İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:22 AM
    İBN QƏYYİM COVZİYYƏNİN ƏQİDƏ VƏ RƏYLƏRİ
    TÖVHİD MƏSƏLƏSİ
    İbn Qəyyim sələfi məzhəbində idi və sələfilərin nəzərlərində əsər-əlamət görünməyən fəlsəfi, irfani və elmi məlumatların çoxunu qəbul etmirdi. "İbn Qəyyimin çoxlu yazılarında təkrar olunan rəylərin əsası tövhid məsələsidir... Çünki, tövhid məsələsi sələfilərin nəzərində ən əsaslı və ümdə məsələlərdəndir. O tövhidə yalnız elmi və ilahi yöndən diqqət yetirmir, həm də ona fərdi və ictimai davranışda mühüm bir qisməti əhatə edən insani əsil kimi baxırdı”(Həmin mənbə, səh.500 )
    QURANİN TƏFSİRİ VƏ ŞƏRHİ
    İbn Qəyyimin Quran, onun təfsiri və şərhi barəsindəki məlumatları da onun yazılarının böyük bir hissəsini əhatə edir. O öz təsəvvürlərinin çoxunu təkcə ustadının adına yazmamış, əksinə xırda surələr barəsində də kiçik təfsirlər yazmışdır. Bundan əlavə, özünün sələfiliyə meylinə uyğun olaraq təfsirlərdə də onların rəy və nəzərlərinə çox etimad edirdi. Amma bu, onun səhabələrin və tabeinin sözlərinə çox istinad etməsi mənasında o deyildi ki, özünün sələfiliyə uyğun olan istinbatlarında və "bədəli rəy” və etiqadlarında Quran ayələrini təfsir etməmiş olsun. O, batini firqələrin hamısının şərhlərini səhv və batil hesab etməkdən əlavə, İslamda baş verən üsul və fiqh əhlinin son dövrlərdəki ardıcıllarını özünə məftun edən şərhi bir cinayət hesab edirdi. O, "təfriqə hədisində” o kəsləri yolunu azmışlar hesab edirdi ki, onlar şərhlərə rəğbət edirdilər. Amma onun özü də bəzən Quranda şərhə yol verirdi.(Böyük İslam Enskilopediyası”, 4-cü cild, s səh.500 )
    HƏDİS ELMİ
    İbn Qəyyimin vahid xəbərlərin tanınmasında seçdiyi yolu, hər hansı bir hədisin mövzu kimi tanınmasındakı mövcud olan qayda-qanunları göstərməsi və hədislər əsasında bir silsilə Peyğəmbər (s) həyat və fəaliyyətinin yazılması onun hədis və rəvayətlər barəsində tam məlumata malik olduğunu göstərir. Öz dövrünün fəqihləri sırasında "Müfti İbn Qəyyim” ünvanı ilə tanınmışdı və o, müxtəlif dövrlərə uyğun olaraq fətvaların, hökmlərin və işlərin idarə olunmasının dəyişilməsi nəzəriyyəsinə inanırdı. Onun nəzərinə görə, hakimlərin istifadə etməli olduqları hizbi siyasətlər, dövrün keçməsi və müxtəlifliyi ilə dəyişir və bəzilərinin səhvi bundadır ki, Rəsuli-Əkrəmin (s) və səhabələrin öz dövrlərində istifadə etdikləri bu kimi tədbirləri əbədi şəriət kimi qəbul etmiş və ondan kənara çıxmağı rəva bilməmişlər. Buna görə də qədimlərin tərəfindən görülən hər hansı bir tədbir varsa dəqiq şəkildə araşdırılmalıdır. Onun hərtərəfli və daimi qanun olmasımı, yoxsa dövrün məsləhətinə tabe olan zaman və məkan şərtləri ilə hüdudlanan bir tədbir olmasını arşdırmaq lazımdır. İbn Qəyyim "Ət-turuqul-hikmətiyyə” kitabını məhz buna görə yazmışdı ki, çoxlu şahidlər gətirməklə keçmiş insanların camaatın hüququnu dirçəltmək üçün məhkəmə məqamında, cəmiyyətdəki işlərin idarə olunmasında və müsəlmanların ümumi mənfəətinin təmin olunmasında əqli tədbirlərdən necə istifadə olunmasını göstərsin. O, kitab və sünnədə gələn və icazə verilən üslubları məhdud hesab etmirdi.
