İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:27 AM
    1. NƏQLİ DƏLİLLƏR
    a) Kitab.
    "Əhməd ibn Hənbəlin fiqhində sünnə, Quranın bəyanedicisi kimi əsaslı təfəkkür olaraq daha artıq təkidlə irəli çəkilir. O, "Ərrəddu əla mən əxəzə bizahiril-Quran və tərəkəs-sünnə” adlı əsərində Peyğəmbəri-Əkrəm (s) sünnəsini Quranın zahir və batini, ümum və xüsusu, nasix və mənsuxundan Allahın əsas məqsədinin bəyanedicisi hesab etmiş və bunun ardınca Peyğəmbərə (s) itaət etməyin vacib olduğunu göstərən Quran ayələrini qeyd etmişdir.”(Həmin mənbə )
    b) Sünnə.
    "Peyğəmbəri-Əkrəm (s) sünnəsinə itaət etmək əshabi-hədisin fiqhində ümumi və Əhmədin fiqhində xüsusi şəkildə yüksək məqama malikdir. Həqiqətdə bu məktəb ardıcılları çox hallarda hədisi öz rəylərindən irəli keçirdiklərinə görə "əshabi-hədis” adı ilə məşhurlaşmışlar. Əhməd ibn Hənbəlin risaləsində qeyd olunur ki: "Bizim nəzərimizdə sünnə Allah Rəsulunun əsəridir...” "Sünnədə qiyasa və təmsilə yer yoxdur, əql və həva (nəfsin istəyi) ilə dərk olunmaz. Əksinə bu, ona itaət etmək və həvanı tərk etməkdən başqa bir şey deyildir.”(Həmin mənbə )
    v) Səhabə və tabeinlərin rəyi.
    "Müxtəlif mənbələrdə Allahın kitabı və Peyğəmbərin (s) sünnəsindən sonra səhabələrin nəzəri Əhməd ibn Hənbəlin etimad etdiyi dəlillər sırasında qeyd olunur. O, səhabələrin nəzərini qiyas və rəydən irəli hesab edir. Əgər Əhməd səhabələrin hamısından, yaxud təklikdə birindən hər hansı bir hökmü tapsaydı və onun qarşısında səhabədən bir müxalif tapmasaydı bu halda onu itaət edilməsi lazım olan hökm hesab edirdi. Səhabələrin ixtilaf etdiyi hallarda isə bəzi hənbəli alimlərinin dediyinə görə Əhməd Allahın kitabına və Peyğəmbər (s.ə.v.v) sünnəsinə ən yaxın olan nəzəriyyəni seçir və səhabələrin nəzəriyyələrindən xaricə çıxmırdı. Hansının seçilməsinin çətin olduğu halda isə, heç birinə üstünlük vermədən hər iki nəzəriyyəni irəli çəkirdi. Əhmədin ehtiyatlı davranması hətta bir səhabədən iki müxtəlif rəvayət nəql olunduğu halda belə, gözə çarpır. İbn Qəyyim inanır ki, Əhməd ibn Hənbəl səhabələrin ixtilaflı olduğu halda dörd xəlifənin nəzərini sair səhabələrdən üstün hesab edirdi.”(Həmin mənbə, səh.729 )
    q) İcma.
