. Qeyd edəcəyimiz bu iki hadisə müddəanı təsdiq edər: Səid ibni As Zatü-irq adlı məntəqədə Təlhə və Zübeyrin başçılıq etdiyi nakisinlər karvanı ilə rastlaşdı. Səid (o, Bəni-Üməyyədən idi) üzünü Mərvana tutub dedi:–Hara gedirsən?
    Mərvan dedi:–Mən gedirəm Osmanın intiqamını alam.
    Səid dedi:–Niyə uzağa gedirsiniz?! Osmanın qatilləri elə sizin arxanızca gələnlərdir. (Yəni Təlhə və Zübeyrdir).("Tarixi-Təbəri", 3-cü cild, səh.472 )
    Ibni Qüteybə bu məsələyə daha aydınlıq gətirərək yazır: "Təlhə, Zübeyr və Ayişə Xeybərin Əbu-Tas adlı məntəqəsində mənzil saldıqları zaman, Səid ibni As (Müğeyrə ibni Şöbə də onunla yoldaş idi) əlindəki qara kamanla Ayişənin yanına gedib dedi:–Hara gedirsən?
    Ayişə dedi:–Bəsrəyə.
    Səid dedi:–Nə istəyirsən?
    Ayişə dedi:–Osmanın intiqamını almaq istəyirəm.
    Səid dedi:–Ey Ümmül-möminin, Osmanın qatilləri elə sənin gözünün önündədir!
    Bunu deyib Mərvanın yanına getdi və onunla da eyni qaydada danışdı və dedi:–Osmanın qatilləri elə Təlhə və Zübeyrdir ki, onu öldürməklə hökuməti ələ keçirmək istəyirdilər. Lakin öz məqsədlərinə çatmadıqları üçün qanı qan ilə, günahı da tövbə ilə yumaq istəyirlər.("Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.58 )
    Müğeyrə ibni Şöbə Əli (ə)-ın şəhadətindən sonra Müaviyənin sağ əli sayılırdı, o günlərdə camaata deyirdi:–Ey camaat, əgər Ümmül-mömininlə birlikdə çıxsanız, onun üçün yaxşı bir aqibət istəyin. Əgər Osmanın intiqamını almaq üçün qiyam etsəniz, bilin ki, Osmanın qatilləri elə sizin başçılarınızdır. Əgər Əlini tənqid etmək məqsədi ilə yola düşsəniz, deyin görək onda hansı bir irad tutursunuz?! Sizi and verirəm Allaha, bir il ərzində iki fitnə salmaqdan (Osmanın öldürülməsi və Əli ilə müharibə) çəkinin!"
    Lakin nə Səidin, nə də Müğeyrənin sözləri onlara təsir etmədi. Sonra Səid Yəmənə, Müğeyrə də Taifə doğru yola düşdülər və Cəməl və Siffeyn müharibələrində iştirak etmədilər.
    HƏRƏKƏTDƏ TƏLƏSMƏK
    Təlhə və Zübeyr Əli (ə) tərəfindən tutulmamaq üçün Məkkə-Bəsrə yolundakı mənzilləri sürətlə ötüb gedirdilər. Buna görə də, yorğa yerişli dəvə tapmaq fikrinə düşdülər ki, mümkün qədər tez bir zamanda Ayişəni Bəsrəyə çatdırsınlar. Yolda Rənyə qəbiləsindən bir kişini gördülər. O, yorğa bir dəvəyə (erkək dəvəyə) minmişdi. Ona dedilər ki, dəvəsini satsın. O, dəvəsinə min dirhəm qiymət qoydu. Müştəri etiraz edib dedi:–Dəli olmusanmı?! Harda görmüsən ki, bir dəvənin min dirhəm qiyməti olsun?
    Dəvənin sahibi dedi:–Sən onu tanımırsan! Heç bir dəvə onunla yarışa girə bilməz!
