İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-20, 6:19 AM
    İKİNCİ HİSSƏ
    VƏHHABİLİYİN YARANMASİ VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ
    Birinci fəsildə vəhhabi firqəsinin ideoloji rəhbərləri, bu firqənin banisinin şəxsiyyəti haqqında, eləcə də vəhhabi məsləkinin necə yaranması, onun əqidə və üsullarının bir qismi ətraflı şəkildə bəyan olundu. Bundan qabaq qeyd olunanlara diqqət yetirməklə başa düşmək olar ki, Məhəmməd ibn Əbdül-Vəhhab sünnü məzhəbinin hənbəli firqəsinə tabe olan bir ailədə böyümüş, münasib şəraitlərdən istifadə edərək Ərəbistanda (Nəcddə) vəhhabi firqəsinin əsasını qoya bilmişdir.
    Bu fəsildə isə vəhhabiliyin yaranıb inkşaf etməsində təsirli olan müxtəlif amilləri, bütün siyasi, iqtisadi, mədəni, ictimai yönlərdən, eləcə də coğrafi zona və beynəlminəl baxımdan araşdıracağıq.
    İslam tarixi boyunda həmişə bəzi şəxslər, yaxud qruplar meydana gəlirdi ki, İslamı dərk edib başa düşməkdə təəssübə və donuşluğa meyl edirdilər. Peyğəmbəri-Əkrəmin (s) dövründə Mədineyi-Münəvvərədə bəziləri var idi ki, İslam barəsində özlərinin dar düşüncələri əsasında nəzər verir, hətta Peyğəmbərin (s) müqabilində belə dayanırdılar. Sonralar da Həzrət Əlinin (ə) xilafəti dövründə yaranan xəvaric də həmin dar düşüncəli və quru, yalançı müqəddəslər idi ki, o dövrün xüsusi şəraitinin tələbi ilə çox ağır cinayətlər törədib özlərindən vəsfəgəlməz qəsavət və daşürəklilik göstərirdilər. Bu da onların İslamın əhatəliyi ruhundan uzaq düşərək yalnız bir istiqamətdə nəzər salmalarından xəbər verirdi.
    Xəvaric əməvilərin süqutundan sonra (132-ci h.q.) əməldə artıq nəzərə çarpacaq səviyyədə deyildilər. Amma onların quru təəssübləri və dar düşüncələri yenə də davam etməkdə idi.
    Bir qədər dərindən diqqət yetirməklə demək olar ki, əshabi-hədis (əlbəttə, sünnülərin çərçivəsində) müəyyən qədər bu dəstənin içərisindədir. Onlar ayə və hədislərin zahiri mənalarını əldə etməyə çox ciddiyyət göstərir və daha artıq məlumat əldə edilməsilə nəticələnən fikirlərlə müxalifət edirdilər. Əhli-hədisin mərkəzi əsas etibarı ilə Ərəbistan, xüsusilə Məkkeyi-Mükərrəmə və Mədinə idi. Onların ardıcılları əsasən Ərəbistanın mərkəz və cənub nahiyələrində idilər. Sünnülərin fiqh imamlarından ikisi, yəni, Malik ibn Ənəs və Əhməd ibn Hənbəl, eləcə də "Sihahi-sittə”nin müəlliflərindən bir qrupu onların bünövrəsini qoymuşdular. Amma məlum səbəblərə görə Əhməd ibn Hənbəl onların arasında qəhrəman sayılır. Bu silsilə həmişə davam etmiş, Bəsrə, Kufə və Yəməni öz təsiri altına almışdır. İbn Həcər, İbn Teymiyyə, İbn Covziyyə, İbn Ərəbi ("Əl-qəvasimu minəl-qəvasim” kitabının müəllifi) onların parlaq şəxsiyyətləridir. Onların hamısı şiəliklə kəskin mübarizə aparırdılar.