    Ümumiyyətlə, mövcud məlumatlara əsasən Əhməd ibn Hənbəlin səhabə və tabeinin icma və fikir birliyindən necə bəhrələnməsini belə bəyan etmək olar: Səhabələrin icması ixtilaf barədə agahlığın olmaması mənasına götürüldükdə Əhmədin nəzərində buna görö mötəbər sayılır ki, səhabənin nəzəri höccətdir, nəinki icma qeyd olunan mənada səhabənin sözünə höcciyyət vermiş olsun. Amma tabein və onlardan sonrakı nəsillərə gəldikdə isə, belə demək olar ki, Əhməd ibn Hənbəlin tutduğu üslub o zaman əshabi-hədisin fəqihlərinin arasında mövcud olan üslubla əşhər (ən məşhur) nəzəriyyəyə tabe olmaq idi. Yalnız "Qərineyi sarifə” mövcud olan hal istisna olunur. İcma iddiası etmək onun nəzərində cəsarətli bir söz və ehtiyatdan uzaq nəzər kimi cilvələnirdi.”(Həmin mənbə)
    2. QEYRİ-NƏQLİ YOLLAR
    "Böyük İslam Enskilopediyası” kitabında bu barədə belə qeyd olunur: "Şübhəsiz, Əhməd ibn Hənbəl əshabi-rəy fəqihləri ilə müqayisədə qiyası və ictihad rəyindən daha az və məhdud səviyyədə istifadə edir və ondan istifadə edilməsini nəqli dəlillərdən istifadə etməklə məhdudlaşdırırdı. Həqiqətdə o, qiyas və rəydən yalnız o zaman istifadə edirdi ki, sabit bir məna, yaxud səhabədən bir nəzəriyyə, yaxud zəif və ya mürsəl bir hədis tapılmırdı. Suallara cavab vermək üçün – "istishab”, "məsalihi-mürsələ”, "zəraye” və s. kimi üslublar da Əhmədin fiqhində çox çətin araşdırılmalı olan məsələ olduğundan başqa bir çarə də olmurdu. Amma, bunlar hənbəli fiqhində nəzərə çarpacaq dərəcədə istifadə olunmuşdur. Bu mühüm məsələyə də işarə etmək lazımdır ki, Əhmədin fiqhində”(İbn Hənbəl öz dini əqidələrini Qur`anın və hədislərin zahirini heç bir yozum və təfsir olmadan götürür, hər növ təzə mətləbdən və kəlami bəhsdən uzaq olurdu. Buna görə də Hənbəli məzhəbinin fəqihləri və mütəkəllimləri ibn Hənbəldən sonra İslam məzhəbləri arasında ən çox sünnətə riayət edən yenilikliklə və dini əqidələrdə istidlallarla müxalif idilər. İbn Teymiyyə, onun şagirdi ibn Qəyyim Coziyyə və ondan sonra vəhhabilərin rəisi Məhəmməd ibn Əbdül-Vəhhab Hənbəli məzhəbinin təəssübçü dini təfəkkürü və sünnətə yönələn üslubuna tabe oldu. "Münazirati imam Fəxr Razi” kitabından, Yusif Fəzailin tərcüməsi, səh.206 )* ibadət bölməsində əsl və ilkin qayda onun batil olması, müamilə bölməsində isə əsl və ilkin qayda onun səhih olmasıdır. Bu, o deməkdir ki, Əhməd ibadətlə əlaqədar məsələlərdə şəriət sahibinin əmrləri ilə uyğun olanlardan başqasını səhih hesab etmir və onun barəsində son dərəcə ehtiyat edirdi. Onun xüsusi hallarından biri kimi, hökmlər barəsində ehtiyatdan uzaq olması, orucun yeməklə və içməklə batil edilməsi zamanı kəffarənin lazım olmaması və qəzasının kifayət edilməsini qeyd etmək olar. İlk nəzərdə qeyri-təəbbüdi işlər olan müamilələr barəsində Əhmədin müqabilində (nəhyin gəlib çatdığı hallar istisna olmaqla) ilkin nəzəriyyənin səhih olduğu əsas götürülür.”("Böyük İslam Enskilopediyası”, 6-cı cild, səh.129-130  )
    ƏHMƏD İBN HƏNBƏLİN FİQHİNİN TARİXİ İNKİŞAFI VƏ YAYILMASI
    Bu məsələ ilə əlaqədar "Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur:
    "Əhməd ibn Hənbəl əsas etibarı ilə onun öz rəylərinin yazılmasını xoşlamırdı. Bu işi onun şagirdlərindən bir neçəsi, o cümlədən, Əbdüllah ibn Əhməd və Hənbəl ibn İshaq aşkar şəkildə xatırlatmışdır. O, tam ciddiyyətlə inanırdı ki, kitab yazarkən şəxsi nəzəri, hədislərə qatmadan yazmaq lazımdır. Fiqhi kitabların yazılması tamamilə adi bir iş olan dövrlərdə Əhməd qeyd olunan səbəblər üzündən nə özü fiqh sahəsində kitab yazmağa başladı, nə də şagirdlərinə onun öz nəzarəti altında kitab yazmağa icazə verdi. Bununla belə, Əhmədin istəyinin əksinə olaraq onun şagirdlərinin yazdığı əsərlər yalnız hənbəli fiqhinin sonrakı nəsillərə nəql olunması üçün bir vasitə idi. Ümumi halda "Məsaili Əhməd” adlandırılan əsərlərdən Əbu Davud Sicistaninin yazdığı "Məsaili Əhməd”, həmçinin Əbdüllah ibn Əhməd ibn Hənbəlin də həmin adda yazdığı başqa bir kitabı qeyd etmək olar. İshaq ibn Mənsur Kusəcin öz dostu ibn Rahvəyhlə bir yerdə yazdığı "Məsaili-Əhməd” kitabını qeyd etmək olar.