    İbn Qəyyimin əqidə və rəylərindən biri onun başqa məqsədlə deyil, yalnız ziyarət məqsədi ilə səfərə getməyin inkar edilməsi barəsində nəzəriyyəsini qeyd etmək olar. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu nəzəri bildirdiyinə görə onu həbs etmişdilər. O həm də inanırdı ki, qəbirlərin üzərində məscid və məqbərə tikmək əsla rəva deyildir.(Böyük İslam Enskilopediyası”, 4-cü cild, s səh.500 )
    FƏLSƏFƏ, HİKMƏT VƏ SUFİLİK
    "Üsuli-dində və şəriət haqqında fəlsəfi düşüncə İbn Qəyyimin dövründəki fikri və ideoloji ənənələrdən biri idi ki, o da həmin fikirlərlə mübarizə aparmış və onu qeyri-dini fikir və ənənələr kimi qələmə vermişdi. O, hikmətdə İbn Teymiyyənin əsər və rəylərinin təsiri altına düşmüş, fəlsəfi rəylərin inkar olunmasında ustadının fəlsəfəçilərin sözlərini və məlumatlarını batil etmək üçün çox da təsiri olmayan sözlərinə nəzər salmışdır. İbn Qəyyimin təsəvvürünə görə fəlsəfənin mənşəyi elə bir dövrə gedib çatır ki, İblisin şübhələri ilə əql və nəqlin müarifəsindən (qarşılıqlı olaraq bir-birini təqdim etməsindən) başlanmışdır. İbn Qəyyim görkəmli yunan filosoflarından olan Sokratın tövhidçi, Allahın sifətləri ilə tanış olan və məada inanan bir şəxs olduğunu qəbul edirdi. O, bütlərə ibadət etməyi inkar edərək aləmin hadis olmasına inanan Əflatunu da qəbul edirdi. Lakin yunan əqli elmlərini rədd etdiyinə görə əksər hallarda Ərəstuya (Aristotelə) nəzər yetirirdi ki, İbn Qəyyimin nəzərinə görə o aləmi qədim hesab etmiş, lakin, başqa fəlsəfənin təsiri altına düşmüşdür. O, Ərəstunun sözlərinə etina edən, onu "birinci müəllim” adlandıran və onun məntiqini əqli istidlalın meyarı hesab edən filosofların çoxunu mülhidlər (dinsizlər) sırasında hesab edirdi.”(Həmin mənbə, səh.501 )
    "İbn Qəyyimin fəlsəfə, eləcə də Farabi, İbn Sina, Məhəmməd ibn Zəkəriyya Razi və xüsusilə Xacə Nəsirəddin Tusi kimi filosoflar barəsində səthi yanaşmasına baxmayaraq, onun sufiliklə, xanəgah (şeyxlərin və dərvişlərin oturub-durduğu evlər) ədəbləri, eləcə də fəlsəfi irfanla qarşılaşması halları onun malik olduğu məlumata görə daha artıq baş verirdi. Onun bu barədə də təhqiqatçı və kamil mərifətdən faydalanmadığına baxmayaraq, onu mərifət əhlinin elminə agah olan, irfanın dəqiq məsələlərini anlayan, sufiliyin mətnlərini və sufinin böyük şəxsiyyətlərini tanıyan bir arif hesab etmişdilər...
    Onun sözlərinin məzmunundan aydın olur ki, o, təsdiq olunması kitab və sünnədə görünməyən, yaxud sələfilər tərəfindən təsdiq edilməyən irfani təsəvvürləri və xanəgah ədəblərini qəbul etmir, hətta iddia edirdi ki, sufilərin vəziyyətlərini və məlumatlarını əməllə qarşılaşdırmaq, onun düz olub-olmamağını isə elm yolu ilə öyrənmək lazımdır.
    İbn Qəyyimin xanəgah öyüd-nəsihətlərinə yazdığı tənqidlər və rədlər, eləcə də onun vəhdəti-vücuda inananlarla apardığı mübarizə o vaxt qüvvətləndi ki, İbn Teymiyyənin bu barədə yazdığı əsərləri üzərində fikirləşməyə başladı. Onun sufi öyüd-nəsihətlərinə irad tutmasına, onları xəvaricdən və mötəzilə sinfindən saymasına baxmayaraq, sufilərin inanclarına, ixtilaflarına və adətlərinin bəzilərinə edilən tənqidləri haqlı bilirdi. Çünki onlar kef əhlidir və sufiliyə aşiqcəsinə bağlıdırlar.