    Başçısı Məhəmməd ibn Əbdül-Vəhhab olan vəhhabi firqəsi həmin tarixi cərəyanların məhsuludur. Əlbəttə, Əbdül-Vəhhab özünün sələf rəhbərlərinin elmi qüdrətinə və təcrübəsinə malik deyildi. Amma tarixi, təbii, ictimai və siyasi şəraitin tələbi ilə belə bir təfəkkürün binasını qoya bilmişdi.
    Bu müqəddiməyə diqqət yetirməklə vəhhabi firqəsinin yaranıb inkşaf etməsinin müxtəlif amillərini araşdıracağıq ki, bəhs olunan mövzu gözəl şəkildə aydınlaşsın.
    VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL AMİLLƏR
    ALİ-SƏUD SÜLALƏSİNİN ÖZÜNƏ QANUNİYYƏT QAZANMAQ ÜÇÜN VƏHHABİYYƏTDƏN FAYDALANMASI
    Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab müxtəlif şəhərlərə etdiyi səfərlərdən sonra 1143-cü h.q ilində öz dəvətini Hərimələdə aşkar etdi. Bundan sonra onun məsləkini qəbul etmək üçün şərait münasib olmadığına görə o məntəqənin əhalisi onun əleyhinə qiyam etdilər və onu öldürmək istədilər. Məhəmməd ibn Əbdül-Vəhhab məcbur qalıb öz vətəni Üyeynəyə köçdü. Üyeynə öz şəraitinə görə nisbətən münasib olduğundan, burada dəvətini aşkar etdi (bu şərait və vəziyyətlər barəsində bu fəsildə söhbət açılacaq). Amma Məhəmməd ibn Əbdül-Vəhhabın bu şəhərdə müvəffəqiyyət qazanmasına baxmayaraq onun öz əqidəsilə əlaqədar məlumat və xəbərlər Ehsa hakiminə çatdıqda(Əl-hisa yaxud Hisa çoxlu sulara və xurma bağlarına malik olan kiçik bir ərazidir. O, Qətifin cənub-qərbində iki mənzillik yolda yerləşir. Onun xurma bağları Dəməşqin Ğutəsi qədərdir. "Əl-müştərək” kitabında qeyd olunur ki, Ehsa – hisa kəlməsinin cəm formasıdır, hisa da suyun batdığı qumluq yerə deyilir. Belə ki, su həmin qumluqda batdıqdan sonra bərk topraq qatında toplaşıb yığılır. Ərəblər o qumları qazıb su çıxarırdılar. (Əbul Fidanın "Təqvimul-bildan” kitabı, Əbdül-Həmid Ayətinin tərcüməsi, Bunyadi-fərhəngi-İran nəşriyyatı, Tehran, 1349 h.ş, səh.135) ) o da Nəcddəki mənafeyinin təhlükəyə düşdüyünü gördü və Üyeynə əmirindən istədi ki, Məhəmməd ibn Əbdül-Vəhhaba kömək etməsin və mümkün olan yollarla onu qətlə yetirsin. (Üyeynə və Nəcdin başqa şəhərləri də Ehsa hakiminin hakimiyyəti altında idi; əlbəttə bu hakimiyyət sadəcə olaraq oradakı qəbilələrin bəzisindən bac-xərac almaq üçün təşkil olunmuşdu və Ehsanın həmişəlik hakimi deyildi). Vəhhabiliyin banisi Üyeynəni özü üçün və məsləki üçün əmin-amanlıq bir yer olmadığını gördükdə Riyaz şəhərinin 20 kilometrliyində yerləşən Dirriyyə şəhərinə köçdü.