    "Məsaili-Əhməd” adlı kitablardan əlavə, bəzən Əhməd ibn Hənbəlin şagirdləri onun fiqhi rəylərini özlərinin yazdığı başqa kitablarda da irəli çəkmişlər. İbn Nədim onun şagirdlərindən olan Əbu Bəkir Əsrəmin bir əsərinə işarə etmişdir ki, onda fiqhi sünnələri Əhmədin məzhəbi əsasında və hədisdən olan şahidləri zikr etməklə bir yerə toplamışdır.
    Əhməd ibn Hənbəlin fiqhi təlimləri onun öz həyatı dövründə əshabi-hədis məzhəbinin yayıldığı məntəqələrdə çox diqqət mərkəzində idi. Üçüncü hicri əsrinin ortalarında Əhmədin rəyləri ibn Rahveyin rəyləri ilə yanaşı, əshabi-hədisin nəzərində özünəlayiq əhəmiyyətə malik idi. Üçüncü hicri əsrin axırlarında və dördüncü əsrin əvvələrində "Əhməd fiqhinin yeniləşdiricisi” ünvanı ilə tanınan Əbu Bəkr Xəllal "Əl-camiul-ulum Əhməd ibn Hənbəl” adlı bir kitab yazaraq onda həmin vaxta qədər müxtəlif kitablarda "Məsaili-Əhməd” barəsində yazılan təlimləri bir yerə toplamışdı. Ondan bir qədər sonra onun müasiri Əbul Qasim Xərqi "Əl-müxtəsər” adlı bir kitab yazmaqla Hənbəli fiqhini sırf şəkildə fiqhi əsərlərin yazılması mərhələsinə daxil etdi.
    IV hicri əsrinin ikinci yarısında Əhməd ibn Hənbəlin ardıcılları onların ən mühüm mərkəzləri olan Bağdaddan əlavə Cəzirədə, Xəzər dənizinin qərb və cənub məntəqələrində, Xuzistanda və Misirdə də çox yayılmışdı. Amma ilk dərəcəli fiqhi məzhəblər sırasında Əhmədin məzhəbinin adı çəkilmədən yalnız üç əsas məzhəblə əlaqədar mənbələr IV hicri əsrində çox gözə dəyir. Bəzən də Davud Zahirinin məzhəbinin artırılması ilə dörd məzhəbdən söhbət gedir. V hicri əsrində üç məzhəblə yanaşı Əhməd və Davudun məzhəbləri də ikinci dərəcəli məzhəblər adı ilə tanınırdı.