    Lakin, məcmu etibarı ilə İbn Qəyyimin sözünün məğzi əslində xələf xanəgahların ardıcıllarına yönəlir və onları cəhalətdə ittiham edirdi. Amma Cüneyd, Bayəzid Bəstami, Səri Səqəti kimi sələf sufilər onun nəzərində Qurana və sünnəyə riayət edərək bu ikisinin arasında seyri-süluk edən ariflərdən hesab olunuru.”(Böyük İslam Enskilopediyası”, 4-cü cild, ssəh.51 )
    İBN QƏYYİM COVZİYYƏNİN ƏSƏRLƏRİ
    İbn Qəyyim bir çox elmi və etiqadi əsərlər yazmışdır. "Səxavi onun 52 əsərini qeydə almışdır.”(Həmin mənbə ) Amma onun nə qədər yazı və əsər yazması barəsində ixtilaf mövcuddur. Şübhəsiz, "İbn Qəyyimin əsərlərində bir neçə məsələyə diqqət yetirməliyik. Biri bundan ibarətdir ki, onun əsərləri dini-məzhəbi mübahisələri əhatə etdiyinə görə son yüz illiklərdə onun tərəfdarları, xüsusilə onun rəylərindən istinbat edən sələfilər qəsdən təhrifə yol vermişlər. Buna görə də onun əqidə və rəylərinin düzgün şəkildə araşdırılıb tənqid edilməsi gərək onun əsərlərinə yazılan tənqidi düzəlişlər, yaxud əsl nüxsələr əsasında baş versin. Digəri bundan ibarətdir ki, onun dini-mədəni nəzərlərinin və rəylərinin mənşəyi İbn Cövzi və İbn Teymiyyə kimi sələfilərin əsərləri olduğundan bu iki şəxsin əsərlərini İbn Qəyyimdən qabaqkı hənbəlilər də araşdırıb təftiş etmək və hətta düzəliş aparma nəticəsində kifayət qədər istifadə etmiş olsunlar. Eləcə də, İbn Qəyyimin məşğul olduğu mövzuların təkrar və müştərək olması, (ona çox əhəmiyyət verdiyinə görə) onun əsərlərinin araşdırılmasında nəzərə alınmaya bilməz.”(Həmin mənbə )
    İndi İbn Qəyyimin əsərləri barəsində qeyd olunan müqəddiməyə diqqət yetirməklə onun əsərlərini təqdim edirik: Cənab Humayun Himməti öz kitabının bir hissəsində İbn Qəyyimin əsrlərinin siyahısını belə qeyd etmişdir:
    "Əlamul muqiin ən Rəbbil-aləmin”, (yaxud kamil müftinin İbn Teymiyyənin əqidələrinə müvafiq üsuli-dində yolgöstəricisi) "Bədayiul-fəvaid”, "Əxbarun-nisa”, "İğasətül-əfham min məkaidiş-şeytan”, "İğasətul-əfham fi hökmi təlaqil-ğəzbani vəs-səkran”, "Əttibyanu fi əqsamil-Quran”, "Cəlaul-əzham fis-səlati vəs-səlami əla xeyril-ənam”, "Əl-cəvabul-kafi limən səələ ənid-dəvaiş-şafi”, "Hadil-ərvah ila biladil-əfrah”, "Zadul-məad fi hədyi xəyril-ibad”, "Kitabus-səlati və hökmu tarikiha”, "Uddətus-sabirin və zəxirəruş-şakirin”, "Əl-kəlimut-təyyib”, "Təfsirul-müvəztəteyn”, "Mədaricus-salikin” (Xacə Əbdüllah Ənsarinin "Mənazilus-sairin” kitabına şərhdir və bunu hənbəli sufilərin məzhəbinin şah əsəri hesab etmək olar), "Ətturuqul-hökmiyyə”, "Əl-vabilus-səyyubu minəl-kəlmit-teyyib”, "Əssəvaiqul-mürsələtə ələl-cuhəmiyyəti vəl-müəttilə”, "Rovzətul-muhibbin və nuzhətul-muştaqin”.
    Həmçinin qeyd olunur ki, İbn Qəyyim "siyasətdə İbn Teymiyyənin fikirlərindən ilham almışdır. Bu onun "Hisbə”, "Kitabus-siyasətiş-şəriyyə” adlı kitablarında qeyd olunmuşdur.” Üsuliddin haqqında yazdığı "Qəsidətun-nuniyyə” (Axırı «nun» hərfi ilə bitən qəsidə) əsas etibarı ilə «İttihadiyyə» əqidəsi ardıcıllarını rədd etmək üçün (şer şəklində) yazılan etiqadnamədir.(Himməti Həmayun, "Vəhhabigəri”, səh.78-80 )
    Cənab Himmətinin inancına görə "hazırkı dövrdə də İbn Qəyyimin əsərləri təkcə vəhhabilərin arasında deyil, hətta sələfilərin, həmçinin Afrikanın şimalındakı İslami yığıncaqlarda çoxlu oxucuları vardır.” Şübhəsiz, İbn Qəyyim öz ustadı İbn Teymiyyə kimi etiqadi məsələlərdə çoxlu səhv və yanlışlıqlara düçar olmuşdur. Onların biri də Allahın hissi duyğularla görünə bilməsi məsələsidir ki, o özünün uzun-uzadı "Kafiyətuş-şafeiyyə” qəsidəsində İbn Teymiyyə kimi aşkar şəkildə bu xəta və yanlış mətləbi etiraf və bəyan etmişdir. Ümumiyyətlə, İbn Qəyyim də özünün ideoloji müəllimi və rəhbəri kimi etiqad bölməsində çoxlu səhvlərə və inhiraflara düçar olmuşdur. Onun fikirləri də vəhhabi firqəsinin banisi (yəni Məhəmməd ibn Əbdül-Vəhhab) tərəfindən istifadə olunmuşdur və vəhhabilərin dərin köklərə malik olan bu azğın fikirləri, eləcə də Əhməd ibn Hənbəl, İbn Teymiyyə və İbn Qəyyimin azğınçı fikirləri İslam cəmiyyətində çoxlu təfriqələrin və nifaqların yaranmasına səbəb olmuşdur. Biz kitabın başqa bölməsində hənbəli məktəbinin, onun çox təəssübçü, puç əqidə və rəylərinin yaranmasında mühüm rol ifa edən Ali Əbdül-Hadi barəsində söhbət edəcəyik.