    Vəhhabiyyət məhz bu şəhərdə kök saldı və öz əsaslarını möhkəmləndirdi. Diriyyədə hökumət Məhəmməd İbn Səudun rəhbərliyi ilə Ənizə (yaxud Üneyzə) qəbiləsinin ixtiyarında idi. "Nizami Ali Səud” kitabının müəllifi qeyd edir ki, Ali-Səud, Səud ibn Məhəmməd ibn Müqrinə mənsubdur.(İn əst ayini vəhhabiyyət” kitabında Ali-Səudun əsil-nəsəbi və kökləri belə qeyd olunur: "Miladın 15-ci əsrində Ehsa şəhərində Ənizə qəbiləsində Mane adlı bir kişi yaşayırdı. Onun Nəcdin Mənfuh adlı bir kəndində Dir` adlı bir əmioğlusu var idi. Dir` var-dövlətli bir şəxs idi və qəbilə rəisi sayılırdı. İllərin birində Mane əmioğlusunu görmək üçün Ehsadan Nəcdə yola düşdü. Dir` öz torpaq sahələrindən iki böyük hissəni öz əmioğlusu Maneyə bağışladı, Mane bütün ailəsini Ehsadan Nəcdə köçürtdü və ona hədiyyə olunan torpaq sahəsində əkinçiliklə məşğul oldu. Bu şəxs Səudilərin əcdadları sayılır. Manenin vəfatından sonra oğlu Rəbiə onun əmlakının varisi oldu və camaatın torpaq sahələrindən bə`zilərini alaraq öz əmlakına qatdı, camaatı öz əmri altına keçirtdi və çox kiçik bir hökumət təşkil etdi. Rəbiədən sonra Musa, Musadan da sonra onun oğlanları İbrahim və Fərhat tərtiblə atasının yerində oturdular. Fərhatın Rəbiə və Müqrin adlı iki oğlu var idi. Müqrindən sonra Məhəmməd və Məhəmmədən də Səud adlı bir uşaq doğuldu. O da Səudiyyə sülaləsini başçısıdır. ) O, 1148-ci h.q. (1735-ci miladi) ilində Ərəbistan yarımadasının bir hissəsinə hakim olmuşdur. Ali-Səud sülaləsi iddia edirdi ki, ondan yarım əsr qabaq Hani ibn Rəbiul Muridi və onun tayfası Nəcdə gəlmiş və bu məntəqədə (Diriyyədə) sakin olmuşdur. Amma Ali-Səudun tarixi və qeyri sənədlərdə əsər-əlaməti görünən ilk şəxsi Səud ibn Məhəmməddir. O, özü üçün Diriyyədə kiçik bir hakimiyyət yarada bilmişdi.”(Fuiye Təlud. "Nizami Ali-Səud”, Nuriddin Şirazinin tərcüməsi, İntişarati fərəndiş, payız 1367, 1-ci çap, səh.20 )
    Ali-Səud Məhəmməd ibn Əbdül-Vəhhabın oraya gəlişindən əvvəl Diriyyədə Nəcdin sair qəbilələri və bədəvi ərəblər kimi yaşayırdılar. Başqa sözlə desək, "Səud sülaləsi Nəcdin əkinçiləri və şəhərlilərin çoxu kimi nisbətən şeyxliliyə yönələnlər idi. Xurma ticarəti və bəlkə də bir qədər at bəsləməklə rahat həyat sürürdülər. Qüdrətli olduqlarını hiss etdikləri zaman səhrada yaşayan qəbilələrə qəfildən hücum edirdilər. Halbuki, zəif olduqları vaxt bir guşəyə pənah aparırdılar. Onlar nisbətən müstəqil idilər və qətiyyən imperatorluq təşkil etmək fikrində deyildilər. Az ehtimal verilir ki, onların öz mürşidləri ilə əlaqəsi olmadan dünya onların barəsində bir şey eşitməmişdi. Lakin Məhəmməd ibn Əbdül-Vəhhab Səud sülaləsini yeni bir istiqamətə doğru çəkdi.”