    Şübhəsiz, bu barədə "Əhməd fəqih deyil, yalnız mühəddisdir” sözü barəsindəki qədim mübahisələr müxaliflərin arasında V hicri-qəməri əsrinə qədər davam etdi. Hətta Əbul-Vəfa ibn Əqili (513-cü h.q) şiddətli etiraza vadar etmişdir. Hənbəlilərin rəyasət və cəmiyyət səhnəsində nüfuzları genişləndiyi üçün VI hicri əsrinin birinci yarısından etibarən Əhməd ibn Hənbəl müxtəlif İslam ölkələrində əhli-sünnə immalarının dördüncüsü kimi təsdiq edildi. Bunun əks-sədası Vəzir ibn Hübeyrənin "Əl-İfza” kitabında da gözə dəyir (560-cı h.q).(Həmin mənbə, səh.726 728 )
    Şübhəsiz, Əhməd ibn Hənbəl 150 ildən artıq bir müddət ərzində sünnülərin, xüsusilə əhli-hədisin əqidəvi rəhbəri olmuşdu. Sünnə və bidətin əsas meyarı Əhmədin sözləri sayılırdı. Onun əhli-hədis üçün tərtib etdiyi üsul (prinsiplər) sayəsində təcəssüm (Allahı cisim hesab etmək) və təşbih (Allahı məxluqata oxşatmaq) əqidələrinə olan meyllər daha da artmağa başladı. "Allahın müəyyən bir məkanda yerləşməsi”, "Öz ərşində qərar tutması”, "oradan ərşinin aşağısına baxması” və s. bu əqidələrin bir qismi hesab olunurdu. Belə ki, hənbəli məktəbinin əsası hədis barəsində təəssüb hədinə qədər tərəfdarlıq, eləcə də şəri və fiqhi hökmlərin əldə edilməsində rəy və qiyasdan istifadə olunması ilə müxalifət əsasında qurulmuşdu.
    Əlbəttə, əhli-hədis müstəqil bir qrup şəklində yalnız IV əsrə kimi davam gətirə bildi və V hicri əsrindən bu tərəfə sair sünnü qrupları, o cümlədən, əşairə, mürciə və hətta mötəzilə də müəyyən qədər əhli-hədisin nəzərlərindən ayrıldı və özünə yeni sima aldı. Bütün bunlarla belə, hənbəli məktəbinin (sair sünnü firqə və ideologiyaları ilə müqayisədə) həmişə azlıqda olmasının və heç vaxt onlar qədər rəvac və əhəmiyyət tapa bilməməsinin səbəbi bu idi ki, "bu məzhəbin ardıcılları hədisə, Peyğəmbər (s) sünnəsinə və səhabələrin əməl və rəftarlarına qarşı ciddi təəssübə malik olduqlarına görə müəyyən qədər azad fikirləşən, onlar qədər təəssübə malik olmayan, öz məzhəblərində istidlal və yenilikçiliyə meyl edən hər hansı islami məzhəb və firqələrlə müxalifət edir, sair məzhəblərin, o cümlədən şafeilərə və şiələrə maneçilik törətməklə, əzab-əziyyət verməklə onlarla mübarizə aparırdılar.”(Fəzai, Yusif, "Münazirati imam Fəxr Razi”, səh.207 )
    "Ümumiyyətlə, hənbəlilərin ifratçı təəssüblərə, çox donuq təfəkkürlərə malik olmaları, kəlamın zahiri mənalarını əsas götürüb ona istinad etmələri, əqidələrinin səthi olması, eləcə də onların fiqhi məktəblərinin tarixi reallıqlardan uzaq düşməsi, həyatda və ictimaiyyətdə mövcud olan gündəlik hadisələrdən uzaq qalmaları üst-üstə toplanaraq bu məzhəbin süquta, tənəzzülə uğramasına səbəb oldu. Buna görə də sair məzhəblərə nisbətən tərəfdarı az oldu.”(Həmin mənbə, səh.208-209)