    ALİ ƏBDÜL-HADİ
    Ali Əbdül-Hadi (Əbdül-Hadi sülaləsi) hənbəli məzhəbinin VII əsrdən sonrakı fəqihlərindən hesab olunur.(İbn Əbdül-Hadinin vəziyyəti və əhvalı barəsində çox az mə`lumat vardır. O da, ümumiyyətlə, ərəb dilindədir. Aydındır ki, onların araşdırılması çox vaxtı və geniş tədqiqatları tələb edir. Lakin bu sülalə barəsində "Böyük İslam Enskilopediyası”nın 2-ci cildində (87-95-ci səh.) qeyd olunan mə`lumatlara diqqət yetirməklə onun Ali Qüdamə ilə bağlılığını anlamaq olar. Qeyd olunmalıdır ki, o mənbə Ali Qüdamənin keçmiş tarixinə qısa bir nəzər saldıqdan və onun məşhur şəxsiyyətlərinin adını qeyd etdikdən sonra iki səhifədə ibn Əbdül-Hadinin (Ali Qüdamın bir şaxəsidir) məhşur şəxsiyyətlərindən söhbət açılır. Özü də bu sülalənin məşhur şəxsiyyətlərinin adına və necə, harada və kimdən hədis eşitməklərinə işarə olunmuşdur. Amma onların tarixi keçmişləri, mühüm tədbirləri, hənbəli fiqhindəki tə`sirləri və o fiqhi yaymaları qətiyyən araşdırılmamışdır. )Onlar Şeyx Əhməd ibn Məhəmməd ibn Qüdamənin qardaşı Yusifin övladlarından olduğundan onların barəsində məlumat əldə etmək üçün əvvəlcə Ali Qüdaməni araşdırmalıyıq. Şübhəsiz, Ali Qüdamə əslən fələstinli və hənbəli məzhəbli bir sülalə olmuşlar. Onların içindən çoxlu fəqihlər, müsnədçilər, hafizlər və qazilər çıxmışdır ki, onların hənbəli məktəbinin yayılmasında göstərdikləri elmi-dini fəaliyyətlər Fələstin, Dəməşq, Misir, Bəəlbək və Bağdadda çox təsirlər qoymuşdur.
    Ali-Qüdamə Nablosun tabeçiliyində yerləşən Cəmmail, yaxud Cəmmain kəndində yaşayan Qüdamə ibn Miqdam ibn Nəsir ibn Əbdüllaha mənsub edilir. Hazırkı dövrdə əsas etibarı ilə hənbəli məktəbi və Əhməd ibn Hənbəlin təlimləri əsasında qoyulan bu kəndin dini və məzhəbi işlərinin rəyasəti bu sülalənin öhdəsinədir. Həqiqətdə Ali-Qüdamənin elmi həyatı səlibçilərin miladi tarixi ilə V əsrin axırlarında və XI əsrin əvvəllərində Beytül-müqəddəsi işğal etdikləri zaman faəliyyətə başladı. Bu barədə Böyük İslam Enskilopediyasında belə qeyd olunur: "...492-ci h.q ilində (1099-cu miladi) Beytül-müqəddəsin səlib yürüşləri nəticəsində süqut etməsinin ardınca səlibçi əmirlər feodal surətinə düşdülər və camaatın ictimai və fərdi həyatına çoxlu əngəllər və təzyiqlər törətdilər. İşsizlik, ağır xərac vermək, həbs edilmək, hətta ayaqlarının kəsilməsi və bu kimi müxtəlif işgəncələr altında olan Cəmmail əkinçiləri və onun ətrafındakı kəndlərin sakinləri özlərinə təskinlik vermək üçün Şeyx Əhmədin sözlərinə itaət etdilər. Məhəmməd ibn Qüdamə və daha sonra onun oğlu Əhməd və nəvəsi Məhəmməd Əbu Ömər Cəmmail kəndinin dini işlərini öhdəsinə aldılar. O zamanda səlibçilər tərəfindən Cammailə hakim olan Əhumən ibn Barizan əkinçilərin Şeyx Əhmədin ətrafına toplaşmalarını bəhanə edərək onları işdən çıxarıb onu öldürmək qərarına gəldi. Buna görə də Əhməd 551-ci h.q ilində (1156-cı miladi) Nuriddin Məhəmməd ibn Zəncinin fərmanı altında olan Dəməşqə köçdü. Bu da elmi fəaliyyətlərin hicri tarxi ilə VI əsrin ortalarından XI hicri əsrinə qədər davam etməsinə şərait yaratdı. Ali-Qüdamə əvvəlcə Dəməşqin "Əbu Saleh” məscidində olur və Şeyx Əhməd orada hənbəlilərə imamət edirdi. Amma Cəmmail