(Leysi Rabert, Həmin mənbə, səh.85-86 ) Amma Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə o zaman daxil oldu ki, oranın hökmranı Məhəmməd İbn Səud idi və o, "Nəcd və Hicaz mühitlərində təklikdə öz dəvətini yaya bilmədiyindən bu yolda yaranan əlaqələr ona kömək etdi və bu da Ali-Səudun onunla beyət etməsi idi.”(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild, səh.283 ) Bununla da Diriyyə şəhərində Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud arasında ittihad müqaviləsi bağlandı. Cənab Əmininin yazdığı kimi: "Məhəmməd və Səudun hər biri özünü digərinin vasitəsi ilə gücləndirirdi: Səud öz hökumətini Məhəmməd ibn Əbdül-Vəhhabın dininə tabe olmaqla, Məhəmməd ibn Əbdül-Vəhhab isə öz məzhəbini Səud hökumətinin qılıncı ilə.”(Əmini Məhəmməd Hadi. "Tarixi Məkkə” (Möhsin Axundinin tərcüməsi), səh.168 ) Bu müqavilə 1158-ci h.q (1740-cı miladi) ildə bağlandı. Onun mühüm maddələrindən biri bu idi ki, Məhəmməd ibn Əbdül-Vəhhab başqa bir əmirin himayəsi altında olmasın.”(Həmin mənbə, səh.75 ) Həqiqətdə bu müqavilənin bağlanmasında əsas məqsəd və hədəf onların xüsusi mənafe və hədəflərini təmin etmək idi. Xüsusilə, "Nəcd camaatı qarət etməyə məşğul olan və öz iş üslublarını müharibə və qan tökmək əsasında quran əmirləri onunla (Məhəmməd ibn Əbdül-Vəhhabla) bir ittifaq qurdular ki, özlərinin məqam və şan-şöhrət arzularına daha yaxşı çata bilsinlər.”(Behişti Əhməd. "Şəxsiyyət və əndişehayi Kaşiful-ğita”, kanuni nəşri əndişeyi islami, Qum, 1370, 1-ci çap, səh.78 ) Beləliklə, iki Məhəmmədin arasında ittihad müqaviləsi bağlandı və hər biri digərinə kömək etməyi öz öhdəsinə aldı. Xüsusilə, Ali-Səud bu müqavilənin bağlanmasından və vəhhabiliyi qəbul etməkdən istifadə edə bildi. Vəhhabilərin ideoloji köməyindən özlərinin ərazi iddialarına və hücumlarına qanuniyyət kəsb etməklə yanaşı, bu işlərə dini pərdə vurdular. Ustad Cəfər Sübhani öz kitabının bir hissəsində Ali-Səudun bu işdən necə gözəl bəhrələnməsini xatırladaraq deyir: "İbn Səud Şeyxlə bağladığı müqaviləsindən son dərəcə xoşhal idi. Lakin onun üçün iki şərt irəli sürüldü:
    1. Əgər biz səninlə köməkləşib ölkələri fəth etsək qorxuruq ki, bizi tərk edərək başqa bir məntəqədə yaşayasan!
    2. Biz meyvələrin yetişdiyi zaman Diriyyə camaatından vergi toplayacağıq. Qorxuruq ki, siz vergini qadağan edəsiniz.
    Şeyx İbn Səudun cavabında dedi: "Mən heç vaxt səni başqasına dəyişmərəm. Allahın bizə nəsib etdiyi fəthlərdən çoxlu qənimətlər gələcək və səni bu vergilərdən ehtiyacsız edəcəkdir.”