    Həqiqətdə Əhməd ibn Hənbəlin (241-ci h.q ilində) ölümündən sonra təqribən bir əsr müddətində onun düşüncə və fikirləri sünnə ilə bidətin ayırd edilməsində əsas meyar sayılırdı. Amma əşəri məzhəbinin yayılması ilə Əhmədin əqaidi tədriclə səhnədən çıxarıldı və sələfiçilik unuduldu. Ustad Cəfər Sübhani bu barədə belə yazır: "(İbn Hənbəlin düşüncələrinin rövnəqlənməsinin ardınca) mütəfəkkirlər bu məsələyə yenidən baxdılar, yəhudilərdən məsihilərdən bu məzhəbə irs keçən bidətlərdən təmizlənməsi sürətləndi. (Nəhayət Əbül Həsən Əşəri hənbəli məktəbinə yaxınlaşmaqla onda əsaslı dəyişikliklər aparmağa çalışdı.) Hər bir halda, əşəri məzhəbinin yaranması ilə sələfiçilik, təcəssüm və təşbihə təzahür etmək unuduldu.”(Cə`fər Sübhani, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.279-280 )
    Dördüncü hicri əsrində Əbu Məhəmməd Həsən ibn Əli ibn Xələf Bərbəharinin sələfi məzhəbinin dirçəldilməsi uğrunda ciddiyyətlə çalışmasına baxmayaraq, camaatın onun əleyhinə olan qiyamları müqabilində heç bir tədbir görə bilmədi.(4-cü hicri əsrinin əvvəllərində İraqda və Bağdadda mürtəce fikirli hənbəllilərin güclənməsinin amillərindən biri mö`təzilə firqəsinin əqli və istidlali məktəbinin məğlub olması idi. Bu da Mütəvəkkil Abbasinin xilafəti dövründən başlanmışdır. Mütəvəkkil əshabi-hədisin və Əhli-sünnənin avamcasına və ümumi mə`nasında onlarla bir fikirdə olmayan sair islami məzhəb ardıcılları ilə (əsasən mö`təzilə və şiələrlə) mübarizə edir, onları tə`qib edərək işgəncəyə mə`ruz qoyurdu. Buna görə də İslam firqələri arasında ən çox təəssübkeş, ciddiyyətli və sünnəyə həddindən artıq meyl edən hənbəli məzhəbi ardıcılları o zamanda Hənbəlilərdən başqalarına maneçilik törədirdi. "Münazirati imam Fəxr Razi”, səh.208 )
    Cənab Ənsari Lari onun barəsində belə yazır: "Bərbəhari Bağdad hənbəlilərinin rəisi və xüsusi rəylərə malik idi. Özünün düşüncə və əqidələri ilə müxalifətçilik edən hər bir şəxsi şiddətlə döyüb yaralayır və öz tərafdarlarını camaatla kobud rəftara vadar edirdi. Bərbəhari və onun tərəfdarlarının Quran ayələrinin zahiri və səthi mənalarını əxz edərək dərin mənalarına nəzər salmamaq, zehni çıxarlara və inanclara arxalanmaq, yersiz qürur, cəhalət və təəssübü onların yaydığı fitnə-fəsad səviyyəsinin genişlənməsinə, cəmiyyətin asudəlik və asayişinin pozulmasına səbəb oldu və camaat da onların əleyhinə qiyam edərək onlarla həmişəlik çarpışırdılar.”(Ənsari Lari, Məhəmməd İbrahim, "Pişineyi siyasi və fikriye vəhhabiyyət”, bünyadi məarifi İslami, Qum, mehrmah, 1369, səh.25 )
    Sonralar, VII əsrin axırlarında və VIII əsrin əvvəllərində əvvəlcə İbn Teymiyyə, daha sonra isə İbn Qəyyim Coziyyənin şagirdləri hənbəli əqidələrini daha artıq ifratçılıqla dirçəltdilər. "XII hicri əsrində hənbəli məzhəbi Məhəmməd ibn Ədül Vəhhabın təbliği və Ali-Səudun qılıncı ilə daha geniş səviyyədə yayıldı və "Vəhhabi məzhəbi” adı ilə bu ölkənin (Ərəbistanın) qanuni və rəsmi məzhəbinə çevrildi. Tədricən Fars körfəzi ölkələrində və Misirdə yayıldı.”(Məşkur, Həmin mənbə, səh.169 ) Hazırkı dövrdə Məhəmməd ibn Əbdül-Vəhhabın törəmələri vəhhabiliyin İslama zidd olan əqidələrini dünya müsəlmanlarına qəbul etdirmək istəyirlər.