və başqa kəndlərin əhalisinin çoxunun köçməsi orada köçkünlərin işini çətinləşdirdi və onların arasında çoxlu xəstəliklər yayılmağa başladı. Digər tərəfdən, hənbəli məzhəbinə malik olmaq da onlar üçün çoxlu çətinliklər törətdi. Təqribən üç ildən sonra "Əbu Saleh” məscidini tərk edib bundan əvvəl öz ölülərini dəfn etdikləri Qasiyun dağının ətəyinə köçdülər. Bundan sonra həmin məntəqə onların adına olaraq "Salehiyyə” adlandırıldı. Şeyx Əhməd orada "Deyrul-hənabilə”ni tikdi ki, hal-hazırda "Cameul-hənabilə” (hənbəlilərin mərkəzi) adlanır. Onun əsərləri hələ də qalmaqdadır. Sonra orada çoxlu evlər, bazarlar, mədrəsələr və məscidlər tikdilər. Beləliklə Salehiyyə dini və elmi fəaliyyət mərkəzindən birinə çevrildi və hənbəli məzhəbinin Dəməşqdə, Misirdə, Bəəlbəkdə və Bağdadda yayılmasını öhdələrinə aldılar. Ali-Qüdamə alimlərdən əlavə, çoxlu qazilər də yetişdirmişdir ki, Dəməşqin qazil-qüzatlıq vəzifəsi dəfələrlə onların öhdəsində olmuşdur.("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.87-88 )
    Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Ali-Qüdamə əvvəlcə İbn Hənbəlin, sonralar isə İbn Teymiyyənin əqidə və rəylərinin təsiri altında oldu (İbn Teymiyyənin özü də bu sülalənin şəxslərinin bəzi şagirdlərindən idi) və hənbəlilərin quru və təəssübkeş təlimlərini Dəməşqdə, Misirdə, Fələstində və Bağdadda yaydılar. Belə ki, sonralar, XII əsrdə Məhəmməd ibn Əbdül-Vəhhab (vəhhabiliyin banisi) o nahiyələrə etdiyi səfərdə Ali-Qüdamənin, xüsusilə bu sülalənin digər bir şaxəsi olan ibn Əbdül-Hadinin əqidə və rəylərinin təsiri altına düşdü. Özünün bəzi məlumatlarını da bu sülalədən əxz etdi. Ali Əbdül-Hadi – Ali-Qüdamənin şaxələrindən biri və Qüdamət ibn Miqdamın nəvəsi Yusifə mənsub edilir ki, İbn Hənbəlin səthi görüş və əqidələrinin (sonralar da xüsusilə İbn Teymiyyənin əqidələrinin) Fələstində, Misirdə, Dəməşqdə və Bağdadda inkşaf etdirilib rövnəqlənməsində böyük rol ifa etmişdir. Bu sülalənin hənbəli məzhəbində olan və hədisə meyl edən şəxsləri hədisləri əxz etməkdə (onların səhih, zəif və s. olmasına əsla diqqət yetirmədən) çalışdılar və onları sonrakı nəsillərə ötürməklə əməli olaraq çoxlu çətinliklərə və giriftarçılıqlara səbəb oldular. Məhəmməd ibn Əbdül-Vəhhab hicri tarixi ilə XII əsrdə müxtəlif şəhərlərə (o cümlədən, ibn Əbdül-Hadinin hədis eşitdiyi və dediyi şəhərlərə) səfər etməklə əməli olaraq hənbəlilərin zahirə meyl edən və təəssübçü əqidələrinin, xüsusilə İbn Teymiyyə və onun şagirdlərinin əqidələrinin təsiri altına düşdü. Onun özündə də mövcud olan zəminələrə diqqət yetirməklə (bunlar sonradan qeyd olunacaqdır) İslam dünyasında sonralar atası Əbdül-Vəhhaba mənsub edilən və vəhhabi firqəsi kimi tanınan azğın bir firqənin bünövrəsini qoydu və Səudiyyə sülaləsinin qılınc və qüdrəti ilə Nəcdə və Hicaza hakim kəsilərək müsəlmanların arasında çoxlu nifaq, təfriqə və nifrətin yaranmasına səbəb oldu. Vəhhabilər kitab və sünnənin "müsəlmanları dostluq və məhəbbətlə bir-birinə qovuşdurmaq lazımdır, nəinki onların arasında nifrət və düşmənçilik yaradıb onların bəzilərini kafir saymaq, onları vurmaq, hörmətsizlik göstərmək və təcavüz etmək” buyuruğuna əməl etmədilər.(Qəzvini Məhəmməd Hüseyn. "Firqeyi-vəhhabi və pasoxe şübhəhaye anha”, tərcüməçi Əli Dəvani, Sazimani çap və İntişarat vizarəti fərhəng və irşadi İslami, Tehran, 3-cü çap, qış 1368, səh.115 ) Çoxlu düşmənçiliklər müsəlmanların arasında kütləvi qarət və qətllərin mənşəyi oldu. İndi isə müxtəlif şəhərlərdə hədis deyən və hədis ya eşidən ibn Əbdül-Hadi kimi məşhur şəxs barəsində söhbət açırıq:
    1. Əbdül-Məlik ibn Yusif ibn Məhəmməd ibn Qüdamə (622-ci h.q. 1225-ci miladi) bir fəqih və mühəddis kimi Əbul-Fərəc Yəhya ibn Mahmud Səqəfidən hədis rəvayət etmişdir
    2. Şəmsuddin Əbu Əbdillah Məhəmməd ibn Əbdül-Hadi (550-658-ci h.q. 1155-1260-cı miladi). O, Məhəmməd ibn Həmzə Əbi Səqər, Əbdür-Rəzzaq Nəccar, Yəhya Səqəfi və sairlərdən hədis dinləmişdir. O, Şəhdətil-Katibədən icazə ilə hədis rəvayət edən axırıncı şəxsdir. Demyati və başqaları da ondan hədis rəvayət etmişlər. Nəhayət yaşı yüzdən artıq olduğu halda Nablosun tabeçiliyində olan Saviyə kəndində tatarların əli ilə öldürülmüş və orada dəfn edilmişdir.
    3. İmadüddin Əbdül-Həmid ibn Əbdül-Hadi (658-ci h.q. 1260-cı miladi). O, Yəhya Səqəfidən, Əhməd Məvazinidən və başqalarından hədis eşitmişdir.
    4. Məhəmməd ibn Əhməd ibn Əbdül-Həmid (699-cu h.q. 1300-cü miladi). O, Mötəmən ibn Qümeylə Vəylədanidən və atasının əmisi Məhəmməd ibn Əbdül-Hadidən hədis eşitmişdir. Qübeyti, İbn Rəvvah və başqaları ona hədis nəql etmək barəsində icazə vermişlər.
    5. Əhməd ibn Əbdül-Həmid ibn Əbdül-Hadi (610-700-cü h.q. 1213-1300-cü miladi). O, Şeyx Müvəffəquddin, İbn Əbi Löqmə, İbn Racih, Musa ibn Əbdül-Qadir, Bəha, Əbul-Qasim ibn Sərsəri, İbn Zübeyr və başqalarından hədis rəvayət etmişdir. O, öz dövrünün ən böyük müsnədçilərindən sayılırdı.
    6. İmaduddin ibn Əbdül-Həmid Məhəmməd ibn Əbdül-Həmid (660-707-ci h.q. 1262-1308-ci miladi). O, ibn Əbdüd-Daimdən hədis eşitmiş, rəvayət etmişdir. O, hənbəlilərin hakim və imamı idi.
    7. Muhibbuddin Əbu Məhəmməd Əbdüllah ibn Məhəmməd ibn Əbdül-Həmid (651-707-ci h.q. 1253-1307-ci miladi). O, xətib Murdadan, İbrahim ibn Xəlildən, Əhməd ibn Əbdüd-daimdən, Kermanidən və başqalarından hədis eşitmişdir.
    8. Təqiyuddin Əbu Məhəmməd Əbdüllah ibn Əyyub ibn Yusif (735-ci h.q. 1335-ci miladi). O, Əbul Fərəc ibn Əbu Ömərdən, Əbdür-Rəhman ibn Zeyndən, Fəxr ibn Buxaridən və başqalarından hədis eşitmişdir. O öz ömrünü elm öyrənmək, kitab nüxsəsi yazmaq və şahidlik etməklə keçirmişdir.
    9. Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Əbdül-Hadi (705-744-cü h.q. 1306-1343-cü miladi). O, atasından və qazi Təqiyuddin Süleymandan, İbn Əbdüd-daimdən, İsa Mütimdən, Əhməd ibn Həccardan, Məhəmməd Zərraddan və başqalarından hədis eşitmişdir. Qazi Şəmsuddin ibn Müslimin, Təqiyuddin İbn Teymiyyənin yanında fiqhi öyrənmişdir. Ərəb dilini Əbul Əbbas Əndərşinin, qiraəti ibn Bəshiyanın yanında öyrənmişdir. "Sədriyyə” və "Ziyaiyyə” mədrəsələrində dərs deyirdi. Hədisdə, fiqhdə, təfsirdə, rical elmində, lüğətdə mahir bir şəxs idi və fətva verirdi. Öldükdən sonra Qasiyyunun ətəyində, Seyfuddin ibn Məcdin yanında dəfn edildi. Şəmsəddinin yazdığı çoxlu kitablardan bir neçəsi hal-hazırda da mövcuddur.