    Sonralar, bu iki ailənin arasındakı əlaqələrin möhkəmlənməsi üçün Diriyyənin əmiri şeyxin qızını öz oğlu Əbdül-Əzizə aldı və bununla da iki ailə arasında qohumluq münasibətləri bərqərar oldu. Bu əlaqələr indiyə qədər geniş səviyyədə qorunmuşdur.(Sübhani Cə`fər, "Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.57-58 )
    İki Məhəmmədin arasında baş verən danışıqlara və söhbətlərə diqqət yetirməklə onların əsas məqsədlərini anlamaq olar. O da bundan ibarətdir ki, Ali-Səud vəhhabiliyə və onun banisinə özünə qanunilik bağışlamaq üçün bir vasitə kimi baxırdı. O bu məsləki və onun banisini məhz buna görə himayə edirdi. Bütün çətinliklərə baxmayaraq, o, hər bir zaman xüsusilə öz maddi və iqtisadi mənafeyini bu ittifaqda axtarırdı. Diriyyədə Ali-Səudun özü və öz məzhəbi üçün təhlükəsiz bir sığınacaq olduğunu görən Məhəmməd ibn Əbdül-Vəhhab onlara iltizam və təminat verdi ki, öz məzhəbi himayə və köməklərini heç vaxt onlardan kəsməyəgəkdir (onların işinə qanunilik verməkdə, eləcə də yeni-yeni hücumlarına və işğallarına dini don geyindirməkdə). Başqa sözlə desək, Ali-Səud məzhəbinin əsas bünövrəsi vəhhabilik olacaqdı.
    Beləliklə, Məhəmməd İbn Səud vəhhabiliyi qəbul etməklə siyasi və hərbi qüdrətə çatdı. Qüdrətin onun əlində təmərküzləşməsi ilə Məhəmməd ibn Əbdül-Vəhhaba söz verdi ki, onun məsləkinin yayılmasında bütün imkanlardan istifadə etsin. O da İbn Səuda zəmanət verdi ki, bu halda daha artıq qüdrət və sərvət əldə edəcəkdir. Qeyd olunanları nəzərə almaqla, "vəhhabiliyin Nəcddə və Hicazda yayılıb nüfuz etməsinin ən mühüm amili Ali-Səud oldu, onlar hətta vəhhabiliyi öz ölkəsinin rəsmi məzhəbi seçdi və bu əqidənin icrası üçün heç bir maneənin qarşısında diz çökmədi.”("Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.27)
    Məhəmməd ibn Əbdül-Vəhhabın Diriyyəyə daxil olmasından başlayaraq Səudilərlə vəhhabilər arasında bağlılıq yarandı və bu bağlılıq o qədər möhkəmlənmişdi ki, Ali-Səudun tarixi boyu (vəhhabiliyi qəbul etdikdən sonra) onlarla vəhhabilərin arasında heç bir fərq gözə çapmırdı. Buna görə də bundan sonrakı mənbələrdə səudilərin adları və gördükləri tədbirlər vəhhabilərin adları və gördükləri tədbirlərlə yanaşı qeyd olunur. Seyyid Davud Ağayi "nə üçün Səudi rejimi vəhhabiləri öz ardınca çəkir?” - deyə verilən sualın cavabında yazır:
    "Vəhhabilik Səudiyyə rejiminin "ömür şüşəsi” hesab olunur. Onsuz öz ayağı üstündə dayanıb, müstəqil ola bilməz. Necə ki, marksizm kommunist rejimlərinin davam gətirmə və ömür səbəbi idi. Səudi rejiminin vəhhabilərlə olan münasibəti də eynilə belədir. Onlar vəhhabilikdən heç vaxt üz çevirə bilməzlər. Amma onu, dövrün tələbinə görə öz fikir və səliqələrinə uyğun təfsir edə bilərlər.”(Həmin mənbə, səh.44 )
    Üçüncü fəsildə qeyd edəcəyik ki, Ali-Səud vəhhabiliyi dövrün şəraitinə və zamanın tələbinə uyğun olaraq necə dəyişdirdi və öz məqsədlərini həyata keçirmək üçün ondan necə istifadə etdi.