    Əsas bəhsin davam etdirilməsindən və vəhhabiliyin ideoloji rəhbərlərinin işinin gedişatını araşdırmazdan əvvəl "sələfiyyə” sözünün lüğət və istilahdakı (termin kimi) mənasını bəyan etməyi zəruri hesab edirik. Bundan sonra sələfilərin etiqad üsulları barəsində müəyyən qədər bəhs aparacağıq ki, VII əsrin axırlarında və VIII əsrin əvvəllərində hənbəli fiqhini və sələfiçiliyi yeniləşdirən İbn Teymiyyə ilə əlaqədar bəhslərə zəmin yaransın.
    SƏLƏFİLİYİN LÜĞƏTDƏKİ VƏ İSTİLAHDAKİ MƏNASİ
    Sələfi sözünün lüğətdəki mənası "köhnəpərəst və mühafizəkar müsəlmanlar”, bu günkü istilahda isə "ölüb gedənlərə təqlid etmək”, "ölülərə təqliddə qalmaq” mənasını verir.(Mişkatud-dini, Həmin mənbə, səh.509  ) Amma onun istilahdakı mənasına gəldikdə isə "IV hicri əsrində yaranan hənbəlilərdən bir qrupu özlərini sələfi adlandırırdılar. Çünki, onlar özlərini saleh sələflərin ardıcılları hesab edir və etiqad, əməl və fellərində Peyğəmbərə (s), səhabəyə və tabeinə tabe olduqlarını iddia edirdilər.(Ənsari Lari, Məhəmməd İbrahim, Həmin mənbə, səh.23 )"Sələfilər öz sözlərində Əhməd ibn Hənbələ istinad edirdilər. Lakin bu xüsusda hənbəlilərin fəzilətli adamlarından bir qrupu bu sözlərin Əhməd ibn Hənbələ aid edilməsi xüsusunda onlarla münaqişəyə girişdi. Bu zaman sələfilərlə əşərilər arasında şiddətli mübahisə və münaqişələr başlandı. Bu iki firqədən hər biri özlərinin saleh sələflərin yoluna dəvət etdiklərini iddia edirdilər.
    Sələfilər mötəzililərin tutduğu yol ilə müxalif idilər. Çünki, mötəzililər İslam əqidələrinin bəyan olunmasında yunan məntiqindən əldə olunan fəlsəfi yolla gedirdilər. "Sələfilər İslam əqidələrini səhabə və tabeinin əsrində mövcud olan qaydada bəyan etmək, yəni İslam əqaidindən istədikləri şeyi Kitab və sünnədən öyrənmək istəyirdilər. Eləcə də alimlərin Quran dəlillərindən başqa dəlillər barədə fikirləşməkdən məhrum edilmələrinin tərəfdarı idilər. Sələfilər əqli və məntiqi üslublara ümumiyyətlə etiqad bəsləmir, yalnız Quranın və hədisin aşkar göstərdiyinə inanır, Quranın nəssindən (aşkar, heç bir yerə yozula bilməyən bəyanlarından) başa düşülən dəlillərə istinad edirdilər.”(Fəqihi, Əliəsğər. "Vəhhabilər”, "İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.20  )Onlar deyirdilər ki, "dini əqidələri və hökmləri əldə etmək üçün istər icmal, istərsə də təfsil yolu ilə, eləcə də istər etiqad, istərsə də istidlal ilə Quran və Quran əsasında olan sünnədən başqa, eləcə də Quran və sünnə əsasında olan üslubdan başqa bir yol mövcud deyildir.”(Həmin mənbə, səh.20 21 )
    Məhəmməd Əbu Zöhrə "Tarixül-məzahibil-İslamiyyə” kitabının 245-248-ci səhifələrində yazır: "Başçıları İbn Teymiyyə olan sələfilər deyirlər: "Hər bir əməl Peyğəmbərin (s) dövründə mövcud olmayıb, yerinə yetirilməyibsə sonralar da yerinə yetirilməməlidir.” İbn Teymiyyə bu ümumi qanundan digər üç qanunu da əldə edirdi:
    a) "Heç bir yaxşı əməl sahibini, yaxud Allah dostlarından olan bir şəxsi Allah dərgahına yaxınlaşmaq üçün vasitə qərar vermək olmaz.”