    10. Əbdür-Rəhman ibn Məhəmməd ibn Əbdül-Həmid (656-749-cu h.q. 1285-1349-cu miladi). O, İbn Əbdüd-daimdən, Ömər Kermanidən, Əbdül-Vəhhab ibn Nasehdən, ibn Əbi Ömərdən, Fəxrdən, İsmail ibn Əqlanidən və başqalarından hədis eşitmişdir. Bağdadın vəziri onu Misrə göndərdi və o, yol əsnasında "Səhihi Müslüm”ü rəvayət etdi. Buna görə də çoxları ondan hədis rəvayət etmişlər. Sonra Şama qayıtdı və nəhayət Salehiyyədə vəfat etdi.
    11. İmaduddin Əhməd ibn Əbdül-Hadi ibn Əbdül-Həmid (672-752-ci h.q. 1273-1351-ci miladi). O, Əbdür-Rəhman ibn Ömərdən, İbn Buxaridən, İbn Şeybandan, Zeynəb binti Məkkidən və başqalarından hədis eşidib rəvayət etmişdir. Onun oğlu Şəmsuddin Məhəmməd, İbn Rafe, Hüseyni və başqaları ondan rəvayət nəql etmişlər. Səftəri yazır ki, 730-cu h.q ilində (1330-cu miladi) Dəməşqdə öz yazısı ilə mənə icazə verdi.
    12. Şəmsuddin Əbu Əbdillah Məhəmməd ibn Əbdüllah ibn Məhəmməd (688-769-cu h.q. 1289-1368-ci miladi). O, Fəxrdən və Seyf Əli ibn Rəzidən hədis eşitmişdir. 691-ci h.q ilində (1291-ci miladi) və ondan sonra bir qrup ona hədis demək icazəsi verdi və İbn Şəraici və İbn Həcərin ustadı Əraqi, eləcə də Əbu Zərə ondan rəvayət nəql etmişlər.
    13. Zeynuddin Əbdür-Rəhman ibn Əhməd (779-cu h.q. 1377-cu miladi). O, Təqiyuddin Süleymandan, Əbi Nəsir ibn Şirazidən, Həccardan və başqalarından hədis eşidib rəvayət etmişdir.
    14. Şəhabuddin Əbul Əbbas Əhməd ibn Əbdül-Həmid (707-797 h.q = 1307-1395-cu miladi). O, İbnul İzz adı ilə məşhurdur. O Qasiyyunun ətəyində dünyaya gəlmiş və qazi Süleymandan, İsa Mütimdən, Fatimə binti Covhərdən, Təqiyuddin ibn Teymiyyədən, Hədiyyə binti Əsgərdən və başqalarından hədis eşitmişdir. Fəxr Tuzəri və Məkkədən digər bir qrup, Qüdsdən Zeynəb binti Şəkər, Misirdən İsmail ibn Ələm, Əbul Qasim ibn Rəşiq və başqaları, Dəməşqdən Qasim ibn Akir, İbn Şirazi və başqaları Bağdaddan İbn Dəvalibi və başqaları ona icazə vermişlər. Nəhayət fiqh öyrənib fətva icazəsi aldı və Dəməşqin böyük müsnədlərindən oldu. İbn Həcər də ondan icazə almışdır.
    15. İmaduddin Əbu Bəkr ibn Əhməd ibn Əbdül-Hadi (799-cu h.q. 1369-cu miladi). O, Niyabiş ibn İmaduddin Əmali ibn Həsən ibn Zərqəveyhin yanında hədis öyrənmiş və Hicazda hədis rəvayət etmişdir. O, ibn Həcərə hədis rəvayət etmək icazəsi vermişdir.
    16. Bürhanuddin İbrahim ibn Əhməd ibn Əbdül-Hadi (726-800-ci h.q. 1326-1398-ci miladi). O, Qazi adı ilə məşhurdur. Dörd yaşında ikən Həccarın dərslərində iştirak etmiş və Əhməd ibn Əli Məriridən, Ayişə binti Müslümdən, Zeynəb binti Kamaldan hədis eşitmişdir. Xutəni, Vani və Misirdən başqa bir qrup ona icazə vemişlər.