    Müştəri dedi:–Əgər bu dəvəni kimin üçün almaq istədiyimizi bilsən, heç bir dirhəm də almadan onu bağışlayarsan.
    Soruşdu: Kim üçün alırsınız?
    Dedi:–Ümmül-möminin Ayişə üçün.
    Dəvənin sahibi Peyğəmbərə olan sədaqət və ixlas üzündən dəvəni təmənnasız onlara verdi. Müştəri ondan bələdçi kimi istifadə etmək üçün onu Ayişənin karvanının endiyi yerə apardı və o erkək dəvənin əvəzində ona bir dişi dəvə, üstəlik dörd yüz (yaxud altı yüz) dirhəm pul verdi, ona dedi ki, çölün bu yerini keçib getməkdə kömək etsin. O da razılaşıb qəbul etdi. Bələdçi bu məntəqəni hamıdan yaxşı tanıyırdı. O deyir: "Hər abadlıqdan və su quyusunun yanından keçəndə Ayişə oranın adını məndən soruşurdu. Nəhayət Hovəb məntəqəsindən keçəndə oranın itlərinin səsi ucaldı. Ümmül-möminin başını kəcavədən çıxarıb soruşdu: Bura haradır? Dedim:–"Hovəbdir." Ayişə bu adı eşidən kimi fəryad etdi, dərhal dəvənin ayağından vurub onu yatırtdı. Sonra dedi:–"Allaha and olsun, mən (Peyğəmbərin buyurduğu) o arvadam ki, o, Hovəbdən keçir və oranın itləri onun dəvəsinə hürürlər." Bu cümləni üç dəfə təkrar etdi və qışqırıb dedi ki, onu geri qaytarsınlar. Ayişənin dayanması ilə karvandakılar da dayandı və dəvələrini yatırtdılar. Hərəkət etmək üçün israr etməyin heç bir nəticəsi olmadı. Bir gün orada qaldılar. Nəhayət Ayişənin bacısı oğlu Əbdüllah ibni Zübeyr gəlib dedi:–Tez ol hərəkətə başla, Əli bizi təqib edir! Ola bilsin ki, hamımız onunla müharibədə ələ keçək.("Tarixi-Təbəri", 3-cü cild, səh.975 )
    Təbəri təəssüb üzündən həqiqəti gizlədir və baş verən əhvalatı yuxarıda nəql olunan sadəliklə yazır. Lakin ondan qabaq yaşamış Ibni Qüteybə (276-cı hicri qəməri ilində vəfat etmişdir) yazır: "Ümmül-möminin Hovəb adını eşitdikdə, Təlhənin oğluna dedi:–"Mən hökmən qayıtmalıyam! Çünki bir gün Peyğəmbər öz zövcələri ilə danışırdı. Mən də onların içində idim. Həzrət buyurdu: "Mən görürəm ki, sizlərdən biri Hovəb məntəqəsindən keçir və oranın itləri onun üstünə hürür." Sonra üzünü mənə tutub dedi:–"Hümeyra, məbada sən elə o arvad olasan!" Bu vaxt Təlhənin oğlu ondan yola davam etməsini istədi, lakin heç bir faydası olmadı. Onun bacısı oğlu Əbdüllah ibni Zübeyr münafiqcəsinə and içib dedi:–"Buranın adı Hovəb deyil. Biz Hovəbi gecənin əvvəlində keçdik." Bu sözlə də kifayətlənməyib çöl ərəblərindən bir neçəsini gətirib onları yalandan and içdirdi ki, bu məntəqənin adı Hovəb deyil. (Bu cür yalan şəhadət islam tarixində görünməmişdir.) Bundan sonra karvan hərəkətə başladı və Bəsrəni ələ keçirmək üçün şəhərin yaxınlığında düşərgə saldılar. (Osman ibni Hənif Əli (ə) tərəfindən orada hakim idi)(Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 9-cu cild, səh.312 )
    Category: Vilayət günəşi (1-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 695 | Downloads: 0 | Rating: 3.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024