    b) "Heç bir diriyə və yaxud ölüyə pənah aparmaq, heç bir şəxsdən kömək istəmək olmaz.”
    v) "Heç bir peyğəmbərin, yaxud əməli saleh şəxsin qəbrinə təbərrük etmək, təzim göstərmək olmaz.”(Mişkatut-dini, Həmin mənbə, səh.510  )
    SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ TÖVHİD
    Sələfilər sair İslam firqələri kimi, tövhidi İslamın ilkin bünövrəsi və əsası hesab edirlər. Lakin müəyyən işlərin tövhidlə zidd olduğuna inanırlar. Başqa islam firqələri də onların bu əqidəsini qəbul etmirlər. Məsələn, məxluqlardan hər hansı birinin vəsitəsilə Allaha təvəssül etmək, Peyğəmbərin (s) rövzəsini ayaq üstə və ona dayanaraq ziyarət etmək, rövzənin ətrafında İslam şüarları bərqərar etmək, peyğəmbərlərin, ilahi övliyaların qəbirlərinə doğru dayanıb bir şey oxumaq və bu kimi işləri tövhidlə zidd hesab edir və inanırdılar ki, bu işləri tövhidlə ziddiyyətli hesab etmək saleh sələflərin məzhəbidir. Bundan başqa deyilən hər bir söz tövhid məfhumuna zərər yetirən bidətlərdir.”(Həmin mənbə )
    SƏLƏFİLƏRİN NƏZƏRİNDƏ SÜBUTİ VƏ SƏLBİ SİFƏTLƏR
    Sələfilər deyirlər: "Alimlərin Allah-təalanın səlbiyyə və sübutiyyə sifətləri barəsində olan ixtilafları(Fəqihi Əliəsğər. "Vəhhabilər”, "İntişarati-Səba”, Tehran, 1352, 1-ci çap, səh.21) həqiqətdə nəzər və fikirdə olan ixtilafdır və bu məsələ də müxtəlif firqələrin bir-birini kafirlikdə müttəhim etmələrinə səbəb olmamalıdır.”
    Onlar Allah-təalanın sifətləri xüsusunda yalnız Quranda və sünnədə gələnlərə etiqad bəsləyirlər. Buna əsasən, mütəal Allahın höccət, qəzəb, razı olmaq, nida etmək və danışmasına inanırlar. Həmçinin Allah-təalanın buludlardan olan kölgələr üzərində çıxıb camaatın arasına gəlməsinə, Özünün ərşdə qərar tutmasına, Allahın üz və əli olduğuna inanırlar. Halbuki, onlar ayələrin yalnız zahirinə baxır, yaxud təvil və təfsirə isə etina etmirlər. Amma bununla eyni zamanda Allah-təalanın zatını bu dünyadakı məxluqlar kimi olmaqdan, məxluqatın malik olduqları üz və ələ malik olmasından pak və münəzzəh bilirlər.(Həmin mənbə )
    SƏLƏFİLƏRİN ƏMƏL VƏ RƏFTARLARI
    IV hicri əsrində sələfilər çox böyük qüdrətdən faydalandılar və əhəmiyyətli fürsət əldə etdilər. İbn Əsirin sözü ilə desək, camaat arasında meaneçilik törədir, küçə-bazarda gəzirdilər. Misal üçün, əgər bir kəsin əlində musiqi aləti görsəydilər onu zorla alıb sındırır, sahibini də bərk-bərk kötəkləyirdilər. Sair məzhəb ardıcıllarına çoxlu əzab-əziyyətlər, müxtəlif növ işgəncələr verir, camaatın şəxsi işlərinə dəxalət edirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə vəhşətli və boğunuq bir irtica fəzası yaratmışdılar. Onlar öz təfəkkürlərindən başqa heç bir şeyə dözmür, hər növ yenilikçilik və yeni fikirlərlə müxalifətçilik edirdilər. Əgər bir kəs onların fikirləri ilə müxalifətçilik etsəydi onu döyərək yaralayırdılar.