    17. Məhəmməd ibn Əbdül-Hadinin qızı Fatimə (720-803-cü h.q. 1320-1401-ci miladi). O, Həccardan çoxlu hədis eşitmişdir. Şamdan Əbu Nəsir ibn Şirazi, Əbu Məhəmməd ibn Əsakir və başqaları Hələbdən Əbu Bəkr ibn Əbdüllətif və başqaları, Hümatdan Şərəf Barəzi, Həmsdən Əli ibn Əbdüllah ibn Məktum, Misirdən Hüseyn Kürdi və Əbdür-Rəhim Minşavi ona icazə vermişlər. O, 80 yaşında vəfat etmişdir.
    18. Zeynuddin Ömər ibn Məhəmməd ibn Əhməd (803-cü h.q. 1400-cü miladi). O, Kamalın qızı Zeynəbdən, Əhməd ibn Əli Cəzəridən, Əbdür-Rəhim ibn Əbu Seyrdən hədis eşitmişdir. İbn Həcər Zeynəb binti Kəmalın mürafiqələrini onun yanında oxumuşdur. O Teymurun fitnəsində vəfat etmiş və Qasiyyunun ətəyində torpağa tapşırılmışdır.
    19. Məhəmməd ibn Əbdül-Hadinin qızı Ayişə (723-816-cı h.q. 1323-1413-cü miladi). O, dörd yaşında ikən Əbul Abbas Həccarın dərsində iştirak etmişdir. "Səhihi Buxari”ni, Əbil Cəhimin hissəsini, Əmalini, İbn Əffanın qiraətini və başqa hədisləri Həccardan dinləmişdir. Həmçininn "Səhihi Müslüm”ü Şərəfuddin Əbdillah İbn Həsəndən və "Sireyi ibn Hişam”ı Əbdül-Qadir ibn Mülukdan öyrənmişdir. O Bintul-füqəha bintul-Vasiti, Zeynəb bintul Kəmal və Zeynəb bintu Yəhya ibn Əbdüs-salamdan hədis eşidən və rəvayət icazəsi alan axırıncı şəxsdir. O, bacısı Fatimə ilə birlikdə çoxlu hədis müsabiqəsində iştirak etmiş və ona üstünlük qazanmışdır. Hələbdə İbrahim ibn Saleh ibn Əcəmdən, Humatda Şeyx Şərəfuddin Barəzidən, Əl-Xəlildə Bürhan Cəbəridən, Nablosda Əbdüllah ibn Yusifdən və başqalarından icazə almışdır. O, uzun ömür sürmüş və çoxlu hədis rəvayət etmişdir. Xüsusilə, çox səfər edən mühəddislər ondan hədis rəvayət etmişlər. Xətib Əbu Ömər Hənbəli, Hərəvinin "Zəmmul-kəlam”ının bir hissəsini ondan eşitmiş və İbn Həcər, Əbul Fəth Osmani ondan rəvayət etmişlər. O öz dövrünün müsnədi idi.
    20. Bədruddin Həsən ibn Əhməd ibn Əbdül-Hadi (878-ci h.q. 1473-cü miladi). O, İbnul-Mübərrəd adı ilə məşhurdur və bir müddət Dəməşqdə qazinin nayibi vəzifəsini öhdəsinə almışdır.
    21. Cəmaluddin Yusif ibn Həsən Əhməd (840-909-cu h.q. 1436-1503-cü miladi). O, "Əl-müqniə”ni Şeyx Təqiyuddin Cəzainin, Təqiyyuddin ibn Qundusun və qazi Əlauddin Mordavinin yanında oxumuş, qazi Burhanuddin ibn Müflih və Burhan Zərainin dərslərində iştirak etmişdir. İbn Həcər, İbn Əraqi, İbn Balisi, Cəmal ibn Hərəstan, Səlahuddin ibn Əbu Ömər, Nasirəddin və başqalarından hədis eşitmişdir. O hədis və fiqh elmini də bilirdi. Özü isə sufi idi və nəhv, sərf və təfsirdə müəyyən qədər biliyi vardı. O tədris etməklə və fətva verməklə məşğul idi və çoxlu kitablar yazmışdı. Şəmsuddin ibn Tulun onun tərcümeyi-halı barəsində böyük bir kitab yazmışdır.
    Sonrakı fəsildə Məhəmməd ibn Əbdül-Vəhhabın, İbn Hənbəlin fikir və düşüncəsindən, İbn Teymiyyənin azğınçı və ifratçı fikirlərindən, onun şagirdlərinin rəylərindən və İbn Əbdül-Hadinin hədislərindən istifadə edərək öz firqəsinin binasını qoymasını və Ali-Səud sülaləsinin köməyi ilə onu necə yayması bəyan olunacaqdır.
    "Fəmən əzləmu mimməniftəra ələllahi kəzibən liyuzillənnasə biğeyri elm, innəllahə la yəhdil-qovməzzalimin”
    "Elmi olmadan camaatı zəlalətə salmaq məqsədilə Allaha iftira yaxandan da bir zalım şəxs varmı? Həqiqətən, Allah zalım qövmləri hidayət etməz.” ("Ən`am” surəsi 145-ci ayə )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 771 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024