    Burada qeyd olunmalı məsələ budur ki, "vəhhabiliyin dini-siyasi təfəkküründə qüdrət əsas rol ifa etdiyinə görə qüdrət sahiblərinin, hətta İslamın ictimai həqiqətlərə tətbiq olunmasında belə xüsusi ixtiyarlardan istifadə etmələrinə səbəb olmuşdur.”(Məscid Camei Məhəmməd, "Vəhhabiyyət dər cəzirətul-Ərəb”, Əbrar qəzeti, 25-ci fərvərdin, 1365-ci il 165-ci nömrə, səh.4 ) Həqiqətdə Ərəbistanda qüdrət ədalətdən daha artıq əhəmiyyət kəsb edir. Bunu da nəzərə almaq lazımdır ki, orada qüdrət nisbətən iftixar yaradan və qürur gətirəndir. "Bunlardan yaxşı şəkildə anlamaq olar ki, onlar İslama əsas etibarı ilə həyatın bütün sahələrinə nəzarət edən ideoloji bir sistem kimi baxmırlar.”(Səudiyyə hakimləri Əbdül-Əzizin dövründən indiyə qədər İslama yalnız öz qüdrət və mövqelərini möhkəmləndirilməsi və qoruyub saxlanması üçün bir vasitə kimi baxmışlar. Bu məqsədlərinə çatmaq üçün ən yaxşı yol bu olmuşdur ki, İslamı vəhhabiyyət çərçivəsində və əsl dini me`yarlardan xaricdə təqdim etsinlər. Vəhhabiyyətə istinad etməyin səbəbi təkcə bu deyildi ki, özləri onun əsasını qoyub yaysınlar. Əksinə buna görə idi ki, ondan daha yaxşı vasitə seçmək mümkün deyildi. Xüsusilə, bunu nəzərə alaq ki, bu ayin "sultan” və "vəliyyi-əmr” ünvanı, hətta "imam” adı ilə onları tam ixtiyarlı etmiş və sərbəst buraxmışdı. Nəcd alimlərinin gömrükü, teleqrafı tə`mir etmək və sultan Əbdül-Əzizlə müxalifət etməmək barəsindəki tarixi fətvalarında o imam kimi tanıtdırılmışdır. ("Əbrar” qəzeti, 27 fərvərdin 1365, 168-ci nömrə, səh.4 ) Onlar üçün hakimin və rəhbərin kim olması, hansı şərtlərə malik olması çox da əhəmiyyət kəsb etmir. Çünki, onların nəzərində əhəmiyyətli şey qüdrətin forması deyil, onun özüdür... (Onların nəzərində) ən mühüm olan şey budur ki, xalq arasında İslamdan söhbət getsin, ictimaiyyətdə İslamın zahiri qayda-qanunlarına riayət edilsin və islamiyyət donunda görünsün. Amma əgər qüdrət sahibləri zalım, fasiq və İslama etinasız olsalar, xüsusilə yadlar ölkə işlərinə dəxalət edib istilalar üçün şərait yaratsalar, bunun çox da əhəmiyyəti yoxdur...
    Vəhhabiyyətin zahirdə quru və sərt olmasına baxmayaraq, hakim qüdrətə o qədər ixtiyarlar vermişdir ki, onlar əməli olaraq özlərinin fiqhi etiqadlarını və üsullarını görməzliyə vururlar. Yəni, rəy – sultanın rəyi və ictihad da onun qüdrəti əlindədir.(Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.38-39 *Hal-hazırda vəziyyət elə deyildir ki, hicazlı, yaxud Səudi rejiminin tərəfdarı olan alimlər bu ölkənin daxilində və xaricində Səudi hakimlərinin xaricə bağlılığı, zülm, təcavüzkarlıqlar, fisq-fücur, eybəcərlik və əyyaşlıqlarından xəbərsiz olmasınlar. Amma bütün bunlara baxmayaraq, yenə də onların tərəfini saxlayır, heç olmazsa razılıq əlaməti olaraq sükut edirlər. Çünki onların çoxu bu qurumun öz sülalələrinin qalıb davam etməsini zəruri hesab edir, bə`ziləri də qüdrət qarşısındakı zərurətə əsasən onlara boyun əyirlər. ("Siyasət və hökumət dər Ərəbistani Səudi”, səh.39)  ) Vəhhabilərin rəhbər və rəhbərlik barəsində təfəkkür tərzi və ideologiyasının araşdırılmasından səudilərin bu məsləki qəbul etməsi və onun qalıb davam etməsində ciddi səy göstərməsinin səbəbini anlamaq olar. Səudilər vəhhabiləri onların əməl və tədbirlərinə qanuni don geyindirdiklərinə, onların hədəflərinə çatmaqda dini arxaları olduqlarına görə qəbul etdilər. Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsi ilə sıx əlaqə və ailəvi münasibət qurduqlarına görə özləri üçün böyük dini-siyasi mövqe kəsb edə bildilər. "Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabının müəllifi bu barədə belə yazır: "...Səudilər sülaləsi həmişə özünü elə qələmə verirdi ki, sanki, İslam dəyərlərinin keşikçisi və İslam hökmlərinin icraçısıdır.(Mühüm məsələ budur ki, Ali-Səudun İslamı nə üçün istəməsi düzgün şəkildə dərk olunsun və bu üslubun səbəbi aydınlaşsın. Xüsusilə buna diqqət yetirək ki, Səudilərin çoxlunun sünnü alimlərinin nəzərində ehtiramla yad edilməsinin səbəbi onların İslamı vasitə qərar vermələridir. Bu məsələ Ərəbistan sərhədlərindən uzaqda, xüsusilə Pakistanda – şiələrin geniş və dərin köklərə malik olduğu bu ölkədə gözəl şəkildə müşahidə olunur... Hələ də Səudiyyə rejimini müdafiə etməyin lazım olmasına inananlar bu barədəki nəzərlərini imandan artıq daha çox siyasi xarakter daşıyan və sünnülərin əqidəvi çərçivəsində güclü bir mərkəziyyətin olmasının zəruri olması barədə nəzərlər və ikinci dərəcəli fikirlər, o cümlədən siyasi, hərbi, iqtisadi məsləhətlər, İslamın zahirinə əməl edən şərif hərəmlərdə və ərəblərin solçu və marksist hökumətlərin qarşısında nisbətən güclü bir qüdrət olduğuna görə onu müdafiə edirlər. ("Siyasət və hökumət dər Ərəbistani Səudi”, səh.42-43) ) Sultan Əbdül-Əziz və Səudiyyə Ərəbistanının banisi qərara almışdılar ki, özünün Qurandan və İslam qanunlarından bildiyi əsasda hökmranlıq etsin. "Cəmiyyətin Quran qanunları əsasında idarə olunması” Səudi sultanlarının ilk əvvəldən indiyə qədər müştərək şüarları olmuşdur. Buna baxmayaraq, hər bir zamanda onun barəsində şəxsi zövqlər və xüsusi məfhumları təqdim etmişlər.”(Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.42 )
    Bu bəhsin axırında xarici yazıçılardan birinin Ali-Səudun vəhhabilikdən, Məhəmməd ibn Əbdül-Vəhhabın övladlarının da səudilərdən necə istifadə etməsi barəsindəki nəzərini diqqətinizə çatdırırıq. O, bu barədə yazır: "... Səudiyyə rejimi çox ayıqlıqla siyasi və məzhəbi qüdrətə arxalanmışdı. Səudiyyə padşahları ilk növbədə qəbilə başçıları idilər ki, onlar qüdrət mühafizləri ittihadının köməyi ilə, eləcə də sair məsul şəxslərin ailələri ilə evlənmək və münasibət qurmaq əsasında hökmranlıq edirdilər... Əsas etibarı ilə Məhəmməd ibn Əbdül-Vəhhabın nəslindən olan ölkə ruhaniləri səltənət və padşah ailələri ilə evlənirdilər, dövlət tərəfindən də onlara maddi yardım olunurdu. Həmçinin, hökumət məclislərində güclü nüfuza malik idilər.”(Lapirus İram, "Tarixi cəvamei İslami dər qüruni-nuzdəhom və bistom” (Möhsün Müdir Şanəçinin tərcüməsi), İntişarati Asitani Qüdsi Rəzəvi, 1-ci çap 1376, səh.161 )
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024