    Mətləbin aydın olması üçün bu tayfa ilə qarşılaşan Məhəmməd ibn Cərir Təbəridən bir hadisəni nəql edirik. Təbəri məşhur bir tarixçi kimi Təbəristandan Bağdada etdiyi ikinci səfərində bu şəhərin "Came” məscidində hənbəlilərin (sələfilərin) bir qrupu ilə elmi mübahisəyə başladı. O, Allahın ərş üzərində oturmasını qeyri-mümkün hesab etdi və bu xüsusda hənbəlilərin əqidələrini rədd etdi. Nəticədə əshabi-hədis və sələfilər ona hücum edərək onun yaşadığı evi o qədər daş-qalaq elədilər ki, evinin qarşısında daşlardan böyük bir təpə yarandı.(Ənsari Lari, Məhəmməd İbrahim, "Pişineyi siyasi və fikriye vəhhabiyyət”, səh.24 )
    Qeyd etdiymiz kimi, sələfi məsləkinin yarandığı zamanda onlarla müasir olan məzhəb ardıcılları onlarla müxalifətə başlayırdılar. Misal üçün, əşairə qruplarını qeyd etmək olar. Bu hadisə müasir dövrə qədər davam etməkdədir və indiki dövrdə də müəyyən şəxslər sələfi əqidə və təfəkkürlərini tənqid edirlər. Hal-hazırda Suriyanın böyük alimlərindən olan Məhəmməd Səid Ramazan Əl-bəvəti onların təfəkkürlərini tənqid etmək məqsədi ilə "Sələfiyyə, bidət, yoxsa məzhəb?!” adlı bir kitab yazmışdır. O bu kitabda yazır: "Müsəlmanlar arasında ən çirkin bidət və bütün fitnələrin, pisliklərin ən mühüm amili olan iş budur ki, bir qrup adam dini hökmlər və üsul hövzəsində müəyyən rəylər və ictihadlardan ibarət olan bir məcmuəni bir yerə toplayıb ondan bir məzhəb düzəltmişlər(*Sələfi adlı bir məzhəbi seçmək bid`ətdir ki, bundan əvvəl onun misli görünməmişdir. Ramazan Əl-bəvəti bu mətləbi qeyd etməklə buna işarə edir ki, vəhhabi məzhəbi ilə Misirdəki "dini islahat də`vəti” arasında bə`zi müştərək cəhətlər var. Onlar aşağıdakılardan ibarətdir: bid`ətlərlə, xurafatlarla müharibə, xüsusilə vəhhabi məzhəbinə tabe olan sufilərin bid`əti. Onlar sələf və sələfi kəlmələrini öz məzhəbləri üçün təbliğ edir, bununla da camaata demək istəyirlər ki, vəhhabi məzhəbinin təfəkkür və düşüncələri Məhəmməd ibn Əbdül-Vəhhabın malik olduğu əqidələrlə məhdudlanmır, əksinə "bunların hamısı sələflərə qayıdır!” (Rəmazan Əl-bəvəti, "Sələfiyyə, bid`ət, məzhəb”, səh.259-260). Biz sonrakı bəhsdə, vəhhəbiyyətin banisi barəsində söhbət edərkən sələfiyyə və onun ardıcılları barəsində daha çox bəhs edəcəyik. )* və sonra saleh sələflərin onunla heç bir əlaqəsi olmayan sələfiyyəni icad etdilər.(Rəmazan Əl-bəvəti, Məhəmməd Səid. "Sələfiyyə bid`ət ya məzhəb”, Həsən Sabirinin tərcüməsi, "Astani qüdsi Rəzəvi”, Məşhəd, 1373, 1-ci çap, səh.277 )
    IV hicri əsrində bu qrupun böyüklərindən biri olan Bərbəhari, ondan sonra da VII əsrin axırlarında İbn Teymiyyə bu məsləkin tərəfdarı və havadarı oldu. Biz sonrakı bölmədə İbn Teymiyyə və onun əqidə əsasları barəsində söhbət açacağıq.
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024